Qaynar xəbər portalı

1Həmid Herisçi, İlhamiyyə Rzayeva
marakaqol@rambler.ru

MEFİSTOFEL

«Başında ağ rəngli keçə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı. Təkərlərin səsi südəmər körpələrin çığırtısını andırırdı. Həmin səsi lap uzaqlardan da eşitmək olardı.
-Qardaş,-dedim,- Bakıdakı dostlarımdan birinə məktub yazacam ki, təkərlərinin oxlarını yağlamaqdan ötrü sənə bir azacıq yağ göndərsin. Davamı…


Həə…

Hə, qar əridi bu gün,
qar əridi…
divarlar isə…

divarlar isə ərimədi… Davamı…


   Pişəvəri hökumətinin sonuncu naziri 90 yaşında Bakıda qızı ilə birgə vəhşicəsinə qətlə yetirildi…
  
   Nikolaydanqalma köhnə Bakı…
   Önündə
   Nuhun yadigarı tut ağacı… Davamı…


Həmid Herisçi
marakaqol@rambler.ru
  
   
   Yox…yox, mən
   ağlamırdım,
   köhnə arzularımın arxasınca
    su atırdım,
    su atırdım…
   Xatirələrimdə pioner otağımıza qayıdıb
   həm nəbzimi, həm ordakı tozlu təbilimizi
   eyni ahənglə
    taqqıldadırdım… Davamı…


…zəifləri dövlət dəftərxanasına, güclüləri yeniçəri ordusuna!

Həmid Herisçi, İlhamiyyə Rzayeva
marakaqol@rambler.ru
Çox da uzaqlarda qalmayan şirin sovet dövrünə qayıtmaq imkanı hələ ki elə öz ixtiyarımızdadır - paslanmamış yaddaşını azca silkələ, gözlərini bircə anlığa yum, nəfəsini içəri çəkərək onu bir dəqiqəliyə eşiyə buraxma, gör, necə möcüzə baş verir, gör, necə 20 il geriyə, Bakının «İskra» küçəsinə qayıdıb ordakı alabəzək qəzet köşkündən «Oqonyok» jurnalını alırsan. Sevincinin həddi-hüdudu yoxdur, çoxları sənə həsəd aparır ki, «paho, bu oğlanın bəxtinə bir bax, gedib lap səhər ertədən qəzet köşkünün qarşısını kəsdirib, «Oqonyok»u qapazlayıb alıb satıcının əlindən, bu gün kefdədir, bütün günü maraqlı məqalələr oxuyacaq»… Davamı…


Həmid HerisçiHardadır həyatın bütün gizlinlərini özündə yaşadan bədii mətn, hardadır dünyaya meydan oxuyan sehirli kitab? Hardadır öz canında haqq-həqiqət sirlərini yaşadan ecazkar şer aləmi? İti beyinləri silkələyən, öz oxucularının yorğun baxışlarını uzaq üfüqlərə zillədən roman, nəsr, poeziya dünyası? Durnanı gözündən vuran mahir ovçular kimi, qabağa düşüb, cavabınızı elə lap indidən, bəribaşdan duyuruq. Polisdən, icra başçılarının dazbaş cangüdənlərindən qorxmaya-qorxmaya deyəcəksiniz- o nə sualdı, əlbətdə ki, çap məhsullarında, qalın cildli kitablarda, parlaq üz qapaqları uzaq ulduzlara göz vuran kommersiya yönlü səfeh-səfeh jurnallarda, Yazarlar Birliyinin «Ədəbi+yat» qəzetəsində, Moskvada çap olunan «Drujba narodov» dərgisində… Davamı…


Bu müsahibə bir neçə il öncə alınıb və “Alatoran” dərgisində dərc olunub. Onda Orxan Pamuk hələ Nobel mükafatı almamışdı, Azərbaycanda da heç bir kitabı nəşr olunmamışdı. Yazıçının adı yeni-yeni Azərbaycan ədəbi dəhlizlərində səslənməyə başlamışdı.
Müsahibə yazıçının möhtəşəm əsərlərindən olan “Qar” romanının təhlili baxımından əvəzsizdir. Xatırladaq ki, Orxanın bu şəkildə təhlili təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də istisna təşkil edir.
Müsahibəni təkrar olaraq oxucuların mühakiməsinə veririk, ən azından Orxanı daha yaxından anlamaq imkanı verdiyi üçün. Oxuyun və fikirlərinizi paylaşın. /
Kultaz/ Davamı…


Həmid Herisçi

Həmid Herisçi

ÖLÜMÜN 17 ANI

Küləyin ilk nəfəsiylə
Bakı bağlarındakı
Susuz aftafalar
böyrü üstə yıxılırsa,
müdrik şairlər ölümü
səfehcəsinə
buna oxşadırsa… Davamı…