Ədəbiyyat
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Mart, 2008
Estafet
Əvvəlcə otağın küncündəki dəmir çarpayı cırıldadı. Sonra yalın döşəməyə toxunan əsanın səsi eşidildi – tak! tuk! tak! tuk! Qocanın uzun koridora tərəf yeridiyini təsəvvür etmək elə də çətin deyildi. O, koridordan geniş və çıraqban otağa, geniş və çıraqban otaqdan isə yenicə tikilən lakin, hələ tam təmir olunub istifadəyə verilməyən hündür, işıqlı eyvana keçməli idi:
- [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 616 oxunma | 5 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Mart, 2008
LIFE ACTION
GÖZLƏRİNİZİ SİLİN,
ölümün yurd saldığı
bu çılpaq bədənlər,
ayıblı əzalar
qıvrıla-qıvrıla
dəhşət və qorxu doğurkən
gözlərinizə
bir-birinə sarmaşmış
o iki gənc bədəndə
ölümlər sevişir
dəlicəsinə
Yazını dostuna göndər
|
Yazını Çap et
| 712 oxunma | 14 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Mart, 2008
Qoxu
- Alabaş?!…
Alabaş adını elə bil quyu dibindən eşitdi. Adından qabaq gəlib burnuna yetişən mərhəm qoxu yaddaşında nəyisə oyatdı. Və sonra adı gəlib Alabaşın qulağına çatdı. Alabaş dayandı. Səs gələn tərəfə boylandı. Üz-gözünü tük basmış qoca bir kişi, yanında başına qara kəlağayı örtmüş bir qadın yolun o biri üzündə dayanıb Alabaşa baxırdı.
- Alabaşdı, vallah, Alabaşdı…
Kişi yanındakı [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.193 oxunma | 14 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 10 Mart, 2008
İndi də sən it ol
Qadınlar sizin tarlalarınızdır. İstədiyiniz kimi bu tarla ilə davrana bilərsiniz.
Bəqərə surəsi, 223-cü ayə.
Qapının zənginə çaşıb əllərinin yağını üstünə-başına bulaşdıra-bulaşdıra Gülər mətbəxdən canhövllü qaçıb özünü dəhlizə saldı. Adət etdiyi kimi, -kimdir?- deyə soruşmadan qapını açdı. Rayondan gəldikləri bu üç ay ərzində əri neçə dəfə onu danlamışdı ki, gələnin kim olduğunu soruşmadan, [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.625 oxunma | 43 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Mart, 2008
Səlim Babullaoğlu
Əziz Siyamək, həmin gün, ATV-nin, «El içində» verilişinin ədəbiyyatla bağlı texniki nöqteyi-nəzərdən uğursuz çəkilişi günü, o gün ki mən sizi, adınızı eşitsəm də ilk dəfə görəcəkdim, «Norveç yazıları» kitabınızı mənə verəcəkdiniz, həmin gün Günel Mövlud Aqil Abbasa nəsillərin bir-birlərinə münasibətləri müsətəvisindən «O nə deməkdi e, çadırda Üzeyir Hacıbəyov niyə doğulmur ki? Günel Mövlud [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 730 oxunma | 3 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 08 Mart, 2008
Şahvələd üçün silsilə
Klaviatura 1
Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm
Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Halına baxıb
Təsəlli alacaq qədər
Gücsüz olmağım ağrıdır
Yazını dostuna göndər
|
Yazını Çap et
| 2.173 oxunma | 23 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Mart, 2008
Çağdaş dramaturgiya və drama+tryukiya haqqında düşüncələr
Əsəd Cahangir
Azərbaycan Respublikasının mədəniyyət naziri sayın Əbülfəz Qarayevin Yazıçılar Birliyində gənc yazarlarla görüşündə dediyi “Dramaturgiyamızda yeni imzalara ehtiyac var” sözlərini yəqin ki, xatırlayanlar var. Əslində, bizdə dramaturq qıtlığı həmişə olub. Və bu da təbii… Az qala hər il yeni şair, nasir peyda olur, dramaturji istedad isə on-on beş ildən zühur [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.471 oxunma | 15 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 07 Mart, 2008
Üzüm nəfəs, qulaqlarım səs gözləyir.
Sahibi yox bu səsin …
Bu gün sahibini tanımadıgım səsə ehtiyacı var qulaqlarımın.
Əvvəllər hiss etmədiyim nəfəsin arzusundayam…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.578 oxunma | 37 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 06 Mart, 2008
Qaf dağına zəncirlənmiş qadın
Tanrı Həvvanı kişidən sonra yaratdı. Adəm darıxmamaq, tənhalıqdan üzülməmək üçün. Beləcə qadın əslində yaranmış boşluğu doldurmaq üçün, kişini əyləndirmək, oyuncağı olmaq üçün yaradıldı. Qabırğadan yaradılan Həvvaya Tanrı bir o qədər də dıqqət ayırmadı, «Barbie»-nin hazırlanmasına ondan daha çox əmək sərf edilmişdi. Əgər qadın kişinin deyil, tutaq ki, atın qabırğasından yaradılsaydı, o zaman [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 621 oxunma | 7 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 04 Mart, 2008
ŞAĞ
Vahab əmi Zauru da özüynən Həccə aparıb. Yolda ağrısı boydan olub. Ama indi şükür allahın birliginə. Daha əlinə də almır o zəhrimarı.
Quska da tərgizib. Bir ay o pullı yərdə saxliyiblər qohumları. İndi irgənir diyəsən hələ şeylərdən. Yanında onnan danışanda da, sözünü ağızdarında qoyur, diyirlər.
