İyl
25
Nadir Qocabəyli
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris Notr-Dam kilsəsi” romanının müəllifi Viktor Hüqo bir yazıçı və şəxsiyyət kimi XIX yüzil tarixinin və hər şeydən öncə fransız ədəbiyyatının ayrıca, parlaq bir səhifəsidir. Fransız mədəniyyəti tarixində o öncə şair, daha sonra isə romanlar və dram əsərlərinin müəllifi kimi, dünyada isə ilk növbədə romançı kimi tanınır. Bütün bunlara rəğmən o, XIX yüzilin ən monumental və nəhəng fiqurlarından biri olaraq qalır. Davamı…
İyl
19
Akif ƏLİ,
filologiya elmləri namizədi, yazıçı-publisist
…“Əkinçi” qəzetindən gül ətri gəlir.
Bu bir həqiqətdir. Böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin Azərbaycana gətirdiyi jurnalistika peşəsi sahəsində müəyyən uğurlar qazanmış həssas bir həmkarımızın amma çox kobud bənzətməsinə rəğmən, “Əkinçi” qəzetindən “tövlə” iyi yox, əsil Mədəniyyət Gülüstanının xoş rayihəsi yayılır. Sadəcə bu qəzeti başdansovdu oxumayasan və oxuyanda 133 il (yüz otuz üç il !) arxaya baxıb o zamanın ab-havasını, məmləkətin halını, millətin vəziyyətini və dünyanın gərdişini təsəvvürünə gətirə biləsən. Davamı…
İyl
12
Tarixi missiyanı həyata keçirənlər təfərrüatları danışır
Repressiya illərində həbs olunan, 1939-cu ildə Maqadana sürgün edilən, Uzaq Sibirdə, İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində torpağa tapşırılan Hüseyn Cavidin cənazəsinin qalıqları Azərbaycana necə gətirilib? SSRİ tarixində ilk dəfə baş verən bu qeyri-adi evakuasiyanı həyata keçirənlər və bu səfərdən imtina edənlər kimdir? Davamı…