Kultaz » Ədəbi tənqid

Aynurə Paşayeva. İlyas Əfəndiyevin Qarabağ mövzusundakı dramlarının bəzi sənətkarlıq xüsusiyyətləri
Dramaturgiya əsrlər boyu insanların mənəvi təkamülündə, ictimai-estetik tərbiyəsində mühüm rol oynamış, güclü emosional təsirə malik bədii yaradıcılıq sahələrindən biridir. Bu janrın başqa ədəbi növlərdən əsas fərqi odur ki, burada təsvir olunan hadisələr tərənnüm və ya təhkiyə yolu ilə deyil, hərəkətdə və əyani şəkildə təqdim olunur.

İ.Əfəndiyevin Qarabağ mövzusunda yazılan “Mahnı dağlarda qaldı” dramı bədii sənətkarlıq baxımından son dərəcə güclüdür. Dram əsərlərinin daxili strukturu, bədii sxemi dialoq, monoloq və remarkalardan ibarətdir. Dram əsərlərində remarkalar, ilk növbədə, əsəri tamaşaya qoyan rejissor və aktyor kollektivinə məsləhət, tövsiyə xarakteri daşıyır. Remarkalar dramın əvvəlində verilir. “Mahnı dağlarda qaldı” dramında remarka birinci pərdədə adlıq cümlə poeziyanın içərisinə daxil olmuşdur. “Şuşa qalasının Cıdır düzü… Xəzinə, qayası. Daha o yanda isə Şərqə karvan çəkən buludlar altında Topxana meşəsi görünür. Bu mənzərənin fonunda sanki uzaq əsrlərdən gələn bir mahnı eşidilir:

Deyirlər Qarabağ bir cənnət imiş,

Bəslərmiş qoynunda mələklərini.

Məndə qüdrət hanı qələm çalmağa,

Tərif eləməyə ancaq birini…”.

Digər pyesi  “Xurşidbanu Natəvan” da proloq hissəsi xarakterlərin qarşılıqlı münasibıtini yaradır: “Qafqaz canişinin malikanəsi. Pərdə açılan geniş otaqda Xurşidbanu ilə Mirzə Ruhulla sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay iti addımlarla gəlib, Xurşidbanunun qarşısında dayanır”.

Bəzən proloq hissə həm ümumi mənzərəni, həm də surətlərin bədii portlərini yaradır. “Hökmdar və qızı” faciəsində proloq belə başlayır: “Şuşa qalası. İbrahim xanın iqamətgahı. Ağaməhəmməd şahın Şuşanın istilası zamanı Baləkənə qaçmış İbrahim xanın Ağaməhəmməd şah öldürüləndən sonra təkrar sağ-salamat Şuşaya qayıtması münasibəti ilə sarayda şadyanalıq. Musiqi. Cavanlar rəqs edirlər. Xanın qızları Ağabəyim ağa və Səltənət bəyim də, Cavad xanın oğlu Hüseynqulu xan da, Qarabağ atlılarının gənc sərkərdəsi Saday Şirxan oğlu da onların arasındadır. Axund Mirmöhsün ağa zərif parçadan tikilmiş ağ libasda, ağ əmmamədə səhnənin yuxarısında görünür”.

Dialoqlara gəldikdə isə, dialoqlar xarakterin mahiyyətini açmaq üçün ən böyük vasitələrdən biridir. Dialoqlara gəldikdə Şahnazla Nicatın dialoqunda kəndli və bəy sinfinin arasındakı ziddiyyət görünür. Şahnaz nə qədər Nicatı sevsə də onu pulu-qızılı ilə öz iradəsinə tabe edib başqa yerə qaçmağı təklif edir. Ancaq Nicat razı olmur, çünki o zəhmət çəkib pul qazanmağı üstün tutur. Monoloqların əksəriyyəti psixoloji xarakter daşıyır. Burada da qeyd etdiyimiz kimi hər bir surətin nitqi onun xarakterinin açılmasına kömək edir.  “Xurşidbanu Natəvan”da Natəvan xalqının gələcəyi üçün çalışır. O, öz məhəbbətini xalqının yolunda qurban vermiş, vətən məhəbbəti onda fərdi məhəbbətindən üstündür.

Digər nitqində : “Dil bizim milli varlığımızdır. Ağalar, nə qədər ki, Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq! Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Höteni, Puşkini öz doğma-gözəl ana dillərində oxuyacaqları günü görürəm!”.

“Hökmdar və qızı” faciəsində erməni Vanyanın əsl məqsədi onun öz dilində açıq şəkildə verilir: “Rus padşahı ilə dinimiz, məzhəbimiz birdir. Türklər isə bizim düşmənimizdir”.

Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, həm monoloq, həm də dialoqlar surətlərin məqsədini, xarakterinin açılmasında mühüm vasitədir. Buradan əsərin ideyasını da aydın şəkildə görmək mümkündür.

Dil – bədii ədəbiyyatın əsas vasitəsidir. Kamil obrazlı bədii dilin rəngarəng parıltısı, işığı, ahəngi, musiqisi olmasa, bədii yaradıcılıqdan söhbət açıla bilməz. Onun bədii dilindəki şirinlik, təbilik, musiqilik bütövlükdə yazıçının təsvirlərində bir şairanəlik, mühakimələrinə axıcılıq və ahəngdarlıq gətirir. İ.Əfəndiyevin bədii yaradıcılıq portreti üçün nəzərdə tutula biləcək cizgilər çoxdur, onlar sayılmaqla qurtarmaz. Lakin həmin cizgilərin hamısı üçün ümumi olan, onların hamısına aşılanmış bir keyfiyyət var: vüsət və şairənəlik!

Hər bir xalqın milli varlığının, mövcudluğunun əsası, ilkin şərti sayılan dil ictimai faktordur. Dildən səmərəli istifadə və onun obrazlı ifadəyə çevirmək bacarığı təkcə yaradıcının istedadı, istəyi, arzusu ilə deyil, həm də onun dünyagörüşü, ictimai-estetik məramı, xalq dilinə olan dərin məhəbbəti, milli qeyrəti, zövqü və bütünlükdə sənətkarlıq qüdrəti ilə bağlı bir məsələdir. Yazıçılar bədii əsər yazarkən zəruri olaraq ümumxalq dilinə və onun əsas lüğət fondu sayılan arxaizm (köhnə sözlər), neologizm (yeni sözlər), varvarizm (əsnəbi sözlər), dialektizm (ləhcəçilik), jarqonizm (xüsusi təsərrüfat sahəsilə bağlı sözlər), provinsializm (məhəlləçilik), vulqarizm (biədəb sözlər) və s. kimi dil vahidlərinə müraciət edirlər.

Arxaizm – köhnəlmiş, vaxtı keçmiş, artıq müasir dildə işlənməyən çətin anlaşılan sözlərə deyilir. Dildə leksik vahidlərin arxaikləşməsi, köhnəlməsi tarixən, illərin, əsrlər boyu xalqların həyatında baş verən ictimai, mədəni hadisələrlə bağlı qanunauyğun prosesdir.

“Bir pud başını tərpədincə, üç misqal dilini tərpədə bilmirsən?”, “Mən suçlu adamlar kimi heç kimin üzünə baxa bilmirəm” (“Mahnı dağlarda qaldı”), “Şahın ərbabları Azərbaycan qızlarının namusunu ayaqlar altına salıb tapdalayırlar” (“Xurşidbanu Natəvan”), “Yaxşı, Vanya yüzbaşı, sən bu sözlərin mənə çox ərz eləmisən” (“Hökmdar və qızı”). Burada “pud”, “misqal”, ”suçlu”, ”ərbab”, “yüzbaşı” sözləri arxaizmdir. Pud, misqal ölçü vahidləridir, suçlu günahkar, ərbab ağa, yüzbaşı rütbə mənasında işlənmişdir.

Varvarizm – dili zənginləşdirən, dil tərkibini genişləndirən, başqa xalqların dillərindən alınan sözlərdir. Hər bir xalq tarixi inkişaf boyu daima başqa xalqlarla təmas edir, siyasi, iqtisadi, mədəni əlaqələrə girir. Xalqlar arasında mədəniyyət, elm, texnika müdaləsi olur, adətlər, vərdişlər, məfhumlar təsir edir. Ədib bəzən varvarizmdən bir priyom kimi istifadə edir. Məsələn:

“Bəy, söhbət dananı qurda verər, qızımızı verin, mürəxxəs olaq”, “Dünən müsavat nazirləri hökuməti bolşeviklərə təhvil veriblər”, “Bəli, yoldaş komissar, Şahnaz xanımın padruqası” (“Mahnı dağlarda qaldı”), “Mən varisiyektayam!”, “Yaxşı madmazel, mən sizin xahişinizi olduğu kimi əlahəzrət imperatora çatdıraram” , “Arzu edirəm, knyaginyanın təşkil etdiyi bu gecəki balda siz də vaxtınızı xoş keçirəsiniz”, “Lakin bizimlə dədə-baba ədavətləri olan kübarlar çara danos verdilər ki, guya, mən millətçilik eləyirəm, Şeyx Şamil yolu ilə gedirəm”  (“Xurşidbanu Natəvan”),  “Sən bu gün  təğyiri-libas olub, xəlvətcə Əbülfət xanın qərargahına gedib, ona deyərsən ki, mən təcili onu görmək istəyirəm”, “Astvas du bahi, astvas du bahi” (“Hökmdar və qızı”).

Dialektizm və şivələr – nisbətən qapalı əyalət və məhəlli xarakter daşıyan   ümumxalq dilinin tərkib hissəsidir.

Bununla yanaşı, yazıçılar obrazları fərdiləşdirmək, onlarla bağlı emosionallığı, koloriti artırmaq üçün şivələrdən yerli-yerində istifadə edirlər. Bu da sənət əsərlərinə xüsusi təbilik, şirinlik, bədiilik gətirdiyi üçün ədəbi ictimaiyyət və oxucular tərəfindən yaxşı qarşılanır, yüksək qiymətləndirilir.

“Sənə qurban olum, ay Allah, tez ol dayna”, “Eyzən fikir-xəyal içində” (“Mahnı dağlarda qaldı”), “Kor kamançaçı çalırız eyzən Muradalıya baxa-baxa oxuyub oynayırdı”, “Naşına nə gələcək… yenə də göbəyini əsdirə-əsdirə oynayıb, pul yığacaqsan dayna…”, “Sən ölmüyəsən, yəqin heylədi…” (“Xurşidbanu Natəvan”).

Burada işlədilən dialektlər Qarabağ dialektinə məxsusdur. Böyük dramaturqun xalq dilinə yaxın bələd olmağından irəli gəlir.

Vulqarizm-Dilimizin ümumi lüğət fonduna daxil olan, daha çox qəzəb, mübahisə, kin, nifrət xarakteri daşıyan, nadir, ekstrimal vəziyyətlərdə işlədilən söyüş, qarğış, biədəb, kobud sözlərə deyilir. Yazıçı mənfi tipləri fərdiləşdirmək, onların simasında köhnə cəmiyyəti, nadanlığı, cəhaləti, mənəvi geriliyi ifşa etmək üçün kifayət qədər vulqar söz və ifadələrdən istifadə etmişdir.

“Qələt eyləyirlər. Şahnaz təhsil görmüş açıqtəbiətli bir qızdır” ,“Axmağın biri. Qoca nənən gecənin bu vaxtı niyə yadına düşüb?”, “Yalan deyirsən, küçük”, “bu məlun kəndlinin sözlərində həqiqət vardır” (“Mahnı dağlarda qaldı”).

Bədii təsvir vasitələrindən olan məcazlar – sözün sadəcə lüğəti mənasında deyil, həm də çoxmənalı, sətiraltı, bədii, poetik, xüsusilə obrazlı formada işlədilməsinə deyilir. Bədii yaradıcılıqda məcazlardan istifadə yazıçıdan, sənətkardan yüksək profesionallıq, obrazlı təfəkkür, sənətkarlıq, sözlərin üzərində səbirlə, təmkinlə işləmək, onlara yeni məzmun, məna çalarları vermək, poetik təsvir və ifadə vasitələrindən yüksək səviyyədə faydalanmaq bacarığı tələb edir. Aydın məsələdir ki, yazıçının bədii zövqü, həyat təcrübəsi, idrak və müşahidə qabiliyyəti nə qədər güclüdürsə, onun dili də o qədər güclü, təsirli, əlvan və poetik olur.

Bədii təsvir vasitələrinin sadə növlərindən biri epitetdir. Bədii əsərdə mənanı qüvvətləndirmək, müəyyən bir cəhəti diqqətə daha qabarıq çatdırmaq üçün həmin fikri ifadə edən sözə qüvvətləndirici təyinedici söz artırılır. Epitet yunan sözü olub əlavə deməkdir. Nəzərdə tutulan əşya və yaxud hadisə bildirən sözə əlavə olunan söz onun mahiyyəti, əlamət və keyfiyyəti ilə əlaqədardır.

“Min bir gecə qəhrəmanlarının xəyalları dolaşan yerlərə…”, “Görünür ikibaşlı qartalın caynaqları korlaşmışdır”, “Qiymətli adamlardır”, (“Mahnı dağlarda qaldı”), “Xurşidbanu həqiqətən şahanə xanımdır”, “İztirablar çəkmiş qəlbimin sənin sevginə, səmimiyyətinə o qədər ehtiyacı var ki…”, (“Xurşidbanu Natəvan”),“Ağabəyim ağa, siz dünyanın ən nəcib xanımısınız”, “Sənin qəhrəman təbiətin məni düşmənlə vuruşa tələsdirir”, (“Hökmdar və qızı”).

Bədii yaradıcılıqda sadə və ən çox işlənən məcazlardan biri təşbeh-bənzətmədir. Bədii ədəbiyyatda bir əşyanın və ya hadisənin müəyyən əlamətə görə özündən daha qüvvətli əşya və hadisəyə oxşadılmasına təşbeh, yaxud bənzətmə deyilir. İ.Əfəndiyevin təşbehlərində qəzəb, nifrət, mübaliğə, sarsıdıcı ittiham bəzən özünü göstərir.

“Böyük bəy ildırım vurmuş kimi sarsılır”, “ O qədər gözəldir ki, deyirsən, bəs, oğlan paltarı geymiş qızdır” (“Mahnı dağlarda qaldı”), “Quduz it kimi öldürəcəm onu”, “Sənin boyun sərv kimi ucadır, Sənin gözün şəvə kimi qaradır”, “Ürəyim Savalandır, canım da Savalandır”, (“Xurşidbanu Natəvan”), “Gedək , qumral ürgənin üstündə qızıl quş kimi uçacam”  (“Hökmdar və qızı”).

Bir əşya yaxud hadisənin müəyyən əlamətinin başqa əşya və yaxud hadisənin üzərinə köçürülməsinə metafora deyilir. Metafora mənanı daha əlvanlaşdıraraq ona yeni məna çaları verir.

“Kişi səhərdən-axşamacan oturub arvadı tumarlamayacaq ki…”, “Ovçu oğlanı görəndə qızın gözləri od tutub yanırdı”, “Mənim də bəxtim bir gün açılacaq”, “Kübarlar, ağalar sinfinə olan nifrətin sənin qəlbində mənim məhəbbətimi də məhv etmişdir” (“Mahnı dağlarda qaldı”), “Tale özü qəsdən məni indiyə qədər dayandırmış,  knyaz həzrətləri”, “Sənin məhəbbətin mənim köməyim, dayağım olacaq!”, “Yox, sənin, nə isə, bir sirrin var… Bəs, nə vaxt ürəyini açacaqsan?”, “Məqsədim odur ki, min illərdən bəri əkilməyən torpaqlar camaata xeyir versin”, “Musiqi birdən-birə susdu…” (“Xurşidbanu Natəvan”), “Yerlər, göylər bu dəhşətə necə dözdü, necə?” (“Hökmdar və qızı”).

Metonimiya – bədii dildə tez-tez rast gəlinən və danışığı, mənanı qüvvətləndirən, şirinləşdirən məcaz növlərindən biridir. Metonimiyaları yazıçı işlədərkən bəzən kinayə, bəzən də satirik pafos məqamlarından da qaçmamışdı.

“Ətraf dərin sükut içindədir”  (“Mahnı dağlarda qaldı”), “Muradalı əmioğlu, Banu bəyim buyurdu ki,  qala rəisinin yavəri zabit Mixaylov onun sevimli atı “Meymunu” minib bir neçə saat gəzmək istəyir” (“Xurşidbanu Natəvan”), “Doğrudanmı, mən Azərbaycana xəyanət edərəm!” (“ Hökmdar və qızı”).

Bədii ifadə vasitələrindən təzad ziddinə, əksinə olmaq deməkdir. Bədii əsərdə məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin qarşılıqlı şəkildə verilməsinə təzad deyilir. Təzad  aydın müqayisə yaratmaq üçün oxucuda təhlilə kömək göstərir.

“Zəif ağıllılara güclü ağıllara tabe olmalıdır”, “Biz öz vətənimizdə vətənsiz idik”, “Mən dörd il bundan əvvəl ailəmi, qohum-əqrəbamı, bütün var-dövlətimi atıb adi bir nökər olan səninlə qaçanda heç nə fikirləşmədiyim kimi, indi də fikirləşmirdim”  (“Mahnı dağlarda qaldı”), “ Dünyaya Nizami Gəncəvi kimi, Füzuli kimi dahilər vermiş Azərbaycanın bu gün dünya mədəniyyətindən bu qədər geri qalması izzəti-nəfsimi yaralayır”, “Bir könüldən min könülə aşiqəm sənə”, “Cənab knyaz da, o biri ağalar kimi, çörəklərini halal zəhmətlə qazanan adamlara yuxarıdan aşağı baxır, amma sizin kasıb adamlarla rəftarınız məni fərəhləndirir, banu bəyim, həqiqəti söyləyən şairlərin taleyi həmişə faciəli olmuşdur”, “Dünyada qəribə təzadlar olur, əlahəzrət, şer-sənət nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökmdarlar da onu sevir”, “Ancaq mən Cavad xan kimi xalq qəhrəmanını, yenilməz Azəri igidlərini, arvadları, körpə uşaqları top atəşinə tutub gülləbaran etdirən cəllad bir generalın görüşünə getməyi, onun şadlıq məclisində iştirak etməyi Azərbaycan xalqına qarşı dəhşətli bir xəyanət hesab edirəm”, “Siz Azərbaycanı, gözəl Qarabağı müstəmləkə etməyə gələn rus generallarını duz-çörəklə qarşıladınız”  (“Hökmdar və qızı”).

Mübaliğə – bədii təsvirdə və ya adi danışıq dilində hadisələrin, faktların, insanın əməl, fikir və duyğularının həddində artıq böyüdülməsinə, şişirdilməsinə deyilir.

“Siz ki, kübar salonlarının pələngisiniz”, “Mənə elə gəldi ki, vətənim üçün dağı dağ üstünə qoya bilərəm!”, “And içirəm ki, sənin sirrini xəncərlə də mənim ürəyimdən çıxara bilməzlər” (“Xurşidbanu Natəvan”), “Mənə elə gəlirdi ki, sən bizi xilas etmək üçün Allah tərəfindən göndərilmiş fövqəlbəşər bir məxluqsan”, “Xan ata, o oğlan adi tərəkəmə içindən çıxmış bir igiddir. Sənin kimi qüdrətli hökmdarın istəkli qızı olan mənim onu istəməyim mənim öz gözümdə göylərə qaldırmışdır” (“Hökmdar və qızı”).

Bədii əsərdə mübaliğənin əksi olan ifadə vasitəsindən də istifadə olunur ki, ədəbiyyatşünaslıqda buna litota deyilir. Litota yunan sözü olub, kiçiltmək, əhəmiyyətsizləşdirmək mənasını bildirir. Söz sənətkarı müəyyən hadisəni, əşyanı əsərin ideyasına uyğun, əslində olduğundan zəif, kiçik şəkildə nəzərə çatdırır.

“Lakin onun qılıncı nə qədər iti olsa da, iki divin pusqusunda dayandığı bu tilsimi qan tökməklə sındıra bilər”  (“Hökmdar və qızı”).

Kinayə – insana, onun işinə, əməlinə, hadisə və faktlara istehzalı, rişxəndli, ifşaçı münasibətdən doğan, mətləbi birbaşa deyil, əksinə, dolayı yolla bildirən sözə, mühakiməyə və ya fikrə kinayə deyilir.

“Yəni Bəhmənmirzənin nəvəsi, Böyükbəyin bacısı, o günə qalıb ki, gədənin birinə aşiq olsun?” (“Mahnı dağlarda qaldı”), “ O!..Nə böyük nəzakət… Niyə gəlmirsiniz?”, “İnanmaq lazımdır! Yoxsa, azərbaycanlıları sən Zahir bəydən, Fərəc bəydən yaxşı tanıyırsan? Kim səni vəkil eləyib ki, bu qaçaq-quldur tuzemləri müdafiə eyləyəsən?”  (“Xurşidbanu Natəvan”).

İnversiya – sözlərin müəyyən sırasının pozulmasıdır. Qrammatikanın tələbi baxımından nöqsan sayılmasına baxmayaraq, sənətkar bədii əsərdə sözlərin sırasını bəzən bilə-bilə pozur-inversiya yaradır, ondan bədii ifadə vasitəsi kimi istifadə edir.

“Yığışdır şələ-şüləni, İnsan!” (“Xurşidbanu Natəvan”), “Vurdur mənim boynumu, xan ata! Hər halda, bu, bütün xalqı yadelli bir qəsbkarın çəngəlinə keçirmək qədər ağır cinayət deyil” (“Hökmdar və qızı”).

Pyeslərdə Qarabağın müxtəlif bölgələrinin adları da çəkilir. Dilçilikdə buna terminlər deyilir. Kürdmahmudlu, Dumu, Tuğ, Hadrut, Xankəndi, Daşaltı və s. yerlər Qarabağın kəndlərinin adlarıdır.

İ.Əfəndiyevin pyeslərində xalq dilinin ruhu aydın şəkildə duyulur. Xalq ədəbiyyatının müxtəlif janrlarında istifadə edərək gözəl şeirlər yaratmışdır. “Mahnı dağlarda qaldı” pyesində xalq mahnısı oxunur:

Aman ovçu, vurma məni,

Mən bu dağın maralıyam…

Yaralıyam, yaralıyam…

Mən bu dağın maralıyam.

Digər pyesdə “Xurşidbanu Natəvan” da bayatı janrının nümunəsinə rast gəlirik:

Araz axar lil ilə,

Dəstə-dəstə gül ilə.

Mən yarımı sevirəm,

Şirin-şirin dil ilə.

“Məclisi-üns” poetik məclisi şeir, sənət dünyası ilə bağlı olmasına baxmayaraq, Mamayın söylədiyi şeir bu məclisi öz məcrasından döndərir. İ.Əfəndiyev dramaturq kimi Natəvanın qəzəllərindən misallar gətirir:

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil?

Səni gülşən ara aşüftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

İ.Əfəndiyev yaradıcılığı öz mənəvi əsasları ilə qədim tarixə malik Azərbaycan ədəbiyyatına bağlı olmuş, onun əsərlərində mifik təfəkkürün, folklor ədəbiyyatının, klassik şairlərin, sənətkarların həmişəyaşar ruhu duyulur, milli kökə, milli qaynağa əsaslanmaqla, həm Azərbaycan, həm də dünya ədəbiyyatının ən yaxşı ənənələrinə müraciət etməkdir.

Ədəbiyyat:

1.    Əfəndiyev. İ. Seçilmiş əsərləri, I cild, Bakı, Yazıçı, 1984.

2.    Əfəndiyev. İ. Seçilmiş əsərləri,  II cild, Bakı, Yazıçı, 1984.

3.    Əfəndiyev. İ. Seçilmiş əsərləri, IIIcild, Bakı, Yazıçı, 1984.

4.    Əfəndiyev. İ. Seçilmiş əsərləri,  IV cild, Bakı, Yazıçı, 1984.

5.    Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları, Bakı, Nurlan nəşriyyatı, 2008.

6.    Mir Cəlal. Hüseynov F. Ədəbiyyatşünaslığın əsasları, Bakı, Maarif, 1973.

7.    Хализев В.Е.. Теория литературы. Москва, «Высшая школа», 1999.

Vaqif Yusifli. Təsəvvüf… İrfan poeziyasi…Yunis İmrə …
İncə dərəsinin  şairləri və bizim Məmməd  Dəmirçioğlu

Qəd ənarəl-eşqu lil-üşşaqi minhacəl-hüda

Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

(M.Füzuli)

Ağu içərsə nuş olsun, süci içərsə xoş olsun,

Yunis ilə yoldaş olsun gəlsün Allahına gedən.

(Yunis ƏMRƏ)

«Qədim yunanlar özlərinin olduqca

poetik görünən çoxallahlı dini ba-

xışlarında təkcə həqiqəti, biliyi, qüdrəti

müdrikliyi  deyil, məhəbbət ilahələrinin

müşayiət etdiyi gözəlliyin özünü də

ilahiləşdirmiş, onu da Allah məqamına

yüksəltmişlər»

(V.Q.BELİNSKİ)

Sufi təliminə görə yaranmışların ən dəyərlisi olan insan (əşrəfül-əşya) əbədi həqiqət aləminə qovuşmaq üçün müəyyən sınaqlardan keçməlidir. Yəni insan, öz kökünə, əslinə qayıtmalıdır, cüzvlər küllə, damlalar dəryaya qovuşmalıdır.İnsandan Allaha yol…bax, bu yol insanı kamillik mərhələsinə aparıb çıxarır.  Sufilərə görə bu yolu başa vurmaq üçün insan Şəriət, Təriqət, Mərifət və Həqiqət mərhələlərini keçməlidir. Sufizmlə məşğul olan araşdırıcılar yazırlar ki, Şəriət mərhələsində insan (sufi) islamiyyətin bütün ehkam və qaydalarını sözsüz icra etməlidir.  O, bu mərhələdə meyl və pəhriz məqamlarını dürüst bilməli, halal və haram hüdudlarını ayırmalıdır. İkinci-Təriqət mərhələsində insan Allahı dərk etmək yoluna daxil olmaq və özünü «ilahi ruh» ilə birləşdirməyə hazırlamalıdır. Bu mərhələdə sufi təriqətinə daxil olan hər bir «mürid» (şagird, tələbə) özünə müqəddəs bir rəhbər, «Mürşid» axtarmalı və şəxsi iradəsindən əl çəkərək onun göstərişlərinə qeydsiz-şərsiz əməl etməlidir. Üçüncü mərhələ Mərifətdir, yəni kainatı üluhiyyətlə vəhdətdə dərk etməkdir. Dördüncüsü, Həqiqətdir, yəni Allahın özü ilə birləşmək, özünü və maddi varlığı unudaraq «tərkidünya» olmaq, «fənayə» qovuşmaqdır. Təsəvvüfün orta əsrlərdə ən qüvvətli  bir dini-fəlsəfi cərəyan olduğunu təsdiqləməyə ehtiyac yoxdur. Bu cərəyanı qətiyyən İslama qarşı əks bir dünyagörüşü hesab etmək olmaz. Sadəcə olaraq, bir sıra fərqli baxışlar diqqəti cəlb edir.  Görkəmli tənqidçi Yaşar Qarayev yazırdı ki: «Təsəvvüf-həm din, həm də fəlsəfədir, yaxud, ayrılıqda nə din, nə də fəlsəfədir. Dindən fərqi: insanı və təbiəti o, xaliqin yaratdığı, yoxdan var etdiyi xilqət hesab eləmir, xaliqin özü, onun zərrələri, görüntüləri hesab edir. Dindar ibadətlə, sufi-eşqlə, kamala yetməklə haqqa yetmək yolunu tutur».

Ümumiyyətlə, islam təsəvvüfü ilə bağlı çox mətləblər bizdə hələ tam açıqlanmayıb. Xüsusilə,təsəvvüfün poeziyada və incəsənətin digər sahələrində inikası məsələsi də öz geniş, konseptual  həllini gözləyir. Belə məsələlərdən biri də İRFANdır.  Nədir irfan? Əgər belə demək mümkünsə, lap qısaca bir cavab: İrfan təsəvvüfün poeziyasıdır, Allahın özünü, onun yaratdığı gözəllikləri, insan kamilliyini Eşqin gözüylə oxumaqdır.

İrfan poeziyasından söz açanda yada düşən  ilk şair Yunis Əmrə  olur.

Sevərəm bən səni candan içərü,

Yolum ötməz bu ərkandan içərü.

Nərəyə baqarsam könlüm tolusın,

Səni qanda qoyam bəndən içərü?!

O bir dilbərdürür, yoqdur nişanı,

Nişan yoqdur binişandan içərü.

Bəni sorma bana, bəndə dəgülvən,

Surətüm boş yürür tondan içərü.

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət andan içərü.

Süleyman quş dilin bilir dedilər,

Bu nə məzhəbdürür dindən içərü?!

Dinün tərk edənün küfrdür işi,

Bu nə küfrdür imandan  içərü?!

Keçər ikən Yunis şəş oldu dosta,

Ki qaldı qapuda andan içərü.

Yunis Əmrənin  bu məşhur şeirində irfani düşüncə tərzinin bütün modeli əks olunmuşdur. İlk növbədə, burada Allaha böyük, qarşısıalınmaz məhəbbətin təzahürü ilə qarşılaşırıq. Allaha məhəbbət isə candadır, duyğudadır, «içəridə»dir. Tədqiqatçıların fikrincə, onun həyata, insanlara münasibəti dərin bir inam üzərində qurulmuşdur, özü də sufi imanı üzərində.. Bu sufi imanı isə  dini ehkamlara itaətlə boyun əyən fanatiklərin imanından fərqlidir.  İnsan, öncə qeyd etdiyimiz kimi, Allahın bir zərrəsidir, o zərrə Tanrı əmanətidir. Zərrə-İnsan Bütünə-Allaha aşiqdir. Aşiqlik, Sevgi, Eşq -bunlar sufi poeziyasında adi sözlər deyil, həm də kristallaşmış terminlər, anlayışlardır.

Allaha doğru yol Allahı sevməkdən başlanır və bu, ilahi eşq ilə mümkündür.İlahi eşq irfan poeziyasının başlıca atributudur.İnsan öz Allahını dərk etməyə və ona qovuşmaq üçün, yəni Həqiqətə çatmaq üçün bütün ömrü boyu yol getməlidir. İndi müasir poeziyamızda  irfan düşüncəli  şair kimi təqdim edəcəyimiz Məmməd Dəmirçioğlunun bir şeirinə müraciət edək, görək Tanrıya qovuşmaq üçün gedilən bu eşq yolunda nələr olur?

Gön varağa, daş kitaba düzüldüm,

Sözdən-sözə, dildən-dilə yol gəldim.

Zülüm-zülüm qayalardan süzüldüm,

Qətrə-qətrə, gilə-gilə yol gəldim.

Sevə-sevə eşq odunda hallandım,

Şarkı-şarkı dodaqlarda ballandım,

Şırıl-şırıl haqqa sarı yollandım,

Seldən-selə, eldən-elə yol gəldim.

Zaman-zaman kaman üstdə gərildim,

Tağ-tağ olub torpaqlara sərildim.

Puçur-puçur, qönçə-qönçə dərildim,

Çöldən-çölə, güldən-gülə yol gəldim.

Diqqət edirsinizmi, bu qoşmada ilahi eşq ilə yola çıxan Aşiq (ona Dərviş də demək olar)  Haqqa qovuşmaq «əzablarından» söz açır. Artıq Yunis Əmrə, Nəsimi, Xətai, Füzuli, Nigari dövrü tarixə qovuşub, amma XXI əsrin sufisi yenə Haqq yolunu tutub getməkdədir. Qoşmanın ardına diqqət edin:

Yüz il yaşa, ömrün sonu ölümdü,

Ömür gördüm, ölümdən də zülümdü,

Ağ buludlar göyə qalxan külümdü-

Kökdən-kökə, küldən-külə yol gəldim.

Dünya yalan, ömür talan, yol qalan,

Yol babamdı, yol atamdı, yol babam,

Qopuz üstdə pərdə-pərdə, xal-xalam,

Bəmdən-bəmə, zildən-zilə yol gəldim.

Dəmirçoğlu azı tapdı, çox gördü,

Qanlı sinəm öz yayından ox gördü.

Göz açınca var olanı yox gördüm,

Gedə-gedə, gələ-gələ yol gəldim,

Ölə-ölə, gülə-gülə yol gəldim.

Bu qoşmada irfani düşüncə tərzi öz parlaq ifadəsini tapıb və şeiri oxuduqca böyük bir Eşq ilə Allahı -hər gözə, hər könülə görünməyən Tanrını dərk etməyə və tədricən ona qovuşmağa can atan bir sufinin ömür yolunu izləyirik. Şeirdəki söz təkrarları (qətrə-qətrə, gilə-gilə, zülüm-zülüm-zülüm, şırıl-şırıl, şarkı-şarkı, zaman-zaman, tağ-tağ, puçur-puçur, qönçə-qönçə, kök-kök, kül-kül, ölə-ölə, gülə-gülə və s.) «fənafillaha» (Allahda əriyib yox olmağa) qədərki yolun mənzərəsini əks etdirir.

Tənqidçi Rüstəm Kamal doğru qeyd edir ki: «Onun şeirlərində nəfəs sətirlərin, bəndlərin arasında qırılıb qalmır.  Nəfəs onun şeirlərini səsli, havalı edir. Şeirlərindəki xalq sufiliyini poetik ləhcənin yaddaşı çəkib gətirir. Türk inanc poeziyasını (Yunis Əmrə, Pir Sultan Abdal, Şah Xətai…) stilizasiya etmir. İnanc fəlsəfəsi onun içindədir».

Əlbəttə, Məmməd Dəmirçioğlunun Eşq ilə vardığı YOL bizdən çox mətləbləri açıqlamağı tələb edir. Xüsusilə, inanc fəlsəfəsinin müasir şeirdə yeni bir biçimdə, lakin öz kökünə, qaynağına bağlılığını qətiyyən itirmədən təzahür etməsi maraqlı hadisədir. Məsələ burasındadır ki, müasir irfani poeziyada yeni düşüncə tərzinin modelləşməsi ləng getsə də, hər halda, diqqəti cəlb edən bir xüsusiyyətdir.

Dünya itib-batacaq

Bir gün ahlar içində.

Körpəyəmmiş, ay Allah,

Bu günahlar içində.

Sonu yoxmuş bu dərkin,

Ruh bədəndə didərgin.

Bu dünyanı bilər kim,-

Gülüb ağlar içində.

«Dünya itib-batacaq  Bir gün ahlar içində»-bu, artıq Eşq ilə havalanmış bir könülün mənəvi məstliyindən xəbər vermir. Nədir bu?

Ulduz arzu, ay -pəridi,

Gecə nuru ay təridi.

Ulduz axdı, ay əridi,

Gecə gündüzə çıxmadı.

Hanı sevgili yar, hanı?

Dondu damarımın qanı.

Gəzdirdi mənə dünyanı,

Yol varıb sizə çıxmadı.

Məmməd Dəmirçioğlu rəssamdır. Heykəltaraşlıqla da məşğuldur. Bu incə sənətlərin incəliyini İncə dərəsindən çıxan bir şairin şeirlərindəki incəlikdə, zəriflikdə də görürük. Bu gün xalq şeiri formalarına marağın kütləviləşməyə doğru getdiyi  və çox zaman uğursuzluqla üzləşdiyi (qoşma, gəraylı neyləsin ki, sözbilməzlər əlində urvatdan düşür) bir zamanda Məmməd Dəmirçioğlu bir sıra  görk olası nümunələr yaradır, qəfil, gözlənilməz təşbihləri, metaforaları ilə bizi heyrətə salır.Budur, onun ən gözəl qoşmalarından biri:

Səhər doğulunca gecə can verir,

Üfüqün qırmızı tül körpüsündə.

Sabaha salamat çıxan ümidlər,

Şeh olub titrəşir gül körpüsündə.

Könül gülşənimi dərib sözlərim,

Uçuq könüllərə sərib sözlərim.

İçimdə hürküşən qərib sözlərim,

Sorğu-sualdadı dil körpüsündə.

Tanrım xəlq eylədi dünyanı sirli,

Aşkarı müəmma, pünhanı sirli,

Bir yanı bəllidi, bir yanı sirli,

Yorğun bir dərvişəm qul körpüsündə.

Dindi arzularım qara saz kimi

Köçdü durnalarla xoş avaz kimi.

Əsdim, yıxılmadım kəndirbaz kimi

Yaşadım ömrümü qıl körpüsündə.

Bu qoşmanın  hər bəndində fikrin poetik ifadəsi üçün münasib olan sözlər, ifadələr diqqəti cəlb edir. «Körpü» anlayışı müəllifin demək istədiyi fikirlər üçün stimul rolunu oynayır.Əgər el arasında ya ədəbi dildə «qıl körpüsü» ifadəsi ilə qarşılaşmışıqsa, müəllif bura dörd yeni, təyini söz birləşməsi ilə ifadə olunan anlayışı da əlavə edir.»Üfüqün qırmızı tül körpüsü» gözlərimiz qarşısında əlvan bir mənzərə yaradır, ümidlərin şeh olub gül körpüsündə titrəşməsi isə …necə gözəldir. Bəs hələ deyiləsi mümkün olmayan qərib sözlərindil körpüsündə sorğu-sual altında olması.Nəhayət, «qul körpüsü»nün müsafiri olan bir yorğun dərviş. Görürsünüz, təravətli ifadələrdir. Qoşmanın məzmununa gəldikdə isə, hər bənd digəriylə zəncir kimi bağlıdır və bunların hər biri  insan ömrünün kədərli taleyindən söz açır.  Dahi Belinski məqalələrinin birində yazırdı ki: «..həyat bizim üçün şən bir ziyafət və bayram təntənəsi deyil, zəhmət, mübarizə, məhrumiyyət və iztirab yoludur. ..Bizim zəmanənin lirik şairi valeh olmaqdan çox kədərlənir, sevinməkdən çox şikayətlənir».

Məmməd Dəmirçioğlu sözlə lövhələr çəkən, mənzərə yaradan rəssamdır.Onun şeirlərində Azərbaycan dilinin gözəlliyini, zərifliyini özündə əks etdirən misraların, bəndlərin, bütövlükdə şeirlərin sayı-hesabı yoxdur.Ancaq daha çox diqqəti cəlb edən təzə, təravətli təşbihlər, metaforalardır.

Şamdanda şam işığı,

Titrəyir dilim kimi.

Gülümsəyir tənha gül,

Güldanda ölüm kimi.

Gecə soyuq, ev soyuq,

Soyuqdu yanan işıq.

Güldandakı tənha gül,

Bu soyuğa yaraşıq.

Kirpiklərim qırovlu,

Gözlərimdən qar yağır.

Gecənin yuxusuna,

Soyuq işıqlar yağır.

Baxın, tamaşa edin bu şeirdəki bədii təsvir mənzərəsinə. Belə şeirlərin sayı isə bir deyil, iki deyil.

Məmməd Dəmirçioğlu  Qazaxın İncə Dərəsindəndir, Astanbəyli, Qaymaqlı və Kəmərli kəndlərini birləşdirən İncə dərəsi  milli ədəbi-mədəni irsi, sazı, sözü qoruyan məkanlardan biridir. Ağamalı Sadiq Əfəndi, Akif Səməd kimi poeziyada iz salan şairlərimiz İncə Dərəsinin yetirmələridir. Allah onların ruhunu şad eləsin. Məmməd İlqar, Məhəmməd Astanbəyli, İbrahim İlyaslı, Rəfail İncəyurd kimi şairlər isə İncə Dərəsinin saz-söz havasını yaşadırlar.Rəfail İncəyurdu çıxmaq şərtilə mən bu şairlərin hər biri haqqında ayrıca məqalə yazmışam. Deyim ki, onları formal mənada birləşdirən xalq şeiri şəkillərinə üz tutmaqlarıdısa, ruh etibarilə bir nöqtədə birləşirlər-ozançılıq ənənəsi, «etnoqrafiq proseduraları» qorumaq duyğusu bu şairləri bir araya gətirir. Ancaq onların hər biri fərdi, özünəməxsus poetik düşüncə tərzinə malikdir. Ağamalı Sadiqin poetik təfəkkür tərzi daha çox ənənəvi şeirdə dünyanın bu günkü mənzərəsini rəsm etmək, xalqın fəlsəfi düşüncəsini, həyata, gözəlliyə, insana münasibətini əks etdirmək üzərində qurulmuşdu.

Başı saxlamağa verdi,

Gözü ağlamağa verdi,

Köksü dağlamağa verdi

Dünya bu imiş deməli.

Yarı yanıq ömür yeri,

Yarı sınıq səbir yeri.

Beş-on qarış qəbir yeri,

Dünya bu imiş deməli.

Akif Səməd isə əzablı bir dərviş həyatı keçirdi və bu dərviş dünyanı dolanmaqdan, gəzməkdən daha çox özünü gəzdi, özünü dərk etməyə çalışdı , keçmişlə özü arasında mənəvi bir bağlantı yaratdı və nəhayət..sonda özünü tapdı.

Sən kövrəlmə, ay atam,

Dözümə yol gedirəm.

Nə vaxtdı itib-batan

İzimə yol gedirəm.

Yanmaq yaraşır ömrə,

Qulam Allahdan əmrə,

Nəsimi, Yunis Əmrə

Sözümə yol gedirəm.

Daşda bitən kolmuşam,

Öz-özümü yolmuşam,

Özümdən yol almışam

Özümə yol gedirəm.

Məmməd İlqara gəlincə…Onun poetik təfəkkürü çox mütəhərrikdi,

təcnisin ən gözəlini yaradır, qoşmada, gəraylıda -xalq şeirinin bu ulu örnəklərində bu günün havasını, ovqatını, ritmini səsləndirir, «Qaratel» poeması ilə müasir lirik-fəlsəfi dastançılıq ənənəsinin özülünü qoyur.

Məmməd Dəmirçioğlu da gələcək incəli şairlər üçün məhz belə binövrəni, belə bir ənənəni yaradanlardandır.

…Bu yazını başa çatdıranda Məmməd Dəmirçioğlunun Novxanıdakı bağını xatırladım. Elçin Hüseynbəyli idi, mən idim, Məmməd İlqardı, Rəfail İncəyurdu, bir də İbrahim İlyaslının qardaşı Aşıq İlham Astanbəyli. Məmmədin rəssam duyğusu  və düşüncəsi ilə yaranan o gözəl bağda biz İlhamın sazını, sözünü dinlədik.Bu dünyanın faniliyi,olumu-itimi, gözəlliyi, aşiqlərin məcnun könüllərinin fəryadını, gözəllərin tərifi ilə bağlı qoşmalar, gəraylılar, təcnislər eşitdik. O bağda sanki Qurbaniylə, Yunis Əmrəylə, Tufarqanlıyla, Qaracaoğlanla, Xəstə Qasımla, Ələsgərlə üz-üzə oturduq. soraq  Ən axırda  İlham Astanbəyli böyük bir şövq ilə Məmməd Dəmirçioğlunun bir gəraylısını oxudu:

Allah, məcnun könülləri

Yetişdir yara, öldürmə.

Ölüm də bir yaraşıqdı,

Sinədə yara öldürmə.

Tər sinələr nar eyləsin,

Nar olanlar bar eyləsin,

Zirvələnib qar eyləsin

Saçları qara öldürmə.

Dəmirçoğlu dərd adamı,

Oynadarmış dərd, adamı,

Dərdə salıb mərd adamı,

Çəkdirib dara öldürmə.

Elnarə Tofiqqızı. “A” romanında bütün obrazlar yarımçıqdır
«A» – Əlifbanın ilk hərfi

Bu roman haqqında ədəbi tənqid hələ də susur. Və bu susqunluq heç də birmənalı qarşılanmır.

Ən azı ona görə ki, kitab hətta xalq yazıçısının və bir çox istedadlı qələm sahiblərinin qatıldığı yarışmadan qalib çıxıb, ölkənin tanınmış ziyalılarının münsifliyi ilə 264 əsər içərisindən seçilib, ali ədəbi mükafat qazanıb.

Münsiflərin çağdaş Azərbaycan ədəbiyyatının siması olaraq təqdim etdiyi bu roman ədəbi tənqidin diqqətindən necə yayına bilər?

Təbii ki, bir-iki həvəskar yazıçı və ya peşəkarın belə qeyri-ciddi yanaşması tənqidin reaksiyası sayıla bilməz.

Əslində, Elxan Qaraqanın «A» romanını oxumaq kifayətdir ki, ədəbi tənqidin hazırki mövqeyinə haqq qazandırasan. Çünki əsər ədəbi tənqidin predmeti olmadığını açıq-aşkar göstərir.

Ancaq romanın statusu ona tənqidi yanaşmanı labüd edir – ötəri olsa belə…

«A»-nın qayəsi

«Başlanğıc»la başlayan əsərdə simvollardan minimum istfadə edilib.

Yalnız qəhrəmanların – HOST-çuların adının «a» hərfiylə başlaması, a hərfinin dini-mistik və fəlsəfi tutumu rəmzləşdirilib ki, müəllif bu simvolları əsərdə dönə-dönə, yeri gəldi-gəlmədi açıqlamaqla oxucuya düşünmək və əsərin ideyasını fərdi təfəkkürünə uyğunlaşdırmaq üçün heç bir fürsət qoymayıb.

Roman həyatın qanunauyğunluqlarını qəbul etməyən və dünyaya fərqli baxışlarıyla seçilən bir qrup gəncin ədalətli cəmiyyət naminə sivilizasiyanı məhv etmə istəyi üzərində qurulub.

Mövzu yeni deyil – dünya ədəbiyyatının böyük simaları müxtəlif dövrlərdə tərəqqinin mənəvi-psixoloji aşınmaya səbəb olduğu qayəsini özündə əks etdirən nümunələr yaratmışlar.

E.Qaraqan da məkan və təfəkkür fərqiylə mövzunu ayrı rakursdan işləməyə cəhd göstərib.

Ancaq hiss olunur ki, bu ideya müəllifin özünə tam aydın deyil.

Bəşəri təkamülü başlanğıc nöqtəsinə qaytarıb bərabərliyi tam təmin etmək istəyən gənclər yığışdıqları təşkilatda bərabərhüquqlu deyillər; «oğrudan oğruya halaldır» («A», Bakı-2008, s., 117) prinsipi ilə topladıqları vəsait, söylədikləri kimi «Afrikada aclıqdan ölən insanların» xilasına yox, öz güclərinin artırılmasına sərf olunur; azad dünyanın konturlarını müəyyənləşdirməyiblər; «fərqlilərin birliyi» («A», Bakı-2008, s., 70) kimi cəmləşən qrup əsərdə kütlə olaraq səciyyələndirilir («Yol verin, yol verin, zibilə qalasınız sizi» – «A», Bakı-2008, s., 207); sistemsizlik yaratmaq amacıyla fetişləşdirdikləri liderin diqtəsi altında daha sərt sistem qururlar və s.

Əsərdəki çoxsaylı təzadlar, əlbəttə ki, belə xaotik süjetin məntiqi nəticəsidir. Başqa sözlə, ideyanın dinamik inkişafından söhbət gedə bilməz.

Təhkiyə və obrazlar

Müəllif heç bir tipikləşmə və ya ümumiləşmə aparmayıb. Bu çatışmazlığı «fərqlilərin birliyi» təsəvvürünü canlandırmaq istəyi kimi isə yozmaq olmur.

Çünki obrazların hamısı yarımçıq işlənilib.

HOST-da keçmişini danışan gənclərin həyatı reallıq yox, qeyri-real, xəyali düşüncənin məhsulu təsəvvürü yaradır: «ağ atlı oğlan» təxəyyülünə alternativ olaraq «qara ata» mindirilən Anarla Ayseldən tutmuş, namusunu qorumaq istəyən Aynura qədər.

E.Qaraqanın fərdi üslub və təhkiyəsinin formalaşdığını söyləmək də çox tezdir.

Əksinə,

a) eyni abzasda hər hansı təhkiyənin nəqli və şühudi keçmiş zamanlarla aparılıb gözlənilmədən indiki davamedici zamanla əvəzlənməsi,

b) bir sözdən sadə cümlələrdə ardıcıl olaraq tez-tez istifadə edilməsi,

c) keçidlərin uzlaşmaması, ümumiyyətlə, müəllifin özünüifadə çətinliklərinin mövcudluğu şübhəsi yaradır.

Məsələn:

a) «Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış olur. Səbinə. Çingiz Səbinəyə ilk baxışdan vurulur. Səbinə tarix fakultəsində oxuyurdu…» («A», Bakı-2008, s., 187);

b) «Ona görə indi demək olar ki, hər şeydən xəbəri var. Onun maraqlı bir sözü var. Deyir ki, Bakıda gözəl bir varlanmaq üsulu var» ((«A», Bakı-2008, s., 73);

c) «Yəqin onda da Birləşmiş Millətlər Təşkilatının sədr müavini olmaq istəyəcəklər. Həyatımda hər şey zibil kimi gedirdi» («A», Bakı-2008, s., 11) və s.

Mətndə məntiqi ardıcıllığın pozulması, zaman-məkan qarışıqlığı ilə də «A» romanında tez-tez rastlaşırıq.

Məsələn, Anarla Aysel «Rusiyanınmı, ya Gürcüstanınmı» sərhədində həbs olunur.

Əvvəlcə sərhədçilərin hansı dövləti təmsil etməsi bilinmir (təsvirə görə onlar sərhədi keçirlər və oxucu sövq-təbii sərhədçilərin kimliyini aydınlaşdırmaq istəyir, «A», Bakı-2008, s., 33-34), sonra isə sərhəddə həbs olunan Anarın Bakı türməsidən qaçdığını müşahidə edirik…

Əsərin dili

Hər bir ədəbi nümunənin çəkisi həm də mənsub olduğu dilin daxili potensialından maksimum istifadə və dilin imkanlarını genişləndirmə cəhdi ilə ölçülür.

Ədəbi dilin canlı dilə uyğun inkişaf etdirilməsi ədəbiyyatın əsas missiyalarından biridir.

«A» romanında Azərbaycan dilinin potensialıdan nəinki istfadə olunub və zənginləşdirilib, hətta dilin daxili qanunauyğunluqlarına yad olan söz və ifadələr işlədilib.

Məsələn, «yeşik», «zibilçə», «priyom», «kolonka», «kapüşon», «brat», «roqatka», «kapriz», «paranoik», «lavina», «aparatura» və s.