Əbili, Beladan olan oğluna maşın alıb. Diyirlər, arvadının xəbəri yoxdı. Bilib neyniyiceg [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.173 oxunma | 18 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Mart, 2008
Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondundan maraqlı layihə
KultAz: İş adamlarının ciddi mədəni proseslərə dəstək verməməsi haqqında çox yazmışıq. Deyəsən buzlar əriməyə başlayıb. Belə ki, Ukraynada çalışan azərbaycanlı iş adamı İlqar Abbasova məxsus “Polissiya” şirkətinin təsis etdiyi Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu bu mənada nümunəvi addım atıb.
Fond ilkin olaraq, “Azərbaycan nağılları”nı ukrayna dilinə tərcümə etdirərək, kitab [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 774 oxunma | 2 Şərh var
Açar sözlər: İlqar Abbasov, Rafiq Həşimov, Səlim Babullaoğlu
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Şubat, 2008
1
Ay orağa dönüb
Xırman vaxtıdır
Göydəki əkinçinin qollarını çırmayıb
Ulduzları biçməsiyçün
Yazını dostuna göndər
|
Yazını Çap et
| 910 oxunma | 8 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Şubat, 2008
Məsiağa Məhəmmədi
Azərbaycan ədəbiyyatı tarixinin elmi şəkildə öyrənilməsinin Firudin bəy Köçərlidən üzü bəri zəngin bir ənənəsi formalaşmışdır. Həmin ənənə istər araşdırmaların təməl daşını təşkil edən mətnşünaslıq çalışmalarını, istərsə də nəzəri və tipoloji tədqiqatları ehtiva edir. Bunula belə orta əsrlər ədəbiyyatımızın tarixində «ağ ləkə»lər, qaranlıq səhifələr də az deyil. Xüsusən anadilli şerimizin Nəsimi, Füzuli, Vaqif kimi zirvələri [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 632 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Şubat, 2008
eyvazovaa@yahoo.ru
Çox sınmayan qozlar gördüm,
içini qurdlar yedi.
***
Ehtiyat igidin yaraşığıdır.
Ona görə igidlərimiz
bu qədər yaraşıqlıdır
Yazını dostuna göndər
|
Yazını Çap et
| 697 oxunma | 9 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Şubat, 2008
Əziz dostlar. Deməyə gərək yoxdur ki, nədən də əksiyimiz olsa, yaradıcı şair tayfasından boluq. Her tində eyni anda min şair yetirir xalqimiz, ciddi iş deyil ki, əllərindən gəlməsin. “Avtomatik” şeir qoşan Ağasəlim Çıldaq dövlət başçısı tərəfindən xüsusi adla təltif edildikdən sonra sözsüz ki, işıq gələn deşiyə papaq tıxası deyil müasir gəncliyimiz.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 782 oxunma | 10 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Şubat, 2008
Nahaq endik o dağların başından
Nahaq endik o dağların başından,
Gərək orda qal oğlu qal olaydıq.
Ömrümüzü gül ömrünə döndərib
Zirvədə qar, pətəkdə bal olaydıq.
Allaha tən, haqqa yardı zirvələr,
Yaranışdan dümağ qardı zirvələr.
Ömrümüzü ucaldardı zirvələr,
Nahaq endik o dağların başından.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 3.251 oxunma | 12 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 22 Şubat, 2008
Manyak və qadın
Mavi rəngli qalın şüşələrdən pilləkənə solğun, göyümtül işıq düşür, siqaret kötüklərinin, saralmış kağız parçalarının üzərində solğun kölgələr oynaşırdı. Zövqsüz rənglənmiş dəmir yanlıqlardan yapışıb, tozlu pillələri qalxdıqca həyəcanlanırdı. Görəsən qəbul işinə kim baxırdı, söhbətləri alınacaqdımı?
Yazını dostuna göndər
|
Yazını Çap et
| 790 oxunma | 6 Şərh var
Açar sözlər: Aslan Quliyev, hekayə
Yazar: Admin | Bölmə: Roman | Tarix: 20 Şubat, 2008
Əvvəli burada
6. BOĞAZIN KƏŞFİ
Salacak cinayətindən sonra bir daha anam və böyük qardaşımla Boğazda qayıq gəzintisinə çıxmadıq. Halbuki əvvəlki qış ikimiz də boğmaca olduğumuz üçün bir ara hər gün qardaşımla Boğazda qayıqla gəzintiyə çıxardıq. Xəstəlik əvvəlcə qardaşımda başlamış, on gün sonra da mənə keçmişdi. Xəstəliyin məni sevindirən bir cəhəti də vardı: anam mənimlə daha yaxşı [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 832 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 17 Şubat, 2008
Əgər idrak qapıları təmizlənərsə, hər şey bizim gözümüzə olduğu kimi, yəni hüdudsuz görünər.
Uilyam Bleyk
Qərb sürrealizmi ilə Şərq sufizmi arasında bir çox oxşarlıqlar var. Birincisi odur ki, hər ikisi bir növ mütləq subyektivizmə can atır. Hər ikisi qeyri-fiziki kamillikdə, əllə toxunulması mümkün olmayan mənəvi və ruhani ucalıqda qərq olmağa çalışır. Sufi «kəsrət» («çoxluq») dünyasındakı simvollar, əlamətlər [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 853 oxunma | 2 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Şubat, 2008
Bu axşam
Bu axşam
Yorğun şəhərdə gəzişirəm,
Tənha küçə pişikləri
Mənim susqun yolçularım.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 485 oxunma | 5 Şərh var