Kultaz » Ədəbiyyat

Cəlil Cavanşir. Şeirlər.
SƏNDƏN SONRA

səndən sonra,

bir sənsizlik doğulacaq.

sənsizliyim

bir yaşına,

üç yaşına,

yüz yaşına,

dolacaq.

həyatda

sənsizlik əlimdən tutacaq,

gözümə baxacaq.

güllər,

çiçəklər,

ağaclar

sənsiz qalacaq.

tanrım hər şeyi əlimdən alacaq.

səndən sonra tənhalıq başlayacaq,

mənə yaxın olacaq

heç nə əvəzedilməz deyil.

sənin də yerini

sənsizlik tutacaq

ROBİNZON

28 il tənha adada yaşamış Robinzon Kruzoya

həsr olunur

eh, Robinzon, Robinzon

həsəd aparıram sənə,

və sənin tənha adadakı

təkliyinə…

yanına gələ bilsəm bir gün

tərcuman ol mənim üçün.

tanıt məni balıqlara,

quşlara

qonşu adadan gələn vəhşilərə

de onlara

«yeni bir qərib gəldi bu yerlərə»

son kərə

vida söylə dənizlərə,

sən insanlığa qucaq aç

mən təkliyə…

RUHLAR AĞLAYIR

hər gecə ruhlar ağlayır

pəncərəmin önündə

mənə nə var,

eşitsəm də

boş verirəm onları

hər gecə ulaşır.

Ölmüş sevgilərimin ruhları.

MƏNİ UNUTMAQ

məni unutmaq asandı

gözlərini yum, onacan say,

ürəyində birini tut və məni unut…

MƏNİM GETMƏYİM

təkliyindən ağlasa bu şəhərin küçələri,

bilin ki, bir gün səhər,

mən getmişəm kəndə,

və dönməyəcəm bir də.

EYNİ ŞEYLƏR

qaçmaq,

dayanmaq,

tövşümək…

yenidən

qaçmaq,

dayanmaq,

tövşümək…

24 ildir həp eyni şey.

MƏNALI GÜLÜŞLƏR

ha, ha, ha…

qah, qah, qah…

yaman gülməliydi,

bir az öncə,

sakitcə deyil,

gülə-gülə seyr etdiyim bu mənzərə

gündə təkrar olunur bir kərə

bunu məndən başqa kimsə görmür?

Görürsə görəsən niyə kimsə gülmür?

Günəşin batışına…

QOLSUZ ƏSGƏR

mən müharibədən şikəst qayıtmış,

gəncliyi sönmüş,

istiqbalı batmış əsgərəm.

«Şah Abbas» camesinin önünə gəlirəm,

hər gün.

hər kəs əllərini allah dərgahına qaldırıb dua edir.

mən də dua edirəm,

camidə.

əlimi qaldırıb dua etmirəm.

əfv et məni allahım!

bəlkə də dua edənlərin hər birindən çoxdu günahım.

əllərini qaldıranlar ümidlidir əfv ola günahı.

mən də

duadan sonra salavat gətirib əlimi üzümə çəkmək istəyirəm.

bunu etməsəm hirsləndirmərəm ki, allahı?

Eh…

bir də mənim əllərim yoxdu axı…

CƏHƏNNƏM GÜNDƏLİYİNDƏN PARÇALAR

hər şey yenidən başlanır,

yenə də yanmış dərim təzələnir,

yenə də əvvəlki tək şişman görkəm alıram,

yenə toppuş yanaqlarıma qan dolur.

yenə də etdiklərimi danıram.

təzədən istidən sıxılmağa başlayıram.

təzədən alışıb yanıram.

hər şey yenıdən başlanır.

Eh, bura cəhənnəmdi ki…

ÖLÜM ARZUSU

elə gözləyirəm,

ölümüm gələ

yumam gözlərimi, yumam bir sabah.

mələklər ruhumu çəkə göylərə,

axı, bu dünyada kimim var allah.

elə gözləyirəm

ölümüm gələ,

cismimi qoysunlar qara torpağa,

bu yetim dünyadan əl üzüm gedim,

bir adam tapmıram dərd danışmağa

elə gözləyirəm,

ölümüm gələ,

bir kimsə görməsin üzümü burda.

deyirlər o dünya haqq dünyasıdır,

bəlkə anladılar sözümü orda.

elə gözləyirəm,

ölümüm gələ,

bürüsün dostları qəm qucaq-qucaq.

hələ yaşayıram dost deyən çoxdu,

görəsən öləndə kim ağlayacaq?

elə gözləyirəm,

ölümüm gələ,

bəhanə tapılsın gül qoparmağa.

heç vaxt görüşümə gəlməyən insan,

vaxt tapsın qəbrimə gül aparmağa.

elə gözləyirəm,

ölümüm gələ

dalansın ruhuma bu rəngsız çiçək.

tanrı da başından eləsin məni,

qəbul olunmayan dualarım tək.

elə gözləyirəm,

ölümüm gələ,

bir də istəmirəm çıxam bu yaza.

qələm dostlarıma bəhanə verəm,

hərəsi oturub bir şeir yaza.

Jalə. Mənim xalam qızı
-    Hansını vursam yaxşıdı?

Mənə iki dənə pomada göstərir. Mən çəhrayı rəngi seçirəm. O mənim zövqümə inanmır və tünd rəngi seçir. Mən incimirəm – daha çox görünmək istəyən yaşındadır hələ.

O mənim xalam qızıdır. Çox sevdiyim kiçik xalamın yeganə qızıdır və anasının ərköyün balasıdır. Mənə qonaq gəlib. Bakını görmək istəyir. Qəribə uşaqdır. Hər şeyə gülür, hər şeyə təəccüblənir və öz kobud danışıq tərziylə şirinliyinə şirinlik qatır.

İndi mən onu götürüb gəzməyə aparacam. Bu gün onunçün Bakıgördü günüdür. Bakının taleyi mənim təqdimatımdan asılıdır və mən buna görə bir az narahatam. Nədənsə özünü sevdirə-sevdirə axırıma çıxmış bu şəhəri onun da sevməsini istəyirəm. Sevməsə, burada yaşaya bilməyəcək, sevməsə, dözə bilməyəcək Bakıya…

O, artıq hazırdır. Geyinib-kecinib, uzun saçlarını əcaib formada yığıb, özündən böyük çantasını götürüb, pomadasını çəkib. Bakı da hazırdırmı onunla görüşə? Bilmirəm. Görəcəyik.

Əslində çox yorğunam. Gəzmək həvəsim yoxdur. Amma ona “yox” deməyə ürəyim gəlmir. Həm də istəmirəm Xədicə bəzəkdə qalsın. Bu məsəli ona da çəkirəm. O başa düşmür. Amma gülür. O ona görə başa düşmür ki, “Uriset uşağı”dı, ana dilini son bir neçə ayda ondan-bundan öyrənib və müəllimləri fərqli adamlar olduğu üçün insanı heyrətə salan bir leksikona malikdir. Bu da onu lap sevimli eləyir. İstənilən an adamı güldürmək kimi fitri istedadı var. Hər halda “mən heç vaxt ərə çıxmayacam” deyən 17 yaşlı qıza ancaq gülmək olar. Möhtəşəm tərcümədir ruscadan, hələ bu “heç vaxt” iddiası… Qısası, adam onunla darıxmır. Əsas olan da budur.

Amma mən doğrudan gəzmək həvəsində deyiləm. Bakı çoxdan mənimçün yenilik deyil. Yorub o məni. Daha harası qaldı ki, görmədiyimiz? Hansı üzü qaldı? Amma qaçacaq yerimiz yoxdu, yaşamağa başqa bir şəhərimiz yox…

Xalaqızı ayaqqabı seçiminə başladığı anda mən düşünürəm ki, sonrakı 4-5 saat ərzində nələrin baş verəcəyini əzbər bilirəm…

…Biz evdən çıxıb metroya tərəf gedəcəyik. Ötüb-keçən oğlanların məndən iki boy hündür gənc qıza daha çox diqqət yetirmələrinə gülümsəyəcəm. Qısqanmayacam. Onun baxmasa belə bu baxışları görməsindən keçirdiyi qəribə narahatçılıqdan dolayı yanaqlarının azacıq allanmasına gülümsəyəcəm əslində. O da ”nolub??” yağan gözlərilə tez-tez üzümə baxacaq. Mən də “heç nə” mənasında başımı bulayacam. Beləcə yolumuza davam edəcəyik.

Metronun “Elmlər akademiyası” stansiyasından çıxıb piyada Şəhidlər Xiyabanına gedəcəyik. Gördüyümüz hər şeyi ona göstərəcəm. Bu akademiyanın binasıdı, bu da bağ, Yeni ildə burada yolka da qururlar. Akademiya nədi? Akademiya da…alimlər yığışırlar bura, ağıllı adamlar…yolun o biri tərəfi Hüseyn Cavid parkıdı…Hüseyn Cavidi tanıyırsan? “Dəlisən? Mən nə bilim Hüseyn Cavid kimdi?” təbəssümü ilə üzümə baxacaq. Başımı bulayıb həvəslə Hüseyn Caviddən danışacam ona. Bura politexnik institutudu. “Tələbələr hanı bə?” soruşacaq, “bu gün altıncı gündü, dərs yoxdu” deyəcəm. Onun Bakıda mütləq bir dəstə tələbə görmək istədiyini bilirəm. Onun üçün tələbələr xüsusi kateqoriyaya aid adamlardır. O necə də tələbə olmaq istəyir…

Bura Milli Təhlükəsizlik Nazirliyidi. O başa düşməyəcək bu nə deməkdi. Rusca deyəcəm. “Aaa” deyəcək, sonra da soruşacaq ki, polislər burda oturur? “Yox – deyəcəm, polislər oturan yer başqadı, başqa yerdədi…”. Bura Fəxri Xiyabandı. Bütün məşhur adamları burda basdırıblar, müğənnilər, artistlər, bəstəkarlar…O bizim məşhur adamlardan heç kimi tanımır. “Prezidentlərin də qəbri burdadı” deyəcəm, “bəlkə tanıdı” ümidilə. Birini tanıyacaq. “Şükür” deyəcəm. “Baxmaq istəyirsən?” soruşacam. Üzünü turşudub: “yoo, qəbirstanlıqdı da, nəyinə baxım e?” deyəcək. Bizim məşhurlar onu maraqlandırmayacaq.

Bir az da qalxıb Müdafiə Nazirliyini arxada qoyacağıq. O biləcək ki, əsgərlərin komandirləri haradan əmr verirlər. Milli Məclisin qarşısından keçəndə tanıyacaq. “Deputatlar burda oturur, içini görmüşəm televizorda, qəşəng yerdi” deyəcək. Yolu keçib Şəhidlər Xiyabanına qalxacağıq. 20 Yanvardan danışacam ona. Diqqətlə qulaq asacaq. Qarabağ şəhidlərinin qəbirüstü yazılarını oxuya-oxuya lap yuxarı qalxacağıq. 20 Yanvar şəhidlərinin hər birinin qəbri qarşısında ayaq saxlayacaq. Diqqətlə şəkillərinə baxacaq. “Cavandı e çoxu…” deyəcək…Sonra da: “ordakı ruslar öldürüb bunları?” soruşacaq. “Ordakı”, yəni onun ordakı qonşuları. “Yox – deyəcəm, başqa ruslar, əsgərlər…”. Keçmiş qonşularına nifrət etməsini istəməyəcəm. Onun xiyabanda çox təsirlədiyini görüb tezliklə aşağı düşməyi fikirləşəcəm. Amma o, əbədi məşəlin arxasında bir az oturmaq istəyəcək. Bayılı da göstərəcəm ona. Gülümsəyib: “kəndə oxşayır” deyəcək. Xəzərə baxacaq çiyərlərini küləklə doldura-doldura. Gəmiləri saymağa başlayacaq. Nəyə görəsə Xəzəri ilk görən hər bir adamın ürəyindən onun qucağına aldığı gəmilərin sayını bilmək keçir. Xəzər də sağ olsun, üzümü qara eləməyəcək, çox gözəl görünəcək. Sonra yavaş-yavaş aşağı düşüb sola dönəcəyik. Dağüstü parkın böyük meydançasına çıxacağıq. Heyranlıqla Bakıya baxmağa başlayacaq! “Çox qəşəngdi yee!!” deyəcək. Bu heyranlıq qarşısında dayana bilməyəcəm, təsdiqləyəcəm dediklərini. Ona mənim ilk gördüyümdən bəri Bakının çox dəyişməsindən danışmayacam. Qoy, belə bilsin, belə tanısın, “daha yaxşısını görə bilərmişəm” təəssüfünü yaşamasın.

Çoxlu-çoxlu şəkillər çəkəcək. Onu da çəkməmi istəyəcək. Obyektiv qarşısında necə ədayla durmağına gülümsəyəcəm mən də. Bakı küləyi saçlarını qarışdıracaq. Guya hirslənəcək küləyə. Amma bundan xoşallandığını dəqiq biləcəm. Qızların hamısı Bakı küləyini sirli-sehirli sevgililəri bilərlər – toxunuşu həmişə xoşdu. Uzun pilləkənlərlə bulvara düşəcəyik. Yol kənarındakı heykələ baxıb güləcək: “Bu neynir belə?” Bəhramgur haqqında da danışacam ona. Bulvarın günortası necə olmalıdısa elə olacaq – səssiz.

Kukla teatrı ona maraqlı görünəcək. O tərəflərdə gedib teatra, burada yox. Mənə eşitdirəcək bunu. Bəxtimizdən düz tamaşa başlayan vaxta düşəcəyik. Mən onun hər şeyi unudub, nəfəsini çəkmədən  “Od oğlan”a tamaşa etməsinə baxacam. Bu kiçik xoşbəxtlikləri ona dadızdırdığım üçün özümdən xoşum gələcək bir balaca. Teatrdan çıxanda təəssüratlarını bölüşəcək və sevinəcək ki, onun gördüklərini mən də görmüşəm.

“Çərxi-fələk”dən düşəndə iki oğlan ilişəcək bizə. Bunun qədər təbii bir şey yoxdur – “iki qız deyə-gülə bulvarda gəzirsə, mütləq onlara ilişmək lazımdır” kimi yazılmamış bir qanunu var bu şəhərin. Xalaqızı: “bunları söyümmü indi?” – soruşacaq acıqlı-acıqlı, həm də söymək həvəsilə. Mən gülümsəyəcəm, “lazım deyil” deyəcəm. “Oğlanları söydükcə onlar onsuz da düzəlmirlər” deməliyəm ona. Söyüşlə heç kim düzəlmir deməliyəm. Amma mənası yoxdur. Xalaqızı bunun əksinə əmindir. Mənim yol yoldaşım anasının və xalalarının söhbətlərindən sonra qəti şəkildə əmindir ki, oğlanlardan ancaq zərər gələ bilər bir qıza. Mən etiraz etmək, xalalarımızın fikirlərini redaktə etmək istəyəcəm. Demək istəyəcəm ki, heç də belə deyil, oğlanların hamısı eyni deyil, yaxşıları da var, ölənə kimi yaxşı qalanları da, hətta aralarında sevilməli olanlar da az deyil…oğlanlar elə də pis məxluq deyillər, sadəcə bir az seçilirlər bizdən… seçilməlidilər də… Allah onları belə yaradıb ən nəhayətdə. Amma deməyəcəm. Ərinəcəm. Mən də başqa bir şeyə əminəm – elə şeylər var ki, mütləq yaşamaq lazımdır, eşitməklə girmir. Təbii ki, bizdən uzaqlaşıb özlərinə başqa həmsöhbət qızlar tapmış oğlanlar söyülmədikləri üçün mənə minnətdarlıq hissi duymayacaqlar qəlblərində. Nəymiş ki onlarçün bir qəşəng qızın “eşşək” deməsi…

Onu gəmiyə mindirmək üçün düz dəniz vağzalına qədər piyada gedəcəyik. Yol boyu bir neçə karuselin dadına baxacağıq mütləq. Ara-sıra künc-bucaqda gördüyü zibil topalarına baxıb: “Səki Bakıdı, zibilin içində yaşayırlar” – deyəcək. İlahi! Onun xəyallarındakı Bakıda zibil yoxmuş demə. O, bəlkə elə bilirmiş Bakıda adam yaşamır?

Limana çatıb bilet alacağıq. O, qorxmadan kiçik taxta körpüdən keçib özünə yer tutacaq gəmidə. Geniş açılmış gözlərilə hər şeyi görməyə çalışacaq. Mən də ilk dəfə gəmiyə mindirildiyimdə necə xoşbəxt olduğumu xatırlayacam. O xoşbəxtliyin bu  xoşbəxtliyə çox bənzədiyinə heyrət edəcəm. Hətta dəniz də o vaxtkı dənizə oxşayacaq…

Ona Nargin adasından danışacam, teleqülləni göstərəcəm. O da məni dinləyə-dinləyə gah göyərtənin soluna, gah sağına keçəcək. Qollarını məhəccərə, başını qollarına söykəyib dənizə baxacaq. Dalğaların rəqsini onun gözlərində görəcəm. O da vurulacaq Xəzərə…

Fotoaparat əlindən düşməyəcək. Mənim də şəkillərimi çəkəcək ki, xalasına göstərsin: “Xalaya deyəcəm ki, çox arıqlamamısan…”. Şəklimi çəkəndə arada əmr də verəcək: “Bir gül də!”. Mən də gülümsəyəcəm obyektivə. O bir anlıq dayanıb: “Sən qəribə gülürsən e, adam başa düşmür, nə demək istəyirsən…” – deyəcək. Mən bu dəfə ucadan güləcəm. O özü də bilmədən insanların gülüşlə nəsə deməyə çalışdıqlarına işarə edəcək. Fəhmlə edəcək bunu. Onun fəhmli olmasına sevinib güləcəm əslində.

Sonra qonşunun təzə nişanlanmış qızından danışacaq mənə. Məlum olacaq ki, oturub-durub nişanlısını “Ramkam, Ramkam” deyə əzizləyən qız bunun zəhləsini lap töküb: “Mən də axırda  dedim ki, az, səyləmə, ramka çərçivəyə deyirlər”. Səsimiz mexaniki kayutdan çıxaracaq.

Gəmini könülsüz tərk edəcək. Xəzərin “geri dön!” pıçıltısını hansımız qulaqardına vura bilmişik ki? Yenə gətirəcəyimə söz verəcəm. Sevinəcək.

Bulvar dönərini mədəsi götürməyəcək. Onun mədəsi Bakı mədəsi deyil hələ. Para dönəri bir daşın üstünə qoymaq istəyəcək. Mən çımxıracam üstünə, “yerə zibil atma!” deyəcəm. O da dodaqlarını büzüb, təəccüblə: “çörəyə niyə zibil deyirsən ki?” deyəcək və mən güləcəm. Vəziyyətdən çıxmaq üçün: “qoy çantana, aparıb pişiklərə verərik” – deyəcəm. Güləcək. Bizim zibilliyin pişiklərilə dostlaşıb. Küçə heyvanlarına qayğı göstərəcək qədər humanistdır hələ.