Həmçinin romanda alınma sözlərin ədəbi dil qanunlarına uyğun olmayan surətdə yazılışının da şahidi oluruq: «Rock», «Rap», «Mayn Kampf», «Skinhead»…

Ümumiyyətlə, son vaxtlar yaranan ədəbi nümunələrdə rastlaşdığımız bu hal artıq problemləşib və yeri gəlmişkən, qısaca olaraq bildirək ki, Azərbaycan ədəbi dili və onun normaları var: bu prinsiplər mütləq şəkildə qorunmalıdır!

Hər bir müəllifin istədiyi kimi yazması qətiyyən fərdi üslub deyil, dil normalarının pozulması, dağıdılmasıdır.

O ki qaldı əsərdəki mənanı, məzmunu dəyişəcək səviyyədə olan saysız-hesabsız orfoqrafiq yanlışlıqlara, texniki səhv hesab etdiyimizdən, onlara toxunmamağı məqsədəuyğun sayırıq.

«Pis kitab yoxdur»

Romanda pozitiv hesab edilən məqamlardan biri əfsanə, rəvayət və ya uydurulmuş mətn parçalarının yer almasıdır.

Montenin məntiqi ilə desək, «pis kitab yoxdur, hər kitabda öyrənilməli nəsə tapmaq mümkündür».

E.Qaraqan da süjetə yardımçı olan əfsanə və rəvayətlərdən istifadə etməklə romanın informasiya yükünü artırmağa, əsəri oxunaqlı etməyə çalışıb.

Ancaq hazır və ya təxəyyül məhsullarından yararlanan müəllifin dünyagörüşü oxucuda rəğbət doğursa da, mifoloji yaddaşımıza, o cümlədən yaradılış dastanı səviyyəsində olan abidəmizə münasibəti qənaətbəxş sayıla bilməz.

Ona görə ki:

1) dünya ədəbiyyatında müxtəlif müəlliflərin toxunduğu bu mövzuya mili prizmadan yanaşan E.Qaraqanın işlətdiyi sözügedən mətn parçalarının heç birində millilik yoxdur;

2) yeganə Dədə Qorqud və Qıpçaq Məlik qarşılaşdırılmasıdır ki, bu uğursuz bənzətmədə də «Kitabi-Dədə Qorqud» dastanından yox, Anarın ssenarisi əsasında çəkilən «Dədə Qorqud» filmindən alınmış bilginin təsiri görsənir.

Bu tip məlumatsızlıq təsəvvürü yaradan yanlışlıqlar yazıçı üçün bağışlanmaz səhvdir.

«A» – əlifbanın ilk hərfidir

Verilən bu xırda qeydlərin özü bir daha təsdiqləyir ki, roman janrının minimal tələblərinə cavab verməyən sözügedən kitab ədəbi tənqidin predmetinə çevrilə bilməz.

Yeri gəlmişkən, «a» həm də əlifbanın ilk hərfidir və lüğət tərkibi həddən artıq kasad olan «A»-nı da ədəbiyyata yenicə gələn gəncin öyrəndiyi ilk hərf kimi qəbul etmək olar.

Qarşıda E.Qaraqanı hələ böyük bir elm gözləyir və ümid edək ki, onun təcrübəsizliyi, ən azı bu romanda olduğu qədər, cəsarətinə mane olmayacaq.

Son olaraq: qazandığı statusa baxmayaraq, əsərin Azərbaycan ədəbiyyatının siması kimi təqdim edilməyəcəyinə inanmaq istərdik.

Bu, ədəbiyyatımızla bərabər Elxan Qaraqanın gələcək karyerası üçün də lazımdır.

“Azadlıq” radiosu

Tehran Əlişanoğlu. Ekspertlərin səhvi
“Azadlıq” radiosu məndən “A” romanı barədə fikir istədi, əvəzində bu yazını yazdım

Yenə ədəbi tənqidi məhşər ayağına çəkmək zamanı gəldi; əcəb işdir, ədəbiyyat adına işlər görülür, əməllər yapılır, şöhrət qazanılır; elə ki, suçunu daşımaq lazım gəldi, tənqid yada düşür…

Onsuz da görüb-bilib-anladığımız qədər biz bu günahın içindəyik; indi bizdən MKM-in (Milli Kitab Mükafatı müsabiqəsi) hesabını sorurlar; Azərbaycanda bir neytral ədəbiyyatşünas, ədəbiyyat tənqidçisi tapmırıq ki, söz deyə, – deyib qınayırlar.  Gec deyilmi? Nə həmin müsabiqənin (və ümumən də müsabiqələrin) ekspertləri sırasında peşəkar tənqidçi vardı, nə münsiflər heyətində, – bu öz yerində, bu mümkündü; nə də müsabiqə gedişatında ədəbi tənqidə üz tutub, aya siz də varsız, siz də bir söz deyin, – deyən olmamışdı; bax bu, pisdi, anormaldı. Amma MKM-in nəticələri bəlli olan gündən eynən bir çox həmkarlarım tək, dərin xəcalət hissi, peşmançılıq havası məni də bürümüş; axı bu gərək belə olmayaydı, –deyə MKM-in məğlubiyyətini təəssüflə bölüşmüşəm.

Qalibi mühakimə etmirlər; “A” romanını plagiatda suçlayan cavan və ehtiraslı publisistin araşdırmalarını alqışlamaqla (zira bu növ arqumentli fikir toqquşmaları bizə çox-çox gərəkdir), bu mövqeyə çox da məhəl qoymuram. Sadə səbəblərdən: filmi görməmişəm (1); həqiqətən də, əcnəbi film və romanların təsiriylə Azərbaycansayağı “köçürmələr”, təqlid, imitasiyalar indi bizdə çox-çoxdur (yadıma gəlir, düz altı il öncə belə bir “kəşf”imə görə bir yazıçı həmkarım hətta məni məhkəmə ilə hədələyirdi); adına da elə bu cür (imitasiya) demək daha doğru olar (2); Rəşad Məcidlə razıyam, hər halda burda konkret Azərbaycan həyatı (materialları) var; başqa məsələdir ki, orijinallıq az olduqca əsərdə təqlidin payı daha çox olur; cavan romançının ilk qələm təcrübəsində bu gözləniləndi də… (3)

Amma məğlubiyyət ağrıdır, düşündürür və səbəblərin analizini istəyir. MKM haqqında iki yazı yazmış, əlbəttə, ədəbiyyatın xeyrinə, bir dəfə də kütləvi TV-də müdafiəsinə durmuşam. Son illərdə Milli Kitabı (nəsr əsərini) müəyyənləşdirməkdə ilk nəticələr (20-lik və 10-luq siyahılar) beləydi ki, ekspertləri ancaq alqışlamaq qalırdı; doğrudur, razılaşmadığım məqamlar vardısa da, hər halda tənqidi təhlillərimlə müsabiqəyə dəstək olmağa çalışırdım. Mənim 10-luğumda gələcək qalibin – “A” romanının adı yox idi; sadəcə ona görə ki, hələ bu əsəri oxuyammamışdım; bu da bir suç, bir onu eşitmişdim ki, müəllifinin vur-tut 19 yaşı var və bu da başlayan yazarın 10-luqdakı peşəkarlarla rəqabətə heç vəch dayanmayacağı ehtimalına əsas verirdi…

Qalibi mühakimə etmirlər; amma peşəkar analitik üçün ədəbiyyat məşqlərini ciddi ədəbiyyatdan ayırmaq çox da çətin deyil. Bəli, Rəşad Məcidlə razıyam, bədii mətndə alt qat olur və “alt qatda ciddi oxucular üçün dərin məsələlər” olur; amma ciddi məsələləri ixtiyari şəkildə yazmaq və yozmaq hələ alt qat demək deyil ki; əgər maraqlıdırsa, uzaq başı buna “oxu materialı” (ruslarda “çtivo”) deyirlər. Alt qat – ilk cümlələrdəncə ciddi oxucunu təsiri-sehri-cazibəsinə alan üslubda, təhkiyədə, obraz və qəhrəmanlarda (və min cür başqa bədiiyyatda) gizlənir və əgər varsa, istədiyi səmtə çəkib onu ciddi ideya və mətləblərlə aşina edir; yoxsa, ciddiyyət də yoxdur. Gənc yazar təcrübəsizlikdən bunu bilməyə bilər (“necə istərəm, elə yazaram”); “A” psixoloji roman, şərti (müasir nağıl) və ideya romanı poetikalarını bir-birinə qatışdırır və sonda sanki postmodern roman təcrübəsi ilə (əslində, daha çox bu cür romanlara təqlidlə) hər birinə yolu açıq qoyur. Xam oxucular üçün, əlbəttə, bu, maraqlı təxəyyül oyunu ola bilər (romanın geniş gənclik auditoriyalarında populyarlığının şahidiyəm); ciddiyyət axtaran oxucu isə ilk səhifələrdəncə alt kontakt tapmayıb (darıxan fərdin iç dünyasımı; Sarıköynəklə Valehin ucuz sevgi macərasımı; yoxsa Gənc qvardiyaçılar romanı…), inanmıram mətndən böyük həzz ala…

Məğlubiyyət acıdır; amma mən inanmıram MKM-in ekspertləri təcrübəsiz bir qələmin məhsulu olan romanı ad çıxarmış yazıçıların əsərləri ilə yanaşı qoymaqda bir qəsd güdələr. Doğrudur, adları gizli saxlanan ədəbiyyat hakimlərinin içindən, gözlədiyimə rəğmən, peşəkar tənqidlə aktiv məşğul olan bircəciyi belə çıxmamışdı (bir daha ədəbi tənqidin prosesdə “nüfuzu”na diqqət çəkirəm); amma müasir proses maraqlıları olmaları qəti şübhə doğurmurdu; hünərləri işlərindən də bəlliydi. Bəli, söhbət məşhur ekspert beşlıyindən gedir: Yaşar, Muxtar Kazımoğlu, Mahir Qarayev, Etimad Başkeçid, Zahir Əzəmət. Qalib açıqlandıqdan sonrakı müsahibələrinə diqqət edilsə: nəticənin gözlənilməzliyi az qala ekspertlərin özlərini də çaşdırmışdı; və nə qədər məsuliyyəti özlərindən ötürüb Münsiflərin boynuna yükləsələr də, bəs çəkdikləri zəhmətlər, hayıf olmamışdımı? Bilərəkdən ya bilməyərəkdən – başlıca suçu mən ekspertlərdə görürəm.Yanlış, ya naxış… – Milli Kitab adına yarışmada 19 yaşlı debütantla 60 yaşında peşəkarı bir tərəzidə çəkmək hünərinə məhz onlar imza atmışlar…

Qalibi mühakimə etmirlər; istər “A”-da HOST hərəkatına verilən önəmdən, istərsə də “Azadlıq radiosu”na müsahibəsindən mənə elə gəldi ki, gənc müəllifi MKM-dən də, romandan da çox hansısa qanadlı ideyalar cəlb və cəzv edir, alıb-aparır. Kitab içində kitab – HOST-un kitabı, nizamnamə-ibrətnamə-kostitusiya; gənc yazar, görünür, həyat bioqrafisindən – məişətdən də, sevgidən də tez üzülüb, qəhrəmanı ilə bahəm bu sferada qanad çalmağa daha ehtiraslıdır. İdeya romanları quruca nizamnamə çağırışları, hərəkət və hərəkat təbliğatı ilə olmur, İdeal savaşı və ideal qəhrəmanlar üzərində qərar tutur; Qərb həyatından fərqli, təəssüf ki, bizdə bunun hələ ki bir variantı – bolşevik romanları olmuş; məhz sosrealist təbliğat maşınını aşa bilmədiyinə görə (ruslardan fərqli olaraq) örnək üçün bircəciyi belə iz saxlamamışdır. Amma budur, son zamanlar bizdə də ideya romanları ayaq açmada; “A”-da hətta sanki anarxist ruhlu gənclərin dünya savaşı hədəfə gəlir (o cümlədən müsahibəsində müəllif dünyada nə qədər ideyalar olduğunu diqqətə alır); gəl ki qəribədir, son halda bu ideyaların sifarişçisi MTN çıxır (romanda belədir); MTN-nin dövləti missiyası bəlli, məsələ bunda deyil; bəs ədəbi missiya, İdeal savaşı necə olsun, o da mı sifarişlədir?

Məğlubiyyət acıdır, əgər onu yaşayıb-duyursansa; Rəşad Məcid deyir: “Bir dənə Azərbaycan cəmiyyətinin bu günkü problemlərini yazan Elxanın romanıdı… Nə qədər sadəlövhdür, qeyri-peşəkardı, bu mövzuları qoyaq bir kənara, amma o əsərdə bu günümüzün problemlərindən narahatlıq var…” Müsabiqənin 10-luğunu bu cür aşağı dəyərləndirmək mövqeyi ilə işim yox, bu barədə yazılarım var. Demək, Münsiflər Milli Kitab müsabiqəsində peşəkar ədəbiyyatın maraqlarının heç də öndə olmadığını etirafdan çəkinmirlər. Bəs onda hesabını bu gün Ədəbiyyatdan sormaq nəmənədir ki; hər kəs öz qaydaları ilə oynayır: cəmiyyət cəmiyyətliyində, ədəbiyyat ədəbiyyatlığında; oyunçu aparsın. Məsələn, Ədəbiyyat nöqteyi-nəzərindən, sütül bir qələm təcrübəsi qalib elan olunduqdan sonra, ardınca orijinal bir yazı tərzi nümayiş etdirmiş Əjdər Olun “Ədəbi portretlər”nin ikinci mükafata layiq görülməsi gülüncdür, sadəcə meyarın itdiyinə görə; adətən, müsabiqələrdə əlavə gənclik yaxud ilk təşəbbüs mükafatları olur ki, yaradıcılığının bişkin dövrünü yaşayan Əlabbasın “Qiyamçı”sının sakit-dinməz-qiyamsız həmin mükafata qane olması ikiqat acı doğurur; daha sonra hansısa şirkət əlavə olaraq heç müsabiqədən keçməmiş bir əsəri mükafatlandırır. Bütün bunlar məhz ədəbiyyat ehtirasları qəbilindən qəribədir; cəmiyyətdə nə mənalar kəsb etdiyinə isə hələ baxacağıq… Bu halda Rafiq Tağı kimi peşəkarın kənarda qalmasını bayraq edib, küy salmağına da dəyməz; əslində sevinmək gərək; heç olmasa burda ölçülər pozulmamışdı: qeyri-peşəkarlığın qalib olduğu yerdə Rafiq Tağıya yer vardımı?

Qalibi mühakimə etmirlər; amma oxucuya qəribə gələ bilər, bütün bu küy, çək-çevir elə “A” romanının qalib olması iləmi bağlıdır? Əslində, elədir; ayının yüz oyunu var bir armudun üstündə. Düşünürəm ki, nə bu yazının, nə də roman ətrafında digər küylərin gənc Qaraqanın gələcək ədəbi karyerasına elə bir isti-soyuğu yoxdur; varsa da dolayısıdır. Amma il ərzində Ədəbiyyat iddialı bir müsabiqənin qəfil gözlənilməzliklə bitməsi heyrətləndirdi və müxtəlif yozumlara meydan açdı. Birisi və ən arzuolunmazı da elə bu: hər şey ona hesablanmış ki: MKM bitsə də, küyü heç zaman bitməsin… Bir oxucu rəyində deyildiyi kimi: Ədəbiyyatda da şou zamanları gəldimi? Bu hallarda susmağı əfzəl bilirəm; hər şey axır, durulur; onsuz da görüb-bilib-anladığımız qədər biz bu günahın içindəyik…

“Azadlıq radiosu” isə danışmağa çağırır…

İyul, 2010

Kultaz.Com

Adil Mirseyid. Gənc şairə açıq məktub əvəzi
Gənc dostum Ayxan mənim fikrimcə, nə pessimistdi, nə də optimist – o, şairdi

Bir şairin şeirlərindən ətkilənmişəm, indi bu ətkini sizinlə bölüşmək ehtiyacı duyuram. Amma öncə deyim ki, onun poetik dünyası həyatın özü kimi xaotikdir.

Onun şeirlərinin musiqisi bəstəkar Alfred Şnitkenin musiqisinə bənzəyir – bilmirəm o, Şnitkenin musiqisinə bələddirmi? Bu ünlü musiqiçinin bəstələrini dinləməyi ona tövsiyə edərdim.

Onun şeirlərinin rəsmi irrosionaldır. Çeerce de Krikonun, Rene Maqrittin və Mircavadın tabloları kimi. Gənc dostuma təsviri sənətlə, Təbriz miniatür məktəbi və fransız impressionizmi ilə dərindən ilgilənməsini arzulayıram.

Etiraf edim ki, gəncliyimdə Nazim Hikməti çıxmaq şərtilə, şairlərdən daha artıq məhz fransız impressionizmindən, sürre-alist rəssamlardan – Rene Maqritdən, Salvador Dalidən və İv Tanqidən təsirlənmişəm. Bu rəssamların üslublarını poeziya ilə müqayisə eləmişəm.

Gənc dostum metofizik bir dünyanın şairidi – zira o, hənüz yaşamadığı günlərin şeirlərini yazır.

İndi onun şeirləri ilə üzbəüz oturmuşam, onun şeirləri ilə həmsöhbətəm. O, özünü ifadə etməyə, təsdiq etməyə çalışır, onun içində hardasa sanki bir anlaşılmazlıq qorxusu yaşayır.

Bəlkə də elə bu üzdən bir qədər əsəbi, bir qədər səbirsizdi. O, nəyisə, çox vacib bir detalı unuda bilər, özü də bunu duyur, bəzən bir neçə misradan sonra sərbəst şeirin musiqisi ritmini dəyişir. Ritm qırılır, sonra yenidən bərpa olunur. Və iki misra arasındakı dissonans məni narahat eləyir, həyəcanlandırır. Amma onun mənə ürək qızdırdığını, etibar elədiyini bilirəm. Mən isə ondan nigaranam, çünki o, istedadlıdır. İstedad, yəni gerçək istedad isə hər yerdə, hər zaman təhlükəlidir…

Daha öncələri hələ onun şeirləri ilə həmsöhbət olmadığım vaxtlarda bir neçə kiçik hekayəsini oxumuşdum. İndi o hekayələri bəyənmişdim deyə bilməyəcəyəm. Deyə bilmərəm ki, o hekayələr məni təəccübləndirmişdi. Nə qədər qəribə də olsa, mən o hekayələrdə şair nəfəsi duymuşdum. Çox sonralar bığ yeri təzəcə tərləməyə başlamış nasir şeirlərini mənə etibar eləyəndə bu, mənim üçün gözəl bir sürpriz olmadı desəm, səmimiyyətimə inanın.

Deyirlər ki, nasirlər uğursuz şairlərdir. Gəncliklərində şeir yazırlar, sonra nəsrə keçirlər. Çox ünlü yazıçılar ədəbiyyata şeirlə gəliblər. Prozasını yüksək dəyərləndirdiyim latın amerikalı yazıçı Xuli Kortasarın haçansa Moskvada çap olunmuş bir şeir kitabını oxumuşdum. Və o kitabdan Kortasarın iki-üç şeirini rus dilindən tərcümə eləmişdim. Yeri gəlmişkən, Kortasarın bir fikrini xatırladım. Kortasar Evelin Pikon Qartfild ilə söhbətində deyir ki, mənim üçün hekayə ümumi və qapalı mətndir, o, yüksək ifa tərzi tələb edir, əks halda lazımi effektə nail olmaq mümkünsüzdür. Mən zahiri, formal ifadəni deyil, daxili kamilliyi nəzərdə tuturam. Poeziya ilə müqayisə etsək, hekayə sonet kimi bir şey olmalıdır.

Qoşma ab-havası ilə süslənmiş bir şeir:

Getdiyin qatar

şığıyanda ayrılıqlara,

Onun gözləri pəncərəndə

ilişib qalanda,

Ağaclar da yüyürsə

ayrılıqların arxasınca,

Bir damcı göz yaşı süzülər

yanaqlarına…

“Ağlamaq” adlı şeir belə notlarla başlayır.

Qatar, pəncərə, ümid, ayrılıq, kədər və göz yaşı gənc şairin tez-tez üz tutduğu obrazlardır. Şeir aşağıdakı misralarla tamamlanır:

Yollar aparsa uzaqlara,

Uzaqlarda sevgilər yoxdursa,

Ümidlər arxada qalıbsa,

bir damcı göz yaşı süzülər

yanaqlarına…

O, sevdiyi qıza “sən olmadığın yer qübətdi mənə” pıçıldayır, amma səsini qaranlıq udur, səsi qaranlığa dəyib geri qayıdır. Və o, öz səsindən diksinir. Öz səsindən diksindiyi qərib gecələrin birində “Son məktub”unda sanki öz əliylə özünə ölüm fərmanı yazır:

Yarı canım!

Bu yağışlı günlərdə

son dəfə xatırla məni,

son dəfə pəncərədən düşən damcılara bax…

Ayxanın on səkkiz yaşı var – o, bu dünyada on səkkiz bahar yaşayıb. O, ədəbiyyata ilk addımlarını, uğurlu addımlarını atır. Şeirlərindəki Ayxan dünyadakı yaşından böyük görünür. Şeirlərindəki Ayxan dünyadakı Ayxandan daha təcrübəlidi, bu təcrübə qan yaddaşından, genetik yaddaşdan gələn təcrübədi. Əlbəttə, burada onun acgözlüklə oxuduğu kitabların böyük rolu oldduğu şəksizdir.

Diqqəti cəlb etmək istədiyim bir məqam onun poetik məni – lirik, tragik eqodur. Onun şeirlərinə bu prizmadan yanaşmaq bəlkə də ən doğru seçimdi. Niyə bu temanı xüsusi ilə vurğulayıram? Çünki onun şəffaf bir qüssə, kədər pərdəsinə bürünmüş misraları, melanxolik ovqatı mütləq oxucuya sirayət edəcək. Və kimsə, hardasa onu pessimizmdə suçlaya bilər, – yadımda ikən, dəyərli ədəbiyyat alimlərimizdən biri bu yazının müəllifinin yaradıcılığı haqqında çap etdirdiyi məqalədə melanxoliya ilə pessimizmin yerini bir azca dəyişik salmışdı. Bu bir azca dəyişiklik on səkkiz yaşlı gənc şairin qanadlarını qıra biləcək qədər qüvvəyə malikdi. Bu üzdən də qəlbimin dərinliyində gənc dostumu qorumaq niyyətindəyəm – istedad təhlükəlidir demişdim.

Eh, gidi dünya, deyəsən, artıq qocalmışam, öyüd-nəsihət vermək keçir könlümdən.

Əstəğfürullah, sadəcə indi Ayxanın şeirlərini oxuduğum bürkülü yay gecəsində öz gəncliyimi xatırlayıram.

İyirmi yaşımda şeir dolu qovluğumu qoltuğuma vurub o illərdə çox məşhur olan, uşaqlıqda onun şeirlərini oxuya-oxuya şeir yazmağı öyrəndiyim şairin qapısını döymüşdüm. Kaş ki, heç döyməyəydim… Bizim gəncliyimiz “biganələr iqliminə düşdü”. Biz iyirmi yaşımızda qayğı sözünü eşitdik, amma qayğının özünü, üzünü görmədik.

Ayxanın şeirləri kədərlidi, qəmlidi, onun çəkdiyi poetik tablolar tünd boz, siyah rənglərlə işlənib, amma bu qaranlıqda bir Ay işığı parıltısı, ümid və səadət işartısı açıq-aydın görünməkdədir.

O, yəni gənc dostum Ayxan mənim fikrimcə, nə pessimistdi, nə də optimist – o, şairdi. O, bütün şairlər kimi qlafsız adamdı. O, öz lirik məni qarşısında safdı, təmizdi, yalansızdı. Bəzən mənə elə gəlir ki, o, öz uğurundan, xoşbəxtliyindən qorxur. Bəlkə də bu fikrimdə yanılıram, əslinə baxsanız, elə yanılmaq istəyirəm.

Bir fransız şairi deyir ki, xoşbəxtlikdən qorxmaq lazım deyil, çünki xoşbəxtlik yoxdu.

Gəlin on səkkiz yaşlı qocaman şairin könül nəğməsini dinləyək:

Səkinin qırağında

çöməlmiş dilənçinin

qırışlı əlləri varsa,

demək uzaqda bir daxması var…

Bax o daxmadan başlayır

ümidsizlik.

Pəncərənin qabağında

durmuş qadının

qurumuş göz yaşları varsa,

demək hardasa

bir əsgər oğlu da var…

Bax o əsgərin olduğu yerdən başlayır Vətən…

Yollara düşmüş bir oğlanın

yırtılmış ayaqqabısı varsa,

demək hardasa

itirdiyi sevgilisi də var…

Bax o itmiş sevgilinin olduğu yerdən başlayır ayrılıq…

Xoşbəxtlik doğulmur,

o, hardasa uzaqda

bir uşağın gözlərində donub qalıb.

Bu şeir əslində hələ bioqrafiyasının ilk səhifəsini yazan gənc şairin vizit kartıdır deyə bilərəm. Onu qarşıda sevinc, kədər, həyəcan, nigarançılıq, qara sevda və ümid dolu uzun bir yolçuluq gözləyir. O, yolun başlanğıcındadır.

Hələlik isə nəfəs dərib on səkkiz yaşını şərabla, kədərlə və göyüzündəki Ayla bir süfrədə qeyd eləyir – “on səkkiz yaşındayam – bir az kədərli, on səkkiz parçayam – bir az hüznlü”.

Mən heç vaxt səhərin

açılmağına inanmamışam,

günəş həmişə bizi aldadıb, dost,

aydınlıq gələcək kədərlərdən

xəbər verir…

Ayxanın mənə verdiyi qovluqda yaddaşım məni aldatmırsa, təxminən otuz-otuz beş şeir vardı. Mən bu qovluqda toplanmış şeirləri oxudum və gördüm. Yox, Ayxanın şeirləri vizual, görsəl şeirlər deyil, amma şairin portretini çəkməyə imkan verir. Onun lirik məni qapalı məkanda yaşayır. Qovluqda toplanmış şeirləri oxuduqca Andrey Tarkovskinin “Stalker” filmini xatırladım – Tarkovski kinonun şairi idi. Rejissor bu filmi qapalı məkanda, çıxılmazlıq mühitində lentə alıb. Stalker zonada, labirintdə yaşayır. Rusiyadan, doğma vətənindən mühacirət etmək məcburiyyətində qalan rejissor Sovetlər Birliyində qapalı məkanda Stalker idi. Ayxan da qapalı mühitin şairidi, amma o, Stalker deyil. O, labirintdə yox, şüşə kaleydoskop içindədi sanki. Onun tragikomediyası, elegik ovqatı bir gəncin melanxoliya durumundan xəbər verir – şüşə kaleydoskop içində kəpənək qanadları ilə uçmaq sevdasında bulunan bu gənc daxilən özgürdür, Aleksandr Blok sağ olsaydı, şairin daxili özgürlüyünə “gizli azadlıq” deyərdi.

Arabir türk çayxanasında görüşürük, başımız söhbətə qarışır, əslində çox zaman mən danışıram, o, bir tələbə marağı ilə məni dinləyir. Bəzən ona sevdiyim kitabları bağışlayıram. Bir də baxıb görürük ki, bardaqlarda çay çoxdan soyuyub – əlbəttə çay bəhanədi. Ayxan bir şeirində o çayxananı təsvir edir:

Qırmızı işıqları içəri süzülən

gün işığına həsrət bir çayxanada oturmuşam,

sən varsan içimdə,

içdiyim çayda,

masalarda gözlərin var.

Ayxanın şeirləri dünyayla barışmayan bir qəlbin çılğın harayı, üsyanı deyil, pıçıltılardı, etiraflardı. Onun şeirlərini ənənəvi kateqoriyalara, məsələn, fəlsəfi şeirlər, sevgi şeirləri, peyzaj şeiri və s. başlıqlı bölümlərə ayırmaq zor məsələdi. Onun şeirlərini sadaladığım və sadalamadığım kateqoriyalar bir-birinin içindədir. Bir daha qeyd etməliyəm ki, onun poetik dünyası həyatın özü qədər xaotikdir.

Mən gənc dostumun şeirlərini poetik və antipoetik kateqoriyalara bölmək fikrindən çox uzağam. Amma bir önəmli nəsnə haqqında danışmasam, Ayxan məndən inciyər – ölüm teması onun qara sevdasıdır. “Tragikomediya”dan bir neçə misra;

…mən tozlu-torpaqlı,

sən islanmış yolların yolçusu,

gəl, gülək ikimizə -

sevərkən ölən sənə,

doğularkən ölən mənə.

Başqa bir şeirdən;

Hər döngədə

daha yaxınam ölümə,

ölüm qoxuyur hər küçə, hər tin…

Daha bir örnək;

…Onu başqasının

qollarında görmək,

yaşarkən ölmək,

sevdiyini ürəyinə gömmək…

Daha onlarla belə örnək göstərə bilərdim, amma zənnimcə yetər. On səkkiz yaşlı bir gəncin qafasında dolaşan bu ölüm sevdası nədi? Onun hər şeirindən ölüm metafizik olqu olaraq keçir. Sətirlər, misralar arasında ölümün kölgəsi görünür.

Attilla İlhan “ölümə yenik düşən əslində qorxuya yenilir” demişdi.

Qorxuya yenilmə, mənim gənc dostum!

Adil Mirseyid

Cavid Ramazanov. Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi
“Plagiat roman yazmaqla yalnız Azərbaycanda qalib gəlmək olar”

Çox absurd cəmiyyətdə yaşayırıq. Azərbaycan sanki Samuel Bekkettin “absurd teatr”ıdır. Heç bir yerə aparmayan yolun kənarında, yarpaqları tökülmüş ağacın altında oturan Vladimir və Estragon kimi Qodonu gözləyirik. Qodo bizim üçün ümiddir. Bizə ədalət gətirəcək, bəlkə bizi yenidən ümidləndirəcək ümidi gözləyirik. Getmək mümkündür, çünki Qodo gəlmir, bəs biz gedəndən sonra birdən Qodo gəlsə necə olar, bizi tapmaz, onsuz da başqa iş-gücümüz yoxdur, ən yaxşısı gözləməkdir… Qodonun gəlməyəcəyini bilə-bilə gözləməkdir. Ümidsizcə ümid edərək gözləməkdir…

Qodonu gözlədiyimiz vaxt Pozzo (diktator) və Lakki (yaltaq ziyalı) gəlir. Pozzonun əlindəki kəndir Lakkinin boynuna bağlanıb. Pozzo yediyi yeməyin sümüklərini Lakkinin qabağına atır, Lakki sümüyün xətrinə diktatorun qabağında şıllaq atır, şeir deyir, mahnı oxuyur, diktatoru mədh edir. Bizsə heysiz-heysiz onlara baxırıq, Lakkinin qabağına atılan sümüklərə iştahamız düşür. Və yenidən Qodonu gözləyirik, ümidi gözləyirik, bizə ədalət gətirəcək xilaskarı gözləyirik…

Hər keçən dəqiqə, hər keçən saat, hər keçən gün ümid tükənir. Getmək mümkündür, bəs gedəndən sonra birdən Qodo gəlsə, bizi tapmasa necə?..

“Əcəb eləyirəm”

Bu günlərdə Milli Kitab Müsabiqəsi yekunlaşdı. Sonuc: yenə ədalətsizlik oldu. Bu müsabiqə ənənəviləşmiş ritualı xatırladırdı. Hay-həşir, müsahibələr, reportajlar, ədalətli seçim barədə çıxışlar, bu dəfə nəhayət ki, Azərbaycanda şəffaflıq olacağı barədə vədlər və sonda yenə münsiflərin, müsabiqəni təşkil edənlərin öz feodal mahiyyətlərinə qovuşması kimi absurd nəticə. Ağalar müəllimin əla tapıntısıdır: “əcəb eləmək”. Bu insanların onları ədalətsizlikdə qınayanlara qarşı şüarı belədir: əcəb eləyirəm, yaxşı eləyirəm, kef mənim deyil, özüm bilərəm…

İndi səs-səmir yoxdur. İşlərini görüb “həh” deyib oturublar. Görək növbəti şou nə vaxt baş tutacaq…

Plagiat roman

Müsabiqədə birinci yerə layiq görülən Elxan Qaraqanın “A” romanını oxudum və dəhşətə gəldim. Əsər başdan-ayağa plagiatdır. Amma bu barədə mətbuatda bir kəlmə də yazılmayıb. Bəs ədəbiyyat tənqidçiləri hara baxır?

“A” romanı 1999-cu ildə David Finçerin Çak Palanikin romanı əsasında çəkdiyi “Döyüş klubu” (“fight club”) filminin plagiatıdır. Bir balaca kino ilə maraqlanan adamın bu kino haqqında məlumatı olmalıdır. Çünki ən azından bu filmin baş rollarında Bred Pitt və Edvard Norton kimi məşhur aktyorlar çəkilib. “Döyüş klubu” olduqca tanınmış filmdir və hələ də ən uğurlu ekran əsərlərindən biri kimi qiymətləndirilir. Filmin adı boevik filmini xatırladır, amma məzmunu olduqca dərin fəlsəfəyə malikdir.

Edvart Norton (filmdə adı keçmir, o, başına gələnləri şərh edəndir) həyatının mənasını itirib, hər gün iş-ev, ev-iş. Yuxusuz gecələr, televizora baxmaqla vaxt öldürmək…

Norton ağır xəstələr üçün nəzərdə tutulmuş “dəstək qrupları”nı ziyarət eləməyə başlayır. Ağır xəstələrin şikayətlərini dinləməklə o, öz həyatına şükr etməyə başlayır. Bir az rahatlanır və gecələr yatmağa başlayır. “Dəstək qrupları”nda o, Marla Singerlə tanış olur. Marla Singer onun kimi saxta xəstədir, sonradan onların münasibəti yaranır. Norton səyahətə çıxır, təyyarədə olduqca xarizmatik sabun satıcısı Tayler Dördınla tanış olur. Tayler Dördın Nortonun həyatını dəyişdirəcək olan adamdır. Bir dəfə Tayler Nortona onun sifətinə yumruq vurmasını istəyir, Norton nə qədər etiraz eləsə də, sonda Taylerə yumruq vurur. Onlar dəlicəsinə döyüşməyə başlayırlar, döyülmək əslində reallığı hiss etmək idi. Və beləliklə, onlar “Döyüş klubu”nun əsasını qoyurlar. “Döyüş klubu”nun prinsipi qalibiyyət, fiziki tərbiyə və s. deyildi, burda əsas olan səbr, ruhun nihilizmi kimi ağrını hiss etmək və mənfi enerjidən qurtulmaq idi. Bu insanlara azadlıq verir və onları xilas edirdi. Çox keçmədən “Döyüş klubu”nun üzvlərinin sayı artır, onlar minləri, milyonları keçir, həyatda öz yerlərini itirmiş adamlar, üsyankar, etirazçı adamların hamısı “Döyüş klubu”nun üzvü olmağa başlayır. Dünyanın bir çox şəhərlərində klubun filialları açılır, televiziyalar, qəzetlər onlardan yazmağa başlayır. Klubun üzvləri xüsusi qara geyimdə gəzirlər. Tayler əfsanəyə çevrilir, hamı ondan danışmağa başlayır, bəziləri onu peyğəmbər, bəziləri isə xilaskar kimi görür. Sonradan döyüş klubunun üzvlərinin missiyası dəyişir, onlar indi yalnız bir-birləri ilə döyüşməklə yox, şəhərlərdə xaos yaratmaqla məşğul olurlar. Bu birbaşa Taylerin əmri ilə həyata keçirilir, böyük şirkətlərin, bankların mərkəzi binalarına hücumlar edilir, partlayışlar törədilir. Məqsəd bütün insanların bank hesablarını sıfırlamaq və onlar arasında ədaləti bərpa etmək idi. Hər kəs sıfırdan başlamalı idi, şüar beləydi: “Biz ədaləti bərpa etmək üçün sivilizasiyanı məhv etməliyik”.

Norton döyüş klubunun missiyasının dəyişməsinə etiraz edirdi, onun bütün bunlardan xoşu gəlmirdi. Tayler ondan uzaqlaşmışdı, onlar təhlükəli işlər görürdülər, halbuki, Nortonun hesablarında bütün bunlar yox idi. Norton ən yaxın dostu Robert Polsenin (Bob) polis tərəfindən güllə ilə vurularaq ölməsindən sonra şok keçirir. Bu hadisə onun üçün bir çox şifrələrin tapılması ilə nəticələnir. Norton yoxa çıxmış Taylerin izinə düşür. Və… Anlayır ki, Tayler əslində, elə onun özüdür. Norton anlayır ki, Tayler adlı bir adam əvvəlcədən olmayıb, bütün bu işlərə onun özü rəhbərlik edib. İndidən sonra hadisələrin gedişatına mane olmaq mümkün deyil…

Hallusinasiya…

İndi isə keçək  “A” romanına

Romanın qəhrəmanı Anar həyatının mənasını itirib, hər gün ev-iş, iş-ev. Bu darıxdırıcı həyatdan qurtulmaq üçün o, səyahətə çıxır, səyahət zamanı Aysellə tanış olur, sonradan Aysellə münasibəti yaranır. Başına qəribə hadisələr gəlir, həbsxanaya düşür. Həbsxanada o, “A”nın dostu Azadla tanış olur, onlar birlikdə həbsxanadan qaçırlar.

Azad Anarı Bakıdakı QƏRARGAHA aparır. Anar QƏRARGAHDA başa düşür ki, bura toplaşanlar hansısa cəmiyyətin üzvləridir. Cəmiyyətin adı “HOST”dur, üzvləri isə HOST-çu adlandırırlar. Bura toplaşanlar həyatda öz yerlərini itirmiş, üsyankar, etirazçı gənclərdir.

İlk vaxtlar Anar özünü cəmiyyətdə çox yaxşı hiss edir, sonradan sevdiyi Ayseli də yanına gətirə bilir. “HOST”un sıraları hər keçən gün genişlənir, müxtəlif şəhərlərdə, Türkiyə, Rusiya, İran, Gürcüstan kimi ölkələrdə onun filialları açılır. Azad olmaq istəyən gənclərin sayı gündən-günə artır. Bütün televiziyalar, qəzetlər HOST-çulardan yazmağa başlayır. “HOST”un üzvləri “Döyüş klubu”nun üzvləri kimi xüsusi qara geyimdə gəzirlər. Tayler kimi “A” da əfsanəyə çevrilir. Hamı ona peyğəmbər, xilaskar kimi baxmağa başlayır. Müəyyən müddət keçəndən sonra “Döyüş klubu”nda olduğu kimi, “”HOST”un da missiyası dəyişir. Tayler kimi, “A” da “HOST” un üzvlərinə əmr verir: şəhərlərdə xaos yaratmaq lazımdır. “HOST”un üzvləri “Döyüş klubu”nun üzvləri kimi zorakılıqlar törətməyə başlayır, şəhərlərdə partlayışlar törədilir. Aləm bir-birinə dəyir, xaos yaranır. Anar Norton kimi ilk vaxtlar bu işin içində olur. Nortonun sevgilisi Marla kimi, Azadın sevgilisi Aysel də onu başa düşməyərək ondan uzaqlaşır. Azadın da Norton kimi bütün bu olub-bitəndən xoşu gəlməməyə başlayır. Norton ən yaxın dostu Robert Polsenin ölümündən sonra bir çox şifrələri açmağa başlayır. Anar da ən yaxın dostu Abbası itirəndən sonra hər şeyin fərqinə varmağa başlayır. Norton kimi Anar da edilən zorakılıqlara qarşı çıxmağa başlayır. Norton Tayleri çözdüyü kimi, Anar da “A”nı çözməyə başlayır… Və anlayır ki, “A” əslində onun özüdür. Anar anlayır ki, “A” adlı adam əvvəlcədən olmayıb, bütün bu işlərə onun özü rəhbərlik edib. İndidən sonra hadisələrin gedişatına mane olmaq mümkün deyil.

Hallusinasiya…

Necədi plagiatdı, yoxsa yox?

Sistemi dağıtmaq

“Döyüş klubu” filmini solçular xüsusilə çox sevirlər. Çünki bu film ilk növbədə SİSTEMƏ qarşıdır. “A” romanı da SİSTEM əleyhinədir. Amma “A” romanının müəllifi malı-mala qatıb. “Döyüş klubu”nun qəhrəmanları kapitalist dünyasının qayda-qanunlarını məhv etməyi qarşılarına məqsəd qoyublar. Onlar dünyanın ən böyük maliyyə mərkəzlərini məhv etməklə ədalətə nail olmaq istəyirlər. “A” romanının qəhrəmanları isə fahişələri tutub döyməyi, onları damğalamağı, maaşın azlığından dolana bilməyərək rüşvət almaq məcburiyyətində qalan müəllimlərə hücum etməyi, onları döyməyi, məktəb auditoriyalarında nadinclik edən şagirdlərin başına işəməyi, gecə evə gec gedən kişiləri vaxtında evə yola salmağı SİSTEMİ dağıtmaq kimi başa düşürlər.

“Döyüş klubu”nda çox fəlsəfi, dərin anlamlı dialoqlar var, amma “A” romanındakı qəhrəmanlar arasındakı dialoqlar 70-ci illərin hind filmlərindəki dialoqları xatırladır. Romanın bəzi yerlərindəki dialoqlar isə demək olar ki, “Döyüş klubu”ndakı dialoqların bir balaca dəyişdirilmiş variantıdır… “A” romanın müəllifi “Döyüş klubu”nu plagiat edib, amma bir çox yerlərdə məntiqi səhvlər buraxıb.

Romanla film arasındakı eyniliklər o qədər çoxdur ki, bunları yazası olsam gərək qəzetin 16 səhifəsini buna həsr edəm…

Münsiflər hara baxır?

“A” romanı “Döyüş klubu” filminin plagiatıdır. Süjet xəttinin eyni olması, məzmunun eyni olması bunun ən bariz nümunəsidir. Qaraqan romanına lətifələr, nağıllar əlavə etməklə, onun həcmini bir az artıra bilib. Çünki film olduğu kimi köçürülsəydi kitabın həcmi çox kiçik alınardı.

Ən gülməlisi də odur ki, romanın girişində müəllif “Döyüş klubu”ndakı Taylerə işarə edərək: “Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə…” cümləsini yazıb. Romanı oxuyub qiymətləndirən ədəbiyyat müsabiqəsinin münsifləri yəqin ki, bu Tayleri hansısa filosof, ya da yazıçı hesab ediblər. Ən azından bu cümlə plagiatı tutmaq üçün bir ip ucu ola bilərdi. Mənə qəribə gələn odur ki, müsabiqədə kino mütəxəssisləri də münsif qismində iştirak ediblər. Bəs, onlar hara baxıblar? Yəqin ki, ya romanı ümumiyyətlə, oxumadan qiymətləndiriblər, ya da azərbaycanca oxuya bilməyiblər, başqa səbəb mümkün deyil. Kino mütəxəssisinin “Fight club”, yəni “Döyüş klubu” filmindən xəbərdar olmaması daha bilmirəm nə deməkdir…

Sonda

Həə, bir də müsabiqənin təşkilatçıları bu kitabı ingilis dilinə tərcümə edərək, xaricdə çap etmək niyyətindədirlər. Onlara bir nəfər deməlidir ki, dünyanın sivil, mədəni ölkələrində müəllif hüquqları kimi bir anlayış var. Yəni oralarda “əcəb eləyirəm” işə yaramır. Mədəni insanlardır, onlar belə şeylərə öyrəşməyiblər, hətta bilmirlər ki, “əcəb eləmək” nə olan şeydir. Ora bizim “bazar” deyil. Plagiata görə məhkəməyə zada verərlər, altından çıxa bilmərik. Sonra da bütün dünyanın qəzetləri yazar ki, bəs, eşitmisinizmi Azərbaycan adlı neft ölkəsində ədəbiyyat müsabiqəsi keçirilib və plagiat əsər birinci yerə layiq görülüb, heç kimin də xəbəri olmayıb. Lazımdır duran yerdə bu bizə? Oturmuşuq da analoqu olmayan ölkəmizdə, onsuz da ölkəmiz misli görülməyən inkişaf müstəvisində iri addımlarla irəli şığıyır, qarşısını almaq heç cür mümkün deyil. Dünyanın nankor ölkələri bunu görməsələr də eybi yoxdur, canımız sağ olsun. Təki bu plagiatı bəhanə gətirib ayağımıza badalaq vurmasınlar.

“Alma”

Cəlil Yurdsevən. Günel Mövludun şeirləri haqqında iki yazı
Adrenalin

Bu dünyada bir qramlıq adrenalin-zad qalmayıb. Heç nəyə təəccüblənmək, heç nədən sarsılmaq, şoka düşmək mümkün deyil. Yaşımızın belə gənc, şair qəlbimizin belə kövrək vaxtında nələr görmədik, nələr eşitmədik, İlahi!”

Yuxarıdakı cümlələr şairə Günel Mövludun bir köşəsindən seçilib. Günel haqqında yazacağım yazıya bu girişi təsadüfi seçməmişəm.Bəlkədə yazıya heç dəxli yoxdu, sırf mənim özümlə bağlıdı. Hər halda…

2010-cu ilin mart ayına qədər Günelin köşələri diqqətimi çox cəlb etdiyindən onun şeirləri ilə demək olar ki, maraqlanmırdım. Şairə olduğunu, azadfikirli, səmimi yazdığından xəbərim vardı. Oxumuşdum bir-iki şeirini. Günelin “Qaranlıq və İkimiz” adlı ilk kitabını təxminən 2006-cı ildə R. Qaraca vermişdi mənə. Bu nazik kitabı axıracan oxumaq fikrini başımdan qovub kitabı xanım dostlarımdan birinə hədiyyə eləmişdim. İndiki kimi yadımdadır, kitabın ilk səhifəsinə yazmışdım: “…. əzizim, mənim oxumağa hövsələm çatmadı, ancaq sən oxu. Məncə qadın qadını daha yaxşı anlaya bilər.” Beləcə şairə Günelin poeziyasıyla əlaqələrim qırılmışdı, Günelin publisist yazılarını isə oxuyurdum. Ona görə yox ki, onun hər yazdığını bəyənirdim, sadəcə cəsarətinə, səmimiyyətinə görə bu qızın yazdıqları diqqətimi çəkirdi. Bir az mühafizəkar fikirlərim, bir az da ədəbi mühitlə əlaqələrimin az olması nədəniylə yaşıdlarımın yaradıcılığını çox az oxuyur, bəzilərini isə demək olar ki, bəyənmirdim. Günelin də bəzi hallarda əndazədən çıxması məni kədərləndirirdi. İstedadlı, zəhmətkeş və səmimi bir qələm adamının bəlirli sərhədləri belə aşması məni təəssüfləndirirdi. Nə isə, konu bu olmadığı üçün mətləbi çox uzatmaq istəmirəm. Ola bilsin ki, ədəbi gəncliyin yaşadığı sorunlarla bağlı qocalmaq imkanım olsa o zaman bir şeylər yazdım. Hələlik isə Güneldən- şairə Günel Mövluddan yazmaq istəyirəm.

Martın əvvəllərində tanış olduq Günel Mövludla. Günelin “mənim maraqlı tapıntım” adlandırdığı Səda da vardı bu görüşdə. Qısa, lakin maraqlı bir görüş oldu. Onda mən hələ Gəncədə çıxış yollarını arayaraq günümü aylıq bir əyalət qəzetinə rəhbərlik etməklə, hər gün sevdalanaraq aşiq olmaqla keçirirdim. Günelin qəfildən Bakı mühitindən ayrılıb Gəncəyə gəlməsi məni düşündürdü. Çox sonradan anladım ki, yaşadığın yerdən, öyrəşdiyin yerdən ayrılmaq, uzaqlaşmaq yaradıcı adam üçün faydalıymış. Qısa görüşümüzdə mən Günel Mövludla çox söhbət etməyə can atsam da, o çox az danışdı. Sonradan isə heç görüşmədik. “İntihar silsiləsini” oxuduqdan sonra mən hər dəfə zəng edəndə Günel “havalar isinsin, gələcəyəm”-deyə vəd versə də görüşə bilmədik. Deyəsən, Günelgil tərəfdə havalar heç isinmirdi.

Təsəvvür edin ki, təbiətin oyandığı mart ayında, aşiq olduğum və qarmaqarışıq hisslərin içində çabaladığım bir zamanda Günelin “İntihar silsiləsini” oxudum.

Kədərlə doğrayacam,

Şair damarlarımı,

Otaqdakı ac pişik

Yalayacaq qanımı.

İntihar haqqında düşünürdüm, ancaq yazmırdım. Günelin bu şeiri məni ani olaraq silkələdi. Həmin axşam işdən çıxıb evə gedərkən küçədə, zibil qablarının yanında vurnuxan ac pişikləri görəndə ürpəndim. Yanlış düşüncədə olduğumu anladım. Əgər o zaman bu şeir olmasaydı, yəqin ki, intihar haqqında xeyli düşünəcəkdim. Dostlar və Günelin şeiri məni silkələdi. Beləcə Günelin şeir yaradıcılığını başdan sona oxumaq ehtiyacı yarandı içimdə. Anladım ki, ümidi həmişə ən ümidsiz adamlardan alan mən, “İntihar silsiləsi” yazan Günelin şeirlərini oxumaq zorundayam. Bir də, şəxsiyyət çox önəmlidir. Haqqında tənqidi düşündüyüm, bəyənmədiyim Günelin səmimiliyi də az rol oynamadı bu mütaliə həvəsində.

Bəlkə 10 dəfəyə yaxın oxumuşam “İntihar silsiləsini”… Ola bilsin ki, ədəbi baxımdan zəif, dil cəhətdən qüsurlu olan bu şeirlər bəzi oxucuların diqqətindən yayına. Qarmaqarışıq düşüncələrin içində əziyyət çəkərkən ilk ağlıma gələn intihar olduğu halda bu şeirlərdən sonra yaşamağı daha çox sevdim. Günelin “Gülümsəyən işarə” adlı şeiri haqqında da eyni şeyləri demək mümkündü. Günelin bu qədər maraqlı fikirləri bir az məzəli formada çatdırmağına baxmayaraq, şeirdə tutumlu, doyumlu fikirlər insanı düşündürür.

İçi böyük adamların

Gen dünyada bir yeri yox.

Bizim böyük şəhərlərin

İntiharlıq sahili yox.

