Ədəbi tənqid


Cavanşir Yusifli. Sənə qədər və səndən sonra… yağan yağış…

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 19 Ocak, 2009

nə vaxtsa hamımızın ürəyi belə döyünüb
hamımız da unutmuşuq həmin vaxtı
amma dünən Allah üzümə baxdı
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini …
2000-ci illərdə ədəbiyyata gələnlər arasında Rəbiqə və Jalə intonasiyası və poetik temperamenti etibarı ilə xüsusi olaraq seçilirlər.



Zahir Əzəmət. Quş ölüsü gözlərində.

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 16 Ocak, 2009

Xaqani Hassın “Böyüməyə Prolegomena” şeirlər kitabı haqqında
Ön söz əvəzi: 2006-cı ilin  dekabrında yazılmış bu sürreal öncəgörümü yenidən oxuyaq. Birlikdə. Hər kəs özünü 2009-cu ilin 18 martında sağ qalan birinin yerinə qoysun:



Səlim Babullaoğlu. EŞQ VƏ AĞIL POEMASI

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 04 Ocak, 2009

Elxan Zalın kitabı üçün son söz yerinə yazılmış bir yazı
Elxanın da formalaşdığı ötən əsrin 90-cı illərindən  bu yanakı çağdaş poeziyamızda Əlisəmid Kür şeirimizə gətirdiyi əsəbilik, Adil Mirseyid hüzn və melanxoliya, Kəramət mühacirət stixiyası, Əjdər Ol yüksək vətəndaşlıq plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu [...]



Tehran Əlişanoğlu. Sabir Əhmədlinin trilogiyası (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 13 Aralık, 2008

Sabir Əhmədli bizə bəlli son romanını “Ömür urası” (2000-2001) adlandırıb, son kitabını isə “Axirət sevdası” (Bakı, 2003). Üstəlik, “Ömür urası”nı ayağda xatırladıb: “Məsəl var: “Gedər bostan urası, qalar üzün qarası”. İnsan ömrünün sovulan çağına da “ura” söyləmək olar. Oxuculara çatdırılan bu romança yazıçı ömrünün son yetirməsi – “ura”dır. Bundan sonra nə yazsa, həmin ad altında [...]



Tehran Əlişanoğlu. Nəsrdə Cənub diskursu (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 13 Aralık, 2008

Prozada diriliyi ilə seçilən xətlərdən biri də “cənub diskursu”dur (şərtən bu cür adlandırdığım həmin xətti mən ardıcıl “Alatoran” jurnalında izləyə bilirəm); bu barədə bir Cənublu yazara dedikdə, “burda (yəni Şimalda) redaktədən sonra belə olur”, – dedi. Hərçənd mətnlərə baxdıqda cənublu həmkarımla razılaşmaq çətindir; “prozaik sirr” bizə tanış olmayan, xam həyat parçaları, insan mənzərələri ilə bahəm, [...]



POSTMODERNİZM (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 12 Aralık, 2008

Qorxmaz Quliyev, filoloji elmlər doktoru
XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə verən inqilablar və dünya müharibələri ilə bağlı bəşər cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər boyu cilalanmış əxlaqi prinsiplərin və mənəvi-ruhani dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə rəqabət aparan, “həqiqət yalnız məndədir” deyə bir-birinin dünyaduyum prinsiplərini və [...]



Tehran Əlişanoğlu. Nəsrdə “qadın diskursu” (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Aralık, 2008

Təhminəni yaratmağın necə çətinliyini mən Sara Oğuzun “Çərxi-fələk” povestini oxuyarkən bir daha duydum; çün qadını müşahidədən yazmaq (Anarın “Ağ liman”ında olduğu kimi) bilavasitə yazmaqdan yəqin ki, daha ağır olar. “Çərxi-fələk”də Təhminə-Zaur münasibətlərinin uzaq əks-sədası var; amma mövzu cəmiyyət münasibətlərinin mürəkkəb çulğaşığından çıxarılıb, daha lokal planda – əsas qəhrəmanın mənəvi iztitirabları çevrəsində “azdırıldığından”, aydındır ki, qayə [...]