Əyləşdiyim oturacağın başına fırlana-fırlana dondurma yeyəcək. Mən də ona baxa-baxa düşünəcəm ki, o məni unutmayacaq heç vaxt. Mən onu ilk dəfə teatra aparan adamam, ilk dəfə gəmiyə mindirən, ilk dəfə Şəhidlər Xiyabanını göstərən, ilk dəfə Hüseyn Caviddən danışan…dayaz gölməçədə ayaqqabıların altını necə təmizləməyi öyrədən də mənəm. O məndən mütləq övladlarına danışacaq. Onlardan çox-çox qabaqsa anasına, xalalarına. Xalalarından biri – mənim anam adəti üzrə narahatçılığını gizlətməyəcək və hirsli-hirlsi: “təkbaşına nəzirdiz bulvarda??” soruşacaq. Bu da “gədəni götürəydiz də özünüzlə!” anlamına gələcək. Yəni iki qızın başı yenə də “tək baş”dı oğlansız. O da deyəcək ki, adamyeyən var bulvarda? Xalası da hirslə mənim xalama – onun anasına deyəcək ki, sənin qızına dil çatdırmaq olmur, rusların içində yaman da qız tərbiyə eləmisən. Xalam da onu danlayacaq. Amma bu danlaqlar onun təəssüratlarının kölgəsində dərhal da itib gedəcək. Bu arvadlar haradan bilsinlər ki, 17 yaşında ilk dəfə Xəzərin mazutlu sularında üzmək, Günəşin parıldatdığı dalğaların gəminin burnunda parça-parça olmasının şəklini çəkmək nə deməkdi?

Təzə yay ayaqqabıları barmaqlarını əzəcək. Plastr almaq üçün aptekə girəcəyik. “Bu kişi kimdi ee, səsini atıb başına” deyəcək. Mən televizora tərəf çevriləcəm. “Elxan Əhədzadədi, müğənnidi” deyəcəm. Bu ad ona tanış deyil. O, Faiq Ağayevi tanıyır. “Sən də hamını tanıyırsan eee…” deyəcək çiyinlərini çəkib.

Metroya düşüb evə qayıdacağıq. O heç kimə fikir vermədən bütün diqqətini toplayıb metro reklamlarını oxuyacaq. Bütün “ə”ləri “e” yazsa da, oxuya bilir ana dilində. Protein reklamındakı böyük əzələlərilə qürrələnən oğlana güləcək, “bu nə özünü göstərir e belə” deyəcək, başqa bir posterdəki qızın paltarını bəyənəcək. Mən də onun ara-sıra “filan şey nədi?” tipində suallarına cavab verə-verə düşünəcəm ki, ona mütləq: “elə deyil, quzum, mən hər şeyi bilmirəm, hamını tanımıram…” deməliyəm…

Amma deməyəcəm. Qoy, məni elə tanısın. Əmin olsun ki, bu dünyada bütün suallarına cavab ala biləcəyi biri var. Ümid yeri olmaq çox məşəqqətlidi əslində. Nümunə olmaq daha pis. Cavabdeh olmaq ondan da betər. İllər lazımdı ki, bu qızcığaz bunları anlasın…və necə yaşamağı özü seçsin…Hələliksə reklam posterlərini oxumağa qarışıb başı…İlahi! Mən hətta ona: “həyat və reklam başqa-başqa şeylərdir” belə deyə bilməyəcəm…

…Təzə ayaqqabılarını seçir. Guya Bakı biləcək ki, onunla görüşə xüsusi hazırlaşıb. Makiyajına son ştrixlərini eləyir. Özünü bəyənmiş halda üzünü güzgüdən mənə tərəf çevirir. “Sən niyə bəzənmirsən?” soruşur, mən “gedəkmi?” soruşuram. Hər iki sual cavabsız qalır. O bir anlıq dayanıb: “bi dənə gözlə” – deyir. Tez pomadasını silib mənim bəyəndiyim çəhrayı rəngi çəkir. Yorğun-yorğun gülümsəyirəm. Bizim nəsildə uşaqları hələ də belə tərbiyə edirlər – böyüklər həmişə haqlıdı. Bakı bunun əksini sübut edənə qədər nəslimizin bütün uşaqları bu inamla böyüyürlər…

Bəxtiyar Hidayət. Şeirlər.
Həyatın dibi

…Mən hamıdan yüksəkdə özümə yer eləyib də

Allaha ən yaxın olanda da

Yəni vaqonun 3-cü mərtəbəsində-  yük yerində

Bakıya gedib-gələndə də

Həyatın dibində olmuşam əslində

Mən bir əyalət yazarı

Kimi stolunun başında bilir söz yerimi

Kimi bir qəbir daşında bilir söz yerimi

Kimi də yazdığımda özünü görüb

Məni qızıl-ala qan içində görmək istəyir

Mən isə həyatın dibindəyəm

Dişlərim öyləsinə sıxılı ki

Heç radikal dindarlar Allaha belə bağlı deyil

Yumruğum öyləsinə sıxılı ki heç müxalifət belə birləşməyib

Gözlərim öyləsinə kinlə dolub ki

Heç  iqtidar adamlarının cibi elə dolmayıb

Amma bu dindarlardan , bu müxalifətdən, bu iqtidardan üstünlüyümlə yenə

Mən həyatın dibindəyəm

Ayağa düşənlər başa düşməz məni

Mən zamanla ayaqlaşmadım ki

Mən zamanla qoç kimi kəllələşdim

Zaman divar oldu önümdə

Başımı divara döydüm yəni

Amma istər ağ qoç, istər qara qoç deyin mənə

Yenə zülmətlərdəyəm

Yenə həyatın dibindəyəm.

Uşaqlıqda çox qazan dibi qazıtlamışam

İndi də həyatın dibini qazıtlayıram

Gor qazıram özümə

Elə burdaca, elə həyatın dibindəcə

Alma arağı

Molla bu dəfəki sərxoşluğumu

Mənə ayıb tutma

sən bunları yaxşı bilirsən

biz neçə minincisə babamızın

Bir dişləm alma yeməyinin güdazına düşüb

Yaşamağa məcburuq bu cəhənnəmdə

Mən də almalardan qisasımı almışam

Əvvəl onları doğram-doğram elədim

Sonra bir çəlləkdə həbs elədim içalatları qıcqıranacan

Bunula da ürəyim soyumadı

Sonra qır qazanında qaynadırmış kimi

Bir cəza verdim onlara

Daha sonra onların göz yaşlarını da içdim

İçdim acgözküklə qanlarını içirmiş kimi

Lap vampirə dönmüşdüm

İndi başımda cənnət havası

Kafir qızı kafir

Sənin də gözlərində kədər

Sənin də gözlərində yaş

Gözlərin adam yemir daha

Gözlərin oruc tutub

Gözlərin mömin olub

Sinəndə qoşa minarə

Sinən də mömin olub

Ayaqların neçə çiyinlərdə mələk olub

Və ayaqların altında cənnət

Ayaqların da mömin olub

Başdan ayağa möminsən, zalım

Amma o butulkayabənzər baldırların sübut edir ki

Sən ən yaxşı şərab kimisən

Qaldıqca qiymətin artır, keyfiyyətin artır

Kafir qızı kafir

Diz ağrısı

Mən ki diz çökmədim-

çörəyi dizinin üstə olanların önündə

Mən ki dizin –dizin sürünmədim

-vəzifə dalınca, şöhrət dalınca,

Niyə sızlayırsan, dizim

Bir onu anlamadım ki-

siyasətin qarlı qışında-

yeni yollar açmaq mənasızdı

Köhnənin ayağı sürüşkən siyasətçiləri- yolları buza döndərib-

buz üstə yağan qar aldadıcıdı

Sürüşdüm birdən-birə…

Ona görəmi sızlayırsan, dizim

Mən ki hər yelə əsməmişəm

Hardan tapdı yel səni

Niyə sızlayırsan, dizim.

Bəlkə küsmüsən məndən

Azmı qucaqlamışam səni

Tənhalığın qaramat küncündə

Niyə sızlayırsan, dizim

Bəlkə də ürəyimin ağrısını özünə çəkibsən

Dizsiz ayaqsız yaşamaq olsa da

-ürəksiz yaşamaq mümkün deyil

Sağ ol,dizim

Amma məni yarı yolda qoyma

Bu ölkədən baş götürüb

Qaçmağım var hələ

Yaddan çıxmaz Qarabağ

Bizə general oldu-

genimizdən gen olanlar

Genitdilər bizləri sıra dağlardan, gen dərələrdən

Oxutdular bizlərə-yaddan çıxmaz  Qarabağ

Ya gül ya xar Qarabağ

Yandırıb yaxar Qarabağ

əldən çıxar Qarabağ

yaddan çıxmaz Qarabağ

Sinə daşlarınnan örtülür burda

Sinə düyünləri, sinə dağları

Tələb olunanda insan haqları

Yaddan çıxmaz Qarabağ

Qarabağın düzü var

Hansı sözün düzü var

İki partiya bir olsa

Kimin ona sözü var

Hazıra nazirlər, bazara nazirlər

Villalar ucaltmaq istər bir gün

Orda bellərini boşaltmaq istər bir gün

Biz döşlüklərimizə güllə darağı dolduraq

Qanımızı töküb Qarabağı alaq

Orda o qanımız tökülən yerdə

Bir müğənninin döşlüyünə pul basan kimsə

Bizi dübarə qovsun Qarabağdan

Və görək ki, yaddan çıxmaz Qarabağ

Tabutdu çiynimizə gələr

Ağrıdı eynimizə gələr

Fikirdi beynimizə gələr

Yaddan çıxmaz Qarabağ

Aliment alan gözəl

Yadındamı uşaq vaxtın-

atandan pul alanda necə sevinməyin

Elə uşaqkən də ərə verildin-

ata evindən gələn paylara eləcə sevindin

Sonra boşandın, boşlandın

Boşalmaq ehtirasın doldu, daşdı

Bir az ata evində yaşadın

Gördün atanın da, baldızlarının da ürəyi daşdı

Məhkəmə aliment kəsdi sənə

İndi ilk alimenti alanda niyə ağladın

Apar o pulu uşağını sevindir .

… bax, məhkəmədə ev davasına çıxan bu fahişə

Sənə necə müştəri gözünnən baxır

Bax,neçə evlər yıxılan bu məhkəmə binasında

-bir qaranquş yuva qurub

Ya qaranquş olmalısan ya da fahişə

Hamı qınayacaq səni

- qaxılıb oturmadı ər evində- deyəcəklər

Bu xarabada ən yaxşı arvadlar

ər evində qaxılıb oturanlar sayılır

bu xarabada ən yaxşı kişilər

türmədə oturanlar sayılır

sən indi türmədən qaçmış kimisən

hamıdan qaçmalısan, hamıdan .

…amandı aldanma sənə maral deyənlərə

Sən innən belə maral yox

Toyuq olarsan kimlərəsə

Yumurta çalxaladarlar sənə

Arxasını yazmıram

Ülvi Dann. Yaddaşın 18-ci saniyəsi (İlk dəfə)
“Mütləq gerçəyin kəşfində insana nə din elmləri, nə fəlsəfə, nə məntiq, nə də müdrik kəlamlar yardım edə bilər, çünki bunların hamısını insanoğlu uydurub” (Dao)

Albert yerə gəlir, o qışqıra da bilmir. Çox qorxuludur. Amma nədənsə onun üçün zaman dayanıb. Reallıqda bəlkə də iyirmi saniyəyə yerdə olmalı idi. Yox… Zaman getmir. O düşünür…

Nə etdim mən? Ailə qurdum, mənə xəyanət edən həyat yoldaşımdan boşandım. O da qızımın tərbiyəsiylə maraqlanmadığından, qızım fahişə olaraq böyüdü. Vellinqtonun küçələrində onu yaxşı tanıyırlar. Artıq harda olub-olmamağımın onun üçün nə fərqi var ki…

Tanrını axtarmağa çıxdım, bütün ömrüm boyu ona ehtiyacım var. Xristianam. Daha doğrusu idim… Bir gün nədənsə kilsəyə girdim. Padredən özünün də ağlına gəlməyəcəyi sualı soruşdum.

- Müqəddəs ata, niyə yəhudi və müsəlmanlar kiçik yaşlarında dünyanı dərk etməmiş sünnət olunurlar?

-    Bu tanrının dinləridir, oğlum. Onlar sadəcə səhv dərk ediliblər.

-    Amma biz  də ağlımız kəsməmiş xaç suyuna salınırıq…

Rahib susur. Onun mənə söz tapmadığını anlayıb, sual verməkdə davam edirəm.

-    Müqəddəs ata, niyə insanlıq, bəşər bu qədər iyrəncdir? Niyə heç kimə etibar etmək olmur?

-    Oğlum, adın nədir?

-    Albert, müqəddəs ata.

-    Albert, sən niyə bu qədər pessimistsən? Tanrının əmrləri var axı. Hansı ki…

-    Hansı ki, Xirosima, Varfalamey, Əlcazair qırğınını göstərdi bizə, – sözünü kəsirəm.

-    Sən kafirsən. Sən tanrının evində ona qarşı çıxırsan. Belə olmaz!

-    Göstər mənə səbəb ki, qarşı çıxmayım. Siz axı nəyisə anlatmaq əvəzinə lüzumsuz cümlələr qurursunuz.

-    Oğlum, tanrı var. Ata, oğul və müqəddəs ruh naminə buna inanmalısan.

-    İnanmadıqlarımın naminə inanmaq? Bu səfehlikdir axı. Əgər tanrı varsa belə, niyə İsa onun oğludur? Axı insandan ancaq insan yaranar.

-    Görünür sən heç bir dəfə də olsun Bibliyanı açıb oxumamısan. Hələ bilmədiyin çox şey var.

-    Sizə desəm ki, vaxtilə kilsə xorlarında oxumuşam görən inanacaqsınızmı? Çətin…

-    İsa Məsihi müqəddəs ruh yaratdı. Buna da Tanrı deyirlər! Həmin gecə müqəddəs ana…

-    Hardan bilirsiniz ki, o ana dediyiniz hansısa kişi tərəfindən zorlanmayıb? Hardan bilirsiniz ki, o bakirə idi? – yenə sözünü kəsdim.

-    Bütün müqəddəs kitablar belə yazır. Sənin dediyin fikirlər səmavi dinlərin düşmənlərinə aiddir. Oğlum, səni dəvət edirəm, bir neçə dəfə də gəl kilsədə dua et. Daxilində rahatlıq tapacaqsan.

-    Müqəddəs ata, sizə inancınıza görə hörmət edirəm. Amma mənim səsləndirdiyim suallara yalnız dindən kənar sadə və məntiqsiz cavab verdiniz. Lütfən deyin, tanrımı istəyir həyatımızı rahat yaşayaq? Özümüz bildiyimiz kimi, yoxsa o dediyi kimi?

-    Bilirsən, oğlum, bəzən insanlar elə bilir ki, tanrı onları idarə edir. Əslində bu belə deyil. O istəsəydi, yəqin ki, çoxdan dünya cənnətə dönərdi. Digər tərəfdən də insanlıq yalnız öz qanunlarıyla yaşamamalıdır.

-    Mən iki universitet bitirmişəm. Dinlərdən, dünyadan da xəbərim var. Baxıram islam ölkələrinə, məsciddə böyüyürlər, dindən danışan əmirləri gümüşdən limuzin düzəltdirir, amma kəndlərində uşaqları təhsil ala bilmir. Sırf xristian ölkələrinə bax, Kolumbiya, Nikaraqua, Dominika, Haiti… Hamısı səfalət içində yaşayırlar. Yəhudi ölkəsi olan İsraildə isə hakimiyyətdə ravvin və ya sinaqoq nümayəndəsi görə bilməzsən. Qeyri-səmavi dinlərinsə fəlsəfəsi maraqlı olsa da, onlar da işləməkdən başqa hər şeylə məşğuldurlar. Tanrıya görəsən insanların ona sitayiş edib, dinlə böyüyüb cənnətə düşməsimi lazım, yoxsa cənnəti elə bu dünyada yaşamaqmı?

-    Bu, insanların günahıdır. Saydıqların isə sadəcə olaraq təsadüflərdir. Sənin tanrıya ehtiyacın var, get, özünə hansısa dini seç və rahatlan.

Padre məni başa düşmədi… Məcburam kilsədən gedim. O özü məni inandıra bilmədiyi üçün, öz inancına da şübhə etməyə başladı.

Deyəsən iyirmi altıncı mərtəbədəyəm. Yerdə maşınlar balacadır, görən niyə onlar tərpənmirlər? Hər şey çox kiçikdir. Həyatın özü kimi.

Bir gün də işə düzəldim. Sadə ofisiant kimi. Vizit kartım da gülüş. İnsanları yaxşı qarşılayırdım. Amma bəxtsizlik yenə də mənə salam verdi. Bir gün içəridə faciə baş verdi. Hansısa mafiya içəri girib qara paltarlı insanları güllələyib, qaçdı. Deyəsən mafiyalarası qarşıdurmadır. Əla, çox xoşum gəldi. Mafiyanın birinin digərinə şillə belə vurması onlardan birinin tam məhv olmasına gətirib çıxaracaq. Amma necə? Əlbəttə ki, hansısa günahsız insanlar da məhv olacaq. Ürək parçalanır. Sadəcə söz tapmaq olmur. Kəndçi evində on uşaq dünyaya gətirir, şəhərlinin isə uşaqla arası olmur. Bu qanunları kim yazıb dünya üçün görəsən?

Daha iki mərtəbə aşağı düşmüşəm. Maraqlıdır, niyə zaman belə ölüb? Belə getsə piramidalar kimi əbədiyyətə qovuşacam. Axirət uydurması boş şeydir. İnanın, qiyamət o vaxt baş verəcək ki, dünya ölkələri həyat səviyyəsinə görə Şimali Avropaya çatsın. Axı tanrı da insanlar kimi öz maraqlarını güdür. Anlamıram yenə də, tanrıya ona səcdə etmək lazım, yoxsa insanların firavan yaşaması?! Mən tanrı olsaydım, mənə insanların firavanlığı əsas olardı. Bəlkə elə ona görədir ki, tanrı deyiləm…

On səkkizinci mərtəbə. Burada artıq hər şey daha maraqlıdır, görən hara düşəcəm? Hansı maşın mənim kimi uğursuzun üstündə xərcə düşəcək. Yəqin ki, maşın sahibi avtomobilinə görə məni söyəcək.

İkinci dəfə evlənəndə artıq xoşbəxt olacağıma əmin idim. Sadə bir şeyi deyim ki, Sara heç vaxt mənə qarşı biganə deyildi. Amma bir müddət sonra onun bədənində infeksiya aşkarladılar. Qarnında 7 aylıq körpəsi ilə məni yalqız qoyub getdi. Onu elə sevirdim ki, intihara belə cəhd göstərdim. Amma qoca anamın təkidiylə bu fikirdən vaz keçdim. Uzunmüddətli depressya isə qoymadı ki, optimist yanaşım bu həyata. Axı insanlara nə qədər atlatmaq olar ki, gəlin pula, hökümətlərə- hər şeyə yox deyək. Axı biz özümüzü əslində uçuruma aparan bir dünya qurmuşuq.

