Güney Azərbaycan


Elşən Böyükvənd. ŞEİRLƏR (Güney Azərbaycan)

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 01 Mart, 2009

Sözcüklərin qabığını soyub
hər sətirdə boşqaba qoymuşam
gəlib yeyəcəksənmi?
Arazda bir qayığım vardır
kürəyi sevgidən
minib gedəcəyikmi?



Güntay Gəncalp. Şəhriyarla görüş xatirələri

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 12 Şubat, 2009

Böyük şair Şəhriyarın bir çox önəmli konularda fikirləri ilk dəfə “Kultaz”da!
Şəhriyarın oğlu Hadi zəng etdi və saat dörddə ustadın yanında olacağımızı söylədi. Qızlar da hazırlaşdılar. Hadi öz arabası ilə gəlmişdi.
Küçənin başında Hadi arabanı saxladı. Evin açarı Hadidə var idi. Qapını açıb içəri keçdik. Evin hər tərəfindən şeiriyət yağırdı sanki. Bir otağın qapısını Hadi yavaşça döyüb: [...]



Səməd Behrəngi. BALACA QARA BALIQ

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 29 Aralık, 2008

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
–Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər [...]



Ruqiyyə Səfəri (Təbriz). Hekayə.

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 09 Ağustos, 2008

Sarı düş
Bu gələn səs Suçubabanın səsidir.
- Su gətirmişəm, bala. Gəlin alın.
Sankı isti təndirin içindəyəm. Bədənimin hər tərəfindən tər, sel kimi axır. Ağzımı açıb su istəyəndə dilim damağıma yapışdı, bir söz deyə bilmədim. Suçubabanın səsi yenə qulağıma dəyir. Yəqin məhəlləyə su gətirib. Suçubaba adını məhəllənin qadınları onun üstünə qoyublar.



Güneydə modern və postmodern ədəbiyyat bütün gücü ilə öndədir

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 16 Temmuz, 2008

Səid Muğanlı: “Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər”

Güney Azərbaycanda nəşr olunan “Yaşmaq” dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət
– Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
- Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda “Yaşmaq” jurnalının baş yazarıyam. [...]



Ramin Cahangirzadə. Şeirlər.

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 06 Temmuz, 2008

“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi
Özümü öldürəcəm!
Sabah günəş doğmamışdan
Hamı yuxuda olarkən
Özümü öldürəcəm!
Ağlayanım olmayacaq
Kəfənə bükülməyəcəm
Tabuta girməyəcəm
Qəbrə soxulmayacam



Hümmət Şahbazinin şeirləri, yaxud “DİŞİMDƏ BOĞULAN HARAY”

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 04 Temmuz, 2008

Cavanşir YUSİFLİ
“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün [...]



Duman Ərdəm. Şeirlər.

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 04 Temmuz, 2008

“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
qarşımı kəsdi qız gəlin
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey dedim-
dedim



Məhəmməd Rza Ləvai. Şeirlər

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 03 Temmuz, 2008

“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi
Hey bə ziyalılar, hey
Məni bir otaqca da dözəmmədiniz
Kölgəm
azadlığı yapdı duvarlara!
qaşlarım qartallandılar özgürlük havasında
kipriklərim durnalandılar qurtuluşa
dodaqlarımdan öyrəndiniz dalğalanmağı
gözlərimə sataşıb aydınlaşdınız
aydın oldunuz!



Məlihə Əzizpür. Şeirlər.

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 02 Temmuz, 2008

“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
Gəl tanrını yarı bölək
İsti bir əl çörəyi tək
Bir parçası səndə qalsın
parçasın da öksüz uşaqlara verək



Ruqiyyə Səfəri. Şeirlər

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 01 Temmuz, 2008

“Güney Azərbaycan ədəbiyyatı” həftəsi
1
Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al-əlvanlı qanadları
Naxış salır
Qızarılmış yarpaqların üzərində.
Qanadsız duyğular
Körpə kəpənək
Basdırır xəzana
Amansız külək.