“Tənqid.net” jurnalı “Kultaz”ın qonağıdır

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Aralık, 2008

Bu günlərdə 5-ci sayı işıq üzü görən “Tənqid.net” jurnalı həftə boyunca “Kultaz”ın qonağı olacaq. Belə ki, jurnalın son sayında dərc olunmuş bir çox yazıları seçmə üsulu ilə sizlərin müzakirəsinə təqdim edəcəyik.
Qeydə edək ki, jurnalın bu sayının əsas mövzusu “müasir tarix”dir; amma birbaşa tarixin rəqəmləri və tarixşünaslıq materiallarında yox; burda müasir tarixi canlı şəhadət – yazıçı, [...]



Qan Turalı. Körpüsalanlar.

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 28 Kasım, 2008

-Vətən deyir, bu körpülər on ildən sonra uçacaq
-Bilmirəm. Mən mühəndis deyiləm. Cəhənnəmə uçsun. Biz bu körpülərin nə altından keçəcəyik, nə də üstündən. (“Körpüsalanlar”dan bir parça).
Seymur Baycanın üçüncü romanı çapdan çıxdı. Adı “Körpüsalanlar” olan bu roman sözün bütün mənalarında günümüzün romanıdır. Romanda körpüsalanlardan söhbət gedir. Onların ağır həyatı, məişətini təsvir edən romanın əsas xüsusiyyəti [...]



“Umberto Eko və Postmodernizm fəlsəfəsi”

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 21 Kasım, 2008

Nərmin Kamalın “Umberto Eko və Postmodernizm fəlsəfəsi” kitabı işıq üzü görüb. Müəllifin kitaba yazdığı ön sözü təqdim edirik:
Kitabın adındakı hər iki açar-söz – Umberto Eko və Postmodernizm fəlsəfəsi XX əsrin ikinci yarısının hadisələridir, deməli, zamanca müasirlərimizdir. Postmodernizm – Avropa fəlsəfi, bədii-estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır. Bizim Qərbə inteqrasiyamız yalnız onun klassik sistemləri [...]



Eldəniz SADIXLI (Qamçı MEZARUS). BİR ÇAL-ÇAĞIR ÖLKƏSINDƏ…

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 17 Kasım, 2008

(Qalib Toğrula Kopenhagendən birinci məktub)
… Cavanşir Yusiflini samballı polemikaya dəvət etdim, malisef qaçdı, təklif elədiyim mövzuya öz bloqundan səthi reaksiya bildirdi… Başdan- ayağa sosial problemlərə “dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirmək cəhdi” deməkdən irəli gedə bilmədi…
… Şərif Ağayarın hekayəsi haqda fikirlərimi dedim, digər yorumçulara cavab verdi, mənim qeydlərimə münasibət bildirməkdən çəkindi, “susmaq razılıq əlamətidir”, – bu, [...]



Qəşəm Nəcəfzadə. MÜASİR UŞAQ ƏDƏBİYYATININ PROBLEMLƏRİ

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 06 Kasım, 2008

Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər.
Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər.



Cavanşir YUSİFLİ. ƏLİ KƏRİM HAQQINDA ESKİZLƏR

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 05 Kasım, 2008

(“Fraqmentlər” kitabından)
Ən yaxşı şeirlərində nə var – bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni [...]



Cavanşir Yusifli. Dilin Arxa Planı

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 10 Ekim, 2008

«İnsan danışır. Ayıq olanda da, yuxuda da. Biz bir kəlmə söz tələffüz etmədən, dinləyəndə və mütaliə edəndə, işləyəndə və istirahət edəndə də danışırıq. Hər necə olur-olsun…danışırıq. Ona görə danışırıq ki, bu bizim üçün təbii xassədir. İnsan dili təbiətdən alıb. Belə bir təlim var ki, heyvanlardan və bitkilərdən fərqli olaraq, insan danışan varlıqdır. İnsanı insan edən [...]