Doqquzuncu mərtəbənin şüşəsi. İçəridə qadın əriylə sevişir. Mən bu qadını tanıyıram. Altı il dostumun qadını olub. Heç vaxt sakit durmurdu, dəcəl qadın idi. Bir dəfə mənə heyvan dediyi üçün başına stəkan vurmuşdum. Yadıma gəlir, sonralar hətta  bir dəfə otağında tək qaldım onunla…

Sonra təhsilimə uyğun iş seçmək qərarına gəldim. Bankda işlədim. Altı il. Az vaxt deyil. Bankda işlədiyim zaman ədalətsiz bir hadisə baş verdi. Bir gün içəri maskalılar girib, bankdan pulları maneəsiz götürdülər. Kodu hardan bildikləri məlum olmadı. Heç özlərini də tapa bilmədilər. Nəticəsi bu oldu ki, bankın deşifrə meneceri kimi məni məsuliyyətə cəlb etdilər və daha beş ilimi qazamatda keçirdim. Yalnız cəzamən bitməsinə altı il qalmış günahsız olduğum bəlli oldu. Üzr istədilər, sanki bu üzr mənim 5 illik acılarımı qaytaracaqdı. Cavan yaşımda səksən yaşlı qocaya oxşayırdım. Qazamatda mənə olmazın əzablar verib, həyata həyasız insan kimi buraxdılar. Dırnaqlarımı kəlbətinlə çıxardıb, oğruları haradan tanıdığımı soruşurdular…

Altıncı mərtəbə. Yerə çatmağıma az qalıb. Ağaşıdakı insanlar fərqimə varıb deyəsən. Hamısı mənə baxır. Elə bil təyyarə enişini seyr edirlər. Bəlkə onlardan kimsə mənə yardım etmək, həyatımı xilas etmək istəyirdi. Amma necə?

Sonra yanğınsöndürmə işinə girişdim. Hər şey yaxşı gedirdi. Məni yalnız qara işlərə göndərirdilər. Bilmirəm niyə. Axır vaxtlar, pivə, çips almağa yollayırdılar… Bir gün dostlarım yanğını söndürərkən ehtiyatsızlıq ucbatından yandılar. Xoşbəxtlikdən ölən olmadı. Lakin bir müddət onları əvəz etməli idim. Hər gün o pişiyi ağacdan götür, bu ilanı zərərsizləşdir, elə bil bioloqam. Bezmişdim insanların mənə “münasibətindən”.

Bu gün yenə baş koordinator məni yanına çağırdı. Kişinin oğlu yeni missiya tapşırdı mənə:

-   Albert,  bu gün sənin növbəndir. Pentlor stritdəki göydələnin damına çıxmalısan.

-    Yenə də mən? Axı dalbadal üçüncü növbədir ki,  məni göndərirsiniz.

-    Yanğınsöndürən təkcə yanğın söndürməməlidir. Sənə əmr gəlib. Buna görə əlavə müavinət də veriləcək.

-    İşim nədir?

-    Damdakı antennlər bir-birinə qarışıb. Binada internet dayanıb. Özünlə bir nəfər də götür. Sənə kömək etsin. Çox güman, o dəfə olduğu kimi, iri trosu açmalı olacaqsınız.

-    Əlavə pulu sizdən şəxsən alacam…

Özümü çox yorğun hesab etməyimə baxmayaraq, Roberti də götürüb hadisə yerinə getdim. Çox da çətin iş deyil.

-    Dart, Robert. Sağ tərəfdəki simi bir yerə bərkit.

-    Alınmır axı. Gücüm çatmır…

-    Tez elə, mən trosdan sallanmışam. Cəld!

-    Axx… alınmır. Əlim kəsilir. Mən trosu buraxıram.

-    Buraxma, qoy keçim qabağa.

-    Bacarmıram, tez elə. Nə oldu?

Məndən səs gəlmir. Əlim trosdan sallaq vəziyyətdə ayağımı harasa ilişdirmək istəyirdim. Otuz ikinci mərtəbədəyəm. Burda bacardıqca çox qalmalıyam. Robert əli qan içində bir təhər zəng edib kimisə köməyə  çağırır. Bir əllə kəsici trosdan bərk yapışsam da get-gedə əlimin açıldığını hiss edirəm. Son zamanlar artıq çəki aldığımdan və anormal rejimdə işlədiyim üçün ağırlığımı tutmaq çətindir. Albert hər şeydən bezib. Trosun bir az paslanmış çıxıntıları artıq əllərimin dərisinə yeriyib. Sinir sistemi… Necə də zəif imiş insan. Dözə bilmədim… Axx səni Albert, buraxıram, otuz ikinci mərtəbə… Robert edə biləcəyi yalnız qışqırıb hay-küy salmağı oldu. 18 samiyəlik “eniş” idi bu əslində. Artıq gecdir.

Zaman nisbi anlayışdır. Onun sürəti məlum deyil. Bəzən insanlar şikayətlənirlər, zaman raket kimi uçur, bəziləri isə deyinir ki, vaxt getmir. Mürəkkəb anlayışdır. Qəribədir… Həyatımızın özü kimi. Budur, nəhayət qarşımda sürətlə şığıyan maşınlar durur, yəqin hansınasa dəyib xırt-xəşil olacam. Dəydim! Özü də qara maşının şüşəsinə, sonra da asfalta çırpıldım. 18 saniyədə bütün həyatımı təsvir elədim. Bu, fantastika deyil. İnsanın bir saata danışdığı yuxular əslində maksimum yeddi saniyəyə baş verir. Adamlar yığışır ətrafıma. Gözüm açıqdır. Ağzım ciyərdən gələn qanı çölə daşıyır. Xokkeyçilər kimi salamat yerim yoxdur. Ömrüm boyu axtardığım tanrı da mənə kömək ola bilmədi. Görən beynim nə vaxt donacaq? Hə, artıq dondu. Sadə təbəssüm, bu da məndən sənə yadigar olsun, həyat…

Sevinc Çılğın. Yavrum (Bir şeir)
Ürəyimin altında böyütdüyüm qızım

bu gün yeddi ayın oldu

bətnimdə

görmədiyim üzün

öpmədiyim balaca

ovcunda toz gizlədəcəyin əllərinçün darıxıram

indidən

şəkərbura ayaqların

süd qoxulu boynundan öpmək olmaz

deyir nənəm

böyüməyi öyrənirsən

yaşamağa yol gəlirsən

hardan gəldiyin bəlliykən

hara gəldiyini hələ bilmirsən

sənə rəngli bələklər

əllərim boyda gömləklər

çiçək bəzəkli ləçəklər alacaq nənən

görərsən

bir bilsən necə gözlənilirsən…

gecələri oyaq qalacaqsan deyirlər

bir qurtum süd istəyib ağlayacaqsan deyirlər

bircə mənim

təkcə mənim qoynumdaykən

ovunacaqsan deyirlər

anladım, qızım

anladım

sən

məni hamıdan çox sevəcək

sən

mənə hamıdan çox güvənəcək

sən

məni hamıdan çox üzəcək birisən

və hər şeydən çox

və hər şeydən çox

məni atana

məni həyata

məni dünyaya bağlayacaq birisən

qram-qram böyüməklə

ömrümə yol gəlirsən…

artıq ilk üsyanlarını duyuram

ilk vətənin dar gəlir sənə

əl-qol atırsan

mənəmi can atırsan, qızım

dünyamı çağırır səni?

yolun uzun…

ömrün uzun…

nə tələsirsən, quzum?!

Səni sevgidən yoğurduq

Sən ağrıdan doğulacaqsan

ilk səsinlə

ilk nəfəsinlə

yeni dünya doğuracaqsan

ürəyimin altında böyütdüyüm param,

üzünü görmədiyim,

səsini duymadığım,

qoxunu almadığım

Yavru balam

atandan məni sevməyi

anandan ağlayanda da gülməyi öyrən

səni gülən görmək istəyirəm, körpəm

gülməyi öyrən…

2 mart 2010

00:07

Ayazbəy Turan. Yeni Şeirlər
Susmaq şəklinin abbreviaturası

salam vicdan məhbusları

bəri uzadın biləklərinizi qandalları qırım

əlləriniz azadlığın isti nəfəsini içinə çəksin

barmaqlarınıza azadlıq qanla dolsun

oturun məmləkətin süfrəsində

poxla ətirlənmiş pendirdən

damarlarına iynə yeridilmiş banandan dadın

sonra bir yerdə dua edərik bizə bu nemətləri verənlərə

hacı kərbalayi müəllim rəhbər başbilənlərə

dünyada yaltaqlar durduqca

heç bir yerdə heç kəsin

ayaq səsləri eşidilməyəcək

dünyada yaltaqlıq barmaqlarda dinməzcə yerimək qədər əbədidir

üzütükbitməz məmur töküntüləri öz deltalarında bardaş qurub

belə haqq qazandırır vicdanını

kişi bakirliyini ağacların canından rəndələnən

yarpaqların qanı üzünə çıxmış yaşıl kağız əskinaslara

qurban verərkən

qaş qaralan yerdə bitən ağacların altından axan yumşaq yerlərinin

çeşməsindəki zəhrimarla

dünyaya yenicə gözünü açan qoca qoyunları

çarmıxa çəkər

müqəddəs su adıyla

qadın hərisliyini öz zirzəmisinə axıtdığı selikli göz yaşları ilə söndürər

hacı kərbalayi müəllim başbilənləri

ləyaqətsizliyin qara rəngi ilə üzünü örtmüş

araba şüşələrinin arxasında

açılıb-örtülməkdən uzanmış

qapı dəstəyi kimi utanar hər gün görüşdüyü insanların üzünə baxmaqdan

küçə qancığları

nəhayət qapalı yerlərini tay-tuşalarının qurşağına açar

acanda sahibinə qayıdar

həbi qulağımıza yemirik ki

ya da arxadan ağzımıza axmır ki

heç ağzımızın qapağından mədəmizə də tökülmür

maye ola-ola

fahişəliyini günə verir

hacı kərbalayi müəllim rəhbər başbilənləri

təbliğat şitləri

arxasında uzun dirəklər üstündə duraraq

və bir insan nəfəsi

onun adı vicdan məhbusu

soyadı Azadlıq

Bir ucu ölümə aparan ümüd

ümüdlər gələcəyə atılmış tilovdu

gələcəyə atılmış tilovdu ümüdlər

dünyaya ümüdlə gələn körpə qızcığaz

həyatda ümüdlə bacı, xala, bibi, nənə olur, sonra ölür

ağacdakı yarpaqlar da eyni ahənglə doğulur, ölür

…əbədiyyət xəzan yarpaqlarıdır

nurani nənənin qocalan ümüdləri

körpələrin sifətində yenidən doğulur

yeni köçmüş gəlinin ümüdləri isə onun böyründə yatır

dünyaya yeni ümüd gətirmək üçün

zavallı cocuq!

elə bilir ki, anası onun könlünü almaq üçün

özünü yuxuya verib

indi onun həyatda yeganə təsəllisi

tankın tırtılları altından salamat çıxan velosipedidir.

deyirlər Vətən sərhəddən başlayır

onun üçün isə vətən çatırdı! çadır!

hiss edirəm

ayaqlarım dartır

əllərimi

onlar

yumruq şəklini alarkən;

bax bu qoca

oturaq aksiya keçirmir

o bir demokratiya düşməni!

əlindəki əsa

heç vaxt müvazinətini

itirməyən dəyənəkdir

bu nənə isə…elə bilmə onda

həyat tükənir

diləndiyi pulları

fahişəlik edən qızına verir…

bu gün bir qız gördüm

qaşı kipriklərindən

iki metr aralı…

cibindəki son qəpiyi

dilənən qarıya verir…

o bizə baxıb gülümsəyir

eynəyin altından ağlayan qoca

hər gün bu bağda

keçmişi xatırlarkən

“bəlkə mən də

bir gün gördüm” deyə fikirləşir

eynəyin altından

ağlayan qoca.

əzrayıl dayanıb

qənşərində

bir əlində əsa

o birində alma

ona baxar

tərəddüdlə

eynəyin altından

ağlayan qoca.

göz yaşları

yağış damcılarına

bənzəmir

onu ürək isidir

bu gün öləcəyini bilən qocanın

göz yaşları

çuxura düşmüş bulanıq sudur

qocalar öləcəyindən deyil

daha çox ölməməkdən

insanlara yük olmaqdan  qorxur

soruşsalar bu ölkədə ən bədbəxt insan kimdir

deyin deyin eynəyin altından ağlayan qoca

(Həmid Herisçiyə ithaf)

Əlimdə kitab, qəzet

Başıaşağı

Buddist rahibləri kimi

iməkləməkdəyəm;

Bu gün min kilometr

Yerimişəm.

bezmişəm

bezmişəm

əksinqilabçılardan,

bürokratiyadan,

kolumbiya solçularının

neçə ildir

davam edən

sükutundan,

bir də reklam şitindəki

yaraşıqlı burjuaziyanın

proletarlara dikilən amansız baxışlarından;

indicə

lap indicə

metrodakı bələdçi xanımın

başındakı ulduzlu papağı

göyə vızıldadacam

rədd olsun bürokratiya !

yaşasın demokratiya!

Antireklam

menyuda

insan ətindən kabab…

eşşək ətindən qutab…

…verilir

bir parç pivə ilə

içi AZƏRİ dolu sidik də…

…verilir

Azəbaycanlılar bədən

analizinin nəticələrini

müştərilərin bərələn

gözlərindən

oxuyur

bu şəhərdə bir nəfər belə,

bakalı əlinə alıb

AZƏRİ içə

bilirsə

və ləzzətlə dodaqlarını

marçıldadırsa

bu millət

böyrəyindən

axan

dumduru göz yaşlarını

ona halal edir

tərkibi:

donuzun qabırğa

əti

mal

əti

istiot olan sosiskaya

qafqaz müsəlmanları idarəsi zəmanət verir

dırnaq işarələri olmadan.

Bakı şəhəri

qartalın başıdırsa

qartal

altını batırırsa

deməli bu mənzərədə

mütləq bir ölkə

bütövlükdə nəcisə bulaşmalıdır

xəritədə.

Sarı Gəlin

Milliləşddirildi:

sarı-sarı tellərimə…

küçə müğənnisinin

ifasında

hecalara ayrıldı

Azərbaycan gözəli

qarabağda

bir erməni

bu saat

bu dəqiqə

qəbirdən

babamın

qızıl dişlərini çıxarır

qəbirlərin

ərzi bütövlüyü pozuldu!

azadlığımı asdım çıxıb gedəndə

qulaqlarımda bir qadın ağlayırdı

“xoşbəxt ol”

əllərini yelləyərək

məni yoxluğa qərq etdi

bu evdə

bu mənzildə o ölübdür

kişilərə qadınlardan qoxu qalır

ütülü dəsmalda şanel kimi

Tehran Əlişanoğlu Nizami Cəfərovdan kitab yazdı
Tehran Əlişanoğlunun “Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi” adlı kitabı nəşr olunub. Kitabin elmi redaktoru əməkdar elm xadimi, professor Həmid İmanov, redaktoru Dəyanət Osmanlıdır.

Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının(AME) müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun çoxşaxəli fəaliyyətinin yalnız bir yönü – ədəbiyyatşünaslıqla bağlı işləri diqqət mərkəzindədir.

Müxtəlif illərdə qələmə alınan oçerkləri eyni bir məqsəd – Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı tarixçiliyi konsepsiyasını açıqlamaq, milli ədəbiyyatşünaslığa töhfələrini şərh etmək niyyəti birləşdirir.

II Qismət. Şeirlər
Qadın  və  onun  qərarı.

Qadın .

Kirayə  ev.

Və  pəncərəsi…

Yenə  dirsəklənib  boylanır  yola.

Küçədə  cütləşən  itlərin  səsi,

Otaqda  oyanmış  şirin  bir  bala.

Bomboşdur   qadının  baxdığı  səki,

Çəkdiyi  “ah”lardan   tərləyib  şüşə.

Tilov – gözlərini  yola atıb  ki,

Bəlkə   gözlərinə bir  ümid  düşə…

Birdən  ağlamağa  başlayar  uşaq,

Qadın diksinərək ətrafa baxar.

Dartıb  küçədəki  tilov –gözləri,

Tələsik  o  saaat  yerinə  taxar.

Gedər  qucağına  alar  uşağı,

Qışqırıb  deyər ki :  sus,səsini  kəs !

Nə  tənbeh, nə  isti  ana  qucağı

Qarnı ac  körpənin  səsini  kəsməz.

Qadın  söyər,söyər  öz  körpəsinə

Gedər  itlərəcən  söyüş  xəttləri.

Itlər  susmayanda  insan  səsinə,

Qadın  itə  dönüb  söyər  itləri…

Bir  söz  də  saxlamaz  qadın  sabaha,

Sabah  lazım  olar  söyərəm  deyə.

Itlərdən  qurtarıb  keçər  allaha,

Başlayar  allaha  qarğış  deməyə…

Itlər hürüşdükcə  körpə  ağlayar,

Ağlayar,az  qalar  gözləri  çıxsın…

Qadınsa  allahı  belə  qarğıyar :

“ Allah, bu allahın  evini  yıxsın ! “

Əsəbdən itirər  qadın  özünü,

Axar  dodağına  içindən  keçən.

Itlər  eşidəndə  “allah”  sözünü,

Qorxudan  susarlar  axirətəcən…

Boşalar  qadının  qəzəb  kisəsi,

Min  dəfə  təkləşər  o  tək  otaqda.

Küçədə  kəsilər  itlərin  səsi,

Itlər  susan  kimi  susar  uşaq  da…

Allah  qəzəbindən  sıxar  dişini,

Şimşəyin   səsiylə  qışqırıb ,gedər

Itlərin yarımçıq  qalan  işini,

O  gecə  qadına  tapşırıb, gedər…

Bomj, Füzuli və ölü  siçanlar

Həyat

onun  gözlərində

zibillikdən  tapdığı

almanın dişlək  yeri  qədər  boş…

o hər  gün  tapdığı  almalar  qədər  tox,

diləndiyi qəpiklər  qədər  sərxoş.

Saqqalı

qızların  mini  ətəklərindən uzun,

ümidsizliyindən  qısa…

O

yağmurda çimər ,

günəşdə  qızınar.

saçında  bitlərin marşrut darısqallığı,

metro  basabası  var.

Onun  üçün  fərqi  yoxdu

mənim,sənin, onun

Obamanın,Klintonun

gəlməsi  getməsi

Azərbaycanın Fransaya  uzudması

Albaniyayla heç-heçə etməsi

fərqi  yoxdu  qəti.

O bu şəhəri, bu məmləkəti

zibil  yeşikləriylə  tanıyar.

Ümid

onun  üçün

bir  zibil  yeşiyindən

o  birinə  qədər  məsafə…

mikrodalğada fırlanan qrilləri  görəndə düşünər ki,

toyuqlar da məndən üz  çevirir.

… çiçək dükanın önündə  dayanıb

qızılgüllərə  baxan bomjun

gözlərində Füzuli  şeir   yazır.

Nəsə  düşünür  bomj …

Əllərini  ciblərinə  salır.