Elə, bu şeiri oxuyanda təəccüblənə bilmişdim. Həyəcanlanmışdım. “İlahi bunu mən də düşünürdüm”-deyib bir siqaret yandırmışdım, “Əhsən Günel!” demişdim. Dünyada adrenalini artırmağın yollarından biri də ekstrimal yaşamdır. Günelin “İntihar silsiləsindən” sonra ekstrim yaşamağa, ən adi şeyləri belə dəhşətli dərəcədə ekstrimə çevirməyə başladım. Kifayət qədər adrenalin bulmuşdum.

hər gün daha çox

hər gün daha çox iştahla baxırsan damarlarına

hər gün daha çox uzaqlaşırsan insanlardan.

Bax bunu da yaşamışdım. Hərdən damarlarımda əcaib qıcıqlanma başlayırdı. Son damlasına qədər başıma çəkdiyim araq şüşəsini daşa çırpıb qıranda və bir də kişi salonunda ülgücə gözüm sataşanda ani olaraq əllərim əsir, boğazım quruyurdu. Bir də zibillikdə veyillənəndən sonra kirayə qaldığım məhləyə “hücum” edən pişiklər əsəbləşdirirdi məni. Getdikcə daha çox soyuyurdum insanlardan, getdikcə daha çox təklik istəyirdim. Sonra da Günelin şeirləri…

Oxudum. İlk olaraq intihar fikrindən daşındım. Sonar sevməyə başladım. İndi adrenalin vardı. Borcları verə bilməmək qorxusu, sevdiyim insanı itirmək təhlükəsi, övladımın nurlu çöhrəsi üçün dəlicəsinə darıxmağım, ondan əbədi ayrıla biləcəyimin qorxusu gecələr qanımda adrenalini son həddə çatdıra bilirdi. Bu əsil adrenalin idi….

Yanlış yanaşmalar və kədərli sonluqlar

Günel Mövludun şeirlərindən bol-bol adrenalin aldıqdan sonra düşündüm ki, zərif şairin şeirlərinə hökmən öz tənqidi fikirlərimi də bildirməliyəm. Bir də axı ilk yazı Cəlil adlı bir oxucunun münasibəti idi. İndi isə konkret faktlar əsasında fikirlərimi əlahəzrət oxucularla bölüşmək istəyindəyəm.

Tam məsuliyyətlə demək olar ki, Günel istedad sahibidir. Ancaq o öz incə istedadını hara gəldi, necə gəldi xərcləyir. Müsahibədən reportaja, tərcümədən köşə yazısına qədər hər yerdə Günelin imzası var. Bir az kobud desək, Günelin şeiri publisistikada əriyir. Hər yazdığı yazıda şair Günel Mövlud tükənir. Deməli şair Günelin publisist Günelə uduzması hiss olunur.

Mən ənənəvi tənqidçilər kimi Günelin şeir kitabını qabağıma qoyub eninə-uzununa döşəməyəcəm. Sadəcə yaddaşımda ilişib qalan misralar üzərində gəzişmə edəcəm.

Günelin ən maraqlı və ən sevdiyim şeirləri təsir altında yazılıb. Günelin şeirlərinə bənzəyən yüzlərlə şeir oxumuşam. Ahmet Kayada, Yusif Hayaloğlunda, Vaqif Səmədoğlunda, hətta Aqşində də bu cür, bu fikirli şeirlər var. Təsir hiss olunan şeirlərində sevdiyim misralar yox deyil. Hətta bəzən Günel daha ciddi fikirlərlə uğur qazanır.

Güneldə bəzən bütöv bir nəsr əsərinin ötəri təsiri də yan keçmir. Məsələn, “Ata, çıx get” şeirində Ə.Əylislinin “Kür qırağının meşələri” əsərinin qəhrəmanı Qədirin başına gələnləri nəzmə çəkilmiş kimi hiss edirəm. “Çıx get” Qədirə də ünvanlanan ifadədir. Ümumiyyətlə, Günel haqqında “təsirlə yazır” ifadəsi yerinə tam oturmur. Çünki təsiri bəzən tutmaq çox çətindir. Ancaq alt şüurunda ilişib qalan bir-iki misraya istinad etdikdə görürsən ki, təsir az da olsa hiss olunur. “Axşamçağına cavab” şeirində ikili təsir var. Aqşin Vaqif Səmədoğlunun onlarca bu qəbildən olan eyni üslublu şeirlərindən, Günel isə hər ikisindən təsirlənib. V. Səmədoğlu yaradıcılığı ilə müqayisədə Günel Vaqif Səmədoğlundan daha ciddi şairdir.

Hər halda bir-bir şeirləri xatırlayıb təsirləri xırdalamaq fikrindən uzağam. Yalnız yadımda qalan və məni məşğul edən şeirlərdən danışacağam. Məsələn:

Bir az əvvəl

Qalib bir ordu əskərinin

Məmnun yorğunluğu vardı bədənimdə

İndi

Məğlubiyyət türküsü oxuyuram

Asta səslə

İndi ona demək istədiklərimi sənə

Deyə bilirəm…

Günay,

Mən onu daha çox sevdikcə

Daha çox susmaq istəyirəm

Günel bu şeirlərlə, səmimi deyimi ilə insanı elə cazibəyə salır ki, hətta peşəkar oxucu belə susmağa üstünlük verir. Sussammı? Xeyir. Günelin məhz bu silsilədən olan şeirlərində müasir türk şeirinin təsiri hiss olunur. Yüzlərlə şeir, yüzlərlə bənzər misra beynimdən keçir. Bir məqam isə çox maraqlıdır. Forma etibarı ilə Günelin şeirləri təsirləndiyi şeirlərdən daha ciddi təsir bağışlayır. Türkiyənin solçu şairlərindən təsirlənsə də, hətta alt qatında solçuluq, inqilabilik olsa belə Günel fərqlənməyə çalışır.

Günel haqqında yazını çox uzatmaq istəməzdim. Yazacaqlarımın yarısını burda saxlayıram. İntihar əlamətli, qanqoxulu şeirlərdən yazdıqca hər şeyin sonluğunun bu cür kədərli olması məni düşündürür. İddiayla, sevgiylə, həvəslə ədəbiyyata gələn bir çox yaşıdlarım kimi Günelin də sonluğu kədərlidir. Elə məhz kitabın sonundakı “İntihar silsiləsi” Günelin şair kimi yorğunluğunu, sarsıldığını bildirir. Bu günün ideologiyası, yanlış təfəkkürü insanlara, xüsusən yaradıcı insanlara çox pis təsir edir. Günel bu ideolojinin içərisində, bu sistemin içərisində yanlışlarla və yanlışlıqla əriyir. Yaradıcılıq, xüsusilə şeir yanlışlığı sevmir.

Günel ədəbiyyatı, sözü bilən, duyan qələm adamıdır. Təəssüf ki, yanlış yanaşmalar, yanlış təsəvvürlər Günelin yaradıcı adam kimi sonluğunu sürətləndirir. Hər halda istedadına böyük hörmət etdiyim Günelin tükənməyini istəməzdim. Yazmaq istədiyimin çoxunu yaza bilmədim. Yəqin ki, bu mövzuya daha fərqli şəkildə nə vaxtsa yenidən qayıdacağam.

Xanım Səfərova. Qəşəm Nəcəfzadənin bir şeirindəki külək haqqında oxucu sözü
Sakit havada pəncərədən baxanda, elə bil təbiətə «stop» işarəsi göstərilib, amma elə ki, külək doğuldu, ağac evlərə, saçlar üzlərə, yarpaqlar budaqlara sarılır, qovuşur. Həqiqi mənasında düşünərkən küləyin ölümünün insanlığın, birbaşa həyatın ölümü olduğunu anlamaq o qədər də çətin deyil.

Ədəbiyyatda elə şairlər olur ki, onların adları bir tarixi dövrü əhatə etməyə qadirdir. Bu, o şairlərə nəsib olur ki, onlar ya ədəbiyyata yeni fikir çaları, fərqli düşüncə, hadisələrə təkrar olunmayan tərəflərdən baxış gətirsin və ya həmin fikirləri yeni ifadəetmə formasında yeni tərzdə təqdim edə bilsinlər.

Orta əsrlərdə mövcud olduğu kimi, hal-hazırda müasir dövrümüzdə də bu cür yenilikçi qələm sahibləri vardır.

İndiki dövrdə ədəbiyyatımızın maraqlı şairlərindən biri də Qəşəm Nəcəfzadədir. Onun hər kəsdən seçilən, başqalarına bənzəməyən yaradıcılıq yolu var və bu yolla da o, oxucuya daima müşahidə etdiyi hadisəyə fərqli prizmadan baxmağı aşılayır.

Şairin yaradıcılığı mövzu baxımından da olduqca rəngarəng və zəngindir. Elə bil hər birinə bir sevgi hakimdir.

Ümumiyyətlə, qeyri-adilik onun ədəbiyyatda seçdiyi üsuldur. Sonuncu kitabında ilk şeiri də məhz bu üsulun bəhrəsidir. Bu, elə bir şeirdir ki, misrasının biri tarixə, biri sevgiyə, biri isə birbaşa insanlığa bəşəriyyətə söykənir. Haqqında bəhs etdiyim şeirin adı elə ondakı qeyri-adiliyi doğurur, bu fərqliliyin mənbəyidir: «Oğlum, qapını aç, qapıda bir külək ölür».

Külək! Adi təbiət hadisəsi. Adi olduğu qədər də ədəbiyyata qeyri-adilik gətirən mövzu. Ədəbi abidələrə nəzər yetirərkən belə bir faktın şahidi oluruq ki, külək bir neçə əsərin mövzu obyekti olmuşdur. Bunların bəzilərində küləkdən bilavasitə, bəzilərində isə dolayısı ilə bəhs edilib. Lakin daha çox oxşar aspektdən yanaşılıb. Lakin bu şeir onların heç birinə bənzəmir. Burada küləyə tamamilə fərqli düşüncəylə yanaşılıb. Bu da ki, Qəşəm Nəcəfzadənin ədəbiyyata gətirdiyi yeni fikir formasıdır. Bir çox oxucuların öyrəşmədiyi və ilk baxışda anlamadığı bir tərz.

Heca vəznli şeirlərin çox olduğu və həm də tüğyan etdiyi bir dövrdə sərbəstliyə meyl birmənalı qarşılanmır. Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi heca vəznli şeirlərdə qafiyə fikri sındırır. Burada isə müəllif sərbəstliyə meyl edərək həm fikrini gözəl ifadə edib, həm də yeri gəldikcə qafiyələrdən, ahəng yaradan elementlərdən istifadə edir.

Şeirdə haqqında sadəcə təbiət hadisəsi kimi danışılmayan külək daha geniş fonda verilir. Küləyin adi insanların görə bilmədiyi tərəfləri burda özünü göstərir. Şairə görə külək canlıdır, doğulur, ölür, yenidən doğulur. Külək gərək nəyinsə vasitəsilə görünsün, əgər görünmüsə, ölümə məhkumdur.

«Qapıda bir külək ölür». Bəli, qapının arxası küləyin ölüm məkanıdır, son nöqtədir. Əgər qapı açılarsa, külək o an həmin qapıdan doğulur.

Şeirin tam ilk misralarından da görünür ki, ilk növbədə, küləyi yaşadan, onu dünyaya göstərən yaşıl yarpaqlı ağaclar, budaqlardır. Təbiətin canlı olduğunu, onun daim inkişafda olduğunu bizə məhz bitkilər, ağaclar çatdırır. Külək də gərək budaqdan qalxa ki, onda görünə ki, biz onun da yaşadığının şahidi olaq. Əgər küləyin özünü tanıtdığı o budağı qırılıbsa, o külək əsməyə, titrəməyə yer tapmır. Kaş ki, küləyin ümidi sınmayaydı da, birisinin heç fikirləşmədən qırdığı o budaq qalaydı da, bu külək də onu qucaqlayaydı. Külək, şairə görə, budaqdan, ağacdan doğulur. O budaqdan keçə bilməyən külək yıxılıb qapının arxasına:

Bəlkə, dünən sındırdığın budaqdı,

Oğlum, qapını aç, qapıda bir külək ölür.

Bəlkə, dünən əkmədiyin ağacdı,

Bəs niyə qapımızda ölsün bu gözəl külək?

Müəllif küləyin doğulmasını çox incə, çox duyğulu kəlmələrlə ifadə edib. Külək yeni doğulub, demək, hələ kiçikdi, hələ təzə-təzə yeriyir, hələ qüvvəti, gücü azdı. O, hələ ağac əsdirməyə, hələ onun içindən keçməyə qadir deyil, onun əli bir yaşıl yarpağa yetər, onu hələ o yarpaq saxlayır. Amma külək də arzusu kama yetməyən insana bənzəyir, qopan, hələ də yeli ağacda qalan yarpağını tapa bilmir. Bəlkə elə o yarpağı bilərəkdən kimsə qoparıb:

Bəlkə bir ağacın kəm gəlibdi yarpağı,

Qəfil ayağı sürüşüb küləyin.

Şair küləyi qəribə simada verməyə çalışır, onu kişilərə bənzədir, elə bil, külək də başa düşür ki, bu həyatın dirəyi qadın saçıdır. Hər zərrəcik bir telin arasındadır. Külək qadın saçını sevir, onu uçurduqca özü də coşur, cavanlaşır. Külək əvvəl şığıyır qadın saçının üstünə girib qalır arasında, sonra saça dayanır ondan dayaq axtarır, ona yeni nəfəs verir qadın saçı. Onun axtardığı o qadın saçı indi əlinə keçmir. Elə bil, küləyin evi yıxılır, o saçlarda nələr vardı, necə ətir, necə qoxu?

Küləyin sürətidi qadınların saçları,

Saçlar hanı?

Uçub küləyin diləyi.

«Külək gərək ata dəyə, at hanı?» misrası – bir neçə cəhətdən oxucunu özünə çəkə bilər.

Müəllif atı küləyin arzularının kamı kimi göstərir. Zəmanədən uzaq düşmüş atı sanki yenidən qaytarmaq üçün küləkdən istifadə edir. Bir vasitə kimi onu dilə gətirərək əslində hər şeyin təbiisinin daha gözəl olduğuna insanı inandırır.

Bir misrada çox qeyri-adi fikirlər göz önünə gətirilir. Küləyin ata dəyərək ondan ilham aldığını, bu gün isə o ilham, o güc, qüvvət, igidliyin mənbəyinin yoxluğu onun qol-qanadını qırdığını təsvir edir. Çapa-çapa onu yarıb keçən atın ayaqlarının səsi üçün darıxır külək. O külək bu gün cansız avtomobillərə dəyirsə, bu ona həzz verməyəcək, çünki nəyi əsdirsin?! Külək atın sağa uçan, solda titrəyən tellərinin həsrətini çəkir. Külək bu dünyaya ata meydan oxuya bilər. At dördnala çaparaq sanki küləyi tərkinə alıb bu dünyadan qaçırır.

Müəllif bu cür ifadələrlə, küləyə can verməklə onun da hisslərinin olduğunu əks etdirir. Şairə görə külək hər şeydən xəbərdar olduğu üçün fərqə varmağı bacarır. Külək bəşəriyyətlə üz-üzə qoyularaq onda da insanlığa xas xüsusiyyətlərin mövcud olduğu fikrini təsdiqləyir, həm də oxucuda da istər-istəməz bu fikrin arxasınca düşməyə stimul yaradır.

Əsərdə bir detal daha çox nəzərimi özünə cəlb etdi ki, sevgi elementi burdan da yan keçməyib. Q.Nəcəfzadənin yaradıcılığı əsasən sevgi motivinə əsaslandığından müxtəlif mövzulara da müraciət edərkən onların içərisinə elə ustalıqla, peşəkarlıqla sevgi qatır ki, müəyyən bir artıqlıqdan, yersizlikdən söhbət etməyə yer qalmır. Sevgidən kiçik bir iz də olsa, şeirlərinə qoymağı bacarır. Burda da Q.Nəcəfzadənin küləyi hər şeyin şahidi olduğu üçün sevgi də onun əlindən çıxmayıb.

Küləyi də dərindən, bütün ayrıntıları ilə birlikdə təsvir edir. Bu təsir də onu bir yerdə dayanmağa qoymur və o da qərarsızlaşır, tələsik, qəfil süzülüb nəfəs-nəfəsə duran sevgililərin nəfəsinə qarışır. Dodağı-dodaqdan, nəfəsi-nəfəsdən ayırdığından əzab çəkməyə başlayır.

Qəşəm müəllim küləyi elə həmişə eyni görkəmdə təqdim etmir. Onun bəzən bu cür tələskənliyini, sonradan əzabını çəkdiyi addımlar atdığını oxucuya çatdırır, yəni onu robotlaşdırmır, insanlaşdırır. İşlətdiyi günahın böyüklüyünü dərk edən külək «yağışdan çıxıb yağmura düşür», günahdan qaçıb ölümdə gizlənir:

Külək gərək sevənlərin arasından keçməyə,

Deyəsən, keçib oğlum, qapıda bir külək ölür.

İnsanlığa bənzədilən, bəşəriyyətə tən tutulan külək elə insandan doğulur. Kimisinin saçında, kimisinin əlində, kimisinin paltarında gizlənərək onlardan yeni həyat alır, tumurcuqlayır, təzədən göyərir, sanki insanın içinə bir külək girir, amma yüz külək törəyir, özünü yenidən təbiətə atır. İnsanın ruhunun içindən qalxan tumurcuqlamış külək dağdan aşa-aşa ucalır:

Külək adama dəyər, qalxar

Körpə bir tumurcuq kimi

Şumaq budaqdan çıxar.

Küləyin yaranması ilə insanın yaranması bir-birinə tən tutulur. Əlbəttə ki, təbiətdə hər bir şeyin ilkin məskəni torpaqdır, həyat ordan başlayır, həmçinin külək də ilk nəfəsini torpaqdan alır. Otların üstünə çıxır, əvvəl onun saçlarına sığal çəkir, onları darayır, sonra o tellərdən qanad taxıb uçur ağacların yaşıl yarpaqlarına:

Külək gərək əldən göyərə,

Otdan yüksələ.

Dünyaya bir yaşıl yarpaqdan əsə

Ümumiyyətlə, Qəşəm Nəcəfzadə də adi hadisələrə qeyri-adi yanaşan, hər şeyə hamıdan seçilən tərzdə baxmağı bacaran göz var. Gördüyü şeylərin təkcə simasını yox, həm də daxilini nəzərə çatdırmağı çox yaxşı bacarır. Hər adilikdə, sadəlikdə bir böyük anlam görür.

Adi bir uşaq corabı və bu adi uşaq corabının yellənərək pəncərəyə dəyməsi. Adi insan baxanda burda heç bir xüsusi şey görə bilmir. Lakin şair qeyd edir ki, bu, həqiqətən görməyi bacaranlar üçün sadəcə corab deyil, küləkdir. Özünü saf təmiz şüşədə axtarar külək.

Gərək pəncərə şüşəsinə külək,

Zivədə asılmış bir uşaq corabıdan dəyə.

Külək əsə-əsə, uça-uça güldən ətir götürür, onu bu cahana paylayır, bir yoldan keçib oranın tozunu göyə sovurur. Şair burda da keçmişi axtarır. Hal-hazırkı durumdan şikayətlənməni külək vasitəsilə verir. Onun küləyi nə gül tapır, nə də yolu tozluyor. Tozçün darıxır, “udmağa” bircə qram toz axtarır. Hanı o tozlar ki, qaldırıb bir qızın ayaqlarına çırpsın, hanı? Yoxdu. Daha ayaq dəymədiyindən o yollara ot basıb, uçub o tozlar. Yəqin elə ona görə külək qalxa bilmir, can üstədir. Yenə bu qapıya söykənir, o qapı açılar da, bəlkə, o tozu tapıb içər.

Bir yol tapmadı tozunu qaldırmağa,

Yolu basıbdı otlar.

Otların üstüncə sürüşdü külək,

Qalxa bilmədi ayağa.

Şair halına acıdığı küləyi ölməyə qoymur, onu əbədi yaşatmaq istəyir, çünki hər şey onun üçün darıxacaq, hər şey küləyin yolunu gözləyəcək. Ən çox da tellər. Düz qalan tellər bir gün bu duruşlarından bezəcək.

Uçmaq istəyəcək, rəsmiliyin əlindən qurturmağa can atacaq. Sərbəst olub o yana-bu yana çevirmək üçün külək nəfəsi axtaracaq tellər:

Oğlum, qapını aç, qapıda bir külək ölür,

O küləyi ağlayan ən çox sənin

Külək kimi qalxan telin olacaq.

Şair üçün bütövlükdə külək həyatdı, insandı, nəfəsdi. Həyatın ayrı-ayrı komponentlərini özünədə birləşdirir. Külək var, deməli, insan var, bəşəriyyət var, hərəkət var, canlanma var. Külək yoxdusa, deməli, hər şey ətalətdədir, donub tərpənmir.

Sakit havada pəncərədən baxanda, elə bil təbiətə «stop» işarəsi göstərilib, amma elə ki, külək doğuldu, ağac evlərə, saçlar üzlərə, yarpaqlar budaqlara sarılır, qovuşur. Həqiqi mənasında düşünərkən küləyin ölümünün insanlığın, birbaşa həyatın ölümü olduğunu anlamaq o qədər də çətin deyil.

Əsər təkcə məzmun gözəlliyi, fikir nadirliyi baxımından deyil, sənətkarlıq baxımından da güclü və qeyri-adidir.

Şeirdə söz tapılma sərraslıqla yerinə yetirilib. Elə sözlər var ki, onları çıxararaq əvəzinə onun sinonimini, ona yaxın olan bir sözü qoysaq, şeirin poetik gücü itər.

«Bəlkə, bir ağacın kəm gəlibdi yarpağı» misrasında kəm sözü.

Kəm sözü əksik, az sözlərilə yaxınmənalıdır, amma kəm sözünün əvəzinə bu sözlərdən birini qoysaq, əsərin təsir gücü azalar. Lakin bu sözlə müəllif, sanki, ağacın arzularının da yarpağı kimi əksik olduğunu göstərir.

«Şumal budaqdan çıxar» ifadəsində şumal sözünün yerinə düz, dik sözlərini işlətsəydi müəllif, canlılıq ölərdi. Bu cür işləndikdə isə budaq düz qamətli insana bənzəyir, külək ona qalxır, ta ən yüksək yerinə çatınca. Bəlkə, elə o küləyin nəfəsi o budağı elə şumal, cavan, gözəl saxlayıb. Bəlkə elə o budağı o külək qaldırıb elə ucaya.

Qəşəm Nəcəfzadə əsərlərində dialektlərdən istifadəyə müəyyən qədər yer verir. Əlbəttə, hər dialekt sözdən yerli-yersiz işlətmək olmaz, bunun da müəyyən çərçivəsi olmalıdır. Lakin əgər o dialekt söz əsəri daha da gözəlləşdirə, daha da doğmalaşdırırsa, niyə də olmasın. Həm də əgər həmin sözün ifadə etdiyi məna oxucuya daha yaxındırsa, daha təsirlidirsə, niyə də yox?

Q.Nəcəfzadə dialektləri məhz ədəbiyyata bu cür gətirir.

Bu şeirində də şair maraqlı bir dialekt sözü əsərin canına hopdurub: zivə sözü. Bu söz paltar asılan ip mənasını verir. Söz oxucunu özünə çəkir. Oxucunun yadına bir kənd, uşaq corabları və onları qoxlayan kəndin təmiz nəfəsli küləyi düşür.

Bu xüsusiyyət də şairi digərlərindən fərqləndirir, heç kimə bənzəmədiyi açıq-aydın göz qarşısında durur. Doğrudur, şivələrə xas sözlərdən müxtəlif müəlliflər istifadə ediblər. Lakin müasir dövrümüz üçün o qədər də xarakterik deyil. Həm də bir qədər başqa formada işlənir. Lakin burda bu söz elə tapılıb qoyulub ki, onun əvəzinə bu misraya başqa bir söz salmaq qeyri-mümkündür.

Şeirin dilində bədii təsvir və ifadə vasitələrindən istifadə olunub. Əsər başdan-başa metafora ilə bürünüb. Külək insanlaşdırılır, canlılaşdırılır. Doğulmaq və ölmək insana, canlılara məxsus xüsusiyyətlərdir. Şair bunları zərifliklə küləyin üzərinə köçürür, misraları elə qurur ki, oxucuya süni görünməsin, o əsəri oxuduqca həqiqətən də küləyin bu cür xüsusiyyətlərinin olduğuna inansın.

Tumurcuqlama gülə, bitkiyə xas bir əlamətdir. Burda təşbeh vasitəsilə külək tumurcuğa bənzədilir. Bu təşbeh ənənəvi bənzətmələrdən kənara çıxıb oxucuna özünə cəlb etdirir. «Körpə tumurcuq kimi şumal budaqdan çıxar» misrası ilə küləyin pöhrələndiyinin şahidi oluruq.

«O küləyi ağlayan ən çox sənin külək kimi qalxan telin olacaq» ifadəsində tel küləklə eyniləşdirilir, bu da eşidilməyən təşbehdir. Bədii sualların işlənməsində də şairin özünəməxsusluğu gözə çarpır. «Bəs niyə qapımızda ölsün bu gözəl külək?» Təəssüf hissilə, ürək ağrısı ilə qeyd olunur. Bunu sual cümləsi şəklində işlətmək oxucunu düşünməyə vadar edir.

Əsərdə elə bil, tez-tez nə isə axtarılır, gah «saçlar hanı?», gah «at hanı?», «tel hanı?», gah da «uşaqlar hanı» deyilə-deyilə ötüb keçənlər yada salınır. Bu suallarda ənənəvi bədii suallardan seçilən bir ab-hava var. Elə bil, bu suallara şair özü də cavab axtarır, kimdənsə cavab gözləyir. Əslində doğru cavabları billə-bilə bunu başqasından eşitmək istəyir.

Təkrir şeirin dilinə ahəng verir,burda işlənən təkrar sözlər şeirin dilinə ağırlıq gətirmir, əksinə qulaq oxşayır.

Dəfələrlə təkrar olunan əsas söz külək sözüdür. Lakin hər dəfə onun izahı ilə fərqli verilir ki, burda təkrarlanmanı hiss etmirsən, sanki əvvəlki «külək tamam başqadır, sonrakı tamam başqa.

Misraların əvvəlində anaforalardan istifadə edilməklə ahəng yaradılır. «Bəlkə» sözü şeirin əvvəlinci misralarında təkrarlanır. Şair özü üçün nəyisə dəqiqləşdirmək istəyir: «Bəlkə dünən sındırdığın budaqdı» «Bəlkə dünən əkmədiyin ağacdı», «Bəlkə bu ağacın kəm gəlibdi yarpağı».

Külək gərək ata dəyə, at hanı?

Külək gərək telə deyə, tel hanı?

Bu iki misra bir-birindən yalnız at və tel sözlərilə fərqlənir. Maraqlısı ondan ibarətdir ki, bu fərqlənmə cümlələri bir-birindən məzmunca tamamilə ayırıb asossasiya yaradır.

Bir misrada bir sözün bir neçə dəfə təkrar olunduğuna da rast gəlmək olar: «Əsdi, əsdi dəyməyə əl tapmadı», «Hanı, hanı uşaqlar?»

Bildiyimiz kimi, şeir dili üçün inversiya xarakterikdir. Şeirdə inversiyadan sadəcə bu xüsusiyyəti izləmək üçün deyil, fikrin bu cür doğulduğu istifadə olunur. «Bəs niyə qapımızda ölsün bu gözəl külək?», «Qəfil ayağı sürüşüb küləyin», «Bir corab görmədi zivədə yelləməyə».

Beləliklə, əsərdə məzmun gözəlliyi, fikir nadirliyi və forma qeyri-adiliyi tam mənasında vəhdət təşkil edir. Şeir daha çox hazır oxucu üçündür. Küləiyn həyat, bəşəriyyət olması, ona tən tutulması yeni bir fikirdir. Şeirin qəribəliyi həm də ondan ibarətdir ki, hər dəfə oxuyanda təzə nə isə tapmaq olur. Sonda bircə bunu deyə bilərəm ki, ədəbiyyatımız Qəşəm Nəcəfzadələr üçün çoxdan darıxıb.

Neli Məmmədova. Bir şeir haqda oxucu təəssüratları
…sən cəmiyyətin sonuncu olmayan Mariya Maqdalenası

Doğulacaq gözəl körpənin anası

Allah xətrinə, dur get evinə

S.Babullaoğlu

Ümumiyyətlə, şeirin təhlil edilməsinin tərəfdarı deyiləm, hesab edirəm ki, şeir müəllifin (insanın) mənəvi durumunun əksidir, buna görə də həmişə, hər bir insanın “ mənəvi durumuna” ehtiyatla və hörmətlə yanaşıram, söhbət şairin mənəvi durumundan gedirsə, daha da ehtiyatlı oluram. Bu yazı ilə isə şeir müzakirə etmək fikrində deyiləm, sadəcə bir şeiri oxuyandan sonra, məndə yaranan ruhlanmanı və təəssüratları, bacardığım qədər sizinlə bölüşməyə çalışacağam. Söhbət Səlim Babullaoğlunun “ Gecə Barında” adlı şeirindən gedir. Səlim Babullaoğlu yaradıcılığı müasir Azərbaycan poeziyasında xüsusi hadisədir, öz məzmunu ilə xüsusidir. Onun yaradıcılığı suyun səthində üzmür, onu görmək üçün şeirin dərinliyinə baş vurmalısan. O, oxucuların oxumağa öyrəndikləri şüarabənzər şeirlərə oxşamır, şüarlar kütlə üçün, Səlimin şeirləri isə azlıq üçün nəzərdə tutulub. Müəllifin qeyd etdiyim “Gecə Barında” şeirini ümumbəşəri əhəmiyyəti olan poeziya nümunəsi hesab etmək olar , bu şeirə sitayişlə yanaşıram, buna görə də o haqda fikir söyləməyə çox ehtiyyat edirəm, bilmirəm necə bacaracağam sözdən yuxarıda yerləşən şeir haqda nəyisə deməyi, onu oxuyandan sonra məndə yaranan təəssüratları sizinlə bölüşməyi. O, hissdir, duyğudur və bu hissi ifadə etmək üçün şair sözlərə ruh verib.

Adını çəkdiyim şeiri ilk dəfə oxuyanda (bu, 5 il bundan öncə baş vermişdi), uşaq kimi məni ağlamaq tutdu, bilmirəm niyə ağlayırdım, məni belə duyğulandıran nə idi. Görünür, çox zaman xarici ədəbiyyat oxuduğum üçün , Azərbaycan poeziyasının belə bir nümunəsi əlimə düşdüyünə görə, doğmalığın əzəmətliyi məni kövrəltdi (müəllifdən ilk şeiri oxuyurdum). Şeiri oxuduqda akvarel rəngləri ilə çəkilmiş möhtəşəm rəsm əsəri ,- bir axşam gecə barında – gəldi gözlərimin önünə. Mən- oxucu – hiss etdim ki, insanla münasibətdəyəm və oxuduğum şeirin heç bir əlaqəsi yoxdur üzəridən olan hisslərlə, ya da ki, hər gün rast gəldiyimiz köhnəlmiş terminlərin çirkin (sifətsiz) yığını ilə. Şeir, elə bil kainatın əsas xətləri ilə axırdı. Bu şeir, həyatın, insanın mövcudluğun dərk edilməsinə əsaslanır. O, inkişaf etmiş – formalaşmış hisslərin və düşüncənin nəticəsində yaranan bir şeirdir. Yüksək şair sənətkarlığı ilə qidalandığına görə, o qədər gözəl və bütövdür ki, onu oxuyanda elə bil yerlə göy təkmilləşdirilmiş musiqi harmoniyasına süzülür və bu sevgi ya da ağrı ilə oxucunun varlığında sevgi və ya nifrət hissini canlandırır.

Oturub şeiri oxuyurdum və gecə barının qonağı idim…

Bu aləmdə, şair səs-küyün işğal etdiyi həqiqətin hissəsinə çevrilib, bəsdir ki, o özündən kənara bir atdım atsın – o an “ yad vəziyyətə” düşür, belə bir həqiqət şairdə etiraz, yox, qəbul etməmək prosesi yaradır. O, barda olan qıza müraciət etməklə, cəmiyyəti ifşa edir:

Nə qədər ki, paqonlu yarasalar içəri soxulmayıb,

Şəxsiyyəti təsdiq edəcək hansısa əliçi boyda sənəd istəməyib,

Saçından yapışmayıb, sürüməyib,

aparmayıb N –saylı bölməyə, döyməyə,

xəstə qardaşından, tənha anandan və dünyadan iyrəndirməyə…

Şeirin hər bir misrası, şairin insana olan şəfqəti ilə doludur. Şair qızın durumuna İlahi hisslərlə yanaşır, onu bu dünyanın ümumi hay-küyündə, qarışıqlığında öz müvazinətini saxlamağa çağırır:

nə qədər ki, rast düşməmişsən

gecənin səntirləyən qəhrəmanlarına

və sənə eşq elan edəcək idiotun birinə

nə qədər ki “Gözəlçə ” və “ Zoluşka” filminin rejissoru gəlməyib,

“Ümid” filminin sınaq çəkilişlərinə dəvət verməyib,

… Allah xətrinə, dur get evinə!

Həqiqətən də şairin insani şəfqətliyidir təkan verən bar qızına qarşı olan təsəllidə və dəstəkdə, bu isə bu günün reallığında çox az rast gəldiyimiz təsadüfdür:

Sən tüstülü gecə barının xumar gözlü qızcığaz!

Bu arsız barmenın uydurduğu

Əcaib kokteyl belə faniliyin buzunu sındırmaz,

Ayaqlarına zillənmiş qırmızıya baxır öküzü gözləri utandırmaz,

Və düzü –belə olmaz!

Şair, konkret problemi ümumi ictimai problemə çevirir və insani, deyərdim ki daha da Peyğəmbər sayağı hisslərdən səslənir :

Sən cəmiyyətin sonuncu olmayan Mariya Maqdalenası

Doğulacaq gözəl körpənin anası

Allah xətrinə, dur get evinə !

Şeirdə ,üsyan və qarşıdurma var ictimaiyyətlə, bu isə əslində şeirin xasiyyətini tam müəyyənləşdirir. O, barın diceynə müraciətində deyir:

Sən isə ey,

Qaməti sual işarəsinə dönmüş,

Nəşələnmiş və sönmüş,

Kütbaxışlı diskocey,

Kəs musiqini!

Dinlə , getməyin – qayıtmamağın səsini!

Şeirin məzmunu geniş mənəvi diapazonu əhatə edir və bu diapazon böyük ustalıqla mənimsənilib – istifadə olunub.

Ümumiyyətlə, hadisəni şeirə çevirmək, onu şair dilində hədis etmək ən çətin və risk tələb edən işdir. Buna görə də çox maraqlıdır, necə də ustalıqla bacarır şair adi narativi həqiqi poeziyaya çevirməyi. Belə bir şeirdə əsas, deyiləsi olanın daxili tonallığıdır, onu şair naxışları ilə bəzəmək isə arxa plana keçir. Bu kontekstdə səslənən ” Allah xətrinə, dur get evinə! ” ifadəsi isə ,o an, o konkret problemlə bağlı, şairin bizə demək istədiklərini tam ifadə edir.

Şeirin başlanğıcında səslənən ilk frazalar:

…saçından yapışmayıb, sürüməyib,

aparmayıb N –saylı bölməyə, döyməyə

xəstə qardaşından, tənha anandan və dünyadan iyrəndirməyə…

elə bil oxucunu faciənin zirvəsinə atır, sonrakı misralar isə :

…sən cəmiyyətin sonuncu olmayan Mariya Maqdalenası,

Doğulacaq gözəl körpənin anası

Allah xətrinə, dur get evinə!..

Yenə aşağı, yerə çırpır və hər şey, oxucunun qarşısında yeniliklə görünür.

Bax beləcə sadə və doğmalıqla və bununla birlikdə faciəvi ifadə olunub şairin “ gecə barında” hiss etdikləri, bu hiss isə, çox güman ki, gecə barında olduğu zaman hamıda yaranmır.

Sizinlə, oxuduğumun təəssüratlarını bölüşdüyüm şeir Səlim Babullaoğlunun yaradıcılığı olan poeziyanın, özünəməxsus axımının orqanik bir hissəsidir , bu özünəməxsusluğun isə nəyinki Azərbaycan ədəbiyyatında, dünya poeziyasında da analoqu çətin tapılar. Yeni poetikanın avropalı nümayəndələri, klassik – romantik lirikanın epiqon mərhələsinə tənqidi yanaşdıqları zaman, altından xətt çəkirlər azad şeirin yaranmasının əsas səbəbinə: düşüncənin və təfəkkürün ön plana çəkilməsinin vacibliyinə. Səlim Babullaoğlu yaradıcılığı isə düşüncənin və təfəkkürün üzərində qurulan bir poeziyadır. S.Babullaoğlu poetika sənəti ilə bağlı olan hər şeyi öyrənib (öyrənməyi davam edir) və bu sənətlə bağlı bütöv olmağı bacarıb, bunun nəticəsində isə onun poeziyası daha da genişlənib və yeni-yeni aləm tapıb, bunu isə onun yeni şeirlərini oxuduqda əmin oldum.

… “ Başqası, sənin şeirini sənin kimi anlamırsa, – əsəbiləşmə, bu ağılsızlıqdır, – çünki, nəyinki şeiri, heç sözü də bir cür anlamır iki adam! (Muxran Maçavariani)

P.S. Yazı, gürcü dilində  Gürcüstanda   dərc olunmuşdur

Şəfa Cəbiyeva. Müstəqillik dövrü Azərbaycan nəsrində yeni qəhrəman problemi
Cəmiyyətin inkişafında hər bir yeni dövr özünün ictimai-siyasi, mənəvi-əxlaqi mənzərəsini yaradır. Bu mənada 90-cı illər XX əsr tarixində önəmli yer tutur. Bu illərdə nəsrimizdə böyük ədəbi hadisə baş verməsə də, hər halda, müəyyən uğurlar diqqəti cəlb edir. Nəsrimiz müstəqillik dövrünün qəhrəman tipini əks etdirmək üçün maraqlı cəhdlər edir, bu qəhrəmanların timsalında müasir dövrümüzün müxtəlif düşüncə tərzləri ilə qarşılaşırıq. Keçid dövrünün bütün məhrumiyyətlərinin həmin qəhrəmanların həyatından keçməsinin şahidi oluruq.

Müstəqillik illərində formalaşmağa başlayan ədəbiyyat və yeni nəsr artıq öz qəhrəmanını adi, sıravi insanlar arasında axtarmağa, onların fərqli xarakterlərini, hiss və duyğularını, yaşadıqları həyat tərzini, fikir və düşüncələrini qələmə almağa başladı.

Ədəbi istiqamətlərin, ədəbi cərəyanların bir-biri ilə əvəzlənməsi prosesi, bir qayda olaraq, bədii qəhrəman tipinin dəyişməsi ilə müşayiət olunur. Bu da birbaşa yazıçının dünyagörüşünün və insana münasibətinin yeniləşməsindən irəli gəlir.

“Qəhrəman bir nöqteyi-nəzər kimi, dünyaya və özünə baxış kimi tamamilə xüsusi açıqlama və bədii səciyyələndirmə metodları tələb edir. Çünki açıqlanmalı və səciyyələndirilməli olan qəhrəmanın müəyyən varlığı, onun mükəmməl obrazı deyil, onun düşüncəsinin və özünüdərkinin yekunu, nəhayət, qəhrəmanın özü və öz dünyası haqqında son sözüdür. Deməli, qəhrəman obrazını təşkil edən ünsürlər yalnız gerçəkliyin – qəhrəmanın özünün və onu əhatə edən mühitin  – xüsusiyyətlərindən ibarət deyildir, bu xüsusiyyətlərin onun özü üçün, onun özünüdərki üçün əhəmiyyətindən ibarətdir”. (7,78)

Beləliklə də, qəhrəman problemi əslində sırf ədəbi bir problem olaraq qalmayıb, bütovlükdə ədəbi cərəyan və istiqamətin mahiyyətini göstərən xüsusiyyət olmaqla, formalaşdığı ictimai mühitin xarakterini açıqlayır. Yəni hər bir dövrün ədəbi qəhrəmanını öyrənib təhlil etmək, bu dövrün düşüncəsi, sosial psixologiyası, cəmiyyətdaxili münasibətlər sistemi ilə bağlı olan bir məsələdir.

Ənənəvi sovet nəsrindən fərqli olaraq, yeni Azərbaycan nəsri həyati gerçəkliyi bədii gerçəkliyə çevirməyi bacardı. Başqa sözlə desək, yazıçı onu əhatə edən müxtəlif tip insanları bədii qəhrəman səviyyəsinə qaldırdı və bu qəhrəmanları dövrün yaşanan reallıqları ilə üz-üzə qoyaraq problemin həllinə cavab axtarmağa çalışdı.

Müasir ədəbiyyatımızda nəsr qarşısında qoyulan tələblər, mətnin strukturunda axtarılan keyfiyyətlər çoxşaxəli xarakter alıb. 1990-2000-ci illərdə yazılmış nəsr əsərlərinə ümumi nəzər saldıqda isə müxtəlif yaradıcılıqlarda fərqli təzahürü görünən müəyyən uğurlu nümunələrin olduğunu görürük. Oxucunu hər addımda heyrətləndirən, maraqda saxlayan və süjet gərginlikləri yaradılan və məhz dövrün yaşanan reallıqları əks olunmuş əsərlər sırasında Afaq Məsudun “Azadlıq” və Əli Əmirlinin “Meydan” romanları, Əkrəm Əylislinin “Yəmən” povesti, Orxan Fikrətoğlunun hekayələrini xüsusi qeyd etmək lazımdır. Bundan başqa, bu onillik müddətində dərc olunan nəsr əsərləri arasında Vidadi Babanlının “Ömürlük cəza”, Sabir Azərinin “Sonsuzluq” romanları, Məmməd Orucun “Əzrayılla görüş”, Sara Nəzirovanın “Savab yiyəsi” povestləri, Sabir Əhmədlinin, Səfər Alışarlının hekayələri üslubu, təbiiliyi, reallığı ilə yadda qalan əsərlərdir.

İlk olaraq ədəbi aləmdə öz üslubu ilə seçilən Afaq Məsudun 90-cı illərin siyasi proseslərini, hakimiyyət dəyişikliklərini və azadlıq mübarizəsini əks etdirən “Azadlıq” romanına diqqət yetirək. “İndiyə qədər ədəbiyyatımızda hakim dairələrdə olan insanların daxilinə, mənəviyyatına, şəxsiyyətinin dərin qatlarına işıq salmaqdan çox, onların hərəkətlərinin yaratdığı rezonans və həyatlarının, fəaliyyətlərinin üzdə olan tərəflərini əks etdirməyə meyl göstərilirdi”. (8, 98)

“Azadlıq” romanı, T.Əlişanoğlunun təbirincə desək, “xərabat dövründə” yazılmış, dövrün hadisələrinə cəsarətli münasibət bildirlən ilk əsərdir. Əsərdə zamanın və cəmiyyətin düşdüyü proseslərin təsviri üçün o zamanki prezidentin obrazını yaratmağa təşəbbüs göstərilmiş, o illərin siyasi rejiminin qarışıqlığı və qəbulolunmazlığı, hakimiyyətdə olan insan barəsində əhalidə yaranan  ümumi rəyin ifadəsi üçün bəzi ikrah doğuran mənzərələrdən istifadə, hakimiyyət liderinin özünün azadlıq hissindən məhrum olması, baş verən hadisələrin səbəbkarı ola-ola öz bədbəxtliyini dərk etməsi, insanlara daim maraqlı olan prezident həyatının gizli tərəflərini təsvir edilmişdir.

Xarakter sənətkarın həyat və insanlar üzərində apardığı müşahidənin müəyyən konkret bədii nəticəsidir. Həmçinin yaradılmış hər bir xarakter müəllifin onun vasitəsilə təsvir etdiyi hadisələrə münasibətinin açıqlanmasıdır. “Hətta Afaq Məsud romanda hər iki prezidentin (Əbülfəz Elçibəy və Heydər Əliyev) şəxsiyyətini araşdırmaqla yanaşı, bəzən haqsız sayılan anlarda onlara haqq qazandırmaq, anlamaq və insan kimi hisslərinə şərik olmaq istəyini də gizlətmir”. (8, 100) Onu da qeyd edək ki, əsərdəki hər iki prezident elə məharətlə təsvir olunmuşdur ki, onların şəxsiyyətlərinin konkret kimliyi şübhə doğurmur (baxmayaraq ki, hər iki prezidentin adı əsərdə bir dəfə də olsa çəkilməyib).

Əsərdə təsvir olunan birinci prezident azadlıq fədaisidir. Ölkəni bürümüş siyasi hərc-mərcliyin qarşısını ala bilməyən prezident çıxış yolunu azadlıq haqqında pafoslu nitqlər söyləməkdə görür. O öz çıxışlarında millətinin düşüncəsində, fikrində azadlıq duyğusunun, azadlıq istəyinin baş qaldıracağına səmimi qəlbdən inanır və azadlıq haqqında danışmaqdan yorulmur. Yazıçı romandakı birinci prezidentin hərəkət və davranışını Servantesin sevimli ədəbi qəhrəmanı Don Kixota bənzədir. Lakin bu “Don Kixot qəribəydi ki, nə cəmiyyət bataqlığının, nə də məmləkətin uzun-uzadı keçdiyi bulanıq dövrlərin məhsuluna oxşamırdı” (1,56). Çünki, o mücərrəd azadlıq arzusunda olan romantik təbiətli bir adam idi və onun yaşadığı, anarxiyanın hökm sürdüyü ölkəni bu acınacaqlı durumdan azadlıq haqqında söylənən alovlu nitqlərlə çıxarmaq qeyri-mümkün idi.

“…Camaatı bir də ən çox çaşdıran – əlli altı yaşa çatmış prezidentin dörd uşaq atası olmasına baxmayaraq, evsiz-eşiksiz, dərzi iynəsi kimi əyin-başsız olması idi… Bəziləri ağızlarını büzə-büzə deyirdilər ki, bir adam ki bu yaşa gəlib çatıb, nə özünə, nə də ailəsinə bir gün ağlaya bilməyib, bir adamın ki başının üstə damı, yıxılıb yatmağa küncü yoxdu, bu boyda xalqa o nə gün ağlayacaq?!..” (1, 13)

Göründüyü kimi, birinci prezidentin ölkədə hansısa müsbət dəyişikliklər etməyə, “xalqa gün ağlaya biləcəyinə” heç kim inanmır. Təbii ki, əsərin yaradılmasında məqsəd o zamankı hakimiyyət dövründə ölkədə baş verənlərin əks etdirilməsi deyildi. Məqsəd prezident obrazı vasitəsilə müəllifin baş verən proseslərə münasibətinin açıqlanmasıdır ki, bu istək də Afaq Məsudda açıq şəkildə duyulur…

Prezidentin hakimiyyətinin altında olan insanlara analitik baxışı ikinci prezidentin düşüncələrində öz əksini tapır. “Yaxın bir neçə ili beyinlərinə yeridilən axmaq arzularla, çılğın, irreal ümidlərlə hər işə qarışmağa, başları çıxmayan yerə burunlarını soxmağa öyrəşmiş bu miskin vətəndaşlar ordusunu “coşğun fədailər” obrazından çıxarıb əvvəlik yerinə oturtmağa, qulaq asıb əməl eləmək mədəniyyətinə alışdırmağa bir xeyli vaxt və hövsələ lazım olacaqdı.” (1, 56)

Ümumiyyətlə, Afaq Məsudun hər bir qəhrəmanı ədəbiyyata nə isə bir yenilik gətirir. Bəs “Azadlıq”dakı yeni qəhrəman kimdir? Fikrimizcə, hər iki prezident obrazını ədəbiyyatda yeni və fərqli qəhrəman adlandırmaq olar. Çünki, Azərbaycan cəmiyyətindən götürülmüş iki ayrı-ayrı prezident obrazı və şəxsiyyəti vasitəsilə Hakimiyyət obrazı yaradılır, yəni Hakimiyyətin fərqli tərəfləri göstərilir. “Yuxuda adi həyatda mümkün olmayan, ideyanın və ideya adamının sınağına xidmət edən müstəsna vəziyyət yaradılır” (7, 196). Afaq Məsud da bu üsuldan istifadə etməklə ikinci prezidentin yuxularını və yuxularla bağlı həyəcanlarını təsvir etmişdir. “Məhz yuxuların köməkliyi ilə insan komplekslərini, tərəddüdlərini, qorxusunu, vahiməsini açmaq, tapmaq mümkündür. Əgər haqqında danışılan şəxs həm də çoxları üçün maraqlı olan şəxsiyyət- prezidentdirsə, o zaman yuxuların təsviri nə qədər qeyri-adi verilsə də, bu prezidenti adi insanlara yaxınlaşdıran vasitə rolunu oynayır.” (8, 105)

Yazıçı qorxu və yuxu mistifikasiyaları vasitəsilə yatmış şüuru oyadır. Insanın şüuraltı keçmişə qayıdışı, yuxular aləmi ilə reallığı müqayisə etməsi və yaşadığı həyatda törətdiyi əməllərə görə o biri dünyada cavab vermək qorxusu ön plana çəkilir. Bununla da, yazıçı obrazın iç dünyasını, şüuraltı hisslərini, dilə gətirə bilmədiyi həqiqətləri göstərmiş olur. Eyni zamanda müəllif yaratdığı professor obrazı vasitəsilə özünün yuxularla bağlı fikirlərini və yuxunun elmi izahını informasiya şəklində oxucuya ötürür. Romandakı qəhrəmanlar özünü təbii şəkildə hamıya, ətraf aləmin güclə seziləcək ən zəif cizgisinə qarşı qoyur. İnsanın özünə qarşı üsyanı, qarşıdurması qəhrəmanın xarakterindəki ən qabarıq cəhətləri ifrat naturallıqla üzə çıxarır. Şübhəsiz ki, bu cəhətlərin bir qədər kobud şəkildə və bilərəkdən bütün çılpaqlığı ilə verilməsi yazıçı üslubunun səciyyəvi xüsusiyyyətlərindəndir. Afaq Məsudun bütün nəsr əsərlərinin qəhrəmanları iç dünyasının azadlığından başqa heç nə ilə barışmaq istəməyən obrazlardır. Və nəhayət, bu obrazların daxili dünyası yaşanan dövrün reallıqları yazıçı məharəti ilə birləşdirildikdə, əbədi mövzuların içində yeni bir gerçəklik, yeni bir qəhrəman yaranır.

