All entries by this author


ABREKLƏRİN ANDI

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 13 Temmuz, 2008

Həmid Herisçi, İlhamiyyə Rzayeva
marakaqol@rambler.ru
MEFİSTOFEL
«Başında ağ rəngli keçə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı. Təkərlərin səsi südəmər körpələrin çığırtısını andırırdı. Həmin səsi lap uzaqlardan da eşitmək olardı.
-Qardaş,-dedim,- Bakıdakı dostlarımdan birinə məktub yazacam ki, təkərlərinin oxlarını yağlamaqdan ötrü sənə bir azacıq yağ göndərsin.



«ZONQUZONQU» VİRUSU

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 16 Nisan, 2008

Həə…
Hə, qar əridi bu gün,
qar əridi…
divarlar isə…
divarlar isə ərimədi…



2-Cİ ALBALI BAĞLAR SAHƏSİ

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 27 Ocak, 2008

   Pişəvəri hökumətinin sonuncu naziri 90 yaşında Bakıda qızı ilə birgə vəhşicəsinə qətlə yetirildi…
  
   Nikolaydanqalma köhnə Bakı…
   Önündə
   Nuhun yadigarı tut ağacı…



Sekond hənd- İkinci həyat

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 13 Ocak, 2008

Həmid Herisçi
marakaqol@rambler.ru
  
   
   Yox…yox, mən
   ağlamırdım,
   köhnə arzularımın arxasınca
    su atırdım,
    su atırdım…
   Xatirələrimdə pioner otağımıza qayıdıb
   həm nəbzimi, həm ordakı tozlu təbilimizi
   eyni ahənglə
    taqqıldadırdım…



Yeniçərilərin kölgələri

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 16 Aralık, 2007

…zəifləri dövlət dəftərxanasına, güclüləri yeniçəri ordusuna!
Həmid Herisçi, İlhamiyyə Rzayeva
marakaqol@rambler.ru
Çox da uzaqlarda qalmayan şirin sovet dövrünə qayıtmaq imkanı hələ ki elə öz ixtiyarımızdadır – paslanmamış yaddaşını azca silkələ, gözlərini bircə anlığa yum, nəfəsini içəri çəkərək onu bir dəqiqəliyə eşiyə buraxma, gör, necə möcüzə baş verir, gör, necə 20 il geriyə, Bakının «İskra» [...]



Dədə Qorqud, yoxsa Dədə Qorxmuş?

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 08 Eylül, 2007

Hardadır həyatın bütün gizlinlərini özündə yaşadan bədii mətn, hardadır dünyaya meydan oxuyan sehirli kitab? Hardadır öz canında haqq-həqiqət sirlərini yaşadan ecazkar şer aləmi? İti beyinləri silkələyən, öz oxucularının yorğun baxışlarını uzaq üfüqlərə zillədən roman, nəsr, poeziya dünyası? Durnanı gözündən vuran mahir ovçular kimi, qabağa düşüb, cavabınızı elə lap indidən, bəribaşdan duyuruq. Polisdən, icra başçılarının [...]



Orxan Pamukun “QAR” romanı üzərinə

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 18 Ağustos, 2007

Bu müsahibə bir neçə il öncə alınıb və “Alatoran” dərgisində dərc olunub. Onda Orxan Pamuk hələ Nobel mükafatı almamışdı, Azərbaycanda da heç bir kitabı nəşr olunmamışdı. Yazıçının adı yeni-yeni Azərbaycan ədəbi dəhlizlərində səslənməyə başlamışdı.
Müsahibə yazıçının möhtəşəm əsərlərindən olan “Qar” romanının təhlili baxımından əvəzsizdir. Xatırladaq ki, Orxanın bu şəkildə təhlili təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün [...]



Baharın 17 anı

Yazar: Həmid Herisçi | Bölmə: Köşələr | Tarix: 18 Haziran, 2007

Həmid Herisçi
ÖLÜMÜN 17 ANI
Küləyin ilk nəfəsiylə
Bakı bağlarındakı
Susuz aftafalar
böyrü üstə yıxılırsa,
müdrik şairlər ölümü
səfehcəsinə
buna oxşadırsa…