Cibindən

oynamaqdan  yorulub ölən siçanlar  çıxır…

qismet86@inbox.ru

Natiq. “Oğru”
Nə zamansa belə bir dövlət olub – adına fəhlə-kəndli hökuməti deyərdilər.

Bu ölkənin insanları inanırdılar ki, hamının bərabər və firavan yaşayacağı kommunizm quracaqlar. Elə bu inamla da gecə-gündüz çalışır, şəhərlər, kəndlər salırdılar.

Nəsillər bir-birini əvəz edir, milyonlar canlarından keçirdi.

Sonralar, lap sonralar anladılar ki, onlar əslində elə kommunizmdə yaşayırlarmış. Amma bu, sonralar, lap sonralar oldu. 1991-ci il dekabrın 25-i saat 19:38-də isə fəhlə-kəndli hökumətinin oraq-çəkicli, qırmızı bayrağı birdəfəlik endirilib tarixin arxivinə gömüldü…

- Belə biabırçılıq olmaz yoldaşlar, əllərimiz qabar bağlayır zəhmət çəkib taxıl əkirik haramzadanın biri gözümüzün qabağında oğurlayıb aparır. Bir ildə üç anbardar dəyişmişik xeyri yoxdu.

İndi biz neyləyək əlimizi-qolumuzu sallayıb duraq ki, hansısa müftəxor taxılımızı daşısın bəs onda biz dövlətə nə verəcəyik, bu kolxozçuların balaları nə yeyəcək? Belə çıxır biz fərsizik hə?!

Alın tərimizlə əkib-becərdiyimiz məhsulu qoruya bilmirik. Ə, Qasım qalx ayağa, ay vicdansız, səni anbardar seçəndə bu boyda camaatın qabağında partbiletinə and içmədimi ki, kolxozun bir dəni də o yan-bu yan olmayacaq? İndi nə oldu, heç üçcə ay deyil işləyirsən taxıl yenə kəm gəlir, göstərərik sənə yalandan partiyaya and içməyi.

- Ay sədr, məni çöndər balalarının başına, partiyacanı, dədəmin ölmüşünə mənim xəbərim yoxdu. Ay başınıza dönüm taxılı mən hara apardım siz görmədiniz? Bir çətən külfətim boğazımdan asılmayıb ki, kolxozun malına kəm baxam, bir arvadımdı, bir özüm də.

Nəyimə lazımdı buğda? Vallah hər axşam anbarın qapısını bağlayıb gedirəm evə, o qıfılı ki ora mən vururam, bütün rayon yığışa aça bilməz.

- Ə, bəs taxıl niyə kəm gəlir?

- Vallah o kişinin yolu haqqı – əli ilə kolxoz idarəsinin qabağında ucalan Leninin büstünü göstərir – mənim xəbərim yoxdu. İstəyirsiniz elə bu dəqiqə tüpürüm cəmdəyimə, qandallayın göndərin Sibirə, billah xəbərim yoxdu, nə sirdi mən bilmirəm.

- Yoldaş sədr, – qabaqcıl kolxozçulardan kimsə söz aldı – madam ki, biz zülmlə becərdiyimiz taxılı qoruya bilmirik, niyə dağa-daşa düşək qonşu kənddən adam çağıraq anbarı etibar edək ona.

- Əşi ağzından çıxanı qulaqların duyurmu, elə şey olar bəs rayon nə deyər? Deməzlərmi ki, bu nətəhər kolxozdu öz anbarını yiyə dura bilmir. Mən buna razı deyiləm – partkomun ötkəm müdaxiləsindən sonra sədr heç bu təşəbbüsün üstündə burmadı – yoldaşlar, Qasımın cəzası ağır olacaq bilin, amma anbarı da bir nəfərə tapşırmalıyıq axı. Kimi məsləhət görürsünüz, təklifiniz nədi?

- Nə təklifimiz olacaq ay sədr, – həmişə iclasların həlledici məqamında çıxış edən qocaman pambıq ustası dilləndi – bizim kənddə anbarda işləyəcək adam qalmayıb. Ay balam, ilə iki-üç anbardar dəyişirik, bu vaxta kimi az qala hər evdən bir nəfər anbarda işləyib, tay biz hardan adam tapaq, bir qalıb əlimizə dəyənək alıb ellikcə duraq anbarın qabağında görək o hansı qurumsaqdı camaatın malına qəsd edir…

– Ay arvad, necə yəni əlimizə alaq dəyənəyi duraq anbarın qabağında, hərənin öz işi-gücü var, heç bilirsən rayon buna nə deyər? – partkom pambıqçının sözünə nöqtə qoymasına imkan vermədi – nə qədər ki məsələ dilə-dişə düşməyib onu elə öz aramızda həll edək, nə qonşu kəndən adam lazımdı, nə də hamı əlinə dəyənək alsın.

Yəni deyirsiniz bizim aramızda namuslu, alnıaçıq, vicdanlı bir kommunist qalmayıb ki anbarı onu etibar edək?

Partkomun pafoslu çıxışı camaatı bir az duruxdurdu, sanki dirijor çubuğundan işarə gözləyən orkestrin üzvləri kimi hamı başını sağa – sədrin açıq pəncərəsindən aydınca görünən Leninin büstünə tərəf çevirdi.

Elə bil camaat partkomun sualının cavabını ondan soruşmaq istəyirdi, yəni doğurdanmı bizim aramızda vicdanlı kommunist qalmayıb, əziz Vladimir İliç?

Bu səhər dan yeri sökülməmişdən pambığa gedən kolxozçuların toplaşdığı iki iri gövdəli tut ağaclarının altında hamı axşam olacaq iclasdan danışırdı.

Məlum məsələdi, yenə də taxıl kəm gəlib, yenə anbardarı qovlayıb ən yaxşı halda bir partiya töhmətini yapışdıracaqlar belindən, əgər camaat qahmar çıxmasa, bəlkə də bədbəxtin yaxasını verdilər prokurorun cənginə. Nə isə axşam kolxoz idarəsində qiyamət qopacağı hamıya gün kimi aydan idi.

Çolaq Qədir də qaralmış yulğun budağından düzəltdiyi çəliyinə söykənə-söykənə danışılanlara qılaq verir, aradabir camaata qoşulub taxıl oğrusunun yeddi arxa dönəninə lənət yağdırırdı.

Ona kənddə fikir verən olmazdı, özünün şikəstliyi bir yana, qarğışa tuş gəlmiş kimi oğlanlarının ikisi də ayaqlarını çəkə-çəkə yeriyirdi, ailəsində bir babad Allah bəndəsi arvadı idi ki, onu da nə alaq vurmağa, nə pambıq yığmağa aparırdılar. Arvadı da xeyirdə-şərdə yeri gəldi-gəlmədi əl atıb and-aman eləyirdi ki iki yox, elə bil üç uşaq saxlayır, üçü də ocağının başında şikəst qalıb.

Kolxozçular kəndin ən fağır, məğmun adamı kimi Çolaq Qədirin üzərindən nəzərlərini əskik eləməzdilər – bayramlarda pay-plüşü, əti-yağı kəm olmazdı, öz aralarında deyərdilər ki, kəndin bir məğmunu var, onu da ac qoymayasıyıq ki.

Ona ən yüngül işi tapşırmışdılar, işləmək yox, sadəcə başını qatmaq üçün. Çolaq Qədir səhərlər xırmanın ayağındakı balaca gölməçənin yanında eşələnən kəndin qazlarına, toyuq-cücəsinə göz qoyar, axşam əl-ayaq yığışandasa idarənin qabağındakı Leninin büstünün böyür-başının alaq-ulağını, traktorlardan yerə düşmüş çır-çırpısını təmizləyərdi.

Heç dərinə gedəndə buna iş də demək olmazdı, sadəcə camaat fikirləşirdi ki, qoy Qədir də özünün onlardan kəm bilməsin, eləcə başını qatsın.

Çolaq Qədir toyuq-cücəni xırmanın ayağına ötürəndən sonra hərdən bir taxıl anbarı tərəfə gələr, yerə tökülən, arpadan, buğdadan yığıb bağlamasına qoyar, sonra anbarın arxasındakı kölgəliyə çəkilib bir xeyli mürgü vurardı.

Heç kimin ağlına gəlməzdi ki, kolxozun böyük anbarının arxa tərəfi günün ən qızmar çağında belə dünyanın ən sərin yerdi və o da ağıllarına gəlməzdi ki, anbarın iki iri gözlüklərinin açıldığı bu sərin məkanda yalnız Çolaq Qədir mürgü vurur. Qaz balaları kimi şaytıya-şaytıya toyuq-cücənin arxasında o ki var qaçıb əldən düşən oğulları atalarının kölgəliyə çəkilməsinə bəndmiş kimi anbarın arxasına şığıyardılar.

Çolaq Qədir yan-yörəsinə bir xeyli boylanar, ətrafda ins-cinsin olmadığını tam yəqin edəndən sonra uşaqları gözlüklərdən içəri atardı. Uşaqlar hər dəfə bellərinə bağladıqları torbaları gücləri çatdığı qədər ağız-buğuz doldurmadan çıxmazdılar, sonra çolaq torbaları bir tay edib kolluqda gizlədərdi.

Ta hava qaralandan, əl-ayaq yığışandan sonra Qədir tayını çiynin atıb evinə aparardı, qabağına çıxan olsa belə unamazdı ki, çolağın çiynindəki taxıl tayıdı, ya başqa bir oğurluq mal. Hərdən ala qaralıqda qabağına çıxanlar nə qədər illah edərdilər ki, «ver yükünü biz götürək, özünü əziyyətə salma gücə düşərsən» Qədir razı olmazdı, nəfəsi kəsilə-kəsilə, çəliyinə güc verib özünü evinə salardı.

Açıq havada tər tökənlər yatsalar yuxularına da girməzdi ki, heç kolxozun anbarından geri qalmayan başqa bir anbar da Qədirin evinin zirzəmisindədir.

Ərinin el malına qənim kəsilməsi bircə arvadına agah idi, amma o da ha illah etsə də bu məsələnin sirrini bilə bilməzdi.

Marağını boğa bilməyib bir gecə taxıl oğurluğundan qayıdan ərindən niyə belə etdiyini soruşmaq istəmişdi, sözü elə ağzında qalmışdı çolaq qara yulğun çəliyi ilə arvadı o qədər döymüşdü ki, bədəni gömgöy zol atmışdı, özü kimi topal oğlanları da araya girməmişdi, eləcə tamaşaya baxırmışlar kimi aralıda dayanıb cıqqırlarını çıxartmamışdılar, bəlkə də ataları him eləsəydi bir-ikisini də onlar dartardılar.

O vaxtdan arvad qət eləmişdi ki, ərinin oğurluğuna qarışmayacaq, lap kolxozun bütün anbarını daşıyıb gətirsə belə, nəyinə lazım, dövlətin malı can dərmanı.

Qədir həmişə torbasının yerbəyer elədikdən sonra kölgəlikdə mürgü vura-vura kənd camaatının qarasına o ki var söyər, avamlığına gülərdi. Bu necə camaatdı, hamısı deyir anbarın qapısını qoruyaq, bir nəfərin ağlına gəlmir ki ay balam, bu xarabanın pəncərəsi, hələ üstəlik bacası da var axı.

Nə yapışmısınız bir qapıdan istəyirsiniz ki, dünyanın yüz qıfılını vurun, tilsimini qurun, kimdi qapıdan girən, oğurlayan elə pəncərədən də oğurlayar, hələ o tərəfə də keçər.

Qədir uşaqlarının onun kimi topal olmasına bərk heyfslənirdi, keşkə heç olmasa biri adam balası kimi yeriyərdi, pah nələr eləmək olmazdı. O qədər pəncərəsindən, bacasından xəbəri olmayan yerlər var ki, nə qədər istəyirsən götür, nə qədər istəyirsən apar heç gözünün üstündə qaşın var deyən də olmaz, elə götürərsən ki, ruhları da inciməz.

Amma nə fayda, köpək uşaqlarının ikisə də atalarına çəkib, ömürləri böyü qara yulğun budağına söykənə-söyənə gəzəcəklər…

Çolağın evi kolxoz idarəsindən bir az aralıda, tut bağlarının qurtaracağında idi.

Onu da özü tikməmişdi, toyu olan ili kənd camaatı birləşib öz hesablarına ona bir ev qaraltmışdılar. Kimisi toyuq-cücə, kimisi qaz-ördək, qoyun-quzu vermişdi ki, fağırın həyəti səsli-küylü olsun, gözü başqa yerdə qalmasın, özünü dolandıra bilsin.

Qədir də evin qabağında enli üzüm talvarı düzəltmişdi, camaatı gördüyü üzüm idi, talvarın altı isə müharibə dövrünün hər şeylə təchiz olunmuş bunkerinə oxşayırdı, neçə anbardarın qovulmasına, neçəsinin qandallanmasına bais olan taxıl tayları bura qalaqlanırdı. Hər dəfə taxıl biçinindən sonra kolxozun anbarı daralır, çolağın üzüm talvarıysa elə eninə verirdi.

Bu qədər var-dövlətlə nə edəcəyini heç özü də bilmirdi, oğurluq onun heç kimin qiymətləndirmədiyi, dəyər vermədiyi əlindən gələn yeganə iş idi. Onu tərgitməyi heç ağlına da gətirməzdi, lakin bu boyda sərvəti xərcləməyə yer tapa bilməyəcəyini düşündükcə kolxoza, insanlara, ağlı kəsən hər şeyə lənət yağdırırdı.

Kolxoz idarəsinin açıq pəncərələrindən süzülən işıq Qədirin evinə dönən yolu işıqlandırırdı, içəridə gedən qızğın müzakirələrin əks-sədası az qala kəndin o başından eşidilirdi. Bu kənd hələm-hələm belə naçar vəziyyətə düşməz, belə haylı-küylü olmazdı.

Camaatı o qədər sakit, istiqanlı insanlar idi ki, heç yatanda da qapı-bacalarını bağlamazdılar, qonşuların arasında çəpər də çəkən olmazdı, elə bilərdilər ki, bütün yer üzünün insanları da onları kimi başlarını aşağı salıb ancaq öz işləriylə məşğuldur.

Qədir adəti üzrə idarənin qabağından burulub eləcə evinə tərəf yönəldi, nədənsə birdən ağlına iclasa girmək gəldi. Onun belə yerlərlə qəti arası olmazdı, ona görə yox ki, adam yerinə qoyub yığıncaqlara çağırmazdılar, ona görə ki, Qədirin ümumiyyətlə adam arasında olmaqdan zəhləsi gedərdi. Amma anbarı bu dəfə hansı bədbəxtə tapşıracaqlarını fikirləşdikcə onu maraq bürüyürdü, çiynindəki taxıl tayını Leninin büstünün arxa tərəfində ala-qaranlıq bir yerə qoydu.

Yaxşı bilirdi ki, buğda tayının lap büstün qənşərinə qoysa belə, həmkəndliləri onun oğulluq olduğunu heç ağıllarına də gətirməzdilər, özü də gör harda!

Qədir çəliyinə güc verə-verə açıq qapıdan içəri keçdi, bayaqdan haldan-hala düşən keçmiş anbardar Qasım onu görən kimi ayağa qalxıb yerin verdi.

- Biz öz anbarımızı özümüz qoruyacağıq, mən təklif edirəm ki, növbəylə hər gecə birimiz keşik çəkək, hamımız anbarın qapısını qorusaq kim ora yaxın düşə bilər? – danışan kəndin ağsaqqallarından biriydi. Hamı ona həmişə hörmətlə yanaşardı, o da şikəst idi, amma Qədir kimi anadangəlmə yox, ayağının birini müharibədə itirmişdi.

Qədir qapı haqqında eşidəndə bir istədi əlini-əlinə vurub qəh-qəhə çəksin, vallah bu camaat avamdı, ə bir keçin anbarın arxasına da baxın də, nə yapışmısınız bu cəftəsi çürük qapıdan.

- Yoldaş sədr, bəlkə hamı yox, elə komsomolçular keşik çəksin – bu da günün qızmarında zəmiləri, pambığı suvarmaqdan qamışa dönmüş ağzıyelli cavanlarından idi, sinəsini qabağa vermişdi ki, bir əclaf oğruya görə kəndin ağsaqqalı, ağbirçəyi gecələr yuxusuz qalmasın.

- Yoldaşlar, başa düşün anbardar işdi axı, gəlin hamımız ona kömək edək, amma açarları konkret bir adama etibar etməliyik. Varmı aranızda belə bir adam?

- Var – partkom gözlərində qığılcım parladı, ayağa qalxıb – məsələn, Qədir yoldaş – dedi. Camaat bir anın içində qapının yanında boynubükük dayanan Qasımın yerində oturmuş Qəbirə tərəf baxdı. Partkomun gözlərindəki qığılcımı içi sədr qarışıq indi bütün iclas iştirakçılarına sirayət etmişdi. Təklifi səsə qoymağa ehtiyac qalmadı gurultulu alqış sədaları iclas zalını başına götürdü. Sədr çiynindən ağır yük götürülən adam kimi:

- Çox gözəl, Qədiri hamımız yaxşı tanıyırıq, öz kəndimizin oğuldu, sakit, vicdanlı yoldaşdı anbarın açarlarını ona vermək üçün mənə elə gəlir səsverməyə ehtiyac yoxdu elə sizin alqışlarınız yetər – dedi. Yerbəyerdən hamı razılıq əlaməti kimi başını tərpətdi – ay Qədir, sənə etibar edirik, ümidimiz sənədi, bir sözün varmı? – sədr əlavə etdi.

Qədir elə bil yuxudaydı, gözlərini elə bərəltmişdi ki, az qala həlqəsindən çıxacaqdı, bir istədi desin ki, ay camaat, sizin başınıza at təpib? Ə, vallah ağlınızı itirmisiniz, siz nə avam adamlarsınız, heç bilirsiniz mən kiməm?

Bu vaxta kimi anbarın pəncərəsindən girirdim bacarmırdınız, indi öz əlinizlə açarları mənə verirsiniz. Necə də sevinirlər e!.. – Vallah mən nə deyə bilərəm ki, yoldaş sədr, el-obanın yanında söz verirəm anbarın qapısını göz bəbəyim kimi qoruyaram, tay nə deyim… – heç bundan sonra nəsə deməyə ehtiyac da yox idi, sürəkli alqışlar onun sözlərini eşidilməz etdi.

Çolaq Qədir kolxoz idarəsindən adamlar dağılışandan bir xeyli sonra çıxdı, təzəcə təhvil aldığı anbarın açarlarını şaqqıldadıb cibinə qoydu. Adəti üzrə bir xeyli yan-yörəsinə nəzər salıb əl-ayaq çəkildiyini tam yəqinləşdirdiyindən büstün alaqaranlığında gizlətdiyi taxıl tayının çiyninə atıb şaytıya-şaytıya evinə tərəf yönəldi.

Yeganə Cansail. Şeirlər
“Sən ona Tanrı,

O sənə ilahə”-olmaq yalanında uyumaq…

Sonda

Ateistə çevrilmə həqiqətində oyanmaq…

Bunun adı sevgidir.

Ruhların duyğuları olurmu?