Əli Əmirlinin 90-cı illərdəki meydan hərəkatından bəhs edən və  o dövrün əhval-ruhiyyəsini bütün reallıqları ilə əks etdirən “Meydan” romanı da son illərin uğurlu nəsr nümunələrindəndir.

Romanda Meydan hərəkatı, insanların çaşqınlıq içində olduğu bir mühit və kimə inanıb-inanmayacaqlarını müəyyən edə bilmədikləri bir zaman təsvir edilir. Bir tərəfdə öz vəzifəsini, pulunu və rahat həyatını düşünənlər, digər tərəfdə isə hakimiyyət dəyişikliyi tələb edən sadə xalq, ziyalılar, aktyorlar, rəssamlar, tələbələr günlərini Meydanda toplaşıb xalqı bir olmağa və o zamankı hakimiyyəti boykot etməyə çağırmaqla keçirirlər. Bu iki həyat yolu romanın sonunadək hadisələrin inkişafı ilə təsvir olunur. Və oxucunu müqayisə aparmağa, düşünməyə sövq edir. Yazıçı reallığı bu qədər çılpaq və kəskin şəkildə təsvir etməsəydi, bəlkə də əsərin təsir qüvvəsi bu qədər güclü olmazdı.

Əsərdə qəhrəmanın daxili monoloqu çox yer ayrılmışdır və bu da onun əsl niyyətini, onun kim olduğunu göstərmək üçün ən yaxşı ədəbi priyomdur. “Qəhrəmanın özünə münasibəti onun başqasına münasibəti və başqasının ona münasibəti ilə ayrılmaz şəkildə bağlıdır. Ona görə də onun özü haqqında sözü onun haqqındakı özgə sözünün aramsız təsiri altında qurulur.” (7, 266) Qəhrəmanın dünyası kiçikdir və o hələ ideoloq deyil. Və sosial məzlumluğun özü özgə sözünə sarı bu daxili boylanmanı və onunla daxili polemikanı birbaşa və aydın polemika halına gətirir.

“Niyə vətənin var-dövlətindən geninə boluna istifadə edənlər asılmayıb bu dar ağacından? Axı əslində vətəni qoruyanlar onun varına sahib duranlar olmalıdır. Hər iki əli ilə yanaqları boyu axan göz yaşlarını sildi və bir az da irəlilədi ki, liderin cansız üzünü yaxından görsün, həmişəlik yadında saxlasın bu qorxmaz cavanın surətini. Və birdən, lap birdən gördü ki, ağacdan asılan lider deyil, maşınla vurub yıxdığı, ona yalvarıb “apar məni, başına dönüm, apar məni” deyən qocadır. Günün günorta çağı, şahidsiz-filansız öldürüb yolda qoyduğu qoca!

Əlləri ilə başını tutub qışqırdı, nalə çəkdi:

- Mən istəmirdim, mən istəmirdim, mən öldürmək istəmirdim…” (6, 60)

Əsərdə sadəcə oğlan kimi təqdim edilən bu obraz roman boyu vicdan əzabıyla yaşayır. Burada “Cinayət və cəza”nın Raskolnikovu yada düşür. “Meydan” romanının qəhrəmanı da eynilə Raskolnikov kimi öldürüb qaçdığı qocanı yuxusunda görür və qoca yuxuda onun qorxaqlığına, acizliyinə istehza edir, gülür.

Qəhrəman isə özünə yalnız təskinlik verməklə bu əzabdan xilas olmağa çalışır: “Qoy heç kəs sinəsinə döyməsin ki, təmizdir, vicdansız, ləkəsizdir. Əslinə baxsan hamı bir-birinin qarşısında günahkardır, həyatın özü günahlar silsiləsi üzərində qurulmuş elə möhkəm sistemdir ki, ondan heç nəyi çıxara bilməzsən, heç nəyi təcrid edə bilməzsən.” (6, 38)

Fikrimizcə, yazıçı belə bir qəhrəman yaratmaqla dövrün mənzərəsini daha aydın əks etdirə bilib. Çünki, bu obraz böyük ideyalar uğrunda canını fəda edən və ya çətinliklərə qalib gələn qəhrəman deyil. Bu adsız qəhrəman rahat, firavan həyat, var-dövlət, kef, əyləncə barəsində düşünür. Və kiçik arzularla yalnız özü üçün yaşayan biridir. Hərdən vicdanının səsini dinləsə də, bu cür əməllərlə vicdanlı adam ola bilməyəcəyini və onun üçün müqəddəs heç nəyin olmadığını dərk edir. Yazıçı onun vasitəsilə cəmiyyətin bu cür həyat tərzi sürən insanının ümumulışdirilmiş obrazını yaradıb. Meydan hərəkatına, hakimiyyət dəyişikliklərinə, ölkədə baş verən siyasi qalmaqallara müsbət obrazın gözüylə deyil, cılız arzuların arxasınca qaçan bir insanın gözüylə baxır, onun nə düşündüyünü, bu məqamda, xalqının bu ağır vəziyyətində onun nə cür hərəkət etdiyini göstərir. Və Meydan hərəkatının dağıdılmasının, bu üsyanın yatırılmasının səbəbini bu cür insanların acizliyində, qorxaqlığında, mənsəbpərəstliyində görür.

90-cı illərdə yaranan nəsr əsərlərindən biri də Əkrəm Əylislinin “Yəmən” povestidir. Əsərdə Sovet İttifaqının dağılması və yeni bir dövrün başlanması ab-havası duyulur. Qəhrəmanın başına gələn əhvalatlar və əsərdəki hadisələr müəllifin dilindən nəql edilir. Əsərin qəhrəmanı yaşadığı dövrün haqsızlıqlarını görən və unutmaq istəyən, buna görə də tez-tez düşüncələrində keçmişə ekskurs edən Səfalı müəllimdir. Povest Buzbulaq kəndində doğulub-böyüyən və sonralar Bakıda universitetlərin birində rektor vəzifəsində çalışmış Səfalı müəllimin yaşadığı həyat və xatirələri ilə bağlıdır. Əsərin adının “Yəmən” olması Səfalı müəllimin tanışı (və ya “keçmiş dostu”) Əli Ziya ilə birlikdə Yəmənə səfərləri ilə əlaqədardır. Daha dəqiq desək, povest Yəmən səfərini xatırlayan Səfalı müəllimin bir-birinin ardınca zəncir kimi sıralanan əhvalatları yada salması ilə başlayır.

“Dağdı, bağdı, çəməndi,

Hər şey həmən-həməndi!

Bu dünya bir Yəməndi,

Yəməndi, ay Səfalı!”

Bu bir bənd şeiri də Yəmən hava limanında Əli Ziya bir qədər narahat görünən dostuna söyləmişdi və bu şeir Səfalı müəllimin yadına düşən kimi o Əli Ziyanı və onun necə bir insan olduğunu və Yəməndəki satqınlıqlarını xatırlayır.

“Kənd nəsri”nin görkəmli nümayəndələrindən olan Əkrəm Əylisli bu dəfə də məkan olaraq Buzbulaq mövzusuna müarciət etsə də, həmişə təsvir etdiyi güllü-çiçəkli, barlı-bəhrəli, gözəl insanları olan o Buzbulaqdan bu povestdə əsər-əlamət yoxdur.

Ə.Vəzirovun hakimiyyət illərinə təsadüf edən bir dövrdə yaşayan Səfalı müəllim hər gün mitinqlər keçirilən Domsovetin qarşısından keçərkən bu anarxiyadan xilas yolunu Nil Armstronqla xəyali söhbətdə görür. İyulun 21-də Aya kosmik səyahət edən amerikalı astronavt Armstronqla apardığı xəyali mükalimədə onu narahat edən suallara cavab istəyir.

Povestdə diqqət çəkən məqamlardan biri də odur ki, yazıçı, haqqında bəhs etdiyi hər bir obraz haqqında danışarkən əsərdə cərəyan edən hadisələri yarımçıq kəsib, həmin obraz haqında geniş məlumat verir. Eyni ədəbi priyomdan istifadə Qoqolun əsərlərində də müşahidə edilmişdi (“Peterburq povestləri”).

Sözügedən əsərin qəhrəmanını nəsrdə yeni deyil, “keçid dövrünün” qəhrəmanı adlandırmaq daha doğru olardı. Qəhrəman özü nə istədiyini konkret müəyyənləşdirə bilmir. Keçmişə ekskurs etməklə bu günün problemlərindən xilas olmağa çalışır. Yaxud amerikalı astronavtla öz xəyalında söhbət edir. Belə bir obrazın yaradılması müəllif mövqeyini də dolayı yolla göstərir. Çünki, müəllif mövqeyi qəhrəmanın özünüdərkini, özünüizahını və neytrallığını təsdiq edir.

Müasir ədəbiyyatımızda uğurlu nəsr əsərlərinin yaradıcısı olan istedadlı yazarlardan biri də Orxan Fikrətoğludur. Təzadlarla dolu nəsr nümunələri yaradan yazıçının yaradıcılığı onun ədəbiyyat haqqında uğurlu axtarışlarından xəbər verir. Çağdaş ədəbi məkanda reallıq və müasirlik, zaman və zamansızlıq, tanrıya inam və inamsızlıq onun əsərlərində həqiqətə doğru aparan yolun təsvirinə şərait yaradıb.

Orxan Fikrətoğlu yaradıcılığında ilk diqqət çəkən xüsusiyyət onun fəlsəfi düşüncəyə marağının daha qabarıq formada əks olunmasıdır. Daha doğrusu, bu, həm də yazıçının daxili “mən”i ilə apardığı mübarizənin, mübahisələrin və bütün bunların real dünya ilə qarşıdurmasından yaranan nəticələrin yazıya köçürülməsidir. “Ölüm və doğuluş”, “qaranlıq və işıq”, “ruh və bədən”, “ağ və qara”, “xeyir və şər” və bu kimi fəlsəfi sualların çoxluğu, bəzən qeyri-adi tərzdə cavablandırılması, bəzən isə cavabsız buraxılması onun əsərlərində maraqlı çalarlarla təsvir olunub.

“Bəs niyə iki qarşılıqlı qüvvə bir yolda yol gedir, bir allah olsun da! Ancaq xeyir olsun da, şəri, şeytanı neynirik ki?

- Elə bilirsən halvadı yaşamaq? Bir olsaydı nə vardı ki yaşamağa, hamı yaşayardı da onda.” (9, 127)

“Həyat” adlı bu hekayə yazıçının dünya, insan, həyat, Tanrı haqqındakı düşüncələrinin sual şəklində qoyuluşu və bu suallara mücərrəd, fəlsəfi cavablarından ibarətdir. Müəllifin hekayə və povestlərində daha çox hiss edilən məqam zaman və zamansızlıqla bağlıdır. “Məsələn, bu yazıçının demək olar ki, bütün əsərlərində vaxtdan çıxmaq istəyi, vaxtdan qaçmaq arzusu duyulur. Həmçinin, hadisələrin zaman çərçivəsindən çıxarılması da var. (8, 147)

“O və O biri”, “Vaxt”, “Uçurum”, “Yol” hekayələrində real konkretlik yoxdur. Oxuduqca əsərin qəhrəmanlarının hansı dövr və hansı məkanda olduqlarını müəyyən etmək olmur. Gah hadisələrin baş verdiyi zamanın daha qədimlərə gedib çıxdığını düşünürsən, gah da müasir həyatla bağlı hansısa nüansa rast gəlirsən.

Hekayələrin sonluğu belə qeyri-məqbul düşünməyə əsas verir ki, bəşər övladı üçün xüsusi önəm daşıyan, insan həyatını, təfəkkürünü, ömrünü izləyən və müəyyənləşdirən Zaman əslində bir o qədər də əhəmiyyət kəsb etmir.

Orxan Fikrətoğlunun qəhrəmanı İnsandır. Həyata fərqli tərəflərdən baxan və fərqli məkanlarda yaşamaq uğrunda mübarizə aparan və fərqli düşünən İnsan!     Onun yaratdığı hər bir yeni obraz əsərdə ya konkret adlarla, ya da o, mən kimi təqdim olunur. Bu obraz 90-cı illərin siyasi durumunu, sosial vəziyyəti, müharibəni, əhali arasında yaranan sürətli təbəqləşmə prosesini, o illərin yatardığı problemləri görən, duyan və yaşayan insan olduğundan onun həyata, dünyaya baxış tərzi də təzadlarla doludur.

Bu obrazlar 90-cı illərin həyat həqiqətlərini əks etdirən sərt bədii güzgünü xatırladır. Bütün əsərlərdə görməyə adət etdiyimiz təmənnasız sevgi, qarşılıqsız ülvi məhəbbət bu qəhrəmanlarda yoxdur. Yazıçı həyatın iç üzünü göstərən ümumiləşdirilmiş obrazlar vasitəsilə 90-cı illərin insanlarının şüurunda yaratdığı təəssüratı, əhval-ruhiyyəni göstərir. Nəhayət, bir yazıçı kimi Orxan Fikrətoğlu üçün vacib olan onun qəhrəmanının bu dünyada kim olması deyil, dünyanın bu qəhrəman üçün nə demək olması və onun özünün özü üçün kim olmasıdır.

90-cı illərdə formalaşan yeni nəsr əsərləri iyirminci yüzillikdə Azərbaycan ədəbiyyatında uğurlu ədəbi axtarışların nəticəsi kimi yadda qalır. Dəyərlərin və meyarların əvəzlənməsi, dəyişməsi sənətkarların dünyagörüşünün əsaslı metamorfozalara məruz qalması ilə müşayiət olunmuşdur. Hər bir yeni dövrün yeni insan konsepsiyası əsasında yarandığını iddia edən tezisin doğruluğunu yeni nəsrimizin ədəbi təcrübəsində aydın şəkildə görə bilirik. Yeni insan konsepsiyası isə öz növbəsində ədəbiyyatda yeni qəhrəman obrazının yaranmasını şərtləndirir.

Sovet ədəbiyyatında gördüyümüz  obrazların yeni nəsrimizdə sadə, adi insan obrazları ilə əvəzlənməsi, onların artıq “müsbət” və ya “mənfi” kimi bölgülərə ayrılaraq qiymətləndirilməməsi, hər şeydən əvvəl, bu nəsrin insan haqqında, onun dünyadakı missiyası, həyatın mənası haqqındakı təsəvvürlərinin dəyişməsi ilə bağlıdır. Müstəqillik dövrü nəsrinin yeni qəhrəman tipi bütövlükdə  ədəbiyyatımız üçün yeni olmasa da, sadə insana, onun duyğu və düşüncələrinə, həyat tərzinə münasibət tamamilə yenidir.

Bədii dünyagörüşdə baş verən dəyişmələr nəsrin çoxüslubluluğunu, problem və poetika baxımından zənginliyini qat-qat artırdı. Üslub zənginliyi isə bədii qəhrəmanın şərhində son dərəcə geniş sərbəstliyin meydana çıxmasına səbəb oldu. Buna görə də müstəqillik dövrünün nəsrinin bədii qəhrəmanları ənənəvi nəsrlə müqayisə olunmaz dərəcədə fərqlidir.

ƏDƏBİYYAT:

1.    Afaq Məsud, Azadlıq, turklib.com

2.    “Azərbaycan” jurnalı, №1-12, Bakı, 1990

3.    “Azərbaycan” jurnalı, №1-12, Bakı, 1991

4.    “Azərbaycan” jurnalı, №7, Bakı, 2000

5.    Əkrəm Əylisli, Yəmən, “Azərbaycan” jurnalı, №9-10, Bakı, 1991

6.    Əli Əmirli, Meydan, “Azərbaycan” jurnalı, №1-4, Bakı, 1992

7.    Mixail Baxtin, “Dostoyevski poetikasının problemləri”, Bakı, BSU, 2005

8.    Nərgiz Cabbarlı, “Yeni nəsil ədəbiyyatı”, Bakı, Elm, 2006

9.    Orxan Fikrətoğlu, “Dünya haqqında upuzun bir nağıl”, Bakı, Yazıçı, 1990

10.     Orxan Fikrətoğlu, “Səhər”, Bakı, Gənclik, 1994

ƏVVƏLKİ YAZILARI:

“Vaxt” öz sözünü deyir

Müstəqillik dövrü Azərbaycan romanlarının sənətkarlıq xüsusiyytələri

Vaqif Yusifli. İki şair haqqında üç söz
I

Lənkəranda yaşayan, demək olar ki, qaynar ədəbi mühitidən çox uzaq düşən, heç Yazıçılar Birliyinin üzvü də olmayan, amma  İlahidən gələn şairlik istedadı hər hansı bir şeirinin ilk misrasındaca görünən Anar Həbiboğlu…

İlk şeirlərindən onu izləyirəm və hər dəfə Lənkərandan Bakıya gəlib çox utancaq, hətta qorxa-qorxa təzə şeirlərini «Azərbaycan» jurnalı redaksiyasına  təqdim edəndə düşünürəm ki, kaş bu utancaqlıq, bu çəkinməklik onun bəzi yaşıdlarının və ondan yaşlıların da təvazösünə çevriləydi.

Onun bir  kitabı da çıxmayıb. Bəlkə  buna maddi cəhət mane olur, bəlkə də Anar bu barədə düşünmək istəmir. Görünür, o, ədəbiyyata kitabla yox, özünü, istedadının fərdiliyini təsdiq edən şeirlərlə gəlmək istəyir. Və artıq bu gəliş baş tutub.

Anar Həbiboğlunun şeirləri onun öz taleyindən gələn, öz ömür ağacının budaqlarında günəşə can atan  yaşıl-yaşıl yarpaqlardır. Bu yarpaqlar sevgi, təbiət, yaşamaq  duyğularıyla köklənib. Onun şeirlərinin tematikası bir çox yaşıdlarında olduğu kimi o qədər də rəngarəng deyil. Amma bu şeirlərin taleyini müəyyən  mövzular deyil, hisslərin zənginliyi, çoxçalarlığı təyin edir. Yəni otuz illik bir ömrün bütün görüntüləri bu şeirlərdə əks olunmur, heç buna ehtiyac da duyulmur. Axı, şeir hər görüntüdən yarana bilməz. Şeirə gələn nə varsa, onlar hisslərdən, duyğulardan cilalana-cilalana, zərifləşə-zərifləşə gəlir. Şair demişkən:

Gərək yaşayasan çiçəksayağı,

Bircə yaz ətrinə bürünüb yaşa.

Nəğmə oxuyasan çox yox, bircə yaz,

Üzündən, gözündən nur daşa-daşa.

Arıya bir şirin öpüş verəsən,

Ağlını itirə, dəyişə halı.

Xallı kəpənəyə görüş verəsən,

Saçını daraya günün sığalı.

Anar Həbiboğlunun şeirlərində özünəməxsusluq onun sözə münasibətindəki orijinal yanaşmadan başlayır. O, dəfələrlə işlənən bədii təsvir vasitələrinə, təşbihlərə yenidən müraciət edəndə deyilənləri təkrar eləmir, yenisini yaradır. Həm də obyekti, nəsnəni mənalandırarkən onda yeni çalarları görməyi və bunları şeirə gətirməyi bacarır. Məsələn, şeirmizdə Ana ilə Ocaq arasındakı oxşarlığı, bənzəyişi belə mənalandırmaq olar: Anam da ocaq kimi alışır. Anar isə  bu bənzərliyin o biri yönünü (Ocaq anama oxşayır) şeirinin leytmotivinə çevirir:

Bu ocaq anama oxşayır, Allah,

Deyinsə ovutmaq, saxlamaq olmur.

İslaq kəlmələri elə hıçqırır,

Dediyi sözləri anlamaq olmur.

Kişi işlərindən yapışdı anam,

Daş kimi bərkidi gəlin əlləri.

Elə bu ocaqtək alışdı anam,

Bəmbəyaz buludtək ağarmadı ki,

Tüstütək ağardı uzun telləri.

Çoxları elə fikirləşir ki, indi «yeni şeir» axtarışlarında poeziyamızda əsrlər boyu yaranan bir çox yaşarı ənənələrdən üzülüşmək vaxtıdır. Onların fikrincə, «yeni şeir» mütləq dərəcədə «modern» olmalıdır, bu tipli şeir isə müasir dövrün qloballaşma səviyyəsinə uyğunlaşdırılmalıdır. Yəni Azərbaycan şeiri dünya şeirinin dəbdə olan «izmləri» ilə «zənginləşməlidir». Təbii ki, hər hansı milli poeziya dünya poeziyasında gedən yeniliklərə biganə olmamalıdır, lakin əsas özül milli şeirin yaşarı ənənələri və ən başlıcası, özünün novatorluq, yenilikçilik meylləridir. Kənardan, dəb xatirinə Azərbaycan poeziyasının ərazisində əkilən hər hansı «izm» ağacı bar verməz və biz bunu poeziyamızın tarixi boyu müşahidə etmişik.

Anar Həbiboğlu da yeni söz deməyə can atan cavan şairlərdəndir. Və onun şeirlərindəki təzəliklər ənənəyə yaradıcı münasibətdən irəli gəlir. Bu şeirləri oxuyursan, 60-cı illərin, daha sonrakı onilliklərin ən yaxşı şairlərinin ən yaxşı şeirlərini xatırlayırsan. İstəyirsən deyəsən ki, bu şeirlər Əli Kərimin,adənin, Ramiz Rövşənin, Vaqif Səmədoğlunun təsiri duyulur, amma şeir başa çatandan sonra yanıldığını hiss edirsən. Formal mənada bir misra da yaxınlıq yoxdur, amma ruh etibarilə Anar Həbiboğlunun şeirlərində adını çəkdiyim şairlərin sanki yazmadıqları şeirlərlə görüşürsən.

Bəmbəyaz qar yağdı, bürüdü kəndi,

Ac quşlar torpaqda qaraltı gəzir.

Hardasa Quşbeyin qızlara indi,

Dən səpir hansısa xırman yiyəsi.

Ac quşlar, qar sizi sevindirmədi,

Mən də sevinmirəm builki qara.

Gözümün nurunu taxıl eylədim,

Əkdim buğda-buğda ağ varaqlara.

Bu, sırf Azərbaycan şeiridir, misralara bir zərrəcik də yad nəfəs qatılmayıb.Həm də obrazlı şeirdir, fikrin poetik ifadəsini reallaşdıran bir şeir.

II

İntihar eləyən qar dənəciyi görmüsünüzmü?  Əvvəla, bunun özü obrazlı bir ifadədir. Lakin indi gəlin bu adda bir şeirə diqqət yetirək. Şeirin müəllifi yaşca heç də cavan olmayan, amma hər şeirində CAVAN  GÖRÜNƏN  Gülnarə Cəmaləddindir. Gülnarənin şeirində bir qar dənəciyi yer üzünə özünü atır ki, onu çirkabdan təmizləsin, dünyaya bir saflıq yaysın. Amma:qar dənəciyinin ömrü nə qədərmiş? Doğrudanmı onun ölümü-«intiharı» insanları müdhiş ölüm barədə düşünməyə sövq edir. Əlbəttə, burada şeirin assosiativ çalarını hiss edirsən.

Sənin ağlığından adam üşüyür,

Sənin təmizliyin çoxuna yaddı.

Sənin səssizliyin, sənin sükutun,

Sənin soyuqluğun adam öldürür.

Allahdan yuxarı getməyə yol yox,

Allahdan aşağı ölməyə yer var.

Hər kəsin dilində sevdiyi dua,

Hər kəsin içində ilahi sirr var.

İntihar eləyən qar dənəciyi,

Çırpırsan özünü torpağa, daşa.

Qorxuram hamını çəkə intihar,

Dünyada bir təmiz adam qalmaya.

Gülnarə Cəmaləddin də Anar Həbiboğlu kimi qaynar ədəbi mühitdə deyil, bir mikro ədəbi mühitdə –Sumqayıtda yazıb-yaradır. Amma nə dəxli, beş ildən-altı ildən bir beş-on şeirilə hansısa qəzet və curnal səhifələrində görünür, «Populyar» deyil, təbii ki, bu barədə heç fikirləşmir də. Çünki   «populyar» olmaq üçün gərək indiyə kimi on-onbeş kitabı çıxaydı, harda desən, orada ağac kimi bitəydi. Amma Gülnarə ŞEİR yazır. «Azərbaycan» curnalının bu ilki 4-cü sayında təzə şeirləri çap olunub və o şeirlər göstərir ki, şair və onun «havadarları»nın təbliğatı, reklamı olmadan da ŞAİR  olmaq mümkündür.

Gülnarənin bir başqa şeirinə müraciət edək. «Anamın üzü kimi». Bəlkə də çoxlarına bu şeir adi görünəcək. Amma bu şeirdə qəribə bir assosiasiya var. Gülnarə Allahla Ana üzü arasında bir oxşarlıq, bir bənzəyiş görür. Bu assosiasiyanı doğuran nədir?

Uşaqkən

Mən hər gecə səni yuxumda görürdüm,

ALLAH,

Bir də anamın üzünü.

Süd rəngiydəydi YER, GÖY

Və hər dəfə

Sənə uzatdıqca əllərimi

qeyb  olurdun uzaqlarda.

Körpə tabutumu alıb tutduqca günahlar,

Dövrəmdə rəqs edirdi şeytanlar.

Ağlayırdım

Mələklərin göz yaşı

Axırdı yuxularıma

Anamın südü kimi.

Uyuyurdum

Və hər gecə

səni  yuxumda görürdüm

ANAMIN  ÜZÜ  KİMİ.

III

Dahi Belinski məqalələrinin birində yazırdı: «Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müəyyən bir tərəfinə müəyyən baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran  və yaşadan bir başlanğıc…kimi meydana çıxır..»

Belinski «fikir» deyəndə, heç şübhəsiz, «poetik fikir» deyilən və şeirin mayasını təşkil edən ən vacib bir məsələni nəzərdə tuturdu.  Çünki məlum məsələdir ki, şeiri elmdən fərqləndirən məhz bu cəhətdir ki, şeirdə fikir quru, soyuq, məntiqi mühakimələr deyil, məhz poetik fikirdir. Mən hər iki şairin şeirlərini bu nöqteyi-nəzərdən gözdən keçirdim. Anar Həbiboğlunun şeir stili bənzətmələr, metaforalar üzərində qurulub və bu şeirlərdə poetik fikir ilk baxışda o qədər də diqqəti çəkmir. Uüursan bu şeirlərdəki təzə, təravətli bədii təsvir vasitələrinə…və birdən ayılırsan, ya poetik fikrin bütöa və tam şəkildə şeirin ilk misrasından sonunadək «irəlilədiyini» görürsən, ya da şeiri oxuyub qurtarandan sonra bir natamamlıq hiss edirsən. Məsələn, onun «Vətən» şeirində poetik fikir natamamdır:  Dabanımdan beyniməcən  yeriyən qan  kükrəyən dəli bir çay. Təxminən eynidi O TAY, BU TAY-bir cüt ağappaq bədən. Solumda zorlanmış  Sağımda siğə olunmuş VƏTƏN..»   Məncə, fikir tamamlanmayıb, bənzətmənin özü də sıyıqdır. Amma Anarın «Avqust həqiqəti» adlı başqa bir şeiri də var. Bu şeirdə poetik fikir tənhalıqdan əzab çəkən bir insanın ruhi-psixoloci haləti üzərində qurulub. Şeirdə bu fikir misra-misra, bənd-bənd «irəliləyir» və sonda məntiqi şəkildə belə tamamlanır: «Hər şey sona çatır dünyada, demə,  Mənim əzabımdan savayı hər şey». Eyni fikri bu cavan müəllifin «Exo», «Tramvay» şeirləri barədə də söyləmək olar.

Şeirdə fikirlə hiss vəhdət təşkil edir və, şeirin ŞEİR olması üçün birinci şərtdir. Anarın ən yaxşı şeirləri məhz bu vəhdəti əks etdirir. Oxuyursan bu şeirləri və bəlkə heç fikirləşmirsən ki, burada hisslər, duyğular üstündü, yoxsa fikir?  Misralar, bəndlər həm hisslə, həyəcanla doludu, həm də bunlar şairin ifadə etmək istədiyi fikrin tabeçiliyindədi. Ayırmaq olmur bir-birindən. «Nəğmə» şeirində olduğu kimi:

Sənli xatirələr danışdırmadı

Ağzına su alıb susan dənizi.

Bir «Ölü dənizə» dönəcək Xəzər,

Gözümün yaşıyla yusam dənizi.

Gedirəm sahilə yağışda, qarda,

Ləpə tellərini sinəm üstə sər.

Mən bir qız sevirdim «Kiçik bazarda»,

Onun da gözləri maviydi, Xəzər…

Gəlirəm sahilə yağışda, qarda,

Gələrəm sağ qalsam gələrəm ölsəm,

Bir ağ gəmi batıb mavi sularda,

Onu gözlərimdən hönkürə bilsəm.

Gülnarə Cəmaləddinin şeirlərinə gəldikdə isə burada fikrin ardıcıllığı xüsusilə diqqəti cəlb edir, oxucu bu prosesin şahidinə çevrilir.  Yəni onun ifadə etmək istədiyi poetik fikir addım-addım,  pillə-pillə sonluğa baş alır. Gülnarənin  adsız bir şeirində  bir saırı çiçəkdən bir pəncərəyə özünü çırpıb həkdən düşən sərçədən danışılır.  Sarı çiçək açılır və solur. Yaşıl ağac lal-dinməz dayanıb. Pəncərəyə özünü çırpan sərçə  «dünyaya meydan oxuyan körpə»dir. Bunlar «zalım dünya» ilə qarşılaşdırılır.

Hələ ana laylası kimi şirindi,

oynat

hələ sənindi, sənindi bu zalım dünya.

Oynamağa həvəs  nə gəzəcək səndə.

dərddən qol götürüb oynayacağın gün.

Qarşında atılıb-düşəcək bu lal olmuş dünya,

Sən heyrətdən lal olacağın gün.

Amma Gülnarənin elə şeirləri də var ki, fikir orada yalnız kiçik cizgi şəklindədir, bu cizgilər böyümür, tamlaşmır. «Könlümün köləsi» adlı qısa şeirlərdə olduğu kimi.. Fikrin tutumu şeirin həcminə sığışdırıldığından yarıdaca öz ömrünü başa vurur.

..İki müəllifin şeirlərindən söz açdım. Onların  istedadlı olduqları bəlli. Onlara uğurlar arzulayaq….

Şəfa Cəbiyeva. “Vaxt” öz sözünü deyir.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu

Uğurlu əsərlər müəllifi Orxan Fikrətoğlu nəsrə yenilik gətirən yazıçılardan hesab olunur. Təzadlarla dolu nəsr nümunələri yaradan yazıçının yaradıcılığı onun ədəbiyyat haqqında uğurlu axtarışlarından xəbər verir. İstedadlı yazarın 2008-ci ildə nəşr etdirdiyi “Vaxt” kitabında da cəmiyyətimiz üçün gərəkli olan ictimai-sosial məzmunlu hekayələr, məhz Orxan Fikrətoğluna məxsus ifadələr, bədii təsvir vasitələri ilə zəngin povestlər, kinossenarilər toplanmışdır. Yeni qəhrəmanlar, yeni ideyalar, keçmişlə bu günün qarşılaşdırılması, hadisələrin bilərəkdən şişirdilməsi və bu şişirtmələrin mərkəzində dayanan həqiqətlər, müəllifin özünəməxsus ifadə sərtliyi oxucunu düşünməyə və nəticə çıxarmağa vadar edir. “Orxan Fikrətoğlunun reallıqdan qaynaqlanan bədii təfəkkürü  az qala yenilməz sayılan, başımızın üstündən Domokl qılıncı kimi asılan mentalitetin mənfiliklərini bütün çılpaqlığı ilə sərgiləyir və oxucusunda ən azı onlara qalib gəlmək ümidi oyadır.” (1,14) Yazıçının hekayə və povestlərində reallıq və irreallıq elə bir bədii məkanda və elə ustalıqla təqdim olunur ki, burada yalnız həqiqət danışılır. “Başqa sözlə desək, burada nəql olunanlar  bu günümüzə tutulan sərt bədii güzgüdür.” (1,14)

Hekayələrdə diqqəti cəlb edən maraqlı bir cəhət də hadisələrə münasibətin fərqli tərzdə təqdim olunmasıdır. Hekayədə adi məişət probleminin təsvirində cümlələr elə təsirli və cəlbedicidir ki, oxucunu ovsunlamağı bacarır və insanı xəyalən əsərdə təsvir olunan məkana aparır.

Çağdaş ədəbi məkanda reallıq və müasirlik, zaman və zamansızlıq, tanrıya inam və inamsızlıq onun əsərlərində həqiqətə doğru aparan yolun təsvirinə şərait yaradır.

“Ögey”, “Borc”, “İtki”, “Neft Dadaş”, “Tarixi-çıbı”, “Yad dünya” kimi hekayələr yaşadığımız həyatın çılpaq həqiqətləridir. Ş.Alışanlı müəllifin sözügedən kitabına yazdığı ön sözdə deyir: “Şəxsiyyətin tənhalığı, ədalətsiz ictimai münasibətlər məngənəsində alçaldığı, əxlaqi-mənəvi uğursuqluqlarını müəllif elə real, canlı, milli bədii yaddaşdan, etnoqrafik cizgilərdən süzülüb gələn obrazlarla yaradır ki, puç arzuların yaratdığı xaosdan, çirkaba bulaşmış mənəvi mühitdən çıxış yolu kimi seçilən simvolik “işıq”, “qum”, “ağac” simvollarına inanmaq istəyirsən.” (3, 4)

Orxan Fikrətoğlu yaradıcılığında ilk diqqət çəkən xüsusiyyət isə onun fəlsəfi düşüncəyə marağının daha qabarıq formada əks olunmasıdır. Daha doğrusu, bu, həm də yazıçının daxili “mən”i ilə apardığı mübarizənin, mübahisələrin və bütün bunların real dünya ilə qarşıdurmasından yaranan nəticələrin yazıya köçürülməsidir. “Ölüm və doğuluş”, “qaranlıq və işıq”, “ruh və bədən”, “ağ və qara”, “xeyir və şər” və bu kimi fəlsəfi sualların çoxluğu, bəzən qeyri-adi tərzdə cavablandırılması, bəzən isə cavabsız buraxılması onun əsərlərində maraqlı çalarlarla təsvir olunur.

Müəllifin hekayə və povestlərində daha çox hiss edilən məqam zaman və zamansızlıqla bağlıdır. “Məsələn, bu yazıçının demək olar ki, bütün əsərlərində vaxtdan çıxmaq istəyi, vaxtdan qaçmaq arzusu duyulur. Həmçinin, hadisələrin zaman çərçivəsindən çıxarılması da var. (2, 147)

“O və O biri”, “Vaxt”, “Uçurum” hekayələrində real konkretlik yoxdur. Oxuduqca əsərin qəhrəmanlarının hansı dövr və hansı məkanda olduqlarını müəyyən etmək olmur. Gah hadisələrin baş verdiyi zamanın daha qədimlərə gedib çıxdığını düşünürsən, gah da müasir həyatla bağlı hansısa nüansa rast gəlirsən.

Hekayələrin məntiqi sonluğu belə düşünməyə əsas verir ki, bəşər övladı üçün xüsusi önəm daşıyan, insan həyatını, təfəkkürünü, ömrünü izləyən və müəyyənləşdirən Zaman əslində bir o qədər də əhəmiyyət kəsb etmir.

Yazıçının nəsr dili incə və dəqiq müşahidələrin nəticəsində yaranan fikirlərlə, fərqli ifadə və cümlələrlə zəngindir. “Orxan Fikrətoğlunun fikirləri əvvəlcə insanlarda təbəssüm yaradır, ancaq az sonra bu, əslində ironik münasibəti başa düşənlər üçün düşüncə qaynağına çevrilir.” (1, 14) Məsələn, “Yağış sosializmi yuyub, ölkə azaddır. Quşları da özümüz üçün oxuyur. Yerin altı, üstü və qıraqları bizim imiş. Dubayın yolu açılıb.” (3, 45). “On yeddi ildi bu institutda kiçik elmi işçi işləyirdi. Üç müdir, on bir çəkmə dəyişmişdi. Sevimli mixək böcəklərini, sınaqdan saralmış kolbalarını ağırlaya-ağırlaya illəri bir-bir ötürürdü. Hələ ki, bu illər nə elmə, nə də özünə bir sevinc gətirmişdi. On yeddi il üstündə təcrübə apardığı mixək böcək uçmurdu ki, uçmurdu. Böcək uçsa dünya elmində inqilab olacaqdı. Hələ ki, uçan illər idi.” (3,22) “Gecə şəhər üstünə köhnə pencək kimi düşdü. Sonra yağış yağdı. Çətirli qızlar bitirdi. Yollar, səkilər qaynar qazan kimi pıqqıldadı. Yol polisləri ağaclara oxşayırdı.” (3, 96)

Yazıçının yaradıcılığında özünəməxsus xüsusiyyətlər, təfəkkürünün, daxili “mən”inin maraqlı ifadə formaları onun əsərlərinin başqa bir müəllif əsəri ilə dəyişik salınmasına imkan verməyən ştrixlərdir. “Onun dediyi sözün ictimai-sosial məzmunu başqa yazarlarımızda da var. Lakin Orxanı bir yazıçı kimi dərhal fərqləndirən onun yaratdığı orijinal bədii reallıqdır. Bu bədii reallığı onun poetikası yaradır. Onun nəsrində əyaniləşən bədii reallıq bu gün ədəbiyyatımızda yeni dünya və şəxsiyyət konsepsiyasının təzahürüdür.” (4, 3)

Orxan Fikrətoğlunun qəhrəmanı İnsandır. Həyata fərqli tərəflərdən baxan və fərqli məkanlarda yaşamaq uğrunda mübarizə aparan və fərqli düşünən İnsan!     Müəllifin yaratdığı hər bir yeni qəhrəman əsərdə ya konkret adlarla, ya da o, mən kimi təqdim olunur. Bu qəhrəman 90-cı illərin siyasi durumunu, sosial vəziyyəti, müharibəni, əhali arasında yaranan sürətli təbəqələşmə prosesini, keçid dövrünün problemlərini görən, duyan və yaşayan insan olduğundan onun həyata, dünyaya baxış tərzi də təzadlarla doludur.

“Orxanın qəhrəmanları həyatın alçaltdığı, əzdiyi, psevdo insana çevirdiyi müasirlərimizdir. Onun qəhrəmanları tənhadır, xaotik bir mühitin daşıyıcılarıdır. Orxanın qəhrəmanları uydurma, hansısa postmodernist yazıçının təqlidi deyil və ümumən bədii varislik etibarı ilə klassik irsi inkar etmir. (4, 3)

Orxan Fikrətoğlunun qəhrəmanlarını müasir ədəbiyyatımızda yeni qəhrəman obrazı hesab etmək olar. Əvvəla, bu obrazlar dövrümüzün həyat həqiqətlərini əks etdirir. Ikincisi, bütün əsərlərdə görməyə adət etdiyimiz təmənnasız sevgi, qarşılıqsız ülvi məhəbbət bu qəhrəmanlarda yoxdur. “Onun qəhrəmanlarının sevgisi (əgər varsa) bir çox hallarda öz ülvilik və təmizlik mərtəbəsindən yıxılıb. Adiləşib, primitivləşib.” (2, 154) Yazıçı həyatın iç üzünü göstərən ümumiləşdirilmiş obrazlar vasitəsilə yaşadığımız mühitin, zamanın insan şüurunda yaratdığı təəssüratı, əhval-ruhiyyəni göstərir. Bundan başqa bu qəhrəmanlar gedişata, dünyaya etinasızlıqla baxan və etirazlarını ya ironiya ilə, ya da yumorla bildirən və fərqli düşünməyi bacaran insanlardır.

Nəhayət, bir yazıçı kimi Orxan Fikrətoğlu üçün vacib olan onun qəhrəmanının bu dünyada kim olması deyil, dünyanın onun üçün nə demək olması və qəhrəmanın özünün özü üçün kim olmasıdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.    “Mədəniyyət” qəzeti, Ziyadxan Əliyev, Bakı, 19 iyun 2009, s.14

2.    Nərgiz Cabbarlı, Yeni nəsil ədəbiyyatı, Bakı, “Elm”, 2006

3.    Orxan Fikrətoğlu, Vaxt, Bakı, “Elm”, 2008

4.    Şirindil Alışanlı, Novruzəlinin qan qardaşı Xeybər (“Vaxt” kitabına yazılmış Ön söz), Bakı, “Elm”, 2008

Cavanşir YUSİFLİ. JALƏ İLƏ GÖRÜŞ
Nəsimi mükafatının ilk qaliblərindən olan Jaləni yaxından tanıyaq.

Hərdən görkəmli ədiblərimizin əsərlərinə bir-birinin ardınca verilən əks-səda səciyyəli yazıları görəndə məndə küncdə-bucaqda qalan, başını yazısının üstünə əyən insanların mətnlərdən danışmaq istəyi baş qaldırır.

Bunlardan biri də, I Nəsimi Milli Müsabiqəsinin qalibi, II Nəsimi Milli Müsabiqəsinin münsifi Jalədir. Bir neçə gün olar ki, onun “Heykəlin içindəki hekayələr” toplusu nəşr edilib.

Jalə yaradıcılıqla məşğul olur, mətn yazır, şeir, hekayə, məqalə, təəssürat…

Başqalarından bəlkə də heç nəyi ilə fərqlənmir, ancaq fərq mətnini oxuyanda yaranır, bu fərq səni uzaqlara aparır, mübahisə yaradır, sən də bu mübahisələrə qoşulub, hansısa hekayənin bir parçasına çevrilib danışmaq istəyirsən.

Fikrimizcə, hər bir bədii mətnin, xüsusən də hekayənin özəlliyi budur – o, xəbərin də olmadan sənin içində nələrəsə toxunur, hərəkətə gətirir, bir anlığa dünyada rastına çıxan bütün yalanlardan elə bil ki, canın qurtarır.

Mənim üçün nəsrdə çox qiymətli olan cəhət, daha doğrusu milli nəsr nümunələrimizdə görmək istədiyim özəllik – insanın özü haqqında həqiqəti deməkdən çəkinməməsidir, vaxtilə böyük nasirimiz Şahmarı məhz bu cəhətinə görə sevmişəm.

Bu hekayələri oxuyan hər kəs üçün unudulmaz səhnələr var, – bunlar bizim millətin həyatıdır, psixologiyasıdır, düşüncə tərzidir, – bax, bunun tərsini düşünməyə səndə heç bir şübhə yaranmır.

Bu yöndən baxanda “Seyf qapı” hekayəsi mənim daha çox xoşuma gəldi, çünki bu hekayədə baş verənlər hislərimiz, duyğularımız, düşüncə və ideyalarımız deyil, əksinə onların altında gizlənən, şüuraltında cərəyan edib həyatımıza təsir göstərən olaylardır; bu olaylara münasibətdə Jalənin özünün danışmaq, nağıllamaq istədiyi heç bir əlahiddə hekayəsi yoxdu, bütün güc işığı söndürüb qaranlıqda müşahidə aparmağa, insanı özünə tanıtmağa sərf edilir, insanlar mübahisə, atmaca, dilləşmə naminə sözləşirsə də, son nəticədə müəllifin və oxucunun istəmədiyi və gözləmədiyi bir şey alınır, – özünü tanımayan adamı bir kimsə tanıya bilməz.

Bu cümlə – qəlib ironiya yuvasına çevrilir, heç kəsdən yan keçmir.

Bir cəhəti də bəri başdan qeyd edək:

Jalənin hekayələrinin forması orada adi qaydada meydana gələn epizodun formasıdır, bu isə müasir nəsrdə oxucuya təsir göstərmək, onu ələ alıb mənimsəməyin üsullarındandır.

Hər bir hekayəni diqqətlə oxuyun, bu və ya digər epizodun fonunda görəcəksiniz ki, zaman hansısa bir məqamda donub qalıb, hadisə məkan perspektivi ilə canlanıb pardaqlanır, əsərin özü əşyaya, detala, müxtəlif tərəflərdən təsir göstərən cismə çevrilir.

“Seyf qapı”da mübahisə epizodundan digər epizodlar doğur, bütün sözlər, onlarla bərabər ifadə edilən münasibətlər hekayə məkanının formasının vaxtaşırı olaraq dəyişməsinə, rəngin, hətta eyni sözün bir an içində başqalaşmasına səbəb olur, söz öz qabığında elə oynayır, elə tələffüz edilir ki, haqsızlığın, namərdliyin, uduzma acısının doğurduğu hirsin, hikkənin görünüb-yox olması, sükutun al-əlvan rənglərdən aşıb-daşması, haqlı olması, utanması, insanın öz içinə çəkilib özündən milyon verstlikdə ayaq saxlaması… kənardan görünür.

“Heykəlin içindəki” hekayəsindəki epizodlar ard-arda düzüləndə anlamağın, dərk etməyin mənzərəsi, perspektivi dəyişir; ancaq məsələ heç də bu epizodların necə düzülməsində deyil, mətləbin mahiyyəti hekayə məkanında təbəddülat yarananda, hər şeyin üstünə sükut çökəndə… düşünməyə, götür-qoy etməyə qarşısıalınmaz meylin yaranmasındadır.

Bu epizod və detallar bədii mətndə görk olan (həyatı insanlara adət etmədikləri yöndən anladan) səhnələrə çevrilir (“Sevgi” hekayəsində ölüm ayağında olan Gülüş nənə qəlbinin dərinliyindəki xatirələrdən dirilir, həyata ayılanda utanır, yorğanı başına çəkib ağlayır), mətnin mətndənkənar parçalarını diqqət mərkəzinə gətirir, onları özünəməxsus şəkildə çözür, hamının səsini içinə çəkib susduğu anların dialoqunu yaradır.

Və beləliklə üzü qədimlərdən susub qalan, sükutun daş heykəlinə çevrilən şəhərin dili açılır (“İstanbulda sonbahar”).

“…Mən müəllif olaraq qəhrəmanlarım getdikdən sonra nəsə yazmağı özümə borc bilirəm.

Onlardan xəlvət.

Öncə: “Dünya köhnə dünyadı, görüşləri təzədi?” – deyirəm.

Sonra da deyirəm ki, heç nədən başlayıb heç nədə qurtarmaq mənasızlıqdı.

Burda başqa nəsə də olmalıdı…”

Mən də müəllifin bir parçası kimi bayaqdan elə bu “nəsə”ni axtarıram.

Jalənin hekayələrində qəribə bir aura yaşanır, sözlərin səni duymaq, hiss etmək istəyi, müşahidələrin itiliyi, konkretliyi hekayədə həssas mühit yaradır.

Bu mühit hər şeyə sirayət edir, adi nəsnələrdən, artıq yaşanıb qurtarmış mətləblərdən qəribə nəticələr hasil olur, burda artıq nasirin məsələn, “dialoq qurmaq ustalığından” bəhs etməyə yer qalmır, sözün işarəvi funksiyası izahedilməz cazibə sahəsi yaradır, bax bu – şeir demədən poeziya yaratmağın vasitələrindən biridir.

Cavanşir Yusifli

/Azadlıq Radiosu/

Qəşəm Nəcəfzadə. Mənsurənin şeiri
Şair Mənsurə Qaçayqızının şeirləri haqqında

İkinci kitabıydı verirdi mənə. Sözü də çox qısa oldu, vaxtınız olanda oxuyub fikrinizi deyərsiniz. Desəydim oxumağa hələ vaxt yoxdu, yenə eyninə olmayacaqdı, deyəcəkdi oxumursunuz heç oxumayın. Şeirlərinə inanır. Çox qəribə  şairdi. Danışığında da  var bu ifadələr. Məsələn, hərdən deyir qəribə bir yuxu gördüm və yaxud qəribə şeir yazdım, nə bilim, həyatı qəribəliklərlə doludur.

Hərdən qarşılaşanda deyirəm, Yazıçılar Birliyində poeziya gecəsi var, gəl. Yox, işim var getməliyəm- deyir. Desəm ki, Markes gəlib, yenə də eyninə olmayacaq, Markesdən də vacib bir işi çıxacaq hökmən. Təntənədən uzaqdı, sadə və aydın bir şairdir. Sadəcə oturub şeirini yazır, daha bəziləri kimi bir-iki şeir yazıb bu dərə mənim o təpə sənin demir. Dostları da çox azdı. Mənsurənin bir ucu Tahirədi, bir ucu Könül. Üzündə gülümsər bir şeir olur həmişə. Hərdən bu təbəssümün bir ilməsi qaçır. Kədərlənir. Su kimi saf və təmizdi. Saflığının çoxluğundandı bəlkə, bəzən ətrafdakılara şeirləri də, özü də çətin anlaşılır. Ona şeir yazmağın yolunu öyrətmək istəyənlər çoxdu. O isə sadəcə  gülümsünür. Mənim də gülməyim tutur ki, ay dad gör kim kimə şeir yazmaq öyrədir. Dağıl səni, ay dünya…

Riyyaziyyat müəllimidir. İxtisası üzrə iş tapa bilmir bu şəhərdə. Qəribəliyindən biri də budur ki, bilir Azərbaycan jurnalında şeirə baxıram, bir dəfə də olsun deməyib mənim şeirlərimi cap elə . 3 il bundan qabaq, özünün razılığı olmadan bir neçə şeirini çap eləmişəm. Mənsurə üçün şeir bir vərəqdə də olsa bəsdi. Bir ağac yarpağına basılsa,  kifayət eləyir. O şeiri yazmır, görür. Ona heca şeiri yazmağa təklif eləyənlərə sadəcə təbəssümlə cavab verir, yəni bu da ola bilər. Çünki, o sərbəstə heca şeirinin içindən gəlib. Baxın, Mənsurə xanımın bu şeiri nə qədər səmimidir.

Bir çətirsən,

Eşidirsən göy qurşağı,

Rənglərinə gəl

qat

onu…

istəyirsən uzaqlara,

lap uzağa

al

at

onu….

Baxın, şeiri də beləcə, bu formada  yazıb.  Şeirə yeni dizayn, quruluş verib. Bu şeirin xarici quruluşu (hələ içi bir yana) göyqurşağına çıxmaq üçün bir nərdivana bənzəyir….

Mənsurə şeiri, sözü dərindən hiss eləyir. Əllərini şeirə toxundura bilir. Sözün, mənanın şəklini çəkir.

