Qaynar xəbər portalı

Seymur BaycanSeymur Baycan

Misima avtobioqrafik romanında yazır: “Bir dəfə uşaqlarla müharibə oyunu oynayırdıq. Uşaqlardan biri divarın arxasından çıxıb məni tüfənglə vurdu. Mən sakitcə öldüm. Uşaqlar mənim belə sakitcə ölməyimə etiraz etdilər. Onlar qışqıraraq ölməyimi istəyirdilər. Düşündüm ki, nə vaxtsa məni gülləylə vursalar, bax, belə sakitcə öləcəm”.
Hörmətli Sabir bəy! Sizin İranın dini lideri cənab Xamneyiyə ünvanladığınız açıq məktubu oxuyub, sizə açıq məktub yazmaq qərarına gəldim. Əslində bu məktub ötən həftə dərc olunmalı idi. “Reytinq” qəzetinin ötən həftə çap olunmaması səbəbindən məktubun dərci bir həftə gecikdi. Yadımdadır, Etibar Məmmədov əli ilə tribunadan tutmuşdu. Əbdürrəhman Vəzirov bir neçə dəfə Etibar Məmmədovdan əlini tribunadan çəkməyi xahiş etdi. Davamı…


Seymur Baycan

Bəlkə də sovet şairləri pafosla şair obrazını həddən ziyadə şişirtdikləri üçün bu gün biz şeir yazan, roman qaralayan yazar tayfasından göstərə biləcəklərindən daha artıq cəsarət tələb edirik. Tez-tez tənqid və təhqir olunurlar. Susurlar. Bu tip yazılar olsa-olsa adı hallanan adamların bir az qanın qaraldır. Vəssalam. Artıq yazıya öyrəşiblər. İmmunitet yaranıb. Xalq dilində desəm, üzləri qaşınıb. Ən pisi də budur. Mən bu yazını şəxsi münasibətləri unudub yazıram. Davamı…


Seymur BaycanSeymur Baycan

Seymurbaycan@gmaii.com

Həzrəti Əlinin (ə) mübarək mövludu münasibəti ilə İçərişəhər “Cümə” məscidi dini icmasının nəzdində “İmam Əli” (ə) idman klubunun təşkilatçılığı və “Dəyərlər” qəzetinin informasiya dəstəyilə futbol yarışı keçirilmişdi. Yarışlarda iki qrup altında “Əhli-beyt”, “Vi-layət”, “Malik Əştər”, “Üveys Qərəni”, “Əmmar Yasir”, “Kümeyl ibn Ziyad”, “Qədir-Xum”, “Rəcəb”, “Zülfüqar”, “Əmirəlmöminin”, komandaları iştirak et-mişdi. 1/4 fınala “Qədir-Xum”, “Vilayət”, “Rəcəb” və “Əhli-Beyt” komandaları çıxmışdı. Gərgin mübarizə nəticəsində 2 komanda - “Rəcəb” və “Əhli-Beyt” komandaları finala çıxıblar. Əsas vaxt ərzində hesab heç-heçə (1:1) qurtardığı üçün hakim əlavə penalti zərbələri təyin etdi. Bu mərhələdə “Rəcəb” daha uğurlu çıxış edərək, yarışın qalibi oldu.
“Dəyərlər” qəzeti, O3-09 avqust 2007-ci il

Cümə günü bu xəbəri yuxarı-da adını yazdığım qəzetdə oxuyanda bir anlıq özümü İranda hiss etdim. İran demişkən, İraqda küçələrə çıxıb qələbə sevinci yaşayan adamlar göyə atəş açdılar. Davamı…


Seymur BaycanƏvvələr Tiflisin göylərində gözəl-gözəl bəzəkli quşlar uçuşurdu. İndi isə salafan torbalar uçur.
Bir qoca gürcünün dilindən

Seymur Baycan
seymurbaycan@ gmall.com

Yaxşısını “İmpuls” qəzetinin baş redaktoru Mətanət Əliyeva edir. Maym sonunda redaksiyanın qapısma yekə bir qıfıl vurub qəzetin fəaliyyətini dayandırır, bir də sentyabrm axırında təzədən işə çıxırlar, Vallah, hərə öz kefindədir.
Bu qaynar yay günlərində qəzet kimə lazımdır? Tayqada dürlü problemləri qabardıb insanlan narahat edirik. Ən yaxşı halda özümüz yazıb, özümüz oxuyuruq. Davamı…


Seymur Baycan
Seymur Baycan
seymurbaycan@gmail.com

Şənbə günü metronun “Əhmədli” stansiyasının gişində “525-ci qəzet”i alıb düşdüm yerin altına. Əvvəlcə Mirşahin Ağayevin “525″-də təkrar dərc edilmiş yazısını, sonra Slavyan Universitetinin rektoru, professpr Kamal Abdullanın müsahibəsini oxudum. Kamal müəllimin söylədiyi bir cümləni olduğu kimi yazıram: “Bizi İrəvanda erməni rejissoru Karacanovun ev muzeyinə apardılar. Gürcülər deyir ki, Karacanov bizim, ermənilər isə deyir yox, bizimdir. Karacanov özü isə deyirdi ki, ınən heç birinizin deyiləm, mən azərbaycanlıyam”.
Əvvəla, “Karacanov” heç vaxt deməyib ki, mən azərbaycanlıyam. Davamı…