Rəbiqə Nazimqızı. Qısqandığım yazara təbrik

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 06 Ekim, 2008

Cavidanın ad gününə tənqid hədiyyəsi
Demək olar ki, hər gün bu yazını beynimdə yazıb, hər gün də onu kompüterə köçürməyə cəsarət eləmirəm. Niyəsini də bilirəm, daha doğrusu, bu barədə də çox fikirləşmişəm.
Əlbəttə, Cavidan barədə mənim yazmağım çətindi, təkcə ona görə ki, biz təxminən eyni vaxtda çap olunmağa başlamışıq, adlarmız da bəzən paralel çəkilib. Heç məsələnin bu [...]



Rafiq Tağı. Üç esse. Ədəbiyyatşünaslıq etüdləri

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 26 Eylül, 2008

Qaçılmaz ön söz
Ədəbiyyatşünaslıq mövzusunda yazdığım bu üç esseni müxtəlif vaxtlarda qəzetlərdə dərc etdirmişəm. İndilikdə şəxsi arxivim qarmaqarışıq olduğundan, həmin qəzet nüsxələrini tapa bilmədim. Onların kompüter çap variantını, güman, tezliklə dərc olunacaqmışlar deyə, tarixlərini qoymadığım və kompakt bir yerə yığdığım yazılar arasından tapıb çıxardım. Burdakı iki yazının altında sevdiyim üsulla tarix qoya bilməmişəmsə də, hər halda, [...]



Eldəniz Sadıxlı (Qamçı). TƏNQİDİN TƏNQİDİ

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 24 Eylül, 2008

qamchi@yahoo.com
Özüm də fərqinə varmadan Azərbaycanda ədəbi proseslerə qoşuldum. İlin-günün bu vaxtında Elnur Astanbəylidən təşəkkür almaq, deyilənə görə, hər oğulun işi deyil Azərbaycanda, əgər o, öz guşəsində mənə yağlı beş veribsə, deməli, virtual aləmdəki nikim –QAMCHİ Yazıçılar Birliyinin sədri Anar müəllimdən tutmuş, Azad Yazarlar Ocağının başqanı Rasim Qaracanın qulağınacan çatıb.



Cavanşir YUSİFLİ. ÜÇ MƏTN.

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 22 Eylül, 2008

Oğlumun ad gününə
Epistolyar janr insana olmazın azadlıqlar verir. Vaxtilə “Bərpaçıya məktublar”ı yazırdım. Yazdım və usandım. Necə deyərlər, heç nə bərpa olunmadı, əksinə nəzərdə tutduğum nəsnələr bir az da bərbad hala düşdü. Ancaq… məktub yazmaq hər şeydən üstün və gözəldir.



Markesin Sülhəddin Əkbəri

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 21 Temmuz, 2008

Günel Mövlud
Əvvəla mən bütün ədəbi mühiti “Alatoran” dərgisinin yeni sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Doğma dərgini vərəqləyəndən sonra usdufca bir ah çəkərək, bir şeyin fərqinə varıram – bu yüz altmış səhifəlik nəşrdə adamın gözünü sevindirən yeganə mətn “Böyükfırat lahmacun”unun reklam mətnidir. Amma nə yazıq ki, başqası, sadəcə olaraq, yoxdur.
Mən jurnaldakı əsərləri bir-bir saf-çürük [...]



Qan Turalı. Dar ağacını doğrayanlar

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 21 Temmuz, 2008

Ölüm kimin üçün gəlir?
Mən Rüstəm Behrudini demək olar ki, oxumamışdım. Tələbə olanda onun “Salam, dar ağacı” kitabını almış bir az vərəqləyib dostuma bağışladım. Bu yaxınlarda “Azadlıq” qəzetində Rüstəm Behrudinin şeirlərini gördüm, şeirlər  haqda “Reytinq” qəzetində bir yazı da yazdım. Əlbəttə ki, Rüstəm Behrudini tərifləməmişdim. Amma keçdiyimiz aylarda  Rüstəm Behrudidən müsahibə aldım. Filosof-şair mənə öz kitabını [...]