Çiçəklər solanda

Ləçəklərini

Yerə tökər

Açarkən

ətirləri

ətrafa yayar

sevgi də

ayrılıq küləyinə

rast gələndə

boynun əyər…

bəlkə də

yenidən

boylanmaq üçün…

Mənsurənin hər bir bütöv şeiri yenilik hissini, düyğusunu elə ifadə edir ki, gərək nümunə çəkəndə şeiri bütöv göstərəsən. Daha onun bir misrasını və yaxud bir bəndini misal çəkəndə istədiyimiz auranu almaq çətinliyi yaranır. Onun şair kimi səciyələndirən da əsas bu amildir.

Şeirləri oxuyanda  bəzi naşı  oxucular misraların həm adi, həm də sadə olmağından fikirləşə bilərlər ki, bunları yazmağa nə  var? Amma hazırlıqlı oxucu bu qənaətə gələ bilməz. Şair demiş nadan məni anlamaz, bəlkə də aydınlığımdandır. Onun şeirləri aydındı. Mənsurənin şerinin içindəki adam  yenidir, müasir şeirimiz üçün olduqca maraqlıdır.Aşağıdakı şeirə diqqət yetirək.

Deyirlər

Sevgidə vəfa az olur

Sevgi

Bəzən simi sınan saz olur…

Könül oxşayacaq

Sevgi söz olur…

Nə olar

Sevgi

Qəflət yuxusundan

Oyana bilsə,

Deyilən sözləri eşidə bilsə

Dünyaya yenidən gələrdi

Bəlkə…

Yenidən doğulub

Gülərdi bəlkə.

Yenidən sevilib

Sevərdi bəlkə…

Özünə kənardan

Boylana bilsə…

Üstündən

“vəfasız”  sözünü

qopara bilsə….

Bu şeirin hansı misrasını və bəndini misal göstərəsən ki, şairin nə demək istədiyi fikri təsdiqləyəsən. Lazımdır ki, şeiri bütöv oxuyasan  və şairin nə demək istədiyini bütöv şəkildə  başa düşəsən. Bu mənada Mənsurə az-az şairlərindədir ki,  onun  anlamı poetik misralarda deyil, şeirinin sujetli, bəzən isə nağılvarı, ən başlıcası isə canlı bir orqanizm şəklində olmasındadır.Lirik ovqatdan bir az daha çox epik ruha yaxın olan Mənsurə fikir və düyğularında çox səsli, çeşidli, orkestrin ifadə etdiyi musiqi tempinə çox yaxındır. Bir şair kimi mən də özümü misraların obrazlığında və poetikliyində axtarsam da belə, üstünlüyü  Mənsurənin ifadə etdiyi bədii nitqə, dilə, sujetə verirəm və bu xüsusiyyəti müasir şeirimiz üçün əsas və həm də ciddi xətt hesab edirəm.

Mənsurə qələmini hecalara toxundurduqca hər bir hecanın səsi pianino dilləri kimi səslənir və oxucunun beyninə çoxistiqamətli yağış və külək, müxtəlif güllərin çələngi, ədəbi qəhrəmanın psixozluğu, hiss və düyğuların çarpışması, sayrışan düyğular, bəzən az qala nevroza çevriləcək həyacan ritmləri ağıllı bir şəkildə öz-özlüyündə bir harmoniya yaradır. Bu harmoniyanı vahid bir kökdə saxlamaq bacarığı Mənsurənin müdrikləşmiş təsəvvür sıçrayışlarının ənənəvi şeirin texnikasına yox, daha çox mənbələrinə köklü şəkildə bağlı olur və ona görə də müəllifin müasir şeirimzdə yerini təyin edir.  Mənsurənin şeir stixiyasını anlamayanlar ədəbiyyatın başqa elmlərlə əlaqəsini, tutaq ki, ən çox riyaziyyatla, psixologiya ilə; qavrayış, yadda saxlama və unutma təfəkkür və şüurla sıx bağlılığını yaddan çıxaranlardır. Mənsurənin şeirləri ən çox payızdır. Payız xarekter və yaddaşdır, yaddaşın oyanmasıdır.Yazarın şair xarakteri olmalıdır. Mənsurənin şair və həm də şeir xarakterindən doğan bir şeirimi də bu yazının sonuna qoşmaqla məncə, çoxsəsli melodiyada çatmayan bir səsin də eşidilməsini yerinə yetirmiş olaram.

Mənsurənin şeiri

Nənsurə saat kimi gəzir şəhərdə

Yanımıza çatmamış gedirəm deyir

Bircə anda uçub gedir

Saniyələr.

Nərimanov metrosu axşamdı

Sahil metrosu səhər.

Mənsurə ay kimi gəzir şəhərdə

Sentyabr ayı kimi gəlir şəhərə

Avqust ayı kimi gedir kəndə

Indi, indi payız kimi gəlib cərgəmizə

Gözləri yarpaq, əlləri külək .

Salam versən

Salamı dilindən düşür yellənə-yellənə.

Deyirsən hara gedirsən

Deyir:

- belə

-bəs sən?

-Mən də belə

Giririk Yazıçılar Birliyinə

Piləkənləri elə sürətlə  çıxıb düşür ki,

elə bil şeirlərini deyil

Addımlarını gətiribmiş pilləkənlərə.

Deyirəm nə olar

Bəlkə bir gün qayıdıb

Pilləkənləri oxuyaq.

Kitab oxumuruq çəhənnəmə

Başımız üstündə buludları oxuyaq.

Durub-durub o günü deyir

Gedəjəm kəndə

J səsindən tanıyıram

Kimsə dəyib xətrinə.

Üzündə bir şeir qalıb

Gülümsəyə-gülümsəyə

Bir hecasını dartıb salıb zaman

Təbəssümə əsəb dəyib.

Qaçıb təbəssümün

Bir ilməsi.

Çıxışçılar,

Vətəni biz yaxşı tanıyırıq

Keçməyin bizə vətən dərsi.

21-22 dekabr 2009

Tehran Əlişanoğlu. Ən yeni nəsrimizdə Azərbaycan obrazı
Müasir Azərbaycanın obrazı; müstəqil, işıqlı, dünyaya açıq; çarpışan-vuruşan, varlığını-özümlüyünü-özəlliyini durmadan tanıdan; digər millətlər içrə yerini-öncüllüyünü-modernliyini isbata çalışan; ya ziddiyyətlər-düyünlər, çıxılmaz durum və problemlər, min bir sınaqlarla üz-üzə xalq-millət-cəmiyyət, vətən-ölkə obrazı. Bu obrazı bu gün biz ən müxtəlif nisbətlərdə birbaşa ətrafımızdan, yaşadığımız həyatdan, gördüyümüz gerçəklərdən, KİV-dən: mətbuat-televizion-internet aləmindən alırıq; ədəbiyyatdan, konkret halda bədii nəsrdən necə, hasil edə bilirikmi?

Ən yeni nəsrimiz dedikdə, yaşadığımız əsrin, son on ilin təklif elədiyi roman, hekayə, bədii nəsr nümunələrini nəzərdə tuturam; ideal və real planda, ideya və qayə etibarilə, inikas və təcəssümdə bu nəsrin bizə tanıtdığı, haqqında danışdığı, obrazını yaratdığı Azərbaycan varlığı nədən ibarətdir? Bədii proza oxucusu üçün təzə bir Azərbaycan kəşf edə bilirmi?

Bir model olaraq, ədəbiyyatımızda son Azərbaycan obrazı 1960-80-ci illər təcrübəsi ilə bağlanır; müqayisə olsun deyə: həmin obrazı ötən əsrin əvvəllərində milli istiqlal və romantizm hərəkatının, adekvat olaraq romantik və realist ədəbiyyatın yetirdiyi Müstəqil Azərbaycan İdealı və daha sonrakı reallıqların mücəssəmi olan Sovet Azərbaycanı obrazından fərqləndirən cəhətlər var. Bu (yəni 1960-80-ci illər idealı): milli iftixar və modern həyat mündəricəsini özündə qapsayan bir obrazdır; müstəqillik arzularını eyni zamanda sosial ədalət və humanizm prinsipləri ilə uyarmağa maildir. 1990-cı illərin sərt həqiqətləri, müstəqillik uğrunda çarpışmanın gerçək durumu və çətinliyi milli həyatda həmin obrazın illüziyalarını da ortaya çıxardısa da, ədəbiyyatda hələ uzun zaman yaşayır; və əslində, 1990-cı illər ədəbiyyatı daha çox elə həmin idealın məhvi, iflas və ağrılarının təcəssümündən sıra tapır, o cümlədən ədəbiyyatımızda Qarabağ mövzusu da büsbütün bu müstəvi üzərində qərarlaşmışdır.

Təkcə nəsr faktlarına müraciət etsək,  bugünə qədər də davam edən ən xarakterik nümunələrdə: Anarın “Otel otağı”, Sabir Əhmədlinin Qarabağ trilogiyası (“Axirət sevdası”, “Kef”, “Ömür urası”), Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Afaq Məsudun “Azadlıq”, Səfər Alışarlının “Mayestro”,  Mövlud Süleymanlının “Erməni adındakı hərflər”, Əlabbasın “Qiyamçı”, Seyran Səxavətin “Yəhudi əlifbası”, Sara Oğuzun “Çərxi-fələk”, Nəriman Əbdülrəhmanlının “Yalqız” və s. kimi əsərlərdə ya 1960-80-ci illər Azərbaycan idealının iflasından söz açmaq olar, ya da birbaşa bədii ifşasından. Əkrəm Əylislinin “Ətirşah Masan” romanı hətta bu ideala parodiya kimi meydana çıxdı. Daha sonra Elçin “Bayraqdar” povestində asan və əlçatar görünən təsəvvürlərin məhvini sərt boyalarla qələmə aldı. Aqil Abbasın “Dolu” romanında təsəvvüründəki Azərbaycan idealını Qarabağ savaşında dəfn edən qəhrəmanın tragizmi təsvir olunur.

Belə ki, bütövlükdə 1990-cı illər üçün milli ədəbiyyatda ötən əsrin əvvəllərinin romantik milli Azərbaycan idealı 1960-80-ci illər ədəbiyyatının gerçək olduğu qədər də illüziyalı Azərbaycan obrazından daha səbatlı görünürdü. Yeni Azərbaycan cəmiyyətinin yaradıcısı Heydər Əliyev bugünün Azərbaycançılıq təlimini rəsmi dövlət ideologiyası kimi irəli sürürkən, onun tarixi zəmininə diqqət yönəldir: «Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır…”. Yaxın tarixin digər mərhələlərində qazanılmış təcrübədən də yan ötülmədən, başlıca olaraq məhz müstəqillik dövründə qazanılmış dəyərlərə istinad müasir Azərbaycan obrazının təcəssümündə ümdə  şərtdir; çün milli varlığın sərbəst-azad ifadəsi yalnız adekvat ictimai-siyasi durumda mümkündür.

Anarın 2003-cü ildə qələmə aldığı “Ağ qoç, qara qoç” əsərində müasir Azərbaycan obrazını 1918-20-ci illərdə C.Məmmədquluzadənin “Anamın kitabı” pyesində təsvir etdiyi situasiyaya adekvat qabartması, həmin təcrübəni dəyərləndirməyin faktı kimi alına bilər. “Ağ qoç, qara qoç” əsərinin predmetini bilavasitə çağdaş Azərbaycanın taleyi üzərində düşüncələr təşkil edir. Əsərin utopiya hissəsində eynən 1960-80-ci illərdən gələn Azərbaycan obrazı təcəssüm olunub; intəhası həmin dövrdə birbaşa gerçəkləri, qəhrəmanın həyatının mündəricəsini: inamı-düşüncəsi-idealını ehtiva edən bu obraz hazırda yalnız “utopiya” qismində təzahür edə bilir. Gerçəklər isə Azərbaycanı az qala 70-80 il öncəki situasiyaya sürükləmiş: rus təsiri ilə şərtlənən bolşevizm, İran təsirilə bağlanan dini mövhumatçılıq və Qərb təsirinin təzahürü olan ifrat qərbçilik Milləti əsaslarına qədər sarsıda-parçalaya bilər; qəhrəmanın heç cür qəbul eləmədiyi bu anti-utopiya mətndə İdealın məhvi kimi dəyərləndirilir. Əsər təsəvvürlərdəki Azərbaycan obrazının dağılıb, yenisinin yaranmağa macal tapmadığı hüdudları gözəl illüstrasiya edir; və əslində anti-utopiya materialları da 1960-80-ci illərin Azərbaycan təsəvvürlərinin – modern həyat düşüncələrinin (Qərbçilik xəttində), sosial ədalət prinsiplərinin (bolşevizm xəttində) müstəqillik sınaqlarından çıxmayıb eybəcərləşdiyini təqdim edir.

Proza elə bir janrdır ki, həyat materiallarını dolayısı (obrazlı, Obrazla) da,  bilavasitə də əsərə daxil edə bilir. Hər hansı bir milli nəsr nümunəsində hadisələrin hansı dövrdə, hansı Azərbaycanda cərəyan elədiyini duymaq-görmək-anlamaq elə də çətin deyil; eləcə də “Ağ liman” povestinin qəhrəmanı Nemətlə, “Ağ qoç, qara qoç”un qəhrəmanı Nemətin başqa-başqa zaman və məkanda yaşadığını ayırmaq mürəkkəb məsələ deyil. Amma məsələ də bundadır ki, dövrün-zamanın nəfəsini mətndə birbaşa həyat materialları yox, məhz dolayısı təsvir-təqdim-yanaşma, yəni Obrazlar verir. “Ağ qoç, qara qoç”dakı kimi, yuxarıda sadalanan əsərlərin hər birində 1990-cı illər Azərbaycanından gərəyincə həyat materialı var; amma yeni epoxanın-zamanın, yeni Azərbaycanın obrazı yoxdur hələ bu nəsrdə; bir qayda olaraq, qəhrəman içində daşıdığı (öz) Azərbaycan xəyalı-təsəvvürü-idealı ilə girir əsərə, eləcə onun da obrazı-təcəssümünü: pafosu-tragizmi-dramatizmini, yaxud satira-ironiya-parodiyasını verir. Yeni həyat materialı yeni də yanaşma-təqdim, xarakterini-obrazını istəyir nəsrdən.

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında yeni Azərbaycanın obrazı var; bu yeni olduğu qədər də köhnədən köhnə Azərbaycandır; sadəcə onu gərəyincə tanımağımız lazımdır. Birbaşa bugünün Azərbaycanı yoxdur əsərdə; amma 1990-cı illər Azərbaycanına və ümumən də milli cəmiyyət obrazına parlaq ayna tutur roman. Əsərin postmodern estetika ilə ərsəyə gəlməsi qənaətində olanlarla tam razıyam; bu faktor onu həm də dünya oxucusu üçün aydın-maraqlı-oxunaqlı etdi. Bir yazımda “Yarımçıq əlyazma”nı mədəniyyət romanı kimi səciyyələndirirəm; yaxın tarixi, günü birbaşa gerçəklərin içindən yozmaq çətindir, xüsusən də gerçəklərin strukturca mürəkkəb, namüəyyən, hüdudsuz biçimlər aldığı hazırkı çağımızda. Postmodern estetika bəşər təcrübəsini, mədəniyyətləri müvazi görmək imkanı verən kitabxana obrazını gətirib ədəbiyyata; bu, bir qədər kənarlaşıb günün kitabını yüzillərin rəflərindən alıb-oxumaq şansı qazandırır çağdaşımıza. “Yarımçıq əlyazma”da da belədir; qəhrəmanın ardınca Əlyazmalar İnstitutuna girib, ordan milli cəmiyyət və dövlətçilik tariximizin iki mühüm dövrünə: Oğuz cəmiyyətinə – Səfəvilər xanədanına… adlayan oxucu roman boyu yazıçının ona yaşatdığı həqiqətlərdən keçib, sonda günün obrazını da hasil edir əsərdən.

Postmodern estetika günün-çağın dünyaduyumudur; müdaxilə elədiyi ərazilərdə uğurla günün obrazını da təqdim edə bilir. Milli nəsrin bu və ya digər qədər yiyələndiyi postmodern təcrübə çağdaş cəmiyyət mənzərələri, müasir düşüncə, çağdaş insan obrazlarını gətirir ədəbiyyata. Kamal Abdullanın (“Adaşlar”, “Parisin seçimi”, “Gülü qah-qah xanımın nağılı”), Rafiq Tağının (“Parlaq quş”, “Anna Karenina ilə məhkəmə çəkişmələri”, “Qatilə didaktika dərsləri”), Murad Köhnəqalanın (“Gümüş kuzə”) , Fəxri Uğurlunun (“Fərhadın Xosrovu öldürməsi”, “Leylinin məcnunluğu”, “İskəndərin qanunu”) müəyyən hekayələri sitat poetikası, özgə zamanlarla söhbət, ünləşmə üzərində qurularaq, bugünün obrazını təqdim edir. Təkrar mündəriəcələrə gizli ironiya da bu poetikanın tərkibinə daxildir. Həmid Herisçinin “Nekroloq” əsərində (“Damğa” , “Dəli Kür”) milli ədəbiyyatın əvvəlki nümunələrini dekonstruksiya cəhdi zaman dəyişmələrini kəskin duymağa xidmət edir.

Yeni Azərbaycan bilavasitə çağdaş insanın yaşam-duyum-düşüncəsi, obrazı ilə gəlir ədəbiyyata. Bu daha çox müstəqillik illərində ədəbiyyata gəlmiş nasirlərin əsərlərində təzahür edir. Məqsəd Nurun silsilə-hekayələri (“Tərs kimi”, “Ero-gigiyenik”, “Katastrofiklər” və s.) bu barədə danışmağa imkan verir. Etimad Başkeçidin “Min yol mənə söylər” hekayəsində qəhrəman birbaşa zamanla dialoqdan arınır-durulur; qarşımızda bütün parametrləri: əxlaqı, həyata baxışı, illüziya və gerçəkləri ilə milli olduğu qədər də dünyaya açıq insan durur. Şərif Ağayarın qaçqınlıq mövzusunda hekayələrini (“Anaxanım”, “Evimiz”, “General”, “Kərpickəsən kişinin dastanı”) kimsənin mətnləri ilə qarışdırmaq qəti mümkün deyil; bu, əlavə yozumlara hacət duymadan sərt Azərbaycan həqiqətlərinin prozasını qeydə alan mətnlərdir.

Müstəqillik illərinin Azərbaycanı yaradıcılığı məhz bu dövrdə yetkinləşmiş yazarların əsərlərində də təcəssüm tapır. Aslan Quliyevin acı həqiqətlərlə romantik fantaziyaların arasında gəzişən qəhrəmanı (“Mavi səma, ağ buludlar”) sərbəstlik ruhunu məhz yeni epoxadan alır. Əjdər Olun günün ritmlərindən rəngarəng təfsir tapan hekayəçiliyi (“Ölümlə zarafat”, “Börüsoy”, “Fa…” və s.) müasir insan və cəmiyyət mənzərələrini panoram edir. Rasim Qaraca hekayələrində (“Əgər ən yaxın dostun”, “Kim yatmış, kim oyaq”, “Dünyanın ən qorxusuz yeri”) israrla ən müxtəlif rakurslardan çağın obrazını arayır. Murad Köhnəqalanın “Bulud pinəçisi” gələcək naminə buludlarla əlləşən , sərt gerçəkləri kəsib-yamayıb, bir-birinə qoşmağa qadir birisidir.

Yeni Azərbaycan cəmiyyəti dünyaya açılan təki, elə həmin dalğa üzərində də milli nəsrdə qadın dünyası mövzusu məxsusi qabardı; həm də aktiv şəkildə qadın nasirlərin qələmində özəllik qazandı. Sevda M. (“Almadovarın qadınları”), Sevinc Çılğın (“Çərənçinin məktubları”), Günel Mövlud (“Bir nəfər üçün fit konserti”), Eluca Atalı (miniatürlər), Şəlalə Əbil (“İç işığı”, “Həmlə”) və s.-in hekayələrində təkcə həyat materialı deyil, obrazlar da təzədir, ən müxtəlif zümrə və fərdi insan həqiqətlərini təcəssüm etdirir.

Fəallığı ilə seçilən Sevinc Pərvanə qadın həqiqətlərini “Şəhər” əsərində hətta romanlaşdırmağa cəhd edir; sanki açıq-aşkar Gender problemlərini illüstrəyə köklənən əsər ədəbiyyat faktı kimi çox da uğurlu deyil; burda natura bədiiyyatı üstələmişdir. Hər cür milli qadınlıqdan danışmağa həvəslənən romançı, axıracan birisinin də həqiqi romanına vara bilmir; dominant – təhkiyəçi-qadının mövqeyi, nəzərləridir ki, bunu az-çox günün Obrazı kimi təqdimləməyə, görünür, gənc müəllifin həyat materialı, üstəlik romançılıq təcrübəsi də çatmamışdır.

Milli həyatda müstəqillik eyforiyası ilə gələn mücərrəd ideallar arxada qaldıqca, nəsrdə yeni cəmiyyətin zümrəvi səciyyəsinə də diqqət yönəlir; küçə insanını, həyatın dibindəkiləri birbaşa naturallığında ədəbiyyata gətirmək ehtirası roman təcrübəsi gərəyincə olmayan təzə yazarları cəzb edir. Seymur Baycanın (“Körpüsalanlar”), Aqşinin (“Göləqarğısancan”) cəhdlərində ədəbiyyatımız üçün təzə olan bu həyat materialının hətta hədsiz istismarına rast gəlirik. Zümrəvi mövqeyin kultlaşdırılması qorxuludur; qəzəb yaradır və bu da həmin yazarların bir qayda olaraq parlaq obrazlar yaratmaq əvəzinə, bir priyom kimi antiestetikaya uymaları ilə nəticələnir. Əksinə, Nərmin Kamalın hekayələrində (“Yatmaq”, “Fəsillər”) həyatın dibində də eynən bərq vuran, insan içinə aydınlıq gətirən işığı görürük; zümrəvi insan cəmiyyətinin tragizmi də yalnız bu zaman görünür.

Zümrəvilik eyni qədər də imkanlı-kübar cəmiyyət və elit insan obrazlarına diqqət artırmalıydı; İlqar Fəhminin “Aktrisa” və “Akvarium” povestlərində ilk belə cəhdlərə rast gəlirik. Birinci əsər detektiv əsasda, ikincidə  həmçinin bunun əlamətləri olsa da, daha maraqlı və hədəfdə məhz yeni kapital həyatının yetirdiyi insan obrazları, düşüncə, davranış və psixologiyalardır. Hər iki əsərdə həyat – sənət qarşılaşmasına da yer olması, həm də bir zaman Sənət metafizikasının yaratdığı mənaların sonu kimi səciyyələnir. Aktrisa da, son tamaşasını quran Sahib də ideal rollarını həyatda (əslində ölüm səhnəsini oynamaqla) tapırlar. Amma deyək, Səfər Alışarlının “Göz-gözə” povestinin qəhrəmanı həqiqi sənətçi obrazında yenə də israr etməkdədir; həyat hər şeyi, bütün şanslarını əlindən almışsa da belə; bir zaman səhnədə tərəf-müqabili olmuş, indi isə Sənət idealını gerçəklərə dəyişmiş aktrisa onun qarşısına rifaha barınmış məmur qismində çıxır. Dekorasiyalar  dəyişmiş, bəs yeni həyatı oynaya bilənlər varmıdır?

Roman janrı konseptuallıq istəyir; təqribən eyni materialda: ictimai-siyasi savaş müstəvisində ərsəyə gələn üç romanın yığcam müqayisəsini verməklə, Obraz yaradıcılığında bu məqamın nə dərəcədə vacib olduğuna diqqət edək. S.Alışarlının “Maestro” romanı (2001) bütün müəllif istəyinə rəğmən, hələ ki 1960-80-ci illərin Azərbaycan idealı üzərindədir; 1990-cı illər həyat materialından alınmış romanda qəhrəman – ziyalı-sənətçi obrazı tarixi hadisələrin məhz onun istəyincə (İdeala uyğun) cərəyan etməməsinin yükünü daşıyır; odur ki, roman konsepsiyası oxucuya bugün çalarlarında Azərbaycan obrazından çox, tarixin təkərləri altda qalıb-sızlayan ziyalı obrazını təqdim edir.

Pərvizin “Yad dildə” romanı (2009) ictimai-siyasi savaşı şərti bir məkanda təsvir edir; bir qrup gənc asi hansısa bir xuntanı devirməyi qarşısına məqsəd qoyur; Azərbaycanın da içinə girdiyi müasir dünyadan tanış bir mənzərədir; amma romanın bədii konsepsiyasında müəyyən qarışıqlıq, bulanıqlıq var. Ayrı-ayrı başlanğıclara güvənən üç təhkiyə planı (nöqteyi-nəzərlər): rəmzi-şərti plan, realist-psixoloji mündəricə və sosial problemlər qatı yalnız zahirən bütöv (birinci plana tabe) görünür; hər biri ayrı bir estetika və poetika diktə etdiyindən bir-birinə və üzvi bütövlüyə tərs gəlir. Əslində, Obraz yaratmaq üçün biri də bəs ikən üç planın bir-birinə qatılması sanki bilərəkdən dürüst çizgi-yozum-mənalardan qaçmağa hesablanıb; bədiiyyat bunu romançıya bağışlamır, müxtəlif planlar arasındakı  boşluqları o, bu dəfə qatı boyalarla rəngləməyə məhkum olur; rənglər isə nə qədər tünd olsa da, hələ Obraz demək deyil.

Bu baxımdan Taleh Şahsuvarlının “Canlanma” romanı (2009) daha uğurludur. Romanda gənc qəhrəmanların antik Azərbaycan fəlsəfəsinə köklənməsi – babəkiliyin canlandırılması ideyaca müəyyən yanlışlıq doğursa da, bədii konsepsiya daxilində bütövdür. Mistik Azərbaycan sevdası özlüyündə məqbuldur; amma 1300 ilin təcrübəsindən sovuşmaqla yox, onun dərindən, o cümlədən bədii roman dərki ilə birgə.

Beləliklə, ən yeni Azərbaycan nəsri müasir Azərbaycanın obrazını gərəyincə təcəssüm etdirir. Bu, milli, demokratik, plüralist rəngarəngliyə malik müstəqil Azərbaycanın obrazıdır.

aprel, 2010

P.S. BSU-da keçirilən “Azərbaycanşünaslığın aktual problemləri” konfransında məruzə üçün qələmə alındığından, məqalədə yığcamlığa, ştrixlərə üstünlük verilmişdir. Müəllifin nəzərindən qaçan dəyərli mətnlər də ola bilər. Bu qismdən qeydlərə görə əvvəlcədən minnətdaram.

Qəşəm Nəcəfzadə. İlin ədəbi yekunları, yoxsa…?
Mən bu ədəbiyyat aləmində hər bir adamı ilk yazısından tutmuş, son yazısına qədər yetərincə tanıyıram. O cümlədən, zorən tənqidçi adlandırılan Elnara xanım Akimovanı da. Aprelin 21-də Nizami adına Ədəbiyyat İnstitutunda  “Ədəbi İlin yekunları” na həsr edilmiş yığıncaqda E. Akimovanın poeziya haqqında etdiyi məruzə mənim üçün həm gülməli, həm də  təccüblü göründü. Güldüm ona görə ki, E. Akimiova çoxdandı,  səhv etmirəmsə düz 5 ildir ki, ədəbi prosesdə iştirak eləmir, bu illər ərzində dövrü mətbuatda heç bir ədəbi- tənqidi yazisi çap olunmayıb. Onun axırınci dəfə imzasını beş il bundan əvvəl Tehran Əlişanoğlunun “Yenisi” internet saytında görmüşəm.

Ondan bəri bu imza yoxa çıxıb. (T. Əlişanoğlunun 3 nüsxədən ibarət “Tənqid.net” jurnalı nəzərə alınmazsa) Birdən-birə E. Akimovanın belə bir məruzə ilə çıxış eləməsi mənə həqiqətən təccüblü göründü. Tənqidçi təbii ki, hər gün instituta- iş yerinə  gedib-gələ bilər, bu onun ədəbi presesdə iştirakına dəlalət eləmir. Belə bir məsuliiyətli mövzu ona niyə tapşırılmalıdır? Tənqidçi  Vaqif Yusifli deyir ki,  məruzədə E. Akimovanın hansı ədəbi orqandan, hansı ədəbi imzadan bəhs etməsi öz ixtiyarındadı. Yox, bu, əsla belə deyil. Əgər E. Akimova öz təşəbbüsü ilə çıxış etsəydi, bu fakt düz ola bilərdi. Bu, institutun ona rəsmi tapşırığıdı. Bu tapşrıq  qərəzli, bəsit bir şəkildə həyata keçirilib.

Məruzəçinin 5 il bundan qabaq yaddaşına ilişib qalan imzaları yenidən xatırlaması və 2009-cu ildə yox, qabaqki illərdə çap olunmuş əsərlərdəın bəhs etməsi  və ya  C.Yusiflinin, T. Əlişanoğlunun dediyi  adları siyahıya salması onun bu sahə üzrə nə  dərəcədə hazırlıqlı olmasını göstərən faktdır. Tənqidçi Vaqif Yusifli onu da mənə dedi ki,  E. Akimovanın məruzəsi o qədər zəifdir ki, onu “Azərbaycan” jurnalında çap olunması mənə müəllif tərəfindən təklif olunanda etiraz etdim, dedim ki, aparıb yenidən işləsin. E. Akimovun məruzəsində 2009-cu ildə  çap olunmuş imzaların adları düşünülmüş şəkildə yaddan çıxarılıb. Ən maraqlı əsərlərin üstündən xətt çəkilib. Bu il mənim  dəfələrlə “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” Türkiyədə “Kardeş Kalemler” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, “525-ci qəzet”də şeirlərim çap olunub, yenə bu il Azərbaycanda iki, xaricdə 3 şeir kitabım çap olunub, bütün bunlardan E. Akimova ya xəbərsizdi, ya da xəbəri var, susur. “İşarəni dənizdən gözləyir”.

Əgər xəbərsizdirsə,  ona niyə tənqidçi deyirlər, bu məruzəni ona niyə tapşırırlar? Yox əgər xəbəri varsa (çünki bütün bunlar haqqında dövri mətbuatda gen-bol yazılıb) və məruzədə bunu qeyd etmirsə (pis , yaxşı) onda qərəzlidir. Məruzənin ən maraqlı yeri orasıdır ki, E. Akimova guya poeziya haqqında o qədər obyektiv çıxış eləyib ki, 2009-cu ildə “525-ci qəzet”də Balayar Sadiqin mənim haqqımda yazdığı yazıda baş verən bir haqsızlığa dözə bilməyib. Müəllif o qədər obyektiv olub ki, Balayar Sadiqin məni çox tərif etməsini qəbahət sayıb. Yenə də “Dumanlı tənqid, qorxulu Tehran”( ifadə Əsəd Cahangirə məxsusdur) əbədiyaşar peşəsindən əl çəkmədi.

Çulpan ZARİF. Hər zamanın öz elxanı doğulur.
Azərbaycan şairi Elxan Zal Qaraxanlının “Yaquar yerişli vaxt” kitabı barədə düşüncələr

Vətənin haradan başladığını hamımız çox yaxşı bilirik. Vətən evin qarşısında böyüyən qayın ya da çinar ağacından, kəndin yaxınında “ürkək ilxılardan daha sürətli” ya da sakit axan çaydan, dağın ətəyində küləyə yalını daradan ərköyün dayçadan, günəşin altında otarılan quzulardan və əlimizə götürdüyümüz ilk kitabın hərflərindən başlar.

Yaxşı, bəs şair?

Məncə şair də eyni dəyərlərdən başlar. Yəni ata yurdundan. Şair atalarının qanı, təri və şanı ilə yoğrulan torpaqlardan incə bir qamış kimi cücərər. Şair, zaman və millət anlayışlarından kənara çıxan universal bir anlayış olsa da, həm zaman, həm də millət onun əsərlərində mütləq vardır. Hər şair öz xalqının, öz tayfasının və öz ana dilinin ayrılmaz bir parçasıdır. Çünki damarlarında, millətinin yaddaşına Yaradan tərəfindən yüklənən məlumat və inancları daşıyır. Eyni zaman da şair yaşadığı dövrün də doğma övladıdır.

Azərbaycan Türkləri də Tatar Türkləri kimi çox erkən dövrlərdə oturaq həyata keçmişlər və bunun nəticəsində, başqa Türk boylarıyla müqayisədə elm və ədəbiyyat kimi yüksək dəyərlərə daha erkən sahiblənmişlər. Buna görə də Odlar Yurdunun yalnız neft ilə deyil, şairləri ilə də şöhrət qazanması bizləri heç təəccübləndirmir. Füzuli, Nizami, Nəsimi, Şah İsmayıl Səfəvi, Vidadi və Vaqif kimi klassik Şərq şeirinin unudulmaz adları, insan könlü və duyğularını bütün incə detalları ilə izah edən qələm ustaları, hamısı bu Türk xalqının oğullarıdır və onlar ilə yalnız Xəzər və Şərq deyil, eyni zaman da bütün dünya qürur duyur.

Mən Azərbaycan klassik və Sovet dövrü şeiri ilə 1987-ci ildə, Qazan Dövlət Pedaqoji Universiteti Rus Filologiyası Fakultəsinin tələbəsi olaraq müalicə və istirahət məqsədi ilə Bakıya gəldiyim zaman tanış oldum. O illərdə Azərbaycan şairlərini ruscaya tərcümədə oxudum və məmləkətimə dönmək üçün yola çıxdanda mənimlə birlikdə yola əsl bir şeir karvanı da qoşuldu: çamadanımda incə belli gümüş sürahilər və Qız Qalası naxışlı təsbehlər ilə birgə İdil Boyu Bulqar və Qazan Xanlığı torpaqlarına, bəzisi Rus dilində bəzisi Azərbaycan türkcəsində Nizamı, Füzuli, Vidadi və Vaqif kimi şairlərin kitabları da yol alırdı… Bu şairlərin əsərləri, uzun illərdir mənim könlümü və fəaliyyətimi ilham verərək bəslədilər. Artıq doktorantura tələbəsi olduğumda da mən yenə bu tilsimli şeir şəlaləsinə toxunmadan keçə bilmədim və doktorluq dissertasiyamın bir hissəsində XX. əsrin əvvəli Tatar şairi Sagit Remievin üsyankar şeirlərini Nəsiminin panteistik ruhda yazılmış əsərləri ilə müqayisə etdim. Beləcə, həyatımda anidən, bir təsadüflə Bakıya qarşı oyanan sevgi, mənim ürəyimi və ağılımı uzun illərdir məşğul etdi.

2008-ci ildə Türkiyənin şərqində, Elazığ şəhərində, haqqında dastanlar deyilən Harput Qalası, Fırat çayı və Xəzər gölü sahilində Azərbaycanın məşhur şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş XVI Beynəlxalq Xəzər Şeir Axşamlarında, mən bir şair kimi müasir Tatar şeirini təmsil edirdim və bu bayrama gələn müasir Azərbaycan şairlərini də yaxından tanıma imkanım oldu. Onlar, nağıl və dastanlarda olduğu kimi üç nəfər idilər: Çingiz Əlioğlu, Elxan Zal Qaraxanlı və Zəlimxan Yaqub. Hər üçü də yalnız onlara xas bir şeir ustası təkin könlümə oyuldu. Zəlimxan Yaqub, Türk millətinə olan sevgisini əks etdirən və bu millətin keçmişinə sahib çıxaraq gələcəyi üçün də mübarizə aparmağa çağıran vətən və millətsevər şeirləri ilə könüllərdə taxt qurdu. Şeirlərində fəlsəfi dərinliyi duyğuların zərifliyi ilə ən incə şəkildə hörməyi bacaran, dünya mədəniyyəti və ədəbiyyatı ilə əlaqədar geniş məlumata sahib məşhur şair Çingiz Əlioğlu və nəhayət, həqiqətən tarixi bir yaddaş daşıyıcısı kimi dastan şeirlərinin yanında insan duyğularının ən incə, ən dərin, ən dramatik istiqamətlərini açan intim şeir ustası Elxan Zal Qaraxanlı. Bu şairin mənə hədiyyə etdiyi, o il daha yeni nəşr olunan kitabının adı belə zehnimi məşğul edəcək qədər sirli idi: Yaquar “Yerişli Vaxt”. Sanki bunlar söz deyil, əsrlərin dərinliyindən gələn bir pıçıltı, isti bir yaz gecəsi səsi yavaş gələn bir yarpaq xışıltısı, hələ kəşf edilmədən qəlbin dərinliklərində gizli qalan duyğuların keçilməz meşələrində gəzən bir yaquarın yaşıl gözlərindən axan, əsrlərə sığmaz yabani bir hüzn idi…

Şair və zaman. Bu anlayışlar şeir sənətində əsla bir-birindən ayrı düşünülə bilməz. Elxan Qaraxanlının şeirlərində zaman, gözə görünməz olsa da, varlığı ilə insanı həmişə tətikdə tutar. Bəzən isə bu zaman, bir nəfəsə, bir baxışa sığan, heç bitməsin deyilən, bitincə də həmişə özünü axtartdıran şirin titrək bir an olaraq təsvir edilir:

İstəyirəm vaxt uzansın,

İstəyirəm gəlməsin son,

Bu qapını açma qarson, açma qarson.

“Çiseli Musiqi”

Yaşanmış anlarda dad var, damaq var.

“Eşqli Pıçıltılar Mələk Azanı”

Bəzən də bu zaman, həm əsrlərə sığar, həm bitməsini bilməyən, dan yeri qızarmayan və bütöv bir ilə bərabər olan, amma tək bir gecəyə sığan sonsuzluğu da işarə edir.

Elxan Qaraxanlının şeir kitabı, mənim son illərdə oxuduğum ən gözəl çağdaş şeir kitablarından biriydi. Kimi şairlərin şeirləri yüngül və asan oxunar. Onlarda hər gün görüb bildiyimiz hadisələr və duyğular yenə hər gün gözümüzə ilişən obyektlərin vasitəçiliyi ilə izah edilər. Bəzi şairlərin şeirləri, onların dərinliyinə çatmaq üçün geniş məlumat istər. Elxan Qaraxanlının kitabı da elədir. Nə ilə heyrətləndirdi  məni şair? Hər şeydən öncə, dünya səviyyəsində zəngin məlumat sahibi olması ilə, hər şairin sahib olması lazım olan əxlaqı ilə. Dünya mədəniyyəti, tarixi və ədəbiyyatı sahəsində geniş məlumat, əlavə olaraq həyata fəlsəfi baxış və romantiklik. Bunları mən şəxsən, şairə yaradan tərəfindən verilən bir hədiyyə olmaqla birlikdə, yetişdiyi dövrdə -Sovet dövründə- aldığı təhsilin nəticəsi olaraq da görürəm. Sovetləri nə qədər söysək də, o dövr bizə çox qiymətli dəyərlər də peyvənd etdi: yaşadığın müddətcə elm toplama, müxtəlif mədəniyyətləri öyrənmə və ən əhəmiyyətlisi, kitab oxuma. Zatən ancaq kitab oxuyan bir insan bu qədər məlumat və mədəniyyət sahibi ola bilər. Biz, Sovet uşaqları, inanılmaz dərəcədə kitab xəstəsiyik. Sovet İttifaqı adı ilə xatırlanan böyük bir dövlətin içində olan bir çox millətin məşhur yazar və şairlərini ibtidai məktəbdən etibarən tanıyar, bir çox şeirləri əzbərdən bilərdik. Amma yalnız bizi saxlayan dövlətin mədəniyyətini deyil, Misir, Orta Şərq və Uzaq Şərq mədəniyyətlərindən də xəbərdar edərdi bizi Sovet məktəbi. Çünki bu bir gerçəkdir: şair olmaq üçün yalnız öz xalqının keçmişini tanımaq bəs etməz. Şair, bütün dünya mədəniyyəti və ədəbiyyatına da toxunmalıdır ki, onlar ilə öz əsərlərini bəsləsin, daha da zənginləşdirsin. Məsələn, Elxan Qaraxanlı kimi. Misir sivilizasiyasına aid olan Amon-Ra, Osiris, İzida, sfinks, Nefertiti, Cleopatra və piramidalardan tut, Şumer və Göytürk mədəniyyətinin tanrısı, ilahələri və qəhrəmanları: İştar, Tan-Ra, Umay, Venera, Çulpan, Ötüken, Alp Ər Tonga. Qədim Yunan mədəniyyəti ilə əlaqədar şəxslər Esxil, Helen, Paris, Orfey, Uzaq şərqin simvolu olan Budda, İslam dini və onun nümayəndələri Məhəmməd, Mikayıl, Cəbrayıl, Xristian dininə aid Məryəm Ana, İsa, Roma Papası və daha yaxın dövrlərin qazancı olan dünya tərəfindən məşhur şəxslər Rembrant, Janna D’ark, Bonapart, Marks, Mitskeviç, Svetayeva, Kafka, Çe Gevara, Pikasso, Mirey Matye, Elton John, Zeki Müren, onlar hamısı Elxanın şeirlərində dilə gətirilməkdədir. Maraqlı olanı da odur ki, yad etmək xətrinə xatırlamaz bu şəxsləri şair. Hamısını mütləq öz yerində, bir düşüncəsini daha iti, daha diqqətə çarpan etmək üçün istifadə edər. Orta məktəbdə oxuduğumuz kitabların səhifələrindən çıxan qəhrəmanlar da az deyil bu kitabdakı misralarda: macəraçı Oliver Twist, həyata erkən atılmaq məcburiyyətində qalan Lolita, qadınların ağlını başından alan Sirano De Berjerak, Sen Jermen və Don Juan, tək bir nəfəsi ilə sevən ürəyi buza çevirən Qar Kraliçası və onun sehrinə boyun əyməyən Gerda ilə Kay… Hamısı bizə uşaqlığımızdan o qədər tanış olan və tərəfimizdən sevilərək kim bilər neçə dəfə oxunmuş kitablar və həmişə özümüzü onların yerinə qoymağa çalışdığımız qəhrəmanlar! Yalnız bu qədər deyil. Dünya tərəfindən məşhur Tac Mahal, Notre Dam və Aya Sofya kimi əsərlər də Qaraxanlının şeirlərində xatırlanır. Sanki bir şairin könlünün heç bir kainata sığmazlığını göstərmək istədiyi kimi, bu kitab öz içinə inanılmaz geniş coğrafiyanı sığdırmaqdadır: Savannaları ilə məşhur Afrika, çayı ilə məşhur Seylon, Çin, hər gün televiziyadan eşidilən Sydney, Mayami, Paris, Dakar, Polşanın gözdə şəhəri Krakov, XX əsrin başında rusların Parisi sayılan Odessa, türklərin könlündə xüsusi bir yerə sahib olan Məkkə, hər Azərbaycanlı üçün yaxın İstanbul, Tiflis və azərbaycanlıların ürəklərini dağlayan Təbriz, Bəzz qalası, Şiraz, Xorasan… Bu şeirlərdə çaylardan belə “hippilerin” çıxdığı Missisipidən götür, qarla örtülü Visla, Şamanların ayinlərinə şahid olan İrtış ilə Yeniseyə və Azərbaycanın qüruru olan Araza qədər yada salınır. Mifologiyaya adı həkk olunmuş Olimp dağı, əfsanəvi Tanrı dağları… Yəqin ki, bu qədər nümunə bəs edərdi şairin bilgisini ölçmək üçün. Lakin bunlar hamısı bizim daha çox Rus mədəniyyəti vasitəçiliyi ilə öyrəndiyimiz məlumatlardır. Çox təəssüf ki, bütün bu zəngin biliklər içində bizim öz Türk mədəniyyətimiz ilə əlaqədar məlumat verilmirdi. Şairin də yazdığı kimi o dövrlərdə

Umay anam, Alp Ər Tonga,

Yad Kongodan daha yaddı.

“Axta Yaddaşın Rapsodisi”

Gün gəldi, Sovetlər dağıldı. Artıq hər millətin öz kiçik vətəni, ana dili, keçmişi və gələcəyi üçün uzun sürən mübarizə illəri başladı. 1990-cı illərdən bu günə keçən zaman, Türk boylarının milli şüurunun oyanış və yükləliş dövrü olaraq bilinir. Artıq hər millət öz tarixini olduğu kimi oxuya, izah edə və yaza bilirdi. Türk olmaqla qürur duyma, öz tarixini öyrənmə və onu dünya tərəfindən tanınma dövrü başladı. Vəziyyət bütün Türk boyları üçün eyni idi. Gizli qaynaqlardan gizlicə oxuduqları şanli tarixlərini və milli qəhrəmanlarını artiq Tatar da, Qırgız da, Qazax da, Özbek də misralara düzərək kəndi məmləkətinin meydanlarinda oxuya biliyorlardı!

Azadlığına müharibə nəticəsində böyük itkilər ilə çatan Azərbaycan şairləri də sanki yığılan dərdləri izah etmək üçün bir azad nəfəs gözləyirmişlər kimi, düşüncələrini duyğu ilə yoğuraraq bir çox şeir çıxartdılar və Elxan Qaraxanlının bir Türk kimliğini yansıtan əsərləri, bunun ən gözəl nümunəsidir desəm yanılmaram. Onun şeirlərində biz gəlib keçən bütün köhnə Türk inanclarının izlərini görə bilirik: Tanrıya inanma, Umay ananı tanıma, Çulpan ulduzunu eşq tanrıçası ilə qaynaşdırma, Şamanlık, kamlık, təbiətə, ağaclara tapınma və bəzi heyvanları totem olaraq qəbul etmə vs. Ayrıca, “içində Səlcuq ruhu yatan” (“Unudulmaz İstanbul”) bir Türk olaraq, şair əsərlərində bütün Türk boylarına xas geniş çöllərə, köç etməyə və ata olan sevdasını da dilə gətirməkdədir. Atların kişnəməsini xatırladan dalğaların səsi (“Yağma Həvəsi”), “cəng həvəsi dəf eşidincə işıqlığa qaçan” ya da “göy dağlardan son dənizə su içməyə enən” atlar (“Göy Dağlardan Atlar Enər”), yorğa gedişli araqlı-kımızlı hava (“Bir Gün İzidanı Bakıda gördüm”, “Dan Üzünün Qəzəli”), sam yeli dadında şərab (“Ölüm Haqqında Günəş”), duanın dadında kımız (“Şam Kölgəsində Vida”), çöl qoxulu sevdalar (“Yuxu Bilməz İstanbul”), sonsuzluğa çəkən köç həvəsi (“Göy Dağlardan Atlar Enər”), “yalını oynadan” atlara bənzər avtomobillər (“Kenquru Həvəsli Anlar”), “şahlanan göy ayğır”ı xatırladan duyğular (“Çitten Bir Qız Gəlir”), “gecəni kamlayan şaman” (“Xəncərlənmiş Sevginin Soneti”), “ürkək ilxılardan daha sürətli qaçan” çay (“Qızılcıqlı Öpüşlər”)… Atalarımızın qədimdən at qurban etməyi, yağış yağdırmaq üçün yada daşı istifadə etməyi, maralı müqəddəs bir heyvan kimi düşünməyi, Şamanların barabana vuraraq ayin geşçirməyi, Ötükendə uduk (müqəddəs) bir meşə, onun şeirləri ilə hamısı tək tək canlanır bizim yaddaşımızda:

Qurbanlar at olmasa,

Haqqa gedərdik yaya..

“Firiştəli Mahnı”

Busə yağmurlarını,

Yağdıracaq yada daş.

“Otel  Qəsrvaridi”

Maral buynuzunu budaq budaq gəz,

Vəcdinin dadını uçuşlarda bul,

Qutsal Kam atanın dualarını,

Sevdalı səslərlə nəqş edər davul.

“Sevginin Yekəlik Koşuğu”

Cəng meydanı olan dünyada özünü “əlində qılınc, dilində dua” olan bir döyüş əri (“Taissa Yanına Çağırar Məni”) və sürəti sevən bir çöl oğulu (“Görüşönü”) olaraq hiss edən şair, bir yerdə oturmağı bilməyən, həmişə hərəkətdə olan könlünü “yeldə yelləyən ilxılara” bənzədərək (“Görünməzlər görgüsündə”) ruh halını izah etmək üçün min bir Türkcə təsvirdən istifadə edir:

Qara bulud, qıvraq bir yam,

Qaranlıqda qurd ağzıyam.

Göy üzündə çaxdı qamçı,

Qıratları qov, ay yamçı.

“İldırım”

Elxan Qaraxanlının təbiət təsvirli şeirlərini oxuyarkən də onların ancaq bir Türkün qələmindən çıxdığını görürsən:

Dönməz geri uçsan,

Qıvraq və şən bir kut.

Issız qaranlığa,

Qanad çırpar berkut.

“Mən Xeyli Yalnız”

Maral buynuzudur yerə taxılmış,

Əncir ağacının bahar qoxusu.

“Sevilmək İstəyi Ac Yaquardı”

İydə çiçəkləri ətir səpirlər,

Ağ keçə üstündə bardaş qurmuş may.

“Mayda”

Sanki bütün bu öz Türkcə təsvirləri təsdiq etmək üçün, Qaraxanlı şeirlərinə Türklərin ürəyinə oyulmuş qəhrəmanlarının adlarını hörür:

Çöl həsrətinin gil kitabları,

Köksünə yazılmış ər oğlanların.

“Həsrətimin Gil Kitabları”

Koroğludan dastan deyir quş xoru

“Çılpaq Sevda”

Bu sevdamla nə Fərhadam, nə Kərəm,

Bir yüküm var, onu zorla çəkərəm.

“Nə Ağlarsan, Nə Dağlarsan Sinəmi”

Gələndə Leyli gəldin,

Gedəndə Ərəbzəngi.

“Cinlərin Dağılanda”

Nəsrin yuxusunda şirinləşən dad,

Növbəti nağılı qoşan  Şəhrizad.

“Ney Havasında Gecə”

Elxan Qaraxanlının Türk tarixini yad edib yazdığı uzun şeirləri də (poemaları)  var. Məsələn Türk tarixinin bir çox məqamını bir yerdə verməyə çalışdığı “Xaqannamə” adlı dastana bənzər şeiri. Bu şeir, hələ yazılmaqda olub bəzi qisimləri yeni tamamlanmış vəziyyətdədir. Əsərdə məkan, “Xəzər küləyi Oğuz ağızında oxuduğu” və Dədə Qorqudun yatdığı Dərbənd, azanlar susub minarələrdə küləklər oynaşan, xan torpaqlarının hərraca qoyulduğu Daşkənd və Xivə torpaqları, Rusların işğalına uğrayıb dinindən və dilindən imtina etdirilmə qorxusu yaşayan Qazan Xanlığı və s. bu kimi çox geniş Türk coğrafiyasında keçməkdədir. Əsərdə Çingiz Xan, Saltıq Buğra, Timuçin, Baybars, Artuk Xan, Çağı Bəy, Atilla, Kaşğarlı Mahmud, Fateh, Qazi Burhanəddin,  Kürşat və Süyümbikə kimi göstərdikləri qəhrəmanlıqları ya da faciəvi qədərləri ilə Türk dünyasını titrədən hökmdar və məşhur şəxslərin həyatlarından parçalar verilməkdədir. Şeirin dili çox axıcı olduğundan ötəri təsvir edilən hadisələr  – Türk’ün şanlı ve eynı zamanda feciyəvi tarihi gözümüzün qarşısında bir film kimi canlanmaqda və keçmişdən ibrət götürməyə çağıraraq gələcəyimiz haqqında ciddi düşüncələrə aparmaqdadır.

