Tərcümə


Culi O Kallaxan. XXI əsr Amerika şeiri

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 05 Eylül, 2008

“Tərcümə Həftəsi”
Şirin çörəklər və qar
Mən istəməzdim haçansa,
yenə yanvar günlərinin birində
Çikaqoda
bacımla önümüzdə
üstünə şəkər tozu səpilmiş çörəklər,
kitab mağazasında oturaraq
izləyək
qarın yerə necə düşməsini,
bərq vuran işıqların
qaranlıqdan necə izn istəməsini.



Vladimir Nabokov. Zəng.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 05 Eylül, 2008

“Tərcümə Həftəsi”
Ayrılmalarının üstündən yeddi il keçmişdi.
İlahi, Nikolayevsk vağzalında necə də qələbəlikdi! Belə yaxın dayanma, indi qatar tərpənəcək. Bax belə, əlvida, mənim gözəlim…
Nazik paltoda, boğazına ağ-qara şərf salmış hündür, sısqa qadın yanaşı gedirdi, cərəyan astaca geri itələdi.
Sonra o istəmədən, nizamsız şəkildə vuruşdu.



Uilyam Folkner. Saçlar

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 04 Eylül, 2008

“Tərcümə Həftəsi”
Yazıq qızcığaz Syuzən Rid yetim qalmışdı. O, Berçetlər ailəsində yaşayırdı. Deyilənə görə bu ailənin iki və ya üç uşağı da vardı. Syuzən isə ya onların doğmaca qardaşı qızı, ya əmi uşağı, ya da ki, yaxın qohumuydu. Belə hallarda olduğu kimi bu ailənin başçısı haqqında müxtəlif şayiələr dolaşırdı. Misis Berçetti də yaddan çıxartmırdılar. Xüsusən də [...]



“ATATÜRK MODERNİ TƏQLİD EDİRDİ”

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 30 Ağustos, 2008

Orhan Pamuk: “Yeni romanda ənənələrin gücünü, insanın bunlardan fərd olaraq istəsə belə, xilas ola bilməyəcəyini; azadlıq həsrətinin, fərdi üsyanın, cəmiyyətin qənaətləri qarşısında məğlub olacağını izah etməyə çalışıram”
Nobel mükafatçısı Orxan Pamuk yeni romanını anladır
Xəbər verdiyimiz kimi, məşhur türk yazaıçısı, Nobel mükafatçısı Orhan Pamukun yeni romanı- “Məsumiyyət Muzeyi” bir neçə gündür ki Türkiyədə satışıa çıxarılıb. Roman Türkiyə [...]



ERİH FRİD. Şeirlər.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 12 Ağustos, 2008

(almancadan tərcümə etdi Ağalar Məmmədov)
Hakimiyyət azadlığı
“Burada azadlıq hakimdir” demək
həmişə ya yanlışdır
ya da yalan:
Azadlıq(dan) hakim olmaz



YAÇEK POSYADLO. XX əsr polyak şeri.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 01 Ağustos, 2008

NAHAR
Birgə həyatımız
açıq-aşkar alınmır.
Bu nahar
olsun ki, sonuncu açılan
vida süfrəsidir.



Perç Zeytunsyan. Hekayə. (Ermənistan)

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 31 Temmuz, 2008

On nəfərdən biri
Tezliklə gələcəklər…
- Siqaretin var?
- Mən qorxuram … mən ölmək istəmirəm.
- Sakit ol, heç bir şey olmaz.
- Evdə, gizlində bir şüşə viski saxlamışam. Ələ keçirməyiblərsə, müharibə qurtarandan sonra içərəm.
- Mən soruşuram ki, siqaretin var?
- Şəhərdə bir tanışım var, pinəçidir. Müharibədən sonra gedib onun yanında şagird olacağam.
- Saat neçədir?
- Kimdə saat var ki…



Ryünöske Akutaqava. VƏSİYYƏT (dostuma məktub)

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 17 Haziran, 2008

Samir BULUTun tərcüməsində
İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü [...]



FRANS KAFKA. AC QALMAQ MƏHARƏTİ.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 05 Mayıs, 2008

Son on ildə ac qalmaq məharətini nümayiş etdirən artistlərə maraq çox azalıb. Əvvəllər belə tamaşaları təşkil etmək çox sərfəli olsa da, indi bu, qətiyyən mümkün deyil. Onda başqa dövr idi. O vaxtlar aclıq edən artist haqqında bütün şəhər danışırdı, tamaşaçıların sayı günbəgün çoxalırdı, hər kəs aclıq edəni heç olmasa, gündə bir dəfə [...]



Oktavio Paz. Şeirlər.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 23 Nisan, 2008

1914-ü ildə Meksikada dünyaya gəldi. 17 yaşından yaradıcılığa başlayan Paz 1990-cı ildə Nobel ödülü aldı. 1998-ci ildə Xərçəng xəstəliyindən vəfat etdi.
Söz və azadlıq
Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
İrəliyə doğru addımlayıram yavaşca
Ulduzlarla, şeirlə, uzaq dənizlərdə məni bəkləyən suların nəfəsi ilə.
Gecəyə anlam qazandırıram
Dan yerinin söküldüyü orada.
Və səhərlə qarşılaşıram.



Joze Qomes Ferreyra. QƏHRƏMANLAR (1936-37-38)

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 16 Nisan, 2008

Rasət Pirisoyunun tərcüməsində
İspaniyada vətəndaş müharibəsidir. Əzab çəkirəm, ona görə ki, artıq söz gücdən düşüb.
Alışır canım, ciyərim;
yatmaqmı olar? -
qalxıram.
Yenə bir siqaret,
yenə bu əzab,
yenə bu pəncərə;
açıb baxıram:



BORİS VİAN. ÖLÜ BALIQLAR

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 13 Nisan, 2008

I
Vaqonun qapısı, həmişəki kimi, açılmırdı. Qatarın o biri ucunda başına furajka qoymuş rəis durmuşdu və sıxılmış havanı borulara vurmaq üçün düyməni basırdı. Köməkçi qapıları aralamaq üçün əbəs yerə cəhd edirdi. O, istidən yanırdı, üzündən boz rəngli tər damcıları tökülürdü. Pencəyinin altından nazik parçadan olan köynəyinin kirli yaxalığı görünürdü.
Qatar artıq tərpənməkdəydi, birdən rəis düyməni buraxdı. Qatarın [...]



HENRİX BÖLL. BIÇAQLI ADAM

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 02 Nisan, 2008

Yupp bıçağın tiyəsindən tutaraq onunla ehtiyatsız və saymazyana oynayırdı. Bu, köhnə, nazilmiş, uzun bir çörək bıçağıydı. Birdən Yupp onu yuxarı tulladı. Bıçaq, pər kimi vızıldayıb fırlanaraq havaya qalxdı və onun tiyəsi batan günəşin şüaları altında parıldadı. Tavana zərblə dəydikdən sonra bıçağın fırlanması dayandı və o düz aşağı – Yuppun başına tərəf gəldi. O, ani hərəkətlə [...]