All entries by this author


Azərbaycanın xalq yazıçısı Hüseyn Abbaszadə vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2007

Azərbaycanın xalq yazıçısı Hüseyn Abbaszadə 85 yaşında vəfat edib. Yazıçının qızı İradə Mingücün APA-ya bildirdiyinə görə, atası kəskin böyrək və beyin qan dövranı çatışmazlığından əziyyət çəkirmiş: “Xəstəxanada ongünlük müalicədən sonra vəziyyəti yaxşılaşmışdı, bu gecə isə halı pisləşdi və dünyasını dəyişdi”.



Vladimir Putin Kamal Abdullanı Puşkin medalı ilə təltif edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2007

Rusiya prezidenti Vladimir Putin bir qrup xarici vətəndaşın Puşkin medalı ilə təltif olunması haqqında fərman imzalayıb. Təltif olunan 11 nəfərin arasında Bakı Slavyan Universitetinin (BSU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullanın da adı var.



Bu gün festivalda Azərbaycan filmləri qiymətləndiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2007

Bu gün «İbrus» Teatrında Turist Filmləri Festivalının ikinci günü keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, bu gün münsiflər səkkiz filmə baxacaqlar.



Rasim Balayev komediya janrında özünü görmür

Yazar: Admin | Bölmə: Kino | Tarix: 12 Aralık, 2007

“Kommersiya filmləri xəcalətdən başqa bir şey deyil”
Azərbaycan kino tarixində “Nəsimi” filmi ilə tanınan, “Dədə Qorqud”, “Babək”, “Nəsimi” və bu kimi qəhrəman obrazlarını yaratmaqla hər kəsin sevimlisinə çevrilən xalq artisti Rasim Balayevlə həmsöhbət olduq. Yaratdığı saysız-hesabsız obrazlara görə özünü xoşbəxt hesab edən Rasim Balayevin qarşıdan 60 illik yubileyi gəlir. Onunla söhbətimizə elə buradan başladıq. – Mən [...]



Orhan Pamuk, “İSTANBUL: Xatirələr və şəhər”

Yazar: Admin | Bölmə: Roman | Tarix: 11 Aralık, 2007

Kultaz: Bu gündən etibarən məşhur türk yazarı Orhan Pamukun ötən il ədəbiyyat üzrə Nobel ödülünə layiq görülən “İSTANBUL: Xatirələr və şəhər” romanını dəyərli oxucularımıza təqdim edirik. Roman həftədə (hər bazarertəsi) bir fəsil olaraq yayımlanacaq. Roman haqqında, yazıçının maraqlı və mürəkkəb üslubu haqqında danışmadan, sizi əsərlə baş-başa buraxırıq.



Mədəniyyət sahəsində çalışanların əmək haqlarında artım gözlənilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Aralık, 2007

“Gələn il mədəniyyət və incəsənət xadimlərinin əmək haqqılarında artım ola bilər. Biz 2007-ci ildə bu sahədə çalışan insanların əmək haqqlarını səhiyyə və təhsil işçiləri ilə eyni səviyyəyə çatdırmağa müvəffəq olmuşuq. Çox güman ki, bu artım gələn il də davam edəcək”. APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, [...]



Nizami Cəfərov: “Azərbaycanın əlifbasında da, Türkiyə əlifbasında da müəyyən dəyişiklik gözlənilə bilər”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Aralık, 2007

“Bütün türk dillərində olan səsləri nəzərə alan ümumi, universal bir latın əlifbası yaradılmalıdır. Bütün türk xalqları öz dilləri üçün lazım gələcək işarəni burdan götürməlidir. Yəni bir ümumi əlifba olmalı, həm də hər bir türkcənin öz əlifbası olmalıdır. Amma bu əlifbalar eyni işarələrlə hazırlanmalıdır. Səs yoxdursa, işarəsi də olmamalıdır”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin [...]



Naxçıvanda ədəbiyyat müsabiqəsi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Aralık, 2007

Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas məktəblərinin tələbələri arasında “Gözəlliklər diyarı” mövzusunda şeir və hekayə müsabiqəsi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasl Gənclər və İdman Nazirliyi və Yazıçılar Birliyinin birgə keçirdiyi təltifetmə mərasimində qaliblərə diplom və mükafatlar verilmişdir.



Telekanallarımız: dünyanın bu tərəfində ulduz manıslar, o tərəfində star mollalar…

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 09 Aralık, 2007

Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq

İçində süründüyümüz sutka, yəni 23 noyabrın 24 noyabra məğlub olduğu gecə saat 00 15-də – əvvəlcədən də xəbər verdiyim kimi, – İctimai TV-nin intellektual tele-dəyirmi masasında – “Gecənin aydınlığı” verilişində yenə mühafizəkarlarla liberal gənclıyın nümayəndəsi olan mən baş-başa gəldim.



Azərbaycan Dövlət İrəvan Teatrına yeni bina verdilər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Aralık, 2007

Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Dövlət İrəvan Teatrına yeni bina verilib. Bu haqda TrendLife-a məlumat verən teatrın direktoru İftixar Piriyevin sözlərinə görə, verilən bina Məmmədəmin Rəsulzadə qəsəbəsində yerləşir. 2008-ci ildə isə həmin binanın bərpa işlərinə başlanacaq. Tam təmirdən sonra teatr yeni binaya köçəcək.