Xüsusi olaraq burada Elhan Qaraxanlının Türkçülüyü əks etdirən və Türk ruhunda yazılan “Savaş Ayələri” adlı əsəri üzərində də dayanmaq istəyirəm. Bu şeirində şair, Türkü cəngə çağıran “əbədi bir çağrış”ı duyaraq və “Alpların zamanı gəldiyinə” içdən, könüldən inanaraq “qılıncının pasını silkələyib” bütün Türk dünyasını “ölümlə ölməzliyin sonuncu döyüşü”nə çağırmaqda. “Yatmış ruhumuzu titrət, oyandır!..” kimi misralar ilə Tanrıya səslənən Qaraxanlı, bütün ümidini “bozqurtların uluduğu müqəddəs ana” -son döyüşə- bağlamaqdadır.  “Dünyanın eşi” olan insana bunu şair çox dəqiq və hər Türkün anlayacağı bir şəkildə açıqlamaqdadır:

Savaşın bitən yerdə

Başlayır köləliyin…

Tanrıdağdan Təbrizə

Bir yol uzanar bizə.

Ən son, axır dənizə

Əmri dayandır… daram!

Bu şeirdə Türk milləti, bənzərsiz bir tarixə sahib olan ulu və zadəgan bir millət olaraq göstərilməkdədir:

Göylər səltənətindən

Sürüşüb qalan bizik.

Yenilməz  orduların,

Cəngini çalan bizik.

Öcümüz var acında,

Uğur gəzdik hücumda,

Yolların sonucunda,

Kamını bulan bizik.

…Millətlər gəldi-gedər,

Əbədi qalan bizik!

“Göydəkinin də sevdiyi” Alpların bu döyüşdə qazanacaqlarından şairin heç şübhəsi yox.  “Tanrı, qoru Türkümü” deyə dua edən şairin burada vermək istədiyi ən əhəmiyyətli mesajı da bütün Türkləri bir bütün olaraq görmə istəyidir. Çünki ancaq birlik olduqları zaman zəfər Türklərin olacaq:

Ərənlə nərə çəkərkən,

Silahımız pas tökərkən,

Tanrıdağdan, Ötükendən,

Gözlənən imdad gələcək. Get.

Budur Türkün ordusu,

Bayrağında ay gəlir. Çök.

Ölümə qənşər dyran,

Basılmaz alay gəlir. Çök.

“Ölümü bir əyləncə” bilən və döyüşü “qılıncın qını” olaraq tanıyan Türk millətinin göylərə qədər çıxan şöhrəti, şair tərəfindən bir təsadüf olaraq deyil, bəlkə Tanrının əli ilə çəkilən bir yazğı hesab edilməkdədir və yerdə buna qarşı gələcək heç bir güc yoxdur:

Yazı Göydə yazılar.

Yerdəki pozarmı? Gəl!

Türklüyü ilə qürur duyan və “fateh duyğusunu qanında daşıyan” Qaraxanlının qələmi ilə bu şeirdə çox gözəl misralar yazılmışdır:

Türklüyün bilinməsə

Dünya bizə yarmı? Gəl!

Yaranmışın bizik xanı,

Bir el bilmişik cahanı,

Ülkümüzə xor baxanın,

Aqibəti puç olar. Bil.

Bu şeir, müasir Türk xalqlarının ədəbiyyatında Türklərin milli şüurunun oyanışını müjdələyən və Türk millətini dastançı bir millət olaraq yenidən gündəmə gətirən nümunə bir əsər sayıla bilər. Çünki bu şeirin hər misrasında qılınc səsi, at nalı, Tanrıya dua və zəfər qışqırığı duyulmaqdadır və bu şeir şübhəsiz yeni Türk nəsilini şüurlu və milli dəyərlərinə, özünə sahib çıxan bir nəsil olaraq yetişdirmədə böyük rol oynayacaq.

Elxan Qaraxanlının qələmindən uzun şeir olaraq təqdim edilən başqa bir əsər də “Cənub Göyərçini”dir. Adından da təxmin edə bildiyimiz kimi bu şeir, Azərbaycan Türklərinin iki əsri aşan bir zamandır bölünmüş vəziyyətdə yarısı Şimali yarısı da Cənubi Azərbaycanda yaşamaq məcburiyyətində qalmaları işlənməkdədir. Şeirin adında da iştirak edən göyərçin, burada uzun illərdir gözlənilən barışın simvolu olaraq verilmişdir. Şair, “kopuzlu ozan”ı xatırladan yollardan evinə gəlmişcəsinə “vətənini fəth etməyə” Təbrizə və Mərəndə gəlir. “Kimi Azər, kimi Baycanlı” olduqdan bəri ürəyində “öz yurdunda mühacir olma” ağırlığını daşıyan şair, “yoldaşına getmək istəyən bölünmüş sevgiləri” birləşdirmək üçün gəlmişdir buralara:

Unudulan mahnılarda tüklü palmiye bitər.

Ax göyərçin ol, ya kəbutər,

Uğrunda ölməyə bayrağın yoxsa

Ax köynəyinə qan sıx.

Heydər və İsmayılın ruhlarının yaşadığı və Peyğəmbərimizin mirac zamanı gördüyü qırx pirin olduğu, “zirvə görünüşündə Tanrı əzəmətini” əks etdirən Savalan dağına getməsinin səbəbi də çox açıqdır əslində:

Can üstündə bir çuval qar istədi atam,

Savalan qarı istədi canını uyutmaq üçün,

Çünki dərgaha gedərkən Tanrı sevgisi

Yandıra bilər həsrət çəkənləri

Babam vətəninə tamarzıydı.

“Xurma gözlü, qarabuğdayı sevgilisi” olaraq təsvir edilən  İrandan şair əbədi olaraq ayrılmır, o buralara yenidən dönəcək. “Ayrı ayrılıqda yanacaqlarını” bilsə də bir gerçək ovutmaqdadır onun könlünü:

Baba Baybək Koroğluluk həvəsində

Qan rəngində bayraqları qaldıracaq.

Madam coğrafiyaya toxunduq, Elxan Qaraxanlının şeirlərində iştirak edən iki ulu şəhərdən də bəhs etmək istəyirəm: Bakı və İstanbul. Birincisi, şairin yaşadığı və öz əli qədər yaxın və tanış olduğu Bakı. Bəzən  mərkəzi küçəsində Rus akkordeonu çalan (“Kefli Bakı”), bəzən də durğun və neftə bulaşmış bu şəhərin türküləri “tam fərqlidir, tam fərqli” (“Çiseli Musiqi”). “Şumer ləhçəsində mahnı oxuyan” və dənizdən qaçan “eşq qalası, təklik qalası” (“Bu Gecə Veneranı Düşünərəm Mən”) Bakının simvolu Qız Qalası ilə məşhur bu şəhərdə şairin yazdığı kimi “dualar da tez çatar göyə” (“Polonez”).

Şairin könlündə xüsusi yer tutan digər şəhər isə İstanbuldur. Qaraxanlının “Boğaziçindən Türkülər” adlı güldəstəsinde “Avropanın bürclərinə qarmaq atan” İstanbul, “yarpaq tökən vəziyyətdə” göstərilməkdə olsa da əslində şair, qədimliyi və müasirliyi yan-yana tutan bu şəhərin tam bir yağlı boya tablosunu çəkməyi bacarmışdır:

“Zeytunların gözlərində

Yumruca yuva qurdu toran,

Üfüq köşkündə şölən var,

Enli bir terasta manqal yanar

Kişnəyən avtomobillərin qazı,

Göydələnin başına

Çalma çalma dolanar”.

“Dalğa xoru zikrimizi ovsunlayanda

Mövlananı xatırlayır Dəspinə Xatun”.

“Ürkək Helen sığalının Bizanslığı dul

Yüz illərin arxivləşən qaranlığında

Sevgilərə körpü olar yaşlı İstanbul”.

“Əlbəttə bu rəqs edənlər

Yeniçeri rəqslərini unutmuşlar çoxdan.

Və Avropadan nə gəlsə

Məbəd qarşısında oturmuş kimi

Qatlayırlar dizlərini…

Keçmişlər burada çox şanlı…”

“Bir ömürə dəyər Boğaziçində bir gün”, “istər qıraq obadakı Krakova get, istər Lozannaya, yenə bir ayrı yeri var İstanbulun” və “sonsuza qədər unuda bilmərəm İstanbulu və səni” deyə şair yazır.

Elxan Qaraxanlının şeirlərində çox geniş və zəngin inanc dünyası da ayrı bir mövzu olaraq izlənilə bilər. Yuxarıda təqdim etdiyimiz nümunələrdən də gördüyümüz kimi, əsrlərdir İslam dininə mənsub bir Türk olmasına baxmayaraq, Elxan Qaraxanlı, şeirlərində tez-tez qədim Türk inanc sisteminə müraciət edir. “Allah” sözü yerinə daha çox “Tanrı” sözünü istifadə etməsi ona, bəlkə də Türklərin yaşadığı ən qədim dövrlərə dönməsini təmin etməklə çox cazibədar gəlməkdədir. Çünki Göy Tanrı dini, qadağalardan çox azadlıq vəd etməkdə idi insanlara:

Göy Tanrının səltənəti

Bambaşqadır, bambaşqa..

“Atəşgahlı Anılarda”

Göy Türklərin şüuruna Tanrı anlayışı ilə birgə yaxşıca yerləşən Umay, Bay-ana, Ayzıt, Taissa, Anaqut, Zöhrə, Çulpan kimi tanrıçalar da şairin könlünə hakim olub onun düşüncələrinə sızmaqdadır:

Yolumuza uğur çilə Umay ana, bayana,

Nal səsləri tümen-tümen yayılacaq cahana.

“Göy Dağlardan Atlar Enər”

Haqqın dərgahına bir ayrı yol var,

İnancsız olanlar keçməz qapıdan,

Məni Tanrıdağda məclis gözlüyor,

Tanrıya şahid dayan İlahə Anam.

“Taissa Yanına Çağırar Məni”

Bəşərin gözyaşını

Səmaya çəkər bulud.

Bəndənə bir qapı aç,

Ana mələk, Ana kut.

“Firiştəli Mahnı”

Tanrıdağdan kut almış,

Bircə parça daş olsa,

Alınımıza qan sürtər

İlahəmiz Taisa.

“Haça Qaya”

Yoluma nur saçan dan ulduzudur,

Başımın üstündə eşq ilahəsi.

“Polonez”

Amma eyni zamanda şairin Allahı, onun varlığını və tək olduğunu tanıyan gözəl misraları da az deyil. Allahın şairə gecə və yalnız ikən daha yaxın olduğunu görürük:

Mənə mane olma gecə,

Mən Allahla danışıram.

“Atəşgahta Söndü Çırağ”

Yalnızlığın sonu yoxdur,

Mən burada tək, sən orada tək.

Səndən ötrü yaşasam da,

Yaşayışım səndən ayrı.

Sən mənə bu canı verdin,

Mən sənə dua verərəm.

“Mən Burada Tək, Sən Orada Tək”

Bəzən də şairin könlündə bu torpaqlara xas olan və müəyyən bir dövrdə ataları tərəfindən inanılan Zərdüştlük inancı da qanad çırpır:

Gün doğularkən od oynayır havada

Müsəlmanın atəşgahı olarmı?

“Çılpaq Sevda”

Böyük Azərbaycan şairi Nəsimi kimi, könlünə barındırdığı bütün inançları ilə bərabər hər iki dünyanı sığdırıb, özü heç birinə sığmayan Elxan Qaraxanlı, Yaradana bəzən bütün olub keçən adları ilə bir yerdə səslənir. Bir göyərçin kimi göylər üçün yaradılan şairin ruhu, dua edə edə qonaq yaşadığı Yer kürəsindən əbədiyyətin sakini olmaq üçün göylərə yüksələrkən, Yaradan adının necə xatırlanacağı nə fərq edər ki:

Tanrı, Göy, Xuda, Allah,

Qurban dedim adına,

Al götür məni qanadına,

Canım dayanmaz uçur

Sil türkünün suçunu,

Hu…, hu…, hu….

“Haça Qaya”

Biz Göyün oğuluyuq, yer bizə sığmaz.

“Sevginin Yekəlik Türküsü”

Cismimiz qalsa da torpağa muraz,

İşıqlı ruhumuz yalnız göyündür.

“Yaşanmış Günlərin Neyi”

Bəzi şeirlərində rast gəldiyimiz “Allah məndən ayrı deyil, o hər şeydə vardır” kimi misralar da bizə şairin Allahı Nəsimi kimi panteistik ruhda qəbul etdiyini göstərirlər:

Sevda hər yerdə var, bəlkə də hər zərrədə

“Göyərçinli rast”

Mən varsam sən də varsan,

Sən varsansa, mən də varam.

“Mən Burada Tək, Sən Orada Tək”.

Özünün ilahi bir sevdadan yaradıldığına inanan şair -”İlahi sevdadan mən oldum zahir…”-  (“Şahbaz Şəhərin Mahnısı”) beləcə sevginin kökünü Yerdən deyil Göydən axtarmaqda. Haqsız da deyil, çünki sevgi, kainatda hər şeyə nəfəs üfürən və həyatın başlanğıcı olan bir duyğudur. Tanrını xatırladığımız anlar da daha çox sevdiyimiz zamanlar olar:

Tanrı bostanında sevgi bəsləyir,

Nə qədər seviş var, həyat da bitməz,

“Ölüm Son Deyil”

İlahi sevişlərin girdabında,

Tanrına könlünün gülünü göndər.

“Şolpana Baxaram Qız Qalasından”

Buna görə də Elxan Qaraxanlının inanc sistemini quranlar, daha çox Türklərin qədim inancında yer alan tanrıçalardır: İlahə Taisa, Anaqut, Umay (“Dilimdə dua var, duamda Umay…”), Ayzit (“İlahə sən bizi qutunda islat…”). Şair 2007-2008 illərində “Mənim Sevdiklərim İlahələşər” (“Unudulan İlahələr”) adlı güldəstə yazır və burada qədim Türklərdə mövcud olan və yuxarıda da saydığımız ilahələrin panteonunu verir. Onların arasında xüsusilə də şairin marağını qədim Türklərdə Venera, Mehri Banu, Şolpan  (Çulpan) adları ilə bilinən Eşq tanrıçası çəkər və ilahi sevginin yanında bir yer qızına olan sevgi də ortaya çıxır:

“Ən qaranlıq duyğuların sənsən şamı”,

“Sən varlıqla qoşa yanan bir ocaqsan”.

“Sən nə Məhəmmədi, nə İsavisən,”

“Sənin ibadətlərin sevişlerindi,

“Öpüşün, sığalın, axşam duası”"

“Şolpana Baxaram Qız Qalasından”

“Dünya ağacının budaqlarından

Şolpan ulduzunun meyvəsini dər”.

“Mayda”

Sevgi ilahəsinin hökmündədir insanlıq,

“İlkin İbadət”

Seviş atımız, cəngimiz,

İlahənin planetinə

Toxunmaq imkanıdır seviş.

O, bir tanrı məqamıdır.

“Sevgi Uşumuzdu”

Bu Tanrıça sanki şairin bütün varlığını sarmışdır. Başında ulduz olub yanan Şolpan, onun həyatını müsbət bir şəkildə istiqamətləndirərək həyatının hər seqmentində şairi eşq ilə mükafatlandırır. İlahə tərəfindən verilmiş sevgi, artıq nə də məbədlərə nə də şairin könlünə sığar və onu dadmadan yaşamaq, hələ dünyadan keçmək şair tərəfindən bir günah hesab edilir. Eşqsiz ömür, mənasız keçən bir ömrə bənzədilir:

Əl çəkib dünyanın bu ləzzətindən,

Sənə qovuşmaq da günahdır, Allah.

“Çarşafsız Üfüqlər”

Canlılar yaradılıb məhəbbət üçün,

Eşqsiz mənası vardırmı ömrün.

“Su Pərili Sonata”

Bizim ömürümüzün sevda ayını,

Ən rəngli yuxu da göstərə bilməz.

“Dünyada bir ulu eşq yuxusu var,

Gəlirkən kilitli qapıdan girər”.

“Eşq deyən qapılar açıqdır açıq”.

“Eşqli Pıçıltılar Mələk Azanı”

Duyğuları sfenkse mindir,

Sevgi özü başqa bir dindir,

Hər yanda cadu, hər yerdə sehr,

Bir öpüş duası ver, tam da yeridir.

“Ayrı Sevgilər”

Şairin sevgilisinə həsr edib yazdığı şeirlərində də çox gözəl və toxunaqlı misralar var. Onun sevgisi bəzən Odlar elinə yakışır şəkildə  odlu, şövqlü və alovlandırıcıdır:

Sevda düşüncələri gecəni soyundurar,

Eşqli düşüncələrdə baobap yanğısı var.

“Yağışlı Qadın Bədəni”

Dodaqların üstündəki qaymaq.

Səni sevmək və duymaq

Və istində günəşlənmək çox zor.

“Günəş Kokteyli”

Eşqin odlu çuxasını,

Ürəyinə geyən mənəm.

Yasaqların  budağını,

Oğrun-oğrun əyən mənəm.

“Retro Sevgilər Gecəsi”

Mən içimdə tüğyan edən bu atəşi,

Qurtum-qurtum içmək istəyirəm,

Mən aşiqlər cənnətinə düşmək istəyərəm,

“Ayrı Sevgilər”

Bəzən də şairin sevgisi dinc, utancaq və pıçıltılara bürülüdür:

Gecə soyuq və bayğındı,

Kefli cavanlar oxuyur.

Hörümcəyə dönmüş əlim,

Əlinə əlçək toxuyur.

Pəncərələr sönür bir-bir,

İsti yuva gəzər pisik.

Dünya deyəsən dəyişir,

Ya biz dastandan gəlmişik.

“Sevdalı Gecənin Türküsü”

Sevda quşlarımız ürkməsin deyə,

Eşqli kəlmələri  pıçıldamaq var.

“Eşqli Pıçıltılar Mələk Azanı”

Bəzən isə onun sevgisi bir döyüş meydanına çevrilir və sevdiyini qazanınca bir fəth etmə duyğusu ilə qürurunu oxşayır, sanki onu bir fatehə çevirir:

Seviş də bir döyüş idi bəlkə Pani Anna,

Bir fateh doğulular içimdə səninlə olanda.

“Balıktut Türküsü”

Hər sevdadan hər vaxt bir fateh doğulular,

Hər eşqin öz meydan savaşı var.

“Unudulmaz İstanbul”

Məsələn Füzuli şeirlərində eşq daha çox iztirab və hüzn verən bir duyğu olaraq göstərilirsə, Elxan Qaraxanlının şeirlərindəki eşq, bir ləl-cəvahirat kimi bütün yönləri ilə oynayan, həm ruhi həm bedensel olaraq doya doya yaşanan  bir eşqdir. Bu dastana, nağıla bənzər eşqin içində şairin özünü və sevgilisini dünya tərəfindən tanınmış eşq qəhrəmanları ilə müqayisə etməyi də onun şeirlərini bizə daha yaxın qılar:

Çılpaq baxan ağacların,

Soyuqdan əsir ombası.

Sən Gerda ol, mən  Kay olum.

Visla, qarlar kraliçası.

“Sevdalı Gecənin Türküsü”

Sevənin olursa,

Sevmək də əsan.

Mən Türk Don Juanam,

Sən Lex Annasan.

“İspan Restoranında…”

Bəlkə mən Sen-Jermenəm,

Bəlkə də, sən Janna Dark.

“Cinlərin Dağılanda”

Amma onun sevgilisi bütün bu yuxarıda saydığımız qadın qəhrəmanlardan müasir olmağı ilə fərqlənir. Mavi jaketli, qısa kare saçlı, əlində timsah dərisindən çantası olan apağ bir Türk qızı, “badam baxışları ilə can yandıran bikə” (“Apağ Bir Qız İdi”, “Ayrılığın Zamanı”, “Həsrətimin Gil Kitabları”, “Çitten Bir Qız Gəlir”) ya da kürk mantolu, Slav gözlü sevimli bir Polşa gözəli (“Polonez”).

“Polonez” adlı poemasında şair Polşalı bir gözələ olan eşqi izah etməkdədir və bu mövzu üçün çox zərif, çox romantik bir ad tapmışdır: “Polonez”. Şair, “başının üstündə eşq ilahəsi” ilə Polşa torpaqlarına Krakov şəhərinə sevgilisinin yanına gəlir:

Buxarı gözəl yanar,

Görkəmi antik.

Yeməklər şirindir,

Şamlarr romantik.

Pəncərə ardında

Usanmaqda qış.

Qaranlığın gözləri

Alacalanmış.

Səs ver musiqiyə

Stəkanları düz.

Vaxtımız uzundur,

Bir az şərab süz.

Şair bu şeirində də tarixi keçmişə yönəlir:

Sənin gülüşünə qonmuş astra

Fikirimi köhnələrə uçurdu.

Gözlərimin qarşısında

Kıpçak ordusu durdu.

Deşti-Kıpçakın

Ən uzaq ulusunda,

Qıraq obada – Krakovda

Mənim babalarım

Tevton cəngavərlərini

Atlara tapdaladardılar…

Avropalı bir mədəniyyətə sahib olan və Katolik dininin inanıldığı ölkədə özünün Türk olduğunu, Qıpçaq olduğunu bir anlıq da olsa unutmaz şair, kilsə zəngləri çaldığı zaman belə fikirində “bismillah” çəkər. Bu şeirdə eşq, iki fərqli millətdən olan insanların görüşmə, iki fərqli mədəniyyətin kəsişmə nöqtəsi olaraq verilir. Şopeni dinləyərək, Krakovyak oynayaraq, Mitskeviç və Füzulidən şeirlər oxuyaraq, talenin onlara biçdiyi zamanı bir-birlərinə doya bilmədən yaşayırlar. Eyni zamanda bu şeirdə dərin duyğuların ifadəsi ilə birgə, müasir Avropa şəhərinin rəsmi də ustalıqla çəkilmişdir:

Yorunuq skripkaçı

Havanı key çalır,

Bax bunlar geylərdir,

Bunlar da geyşadır.

Gey dəbi avangart,

Saç uzun, ard açıq,

Satanlar biç olar,

Alanlar xırdaçı.

Para ver, metah al,

Ucuzdur can əti,

Burada şik sayılar

Sutenyor sənəti.

İsalıq daş-qalaq,

Magdalina suçsuz,

Küçənin seks işi

Viskidən də ucuz,

Üzlərdə məmnunluq,

Gözlərdə yox sual,

Krakovda gecələr

Katolok-seksual.

Baxışlar şprisindən

Boylanar kokain,

Sifətlər samuray,

Məmələr Bahai.

Havada bəyaz var,

Vitrində qızardı,

Ruletka fırladır,

Kazino azartı.

Disko bar cinlidir

Qabara qarışıq

Dodaqlar rom içir…

“Katolok Seksual Bir Gecə”

Şairin eşq mövzulu bir çox şeiri arzu və şəhvət məzmunludur. Söz düşmüşkən bu istiqaməti ilə onun şeirləri, fransız Appolinerin və rus şairi Boris Pasternakın şeirlərini xatırladır mənə.

Məsələn:

Ən müqəddəs dualar da

Al dodaqlarda bitər,

Öpüşlərdə  möhürlənib,

Sevgilərin kitabı,

Sözlər sözlərə açardı,

Bədən bədənə qapı.

“Ayrı Sevgilər”

Sevmələr xurmalıdır

Öpüşlər dadlı macar.

Hisslər xumarlananda,

Nəmli nəfəs od saçar.

“Otel Qəsrvaridi”

Qəhvənin ardından isti bir öpüş

Soyunma həvəsi buraxmadaydı.

“Neyzənli Gəzinti”

Bu qış gecəsi, bu tənha otaq,

Belə zövq ilə saldığın yataq,

Susuz səhrada ilğım kimidir,

Qurtar söhbəti, bağla kilidi.

“Qış Nağılı”

Seviş ilahəsi Şolpan səmada,

Qaynar dodaqların toxunmaları,

Gecənin gözündə fənər yandırar.

“Axsaq Duyğular Gecəsi”

Həsrət pəncəsinin altından baxar şəhvət mələkləri…

“Şəhvətli gecə”

Hər eşq şeirində olduğu kimi, Elxan Qaraxanlının şeirlərində də eşq ilə onun əbədi yoldaşları ayrılıq ilə həsrət əl-ələ gəlməkdədirlər. Tək qalanda havaların da soyuması (“Tək Qalınca Qucaq”), ayrılığın yaratdığı ümidsizlik və həsrət axar bəzi misralardan:

Eşq dünyası yarı yazdır, yarı qış

Bizim ilə qoşa gəzər aldanış,

Dünya boyu qucaq-qucaq yalan var.

“Nə Ağlarsan, Nə Dağlarsan Sinəmi”

Gülüm, sənə söylədim neçə kərə,

Ayrılığın havasını çalan var.

“Nə Ağlarsan, Nə Dağlarsan Sinəmi”

Alovludur bütün ayrılıqlar

Hər kəsin içində odlu bir dəniz,

Ayrı ayrılıqda yanacağıq biz

“Ayrılığın Zamanı”

Ümidlərin taksisi,

Boş gedər qaranlığa.

“Hicran Gecəsi Qəzəli”

Həsrət günlərinin gözləri yaşıl,

Həyatın sonudur, həsrətin sonu.

“Yaşıl Gözlü Həsrət”

Eşq ilə əlaqədar ümumiləşdirmələrlə yanaşı, şeirlərdə həyat və ölüm fəlsəfəsi də yer alır. “Got Min Uns”, “Gəl Gedək Şeytanlanaq”, “Firiştəli Mahnı”, “Xain Kösöv” kimi şeirlərdə həyat ümumiyyətlə “qarışıq, fani, faydasız”, dünyadakı məşğuliyyətlər də “mələz və xaşıl”, həyat isə “mənasız və qan soran” deyə tanıdılır. Şair kədərlənərək “Ölümlə Seviş” adlı bir şeirində hiyləgərliklə və mənasız keçən həyatı belə izah edər:

Göy üzündə qara bulud,

Yer üzündə qara gecə.

Ömür keçər yavaş yavaş

Bədənimdən keçə keçə

Yaxşı, belə bir həyatın içində yer alan şair kimdir, özünə necə tərif verər? “Çölün oğlu” olan əsl Türk, amma dinini Ərəblərdən alan və eyni zamanda Rus və Avropa tərzi təhsilə sahib olan Elxan Zal Qaraxanlı, bu mövzuya şeirlərində tez-tez toxunmaqla, çox maraqlı təriflər vermişdir:

Dünya top kimi yup yumru,

Mən torpaq üstündə filiz,

Bir az Türkəm, bir az Ərəb,

Bir az Rusam və İngilis.

“Nə Yaxşı ki, Mən Varam”

Nə cənk sığar, nə eşq sığar içimə,

Mən savaşın və sevginin xanıyam.

“Çılpaq Sevda”

Mən, dalğa yalına taxılı bir qut…

“Son Nəğmə”

“Cibi canından təmiz” (“Qoşma”) olan şair, bir tərəfdən maddi imkânsızlığın altında əzilər ikən, digər tərəfdən də “neft qoxulu məmləkətdə” könlü zəngin şair olub türkülər oxumağın bu əksikliyi tamamlaya biləcəyinə inanır:

Göy deşməyə şans gəzsəm də,

Liftim yox,

Nə milyoner ola bilərəm

Neftim yox,

Mən türkülər oxuyuram

Neft qoxulu məmləkətdə.

“Gizli Mövsüm Qəzəli”

Amma bu, əlbəttə şairin şikayətləndiyi tək mövzu deyil. Zamanın, həyat şərtlərinin dəyişməsi bir tərəfdən müsbət dəyərlər gətirsə də, onun bildiyi həyatı kökdən dəyişdirib bir çox dəyərin itməsinə də səbəb olub və buna şair ürəyi yanır:

Həyat bizi buz örtüyünə qoyar, Anna,

Ömür boyu yer tapmarıq boylanmağa.

“Polonez”

Biz, dollar yaşılının nəşəsindəyik.

Daha Çe Qevara zamanı deyil,

Marksı da unudub məktəblərdə,

Tərli şüşələrdən pivə çəkə çəkə,

Azatlığa heykəl qoyduq, Ruslu, Türklü.

“Azatlığa Heykəl”

Birzyurdsuz yuvasız uşaqlar kimi

Səfilə dönmüşük doğma şəhərdə

Bəzən doğmanın da ögeyliyi var…

“ Səfilə dönmüşük doğma şəhərdə”

Sən öz elində köləsən,

Şeirini yaz, fağır dur.

“Yalnız Qalanda Qucaq”

Fərqli məbədlər gözdədir indi,

Fərqli duaların zamanı gəldi.

“Ana Kut Məbədində Deyilən Türkü”

Nə tanrını eşidən var,

Nə də kitab yazanı.

“Duyğu Desantı”

Belə bir həyatın içində şairin ilahiləşdirdiyi sevgi də artıq ucuzlamış, sirrini və dadını itirmişdir:

Sevdalar səmadan gəlird bir vaxt,

İndi bilgisayar proqramlarından.

“Subaylığın Şeiri”

İndi seviş arıları

Pulla gəlir pətəyə.

“Yalnız Qalanda Qucaq”

Son illərdə dəyişən həyat, Qaraxanlının şeirlərində açıq-aşkar görünməkdədir. Artıq mavi yelkənli şahzadələr qızlara “paralel dünyanın yarığından” gəlirllər (“Könül Dəhlizində Təlaş”), “sevdalı duyğular yatırım yığar, baxışlar xərcləyir kredit kartını” (“Kenquru Həvəsli Anlar”), “hər öpüş bir investisiya, könüllərin külfəsində yanmaz sevgi vekseli” (“Üzüntülər Oteli”),  “dərd yatar can bankının gizli hesablarında” (“Dərdin Gizli Hesabları”),  virtual öpüşün dadında petrol(“Çise”), ruhlar da qurbanı pivə olaraq istəyir (“Xəncərlənmiş Sevginin Soneti”), Rembrant da sürtülmüş boyalardan rəsm deyil, klip çəkir, işıq da arsız bir şəkildə striptiz göstərir (“Romansero”), məktubları da şəhərdən artıq poçtalyon deyil, internet gətirir, kompüter titrək pıçıltıları sıraya düzür (“Yosun Yorğunluğunda Su”), eşq otu və dərmanı olmayan bir virusa çevrilmiş və qumara bənzəmiş (“Sevdalı Gecənin Türküsü”, “Görünməzlər Görgüsündə”), çalmaların çalmasının reallığı virtual (“Göyərçinli Sevda”), şair özü də tez-tez İstanbula virtual gəzintiyə gedir (“Virtual Gecə”) və başqa bir çox buna bənzər bənzətmələr var:

Kainat bir böyük bilgisayardı,

Sevdamın internet səhifəsindən,

Sənə göndərərəm məktublarımı.

” Nərgiz Mahnılar Axşamı”

Yığar qazancını könül bankına,

Gizli gəzməmizin öpüş qumarı.

“Sevilmək İstəyi Aç Yaquardı”

Zatən Elxan Qaraxanlının şeirlərinin ən üstün cəhəti, deyərdim ki, təsvirlərdir. Bu, həm təbiət təsvirləri, həm insana xas yaşanan hərəkət və duyğuların təsviri. Təbiət təsvirləri içində ən çox rast gəldiyimiz, günəş və gecə təsviridir. Məsələn yetişmiş əriyə, saat 3-ün yarısında içilən kokteylə, qədəhdəki sarı şirəyə (“Günəş Kokteyli”), tavada qızardılan yumurta sarısına (“Dan Yüzünün Qəzəli”) bənzəyən günəşin şeirlərdə fərqli halları təsvir edilməkdədir: onun doğuşu, yandırıcı istiliyi, batışı:

Namazımız yüz on yükənt,

Dan gözündən boylanan kənd,

Şövqümüzün qülləsindən

Zəng səsini ələyərkən,

Görünməzlər dünyasından

Bayraqlı Alplar gəlirkən

Mələk xorunun sədaları altında

Oyanar Tan Ra – Günəş.

“Oyanar Tan-Ra”

Günəş gedər aramağa itirdiyi qadını.

“Dan Üzünün Qəzəli”

Üfüqün narını dərməyə yox ümid.

“Kauçuk Ləngərində Sükut.”

Hər axşam çarmıxda ölər Günəş.

“Altun Baxışlı Qadına Alqış”

Göy altında Türk hamamı boyda dəniz,

Su qızları ölən günü çimdiriyor.

“Yağma Həvəsi”

Gecə təsviri də şeirlərdə bir neçə parçadan meydana gəlir: dinc, nostaljik bir axşam, hiyləgərcə çökərək hər yerə şəhvət saçan qaranlıq və nəhayət nə qədər öpüşlərə və sevdalara şahidlik edən ulduzlu və aylı yaşıl gecə:

Axşam:

Masanın üstündə keçən günü əridər şam.

Axşam.

“Yuxu Bilməz İstanbul”

Çılpaq axşamların gözündə yaş var.

“Yaşanmış Günlərin Neyi”

Qaranlıq:

Qaranlıq damla damla əriyir şamlarda.

“Polonez”

Qaranlıq soyunar şam kölgəsində

“Şam Kölgəsində Vida”

Hər kəz sayğac qoşanda sənin çılpaqlığına,

Qaranlıqdan don biçər yarasa uçuşları

“Düet”

Gecə:

Ulduz baxışları Helen kimidir,

Parisə bənzəyir yaşıl göz gecə.

“Qənirə İlahənin Qəzəli”

Yuxu çalxalayan gecə nehrəsi,

Ulduzları sayrışar sarı yağ kimi.

“Saralan Saniyələr”

Şüşələrə düşüb qalar

Ulduzların hıçqırığı.

“Qar Üstündə Nar”

Çılpaq bədəni qızğın gecə,

Taxar ayı yaxasına.

Xatirələr yatan küncdən

Salxım salxım ah asılar.

“Qar  Üstündə Nar”

Gecənin əlbissəsi

Öpüşten dəlik dəlik.

“Təngnəfəs Qalan İşıqlar”

Yaşmaklı gecələr utancaq olar.

“Mart Həsrəti”

Ay dama sərilib can soruşar.

“Kübar  Qurbağa”

Ürək dolu, ay kəsik.

“Virtual Gecə”

Ay da yuxuların duşunda çimir.

Gecə, haradasa şairin hər şeirində mövcuddur. Bunun üçün şeirlərin başlıqlarına baxmaq belə yetər: “Virtual Gecə”, “Şəhvətli Gecə”, “İntellektual Gecə”, “Hicran Gecəsi Qəzəli”, “Yuxusuz Sətirlər”, “Ney Havasında Gecə”, “Retro Sevgilər Gecəsi”, “Axşam Dərin, Umay Uzaq”, “Sevdalı Gecənin Türküsü”, “Katolik Seksual Bir Gecə”, “Helenli Axşam”, “Yuxu Bilməz İstanbul”, “Su Pərili Sonata”. Hamısında dolğun təsvirlərlə, şairi səhərə qədər düşüncələrlə məşğul edib yatmağa qoymayan gecə havası verilmişdir və ən gözəl gecə təsvirlərini “Yağışlı Melanxoliya”, “Şam Yandıran Dan Tanrısı”, “Dan Üzünün Qəzəli”, “Sevdalı Gecənin Türküsü” kimi şeirlərdə tapırıq.

Ümumiyyətlə təbiət ilə əlaqədar o qədər maraqlı, gözəl təsvirlər var ki, Elxan Qaraxanlının şeirlərində, könül istər hamısını saysın. Amma mümkün deyil! Onun şeirlərində günəş, ay, ağaclar, külək hamısı bir canlı kimi nəfəs alır və bir insana xas hərəkətlərə sahibdirlər: xoşbəxtlik sandığından akçalar tökən yağmur (“Görünməzlər Ədəbində”), “bir az öpüş dadı verən yaş havanın turşuluğu” (“Şam Yandırar Dan Tanrısı”), “axşamın ilıq qız dərisini yavaşca yalayan” çise (“Çise”), öpüşü yovşan yumşaqlığında olan və yovşan dadını üfüqə çəkən külək (“Dan Yüzünün Qəzəli”, “Unudulmaz İstanbul”), duel istəyib masanın üstünə əlçək atan yel (“Polonez”), ot qoxusundan məst olan, fleyta səsindən daranan qızıl saçlarını bəzən suya salan bəzən bu saçları ilə havanı oxşayan və bir yanardağ kimi ah çəkən söyüd (“Təngnəfəs Qalan İşıqlar”, “Mart Həsrəti”, “Zoğal Öpüşləri”, “Saralmış Saniyələr”) “göy bürcünə qarmaq atıb yollar açan” şamlar (“Sən Özünə Dönərkən”), qış yuxusunda zanbaq gülüşünə bənzəyən almaların damla damla qan axmasını xatırladan qabığı (“Dan Üzünün Qəzəli”, “Qar Üstündə Nar”), “ürkək ilxılardan daha sürətli qaçan” çay (“Qızılcıqlı Öpüşlər”), “yosun yorğunluğunda su” (“Yosun Yorğunluğunda Su”), bir zəncinin dişlərindən daha ağ olan quşların səhər ötüşünün niyyəti (“Dan Yüzünün Qəzəli”), “qurd təbəssümlü” günəşli günlər (“Ölüm Son Deyil”), “dəvə gövşəməsində əzilən sükut” (“Kenquru Həvəsli Anlar”), təngnəfəs qalıb dilləri yerə dəyən və rəngarəng tüstülənən işıqlar (“Təngnəfəs qalan İşıqlar”, “Mart Həsrəti”), “virtual öpüşün dadında” olan neft (“Çisə”), “taşa dərd yığan” sönmüş pəncərələr, “qınına çəkilən ilbizə” bənzəyən küçələr (“Səfilə Dönmüşük Doğulma Şəhərdə”)…  Amma, yalnız təbiət hadisələri deyil, insanın yaşadığı duyğu, düşüncələr və hərəkətlər də çox gözəl izah edilir Elxan Qaraxanlı tərəfindən: duyğu dənizində sulanan sığal (“Apağ Bir Qız İdi”), havanı dua ilə örtən duyğular azanı (“Duyğu Desantı”), səma bürclərinə qarmaq atan şirin duyğuların minarələri (“Şolpana Baxaram Qız Qalasından”), eşq dadında olan axşam düşüncəsi (“Yuxulu Sətirlər”), gecəni soyunduran sevda düşüncələri (“Yağışlı Qadın Bədəni”), “şirin göbək yalayan kros qaçan düşüncələr” (“İtli Gəzinti”), xoş günlərin göy rəngli gülüşləri (“Helenli Axşam”), çimən qızların suların sərinliyində əriyən alovlu gülüşü (“Kızılçıklı Öpüşlər”), sısqa bir leylək kimi yorğun düşən ürək (“Yuxulu Sətirlər”), “bir dev qəsrindəki xəzinə kimi” boşalmağı bilməyən arzu anbarımız (“Yenidən Doğulular Köhnə Sevdalar”), ac yaquara bənzəyən sevilmə istəyi (“Sevilmək İstəyi Ac Yaquar idi”), səhra dəhşətini içinə alan Sfinks baxışı (“Unudulan İlahələr”), zəncinin saçları kimi qarışıq vəziyyət  (“Qot Mit Uns”), ütüsüz sözlərin mayasından doğan öpüş (“Bir Günlüyə çirkab”), mələk azanına bənzədilən eşqli pıçıltılar (“Eşqli Pıçıltılar Mələk Azanı”), mülksüz bir paşanı xatırladan yuxulu sətirlər (“Mürgülü Sətirlər”), axşam üstü sarmaşıqlara çevrilən misralar (“Tənhalıqların Ərəbi”),  tox dəvənin gülüşünə bənzəyən kefli şairlər (“Dan Üzünün Qəzəli”), “küçə türkülərini dəvələrə yükləyib gizlicə tənhalıqları sarmaşıqlara çevirən Ərəb” (“Tənhalıqların Ərəbi”)… “Dodaqlarından gül dərdiyi” sevgilisi ilə əlaqədar bənzətmə və təsvirlərdə də şair çox müvəffəqiyyətli:

Sənin ürkək ürkək toxunmaların

Axşam sükutunu caynaqla yardı.

“Sevilmək İstəyi Ac Yaquardı.”

Öpüşün sinəmə iz qoyub nal kimi

Saçların yastığa dağılar yal kimi.

“Mayda”

Saçların Quşadasında sirli çalılara tüzaq..

“Uyqu Bilməz İstanbul”

Sevgilinin saçlarında

Çarəsiz balıqçı torları,

Gözleyişin səmasından

Ulduz darayar dayanmadan.

“Dodaq Boyası ilə Adamsız Küçə”

At həsrəti saçlarının sığalında yayğın,

Mənim əllərim, söyüd yarpaqları qədər hesabsız…

“Unudulmaz İstanbul”

Yorğun gülüşündə ax su zambağı.

“Ömür Retrosu”

Səni hər xatırladığımda xoş müjdə quşu

Dərdin divarını dimdiklə yonar.

“Yaşıl Gözlü Həsrət”

Bunların arasında o qədər maraqlı, original bənzətmələr var ki, bu günə qədər onlar kimisini daha eşitməmişdim. Məsələn, “uyqu qaçışında buza, duyğu yerişində pisik” (“Axşam Dərin, Umay Uzaq”),  “yaquar yerişli vaxt”, “vaxtın qıvraq kobrası”, “yorğa yerişli hava”, “at gedişli təyyarələr” (“Polonez”)… Ən əhəmiyyətlisi də, yuxarıda da yazdığımız kimi, bütün bu təsvirlər, bu bənzətmələr bir Türkün yaşadığı coğrafiya və qanına həzm etdirdiyi mədəniyyət ilə əlaqəlidir:

Qarmaq atar bürclərinə ayrılıqların,

İçimizdə yatan Səlcuq ruhumuz.

“Unudulmaz İstanbul”

Göy üzünə şərəm çəkər qılıncların parıltısı,

Cahangirlik həvəsimiz yumağına yol doluyar.

“Göy Dağlardan Atlar Enər”

Elxan Qaraxanlının şeirlərində xalq mədəniyyətinə xas olan atalar sözü kimi qısa və qiymətli məna yüklü misralar da az deyil:

Hər şeyin ilki çətin olar, ilki.

“Yelkənli Ümidlər”

Ehtiyacın dağları

Köz bişirər qarında.

“Dərdin Gizli Hesabları”

Ər doğulan durarmı dinc.

“Xəncərlənmiş Sevginin Soneti”

Pişiksiz bir təbəssümdür

Mənasız adamın ömürü.

“Dan Yüzünün Qəzəli”

Göz bezər, can usanmaz.

“Hicran Gecəsi Qəzəli”

Hər zamanın öz elxanı doğulular.

“Çılpaq Sevda”

Kədər yakalatmaz, duyğu ram olmaz.

“Monastr Qəbiristanlığında”

İnsanlar timsah kimidir, Anna,

Ağlamaq üçün öldürərlər,

Öldürmək üçün ağlayarlar.

“Ave İsida”

Qəhrəmanlıq moda ilə gələn şey deyil.

“Urmiyəli sevda…”

Dəniz düyünüylə bağla andını.

“Ömür Retrosu”

Könlünün başını səmaya bağla.

“Şolpana Baxaram Qız Qülləsindən”

Bütün bu müvəffəqiyyətli görüşlərin içində mənim diqqətimi çəkən bir ünsür daha var: Elxan Qaraxanlının şeirləri yalnız sözlərdən meydana gəlmir, hər misrada musiqi mövcuddur! İnanılmaz dərəcədə muzikaldır onun şeirləri. Musiqi onun başqa bir çox şeirində də incə qırmızı bir ip olaraq həmişə özünü göstərməkdədir. Bu, azərbaycanlıların öz muğamları da (“Su Pərili Sonata”), İrtış sahilindəki bir kənddə şaman rəqsinin ritmləri də (“Boğaziçindən Türkülər”), Polşalıların Polonezi və Krakovyakı da (“Polonez”), İspan restoranında “iti qılınc oynadan” dəli gitara səsi də (“Polonez”), ağlaya ağlaya oynayan gözələ yoldaşlıq edən gitara da (“Gitaraya”):

Aç musiqinin gammasında döşürür üzüm dənələrini

Bir Ərəb şeyxinin kölgəsində göyərçinlər.

“Tənhalıqların Ərəbi”

İlahi, necə də sirli səs gəlir,

Ölünü dirildən bir nəfəs gəlir.

Bu səsdə mugamın mayası dinir,

Tanrısal Orfeyin arfası dinir.

Qayalar oxuyur, dəniz oxuyur…

“Su Pərili Sonata”

Musiqi mövzusu açılmışkən mütləq “Polonez” adlı güldəstə içində yer alan “Krakovyak” adlı bir şeirdən də bəhs etmək lazımdır. Krakovyak, Polşalıların milli oyunudur. Qaraxanlının bu şeirini oxuyarkən sanki bu oyunu oynayırmış kimi hiss edir və birdən özünü bu musiqinin içində tapırsan. Şair, bu oyunun ritmini misralarda o qədər doğru tutdurmuşdur ki!

Qaraxanlının şeirlərində təbiət sanki musiqiyə yoldaşlıq edir: “Pəncərənin şüşəsində su nəğməsinin ritmi”(“Yağışlı Melanxoliya”), “su üstündə rəqs edir yarpaqların hıçqırığı” (“Şam Yandırar Dan Tanrısı”), “Meyvə sulu söhbətlərin nəbzi Ərəb rəqsi ritmində” (“Neyzenli Gəzinti”), “ney havasında gecə” (“Ney Havasında Gecə”), gümüş gülüş cingiltisi rəqs saçır, rəqs saçır” (“Janna D’Arklı Park”)…

Şairin icadında, mən şəxsən XX. əsrin  başı dünya şeirinin ən məşhur adları olan Boris Pasternak, Nikolay Gumilöv, Appoliner, Sartr, Pablo Neruda, Xəlil Cibran, Orxan Vəli Kanık kimi şairlərin ruhunu və ən dərin fəlsəfi axınlar olan simvolizm ilə varoluşçuluğun izlərini gördüm. Amma yenə də Elxan Qaraxanlını  heç bir şair ilə müqayisə etmək istəməzdim. Çünki onun şeirləri həm mövzu həm üslub olaraq çox özəldir. Onlar, yalnız Elxan Zal Qaraxanlının şeirləridir. Ancaq bu şairin ruhundan var olub, ancaq onun qələmindən yazıla bilərdilər.

…Elxan Qaraxanlının şeirlərini bir neçə dəfə oxuyaraq artıq kitabını bağlayanda, hələ gözümdə yağışlı bir gecə yarısı, sükunət içində söyüdlərin altında çoxdan itən sivilizasiyaların və gözlə görülməz sirrli dünyaların səsinə qulaq asan şairi görürdüm. “Səhra sarısı” gözlərini qəmli hüznlü göyə tikmiş həsrətin gil kitablarını oxuyurdu sanki:

Güllərin açılışında yaşayırıq,

Atların qaçışında doğuluruq,

Daşlaşan duayıq bir məbəddə,

Səhra yuxusunda suyuq…

Çulpan ZARİF (Zaripova Çətin)

Şair, Tatarstan Yazarlar Birliyi Üzvü, Filologiya elmləri namizədi, Muğla Universiteti Dosenti, Tatarstan- Türkiyə

Azərbaycan türkcəsinə çevirəni: Azər Musayev

Səlim Babullaoğlu. Azər Abdulla, Saday Şəkərli haqqında
Masamın üstündə 11 kitab, bir neçə print olunmuş, roman, hekayə və məqalə var. Ayırmışam ki, oxuyum, bəzilərini redaktə edim və ama hamısı haqqında nəsə yazım. Bir az peşəkar daxili sifarişlə, bir az peşəkar dostluq-tanışlıq xətrinə, bir az ədəbiyyatçı həyatınının bozluğunu mənalandırmaq üçün…tətil günləri buna imkan verdi…

Azər Abdulla…

Azər Abdulla imzası ilk eşitdiyim gündən bu yana mənim üçün brend imzalardan, rəmzi  adlardan olub, səbəbini bilmirəm və düşünmürəm ki, bu onun yaradıcılığı ilə bağlıdır, çünki adını ilk dəfə eşidəndə yaradıcılığı ilə tanış deyildim, bu duyğu mənə hakim kəsiləndən sonra isə yazdıqlarından oxuduqlarım həmin hissimi nə əksildib, nə də bu hissimə heç nə əlavə elməyib, yalnız təsdiqləyib. Adında türk(çü)lüyün, azərbaycan(çı)lığın, islam(çı)lığın nişanələri var. Bircə qalır, bu yazının yazılmasını şərtləndirən  təvəllüdünü xatırlatmaq ki, onun bizim müasirimiz olduğunu anlayasan. Beləliklə üçüncü –müasirlik (ləşmək) prinsipi də onun, çox şükür, diriliyi,sağlığı ilə öz təsbitini tapır. Amma yalnız bununla yox: nöqtəni qoyar-qoymaz, «Havalı sular, sevdalı sular» kitabında oxuduqlarımı içimdə sürətlə sərf-nəzər edirəm, bu kitabdakı şeirlərin bəziləri («İnsan ölməz söz imiş», «Bir gecə nəğməsi», «Gecənin bağrından doğan ulduzlar», «Günəşi görmək ümidilə…») Allaha  müraciətlə, xatarlama və dualarla, bəziləri («Qutqaşen ritmlərindən», «İstanbul uzaqmı», «Gecə batan ulduz») vətənlə, Azərbaycanla, türklüklə, şəhidliklə bağlıdır; və demək olar bu şeirlərin hamısının oxusu öz duru dili və mövzu palitrası ilə müəllifin müasirimiz olduğunu asanca pıçıldayır adama.