Bəlkə də belədir:

Bir vaxt,

Bu dünyada güldüklərinə

O dünyadan baxıb ağlayırlar…

Bəlkə də tam əksi,

Başlanğıc və son kimi…

Buludlardan asılı qalmış

Damlaların vəziyyətindəyəm eynən…

Bircə ildırımın çaxması yetər ki,

Atılım içində səni gizlətdiyim uçurumlara…

Bir gün eşidəcəksən

Qadınının

Ölüm xəbərini.

Hər kəs kimi,

Səndə ağlayıb-sızlayacaqsan…

Sonra ömrün payızı gələcək

Bir baxacaqsan ardından

Gözlərin önündən xəzələ döndərdiyin

Qadınlar keçəcək…

Günahsız insanların

Göz yaşlarında,

Boğacağam ümidlərimi.

Sənsizliyin

Kəndirindən çox asmaq

İstədim içimdəki səni…

Heyf,

Xatirələrin möhkəm deyilmiş…

Emin Bakuvi. Məkana zəncirlənmiş zaman
Yenə də tələsirəm. Bundan doğan nigarançılığım məni yerimdə var-gəl etməyə vadar edir. Nəhayət əlimdən cana doymuş qol saatım ustanın əlində cana gəlir. Əlimi cibimə saldığım anda, ustanın: “Bu saatın mexanizmi qəlizdir, detalları az tapılandır, çalış ehtiyatla işlədəsən” – deməyi təmirin mənə baha başa oturacağından xəbər verir. Gümanımda yanılmıram. Tələsdiyimdən ödədiyim pulun qalığını almaq belə yadımdan çıxır. Mənim laqeydlik və tələskənliyim, saatsazın tamahı və tənbəlliyi mənim və pulun geri qayıtmasına imkan vermir…

Bakının kələ-kötür yollarıyla şütüyən avtobus vaxtı qabaqlamaqda israrlıdır. Ancaq… ancaq yenə də tıxac. İnsan cəhdinin, müqavimətinin, barışmazlığının yoluna tıxanan tıxac. Təəccüblüdür, bütün səddlərə rəğmən insan zamana baş əyməməkdə israrlıdır. Yaradılanların qaydaları pozması “qaydalar onları pozmaq üçün yaradılıb” yazılmayan qanununa istinadı istəyin, bəlkə də ifrat nəfsin şiddətindən doğur.

Bu fikirləri beynimin dolanbaclarında azdıra-azdıra başımı qaldırıram. Maşınların təkəri asfaltda şırım açır. Siqnal səsləri qulaq deşir. Tozanaq qopur. Sürücülərin açıq pəncərədən boylanan danışan, bağıran, söyüşən başları ətrafı bürüyən toz dumanın içində gözə dəyən yeganə qaraltılardır.

- Saat neçədir? – Yöndəmsiz kök qadın yeknəsəq səslə yanında əyləşən arıq – çəlimsiz uşaqdan vaxtı soruşur.

Biixtiyar mən də saat bağlanan qolumu özümə tərəf çevirirəm. “Lənət sənə, kor şeytan, ilişməyə vaxt tapdıq da” – ürəyimdə sürücülərin əvəzinə şeytanı məzəmmət edirəm. Saata tez-tez baxmağım, elə bil, vaxtı yubatmaq məqsədi güdür. Lakin əqrəblər qaydası üzrə bellərini çəkə-çəkə sürünməyə davam etməkdədirlər.

Sürünmək üçün doğulmasaq da, zamanın arxasınca yüyürməyimiz kənardan sürünmək görüntüsü yaradır. Belə çıxır ki, sürünən saatın əqrəbləri yox, bizik? Saatın əqrəbləri sığallı-cığallı dayənin – zamanın hökmündədirlər, həmçinin biz də. Bəs nədir və nədədir fərqimiz? Bəlkə, biz tabe olmaq istəmirik, zamanı ötmək cəhdində bulunmağımız da vaxtı udmağa yönəlib. Bəlkə, biz tabe olmağı bacarmırıq, qiyam ruhu fitrətimizdədir. Bu arada Artur Şopenhauerin fikirləri yadıma düşür: “Hər atılan addımımız yıxılmağın qarşısını almaqdır, hər udum nəfəsimiz boğulmaqdan qurtuluşumuzdur.” Yox, yox, razı deyiləm. Bəlkə, hər atılan addımımız zamanı ötməyə uğursuz cəhd, hər nəfəs almağımız ardı-arası kəsilməyən növbəti cəhdlərə güc toplamaqdır.

Avtobusun qəfil yerindən qopması məni düşüncələrimdən ayırdı. Yenə də arxada qoyduğumuz maneəni gecikmə səbəbi kimi yaddaşımıza pərçimləyib, heç nə olmamış kimi növbəti tıxaclara doğru şütüyürük…

Qaçıram. Arxama baxmadan qaçıram. Elə bil ayaqlarım pambıqdandır. Özümü yıxılmaqdan güclə qoruyuram. Dizlərimdəki küt ağrı sürətimi azaldır. Qaçıram. Daha doğrusu, qaçmağa cəhd edirəm. Ayaqlarım sözümə qulaq asmır. Aman Allah (adını çəkməklə kifayətlənirəm, yardım diləməyə dilim gəlmir)! Önümdə orta əsrlərdən qalma qapı görükür. Qapı açıqdır. Cəmi dörd-beş addım qalıb. Bir… iki… üç, dörd. Budur, artıq içəridəyəm. Qapını cəld örtürəm. Çöl tərəfdən qapıya çırpılan kölgə cəftəni yerindən oynadır. Ürəyim ağzıma gəlir. İçəri necə də qaranlıqdır. Bu zülmətin içində yüksəyə dırmaşan pilləkənləri görürəm. Pillələri ayağımla saymağa başlayıram. Tutacaq olmadığından divardan yapışa-yapışa qalxıram. Ətraf ağarır. Qürub günəşinin solğun şüaları qaranlığın acısını gözümdən çıxarmağa çalışır. Deməli sonuncu mərtəbədəyəm. Başımı qaldırdığım anda Bakının mənzərəsi gözümün önündə canlanır. Ətrafa boylanıram. Bura ki, Qız Qalasıdır! Bir anlıq qışqırmaq, insanları səsləmək istəyirəm. Sözlərim ağzımdan yola düşməmiş boynumdan asılır. Başımı endirdiyim anda daş döşəmədəki təbaşir ilə cızılmış şəkil marağımı çəkir – dodaqlara sıxılmış şəhadət barmağı. Sol yanağımın isindiyini duyuram. Gözlərim sola baxmağa əmr edir. Qalanın kənarında iki daşın arasında rəqs edən od parçası yan-yörəsini qarsıyır. Gah öləziyir, gah da alovu ərşə yüksəlir. Əllərim ayaqlarımı arxasıyca aparır. Dizlərimi qatlayıb önümə atıram. Od gözlərimi qovurur. Onu yerdən qoparmağa, qoynumda gizlətməyə can atıram. Barmaqlarım oda toxunmaq üzrədir. Qəfil qopan rüzgarın əli çiynimdən tutub silkələyir. Müvazinətimi itirirəm. Yanaqlarım soyumağa başlayır. Budur, bədənim havanı yarıb keçir. Səmt küləyi qulaqlarımda fit çalır. İçimdə gizilti, qulaqlarımda uğultu, gözlərimdə ümid. Gözlərim sağa baxmağa əmr edir. “İlahi, bu ki, məni bayaqdan izləyən kölgədir! Bu… bu mənim kölgəmdir.” Belim torpağa çırpılır…

Yuxudan hövlnak oyanıram. Barmaqlarımın ucu göynəyir. Bədənim tir-tir əsir. Soyuq tər damcıları alnımdan qaşlarıma süzülür. Dərindən nəfəs alıb ətrafa nəzər yetirirəm. Yerimdən sıçradığım zaman yuxuya getməmişdən əvvəl oxuduğum kitab da sinəmin üstündən döşəməyə sürüşüb. Kitabı əlimə alıram – “Qədim yunan mifologiyası”. Vərəqi qatladığım səhifəni açıram – “Prometeyin zəncirlənməsi” – astaca oxuyuram. Gözlərim hərflərin üstü ilə sürüşür. Fikrimi toplaya bilmirəm. Diqqətim cümlələrdən yayınıb bir az öncə gördüyüm yuxuya səyahətə çıxır. Kitabı çarpayının bir küncünə tullayıram . Əlimi atıb balıncın altından saatımı götürürəm. İki saat vaxt itirdiyimə görə peşmanam . Yuxunu da özümə qıymıram . Uşaqlıqdan yatmağa biganəyəm .

Off… vaxt daralır, səbrim də. Bir sutka bir günü doyduracaq qədər çox aciz, çoox. Gözüm yenə saatın iməkləyən əqrəblərinə sataşır. Onlarla bizlər arasında oxşarlıq göz deşir. Hər gün eyni yola kölgə salan əqrəblər və biz. Hər ikimiz çərçivəyə salınmışıq. Zaman çərçivəsinə. Gələcək bir saniyə ərzində indimizə keçib, bir saniyədən sonra keçmişə gömülməkdədir… Dəli fikirlərin ağuşunda çıldırmaq dərəcəsindəyəm.Özümə yer tapa bilmirəm.  Yox,bu qədər gecikmək olmaz, saat əqrəbinin hər çıqqıltısı bir addımımıza bərabər olmalıdır. Kimdir bizi ləngidən? Ovcumda tutduğum qol saatını zərblə divara çırpıram. İçimə bir anlıq peşmanlıq dolu sakitlik çökür.

Səhərin  mehi saçlarımda gəzişir. Yay günəşi yorğunluqdan yumulan kipriklərimi sığallayır. Gecədən miras qalan yuxusuzluq göz qapaqlarımı titrədir. Qol saatımın əqrəbləri çərçivəsiz azad görünsələr də, irəliləməyi düşünmürlər. Nəhayət, əlimdən cana doymuş qol saatım ustanın əlində cana gəlir. Yenə də tələsirəm…

Cavidan. Yeni şeirlər
İnaqurasiya

Mən indi

Seçkidən sonrakı

Üçüncü dərəcəli ölkələr kimiyəm:

Ağlım hisslərimi susdurmuş,

Hisslərim ruhumu sıxmış,

Bir az

Mental komplekslər içindəyəm,

Bir az

Demokratik həyasızlıq meyllərinin…

Baxdığım aynalarda pərtəm,

Çıxdığım fotolarda xoşbəxt,

Elə hey danışmaq istəyirəm,

Vədlər vermək istəyirəm,

Bir əlim sinəmdə,

Bir əlim

Satılmayan şeir kitabımın üstündə,

Dizlərim

Ağ vərəqlər önündə çökmüş,

İçimdə Mayakovski üsyanı:

-  Baxın a,

Yana-yana qalın a,

Mən Azərbaycan yazarıyam!

20 faizimi yadlar ayaqlamaqda,

80 faizimi yad olmayanlar,

Hisslərim ruhumu sıxmış,

Ağlım hisslərimi susdurmuş…

Seçkidən sonrakı

Üçüncü dərəcəli

Ölkələr kimi yəni…

Pillələr

Ümid  birinci ölür, bilirəm,

Sonra Ümidin sonuncu ölməsinə olan inam,

Lap axırda Sevgi…

Bu, bir qədər payızı xatırladır,

Yağışları, yorğun torpağı,

Hə, bir də Günəşin utancaq gülümsəməsi kimi bir şey..

Rəngi solmuş Eşq məktubuna baxsana,

Aynadan oxunarmış yalnız,

Saçlarımı hər arxaya darayanda görürəm,

Alnımı hər qırışdıranda..

Nələr və nələr unuduldu Tanrı bizi xatırlayınca da,

Kimlər və kimlər qaldı ölmüş Sevgidən o yanda,

İnamı qorumaq da bir şey deyilmiş, anladım,

Ümid sə birinci ölürmüş, bilirəm…

Son ümidindim sənin…

Onlar bilirdilər neynirlər

Daşqalaq elədilər

Sevgini dadanları,

Bədənini

Heç olmasa bircə dəfə

Ruhuyla birgə bəxş edən,

Yəni, sevən qadınları…

Və daşları sevməyənlər atdı.

Yəni sevə bilməyənlər,

Heç vaxt sevilməyənlər,

Yəni bircə dəfə belə

Sevilə bilməyənlər…

Və daşqalaq edilən

Hər bir qadın

Son anda

İsanı arzuladı,

Yəni onun zühur edib:

-  İlk daşı aranızdan

Günah etməyənlər atsın, – deməsini…

Və susdu Tanrı,

Və bağışladı daş atanları,

Və inanmışdı çoxdan

-  Onlar bilmirlər neynirlər, – bəraətinə…

Yəni, bağışlamışdı çoxdan

Bütün daş atanları…

Sonuncu Somati

Sən

Tibet mağarasındakı

Sonuncu Somati kimi

Soyuq,

Tənha,

Hissiz,

Və cansız…

Ol!

Yeddi yüz il,

Doqquz yüz il,

Bəlkə min il..

Son nəfəsin

Bu dünyanın

Son günündən sonra çıxsın…

Mən

Redaktəsi əvvəlcədən olunmuş,

Qaraltılı,

Pozuntulu,

əzik-üzük bir omrü də

40-50 il civarında yola verim,

Hər nəfəsimi sonuncu kimi çəkim,

Hər gün min dəfə ölüm,

Hər gün min dəfə doğulum,

Sevim,

Küsüm,

Unudulum,

Ürəyinin döyüntüsünə dönüm

Dünyanın…

Həyat naminə!..

Sadəcə bu…

O, çox gec  anladı ki,

Həyat –

Sadəcə və sadəcə

Kanalizasiya xəttiymiş…

Sən

Ya rahat yolu seçib

Axına qarışırsan,

Ya da

Yuxarılardan yapışıb

Sallanırsan…

əllərinlə addım-addım

və tər-təmiz

çıxmaq üçün

o başa…

Xatirə Sadıqova. Yeni Şeirlər.
TORPAĞIN ƏLLƏRI BÖYÜKDÜR

Doğulanda həyat

yaşayanda silah

öləndə bayraq oldun

Torpağın əlləri nə böyükmüş

gizlətdi səni də

mən ağlamağı öyrəndim

sən yaşamamağı

bir də

unutmağı öyrəndik hər ikimiz

torpağın yaddaşı zəif olur

İndi uzaqdasan yaşamdan

çiçəklərlə doğmalaşmısan

üzünü çevirmisən məndən, zamandan

sığınmısan torpağa

“torpağın qucağı istidir, daha isti…”

SIZIN ÜÇÜN ADAMLAR

Guya ki, göy üzü yaşıl-yaşıl olacaqdı

guya ki, dağlar dənizlərə qovulacaqdı

dağlar boğulacaqdı

boğulacaqdı

Dedim axı

inanmayın

içinizdə gömün

bütün inamsız,imansız hər şeyi

üfürün küləyin üzünə

özünüzə deyə bilmədiklərinizi

və yalvarıram dəyişməyin

hərdən uşaq olmaq

keyif verir adama…

MODERN YUXULAR

Ordan qarşıdan gələn uzunsaç adam

əlindəki bıçağı

önünə çıxan

hər hansı adamın

boğazına diriyəcək-

lap anası olsa belə

yolumu dəyişirəm tez

Əllərimdən tutub

“gəl bərabər addımlayaq bu yolu

bu yolda olum da var

ölüm də

sevgi də var

ayrılıq da”

deyir uzunsaç adam

yolumu dəyişirəm tez

Təyyarədən göyün gözəlliyini

gözəlliyin hər zaman təzəliyini

seyr edən mənim üçün

necə də qorxuludur

silahlı uzunsaç adamın

terror yağan üst-başı

çılğın baxışı

heyhat, dəyişə bilmirəm yolumu…

Alov. Div ürəyi
Biri vardı, biri yoxdu, əhalisi divlərdən ibarət böyük bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə.

Divlərin qəribə bir adətləri vardı, balaları bir az böyüyüb ağıllanan kimi yığışıb əcaib bir mərasim keçirərdilər; balaca divin bağırtısına fikir vermədən ürəyini çıxarıb qoyardılar bir şüşəyə və həmin andan da artıq xasiyyətdə də onlara bənzəyən yeni bir div – divlər cərgəsinə qoşulardı.

Şüşə sındırılmayana qədər bu divlərə ölüm yox idi.

Bu məmləkətdə heç kəs heç kəsi ürəkdən sevməzdi.

Birinin ayağına dəyən daş o birinin ürəyinə ağrı verməzdi. Heç kəsin heç kəsə ürəyi yanmazdı.

Heç kəs heç kəsə ürək qızdırmazdı, ona görə də ürəyini açmazdı. Heç kəs ürəklənib qəhrəmanlıq göstərməzdi. Kimsənin  ürəyi yaralı deyildi, ürəyinə dağ çəkilmiş bir div belə yox idi.

Bu divlər ürəkdən gülüb ürəkdən ağlamazdılar.  Heç kəs ürəyində danışmazdı, hamı fikirləşərdi.

Heç kəsin ürəyi heç kəsi tutmazdı; bu üzdən də çox nadir hallarda evlənmələr olardı – ürəksiz.

Bu divlərin ürəkləri heç vaxt ağrımazdı, ona görə də infarkt sözünü eşitməmişdilər. Onlar ürəklərini gücə salmazdılar, ona görə çox güclü idilər. Onların heç nə üçün ürəkləri getməzdi, onlar üçün əvəzedilməz heç nə yox idi.

İçərilərində nə ürəyi düz olan var idi, nə də ki, ürəyi xain. Onların ürəklərinin götürmədiyi heç nə yox idi, hər şeyi qəbul edərdilər. Onların ürəyi bulanmazdı, hər şeyi yeyerdilər. Onların ürəyi döyünməzdi, daha çox daşa bənzərdi.

Bir dəfə necə oldusa balaca bir divin böyüməsindən illərlə bir-birindən xəbərsiz qalan valideyn divlərin xəbəri olmadı və bu div ürəyi ilə birgə böyüməyə başladı.

Ürəksizlər içində yaşayan ürəkli div elə bil cəhənnəmdə idi.

– Axı ürək bizim nəyimizə lazımdır? O, bizə mane olardı. Orqanların ən gərəksizi ürəkdir. Ona görə biz onu özümüzdən kənarlaşdırırıq. Ürəklə yaşamaq özündə ölüm gəzdirməkdir. Ürəyimizi özümüzlə gəzdirmirik, ona görə də ölmürük. Sakit, həyəcansız, laqeyd, ağıllı, rahat bir ömür sürürük. Məqsəd budur. Divlər onu başa salmağa çalışırdılar.

Ürəkli divin o anda az qalırdı ürəyi ağzına gəlsin, ürəyinin qanı vururdu beyninə. Çığıra-çığıra soruşurdu:

– Axı ürəksiz yaşamaq da ölü kimi yaşamaqdır! Siz yaşamırsınız, mövcud olursunuz! Həm də əgər ürək belə gərəksizdirsə, niyə ürəyinizdən ölürsünüz?

Divlər əvvəl bu sualı mənasız adlandırıb uzun-uzun çərənləyirdilər. Son nəticədə də heç biri ona cavab verməzdi.

