Proza


Gülər Miryəhya. Lənət

Yazar: Admin | Bölmə: Proza | Tarix: 12 Mart, 2010

Yanındakı döyüşçü qılıncını necə möhkəm endirdisə, düşmənin başı bir həmlədə bədənindən ayrıldı. Gözlərinin içinə dolan qandan hər yanı qırmızı gördü. Hər tərəf qan idi. Ayağı uzun, qanlı hörüyə ilişdi.



Jalə. Mənim xalam qızı

Yazar: Admin | Bölmə: Proza | Tarix: 07 Mart, 2010

-    Hansını vursam yaxşıdı?
Mənə iki dənə pomada göstərir. Mən çəhrayı rəngi seçirəm. O mənim zövqümə inanmır və tünd rəngi seçir.



Elnaz Eyvazlı. İki telefon zəngi

Yazar: Admin | Bölmə: Proza | Tarix: 06 Mart, 2010

Gecələr oturub səhərədək yazı-pozu ilə məşğul olmaq mənim hobbimdir. Sakitlik, gecənin özünəməxsus romantikası, bir az da vahiməsi xoşuma gəlir.



Zümrüd Yağmur. Qorxu (Esse)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 06 Mart, 2010

Qolundakı zəncirə ciddi-cəhdlə qızıl bilərzik deyən millətimə ithaf!
Qorxu əzəli və əbədidirmi?!… Qorxunu yaradan bir –birindən qopxur, güclünün gücü, kamilin kamilliyi, cahilin cahilliyi, sevginin, nifrətin böyüklüyü bütün canlı aləmi təhdid edir.



Ülvi Dann. Yaddaşın 18-ci saniyəsi (İlk dəfə)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 04 Mart, 2010

“Mütləq gerçəyin kəşfində insana nə din elmləri, nə fəlsəfə, nə məntiq, nə də müdrik kəlamlar yardım edə bilər, çünki bunların hamısını insanoğlu uydurub” (Dao)
Albert yerə gəlir, o qışqıra da bilmir. Çox qorxuludur. Amma nədənsə onun üçün zaman dayanıb. Reallıqda bəlkə də iyirmi saniyəyə yerdə olmalı idi. Yox… Zaman getmir. O düşünür…



Natiq. “Oğru”

Yazar: Admin | Bölmə: Proza | Tarix: 28 Şubat, 2010

Nə zamansa belə bir dövlət olub – adına fəhlə-kəndli hökuməti deyərdilər.
Bu ölkənin insanları inanırdılar ki, hamının bərabər və firavan yaşayacağı kommunizm quracaqlar.



Emin Bakuvi. Məkana zəncirlənmiş zaman

Yazar: Admin | Bölmə: Proza | Tarix: 22 Şubat, 2010

Yenə də tələsirəm. Bundan doğan nigarançılığım məni yerimdə var-gəl etməyə vadar edir. Nəhayət əlimdən cana doymuş qol saatım ustanın əlində cana gəlir.



Alov. Div ürəyi

Yazar: Admin | Bölmə: Proza | Tarix: 16 Şubat, 2010

Biri vardı, biri yoxdu, əhalisi divlərdən ibarət böyük bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə.



Sərraf Balaxan. 361 dərəcə (Esse)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 07 Şubat, 2010

İnsan. Əlbəttə, insan idi. Hamı kimi, əlli, ayaqlı, gözlü, qaşlı, qulaqlı. Yeriyir, dayanır, oturur, yeyir, içir, danışır, dinləyir, hətta imkanı olanda yatır.



Araz Gündüz. Bir pritça, bir novella

Yazar: Admin | Bölmə: Proza | Tarix: 31 Ocak, 2010

Tanrının ağlamağı (Pritça)
Adam çox oxumuşdu, bilikli idi, beyni türlü “izmlərlə” dolub tıxanmışdı. Ancaq iş elə gətirmişdi ki, Adamyeyənlərin əlinə düşmüşdü. Adamyeyənlərin başçısı deyinir, acıqla onun üstünə çımxırırdı:



Samir Sədaqətoğlu. Həbsxanada Bayram (Pyes)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 19 Ocak, 2010

Bu pyes Azərbaycan ədəbiyyatı üçün “daimi olan bir mövzu”dadır. Kim dəli, kim ağıllı? Kim sağ, kim ölü? Kim pak, kim günahkar? “Obyekti” əlindən alınıraq türməyə atılan biznesmen, yoxsa onu şərləyən polis rəisi? Qarabağda döyüşüb kontuziya almış dəli məhbus, yoxsa onu dostunun üzünə durğuzmaq istəyən müstəntiq?



