Tərcümə
Səhifələr: 1 -dən 2 qədər 1 2 »
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 24 İyun, 2009
(Latın Amerikası, Kosta-Rika, 1918-1997)
Hesabdar yuxudan oyandı və o andaca yadına düşdü ki, bu gün onun ad günüdür.
O, adətinə xilaf çıxaraq ailə başçısı kimi heç kimə “sabahın xeyir”- deməsə də bunun fərqinə varan olmadı.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 103 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 12 İyun, 2009
Qadın marqarita (1) deyərkən, daykiri (2) nəzərdə tutur.
Qadın xəyalpərəst dediyi zaman, dəyişkən nəzərdə tutur.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 188 oxunma | 3 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 28 May, 2009
Biz xarici aləmi fəth eləmişik, ancaq daxili aləmi fəth eləməmişik. Biz daha böyük işlər görmüşük, ancaq daha yaxşı işlər görməmişik.
Biz havanı təmizləmişik, ancaq ruhu çirkləndirmişik.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 229 oxunma | 7 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 09 Aprel, 2009
Noyabr bayramlarından başlayaraq Leninqradda şaxtalar düşdü. Redaksiyaya gedərkən mən qonaqlardan hansınınsa unutduğu xizəyə oxşar eybəcər papağı başıma keçirtdim. Gedər, düşünürəm, bununla belə mən artıq on beş ildir güzgüyə baxmıram.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 311 oxunma | 3 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 25 Mart, 2009
Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq yatırtmışdılar. Hər ikisi də, çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdalar. Birdən-birə arvad dedi: “İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir”.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 388 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 29 Yanvar, 2009
Mən heç indi də geyimimə fikir verən deyiləm, əvvəllər isə daha pis geyinirdim. İttifaqda mən elə pis geyinirdim, hətta bundan ötrü məni məzəmmətləyirdilər. Xatırlayıram, Puşkin qoruğunun direktoru mənə dedi:
Yazını dostuna göndər
|
Yazını Çap et
| 428 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 17 Yanvar, 2009
Ola bilər ki, bu tipli qeydlər artıq söylənilib, özü də dəfələrlə; məni onların orijinallığından çox həqiqiliyi maraqlandırırdı.
Digər klassik əsərlərlə müqayisədə («İlliada», «Eneida», «Farsaliey», Dantenin «Komediyaları», Şekspirin faciə və komediyaları) “Don Kixot” realist kitabdır; bununla belə bu realizm XIX əsr realizmindən fərqlənir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 569 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 10 Yanvar, 2009
«BAŞQA RƏNGLƏR» KİTABINDAN
Artıq otuz ildi yazıram. Bu sözləri də çoxdan təkrarlayıram. O qədər çox təkrar söyləmişəm ki, daha həqiqətə oxşamırlar, çünki artıq yazıçılığımın otuz birinci ilidi. Amma hər halda demək ləzzət verir: artıq otuz ildi romanlar yazıram, amma bu da tamam doğru deyil. Aradabir başqa şeylər: oçerklər, tənqidi məqalələr, İstanbul, yaxud siyasət haqqında qeydlər, nitqlər [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 532 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 28 Noyabr, 2008
Tərçüməçi qeydi: İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi Karl Qustav Yunqun (1875-1961) «Şərq təfəkkürü ilə Qərb təfəkkürünün fərqi» məqaləsi onun «Böyük qurtuluşun Tibet kitabı»na psixoloji şərhlər» əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilmişdir.
***
D-r Evans Vens Şərq «psixologiyasının» vacib müddəalarından ibarət mətnin şərhi vəzifəsini [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 735 oxunma | 4 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə, Ədəbiyyat | Tarix: 01 Noyabr, 2008
Bu söylədiyimin doğru olub-olmadığına heç özüm də əmin deyiləm. Amma mənə elə gəlir ki, sanki hamımız doğulanda daxilimizdə bir başqası üçün ayrılmış yerlə birgə doğuluruq.
Bir hissəsi itmiş tapmaca kimi…
Həyatımızın önəmli çağını qərib bir çatışmamazlıq duyğusu ilə keçirməyimiz, bəzi səhərlər anlaşılmaz sıxıntılarla oyanmağımız, bəzən adsız ümidlərlə nəşələnməyimiz, düşünürəm ki, o boşluğun içimizdə yaratdığı girdabdan qaynaqlanır.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 418 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə, Ədəbiyyat | Tarix: 27 Oktyabr, 2008
Bioqrafiyası:
1957-ci ildə Sənt-Brevəndə doğulan Patrik Dövil Nantda fransız ədəbiyyatı ixtisası üzrə təhsil almış, iki magistr dərəcəsi qazanmışdır. 23 yaşında Fars Körfəzi ölkələrinin birində mədəniyyət attaşesi təyin edilir. İki ildən sonra fəlsəfə doktoru olur və xaricdə tədrislə məşğul olur. Uzun müddət Əlcəzair, Havana və Nigeriyada yaşayıb….