«Fışqırıb  çiçəklərin açdığını,/ yerə,yurda ətir saçıdığını,/ suların nədən belə/ baş götürüb qaçdığını,/ sorsalar məndən/ bilmərəm,bilmərəm bu yaz axşamı…» Yazın bu ilk axşamı bu şeiri düşünmək və nələrisə söylmək cəhdi ən azı ona görə təsadüfi deyil ki,bu düynada heç nə təsadüfi deyil. Baxın, «yaz axşamı» bir tərəfdən əvvəlki misraların təbii doğurduğu sözlərdir, çünki özünə qədər söylənənlər məhz yazda baş verir; digər tərəfdən, bu həm də şeirin yazlma tarixini də olmasa, yazılma mövsümünü biruzə verir. Amma ən maraqlısı budur ki, bu dünyada özünə doğru-düzgün hesabat verən adam doğurdan da heç nəyi bilmir, insanın mükəmməlcəsinə bildiyi şey həmin məlum və köhnə bliməməyi,dolayı yolla sirri təsdiq eləməyidi. Eləysə şeirin rolu nədi? Əlbəttə ki, həmin bu bilməməyi elə Azər Abdulla kimi belə rahat, asan dillə ifadə eləməkdi. Çünki şeir ifadə(eləmək) sənətidi və bir şair şeiriylə təkcə konkret mahiyyəti yox, həm də eyni vaxtda sənətin xislətini və mahiyyətini biruzə verirsə, yaşamağa dəyər.

«Dünyaya göz açandan/ Bir şəhər səslər məni./Getməsəm də, görməsəm də/Ruhuyla bəslər məni/ (…)Bir şeh gələr Narginnən,/ Yoxsa Boğaziçindən/Həsrətimi məktubla/ Göndərrəm göyərçinnən» Bu gözəl, səlis dil, ənənəvi metrikayla yazılmış şeiri ilk oxuyanda yazılma tarixi haqqında fikirləşsəm də, ikinci oxuda sonrakı bəndlərin birində  «İstanbuldan dalğayla/ Axdı, gəldi türkülər…» nədənsə bu şeirin sərhədlərin hələ bağlı, get-gəlin xüsusi icəzəli olduğu vaxtlarda, ünsiyyətin yalnız radiodalğalarda mümkün olduğu dövrdə yazıldığını düşünməyə əsas verdi. «Həsrətimi məktubla/ Göndərrəm göyərçinnən»-şeir bu yeriylə maraqlı yozum qazanır. Əvvəla şeirin formal ənənəvi kefiyyəti (onun tarixi isə əsrlər əvvələ təsadüf edir) sonradan peyda olan teleqramı, məktubu, poçtu, interneti və sairəni deyil məhz göyrəçini «tələb edir»; üstəgəl, hər şeyin nəzarətdə olduğu bir dövrdə bizi, adamın heyvan deməyə dili gəlmir, məhz o gözəl, azad quşlar vəziyyətdən çıxardardı,bu həm də simvolikdi. Yadıma U.H. Odenin «Qaçqın blüzü» yadıma düşdü: «Gedib baxdım körfəzə də-buxovlamış suları,/ Balıqları atlanırdı, duyurdu istiqlalı,/ Bizdən azca aralıda,dostum, azca aralı.(…) Meşələrin kölgəsində quşlar yuva toxuyur/ Siyaslər yoxdu deyə gecə-gündüz oxuyur,/ Axı,onlar insan deyil, əzizim, insan deyil»

Gəlin, Azər Abdullanın bir şeirini bütövlüklə oxuyaq: «Halay vurmuş/ dağların arasında /bir kənd var-/ qapıları günəşə açılır.Ordakılar-/yaylağa qalxan Aylı yollarda,/ ordakılar-armudaların kölgəsində/ günorta biçin vaxtı, /ordakılar-obalarda, ocaq başlarında,/ aranda,/ almalar,heyvalar dəyəndə,/üzümlər yığılanda/ and içərlər- /Məhəmmədin itkin canı…/ Məmişin, Hüseynin itkin canı…/ Turabın,/ Hüseynxanın itgin canı…/Dağların arasında/ anaların, bacıların, gəlinlərin/ dilində canlı,şirin  bir and var/ 1945-dən yadigar…» Bu  şeir  hamı tərəfindən yaxşı anlaşıldığından təhlilə yer qoymur. Yalnız bircə şeyi demək məncə yerinə düşür. Hədislərdə, elə müqəddəs Quranda da, dəfələrlə balığın udduğu Yunusun (ə.s), quyuya atılan Yusifin (ə.s) məxsusi, çətinlik zamanı oxuduqları  duaları xatırlanır. Və təkcə dövrün deyil, həm də siuasiyanın yadigarı olan həmin duaların biz adamlara oxşar vəziyyətlərdə oxumağımız  tövsiyyə olunur. Əlbəttə mən situasiyaları və duaları eyniləşdirməkdən çox uzağam. Amma fikirləşirəm ki, hər bir bəla təkcə dağıntıları, itkiləri, qəhrəmanlıqları, mifləri miras qoymur, həm duaları ərməğan edir. Və məncə, həmin dövrlərin ən böyük qazancı da elə o dualar olur. Bunu anlamaq, ədəbiyyatın dili və öz üsulları ilə təsdiq etmək çox xoşdu. Xoş günlərin də, yeri gəlmişkən, öz duaları olur. 70 yaşınızla bağlı arzularımı və dualarımı bu kağız üstündə dilə gətirməsəm də qəbul edin: təkcə həmkarım kimi yox, dostumun atası kimi, heç gülərkən, qəhqəhə çəkərkən görmədiyim ağayana təbəssümlü, şüvərək görünüşlü, dik qamətli, əziz Azər əmi.

Saday Şəkərli…

Ən dəyərsiz şifahi sözün ən dəyərli yazılı söz qarşısında bir üstünlüyü var. Birinci müəllifi və qiraətçisi ilə həm diridir, həm fiksə olunmur deyə yeganə nüsxədədir. Həmişə. Yazılı söz bu həmişəlikdən adətən məhrumdur. Şəhriyarın, Səməd Vurğunun yazdıqları uğurlu örnəklərdir, şeirin elə yönü, elə yazılışı, elə üslublar və dəsti-xəttlər var ki, onların orta statistik,yaxud ümumişlək dil kimi görünmək və olmaq təhlükəsi var. Bu təhlükə dediyim daha çox ədəbiyyat tənqidçiləri, şeir haqqında yazmaq istəyənlərçündür. Sən şeirin (g)özəlliyi haqda yazmaq istəyəirsən və birdən anlayırsan ki, sən demə, bu  normativ(!) xəlqi(!) dilin (g)özəlliyidir həm də. Və tərsinə. Fərdi yaradıcılıq olan şeirlə kollektiv yaradıcılıq olan dilin sərhədləri itir və çaş-baş qalırsan. Halbuki uğurlu şeir-elə dilin uğurudur. Bunu eləmək, yazmaq bir yana, etiraf etmək belə hamının işi deyil. Bu  «soğan qabığı kimi» ayrıcla ayrılan, sərhəd məftillərindən sonra hamarlanmış torpaq zolağı- adam izinə deyil, hətta quş oturuşuna,qonuşuna olduqca  həssas  dil sahəsində yazmaq çətindir. Yaraq əsləhələri kənara atıb yalnız fitri fiziki gücə hesablanaraq güştü tutmaq kimi bir şeydir. Hamı bacarmır. Hamı istəmir. Daha dəqiqi, istəyənlər bacarmır, bacaranlar istənmir, oxunmur, çünki bayaq dediyim təhlükə, önyarğı,dil kompleksləri və vərdişləri mane olur. Saday Şəkərli- həmin həssas sahənin çox istedadlı ləpirçisi, hissiyatlı şairidir.

Təsdiq üçün bir passaj: «Onda balacaydım, lap balacaydım,/ Babam da, nənəm də, atam da vardı./ Qızlar halay vurar çiynində səhəng, / İldırım igidlər at oynadardı./ İndi fikirlərdi başımı qatan: nə babam, nə nənəm könlümü alır, nə həzin gecələr laylamı çalır, nə də ki nağıllar danışır atam, /fikirlər qalıbdı o boyda təkcə…»(«Ömrün yorgun kölgəsi» kitabından, səh. 71., «Bu dünya kiçilir mən böyüdükcə» şeiri). Bu kiçik hissə bir taleyi danışır və iki fərqli zaman kəsiyinə aid nə qədər avtobioqrafik və etnoqrafik informasiya verir: 1) kənd(!) uşağını (!) babası(!), nənəsi(!), atası(!) böyüdüb; həmin yerdə qızlar səhng(!) götürər, halay(!) vurardılar, kişilər(!) cəlddilər(!), at(1) minərdilər; 2) o uşaq böyüyüb(1), babası, atası,nənəsi artıq yoxdular (!) ; gecələr ya həzin (!) deyil, ya layla çalmır(!); həmin adam fikirlidir(!), qüssəlidir(!) və sairə. Misal gətirdiyiim parçanın bu məziyyətləri bir yana, onun nəqli və axıcı dilinə baxın, bu azərbaycanlı kimi hamımızın dili tək görünür, amma şair kimi çoxlarımızın yazmağa qorxduğu dildir, dil qatında ümumidirsə, ötürülən informasiya bu dili fərdiləşdirir. Mən nədənsə, böyük  Səməd Vurğunun xüsusən dil və nəfəs baxımından  çox sevdiyim «Bəsti» və «Komsosmol» poemalarının giriş hissələrini xatırladım ki, Sadayın kitabını oxuduqca qeyd elədiyimi çoxlu bu sayaq məqamların üzərində dayanmağa səbrim çatmır, bir-iki az vacib saymadığım təhlili məqamlara varmaq istəyirəm.

«Gözlərim bulaq şəklidi,/ Dərd-kədər bödgəmdi bala./ Sulardakı dağ şəklidi,/ Ya mənim kölgəmdi, bala?» (həmin kitab, səh. 16. «Ölümdən qayıdan» şeiri). Qəribədi,bu şeir müxtəlif oxular və düşüncələr üçün əsas verir. Baxın, xalqda bir deyim var: «gözüm su içmir»; insanın həyatdan, ömürdən, konkret hadisə və situasiyadan «gözü su içməyəndə» həyat, ömür, konkret adamlar-başqaları adamın göüzündən su içir, çünki sən ağlayırsan. Yaxud, məsələn Sabir bir şeirinin əvvəlində-  «arizi-qəmlər əlindən ürəyim şişmiş idi», sonrasında isə- «başladı şişməyə indi üzü qarə ciyərim» yazırdı. Əslində insanın hərfi-vizual mənada bölgələri orqanlarıdı, amma məhz orqanları əsəb sistemi vasitəsilə dərdə-kədərə reaksiya verəndi də. Təsadüfi deyil ki, insan şəhərinin baş kəndi ürəyimizi məhz ağrı, dərd səbəbindən hiss edirik; hətta kritik anlarda ürəyimizi elə o ağrı kimi qəbul edirik. Sadayın şeiri bu düşüncələrə nə qədər asanlıqla rəvac verir, bu fikirləri nə asan ifadə edir. Bu əlbəttə ki bir az da sərbəst, kontekst xaricindəki əqlinəticələrdi. «Sulardakı dağ şəklidi,/ Ya mənim kölgəmdi bala?» Bu misraları təkrar oxyuanlar, xüsusən müəllifin böyük cüssəsini xatırlayanlar (amma tanımağa imkanı və borclu olmayanlar da)  «dağ»ın insan siluetini, qaraltısını ifadə etdiyini yaxşı anlayırlar. Amma «dağ»ın bir «sinə dağı» çaları və mənası da var. Bunu nəzərə alanda, şeir tamam başqa cür, məncə əvvəlki misraların davamı kimi daha bitkin oxunur. Sən demə, insan həm də dağın (=dərdin, əzabın) şəkliymiş. İkimənalı «dağ» mənə Svetayevanın «qore»-«qora»sını daha fərqli biçimdə anlatdı…

Həmin kitabda 17-ci səhifədə başqa bir şeir var. Əvvəli belədi: «Gözümə göz dikən sərçə,/ Su içməyə gəlmisənmi?/ Göz yaşını su əvəzi,/ İçib doyan görmüsənmi ?» Diqqət yetirin, sərçəyə xitabən müəllif soruşur : su içməyə gəlmisənmi? Tutalım, sərçə susuzdur, bunu hiss edən adam (=müəllif) həmin situasiyada göz yaşı təklif edir. Niyə? Yəqin, birinci ona görə ki, sərçənin susuzluğuna acıyır, ağlayır, onda belə çıxır ki, bəlkə bəzən elə  həmdərd olmaq yetər;  reflektiv səmimiyyət həm də əlacdır; əlindən konkret, rasional mənada əməli iş gəlməyən birisinin dua eləmək, acımaq  imkanını heç kim əlindən almır axı və kim deyə bilər ki, bu dua və həmdərdlilik bizə əməli görünən konkret addımdan az təsirsizidr?  Başqa bir tərəfdən, ağlayan, acıyan ilk növbədə öz ruhi yanğısını yatırır. Hərçənd bir ömür içində nə bir dəfə ağlamaq yetərlidir, nə ruhi yanğı bir dəfəylə yatır. Ona görə müəllif az sonra- «Göz yaşını su əvəzi,/ İçib doyan görmüsənmi ?» sualını verir. Kimə? Sərçəyəmi? Məncə bu sərçəyə sualdan daha çox, bizim də «bir ömür içində nə bir dəfə ağlamaq yetərlidir…» deyəndə nəzərdə tutduğumuz, müəllifin  özünə məlum təcrübəsini bölüşməsidir. Və yalnız bu variantda, yalnız özündən çıxış edərsənsə misralar doğrudur. Başqa variantda, özgənin gözyaşını içib doymaq özü də- hətta sərçə üçün belə, qeyri-etikdir. Bəs bu nə deməkdir? Sonuncu bəndə baxın: «Mən döyülüb ağlamıram,/ Ürək vurulmuş ağladır./ Dərdim ağlatdı, doymadı,/ İndi də bir quş ağladır…» Bu bənd bir tərəfdən indiydək söylənənləri, xüsusən müəllifin həssaslığını və həmdərdliyini sübuta öz möhürünü vurursa, başqa bir tərəfdən verdiyim suala cavab tapır. Məsum uşaqlar kimi göz yaşları ovcunda olan həssas şairlər hər şeyi şəxsi dərdləri kimi görürlər. Demək «Göz yaşını su əvəzi,/ İçib doyan görmüsənmi?» sualını vermək və şəxsi təcrübəsini bölüşməklə  müəllif bitrməz-tükənməz qəm hərifləri olan şairlərdən biri kimi yalnız özünü, «Dərdim ağlatdı, doymadı,/ İndi də bir quş ağladır.» deməklə isə quşa, sərçəyə bu dəfə onun dərdinə şərik olduğunu qəti və son olaraq bildirir. Çünki  həmdərdlilik qarşılıqlı, ikitərəfli prosesdi deyə, təkcə ağlayan yox, dərdinə ağladığını görənlər də sakitləşir.

Sadayın şeirlərində el-obasına (detallarına qədər işlənərək) yazdığı şeirlər çoxdur, məncə hətta dominantdır. Bəlkə ona görə ki, uzun bir müddət qürbətdə yaşayıb, ömrünün tarixçəsinə coğrafiyadan uzaqlaşaraq  kənardan baxmaq imkanı qazanıb. Atası ilə, uşaqlığı ilə bağlı nisgilli şeirləri də çoxdur, bu da avtobioqrafiyadan irəli gəlir yəqin, hərçənd mən avtobioqrafiyanın yalnız ümumi səhnəsindən və nəticəsindən danışmağı sevirəm, «şəxsi vərəqə»lərin qrafalarını bu mənada dürüst doldurmağın əleyhinəyəm, bu ədəbiyyatın yox, ədliyyə nazirliyinin funksiyasına aiddir. Amma Sadayın şeirlərində mövzuya və avtobioqrafiyaya sadiqliik həm də onunla maraqlı şəkil alır ki, bu obrazlara və metaforalara, üsluba sadiqliklə müşayiət olunur. Məslən, bir önək: «Saralan otlarıynan,/Dolan buludlarıynan/ Bir payız qaldı mənə atamdan…»( həmin kitab, səh.22). Unikaldı. İlk ağla gələn budu ki, müəllifin (lirik mənin) atasını itirməsi çox güman payızda baş verib. Amma başqa bir tərəfdən, halal yaşamış adamlar övladlarına nəyi miras qoya bilərlər? Həm heç nəyi, həm də payızıyla, qışıyla, otuyla, çəməniylə, quşuyla, əl-əlvan rəngləri və ənginliyi ilə bütöv bir dünyanı. Görünür, «fərli oğul neylər ata malını, fərsiz oğul neylər ata malını» deyimi boşuna yaranmayıb. İndi başqa bir örnəyə nəzər salın: «Baharı gözümə geydim,/dünyanı yaşıl gördüm,/ insanlar qocalmayır,/cavanlaşır gördüm./ (…) /Baharı yaşıma qoydum.(…) Bir sarı yarpağı düşdü,/Gördüm atamdı…» (həmin kitab, səh .224) Misal gətirilən parçanın nəfəs bütövlüyü, deyim gözəlliyi, enerjisi, «yaşıl»ın  «cavanlaşır»ı necə uyarlı çəkib gətirməsi öz yerində, düşən sarı yarpağın yenə də payızı, atanın ölümünü nişan verməsi dediyim həmin sadiqliyi göstərir.

Saday Şəkərlinin şeirləri haqda olmasa da, kitabı haqda fikirlərmi bitirirəm. Bəraət yerim başqaları üçün də söz demək üçün imkan haqqını saxlamağımdı. Xatırlayıram, düz, 10 il əvvəldi, bir restoranda, gəncliyin üsyançı havası başımda, dostların əhatəsindəydim. Bizdən başqa iki böyük masa qurulmuşdu. Bir masada oturanlar bərkdən və mənasız-mənasız danışır, bütün keyfi qaçırırdılar. Dostlarla mərc gəldik ki, onları saktləşdirə bilərəm. Durdum, mikrofonu götürdüm, yaxınlaşdım həmin səs-küylü masaya və iki şeir oxudum, uşaqlar sakitləşdilər, hətta gəlib üzr istədilər də. Yerimə oturandan az sonra ofisiant iki kitab gətirdi mənə. Ümumi səciyyəli avtoqrafla. Soruşdum ki, kim göndərdi? Zalın o biri ucunda qurulmuş, ikinci dediyim həmin uzun başqa masadakı bir nəfəri göstərdilər. Uzaqdan salamlaşdıq. Bir-iki şeirini masanın arxasındaca özümçün oxudum, sonra da mikrofonu götürüb onun bir şeirini hamı üçün oxuyub oturdum. Əlbəttə ki, müəllifini nişan verərək, adını çəkərək (kitablar müəllifsiz olmur). O vaxt diqqətlə (əslində başqa cür bacarmıram da) müşahidə eləmişdim Saday Şəkərlini. Tələbə, bəlkə də məktəb yoldaşları ilə  görüşə gəlmiş Sadayı necə təmkinli, ağır, diqqətli görmüşdümsə də sonradan da elə gördüm, Siyavuş Məmmədzadə ilə şahmat taxtası arxasında da, bu yaxınlarda yubileyindəki bir qanıqara məqamda da eynən o cürəydi. Bunları yalnız sözardı kimi qəbul eləməyin, üslubi sadiqlik insan həyatının və davranışının şəklidi…

15-23 mart, 2010-cu il

Bu silsilədən əvvəlki yazı:

Kənan Hacının şeirləri haqqında qeydlər

Müəllifin digər yazıları:

Yazmağı sevdirən və öyrədən Ramiz Rövşənə

ŞƏKLİN VƏ  YOLUN ŞEİRİ

Rəhim Əliyev. Ən yeni ədəbiyyatın qurucusu
Sovetlər dağılandan sonra sovet ədəbiyyatının qüsurları və ideoloji təbiəti haqqında çox yazılırdı. Amma bu yazıların tonu sərtləşdikcə, hiss olunurdu ki, sovet ədəbiyyatının ideoloji prinsipləri bizim içimizdədir. Biz sosialist realizmi epoxası haqqında cavan marksist tənqidçilərin radikalizmi ilə yazırdıq. İş o yerə çıxdı ki, müasir ədəbiyyatın əsas bünövrə yaradıcıları  olan C. Cabbarlı və S. Vurğunu da inkar edənlər tapıldı. Bu, çirkli su ilə birlikdə uşağı da atmaq demək idi.

Amma bizim ədəbi mühitdə yeni düşüncəli ədəbiyyat adamları da ortaya çıxdı. Onlar köhnə ədəbiyyat haqda yazmaq barədə yox, ən yeni Azərbaycan ədəbiyyatını yaratmaq barədə fikirləşirdilər. Onları birləşdirən əsas cəhət onlarda sovet ədəbiyyatına qarşı allergik bir münasibətin olması idi. Sovet dövrünün ədəbiyyat şablonlarından təmiz bir ədəbiyyat yaratmaq üçün bu yeganə yox, ən vacib bir xüsusiyyət idi.

Bu yaradıcıların arasında on il əvvəl çoxlarının tanımadığı şair və jurnalist Rasim Qaraca da var idi. O, yeni “sosialist şəhəri” olan Əli Bayramlıda doğulmuşdu, Bakı universitetinin jurnalistika fakültəsini bitirmişdi. Doğma şəhərində “Mayak” və “İşıq” adlı qəzetlərdə  qələm işlətmişdi. İlk ədəbi dərnəyi – “Baca”nı da həmin şəhərdə yaratmışdı. Bir müddət Rusiyada çalışan türk firmasında tərcüməçi  işləyəndən sonra 2000-ci ildə Bakıya qayıtmışdı.

Deyirlər adamlar dəyişmir. Rasim də dəyişməmişdi. Bakıya gələn kimi yenə qəzetlərə üz tutdu, həmfikirlər tapıb yeni dərnək yaratdı. Dərnəyə çox simvolik ad qoydular: onu “ocaq” adlandırdılar: Azad Yazarlar Ocağı.  Ocaq közərib istilik verdi, xeyli ədəbiyyat törəməsi ərsəyə gətirdi. Bədbəxt müsəlman ölkəsi olan Azərbaycanda siyasətlə məşğul olmağın misilsiz bir mənasızlıq olduğunu anlayan istedadlı müxalif jurnalistlər də ora axışdılar.

Rasimin türk firmasında işi də bəhrəsiz olmadı. Arabir Türkiyəyə səfərlər etdi, oranın mətbuatı və bizim ideologiyalardan təmiz olan ədəbiyyatı ilə tanış oldu. Yeni yol axtarışlarında bunun da rolu oldu. Sonra isə “Ədalət” qəzetinin əlavəsi olan “Alatoran” adlı ədəbi bülletenin 31 sayını buraxdı. Müstəqil ədəbi fikir üçün açılan bu dar bir qapı Azərbaycan ədəbi mühitində həqiqi bir çat yaratdı.

İdeologiyadan təmiz, hakimiyyətdən uzaq ədəbiyyat yaratmaq  sevdasında olan ədiblər də bunu başa düşdülər. Onu da başa düşdülər ki, həqiqi ədəbiyyatı  heç nədən və heç kəsdən asılı olmayan azad fikir yaradır. 31 say bülleten ortaya yeni bir ədəbi platformanın rüşeymlərini qoymuşdu. Bülletenə yazı yazan və ora gedib gələnlərin heç biri bu barədə fikirləşməmişdi. Necə ki, Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur-olsun” misrası ilə başlanan şerini “həcv” misalında dərc edənlər bir ədəbi çevriliş baş verəcəyindən xəbərsiz olmuşdurlar.

Alatoran çevrilişini yaradan ədiblərin sırasında Rasim Qaracadan başqa Qan Turalı və Seymur Baycan kimi cavanlarla yanaşı  Rafiq Tağı, Həmid Herisçi kimi yaşlı radikallar da var idi. Onlar Rasim Qaracanın yeni və müstəqil ədəbi jurnal – “Alatoran”ın yaradılmasını alqışladılar. Müstəqil “Alatoran” jurnalı bolşevik istilasından sonrakı dövrdə azərbaycanda yaranan ilk senzurasız, müstəqil, dövlət himayəsindən uzaq nəşr idi. Onun ilk sayı 2004-cü ildə işıq üzü gördü.

O vaxtdan Rasim Qaracanın redaktorluğu ilə jurnalın on beş sayı çıxıb. Bu say formal bir rəqəmdir. Amma bu dövrdə “Alatoran”in mahiyyətindən danışsaq bunu bir cümlə ilə belə ifadə etmək olar: Ən Yeni Azərbaycan Ədəbiyyatı. “Alatoran” bu gün həqiqətən ədəbi inkişafımızın ən yeni dövrünün ədəbi mərhələsinin yeganə orqanıdır. Bu nəşrin ədəbiyyatımızın inkişafındakı xidmətləri Rasim Qaracanın böyük zəhmətləri və fədakarlığı sayəsində, pulsuzluq və yoxsulluqla mübarizə ilə mümkün olmuşdur. “Əkinçi” və Mollanəsrədin“ də belə yaşamışdı.

Bu çətin mübarizə illərində Rasimin iki balaca şeir kitabı çıxmışdır. Bu da təbiidir. Təkbaşına dövrün əsas ədəbi jurnalını buraxan ədibin öz yaradıcılığı üçün vaxtı qala bilməz. Rasim bunu başa düşür. Amma ədəbiyyatımız qarşısında öz boynuna götürdüyü missiyanın məsuliyyətini də başa düşür və öz seçimindən dönmür.

“Alatoran” həqiqi beynəlxalq statuslu ən yeni Azərbaycan ədəbiyyatı dərgisidir. Bu nəşrin xaricdəki həmvətənlərlə əlaqələri bu işlə məşğul olan dövlət komitəsindən say və sambalca qat-qat artıqdır. Onun internet versiyası xaricdə, xüsusilə Avropada, Türkiyədə, İranda  yaşayan Azərbaycanlılar arasında çox populyardır. Jurnalda onların da yaradıcılığı işıq üzü görür və vətən ziyalılarına çatdırılır. “Alatoran”ın cənubi Azərbaycanlı müəlliflərlə işi və onların yaradıcılığına verdiyi yer misilsiz tarixi məna daşıyır. Bu jurnalın təsiri ilə Çənubda böyük bir ədəbi hərəkat vücuda gəlib,  xüsusilə nəsr janrının inkişafı böyük bir təkan tapıb.

Mən Rasimin şeir kitablarını nəzərdən keçirmişəm. O poeziyada da yenilikçidir. Onun şeirləri dil və düşüncə üsulu cəhətdən yeni bir hadisədir. Ən mühümü isə Rasimin sovet poeziyası şablonlarından, mövzu və motivlərindən təmiz bir şer yolu acmaq cəhdləridir. Bu cəhdlərin poeziyamızın inkişafı üçün ciddi əhəmiyyəti vardır. Rasim hər cür təqlidçi şairlərin xəstə düşüncəsini, tamahkar və nadan eqoizmini rədd edir, onları özünə xas təmkinlə “köhnəlmiş” sayır. Dövlət Yazıçılar Birliyindəki ağlagəlməz əxlaqi deqradasiyanı mənəvi xəyanətçilik kimi qamçılayır. Onun həmkarları da bu təmizləyici tarixi işdə iştirak edirlər.

Dövlət Yazıçılar Birliyinin yetmiş illik fəaliyyəti Azərbaycan ədəbi düşüncəsində eybəcər deformasiyalar yaradıb. Fikri və pulu dövlətdən olan qrafomanlıq. Əqidəsiz, meyarsız ədəbiyyat və yazıçılıq məktəbi yaradıb. Bu məktəbin əsas işi son yetmiş ildə büdcə pullarının israf edilməsidir. Son beş ildə Dövlət Yazıçılar Birliyinin əsas nailiyyəti büdcədən pul cəlb etmək üzrə katib ştatının yaradılmasıdır. Bu ştatı Anar Rzayevin kəşfi və birinci müavini – qocaman kommunist məmuru Nazim İbrahimov tutur. Elmar Hüseynov demiş: priyatnoqo opetita!

Alatorançılar  mənəviyyat fədailəridir. Onlar kasıbdırlar, lakin bundan utanmırlar və əqidələrini satmaq üçün fürsət və yuxarılarda “əlaqələr” axtarmırlar. Onların əsas dayağı həqiqəti deyən sözdür, səmimi özünüifadədir. Son nömrələrində Rasimin jurnalı daha  mükəmməl struktur tapır, təkmilləşir. Əvvəllər burada ədəbi fikrə, tənqidə laqeyd münasibət var idi. İndi jurnalın Seymur Baycan, Qan Turalı kimi öz tənqidçiləri var. Onların tənqidi riyakar utancaqlıq kompleksindən təmiz, haqpərəst  və qılınc kimi kəsərlidir, jurnalın ədəbi platformasının  nəzəri cəhətdən ifadə edilməsində və təbliğində misilsiz rol oynayır. Sayıram ki, jurnal öz tənqidi platformasını daha da fəallaşdırmalıdır. Bütün yeni ədəbi cərəyanların önündə qabaqlayıcı ədəbi fikir olmuşdur.

Hər bir yaxşı ədəbi jurnalın bünövrəsi yaxşı tənqid və orijinal nəsrdir. “Alatoran” ən yeni Azərbaycan ədəbiyyatının parlaq nəsr nümunələrinə yaşıl işıq vermişdir. Bu işi daha fəal davam etdirmək lazımdır.

“Alatoran” ən yeni ədəbiyyatımızın əsas meydanıdır. Onu qorumaq, müstəqil yazarları onun ətrafına daha fəal toplamaq lazımdır. Dövlət Yazıcılar Birliyindən gələn pozucu əxlaqi deqradasiyaya qarşı daha fəal mübarizə aparılmalıdır.

Rasim Qaraca özü də yeni tipli Azərbaycan ziyalısıdır. Onun “Ölüm haqqında günəş”, “R” hərfi olmayan aylar” adlandırdığı şer kitablarını oxuyanda təəccüb edirsən: bizin riyakar mühitdə belə düşünən adamlar necə ərsəyə gəlir? Yəqin bu, xalqın genindəki sağlam enerjinin təzahürüdür. Bir şerində deyir:

Mürəkkəbim qurtardı.

Havam çatmır.

Yaradıcı adamların, yazan qələmin yaşı olmur. Rasim Qaraca da lap cavandır. Bu cavanlıq ondakı nikbinliyin, işləmək həvəsinin tükənməzliyindədir, üzündəki təbəssümün işığındadır. Nəhayət, paxıllıq mərəzindən uzaq olan ürəyinin genişliyindədir.

Rasim cavan ağsaqqaldır. Yaranan yeni ədəbiyyatın, yeni ədəbi nəslin bu ağsaqqala ehtiyacı və ümidləri çoxdur. Bu ümidlərin çin olacağına inamlıyıq.

TANITIM:

Rasim Qaraca – yazıçı, jurnalist. 18 fevral 1960-cı ildə Şirvan şəhərində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət “Mayak” və “İşıq” qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvanda) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə “BACA” ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan “Yaşıl söz” bülletenini çap etdirib. 1994-2000-ci illərdə ailəsiylə birlikdə Rusiyada yaşayıb. 2000-ci ildə Azərbaycana qayıdandan sonra Bakıda yaşayır. 2001-ci ildə onun iştirakı ilə yeni düşüncəli yazarların birliyi – Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən R.Qaracanın redaktoru olduğu “Alatoran” həftəlik ədəbiyyat-sənət bülleteni “Ədalət” qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb, 31 sayı işıq üzü görüb. 2004-cü ildən “Alatoran” müstəqil jurnal kimi çap olunur. Bu günədək (2009, fevral)13 sayı işıq üzü görüb.

Kitabları:

1.Ölüm haqqında günəş (şeirlər) – 2002

2.R hərfi olmayan aylar (şeirlər) – 2006

3.Türkün məsəli (1-2-ci nəşrlər) – 2005,2009

4. Əyri evin qadını (proza) – 2010

Tehran Əlişanoğlu. Şeirimizin gümüş dövründən fraqmentlər
(bəzi poetik siyahılara prozaik düzəlişlər)

Təxminən il öncə Elxan Zal Qaraxanlının “Şeirimizin gümüş dövründən fraqmentlər” adlı yazısı ədəbi dairələrin, o sıradan Kultaz oxucularının müəyyən qıcığına səbəb olmuşdu; yazıda günün şairlərindən bir qisminin adı keçirdi: “Adil Mirseyid, Qulu Ağsəs, Səlim Babullaoğlu,  Murad Köhnəqala, Salam, Etimad Başkeçid, Zahir Əzəmət, Həmid Herisçi, Rasim Qaraca, Xanəmir, Aqşin kimi…” və daha bir qismi (Salam, Səlim Babullaoğlu, Murad Köhnəqala, Həmid Herisçi, Zahir Əzəmət) barəsində müəllif ayrıca danışırdı…

Mənim yadıma gələli, cari proses yazılarının təklif elədiyi son “poetik siyahı” budur; ondan əvvəl olanlar keçmişdə qalmış, sonrakılar isə bu genişlikdə deyil; odur ki, elə prosesin durub-dirəndiyi yerdən də başlamalıyıq, zənnimcə. Nədən şair qardaşımız (E.Z.Qaraxanlı) məhz bu sıranın üzərində dayanmışdı; təkcə subyektiv zövqə-istəyə-istəmə bağlı deyilsə, bir-bir xəyala gətirməklə bəlkə yazının başlıca müddəası-qayəsinə – gümüş mənzərələrə də gəlib-çıxa bildik…

Adil Mirseyid

Siyahı Adil Mirseyiddən ayaq alır; yaşca da, şairlik stajına görə də başda o gəlir; Adil Mirseyidin imzasının (o zamanlar: Adil Seyidzadənin) prosesdə göründüyü ilk çağlar gedib-çıxır təqribən 25-30 il irəli, 1980-cilərin əvvəllərinə; ən parlaq çağları isə 1980-lərin sonları, 1990-cı illərdir; iki şeir kitabı – “Güzgüdəki adam” (1994) və “Bulud adam” (1999) da elə o çağlar ərsəyə gəlmiş. Bu kitablar barəsində mənim bir yazım da var: “Rənglər dünyasında” (“Ədəbiyyat qəzeti”, 27 avqust 1999); bir qədər sərt ölçülərdə, Adil Mirseyidin Sözə tapınaq rəssam dünyasını analiz edir, bəs Adil Mirseyid şair deyil də rəssamdır… Adil haqqında başqaları da yazmış, poeziyamızda yerinə, Şairlik missiyası-mövqeyinə gərəyincə diqqət yetirilmiş; bütün bunları ona görə yada salıram ki, tənqidçilərin təqdimində Adil Mirseyid imzasının yeri adətən: Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlıdan beləsinə gəlib həmin modernistik sıranı tamamlayır. Burda şairin mövqeyi möhkəmdir də; söz sənətinin təsviri sənətə girib, üsul-fənd-vasitələrindən maksimum bəhrələnməsi, az qala hətta onu istismarı XX əsr qədər bəlkə heç bir əyyamlarda olmamışdır; ki, Adil Mirseyidi də milli modernizmin yükünü hər biri bir özgə cür çəkən (həmincə) şairlərimiz arasında ayıran, fərqli-seçimli edən məhz budur.

Doğrudur, şair özü Şərq genişliyindən gəldiyini, modernizmin dar “izm”lər dünyasına bənd olmadığını iddia eləyir, amma şeirləri bunu demir, ən gözəl-duyğulu etüd-mənzərə, an-anı-anımlarında belə hiss-yaşam dünyasının konkretliyi mətnin verdiyi rəng-çizgi-detal hüdudlarını aşmağa qəti yer qoymur. Mən Adil Mirseyid dünyasının rəng ehtizazını son illər oxuduğum modernizmin anatomiyası və modernist rəssamlar haqqında silsilə yazılarından bir daha duydum (“Modernizmin anatomiyası”, “Renato Quttuzonun qırmızı rəngi”, “Dahinin qulağı… (Van Qoq və Qogen)” və s.); və Sənətin təmənnasız, dünyaya qarşı üsyankarcasına toxdaq durduğu əyyamlardan azacıq da olsa, yenə vəcdə gəldim. “Azacıq”, ona görə ki, bu dünəndir; ümumən Adil Mirseyidin bişkin sənətçi dünyasının faktı olan həmən oçerklər də gözəldir elə… Nostaljikmi? Nədən E.Z.Qaraxanlı öz “poetik siyahı”sını, məhz tənqidçilərin qurtardığı yerdən başlayır; əgər təkcə subyektiv zövqə-istəyə-istəmə bağlı deyilsə, təxmin edirəm: şair qardaşımız (E.Z.Qaraxanlı) yəqin ki daha sonrasına baxmaq, nəzər-diqqət çəkmək qəsdindədir…

Murad Köhnəqala

Sıradakı ardıcıllığı pozub, Murad Köhnəqalanın xəyalatına dalaq. Yalan olmasın, Murad Köhnəqala 1995-dən beləsinə proses yazılarımın cəmisindən adı keçən bir şairdir; imzası 1980-cilərin sonlarından görünsə də, poetik yaradıcılığının ən aktiv dövrü də elə bu: 1995-2005 arası. E.Z.Qaraxanlı da Murad haqqında söz deyir; onu “inkaredilməz istedad” bilir, “incə poetik duyuma və mətn görmə qabiliyyətinə malik az-az adam”lardan hesab edir, yaradıcılığında “məqsədyönlü bir nizam” sezir, “ustalıqla, peşəkar” yazdığını danmır; “mövzu genişliyi”, “çoxsaylı eksperimentlər”, “mətndə bir qarmaqarışıqlıq yaratmaq” da “bilə-bilə” olub, şairin şakəriymiş; gəl ki, bütün bu həngamənin yanında Elxan Zal: “hələlik Murad Köhnəqalanın öz üslubunu görmür”. Məlum aforizmdir: üslub- fərdin, fərdiliyin özüdür; daha deynən, şair qardaşımız (E.Z.Qaraxanlı) Muradı bir Şair kimi görmür; “hələlik”mi? (!)

Başqaları da Murad Köhnəqala barəsində xeyli yazmış; amma mənə belə gəlir, ən dürüstü elə mənim cızdıqlarımdır; bəs Murad Köhnəqala çağdaş şeirimizə ortaçağlardan yeni nəfəs, bahəm bir rind obrazı da gətirmiş; janr-forma-ölçü, üslub çalarları onun şeirində iki onil ərzində daim dəyişmiş də, zəmindəki rind həməncə yerindədir. Sosial epatajçılıq, postmodern adına min cürə kinli oyunlar, andeqraund-filan… – əksinə, çağın-zəmanənin Şairə geyindirdikləridir və buna bənzərlərini asanlıqla başqaları da elədilər; amma o dərin ironiya ki: rindliyə, danəndəliyə dayanıb hər dəfə həyatın şadyanalığını (bayram) eləyir, Muradın mətnlərində var da, başqalarında (hər halda bu cür) olmadı. “Zahida, gəl soyunaq, bir kərə paltarımızı…” – Sabirsayağı bu mövqe, varsa əgər şeirimizin gümüş mənzərələri içrə, bir az romantik nisgil donunda məhz Murad Köhnəqalanın Şair mövqeyində var; zahidlik, yalançı əxlaq müdərrisliyi, sosial sxolastika və s. və s. pərdəli, ibarəli, riya rəngli mənzərələr baş alıb gedən yerdə, bir çox dəfə internet şərhlərində rastladığım kimi, Murad Köhnəqaladan sitatlar həqiqətən yerinə düşür…

Amma Murad Köhnəqala bir Şair kimi çox yazmayıb ki; yaxşı-bütöv-mükəmməl mətnlərinin sayı barmaqla sayılacaq qədərdir, yəni Muradın xüsusən son dövr yaradıcılığında misal gətirəcəyimiz ayrıca şeirlər çox azdır; son üç ildə isə yazıb-yazmayıbmı ümumən, bilmədim şeirlərini haradan tapam. Başqa məsələ ki, Murad Köhnəqala bir Şair mövqeyi-tərzi-üslubuna sahibdir; biz bəzən rahat olsun deyə, Avropadan aldığımız “izm” qəliblərinə yerləşdirməklə işimizi bitmiş hesab edirik; bu baxımdan, bəli, Murad Köhnəqala da bizdə modernizm hüdudlarında, bir az da dağıldığı, post-modern ərazilərdə mövcud hadisədir. Amma Adil Mirseyidin müqayisəsinə qayıtsaq, bax, Murad Köhnəqala Şərq şairidir, sadəcə şeirində rindlik mövqeyini fəlsəfəsinəcən dərinləşdirmək gücündə olmayıb, lirik yaşamlarını əvvəlcə prozaya keçirdi; daha sonra çörəkpulu qismində publisistikaya dəyişdi. İndi bizdə çox şairlərin aqibətidir bu; ara-sıra rastıma çıxır, oxuyuram: Muradın acı ironiyaları publisist yazılarında da gözəldir; amma şadyanalıq yoxdur, olsa-olsa, zəif-çılpaq bir təbəssüm var…

Həmid Herisçi

Söz ki, şeir və Şair mövqeyindən düşdü; yaşca da, savaşca da Həmid Herisçi üzərinə gəlməliyik, məncə. Onu da 1980-cilərin sonundan izləyirəm yazılarımda, bəlkə Muraddan da çox; və təbii, öz qənaətlərimi daha dürüst bilirəm. Elxan Zal Həmid Herisçini “maraqlı adam”, “ən mütaliəli ədəbiyyatçılarımızdan biri”, “geniş poetik nəfəs”ə malik şeirlər müəllifi kimi tanıdır; amma bir az sonra elə bu cəhətlər də H.Herisçinin əleyhinə işləməyə başlayır: “mövzu darlığı” (“polis, fahişə və həbsxana çevrəsi”), “daxili eqoizm onun poetik düşüncələrinin pərvazlanmasına imkan vermir”, “dünya nəhəngləri barədə düşünərək öz qorxusunun içinə çəkilir”. Deyim ki, şair qardaşımızın (E.Z.Qaraxanlının) Şair qardaşını məhz olduğu yerdən qoparmaq: “uydurduğu eqosunu üstələyib”, “ilham pərisini daha geniş üfüqlərə uçurmaq” istəkləri nə qədər qəribə səslənsə də, bütövlükdə “SSRİ” adlı kitabdan (2007) aldığı təəssüratlarında xeyli dəqiq müşahidələr də var: “O özünü postmodernist, ardeqraund  adlandırır, ancaq uydurduğu «eqo»sunun içində çabalayır, xitab etdiyi publikanın peyğəmbəri  kimi çıxış etməyə çalışır…”; daha səlis şərhə cəhd edək…

Həmid Herisçinin ardıcıl ideya və estetik təkamülünü mən yazıçının daim oyaq yaradıcılıq stixiyası ilə bağlayıram (Kultaz-dakı “Mən ekspert olsaydım” yazısına bax); o cümlədən Həmidin şeirləri bu kontekstdədir; Yazılarının birində o özü sənət baxışlarını bu cür təlqin edir: “Ədəbi mətn isə rasionalizmə yox, mistikaya söykənir…” (bax: Kultaz-da, “Ölümün 17 anı”); sənətin bilavasitə şüurun deyil, məhz şüurun işləmədiyi ərazilərin (alt və üstşüurun) yetirməsi olması bəllidir; amma bunu təkcə mistik qatla bağlamaq vacib deyil, bədii idrakın, duyğu-intuisiya-təxəyyül qanadlarının kontakta girdiyi hər növ aləmlər, görünməz dünyalar sənət üçün yaşam predmeti ola, mətnə girə bilər. O başqa məsələ ki, Həmid Herisçinin öz yaradıcılıq stixiyasında mistikaya marağın yeri ümdədir; bunu mən proses yazılarımda dəfələrlə qeydə almışam: habelə onu Qərb simvolizminə bağlayan da lap əzəldən mistikaya aludəçiliyi, gerçəklərin altyapısında aradığı hər növ mistik işarələrdir; fərqi yoxdur, bu gizlinlərin mənbəyi Şərq, ya Qərb biliklərindən gəlir.

Elxan Zalın bir qədər mübaliğəli qabartdığı “peyğəmbərlik” məqamına gəlirik; əgər mistikin missiyası varıb da, faniliklər arxasındakı gizlinlərə qovuşmaqdırsa, fərqli olaraq şair, sənətçi bir ilham-vəcd dəmində həmin qata çatıb da götürə bildiyini mətnə gətirir, oxucuya çatdırır və heç vəch mistikanın yox, məhz mətnin yiyəsi-subyekti olduğunu unutmur. Həmid Herisçi sanki müasir nəzəriyyələrə söykənərək deyəndə ki: “Bədii mətnin hökmü isə həmişə müəllif iradəsindən asılı olmayaraq daha dərin mənalara malikdir…” (“Ölümün 17 anı”), həm onu da unutmamalı ki: bu, mətndə müəllif iradəsizliyi, “hökmsüzlüy”ü demək deyil. Bu yalnız o deməkdir ki: müəllif bir mətn yazır, amma bahəm nə qədər də başqa (gizlin, mistik) qatları ehtiva etdiyinin fərqində olmaya bilər; bax elə bu anda istedadla (ilham-vəcd dəmində) ərsəyə gələn bir Mətn müəllifindən daha çox söz deyə bilir və şeir Şairdən ayrıla bilir. Həmid Herisçinin ilhamla qələmə aldığı gözəl şeirlər var, burda mistik duyum və yaşamlar da yerində-qədərincə olur, son şeirlərindən məsələn, “Herisçi- Ey mənə bənzər insan” kimi; bir çox şeirləri, yazıları da var ki, Həmid özünü burda bir mistik, gizli mənalar yiyəsi (“peyğəmbər”mi?) bilsə də, məhz bu “bilmək” məqamı (“rasio”mu, rasionalizmmi? ) mətnləşməyə əngəl olur, gizlin qatlarla (mistikamı?) kontakt baş tutmur, ya da çox çox zəif olur; bu halda Şair mövqeyi daha çox publisist, esseist mövqeyi ilə əvəz olunur.

Mən o fikirdəyəm ki, Həmid Herisçi şeirinin mistik haləsi də, təsir gücü də Şairin üsyankar ruhuna bağlıdır; elə bu önəmdə də poeziyamızda yerini almış. İdeya mövqeyindən asılı olmayaraq, nə qədər ki bu ehtiras var, diridir, hər an Şairin yeni şeirlərini, publisist ritorikasını, prozaik gəzişmələrini oxumaq şansı da açıqdır; mistik kontaktların qəfildən oxucuya bəxş eləyəcəyi mətnləri də hakəza.

Xanəmir

Simvolizmdən danışdıqsa, sıranı davam etdirməliyik, təbii. Çağdaş şeir siyahılarından çox azları olar ki, Xanəmirin adı keçməsin; bizdə özəl bir şeirə imza atdığına görə. Və buna rəğmən, çox az olar ki: həmin şeir barədə tutarlı bir nəsə yazıla-deyilə; o sıradan mənim də bir neçə dəfə cızdığım azacıq qeydlərə daha nələrisə artırmağa hacət duyuram. 2008-də quşdilixənəmirkülsoyuğu imzası ilə Xanəmir az miqdar oxucular üçün az sayda “qarğa beyni yeyənlərə namə” adlı səciyyəvi bir kitabını buraxdı; “səciyyəvi” ona görə ki, burda 1989 tarixli şeir də var, son –  2003 ünvanlı şeir də; şairin yaradıcılığının aktivliyi də elə bu aralığa düşür. Sonra Xanəmirin gur manifestasiyasının ifadəsi olan dərgi yaradıcılığı (“9 iqlim” və s.), publisist fəaliyyət dövrü gəlirsə də, poeziyasına elə bir təzəlik gəlmir.

Ümumən Xanəmir şeirimizə manifestlə gələnlərin ilklərindən, hələ 1990-cıların əvvəllərində ilkin “-izm” yaratmaq həvəsində olanlardandır (2± cərəyanı); ənənəvi şeirin estetikası və poetikasını dəyişmək ehtirası elə “qarğa beyni yeyənlərə namə” kitabında da ümdə olub, ən müxtəlif  avanqard jestlərdə nümayiş olunur. Burda ən çox diqqəti çəkən: “Bir şeirin yeddi variantı – assosiasiyası” adlı “ikiqatlı yeddi variantlı türkünün ozanlaması”dır. Şeir sanki Xanəmirin ümumən mətn yaradıcılığına – buna qədər də yazdığı Külsoyuğu janrı-silsiləsi-mətnlərinin anatomiyasına varmaqdan ötrü bir açardır: “bu yazını okumağı kabul edənin daxilində min illərin kifləşmiş yazı tör-töküntüsü xərabəliyi kəndxudalıq edir. birdən-birə yeni dünyanın zəhmini görən incəliklərinə aludə olan aldanan min illik mətn kalıklarının sevinci sərhoşluğu məğlubiyyətlə razılaşıb reaksiyasını sürdürəcək…” (orfoqrafiya olduğu kimi saxlanmışdır). Məzmunu, birbaşa lirik yaşamı deyil, şeir estetikasının özünü silaha çevirmək – avanqardda qaydadır; və Qərb modernizminin yüz ili ərzində ən müxtəlif təzahürlərdə çox olmuş; görək Xanəmirdə necədir…

Həm imzasında (quşdilixənəmirkülsoyuğu), həm də bir çox çağırış ruhlu açar-obrazlarla (“ey dili qafil”, “ey əlif-i lamı lam-ı qıfıl”, “ey dili qafil fil fail F”, “eyyy daaadi-bidadd danəndə dəhan dü…”, “ey dinində qafil musurman” və s.) şeirinin sırf simvolistik qatda nəfəs aldığını Şair gizlətmir də; əksinə, “min illik mətn qalıqlarının sevinci”nə şüurlu müdaxiləsini qabardır. Kitaba yazdığı önsözündə “qafiyəpərdaz kilsəşünas” deyə “anti-demokratik”likdə suçladığı ədəbiyyata buna qədərki şeirin ozanlama (“oz-anlama”) azadlığı-sərbəstliyi-texnikası ilə qənşər durmağa çalışır. Eyni bir türkü ruhunu-avazını yeddi variantda və həqiqətən də iki qatda (belə ki, qatlar ayrıca da oxuna bilir, ardıcıllıqla da), hər dəfə ortaçağlardan alınma obraz-rəmz-işarələrlə (mətn qalıqları iləmi?) süsləyib-təzələməklə, əslində saysız-hesabsız törədicilik gücünə malik (“…sən həm də hər 7-nin 7-sini artan silsilə həddiylə düşün…”) özəl “şeir sistemi”nə iddia edir. İddia da avanqardın bir şakəri; amma deyək həmincə: “türkü”, “ozanlama”, “quşdili”, qafiyəni əvəz edən sadə paralelizm anlayış-prinsipləri və ortaçağ fəlsəfi şeir düşüncəsindən gəlmə obraz, rəmz, deyim-sitatcıqlar, qəfil eyham-passajlar, Xanəmirin öz sözləri ilə desək: “bütöv şeyirin iç detallarında bədii energetikanın əhliləşmiş sabitliyi” olmasa-olammasa-oluşammasa əgər, məgər hansısa “ipə-sapa yatmaz metafizik ərköyünlük”dən söhbət gedə bilərmi?