Rafiq Tağı. Qardaşımın sevgiləri

Yazar: Admin | Bölmə: Proza | Tarix: 12 Ocak, 2010

Qardaşım atağız bir kişi olub, belə deyək, gəncliyi modifikasiyaya uğrayıb. Ay budu ha, deyirsən, indicə durub aləmi qatar bir-birinə, uşağı-böyüyü kəllə-kəlləyə vurar.



Zərdüşt. Ən gözəl lazımsız şəkil

Yazar: Admin | Bölmə: Proza | Tarix: 09 Ocak, 2010

- Diqqətlə baxın, xahiş edirəm… Baxın, oğlandı… XXI əsrdə cavan oğlan, məktəbli… İlk olaraq ayaqqabısına fikir verin-  qara, sadə…. Hələ şalvarı- heç kimin ağlına gəlməz…



Eyvaz Zeynalov. Qarpız tumu (novella)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 07 Ocak, 2010

Günəş şəriksiz, mənim-sənin, sərhəd-filan tanımayan nuru, işığı ilə bütün dünyanı minnət-sünnətsiz işıqlandırmışdı. Amma məhəbbətlə Günəşin başına fırlanan, onun işığına tapınan Yerdə torpaqları



Bəxtiyar Hidayət. Yazılmayan hekayə.

Yazar: Admin | Bölmə: Proza | Tarix: 04 Ocak, 2010

Adam məni o qədər bezdirdi ki, lap dəlirtmək dərəcəsinə gətirdi. Harda görür daha demir yeridi, ya yeri deyil, başlayır ki – şair mənim şeirim nooldu?



İlqar RƏSUL. TƏNHALIQ QORXUSU

Yazar: Admin | Bölmə: Proza | Tarix: 30 Aralık, 2009

Yerlə göyün arasında – günəşin altında, tənha qovaq ağacının üstündə bir leylək can verirdi. Günəşin istisi, acından civildəşərək vurnuxan körpə balalar və ağacın dibində yerini rahatlayıb mürgüləyən təkgöz tülkü ölüm məqamını daha da cansıxıcı edirdi…



Kənan Hacı. Quyu.

Yazar: Admin | Bölmə: Proza | Tarix: 28 Aralık, 2009

Yeni əsrdə doğulacaq Məlikməmmədə xəbərdarlıq üçün yazıldı
Yenə qaranlıq quyudaydı. Amma bu dəfə heç bir yol görünmürdü. Kipriklərini nə qədər qırpdısa zülmət çəkilib getmək bilmirdi, elə bil dünyada qaradan başqa rəng yoxudu.



Kəramət Böyükçöl. OK

Yazar: Admin | Bölmə: Proza | Tarix: 24 Aralık, 2009

Sual: 1. “Qara pencəy” i kim yazıb?
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10
O. pencəyini çıxardı.



Narıngül. Cazibə

Yazar: Admin | Bölmə: Proza | Tarix: 22 Aralık, 2009

Qadın hər şeyə çoxdan, lap çoxdan tüpürmüşdü. Təkcə qarşısında dayandığı bu  kənarları haşiyəli güzgüdən başqa. Elə onun həyata doğru uzanan bütün yolları da bu güzgünün qarşısından başlanırdı. Məhz bu güzgünün qarşısında o, hamıdan qürurlu, hamıdan güclü olurdu, varlığı təsdiq olunurdu.



Aslan Quliyev. Mapmavi səma və ağappaq buludlar (hekayə-rekviyem)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 21 Aralık, 2009

Günəşli yaz günü, səma mapmavi olanda, mapmavi səmada ağappaq buludlar  ağır-ağır süzəndə  öləcəyəm. Gözlərimi  qapamazsan, məni qucağına götürüb gedərsən üzü gündoğana. Birinci təpəni aşar, ikinci təpəni aşar, üçüncüdə dayanıb qəbrimi qazarsan.