Ürəkli divi heç kəs duymurdu, lakin ona qulaq asar, onu anladıqlarını bildirərdilər, sonra gülümsəyərək laqeyd-laqeyd hərə gedərdi öz işinin dalınca. Div də qalardı ürəyi partlaya-partlaya. O, divləri ürəkdən sevirdi, ona görə də onlara ürəkdən nifrət edirdi. Div dərdləri ilə birgə böyüyə-böyüyə sürətlə qocalmağa başladı. Əvvəllər onu dinləyənlər qısa müddətli təəccüblənirdilər, indi daha onu görənlər o cür təəccüblənirdilər: divlər ölkəsində ondan başqa qocalan yox idi.

Ürəkli div axırda o qədər qəzəbləndi ki, bütün divlərin şüşələrini sındırmaq qərarına gəldi. Lakin elə yoldaca ürəyi yumşaldı, elə peşman oldu ki, yazıq, hönkür-hönkür ürəkdən ağlamağa başladı. Ağlaya-ağlaya divin ürəyi partlayıb öldü.

Divlər bir neçə gün sonra ürəkli divin ölümündən xəbər tutdular. Xeyli fikirləşib yüngülvari qəmlənmək qərarına gəldilər. Və yenidən rahat, şad-xürrəm yaşamağa başladılar.

a.eyvazova@yahoo.com

Tehran Əlişanoğlu. Mən ekspert olsaydım…
Əgər 20 yaxşıdırsa, elə 10 da yaxşıdır; mən Milli Kitab Mükafatı müsabiqəsini dəstəkləməkdə davam edirəm. Əgər: 265-dən 20-si nə deməkdir – kifayət qədər aydın deyildisə; və məsələn, yaxşıya iddialı heç olmasa 30-luq ilə “uzun siyahı”nın 20-sini tutuşdurmaq imkanımız yox idisə, indi artıq uzun və yığcam siyahıların müqayisəsinə də meydan var. Təkrar reklamdan çəkinməyək.

Bu 20-lik: Məqsəd Nur, hekayələr; Fəxri Uğurlu, hekayələr; Şərif Ağayar, “Kərpic kəsən kişinin dastanı”- hekayə; İlqar Fəhmi, “Bakı haqqında kollaj”- roman; Rafiq Tağı, hekayələr; Taleh Şahsuvarlı, “Canlanma”- roman; Əjdər Ol, Portret hekayələr; Əlabbas Bağırov, “Qiyamçı”- roman; Eyvaz Əlləzoğlu, “Odunçu geri qayıdır”- roman; Nəriman Əbdülrəhmanlı, “Yalqız”; Yusif Şükürlü, “Çapa”- hekayə; Seyran Səxavət, “Yəhudi Əlifbası”- roman; Mövlud Süleymanlı, “Erməni adındakı hərflər” – roman; Kamran Nəzirli, hekayələr; Həmid Herisçi, “Əli. Nino” – roman; Elxan Qaraqan, “A”- roman; Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” – povest; Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” – povest; Azər Kamal: “Duel po Freydu” – novellalar toplusu; Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” – povest.

Bu da 10-luq: Şərif Ağayar (“Kərpickəsən kişinin dastanı” – hekayə); Əliabbas Bağırov (“Qiyamçı” – roman); Nəriman Əbdülrəhmanlı (“Yalqız” – roman); Samit Əliyev (“Sem şaqov v napravlenii zakata” – povest); Eyvaz Əlləzoğlu (“Odunçu geri qayıdır” – roman); Elxan Qaraqan (“A” – roman); Kamran Nəzirli (Hekayələr toplusu); Əjdər Ol (Portret hekayələr); Rafiq Tağı (Hekayələr toplusu); Fəxri Uğurlu (Hekayələr toplusu).

Hələ də gizli qalmağı üstün tutan Ekspertləri bu yazının içindəncə salamlayıram; hansı prinsiplərlə işləmiş, nəyi meyar götürmüşlər – bu onların peşəkar haqları! Məsələn, amma mən ekspert olsaydım, həmincə 20-dən başqa bir 10-luğu seçərdim: Rafiq Tağı, hekayələr; Məqsəd Nur, hekayələr; Fəxri Uğurlu, hekayələr; Əjdər Ol, Portret hekayələr; Şərif Ağayar, “Kərpic kəsən kişinin dastanı”- hekayə; Əlabbas Bağırov, “Qiyamçı”- roman; Həmid Herisçi, “Əli. Nino” – roman; Taleh Şahsuvarlı, “Canlanma”- roman…

Doğrudur, Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır”, Elxan Qaraqanın “A”, Yusif Şükürlünün “Çapa” və rus dilli yazarların əsərlərini oxuyammamışam hələ ki; amma əgər ekspert qismində, oxuyub da həmin əsərlərdən heç hansı birini seçəsi olmasaydım, qalan iki yerə yenə də Mövlud Süleymanlının “Erməni adındakı hərflər” və İlqar Fəhminin “Bakı haqqında kollaj” romanlarını artırardım. Bu da ola mənim peşəkar haqqım.

Amma təbii, “belə xoşum gəlir, belə seçirəm” prinsipilə fərdi zövqə yozulmasın deyə, arqumentlər söyləməli, seçimimə ictimai status qazandırmalıyam: niyə məhz o yox, bu əsərə üstünlük vermişəm. Söhbət son on ilin seçimli nəsrindən gedir (əlbəttə, müsabiqə daxilində, şərtən) və bu mövqedə 20 əsərin hər biri özlüyündə ictimai önəm daşıyır, – bu da bəlli. İndi həmin sıradan: daha fərqli, əlahiddə, bənzərsiz, bir-birini təkrarlamayıb, əksinə tamamlayan, milli ədəbiyyata (hekayəçiliyə, romançılığa, bədii düşüncəyə, zövqə) təzəliklər gətirən, yaxud klassik zövqləri itiləyən 10-nu seçib, “milli kitab” adına oxucu auditoriyalarına ötürülməsinə qərar verməliyəm mən. Şərti unutmayaq: əgər Ekspertəmsə. Mənim 10-luğumdakı hər bir əsər bu və ya digər qədər verdiyim tələbləri ödəyir və son on ilin milli kitab yükünü daşıya bilər.

Hekayəçilikdən başlayaq. Çün bizdə hekayəçiliyin yaşı, təcrübəsi və təbii ki, çeşidi daha çoxdur. Ənənəvi realist süjet hekayəçiliyindən 20-liyə Kamran Nəzirlinin və Şərif Ağayarın hekayələri gəlib-çıxa bilib. Ekspertlər hər ikisini seçib, həm də güman ona görə ki: bu süjetlərdə günün ağrı-acıları var, Qarabağ dərdi var, milli insanın düçar olduğu qaçqınlıq, yurd-yuvasızlıq, mənəvi aşınmalar  kimi təlatümlərin bədii inikası var. Müxtəliflik naminə, öz 10-luğumda mən bunlardan yalnız biri - Şərif Ağayarın “Kərpickəsən”i üzərində dayandım. Kamran Nəzirlidə natura çoxdur, ətrafımızda gördüklərimizdir; Əlibəy Hüseynzadə demiş, təkcə gördüklərimizi yazmaqdan nə hasil ola bilər, bir az da düşündüklərimizi gələk üstünə. Hekayəsinin adından başlayaraq, Şərif Ağayar məhz bu yolla gedir; “Şam şəhərində xeyli qoca bir kişi vardı, Pəri kimi, cin kimi camaatdan qaçardı…” – bu gizli sitatdan start alıb, təkcə cismən: evindən-yurdundan-ocağından deyil, həmçinin  mənən: varlığından qaçqın düşməyə vadar milli insanın naturasına gəldikdə, artıq gördüklərimizdən də əlavə nə qədər məsələlər üzərində düşünməli oluruq. O səkkiz yüz il öncə yaşamış Qoca çox müdrik idi, çox-çox; natura ağrıları öz yerində (bunu müəllif əsasən cavan təhkiyəçi-qəhrəmanla süjetin təsirinə buraxır), Şərif Ağayarın bugünkü Kərpickəsən kişisi həm heç də az milli görünmür…

Desəm ki, digər hekayəçilərdən hər biri milli ədəbiyyat üçün bir ayrı cür təzədir, özümü təkrar etmiş olaram. Dördündən üçü barədə Ekspertlərlə siyahını bölüşdürürük. Elə burdan da başlayaq. Rafiq Tağı barədə mən dəfələrlə söz açsam da, hekayələri məni yenə də, yenə də yazmağa vadar edib. Mən bilmirəm, yazıçı müsabiqəyə hansı kitabını təqdim eləyib: İki cildliyinimi (2005), “Gənc Qraf Kenterberiyski” toplusunumu (2005), ya daha sonrakı təzə hekayələrini; amma fərqi yoxdur, artıq “Rafiq Tağı hekayəsi” denilən bir nəsnə var ki, elə onu nəzərdə tutmaq bəsdir.

Lap bugünlərdə cavanlardan birisi Rafiq Tağının hekayələrində “can yox, standartlar”, “tam bir özün rəngləri” olduğunu tənqid  elədi (adyazar saytı: Sabutay, Romançılarа hekayə dərsi). Tənqidi alqışlamaqla, – çün cavanlar əzəlkiləri tənqid eləyə-eləyə özlərinə çatırlar,- həmin insafsız tənqidin içindən boylanan həqiqətə də diqqət cəlb etmək istərdim. Bəli, “Rafiq Tağı standartları”na tabe bir hekayə-strukturu var ədəbiyyatımızda; ki, yazıçı onu canıyla-qanıyla illər uzunu formalaşdırıb. İndi əgər həmin hekayə tərzi bizə rahat-səlis-asan gəlirsə, tələsmək nə lazım; bəli, təkrar-təkrar oxumağına dəyər: uğursuz nümunələr də olur içində, amma həmin standartların bizə nə qədər ləzzətlə həqiqətlər pıçıldamasına laqeyd qalmaqmı olar? Ələlxüsus da klassik hekayəçiliklə, məsələn: Çexovla, Mopassanla, Mirzə Cəlillə silahlanıb, bugünün yazarının üstünə gəlmək yalnız cavanların laborator məşqlərinə yarıyır. Biz hamımız o məşqlərdən keçib gəlmişik, eləcə də Rafiq Tağı; həmincə Qoqoldan, Tolstoydan, Çexovdan Dostoyevskiyəcən girib də öz “əyalət estetikası”na çıxmış (mən bu barədə artıq yazmışam: Tənqid.net jurnalı, № 3).

Rafiq Tağı köhnənin yazarıdır; belə ki, bəzilərinin müsabiqədə S.Səxavətin, M.Süleymanlının iştirakına dodaq büzüb, R.Tağını “cavanlar”dan bilməsi mənə mənalı görünmüşdü. Klassik hekayəçiliyi də var Rafiq Tağının – “Yanaşı ulduzlar” (1987) adlı ilk kitabına baxsaq, görərik: süjeti süjet yerində, personajları – xarakter! İntəhası, ətrafdakı min bir süjetləri təkrar-təkrar yaşaya-yaşaya son halda maraqsız gəlmirmi bizə bütün bunlar?; odur ki, 90-cı illərdən belə peyda olan, məhz bizim tanıdığımız Rafiq Tağı həmin “maraqsızlığ”ı düşünə-düşünə və hər dəfə süjetlərini bir az da, bir az da qıra-qıra öz məxsusi – qəhrəman üzərində köklənən hekayəçiliyini yaratdı. Süjetsiz nəsr olmur ki; sadəcə onun (süjetin) harda gizləndiyini, harda və nədən itib-batdığını bir düşünəsən gərək. O ki qaldı “quramalığ”a, məsələn, elə realistlər də hekayəni (təhkiyəni) qurmurlarmı; sadəcə gerçək süjeti (həyat hadisəsini) önə verib, ustalıqla arxasında gizlənirlər; modernistlərdə bu quramalıq açıq-açığına və (həyatın) acığına olduğundan beləcə, nəzərə gəlirlər. Bir şərhimdə deyəndə ki: Rafiq Tağı realizmi keçib, modernizmi yaşayıb, indi də postmodernist istehzaya məşğuldur, gördüm qəribə qarşılandı. Məncə, R.Tağını izləməməkdən gəlir bu çaşqınlıq. Bir oxucusu kimi,  mən Rafiq Tağının o balaca əyalət dünyasını (dəblə desək: Yoknapatofasını)  sevirəm; diqqət eləmisizsə, son zamanlar R.Tağı əvvəlki qədər çox yazmır; təbii, gəlib-gəlib də diskursunu lap yaxından, qəhrəmanın, yaxud təhkiyəçi-qəhrəmanın “beyni içi”ndən qurmaq asanmıdır? Bu hekayələrin daş soyuqluğuna nədən təəccüblənirik ki: məgər bugün biz elə bircə soyuq beyindən ibarət deyilikmi?!

Gələk Fəxri Uğurluya; əvvəlki nəsr kitabında (“Uşaqların mahnısı”, 1999) Fəxrinin maraqlı prozası da vardı – “Şair Şulumun şeirləri” kimi; düşündürücü esseləri də; bir neçə il qabaq (gərək ki 2006 idi) o, sanki bunların vəhdətindən çıxış edərək, bir silsilə “düşünmək üçün hekayələr”ini qoydu ortaya. Dünya qədər köhnə mövzuları, süjetləri, əhvalatları götürüb, yenidən yazdı; yadımda qalalı, bu: “Fərhadın Xosrovu öldürməsi”dir, “Peyğəmbər”dir, “Leylinin məcnunluğu”dur, “Şeyx Sənan”dır, İskəndərin əhvalatıdır və s. Bunları mən Media-forumda, bəzilərini 525-də oxumuşam; Tənqid.net jurnalında bir pullu səhifəm var: Günün ədəbiyyatı; hətta “İskəndərin qanunu” hekayəsini götürüb, 4-cü sayda həmin səhifədə təkrar dərc də eləmişəm, təmənnasız-filansız. Dediyim odur ki, hekayəçiliyimizdə tamam yeni bir rakursdur bu. Güman ki, müsabiqəyə təqdim olunan elə həmin hekayələrdir.

Biz bəzən ədəbiyyatımızda post-modern axtarışında dağa-daşa düşürük; halbuki budur, əyani və orijinal nümunələri durur qarşımızda. Orijinal deyəndə ki, bu qəbil, keçmişin bizə xəbər verdiyi süjetlərin yenidən təfsiri və məhz qaranlıq hesab olunan məqamlardan ayrı bir rakurs təklifinə biz X.L.Borxesdə rast gəlirik; intəhası Borxesdə filoloji araşdırma ilə möhkəmləndirilən plüralist yanaşma güclüdür, Fəxri Uğurlu isə fəlsəfi yozumlarında daha çox fantaziyalarına güvənir. Məsələn, elə həmən  “İskəndərin qanunu” hekayəsi belə bir məqamdan: “Aşağıda da deyirdilər guya Böyük İsgəndər balaca bir dərddən – qızdırmadan ölüb” məqamındakı “guya”nın sirlərindən törəyir; demə, Ərəstu fəlsəfəsi işığında dünyanı fəth etmiş Böyük İskəndər onu Əflatun fəlsəfəsi işığında xoşbəxtliyə çatıb da tərk eləyibmiş. Fəxri Uğurlu bu sıradan hər hekayəsində bizə ruhla ağılın mübahisəsindən hasil olan nələrisə çatdıra bilir. Təki düşünmək istəyək və ta ki düşünək.

Məqsəd Nurun “Tərs kimi” adlı proza kitabı 2006-da işıq üzü görüb; daha neçə yığcam hekayəsini də sonra mətbuatdan oxumuşam; yəqin ki, müsabiqəyə də elə bu sıradan hekayələri gəlib-çıxmış olar. Tənqid.net jurnalı 2-ci sayında “Tərs kimi” kitabının dəyirmi masa müzakirəsini təşkil eləyib; təəssüf edirəm, olduqca orijinal üslublu bu prozanın Ekspert 10-luğuna düşmədiyinə. Ümumən modernistik prozanın təkrarsız tərzi var Məqsəd Nurun hekayələrində; ənənəvi hekayəçilikdən fərqli, əksərən bu – silsiləvi hekayələrdir: “Yarıqaranlıq”, “Ürəyindən tikan çıxmayan”, “Ero-gigiyenik”, “Dənizdən gələn eşq gecələri”, “Katastrofiklər”, “Qırğız gündəliyi” və s. – hər birisi də neçə daha yığcam lövhə-epizod-süjet qırıqları, insan mənzərələrini yığır içinə. Bu cür yazı tərzinə XX əsr modernizmi daha çox əsrin ikinci yarısında, böyük narrativlərin (təhkiyə tərzlərinin) yerimədiyi zamanlarda üz tutmuşdu; insan içinin sınıqlarını plüralist üslub rəngarəngliyində bütövləyən Məqsəd Nurun hekayəçiliyi  bizdə 1990-cı illərdə formalaşmış. Deməzdim, həmin mətnlər bugün oxunmur; burda zəngin dil oyunları, ritm bolluğu, sırf prozaik enerji var; ki, daim həyatın bir addımlığındakı boşluqları görüb-hiss eləməyimizə yardımçı olur.

Kəskin qayıdaq klassikaya; bugün klassik hekayəçiliyin keşiyində ardıcıl duranlardan biridir Əjdər Ol; mən bu barədə də yazmışam (Tənqid.net, № 5); amma müsabiqəyə hekayəçiliyimizə fərqli bir ton verən portret-hekayələrini təqdim eləmiş. Mətbuatdan və kitabından (“Ölümlə zarafat”, 2007) oxumuşam: “Yazıçı Namiq Abdullayevin axırı”, “Rafiq Tağı ki, Rafiq Tağı”; “Kür Əlisəmid”; sonra daha birini yazmış: “Anar”; yəqin ki, cəmisi budur – yazıçı həmkarlarının iç portreti. Həmişə əcnəbi ədəbiyyata baxıb, həsəd aparmışam: ədəbiyyatı yaradan insanların nə əsərlərindən, nə də rəsmi bioqrafilərindən görünməyən tərəfləri, gizlinləri, xırdalıqları necə də uğurla yol tapır həmincə ədəbiyyata. Bizdə yazıçı obrazı bədii ədəbiyyata əksərən pozitiv əsaslarda girib: memuar-xatirə janrında, ya da maarifçi biçimdə; Əjdər Ol portret-hekayələrində qeyri-standart ölçülər gətirir janra; istedadlı ədəbiyyat yaradan insanların qeyri-standart dünyalarına vara bilir; bu, ədəbiyyatın sirrinə bizi bir az da yaxınlaşdırır.