Akif ƏLİ, Dumanlı dağlar (kino-pritça)

Yazar: Admin | Bölmə: Kino | Tarix: 08 Aralık, 2007

1) Ən müqəddəs mübarizə – Azadlıq uğrunda mübarizədir.
2) …Şərin təcavüzü getdikcə şiddətlənir və genişlənirdi.
Daha Tanrı Türkü İblisdən qoruya bilmirdi.
Türk indi özü özünü qorumalı idi…
…Zil qaranlıq.
Qara fonda ağ əllər nə isə axtarırdı.



“İnter news” tok-şou hazırlayır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Aralık, 2007

“İnter news” təşkilatı 6 veriliş və bir tok-şou hazırlayır. Veriliş “Anti traffikinq” (insan alveri) mövzusundadır. Bu barədə “OLAYLAR”a “İnter news”un mətbuat xidmətindən məlumat verilib.



Yeni film çəkilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Aralık, 2007

Azərbaycan və Türkiyənin haqq işinin dünyaya çatdırılması məqsədilə sənədli film çəkilir. Bu barədə “OLAYLAR”İA-ya açıqlama verən filmin ssenari müəllifi Əlikram Müzəffər bildirib ki, film İdeal Sülhün Təbliği Fondunun təşəbbüsü ilə ərsəyə gələcək.



Bəstəkar Aygün Səmədzadənin «Tut ağacı» mahnısını üç ölkə mənimsəyib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Aralık, 2007

Azərbaycan milli musiqisinin xaricdə böyük maraq doğurduğu heç kim üçün sirr deyil. Bəzi xarici müğənnilər bizim mahnılarımızı ifa edərkən onun sözləri və musiqisinin anonim olduğunu bildirirlər. Bu yaxınlarda bəstəkar Aygün Səmədzadənin «Tut ağacı» mahnısını üç ölkə birdən mənimsəyib.



Rasim Balayev 60 yaşını qeyd etməyə hazırlaşır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Aralık, 2007

Xalq artisti Rasim Balayevin baş rolu ifa etdiyi “Qala” filmi üzərində iş tamamlanmaq üzrədir. Hazırda ekran işinin səsləndirmə prosesi gedir. Çox guman ki, “Qala” ilin sonuna kimi təhvil veriləcək. Bu barədə TrendLife-a məlumat verən R.Balayev rejissor Ayaz Salayevdən yeni təklif aldığını da deyib:



Əkrəm Əylisli: “Günahım nədir, məni niyə rəsmi səviyyədə təbrik etmədilər?”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 07 Aralık, 2007

“60 və 65 illik yubileylərimi yüksək dövlət qayğısı ilə qeyd etmişdilər. Ona görə də 70 illik yubileyimi bu cür laqeydlik şəraitində qeyd edəndə fikirləşdim ki, görəsən, nə olub?”.
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında xalq yazıçısı, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif edilmiş Əkrəm Əylisli deyib. Ə. Əylisli dünən 70 yaşının tamam olduğunu, lakin bu [...]



Müğənni Elariz ağır rok oxuyacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Aralık, 2007

Dünən müğənni Elariz Məmmədoğlunun «Denən gəl, mən gəlim» klipinin təqdimatı olub. Bu mahnını müğənni reper NADO ilə birlikdə ifa edib. Mahnının rejissoru Rəhman Əliyevdir, sözləri NADO-ya, musiqisi Elvin Musayevə aiddir. Tədbirdə şou-biznesin bir çox tanınmış simaları iştirak edib.



Aslan Quliyev, hekayə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 07 Aralık, 2007

Sonuncu dağ aşırımında
Sonuncu dağ aşırımındakı gözətçi məntəqəsinə gündüz onu polis maşını gətirmişdi. Rəis demişdi, bir gecədə azından on maşın keçir ordan, hərəsi beş yüz dollar verəcək, yarısı sənin, yarısı mənim. Gəlmək istəmirdi, di gəl arvad baş-beynini apardı, kişi sənə yaxşılıq eləyir, şərait yaradır, kimdən əskiksən?



Teoman 40 yaşını 40 sevgilisi ilə birlikdə qeyd edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Aralık, 2007

Məşhur rokçü Teoman sayı 40-a çatan keçmiş sevgililərini ad gününə dəvət edib. Gecə həyatı və məhəbbət romanları ilə tanınan Teoman adına yaraşan ad günü keçirib.
Bəyoğlundakı Godet adlı məkanın üst qatındakı karaoke barda doğum gününü təmtəraqlı keçirən rokçü keçmişdə eşq yaşadığı bütün qadınları bir araya gətirib.



Diqqət! Orhan Pamukun “İstanbul” romanını oxuyun!

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Aralık, 2007

Orhan Pamukun Nöbel ödülünə layiq görülmüş “İstanbul: Xatirələr və şəhər” romanı gələn həftənin bazar ertəsindən etibarən hər həftə bir fəsil olmaqla sitəmizdə yayımlanacaq.
Qaçırmayın!