Yazını dostuna göndər
|
Yazını Çap et
| 589 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 14 Oktyabr, 2008
Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik? Bu boyda dünyada yalnız bir nəfəri görmək, beynində yalnız bir fikrin olması, ürəyində bir istəyin olması və dilində yalnız bir adın olması qəribə deyilmi? Bu ad bulaqdan su sızar kimi daim ürəyinin içindən dodaqlarına qalxır, sən onu dua kimi həmişə, hər yerdə, durmadan təkrarlayırsan, pıçıldayırsan.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 561 oxunma | 8 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 06 Sentyabr, 2008
“Tərcümə Həftəsi”
Az qala qaçıram, əlim ayağıma dolaşır.
Bax, hər gün belədir – vağzaldan işə, işdən vağzala.
Çünki, şəhərin düz mərkəzində işləyirəm.
Kendzejində, pivəxanada bir nəfər məndən harda yaşadığımı soruşdu.
Hamburqda.
Bəs, harda işləyirsən?
Yazını dostuna göndər
|
Yazını Çap et
| 354 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 05 Sentyabr, 2008
“Tərcümə Həftəsi”
Şirin çörəklər və qar
Mən istəməzdim haçansa,
yenə yanvar günlərinin birində
Çikaqoda
bacımla önümüzdə
üstünə şəkər tozu səpilmiş çörəklər,
kitab mağazasında oturaraq
izləyək
qarın yerə necə düşməsini,
bərq vuran işıqların
qaranlıqdan necə izn istəməsini.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 350 oxunma | 2 Şərh var
Açar sözlər: Julie O'Callaghan, Yeni etiket ekle
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 05 Sentyabr, 2008
“Tərcümə Həftəsi”
Ayrılmalarının üstündən yeddi il keçmişdi.
İlahi, Nikolayevsk vağzalında necə də qələbəlikdi! Belə yaxın dayanma, indi qatar tərpənəcək. Bax belə, əlvida, mənim gözəlim…
Nazik paltoda, boğazına ağ-qara şərf salmış hündür, sısqa qadın yanaşı gedirdi, cərəyan astaca geri itələdi.
Sonra o istəmədən, nizamsız şəkildə vuruşdu.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 359 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 04 Sentyabr, 2008
“Tərcümə Həftəsi”
Yazıq qızcığaz Syuzən Rid yetim qalmışdı. O, Berçetlər ailəsində yaşayırdı. Deyilənə görə bu ailənin iki və ya üç uşağı da vardı. Syuzən isə ya onların doğmaca qardaşı qızı, ya əmi uşağı, ya da ki, yaxın qohumuydu. Belə hallarda olduğu kimi bu ailənin başçısı haqqında müxtəlif şayiələr dolaşırdı. Misis Berçetti də yaddan çıxartmırdılar. Xüsusən də [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 517 oxunma | 1 Şərh var »
Açar sözlər: Uilyam Folkner. Saçlar, Yeni etiket ekle
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 30 Avqust, 2008
Orhan Pamuk: “Yeni romanda ənənələrin gücünü, insanın bunlardan fərd olaraq istəsə belə, xilas ola bilməyəcəyini; azadlıq həsrətinin, fərdi üsyanın, cəmiyyətin qənaətləri qarşısında məğlub olacağını izah etməyə çalışıram”
Nobel mükafatçısı Orxan Pamuk yeni romanını anladır
Xəbər verdiyimiz kimi, məşhur türk yazaıçısı, Nobel mükafatçısı Orhan Pamukun yeni romanı- “Məsumiyyət Muzeyi” bir neçə gündür ki Türkiyədə satışıa çıxarılıb. Roman Türkiyə [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 608 oxunma | 4 Şərh var
Açar sözlər: "Masumiyet Muzeyi", Orhan Pamuk
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 12 Avqust, 2008
(almancadan tərcümə etdi Ağalar Məmmədov)
Hakimiyyət azadlığı
“Burada azadlıq hakimdir” demək
həmişə ya yanlışdır
ya da yalan:
Azadlıq(dan) hakim olmaz
Yazını dostuna göndər
|
Yazını Çap et
| 494 oxunma | 4 Şərh var
Açar sözlər: Erix Frid
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 01 Avqust, 2008
NAHAR
Birgə həyatımız
açıq-aşkar alınmır.
Bu nahar
olsun ki, sonuncu açılan
vida süfrəsidir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 369 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 31 İyul, 2008
On nəfərdən biri
Tezliklə gələcəklər…
- Siqaretin var?
- Mən qorxuram … mən ölmək istəmirəm.
- Sakit ol, heç bir şey olmaz.
- Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
- Mən soruşuram ki, siqaretin var?
- Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
- Saat neçədir?
- Kimdə saat var ki…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 747 oxunma | 28 Şərh var
Açar sözlər: Perç Zetunsyan
Səhifələr: 1 -dən 2 qədər 1 2 »