Hekayələr qədər klassik romançılığımızla lovğalana bilmərik, amma 20-likdə 1960-80-ci illər roman düşüncəsi və üslubunu təmsil eləyən xeyli uğurlu əsərlər yer tapıb. Mən bunlardan yalnız birini – Əlabbas Bağırovun “Qiyamçı”sını salmışam 10-luğuma; ki, rəngarəngliyə meydan ola; Ekspertlər bununla yanaşı: Nəriman Əbdülrəhmanlının “Yalqız” romanına da şans veriblər; yəqin ki, Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanının baxtı da elə həmin (klassik) müstəvidə gətirib (müəllifin hekayələri ilə tanışlıq bu sözü deməyə imkan verir mənə); eləcə də M.Süleymanlının, S.Səxavətin romanlarının adı keçə bilərdi burdan. Bu romanların poetikası eyni qəbildən, qəhrəmanın ətraf aləmlə iç mücadiləsi üzərindədir; odur ki, başlıca ifadə üsulu burda aydın süjet və altşüur axınıdır; hamısında da mövzu qaynar, aktual, lazımlıdır; birində 1980-ci illər, digərində 90-cı illər, üstəlik Qarabağ, millətçilik, millət və mənəviyyat savaşı. Mən “Qiyamçı”ya üstünlük verdim; bir başqası digərlərindən birini seçsə, mahiyyətcə çox şey dəyişməz; yəni üslublar ayrı və hər birinin öz məziyyəti olsa da altqatda eyni estetika işləyir: təkin daxili aləminə yad mühitə müqaviməti, mücadiləsi, əzab-ağrılardan keçən mənəvi savaş örnəyi.

Mən “Qiyamçı”ya üstünlük verdim; çün sadalanan başlanğıclar, zənnimcə, burda daha yaxşı həzm olunmuş; ictimailəşmə kəsəri daha güclü – milli həyatın dünənindən açılmamış qatlar daxil edir ədəbiyyata; epik mənzərələri altşüurla üzvi təqdim eləyən dilin enerjisi böyükdür; hadisələrə sərt yazıçı münasibəti dürüst olub qəhrəmanın mövqeyinə qarışıb-itmir… Bütün bunları, məsələn, “Yalqız” haqqında demək çətindir; ictimai kəsər həmin qədər deyil, mənəvi tənhalığın motivləri gərəyincə kəskinləşdirilməyib, müəllif sərrastlığı çox yerdə qəhrəmanın altşüur burulğanlarında itib-batır və s. S.Səxavətdə publisist çağırış çox açıqdır, bunu mən prozaik qatın işləməsinə əngəl bilirəm. Potensialda saxladığım “Erməni adındakı hərflər” romanını da zəif saymıram; Tənqid.net jurnalı romanın təhlilinə geniş yer də vermiş (№ 5); romanda hələ 1990-cı illərə qədər də erməni qurnazlığından söz açan nə qədər kəskin lövhələr var; yazıçının üslubu da səlisdir, nə artıb, nə əskilib: metaforik qat realist plana müvazidir. Amma bu, tanıdığımız Mövlud Süleymanlıdır; mifoloji dünyası əvəzsiz, gəl ki, bu dəfə tarixi hadisələrə güzəşt edir; aydın ideya-biçimi, konseptualizə romanı bir qədər qəlibləşdirir; sanki roman tarixin illüstrəsinə çevrilir; ki, ədəbiyyat qatı bundan uduzur…

Desəm ki,  Həmid Herisçinin “Əli. Nino”sunu bütövlükdə (kitab şəklində) oxumadan 10-luğuma daxil etmişəm, oxucu məni qınamasın; romanı çoxlu parçalarla qəzet və jurnallardan mütaliə etmişəm; bu, hamısı olmasa da, Həmid Herisçi romançılığını duymaqdan ötrü yetərlidir. “Əli və Nino” Kitab Evinin keçirdiyi müsabiqədə Ekspertlər “Əli. Nino”ya yer verməliydilər, ən azı məntiqi olaraq. Heç düşündükmü, müsabiqənin təşəbbüsçüsü nədən “Əli və Nino”dur, bu ad təsadüfdən günümüzə gəlməyib ki; gəlib də özü ilə bax beləcə yenilikçilik, təşəbbüs, gündəm gətirib. Eləcə də Həmid Herisçinin romanının adı təsadüfdən “Əli.Nino” deyil: məşhur romanın qəhrəmanları bugünə gəlir, olduğu yerlərdə, küçələrdə, hadisələrdə bir daha olur, H.Herisçiyə xas nisgil ovqatında bugün başverənlərə yozum-izah verməyə çalışırlar; burda günün romanını yaratmağa cəhd var. Bir qədər mübaliğəlisə də, bu dəfə mən Sabutayın qeydlərinə önəm verirəm: “Bizdə bir məktəb olacaq Həmid Herisçi var, o da məncə ədəbiyyatı bir mərhələ irəli aparacaq gücünü xəsisliklə gizlədir”. Özündən sonra gələn solçu ədəbiyyata, məxsusən nəsrə H.Herisçinin aşkar təsiri var, – bu öz yerində; amma “məktəbdən”, hansısa olub da ortada olmayan “konsepsiya”dan danışmaq, məncə, sadəcə görmək istədiklərimizdir. Uzun illər müşahidəmə görə, H.Herisçi konseptual düşüncə yox, əksinə, yaradıcılıq stixiyası içərisində gəlişir; ardıcıl ideya və estetik təkamülü onu bir yerdə saymağa qoymursa da, bitkin nələrəsə də gətirib-çıxarmır. Ali və ibtidai, yüksək və aşağı, idealist və realist, həyatdan və ədəbiyyatdan olan süjetlər-motivlər- personajlar, publisistik və metaforik, peşəkar və profan  və s. və s. nələrin, nəsnələrin yanaşdırılması, qatışığı, israrı məhz postmodern estetika kontekstində, impulsiv fikir oyunlarından gəlir; bircə elə bu fərqlilik birinci 10-luğa girmək üçün kifayətdi, məncə.

Son iki ildə ardıcıl piarı, ictimai mühitdə səs-sorağı, rezonansı Taleh Şahsuvarlının “Canlanma”sının əslində 20-liyə düşməməsinə bir yer qoymurdu; hər hansı Ekspert bu effektli küy qarşısında çaşmaya bilməzdi. Amma məncə, romanın 10-luğa yol tapa bilməməsinin səbəbi də elə yenə çaşqınlıq olmuş. Əvvəla, romanını oxuya bilmədiyim E.Qaraqanı çıxmaq şərtilə, Taleh Şahsuvarlı müsabiqə qalibləri arasında ən gəncidir; və iddiasına görə, “Canlanma” – ilk bədii yaradıcılığıdır. Mən romanı lap son anda, adını siyahıda görüb də tapıb-oxudum; doğrudur, mətndə birbaşa naturaya uyan, məhz ilk yaradıcılığa xas epizodlar, səhnələr, təsvirlər də var; amma bütövü haqqında bunu deməzdim. Əksər hissələrdə bədiiyyatı uğurla tətbiq və idarə edən peşəkar qələmi görməmək olmur; istər təhkiyə dilinin səlisliyində, mətləbi bütöv və heyrətamiz asanlıqla çatdırmasında, istərsə də kompozision ardıcıllıq və səliqədə – müəllifin “metaroman” deyə janr verdiyi romana “meta-” nöqtələrinin dürüst, tədrici, punktual düzülməsində; yox, nəsə bişkin bir qələmin işləyi var romanda.

“Canlanma” giriş manifestasiyasından başlamış tam mündəricəsinəcən ideya romanıdır (yəni məsələn, Çernışevskinin “Nə etməli”si kimi); güddüyü açıq, fəal məqsədlər var. Odur ki, bəri başdan xatasından özümü sığortalayıram: məncə, İdeyası şirnikləndirici olduğu qədər də yabançı, yad, deməli, ziyanlı romandır bu. Arqumentlərimi burda açmayacam; hərçənd dəfələrlə təsdiqlənmiş belə fikir var ki: estetik hadisələr heç vəch ziyanlı ola bilməz, ən qatı ideyalara köklənsə belə; çün “anti-” təəssüratları anti-münasibət doğurmaqla yenə də həyatın-yaşamın-doğrunun-İnsanın təsdiqinə yönəlir. Mən roman boyu “canlanmış” ideya ilə razılaşmır, mübahisə edir, barışmıram; deməli, oxucu minnətdarlığı ilə öz ideallarımda daha da möhkəmlənirəm.

“Canlanma”da iddia olunan postmodern estetika əlamətlərinə mən rastlamadım: axıracan “canlanma” ideya planında, məhz fikir işi kimi qabarıqdır, heç yerdə estetik özəllik qazanmır, hətta mistik halələr də personajların düşünülmüş xətt-hərəkətlərinə bəzək qismində görünürlər; əgər milli gerçəklərin Mişel Uelbekin “Elementar hissəcikləri”nə qənşər nələrsə törətməsi əslində yoxsa, istəmək ilə də olmur. Doğrudur, qəhrəmanların ideya söhbətləri, dartışmalarında gənc romançı Dostoyevskiyə tərəf də dartınır, amma Dostoyevskidə ideya planı açıqdır, dialoji təfəkkür üzərindədir; “Canlanma”da hazır ideya qəlibi qəhrəmanları buxovlayır, əvvəlcədən nəzərdə tutulmuş funksiyalarına gömür; bu – maarifçi roman poetikasına müvafiqdir, sırf təlqin estetikasına güvənir.

Nə qaldı daha; Ilqar Fəhminin  potensiala yozduğum “Bakı haqqında kollaj”ı, bir də rus dilli yazarlar. “Bakı haqqında kollaj” daha çox publisistik əsasdadır, prozaik zəminə gərəyincə otuzdurulamayıb; odur ki, qəhrəmanın ah-ufu Şəhərin özlüyündə obrazını üstələyir; bu qəbil mətnləri qurmaq göründüyü qədər də asan deyil. Əvvəlcə “Qara kitab”ı yazırsan, “Mənim adım qırmızı”nı düşünürsən, elə ki, yetkin yazıçı fiquru nəhəng Şəhər obrazının yanında görünməyə başlayır, bax onda oturub “İstanbul”u yazırsan; hər halda Orxan Pamuk “Xatirələr və şəhər”ini məhz bu yolla ərsəyə gətirmiş. Bununla belə, mən cəhdlər tərəfdarıyam; vakansiya olsa, İlqar Fəhmiyə də 10-luğumda yer verəcəm. O ki qaldı rus dilli yazarlara, müsabiqə gedişində səslənən o fikrə şərik deyiləm ki, guya burda yox, ayrıca müsabiqədə təmsil olunmalıydılar. Belə olanda bu nəsr ayağını qaçaraqda qoyub, həqiqətən də bizimki olmaqdan uzaqlaşır; məhz fərqləri görmək və bəhrələnmək naminə belə yaxşıdır; sonrasına baxaq…

Əsərlərini oxumağa fürsət bulmadığım bütün yazarlardan, o sıradan Eyvaz Əlləzoğludan, Yusif Şükürlüdən, Elxan Qaraqandan üzrlər diləyirəm; amma söz verirəm; və ilk imkan düşən kimi öz 10-luğumda düzəlişlər etməyə də hazıram. Rəsmən Ekspert olmasam da.

12-14 yanvar 2010

Jalə. Yeni şeirlər.
Dağ

Sanki Qobustan qayasıdı ürəyim…

Ay vəhşi,

neçə min il sonra

oxuya bilməyəcəklər axı

çəkdiyin dağları…

bir az səliqəli ol…

Şahidlər

Nizami

Xaqani

Füzuli

Hadi …

onlar hamısı şahiddi ki,

bir qadın

inandırmaq,

bir kişi

inanmamaq üçün

əllərindən gələni etdilər…

hamısı şahiddi,

bu küçələrin hamısı…

Azadlığın ağrısı…

qandalları açılan kimi

biləklərini ovuşduran

məhbus tək

ürəyimi ovcumda

əzirəm…

…səndən sonra…

…azadlıq həmişə ağrıyla başlayır…

Dostuma…

aşiq olduğun qadınların

heç birindən

çirkin deyildi,

çoxundan daha gözəl!

üstəlik, zarafat-filan,

bir sözdən anlamaq-zad…

…həminki dərddi –

həyəcanlandıra bilmədiyin qadınları

sevə də bilmədin heç vaxt…

“Payız yarpaqları”ndan…

bir bulanıq gölməçədə

yalqız,

solğun əksinin

halqa-halqa ləpələnməsi

payız gəlib,

osa yoxdu deməkdi…

qoca yarpaqların

son nəfəslərində

damarları çıxmış əllərilə

çiyinlərinə vurub təsəlli verməsi

payız gəlib,

osa yoxdu deməkdi…

payız gəlib,

çoxdan gəlib,

osa çoxdan yoxdu deməkdi

sənmi ah çəkdin,

küləkmi qopdu -

bilinməməsi….

payız alar ancaq,

hər şeyi

kökündən qoparıb gedər,

ağaclardan yarpaqları,

insanlardan günahları…

günah bilib apardığı

yarpaq bilib qopardığı

həm də səndin…

ötən payızda gedəndin…

qaytarmadı səni mənə,

payız verməyib alandı…

sən olmayınca içində

payız da yalandı…

payız da yalandı…

Orxan Zaman. Şeirlər.
Sevgi=Ölüm

Ayxan Kiçikbəyə

Sevdiyi qadınları bir-bir basdırdı-

Onları sevdiyi şəhərdə.

Tərk edib getdiyi qadınların

Sevgisini apardı içində…

Nə onların əli çata bildi o sevgiyə,

Nə də əlini uzadıb bir şey uma bilmədi

Onlara olan sevgisindən.

Səhər pəncərəsində itirdiyi

Qadınların şəkli asılıb qalmışdı.

Axşam içində həsrətə qapılmışdı bir az,

Ağlamışdı,

Əlini göyə qaldırıb bağırmışdı – dəli kimi,

Axı onun sevdiyi qadın yox idi…!

Yalnızlıqla söhbət

Bir sabah oyandım,

Göz yaşlarıyla…

Yalnızlığım məni boğmaq istədi,

Bacarmadı…

Səhərin qapısında sevgi əzrayılı durmuşdu.

Canmı almaq istədi, bacarmadı.

Hara baxdım,

Sən yox idin.

Sağa baxdım,

Sən yox idin.

Sola baxdım,

Sən yox idin.

Deyəsən, qəlbimdə idin sən.

Çıxmaq istəmədin.

Məni  yalnızlığımla baş-başa qoydun.

Dostum Dafiyə öyüdlər

Sevgi ağılnan deyil, Dafi

Bir gün sevəsən, bir gün atasan.

Sevgi yazı deyil, ay Dafi

Bir gün yazasan, bir gün pozasan.

Sevgi bir nağıl deyil,

Eşidirsən, Dafi?

Oxuyub qurtarasan,

Sevgi bir dəniz deyil,

Dərinində batasan

Bir gün sevəndə məni başa düşərsən

Sevgisi dönər olan Dafi

Qayıdıb gəlmisən…

Baxdım, üzündə acı təbəssüm donub qalmışdı

Nooldu, nə tez fikrin dəyişdi?

Dünən ayrılanda sevinən sən deyildin?!

Mənə lazım deyil yalandan ağlamağın…

Götür yerdəki göz yaşlarını,

Bir də mənə verdiyin ətirli qələmi…

O qapı, o da sən.

Çıx get.

Qapını yavaş çırp

Ürəyimi çatladarsan…

Qaç, qaaaaaaaaç

Lap uzaqlara.

Sənsiz yaşamaram deyirdin ha!

Get,

Demək, gedirsən?

Yaxşı, nə deyim?

Bilirəm, sən gedəndə

Nələr olacaq.

Kədərlər, həsrətlər qapımı kəsdirəcək

Onları içəri alacam.

Əlimə qələm götürəcəm,

Səni başdan yazacam…

Öz istədiyim kimi.

Rekviyem

Hamıdan birinci, hamıdan sonra,

Gəlirik meydana, amma nə fayda?

Biz şadlıq sarayı tikəndə yerdə,

İngilis bayrağı yellənir ayda.

Hərə nağılını danışır bizə,

Yatırıq, əcaib yuxu görürük.

Gələn də, gedən də sataşır bizə,

Baxıb arxasınca “əhsən” deyirik.

Kiminsə əlləri girir gözümə,

Əllərin qırılsın, gözün tökülsün.

Kimsə də lağ edib gülür sözümə,

Mənə lağ edənin nənəsi ölsün.

Nəfəsim daralır vətən deyəndə,

Danışa bilmirəm, susmağım gəlir.

Şair də kimsədən pul dilənəndə,

Şairlik adından qusmağım gəlir.

Milli Kitab Mükafatı müsabiqəsi və siyahılar
Növbəti yazını da sadə hesabdan başlayacam.

Təzəlikcə “Əli və Nino” Nəşriyyat Evi bir Milli Kitab Müsabiqəsi keçirdi və müasir ədəbiyyatın təklif elədiyi 20 kitab və əsərin adını müəyyənləşdirdi: Məqsəd Nur, hekayələr; Fəxri Uğurlu, hekayələr; Şərif Ağayar, “Kərpic kəsəın kişinin dastanı”- hekayə; İlqar Fəhmi, “Bakı haqqında kollaj”- roman; Rafiq Tağı, hekayələr; Taleh Şahsuvarlı, “Canlanma”- roman; Əjdər Ol, Portret hekayələr; Əlabbas Bağırov, “Qiyamçı”- roman; Eyvaz Əlləzoğlu, “Odunçu geri qayıdır”- roman; Nəriman Əbdürrəhmanlı, “Yalqız”; Yusif Şükürlü, “Çapa”- hekayə; Seyran Səxavət, “Yəhudi Əlifbası”- roman; Mövlud Süleymanlı, “Erməni adındakı hərflər” – roman; Kamran Nəzirli, hekayələr; Həmid Herisçi, “Əli. Nino” – roman; Elxan Qaraqan, “A”- roman; Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” – povest; Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” – povest; Azər Kamal: “Duel po Freydu” – novellalar toplusu; Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” – povest.

Bununla paralel “Qanun” nəşriyyatı bir proyekt irəli sürmüş: “Ən yeni ədəbiyyat” layihəsi çərçivəsində artıq iki kitab buraxmış: Aqşinin “Göləqarğısancan”; Pərvizin “Yad dildə” romanları; və mənim məlumatıma görə, daha biri – Nərmin Kamalın nəsr əsərləri çapa hazırlanır.

Lap ilin əvvəlinin söhbətidir, ötən ilə yekun vurmaq niyyətilə Kultaz da “İlin romanı” adlı bir sorğu keçirdi və müvafiq siyahı çıxardı ortaya: Taleh Şahsuvarlının “Canlanma”;  Əli Əkbərin “Artuş və Zaur”; Aqşinin “Göləqarğısancan”; Seymur Baycanın “Körpüsalanlar”; Varisin “Sonuncu ölən ümidlərdir”; Elçin Hüseynbəylinin “Şah Abbas” romanları.

Belə. Daha da öncəki illərə adlamadan əvvəl-əvvəl diqqəti siyahıların ümumi həcminə və mənzərəsinə çəkirəm: gör bir nə qədər proza yazanlarımız, roman, povest, hekayələrimiz var; Oxucu yoxluğundan şikayətləndiyimiz bir zamanda!

