Qaynar xəbər portalı

1Sarı düş

Bu gələn səs Suçubabanın səsidir.
- Su gətirmişəm, bala. Gəlin alın.
Sankı isti təndirin içindəyəm. Bədənimin hər tərəfindən tər, sel kimi axır. Ağzımı açıb su istəyəndə dilim damağıma yapışdı, bir söz deyə bilmədim. Suçubabanın səsi yenə qulağıma dəyir. Yəqin məhəlləyə su gətirib. Suçubaba adını məhəllənin qadınları onun üstünə qoyublar. Davamı…


Səid MuğanlıSəid Muğanlı: “Güney Azərbaycanda da gənclərlə qocalar bir-birini sevmir, amma sizdəki kimi, bir-birlərinə nifrət etmirlər”

Güney Azərbaycanda nəşr olunan “Yaşmaq” dərgisinin baş redaktoru Səid Muğanlı ilə söhbət

- Səid bəy, öncə özünüzü Qüzey oxucularına tanıdardınız.
- Güney Azərbaycanın Muğan bölgəsində anadan olmuşam. Hazırda Tehranda yaşayır və çalışıram. İlahiyyat təhsili almışam. Hazırda “Yaşmaq” jurnalının baş yazarıyam. Bundan başqa, “Yaşmaq” kitab yayını evinin də müdiriyəm. Keçən illərdə isə Güneyin tanınmış yazarlarından Eyvaz Tahanın çıxarmış olduğu “Yarpaq” qəzetinin də baş redaktor müavini kimi çalışmışam. Davamı…


Ramin Cahangirzadə“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi

Özümü öldürəcəm!

Sabah günəş doğmamışdan
Hamı yuxuda olarkən
Özümü öldürəcəm!
Ağlayanım olmayacaq
Kəfənə bükülməyəcəm
Tabuta girməyəcəm
Qəbrə soxulmayacam Davamı…


cavansirCavanşir YUSİFLİ

“Güney Azərbaycan ədəbiyyatı” həftəsi

Hümmət Şahbazini uzaqdan tanıyıram. Şeirlərini oxumuşam. Müxtəlif saytlarda (ilk dəfə Məsiağa Məhəmmədinin irfan.azeribloq.com bloqunda) və onun şəxsi bloqunda. Müşahidələrimə görə, Hümmət Güney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir, məlum səbəblərə görə Güney Azərbaycan poeziyasında müşahidələr aparıb dəqiq bir proqnoz qoymaq, aparılan təhlillərin sonucunda dəqiq ayrıntıları olan nəticəyə gəlmək mümkün deyildir. Davamı…


Duman Ərdəm“Güney Azərbaycan ədəbiyyatı” həftəsi

qarşımı kəsdi qız gəlin
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey dedim-
dedim Davamı…


1“Güney Azərbaycan Ədəbiyyatı” həftəsi

Hey bə ziyalılar, hey

Məni bir otaqca da dözəmmədiniz
Kölgəm
azadlığı yapdı duvarlara!
qaşlarım qartallandılar özgürlük havasında
kipriklərim durnalandılar qurtuluşa
dodaqlarımdan öyrəndiniz dalğalanmağı
gözlərimə sataşıb aydınlaşdınız
aydın oldunuz! Davamı…


1“Güney Azərbaycan ədəbiyyatı” həftəsi

Gəl tanrını yarı bölək
İsti bir əl çörəyi tək
Bir parçası səndə qalsın
parçasın da öksüz uşaqlara verək Davamı…


1“Güney Azərbaycan ədəbiyyatı” həftəsi

1

Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al-əlvanlı qanadları
Naxış salır
Qızarılmış yarpaqların üzərində.
Qanadsız duyğular
Körpə kəpənək
Basdırır xəzana
Amansız külək. Davamı…