Belə ki, hər hansı avanqard sənət ən çox çıxdığı kontekstə işarədir; Murad Köhnəqalada olduğu kimi, Xanəmir lirikasının ünvanı da ortaçağlardan gəlmədir; amma rind yox, dərviş obrazında: “uzaklara ayaq döyən yol tamahkarı der dərviş…” Yox, bu heç də müasir ülgüdə türklük ruhunu kütləvi hərəkətə gətirən bard-dərviş deyil (məsələn, Barış Mançoda olduğu tək), əksinə Xanəmirdə istər antik (məsələn, Orhun Yenisey əlifbasında “Ulusumun poeziyası” adına sadəcə vizual şeiriyyət tapması; yaxud “Fərman padşahındır dağlar bizimdir…” misrasının bircə “Çöl, çöl, çöl…” sözündən düzülü mətndə avanqard yozum qazanması), istərsə də islami türklük mədəni qatda olan hadisədir; çevrəsini də elə bu hüdudlarda qapsayır, işarələrin oxunduğu düşüncə planından o yana (ruhun intəhasızlığına) varmayıb, estetizmin seyrinə dalır: “Az sonra azərbaycan türkcəsinin magik imkanlarında bir şeyir mətninin açılan çözələnən estetikası sözün mənanın ritmin necə ümumi sistem yaratma reaksiyasının düşüncənin təfəkkür müstəvisində necə kimyəvi tərkib oluşturduğunun şahidi olacaklar” (orfoqrafiya olduğu kimi saxlanmışdır).

Odur ki, ortaq türklüyün qədim və ortaçağ mədəniyyət xəzinəsindən müasir auditoriyalara durmadan enerji ixrac elədiyi 1990-cı illər arxada qaldıqca, bu məxəzə bağlı avanqardizmin yeni işarələr sorağında cəmiyyət həyatına fəal girməsi də gözləniləndi; bu əsnada Xanəmirin etiraz qəbilindən, publisist ruhlu, primitiv natur-səslərə (işarələrə) güvənc mətnlərini (“Kitabi Pişik Dili – Lüğəti”, “Sərçə Dili Lüğəti”, “Dara Diranın Ümummilli Dedikləri”, “kitab-cırcırama dili lüğəti”, “kitabi-quzu dili lüğəti”, “qarğa dili – azərbaycan dili lüğəti”, “Kitabi-Keçi Dili Lüğəti”, “Börünün Ulartısı”) əslində mən uğurlu bilmirəm, burda aşkar bir populizm var; həmin yolla ilahi məğzinə hesabat vermədən ətrafındakı bütün səslərə sosial eybəcərlik donu geyindirə bilərsən. Əvəzində Xanəmirin şərtən “Avqust silsiləsi” adlandırdığım şeirləri var ki: “Avqust istisinin ağısı” (2003), “Kənd” (2002, avqust), “Bir kəndin yayı” (2001, avqust) – real kənd insanları və detallarını sadəcə düzüb-“işarələmək”lə poeziyasını həqiqi sosial jestlərlə bəzəyə bildi (“Xanəmirnamə”, “Qarğa beyni yeyənlərə namə”, “Qarğa dilində Fələyin simfoniyası” şeirlərini də həmin sıraya artırmaq olar); burda milli “kənd şeiri” boyu daşınan patriarxal etnoqrafizm (məsələn, Şəhriyarın “Heydərbaba”sını yada salaq), bayatı nisgili (ta qədimlərdən Ramiz Rövşənin ilk kənd şeirlərinəcən) Qarabağın işğalı faktoruna çırpılaraq, sərt-çılpaq avanqard həllini tapa bilir; işarələnmiş əraziləri qayət işarələməzlər – fəlsəfəsi ilə. Nəsr nümunəsi olsa da,  Xanəmirin Qarabağ mövzusunda “ağğğbaaağğğ” əsərini də (2001) gümüş dövrün (modernin) əsl poetik örnəkləri sırasında anmaq gərəkir.

Etimad Başkeçid

O yerdə ki, Xanəmir qurtarır, Etimad Başkeçid hadisəsi məhz ordan başlanır; türklüyü birbaşa müasir sosial düşüncəyə salmaq və daşımaq təcrübəsini nəzərdə tuturam. Etimadın dərvişanəliyində Murad Köhnəqala şeirindən də, Xanəmirdən də fərqli bir cəhət qabarıqdır; sanki bu, kitabdan gəlmir, qədim-ortaçağ türklüyü elə bil hardasa kənd-kəsəkdə, içdə-kənarda, uzaq toxunulmazlıqda saflığını qoruya-saxlaya, gəlib çağın modern həyatına dəyir-toxunur, öz prozaik şeirini boylamağa-söyləməyə başlayır. “Sanki” dedim, çün obraz-ifadə planında Etimad Başkeçid şeirinin nə qədər baqajlı, bişkin olduğunu görmək çətin deyil: burda Yunis İmrə də var, ortaçağ türk şeirimizin deyim estetikası və aşıq şeirində altdan-altdan günümüzəcən daşınan üslub-janr təcrübəsi də, yeri gəldimi Koroğlu nəğmələrinin qəfil çağırış ruhu-ədası da; məsələ burasındadır ki, həmin arsenalın ifadəsi-işlədilməsində şairin hansısa əlavə konseptuallığa, deyək: şeirmizin son maarifçilik qatının yükündən qurtulmasına hacəti yox. Bu mənada Etimad Başkeçid şeiri birbaşa eldən-həyatdan, milli şeirin növbəti dəfə zəminə oturmasından gəldi; çağdaş insanın xam-təcrübəsiz yaşamında ortaçağların qos-qocaman fanilik fəlsəfəsini tapıb-sınayıb da mətnləşdirməyə girişdi…

Bu şeirin stajı nə qədərdir – demək çətin; E.Z.Qaraxanlı da siyahıya götürməklə kifayətlənib, bu barədə bir söz demir; fakt budur ki, 1990-cı illərin sonu, yeni əsrin əvvəllərindən mətbuata səpəli şeirlərini Etimad Başkeçid bir kitaba yığıb 2006-da çap etdirdi: “Broy ənd panoptikum”; gərəyincə epataj səciyyəli ad, müəllifin əksini iddia eləməsinə rəğmən, kitabın populyarlaşmasında bu ad xeyli rol oynadı. Əslində, burdakı şeirlər həqiqətən də avanqarddan uzaqdı; sadəcə şair postmodern dövrünün maraqlarını düzgün qiymətləndirə bilmişdi: müasirlik içində gəzişən qədimlik ruhuna (“broy”), öz izahıyla desək, “açıq səma altında muzey”ə yığıb (“panoptikum”), diqqət çəkə bilmişdi. Şeirlər xiridarlardan da yan ötmədi; “Yuğ”un yaradıcısı məşhur Vaqif İbrahimoğlu teatr çalışmalarında daim keşiyində durduğu qədim türklük ruhunu şeirlərdən oxudu, məşhur tənqidçi Rüstəm Kamal şeirlərdə etnik türklüyün kültür-kanonlarını aşkarladı; məşhur “Füyuzat” tədqiqatçısı Şamil Körpülü şeirlərdə XX əsrin əvvəlləri türklüyünün əks-sədasını gördü; daha bir yazı Xanəmir yazdı: “İnzivaya çəkilmiş yurdun türküsü”; və sanki nəzəri olaraq axtardığı şeirin təcrübi nümunələrini görüb-alqışladı. Doğrudur, əks-məqamlar da vardı; reaksiyalardan bir qismini “Tənqid.net” jurnalının 3-cü sayında qabardırkən, çağdaş şeir iddialılarından bəziləri təəccüblənmişdi: doğrudan da mı müasir şeirin fəlsəfəsinə örnəkdir bu? Hərçənd “Broy ənd panoptikum”dan sonra Etimad Başkeçidi həm lirik obraz-ovqatdan çox, prozaik-nasir mövqeyində görürük…

Salam

Gələk Salama; E.Z.Qaraxanlı Salam haqqında demək olar ki, təzə bir söz demir; amma dediklərinin, demək olar ki, təkrar olduğunu da demir… Amma təbii ki, qurduğu siyahı naminə bunu şair qardaşımıza (E.Z.Qaraxanlıya) bağışlayacağız; deyir ki: “Salam öz şeirləri ilə poeziyaya yeni deyim tərzi və yeni məzmun gətirdi…”; bunun məhz nədən ibarət olduğunu demir, çün deyilmişdir: Salam haqqında yazısında Cavanşir Yusifli və iki yazımda mən, məsələn, bu barədə daha tutarlı danışmışıq (bax: Tənqid.net, № 4). Deyir ki: “…Salam öz yeniliklərini heca şeirinin imkanları daxilində etdi…”; C.Yusifli habelə Salamın hecaya əruzu gətirdiyini, Salam haqqında ikinci yazımda mən üstəlik Salam şeirinin qəzəl strukturu üzərində durduğunu təsbit etməyə çalışırıq. E.Z.Qaraxanlı Salamın az bir vaxtda “öz ardıcılları, öz məktəbi”ni yaratdığını qeyd edir; “məktəb” böyük sözdür, amma Salam üslubunun poeziyada təqlidi barədə çox danışılmışdır; ilkinliyə iddia eləmirəm, amma təqlidçiliyin fənaları barədə və əslində “Salam üslubu”nun, E.Z.Qaraxanlının təqdirinə rəğmən, təkcə adını çəkdiyi imzaları (Böyükxan Pərviz, Əlizadə Nuri, Rəsmiyyə Sabir) deyil, 1990-cı illərdə şeirə gələn əksər gəncləri öz içlərindən elədiyi barədə poetik gəncliyə dair məqaləmdə mən hələ on il öncə söz açmışam (bax: “Sıfır variantının fəsadları”, “Ədəbiyyat qəzeti”, 2 fevral 2001).

Belə ki, məlumları bir kənara qoyub, gələk məqaləmizin predmeti sarıdan vacib məqamlara, gümüş mənzərələrə… Salam şeirimizdə həqiqətən fiqurdur; şair qardaşımızın (E.Z.Qaraxanlının) metaforasına önəm verək: “…meteor kimi gəlib, ədəbi üfüqdə parladı, poeziya səmasına öz ildırım imzasını qoydu…”; oxucuya zəhmət olarsa da: “Tənqid.net” jurnalının 4-cü sayında “Analiz yazıları”mda Salam haqqındakı adı çəkilən hər iki məqaləmi yerləşdirmişəm; orda mən hakəza Salamın min illik bir poetik təcrübənin bugünü olaraq, necə bir ağır buludlar içindən çaxıb-göründüyünü də diqqətə almağa çalışmışam. E.Z.Qaraxanlıdan daha iki qeydlə polemikada Salamın poeziyamızda tutduğu yeri dürüstləşdirməyə cəhd edək; şair qardaşımız (E.Z.Qaraxanlı) Salamı Artur Rembo ilə müqayisə edir: parlayıb da “öz içindəki kainatının dərinliklərinə çəkildi”yinə görə; və sonda “Salamın yenidən ədəbi üfüqlərimizdə parlayacağı günü”n intizarını qabardır. Tipoloji müqayisə, ən nəhayət Salam şeirinin dekadansın doğurduğu simvolistik qatda nəfəs alması ştrixi yerindədir (hərçənd bu barədə Əsəd Cahangirin də qəzetlərdə getmiş sicilləməsi var); Artur Rembo məhz bu ərazinin yetirməsidir və ədəbi bioqrafisi onun mədəniyyət üfüqlərində az qala bir təbiət hadisəsi kimi parlayıb, bir daha bura dönmədiyini xəbər verir. Salamın birincilərdən sonra (1996, 1999, 2001), şükür allaha, 2006-da daha bir kitabı çıxdı: “Şir bürcü, At ili, İt günü”; esseləri, publisist yazıları mətbuatda ardıcıl görünür; mədəni mühitdə vacib fəaliyyəti hər zaman ciddi ədib mövqeyi nümayiş etdirməsindən də bəlli; yəni doğrudanmı intizarlıq nəsə var?; deməzdim.

E.Z.Qaraxanlı yazır: “Onun ilkin yaradıcılığında Vaqif Səmədoğlunun və Ramiz Rövşənin təsiri hiss olunsa da…”; V.Səmədoğlu ilə hansı paraleldən söhbət gedir, buna gərək dəlil gətirəsən, məsələn, Ramiz Rövşəndən nə qədər gəlib-gəlmədiyi barədə mən həmən o birinci yazımda uzun-uzadı sicilləmə yapmış və adını da qoymuşam: “Salam və Ramiz Rövşən” (əksinə yox-ha!). Amma şair qardaşımızın (E.Z.Qaraxanlının) ən çox yanlışı bu “ilkin yaradıcılıq” məsələsindədir; Salam şeirində ilkin-sonra məqamı yoxdur ki; qəzəldə olduğu tək: zamanın möhnəti burda lirik yaşamın, mündəricənin çəkisindən bilinir (daha geniş bax: Tənqid.net, № 4, “Salam Sarvan oldumu?”); Salam şeiri bütöv doğulur… O başqa məsələ ki, ümumən Ramiz Rövşən şeirindən doğur; və təkcə o yox, “Azərbaycan şeirinə rezüme” adlı yazımda mən bu siyahını daha geniş götürürəm: Salam, Xanəmir, Qulu Ağsəs, Rövşəni… Təbii ki, izahlarımla: “Bu və ya digər qədər dekadans ruhu, çöküş fəlsəfəsi adı çəkilən gənc şairlərin hər birində var, həm də bu dəfə insan ağrısı, əzabı, etirazından çox (R.Rövşəndə məhz budur – T.Ə.), ağrının, əzabın həzzi, oyunu, poetik eyforiyası kimi təzahür edir…” (Tənqid.net, № 3)

Burda daha bir cəhətə diqqət çəkəsiyəm; adətən bu və ya digər siyahılarda adı hallanan şairlər gəldikləri poetik ünvanı nişan verəndə etirazla qarşılayır, hətta bəzən daha aqressiv mövqe tuturlar; o sıradan Ramiz Rövşən şeiri də bu mənada son illər ən çox zərbə dəyən ünvanlardandır. Halbuki söhbət gümüş mənzərələrdən gedirsə, modernizmdə -“izm” bolluğu və əvəzlənmələrinin zəminində elə bu mexanizm durur; yüz il öncə rus şeirinin gümüş dövründə A.Blok, V.Bryusov, A.Belıy kimi “mladosimvolistlər” məhz qoca simvolistlərə (Merejkovski, Soloqub, Gippiuslar) dərin poetik etirazdan (özlərinə) çıxmışdılar; N.Qumilyov, S.Qorodetski, A.Axmatova kimi gənclər isə simvolizmə aqressivcəsinə acı istehzalar edib, öz platformalarını yaratmışdılar. Bənzərlik varmı?; gümüş mənzərələrin ən çox məhz özlərinə yaxın V.Səmədoğlu, R.Rövşən, V.Bayatlıya amansızacasına həmlə və istehzalardan (H.Herisçidən, M.Köhnəqaladan, Xanəmirə, Aqşinəcən) düzüm tapdığının şahidi olmuruqmu?!.

Qulu Ağsəs

E.Z.Qaraxanlının poetik siyahısında Qulu Ağsəsin adı başdan gəlirsə də, barəsində bircə kəlmə deyilmir; əksinə, proses yazılarımda az ştrixlərlə də olsa, şairin müəyyən obrazını cızmağa çalışmışam; o sıradan adını çəkdiyim yazıda Qulu Ağsəsi R.Rövşən şeiri dairəsində alır, “məişət sferasında gəzişən, fəlsəfəsini birbaşa utilitarlıqdan yapmağa çalışan oyunbaz-praqmatik qəhrəmanı”na diqqət cəlb edirəm. Yenə müqayisə ilə desək, Murad Köhnəqalanın rind-danəndə obrazına qənşər Qulu Ağsəsdə yüngül-ağırlığına baxmadan hər yerdə çılpaq həqiqətlərlə oynayan təlxək fiqurunu görürük; o, heç də dərddən, şadlıqdan, yaşamdan, hətta oynamağı gəlir deyə oynamır, yəni hissiyyatdan gəlmir; Qulu Ağsəs şeiri mühakiməvidir: oynayır ki, gerçəyə-həqiqətə barmaq tuşlasın və hökmünü (yozumunu) versin…

Qulu Ağsəs şeirimizdə elə də bir poetik ərazi tutmur; təkcə stajca yox, Salam kimi o da mətbuata 1990-cı illərin əvvəllərində çıxmış, bütün “bala-simvolistlər” kimi (“mladosimvolist” sözünə qənşər işlədirəm), mahiyyətcə bircə kitab ortaya qoymuşdur: “Hər yer sənsən”; ehtiva etdiyi həqiqətin tutumuna görə. Adı sadalanan şairlərin hər birindən fərqli, Qulu Ağsəs imzası çək-çevirə, mübahisələrə ürcah olmadan, bir dəfə deyilmiş Söz kimi, sakitcə gəlib ədəbi cameədə yerini tutmuş, vəssalam. Rüstəm Kamalın şair haqqında çox dürüst bir yazısı var: “Qulu Ağsəs: ömrün miqyasını anlamaq cəhdi” (“Ulduz”da, gərək ki, 2006-cı il saylarında çıxmış), inanmıram ki, Qulu Ağsəs barədə bir məqaləlik bu təfsirlərdən ziyadə daha da nəsə demək ola.

Rasim Qaraca

E.Z.Qaraxanlının poetik siyahısından daha üç nəfər haqqında, staj müxtəlifliyinə baxmayaraq, sonda söz açmağımızın vəchi var: Rasim Qaraca, Zahir Əzəmət, Səlim Babullaoğlu; bu adlar çağdaş ədəbi gedişatda həm də kültür-mission daşıyıcılarıdır. Mən Rasim Qaracadan başlayacam; 1980-lərin sonu, 1990-ların əvvəli ilk avanqard yaratmaq ehtirasında bulunanlardan biri də odur (“Baca” qrupunu xatırlasaq); şair olmazdan öncə Rasim Qaraca maarifçidir, Qərb mədəniyyəti təbliğatçısıdır, ədəbiyyatda intəhasız azadlıq tərəfdarıdır, demokratiya və sosial ədalət prinsiplərinin ədəbi ekvivalentini aramaqla, ən nəhayət, bütün bunların təcəssümü olan 15 sayda “Alatoran” jurnalını (2004-2010) ərsəyə gətirmişdir. 2001-dən ardıcıl olaraq, mən bu barədə yazıram; bütün bunların Rasim Qaracanın öz şairlyindən daha çox, özgələrə təsiri var…

Şair qardaşımız (E.Z.Qaraxanlı) adını çəkib də, Rasim Qaracadan da kəlmə kəsməyib; bu çətinliyi də öhdəmizə buraxır. Məsələ burasındadır ki, R.Qaracanın mətnlərinin içindən bütöv-ardıcıl bir poetik fiqur boylanmır; amma hər dəfə səliqəli şəkildə mətnin konseptuallığına diqqət çəkən estetik bir hərəkətin olduğunu hiss edirsən; elə bil hər dəfə şair: şeir belə olmalı, bunu deməlidir amacı ilə görünür; adətən şüurlu imitasion yaradıcılıqda belədir – şeirin predmeti bilavasitə şeirquruculuğudur, kültür-mission dediyim budur. Yeni əsrin başlanğıcında Rasim Qaraca İradə Dəstərxanlı adlı avanqard jestli bir qadın obrazı gətirdi şeirlərinə; ardınca uğurlu-uğursuz bugünəcən də bir “qadın poeziyası” bumu yaşanmada şerimizdə; emansipəyə uğramış zərif cins aşıtmayınca sanki bu obrazdan əl götürmək fikrində deyil…

2002-də Rasim Qaracanın “Ölüm haqqında günəş” adlı ilk kitabı işıq üzü gördü; hər bölməsi ayrı bir estetik təcrübəyə söykənən toplunun yığcam şərhini “Azərbaycan şeirinə rezüme” yazısında verməyə çalışmışam. “Əşyalar” silsiləsinin R.Qaracadan sonra elə bir davamı olmadı, eləcə də şairin öz yaradıcılığında; mənasızlığın estetikasında israr edən “Anlamsız şeirlər” də ötəri olub, bəlkə bir Babi Bədəlofun vizual şeirlərində yeni effektlər daşımada; “Birlər” rakursu ən müxtəlif yönlü şairlərdə “minimal şeirlər”ə müəyyən maraq qazandırdı; “Erotik” şeirlər isə o qədər ayaq açıb-yeridi ki, bəlkə ən uğursuz variantları indi məhz R.Qaracada qalır… Bugün yenə də “Alatoran”ın hər sayının hər növ inqilabi araçılığa meydan açdığına şahidık; amma estetik anarxiyayacan varan şeir proseslərinin fonunda indi nəinki R.Qaracanın kültür-dəyişdirici şair missiyasını görmək çətinləşmiş, üstəlik bu obrazın özü də xeyli qədər arxaik görünür…

Zahir Əzəmət

Şeirdə kültür-mission obrazını ilk olaraq mən Zahir Əzəmətin poeziyasına nəzərən qabartmışam (“2000-cilər və kültür-mission” yazısında; noyabr, 2004); şeirimizin avtoritarlıqdan demokrasiyə gedən yollarda plüralistik imkanlarını ilk vurğulayanlardan biri, rasional-şüurlu yeni estetika axtarışlarında müstəvi şeirlərindən fəza-məkan ölçülərinə çağıran və bunun müəyyən nümunələrini verən şairin kənddən şəhərə, idilliyadan demoqrafiyaya, periferiyadan sivilizasiyaya, lokalizədən qlobalizəyə sərhədlər yoxmuş kimi bir anda uğrayan-uğraşan kültür-qəhrəmanını bütöv bir model-layihənin daşıyıcısı kimi təqdim-şərh eləmişəm (bax: Tənqid.net, № 1). Bu, sərhəd fiqurudur; gümüş dövrün XX əsrə (bizdə XXI əsrə) keçidini işarələyir; Zahir Əzəmətin poetik missiyası da (1990-cı illərin sonu, 2000-lərin əvvəlindən, “Nəfəs”dən hesablasaq) məhz bu əraziyə düşür. Mən hadisəyə bir növ kənardan: başlanğıcı, addımları, hasili görükən poetik bir tam kimi baxırdım; və yanıldığımı zənn eləmirəm: haman kültür biçimli qəhrəman indi hardadır, – son illər Zahir Əzəmətin şeirlərindən soraq yox; mən onu “sərhədsiz boşluqlar”a endikcə, “poetik fəzasını da itirən” görürdüm. Əvəzində sanki həmincə kültür-layihənin parlaq əyaniliyi olan “Kultaz” internet portalı qarşımızdadır; plüralistik əlvanlığı ilə.

2006-da Zahir Əzəmətin “Divar yazıları” adlı kitabı çıxdı; adın (rus internet-saytlarından) götürülmə olması barədə forumlarda söz-söhbət oldusa da, məsələ bunda deyil; həyatın dibindəkilər də, divar yazıları da sivilizasiyanın yeridiyi hər yerdə var. Zahir Əzəmət kitabını məhz qəhrəmanının gəlib-gəlib sürükləndiyi heçliklərdən qurmuşdu; nə olsun ki, lirik-nisgilli-duyumsal mənzərələrin bir çoxu “divar yazıları”na gəlmirdi, bu dəfə altlardan yuxarı baxanda Zahirin sərt soyuq vampiri olmamış kimi bütöv bir mədəniyyəti çeynəyib-özününkü edə bilirdi. Həmindisə də mən bu qəhrəmanı tanımadım, daha doğrusu, Aydın Talıbzadə bir yazısında içdən nəzər salmışdı Zahirin poetik dünyasına: “Divar yazıları və ya Kirlikir üçün Delete” (Tənqid.net, № 4); yazını oxuyub da (bu dəfə) onu dürüst tanıdım; Zahir Əzəmət aralıq dövrünün (sivilizasiyalar qalığı) insanını lirik-poetik “mən”ində gözəl kəşf eləmişdi.

E.Z.Qaraxanlının poetik qeydlərində habelə Zahir Əzəmətə xeyli yer ayrılmış, amma desəm ki, yuxarıdakılardan fərqli cüzi nəsə yox, şair qardaşımız (E.Z.Qaraxanlı) inciməsin. O şeyləri ki, mən qabartmışam, E.Z.Qaraxanlı bunun adını qoyur “sistemlilik”, “rəngarənglik”, “ustalıq”: “Zahirin şeirləri daha sistemlidir…”;  “…Onun obrazlar sistemi də daha rəngarəngdir. Şeirləri daha cilalıdır…”; “Zahir yazdıqlarının hamısını ustalıqla yazır, mətnə daha məsuliyyətlə yanaşır…” Və bunun fonunda başlayır ümumən sənətin, şeirin, bədii əsərin sistemliyi, kamilliyi, qeyri-adi biçiminin məziyyət olması barədə aksiomatik sənət baxışlarının şərhinə, ki: “Bu baxımdan Zahir kifayət qədər formalaşmış şairdir və ədəbiyyatda nə istədiyini yaxşı bilir…” O şeyləri ki, məqalənin predmetinə müvafiq E.Z.Qaraxanlı M.Köhnəqala, H.Herisçi və Zahir Əzəmət arasındakı paralellərdə izləyir, bəs: “…bu şairlərin  hər üçünü birləşdirən bir ana xətt var- qara rəng. Onların lirik qəhrəmanları həyatın dibində yaşayanlardır, zirzəmi əhlidir…”; “…Həmid və Zahir üfunətdə yaşayanların tərənnümçüsü kimi çıxış edirlər… Onun qəhrəmanı inqilabçı da ola bilər, meyid yeyən manyak da, dilənçi də ola bilər, fahişə də…” – bu məqamların dəyərləndirilməsini daha əvvəl və daha korrekt Aydın Talıbzadədə tapmaq olar… Amma şair qardaşımıza da (E.Z.Qaraxanlıya) önəm verək (o özü tənqid yazılarına önəm verməsə belə), gəldiyi qənaətlər qənaətbəxşdir: “Onun (Z.Əzəmətin – T.Ə.) Murad və Həmid kimi daha çox özündə qara rəng ehtiva edən mövzu spektri isə, yəqin ki, dünyanın astanasında dayandığı postindustrial zamanda, marginalların və marginal düşüncənin get-gedə daha böyük miqyaslar fəth etməsidir”; hərçənd mən bunu bir qədər öncə bir qədər öncəyə yozdum…

Səlim Babullaoğlu…

E.Z.Qaraxanlı  Səlim Babullaoğlunu  “mövzu  baxımından və şeirlərin miqyaslılığına görə” sadaladığı şairlərdən məxsusi fərqləndirir: “Onun şeirləri daha işıqlıdır, daha panoramlıdır. Həyata, poeziyaya daha soyuq ağılla baxır. Səlimin tərənnüm obyekti beşmərtəbənin zirzəmisi də ola bilər, özü də, altıncı mərtəbəsi də. O yazılarında Azərbaycan prizmasından bütün dünyaya baxmağa çalışır, mədəniyyətlər arasındakı qlobal yaxınlaşmanı bir şeirin sərhədlərində ifadə etməyə çalışır. Oden, Çeslav Miloş, İosif Brodski, Mişel Uelbek, Ritsos, Kortasar, Orxan Vəli kimi miqyaslı şairləri ilk dəfə Azərbaycan dilinə çevirmiş Səlim, öz yaradıcılığında da eyni miqyasdan çıxış etməyə çalışır.    ..”  Sitatı belə əhatəli verməkdə niyyətim həm də odur ki, məqaləsinin başqa bir yerində E.Z.Qaraxanlı ədəbi tənqidimizin keyfiyyətindən şikayətlənib, layiq olduğu halda “bugün yazılmış bir çox şeirləri” “dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə müqayisə” edə bilməməkdə qınayır. Görünür, elə buradaca şair qardaşımız (E.Z.Qaraxanlı) kəsiri aradan qaldırmağa ilk qərar verir…

Bugün Səlim Babullaoğlunun kültür-mission obrazı danılmazdır, ələxüsus rus dilinin “mədəniləşdirici rolu”ndan ayrı düşmüş müasir oxucu auditoriyası üçün. Bir çox başqaları kimi, mən də yazılarımda bu maarifçi məqamı vurğulamışam. Gözəl şairləri çevirən çevirmənlərin öz dillərində də daha gözəl yazmağa başlamaları da təzə bir şey deyil, ədəbiyyatlararası mədəniyyət sferasının faktıdır; məziyyətləri də göz qabağında: bir dildə olan poetik formalar, janr-üslub, ifadə təcrübəsi başqa dilə körpü-lağım ata, burda rüşeym-rişə verə bilir; S.Babullaoğlunun kültür-qəhrəmanının şeir dilimizi zənginləşdirmə perspektivləri barədə “Azərbaycan şeirinə rezüme” məqaləsində yazmışam (Tənqid.net, № 3). Amma bu qədər, heç də artıq yox; mənim bildiyim qədər: ömrünü məxsusi tərcüməyə həsr edənlərin xidməti qarşısında daim baş əymiş, amma bunun müqabilində mütərcimin öz fərdi şair “mən”inin labüdən kölgədə qalması, hətta itməsi faktına da həmişə təəssüflənmişlər. Bizdə hər şey tərsinədir desəm, tərs anlaşılmasın; “kölgələr”dən miqyaslar yapmaq iştahı o yerdə olur ki, İşığa gözgörəti hacət var…

Ədəbi tənqidin keyfiyyəti barədə şair qardaşımızla (E.Z.Qaraxanlı ilə) razılaşıb, dünya poeziyasına bələdliyimlə heç öyünməyəcəm; əlimin altında “525 kitab” seriyasından Səlim Babullaoğlunun tərcüməsində İosif Brodskinin şeirləri var. Bir daha baş əyirəm, gözəldir, inanırsan ki, poeziya – içində olduğumuz həyatın möhnətini dadaraqdan-dalaraqdan qaldırmaq, ehtizaz duyub yüngülləşmək üçündür; o səni qəti yükləmir, özü yüklüdür; ki, sən də oraya (poeziyaya) yüklənib rahatlaşasan… Brodskinin hər obrazı, deyimi, misraları, lövhəsi altından ictimai bioqrafi görünür; və məhz onunla fərdidir ki, əbədi yükləri daşıyır… Bu (və digər) texnika ilə yazmaq olar, gətirdiyi işığın kölgəsinə də əhsən deyə bilərik, amma hər bir poetik fərd yalnız öz ictimai yükünün (bioqrafisinin) altına girir; əslində, E.Z.Qaraxanlı şeirini (kültür-missionunu) bəyəndiyi Səlim Babullaoğludan tutarlı nəsə deyə bilmir: “işıq”, “panoram”, poeziyaya açıq nəzərlə baxmaq (“soyuq ağıl”), alt-üst mərtəbələr, “Azərbaycan prizması”… – az-çox Azərbaycan şeirindən (şairindən) istədiklərimiz deyilmi; belə çıxmırmı ki: sadalananlardan heç kəs yox, məhz Səlim Babullaoğlu plankanı aşa bilir…

Şair qardaşımızın (E.Z.Qaraxanlının) misal gətirdiyi «9-cu hissə», «Avqustda», «İlyas Köçmənin şeir dəftəri»  silsilələrində Səlim Babullaoğlu heç də hələ “geniş poetik nəfəsə malik bir şair” təsiri bağışlamır, əksinə, burda poetik yaşam varsa-varsa, məhz darlıqdan (öz fərdindən) genişliyə (ictimailiyə) can atan lirik başlanğıcın çırpıntılarında duyulur. Səlim Babullaoğlu hər şeydən (alt-üst mərtəbələr) yaza bilir yox, məhz yazır; o, hər yerdə işıq duyub-kəşf eləmir yox, sadəcə işıqlı bir insandır, nə görür-düşünür, fikrinə-həyatına nə gəlirsə, başqaları üçün də maraqlı bilib misralara çevirmək (texnikası) qayğısına qalır; kiminçünsə bu bəlkə də “işıq”, kiminçünsə yük-əsəb-qəzəb deməkdirsə, artıq başqa məsələ, oxucu (auditoriya) problemidir bu… Dürüst olmaq naminə, köhnə təəssüratları (ki, Səlim Babullaoğlu məhz tərcüməçi-şairdir; və tərcümə elədikləri yanında haqlı olaraq öz poetik “mən”ini kölgədə saxlamağa üstünlük verir) bir kənara qoyub, ən son – 17 iyul 2009 tarixində Kultaz portalına yerləşdirdiyi şeirlərinə bir də baxdım; bu, işıqlı bir insanın, şair-tərcüməçinin istəyib də qeydə aldığı şeir gündəlikləri, poetik etüdlərdir; kültür-mənasından faydalanaq da, bəlkə miqyaslar yapmağa tələsməyək…

Elxan Zal Qaraxanlı

Gərək ki, E.Z.Qaraxanlının cızdığı poetik siyahını bitirdik; onun kimi, mən də Aqşin şeirinin analizindən yan keçəcəyəm; amma göstərdiyi (“Buraya Aqşinin də adını qeyd etmək olardı. Aqşinin şeirlərində müəyyən maraqlı misralar olsa da, mən belə hesab edirəm ki, onlar tam halda hələ kamil deyil…”) yox, başqa səbəbdən. Haqqında iki yazımın olması bir yana (Tənqid.net, № 1, № 2), zənnimcə, Aqşin şeiri çox hissəsində tamam başqa (“post-”) ərazilərin yetirməsidir; və ayrı bir söhbətin predmetidir…

Bəs Elxan Zalın özü necə; şair qardaşımızın təsvirinə girişdiyi gümüş mənzərələr özünün obrazı olmadan yarımçıq görünmürmü? Cavabı uzaqda axtarmaq lazım gəlmədi, ötən ilin yayında (iyul-avqust, 2009) “525-ci qəzet”də mötəbər imza sahibi Elçinin “Azərbaycan ədəbi prosesində nə baş verir” məqaləsində adının keçməsi, habelə Əsəd Cahangirin buna qənşər yazdığı “On üçüncü gecə, yaxud hər nə istəsəniz” məqaləsində (avqust-sentyabr, 2009) Elxan Zalın poeziyamızdakı yerinə dair qeydləri məqama xeyli işıq saldı. Deyim ki, bir qədər qəzəb tonunu (nədən?), habelə şairin şeirdəki obrazından adlayıb, həyat mövqeyini qınağa çəkmək notlarını kənara qoysaq; başlıcası, Əsəd Cahangir Elxan Zal şeirinin gedonistik (“ən yaxşı epikürçü “kayf” düşüncəsi”) məxrəcini düzgün təyin edirdi; doğrudur, Elçinlə polemikada: “Amma Tanrıya münasibətin təkcə əzab yox, həm də ləzzət, nəşə üstündə köklənməsi sonralar Elxanı bir gör haralara gətirib çıxardı?!” – deyə, vaxtilə “dəmir təpikli atların ritmində” (Ə.Cahangir) bəyəndiyi şeirin mahiyyətcə aşındığı qənaətinə gəlirsə də, bu məsələ bir qədər izah istəyir.

Ötən əsrin sonu, yeni əsrin başlanğıcında, birinci deyildisə də, Elxan Zalın qəfil bir ibtidai çılpaqlıqla – istər forma və ritmcə (türkü), istərsə də mündəricədə türklük ruhunu diriltməyə cəhdi çoxlarının diqqətini çəkdi (N.Cəfərov, A.Əmrahoğlu, R.Qaraca…); o sıradan “Azərbaycan şeirinə rezüme”də şairin adı “Müasir şeirimizdə 1300 il əvvəlin “Kitabi-Dədəm Qorqud” qədimliyindən ortaçağacan bəhrələnən modernistik şeir təcrübəsi” içrə anılır (Tənqid.net, № 3). Amma çox keçmir ki, Elxan Zal həmin arxaizmi “Torqovı peyzajları”na, “gəzintisi səpsərin izdihamlı bulvar” təfərrüatlarına, Polşa küçələri və gecələrinin sayrışmalarına… tərk edir; mahiyyətcə nə dəyişir: həmincə ibtidai mifoloji və erotik düşüncəyə bələnmiş şair ruhu bu dəfə günün mənzərələri içrə toxdaq-aram (“kayf”mı?) arayıb-tapmaq istəyir… Həyata gedonistik münasibətin erotik rəmzilikdə (ya rəmzi erotikada) ifadə tapması təcrübəsi (xəyyamanə olsun, ya epikürçü) təzə deyil; gümüş dövrün (modernizmin) praktikasında da genişdir (ruslar bunu geniş də tədqiq etmişlər); bir türk kişisinin ruhunda varsa və bir şair də bunu bugün təcəssüm-tərənnüm-işarə-obraz və həzzə çevirə bilərsə, niyə də olmasın?

Məsələ də bundadır; Elxan Zalın son əsərlərində, habelə  “Polonez” poemasında guya erotizmin sərhədlərini itirərək pornoqrafiyaya varması (Ə.Cahangirə görə) fikri ilə razılaşmıram; əslində poemada oxucunu çəkən, aldadan, şirnikləndirən (bəli: “Vaqif Səmədoğlunun dediyi kimi, “çox gözəl (!), çox professional (!!), çox canlı (!!!), çox səmimi (!!!)”) şairin ən natural səhnələri də ustalıqla çatdırmasıdır; amma əsərdə bu səhnələrin nədəni, alt-məntiqi, motivlənməsi heç cür bəlli olmur. Ümumən, Elxan Zalın son mətnlərində erotizmin statusu (rəmzi, fəlsəfəsi, altyapısı) aydın deyil; “kayf” tutmaq naminə poeziya olmur… Ya eləcə özgə həzzlər kimi, erotizm də şeirin birbaşa predmeti, təcəssüm-tərənnüm-vəsf obyekti, həyat fəlsəfəsinin təzahürü olur (məsələn, Vaqif şeirində olduğu kimi); ya da arxasında duran mənanın (rəmziliyin, işarənin) bədəlini verməlisən. Elxan Zalın lirik qəhrəmanı qalıb aralıqda; şeirin strukturuna görə o (vəsf, tərənnüm yox), düşüncə, mühakimə daşıyıcısıdır; Səlim Babullaoğlu həmkarının yazı tərzini Oljas Süleymenov üslubuna oxşatmaqda haqlıdır (bax: S.Babullaoğlu, Elxan Zal, “On”, seirlər və bəyanat, 2008); di gəl Oljasın dünyanı dolaşan türk kişisinə və daşıdığı türk ruhunun müasir düşüncə-duyum-məntiq, hətta publisistikasına baxın – mütləq nəsini-nədənini aydın görəcəksiz… Müasir mündəricəyə gəldikdə, mən bir şairin bədəlini (bəs nə demək istəyir) tapammayıb çaşıram Elxan Zal şeirində, əvəzində S.Babullaoğlu dörd dünyamiqyaslı şairin (Fazil Hüsnü Dağlarca, Oden, Mişel Uelbek, Osip Mandelştam) mövzu-spektr-ovqat-motivasiyasını görür şair həmkarının mətnlərində; həmin şeirin kültür-imitasion səciyyəsinə işarə deyilmi bu; bəs Azərbaycan türkünün müasirlik ruhunu harda arayaq?

Qəşəm Nəcəfzadə

Daha iki şairin gümüş opuslarına nəzər salmaqla, çox geniş mövzunun (bu nöqtədə E.Z.Qaraxanlı ilə razılaşıram), yığcam konspektini bitmiş hesab edəcəm; Qəşəm Nəcəfzadə, bir də Əjdər Ol. Elə bilirdim E.Z.Qaraxanlının poetik siyahısına düşməyən bu adların gümüş dövrdə yerini “bərpa eləmək” xidməti mənim ünvanıma yazılacaq; amma bu qeydləri qələmə aldığım müddətdə, Kultaz-da şair qardaşımızın (E.Z.Qaraxanlının) daha bir yazısının peyda olduğunu gördüm: “Azərbaycan ədəbiyyatı qısırlaşıbmı?”; təzə zənn eləyərək, vaxt tapıb baxdım; demə, əsasən köhnə yazının təzədən xatırlanmasından ibarətmiş; amma nə olmuşdusa, poetik siyahılarını müəllif bir qədər təkmilləşdirmişdi; o sıradan əsas siyahıdan bu dəfə Qəşəm Nəcəfzadənin də adı keçirdi; Əjdər Ol yenə də yoxdu… Hər iki şair estetik qayə və poetika baxımından realist istiqamətə mənsubdur; bu ki, modernist epoxanın yadlığı, biganəliyi, laqeyd münasibəti gözləniləndi də…

Modernizm – realist və romantik şeirin iflasa uğradığı ərazilərin yetirməsi; amma hər ədəbiyyatın öz təcrübəsi, bugün Qəşəm Nəcəfzadə məhz modern dövründə “Pərvanə” ədəbi məclisində günün poeziyasına xidmət etməsi barəsində fəxrlə danışırsa, yeri var; hərçənd bugünün-əsrin, təzə imzaların söhbəti bir ayrı. Həmincə modernizmin açıq təəssübkeşi kimi, etiraf edim ki, uzun illər Qəşəm Nəcəfzadə şeirini yalnız nostalji qismində, 1980-ci illərin sonu, “bir zaman başdan-başa səmimi yaşamlardan yapılmış kənd oğlanı obrazının sınıq-qırıq inadları”na yozmuşam (bax: “Bizim əsr”, 8 may 2002). Amma görünür, yeni epoxada yaşanan bu “sınıq-qırıq inadlar”ın öz real məntiqi varmış; ilk dəfə Qəşəm Nəcəfzadə şeirini ciddi realist istiqamət kimi təsbit edən elə həmin vaxtlar Əsəd Cahangir olmuş. Məsələ belədir ki, gümüş poeziya bir zaman (qızıl dövrdə) klassik ölçülərdə təsbit tapan real duyğuların dekadans-çöküş zamanı ölçülü-biçili ülgülərini qəbul eləmir, şeirdə realizm əvəzinə reallığın özünün gizlinlərdəki şeiriyyətini qoyur. Qəşəm Nəcəfzadənin 1990-cı illərdə və yeni əsrin əvvəllərində bilavasitə yaradıcılıq stixiyasında sınaqlardan keçirdiyi şeiri hər iki təcrübənin qəribə barışığı, nisbəti, mutasiyası kimi təzahür edir…

Şairin əlli yaşı ərəfəsində Kultaz-da Dörd şairin (Səlim Babullaoğlu, Əjdər Ol, Kəramət, Zahid Sarıtorpaq) Qəşəm Nəcəfzadə haqqında qeydlərini oxudum; hər birində şairin həyatdakı obrazı şeirindən ayrı təsəvvür olunmur, şeirində isə uşaq səmimiyyəti-sadəlövhlüyü qabardılır; yəni “həyat şeir kimi, şeir həyat kimi” düsturu Qəşəm Nəcəfzadə mətnlərinin sadəcə stixiyasına çevrilir; şeirlərinə yazılmış şərhlərə cavab olaraq, bir məqamda Q.Nəcəfzadə özü də mətndə başlıca ilə stixiyanı ayırammadığını etiraf edir. Həmin cəhət bəzən Q.Nəcəfzadə mətnlərində təqlid, özgələrindən oxşar detallar-obrazlar-bənzəyişlər-deyimlər görənlərə də müəyyən izah ola bilər; Q.Nəcəfzadənin durmadan şeir-şeiriyyət arayan, icad və istehsal eləyən lirik subyekti-qəhrəmanının ikicə yaşam mənbəyi-məxəzi var: içərisindən keçib-gəldiyi 1960-80-ci illər şeiri və içində olduğu bugünlü gerçək-poetik dünya (əbəsdirmi ki, heç kəsdə olmadığı qədər Q.Nəcəfzadədə birbaşa şair həyatı, şair obrazı şeirə gəlir). Q.Nəzəfzadədə özü-özlüyündə, kamil poetik mətn kimi diqqət çəkən şeirləri çox azdır; bu yerdə S.Babullaoğlunun onun məhz soyuq, birbaşa ictimai mündəricəli şeirlərini bir parçası olduğu çoxsaylı lirik-sentimental şeirlərdən üstün tutması ilə mən də bölüşürəm. Amma dərin, ya səthi, çox və ya az, ayrı-ayrı misralarında ya bütöv havasında gerçəklərin heç şeirləşmədiyi qayəsiz mətnləri də yox kimidir; bir şair obrazı gəzir gümüş mənzərələr içrə, gah şeirinə çıxır-görünür, gah itir-azır özü də bilmədən…

Əjdər Ol

Əjdər Ol şeirindən bu yazıda danışmaya da bilərəm; şair haqqında ayrıca bir kitab bağlamışam: “Əjdər Ol. Bir könül savaşı” (2008). Amma həm danışmaya bilmərəm; həmincə kitabda müasir şeirimizin beş sütunu varsa, birisini Əjdər Ol poeziyasında görürəm. Yaş, ya stajca artdıqca klassik dəyərlərə bağlılıq da artır, çoxalır güman insanda; Əjdər Ol gümüş dövrün məhz o şair fiqurlarındandır ki, dekadans fəlsəfəsinə qəti uymadan şeirini klassik dəyərlər qazanında bişirib, bu yana keçirmiş; poetik siyahıda adı yer almış bir çox həmkarları tək, 1980-ci illərdən şair bioqrafisi yaşamağa başlamış, məhz öz şeiri yolunda çarpışmalarda estetik mövqe formalaşdırmışdır. “Könül vuruşu” (2002) və “Günəbaxan zəmisi” (2006) topluları Əjdər Ol şeirinin gümüş mənzərələrlə savaşda mündəricəsini, lirik qəhrəmanını qoydu ortaya; bu – zamanla-cəmiyyətlə- sərt gerçəklərlə əbədiyyət mükalimələri-mühakimələrində kəllələşib, zəfər ovqatına-təntənəsinə köklənmiş müdrik-nikbin Azərbaycan kişisidir. Əjdər Ol şeirinin də estetikası həyata gedonistik münasibət üzərindədir: bu, tərənnüm-təcəssüm-vəsf şeiridir; predmeti isə bir insanın varlığına hakim mənəviyyat çabaları, həyatın heçlik üzərində qələbə marşı, burdan törəyən təfərrüatlar-detallar-savaşlardır…

Əjdər Ol şeiri prinsipial olaraq ənənəvidir, klassik biçimlərə sadiqdir; çün bugünün mündəricəsini yüzillərin şirəsindən çəkib-çıxarır; mən burda öyrəşdiyimiz hecanın israrlı ritmləri ilə bahəm klassik məsnəvi və mənzumat qəliblərinin müasir əda və duruşuna hətta heyrətləndim də. Əjdər Ol realizmi bu estetikada israrlıdır, ona görə ki: milli həyatın mündəricəsində həmin qəliblər möhkəmcədir; darıxdırıcıdırsa da bu lirik-poetik-patetik “mən” məhz gerçək milliliyində darıxdırır; gər vəcdə gətirirsə – saf milli yaşamla ülgülənmiş, formal-estetik tərəflərin də harmoniyasına güvənc vəcdləndirir. Əjdər Ol şeirinin gümüş mənzərələrdən qopardığı – həyat həzzidir, milli yaşam ehtiraslarıdır, insan ömrünün dadı-şirəsidir…

Bu qədər. Nöqtə qoymaq olar, məncə. Mən bu yazıda bugün ədəbi prosesin təklif elədiyi bircə poetik siyahının izinə düşüb, imkanlarım, səriştə və zövqüm daxilində bura müəyyən düzəlişlər də etməyə çalışdım. Zövq belə şeydir ki, peşəkar maraqlar daxilində bir başqası bu sıraya yenə düzəlişlər eləyib, hansı şeirisə artıra, hansınısa əksildə bilər; mövzu çərçivəsində həmincə poetik siyahı möhkəmliyini qoruyub-saxlayacaq zənnindəyəm. İmzamı çəkinmədən üstünə yazsam da, mövzunu həm məndən öncə – milli şeir gerçəklərinin içindən E.Z.Qaraxanlı irəli sürmüş: şeirimizin gümüş dövrü. Anlayışlara dair elmi bəhsləşməyi predmet seçmədim: qızıl-gümüş-… – başı klassikaya, haçansa zirvəsini yaşamış parlaq dövrlərə bağlı həmin təsnifat ümumən işlənir. Biz daha çox rus ədəbiyyatına təqlidən işlədirik; ruslar klassik Puşkin epoxasına, rus ədəbiyyatının romantik-realist XIX əsrinə qənşər XX əsrin əvvəllərində yaşanmış modernizm hadisəsinə gümüş adını vermişlər. Bu məqama açıq isnad etməsə də, E.Z.Qaraxanlı ədəbiyyatımızda XX əsrin əvvəllərindən 1960-80-illər epoxası da daxil olmaqla olan dövrü “qızıl”a, XXI əsrin ərəfəsindən başlanan şeirimizi isə “gümüş”ə yozur. Mümkündür (hərçənd ki: 1980-ci illər – 1990 ərəfəsində daha əsaslı analoqlar da aparılırdı: Füzuli-Vaqif dövrü – “qızıl”, XX əsrin əvvəlləri – “gümüş” və s.; sonra beləsi də oldu: Nizami dövrü – “qızıl”, Füzuli dövrü – “gümüş” və s.), başlıcası mündəricə etibarilə nə demək istədiyin bəlli ola. Əslində, daha əvvəl mənim elmi şəkildə qoyub-əsaslandırdığım Azərbaycan modernizminin gəlişməsinə dair mülahizələrdən sonra gəldiyindən (bax: “Çağdaş Azərbaycan ədəbiyyatında modernizmin gəlişməsi; tipoloji yanaşma”- Müqayisəli ədəbiyyatşünaslıq I Beynəlxalq Elmi Konfransının materialları, Bakı, 2004),  eləcə  ucundan tutub, polemikada yenə nələrsə söyləməyə çalışdım…

Fevral-mart, 2010

Kultaz.Com