Daha sonra. Keyfiyyət məsələsinə qəti müdaxilə etmədən, diqqəti günümüz üçün çox vacib bir cəhətə yönəldirəm. Ən yeni ədəbiyyat siyahılarını ortaya qoyan kimlərdir: çağdaş  bazarın (qoy olsun kitab bazarı və reklamının!) subyektləri – nəşriyyatlar, ədəbiyyat portalı… Keyfiyyətə hələ ki, qarışmamağın tutarğası da bu; zira indiki halda ədəbi məhsulun alıcıları (qoy olsun: sifarişçiləri) həmin subyektlərdir; deməli, bacardıqca keyfiyyətli məhsul almağa çalışacaqlar ki, onu konkret oxucu auditoriyalarına (kitab alıcılarına) təklif eləyə bilsinlər…

Bizimçün, tamamən yeni situasiyadır, deyilmi? İlkin rüşeymlər şəklində də olsa, “bazar”ın diktəsini, tələblərini ifadə eləməyə çalışan şərt-şəraitdir. Və əgər sabiq zamanlardan fərqi, üstəlik üstünlüyü də görmək istəsəniz, məsələn, sabiq dövrlərin ən fəal tənqidçilərindən Rəhim Əliyevin “Tənqid.net” jurnalının 6-cı sayında təkrar dərc etdiyim “Yazıçılar İttifaqı və sovet ədəbiyyatı” məqaləsinə baxa bilərsiniz (yazını həmçinin “adyazar” saytında və müəllifin “Taleyin sözü” kitabında oxumaq olar). Görəcəksiz ki, o əyyamlarda ədəbi qəzet və jurnallardan tutmuş, mövcud bir neçə nəşriyyatlara çıxmağa qədər əsərlərin, kitabların siyahısının ərsəyə gəlməsinin bir total qaydası vardı. Ki, onun da idarəçiliyi Yazıçılar İttifaqı ierarxiyasının əlində cəmlənmişdi. Yəni, keyfiyyətlə hələ işim yox, amma o siyahıların yanında bu siyahılar çox-çox plüralistikdir…

Bu çox zəruri hesabla(ş)malardan sonra keçək konkretliyə. Bugün Azərbaycan kitab bazarında kim professional üstünlük qazanarsa, Ədəbiyyat bazarının sabahı da onun əlində olasıdır! Nigar xanım Köçərlinin təşəbbüsü ilə “Əli vəNino” Kitab Evi bir Milli Kitab Müsabiqəsi keçirdi; və mənə tanış olduğu qədər, buna ən böyük etirazlardan birincisi buydu ki: bir Nəşriyyat evinin keçirdiyi müsabiqə necə “Milli” sözünə iddia edə bilər. Şərh edirəm: əgər total maraqlar dövrünü (ki, Millət adından danışmaq hüququ yalnız kimlərəsə həvalə olunurdu) yaddan çıxarsaq, olar; bir Nəşriyyat Evi “milli kitab”a maraq oyatmaq niyyətilə belə bir müsabiqə keçirir; ikinci birisi “ən yeni ədəbiyyat” seriyasına iddia edir; qoy üçüncü birisi “milli roman” mükafatı təsis etsin; dördüncüsü “milli şeir” yarışmasına sahib dursun və s. Amma buradaca reaksiyalar içərisində MKM-ə (Milli Kitab Mükafatı müsabiqəsinə) indidən yeganəlik donu geyindirmək həvəsində olanlara da rast gəldim; bax bu, pisdir, arzuolunmazdır, total vərdişlərimizdən irəli gəlir…

Reaksiyalar içərisində belə bir məqama da rast gəldim; nədən MKM-ə yaşlı yazarlar da qatılmış və yaxud əksinə, nədən gərəyincə qatılmamış… Mənim şərhim: məncə, ikinci irad daha tutarlıdır. Əgər müsabiqənin şərtinə görə, söhbət son on ilin əsərlərindən gedirsə, doğrusu, mən ilk siyahıdan: “Yəhudi Əlifbası”, “Erməni adındakı hərflər”lə yanaşı, “Yarımçıq əlyazma”, “Dolu”, “Ağ qoç, qara qoç”, “Bayraqdar”, “Kəpənək modeli. 102” və daha neçə belə əsərin adını gözləyirdim; hətta fikirləşirdim ki, R.İbrahimbəyov, Ç.Abdullayev, Afaq Məsud, Rəşad Məcid kimi Münsiflər Heyətində yer alan yazarlar bəs necə olsun, onlar müsabiqədə iştirak etməyəcəklərmi; məgər bu, “milli kitab” yarışması deyilmi?! Bu hesabla birinci müsabiqənin nəticələrində sonda gələn gənclərə heç yer olmamalıydı; amma artıq bəlli olduğu kimi, MKM-in 20-lik “uzun siyahısı” ədəbi ictimaiyyət üçün xeyli dərəcədə gözlənilməz, üstəlik yaşca daha gənc yazarların xeyrinə oldu…

Elə buradaca müsabiqəyə maraq daha da artaraq (kəmiyyətdən keyfiyyətə keçərək), indiyənəcən “Azərbaycanda keçirilən bütün ədəbi müsabiqələr”in bəlası: qiymətləndirmə nə dərəcədə obyektiv, ya subyektiv olubdur? – müstəvisinə keçdi. Obyektivliyin xeyrinə ən azından bu arqument ortadaydı ki: 20-liyi ümumən bəyənməyənlər vardısa da, çox azdı; demək, nəticələr sevindiriciydi. Subyektivlik söhbəti orda başlayırdı ki, daha nə qədər dəyərli əsərlər kənarda qalmışdı; “nədən bu əsər yox, məhz o əsər?” şübhələri ortaya çıxdı (məsələn, Kultaz-da müsabiqə ətrafındakı şərhlərə baxmaq olar). Mənim şərhim: Əslində, ikinci məqam da müsabiqənin xeyrinədir; deməli, əsərlər var, kitablar var, hətta bəlkə 20-liyi 30-luq siyahıya qaldırmaq olardı; bu isə indidən gələcək müsabiqələrin gərəkliyini müjdələyir. Digər tərəfdən, müsabiqənin Ekspertlər mərhələsi başa çatdıqdan sonra, analizlər gedişində güman ki, ekspertlər özləri tənqidi iradlara daha səhih cavablar verəsidirlər…

Amma qabağa qaçaraq, məsələn, 525-ci qəzetin məhz qalib 20-lərdən “müsabiqənin obyektivliyi” barədə rəy alması və asanlıqla: “müsabiqəyə əsər təqdim edən müəlliflərin əksəriyyəti ilkin mərhələnin nəticələrinin obyektivlikdən xəbər verdiyini bildirirlər” qənaətinə gəlməsi (bax: 525-ci qəzet, 06.02..2010) heç də işin xeyrinə deyil (ələlxüsus nəzərə alanda ki, qəzetin baş redaktoru münsiflərdən biri – Rəşad Məciddir); müsabiqəyə münasibəti qəti iki yerə bölməklə (20-liyə düşməyənlər “qeyri-obyektivdir” deyirsə, təbii ki, qaliblər “obyektiv”liyə səs verəcək), analitik yanaşmalara əngəl olur. Bu isə dünəndən qalma vərdişlərə daha da rəvac verə bilər: biz və onlar; qaliblər və məğlublar; nikbinlər və bədbinlər…

MKM-in təşəbbüsçüsü, “Əli və Nino” Kitab Evinin rəhbəri Nigar xanım Köçərli ilkin nəticələrdən razıdır: “Şəxsən mən bu siyahının tərkibindən çox razıyam. Burada ədəbi rəngarənglik təmin olunub. Siyahıda xalq yazıçısı ilə yanaşı hərbi xidmətdə olan gənc yazar da var. Bundan başqa əyalətdə yaşayan yazıçı da siyahıda yer alıb. Bu siyahı cəmiyyətdə təhlil olunur, müxtəlif fikirlər səslənir. Əlbəttə, bəzilərinin narazı qalmalarına da təbii yanaşmaq lazımdır. Çünki 265 əsərdən cəmi 20-si seçilib. Ekspertlər Şurasının peşəkarlığına və obyektivliyinə çox inanıram, onların düzgün seçim etdiyinə əminəm…”

Başlıcası, budur; sonra ekspertlər 20-dən daha 10-unu seçəcək, həmin əsərlər nəşr olunaraq, kitabxanalara, məktəblərə paylanacaq; konkret nümunələr əsasında zövqlər itilənəcək; oxucuların kitaba marağı, kitab alıcılığı daha da intişar tapacaq və s.

Deyəcəksiz, nə uzaq məqsəd oldu; amma yox, artıq iki onildir, yaxını pusa-pusa biz neçə oxucu nəsillərini itirmişik; Nigar xanım davam edir: “…Əslində ədəbi mühit də razılıq və narazılıqların fonunda formalaşır, dirçəlir. Bütün hallarda biz qarşıya qoyduğumuz məqsədlərə nail olduq; neçə vaxtdır ədəbiyyatdan, kitabdan danışılır, əvvəllər əsasən “525-ci qəzet”də kitabın, ədəbiyyatın təbliğatı aparılırdı. Mükafatın təsisindən sonra digər qəzetlər, informasiya agentlikləri də bundan yazır. Ədəbi prosesdə canlanma hiss olunur. Kitab mövzusu artıq yarım ildir ki, gündəmdədir, ədəbiyyatın sosial önəmi artıb” (525-ci qəzet, 06.02..2010).

Və mənim şərhim: məncə, tələsmək lazım deyil; ilkin uğurlar heç də çaşdırmamalıdır. Eh, Nigar xanım, bizim ədəbi proses o qədər belə canlanmalar görüb ki; ardıcıl olamazsa, daha yarım il keçər, baxıb-görərik yenə haman hamam, haman tas. Əgər MKM sadəcə bir kampaniya səciyyəsi daşıyacaqsa, ardınca nəticələrin ciddi analizi, önəmi, dəyərləndirilməsi gəlməzsə; məhz nəzərdə tutulduğu kimi, qalib əsərlərin reklamı, təbliğatı, şöhrətləndirilməsi baş tutmazsa; ən nəhayət oxucu auditoriyaları və kitab bazarı bu müsabiqənin nəticələrinə biganə qalarsa… – tezdir, sevinmək tezdir, çox tezdir. Hərçənd bütün bu məqamların intizarında ikən, daha bir nöqtə diksindirdi məni: bu “xalq yazıçısı”, bu “gənc yazar”, bu “əyalət yazıçısı”… – olmaya-olmaya, MKM əvvəlcədən hansısa ustanovkalara köklənə və bu da Ekspertlərin işinə təsir edə (?). Ədəbiyyat belə yanaşmaları heç vəch bağışlamır; uzun sovet dönəmində o sosiallığın bəlasını çox çəkmiş; ciddi Ədəbiyyatın bir ölçüsü var: ədəbi-bədii dəyərlik; məhz daha üstün bədii əsər önə keçməlidir! Əks halda nəinki Ədəbiyyat, heç bazar qanunları da işləməz ki: şornan balın qiymətində bir fərq olmalıdır, yox?; nə fərqi var ki, onu cavanmı ya qoca yazıçı bazara çıxarıb; əyalətdən gəlibsə, daha yaxşı, keyfiyyətinə minnət…

Yenə gəlib çıxdım sıfır nöqtəsinə; yəni o məqama ki, məhz ədəbi tənqidin işidir. Qarşımızda kitab bazarının (nəşriyyatların, kitab reklamının) təklif elədiyi canlı siyahılar durur; bu əsərlər bizə nə deyir; onlarla, hətta yüzlərlə ədəbi kağız məmulatı içərisindən niyə məhz bu əsərlər seçilmiş, seçilmişlər olmuş? Bu barədə yazmağın vaxtı çatmamışmı; təbii ki, çatmış. Öz borcumu unudub, sosioloq və jurnalistlərin işinə müdaxilə etməyim, güman ki, yetər. Ya bəlkə azca səbr edib, bismillaha elə MKM-in təklif etdiyi 10-luqdan başlayasan? Yəqin ki, bu, daha effektli olar.

Tehran Əlişanoğlu

07.02.2010

Sərraf Balaxan. 361 dərəcə (Esse)
İnsan. Əlbəttə, insan idi. Hamı kimi, əlli, ayaqlı, gözlü, qaşlı, qulaqlı. Yeriyir, dayanır, oturur, yeyir, içir, danışır, dinləyir, hətta imkanı olanda yatır.

Gözəl. İlan dərisi kimi dərisi vardı. Gözləri yanmış ağac koğuşu kimi qara, dərin idi. Brok göstəricilərinə tam uyğun gəlirdi – 176-76. Saçları qara idi, parıldayırdı. Həmişə ağ üzünə dağılırdı. Alnı enli idi. Qulaqları və burnu özünə yaraşırdı.

Əcaib. Qan damarları üzündə, boynunda, əl və qollarında – bədəninin bütün nahiyələrində, sanki, dərinin üzərində idi. Çiyinləri, sinəsi və belində asimmetrik döymələr var idi. Qaşları uşaqlıqda miksödema xəstəliyindən tökülmüşdü. İndi də çox seyrək idi. Kiprikləri, demək olar ki, yox idi.

Ağıllı. Hərəkətlərində nizamlılıq, danışığında məntiqlilik hər an duyulurdu. Gördüyü işlər nöqsansız idi. Verdiyi sözə əməl edərdi. Tanışları məsləhət üçün onun yanına gələrdilər. Maraq dairəsi geniş, biliyi əhatəli idi. Bikar vaxtlarında kompyuterdə məntiqi oyunlar oynayardı.

Dəli. Onun nə vaxtsa yatdığını görən olmamışdı. Xəstəliklərə tutulmaqdan qorxurdu. Nozofobiya. Yüksəklikdən və geniş küçələri keçməkdən qorxurdu. Akrofobiya və Aqorafobiya. Histeriya əlamətləri müşahidə olunurdu. Bəzən düşüncəsi uşaq səviyyəsinə enirdi. Tək qalmağa çox meyilli idi…

Bütün bunların bir qismini öz gözlərimlə görmüşəm, çox azını isə özü mənə danışıb. Onu danışdırmaq hər qadından doğulanın işi deyil. Çünki onun özünün bəşər övladı kimi dünyaya gəlməsinə şübhə edirəm.

Sonsuz bir ailədə yaşadığını; ata, ana dediyi insanların qoca olduğunu; 3 yaşından onlarla yaşadığını; bu yaşadək heç nəyi xatırlamadığını; 4 yaşında atasının, 7 yaşında anasının öldüyünü; bu vaxtdan 21 yaşınadək küçələrdə qəzet satdığını; təsadüf nəticəsində adını demədiyi bir şirkətdə işə düzəldiyini; 10 il sonra naməlum səbəbdən işdən çıxarıldığını; indi isə bankda olan pulunun faizi hesabına yaşadığını söyləyib mənə.

Onun haqqında bildiklərim və bilmədiklərim məni sakit buraxmırdı. Həyati müşahidələrim, kitablardan oxuduqlarım, televizorda və radioda görüb eşitdiklərim, o “lənətə gəlmiş” internetdənəldə etdiyim məlumatlar məni məcbur etdi ki, ona vur-tut cəmisi iki sual verim:

- Əgər bu yaxınlarda Üçüncü Dünya Müharibəsi başlansa sən təhlükəsizliyin üçün nə edərdin?

- Mən ikinci kosmik süətlə qaçmağı bacarıram.

- Sənin adın həqiqətən də mənim bildiyim kimidir?

- Yox, Mənim əsl adım SellixAdır. 3 yaşımadək olan ömrümdən yadımda bircə bu qalıb. Adım: SELLİXA!

Son

Tanıtım:

Hüseynov Sərraf Balaxan oğlu. 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində doğulub. BSU-nun filologiya və yaradıcılıq fakültələrini bitirib. Hazırda BSU-nun magistratura şöbəsində təhsil alır.

El-Sevər. Yeni Şeirlər.
Xəyanət

Xəyanət təkcə basqasını sevmək deyil

Həm də məni sevməməkdir, qadınım.

İlk dəfə bunu tanrı etdı

Həvvanı sevdi

Arxasını ərinə çevirən qadının

Qarnındakı bəbəsini sığallaması da xəyanətdir, qadınım.

Sonra bunu İsa Məsih etdi

İnsanları sevdi.

Qışın oğlan çağında yağmayan qar da

Hələ yarpağını tökməyən ağac da xəyanətkardır, qadınım.

Daha sonra da insanlar başladı

Sevgi uydurdular özlərindən

Bir-birilərini sevdi

İndi bildin ki

Hansı xəstəlikdən ölüb kentavrlar, qadınım,

Xəyanət tanrının xobbisidir, unutma.

Həyat o qədər əyləncəli  ki

Həyat o qədər əyləncəli ki,

avtobusda pul qabını çırpışdıra bilərlər.

Sən də utana-utana düşüb qaçarsan

Ananı söyər kandukdor.

Həyat o qədər əyləncəli ki,

İşıqları yanıb-sönən supermarketi

yarmaq eşqinə düşərsən.

Arxanca yüyürən qoruqçunu aldatmaq üçün

Dar-qaranlıq dalana girərsən

Ayağın nəyəsə ilişər.

bu qaranlıqda səni ələ verənin kimliyini bilməzsən

həyat o qədər əyləncəli ki,

qaşının partlamış yerindən üzünə isti qan axar

diksinərsən,

taparsan üzünü

iki əlli yapışarsan tapdığından göz çıxaran qaranlıqda

həyat o qədər əyləncəli ki,

polis bölməsində açılar gözlərin

sən demə, onlar bir az da qırmızıya çalarmış

güzgüdəki adam söylər bunu

həyat o qədər əyləncəli ki,

təsadüfən cibindən tapança və bir kibrit qutusu nəşə çıxar

polis zabiti iki qızı zorladığını da sənə xatırladar.

Həyat o qədər əyləncəli ki,

Dinləməyə məhkumsan taleləri

Başqaları kimi nəfəs almalı, başqaları kimi yeməli-içməli

Həyat o qədər əyləncəli ki,

Sevgilinin unutduğunu eşidərsən

Bir səhər

damağındakı siqaretlə fatihə verirsən ölənlərə

Həyat o qədər əyləncəli ki,

Saqqalının ağarmış yerinə gülər günəş

utanar külək saçlarından

Həyat o qədər əyləncəli ki,

Bir göz qırpımında ötüşər zaman

Qımışa-qımışa əl yelləyərsən ötən avtobusa.

Tatar qızı

qatarda

yol boyu

Nadejda xanımın isti qucağı da,

soyuq təbəssumü də

unutdurmadı səni, tatar qızı.

Burdakı zamanı bitirdikdən sonra

hökmən dönəcəm xatirələrə.

Məni tikanlı məftillərə fırlatdığın üçün

təssüflənmə heç də, unut getsin.

İnsan tənha olanda aldığı yaralarla ağlayır.

Bax, ümüdlərin üfüqünə,

günəş batdığı yerdən doğar.

Bu həmişə belə olub, tatar qızı.

Bu şerimi də oxuma

Utanaram yoxsa

Üzümə vurduğun sillədən doqquz il də keçdi.

elə bil, dünən idi hamısı.

Gecənin qaranlığında əziyyət çəkir ürəyim

bu bir əlamətdir şizofreniyadan.

Bizdə əri ölən qadınlar sevməz

ərə gedər

get ərə, tatar qızı, get

məni gözləmə.

31 yanvar 2010