Köşələr


Elnur Astanbəyli. Rövnəq Abdullayev və AYO.

Yazar: Admin | Bölmə: Köşələr, Publisistika | Tarix: 01 İyun, 2009

Hakimiyyət AYB üzvlərini təqaüd yağışında çimizdirdiyi, qəttəzə mənzillərdə yerbəyer elədiyi bir vaxtda ARDNŞ prezidenti Rövnəq Abdullayev AYO üzvü Sevinc Pərvanənin evini uçurmaq qərarına gəlib.



Anarın son həddi

Yazar: Admin | Bölmə: Köşələr | Tarix: 06 May, 2009

Elnur Astanbəyli
murdar81@box.az
Azərbaycanın yeganə azad ədəbiyyat qəzeti - «Proloq» keçən şənbə sayında ilginc bir yazı dərc edib. Düzəliş verim: bu yazı yox, Yazıçılar Birliyi katibliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Afaq Məsuda 23 yanvar 2009-cu il tarixli məktubudur.



Elçin Hüseynbəylinin “günahı”: “Adəm və Həvva”

Yazar: Admin | Bölmə: Köşələr | Tarix: 08 Aprel, 2009

Rəbiqə Nazimqızı
Həyatda və onun bədii əksi olan ədəbiyyatda “müqəddəs yalan” anlayışı var. Məişətdə bunu qəbul etmək də olar, etməmək də - necə deyərlər, bu hər adamın öz işidir. Ədəbiyyatda isə belə tryuklarsız keçinmək çox zaman mümkün olmur…



Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunub

Yazar: Admin | Bölmə: Köşələr, Xəbərlər | Tarix: 06 Aprel, 2009

Xalq yazıçısı Elçinin kitabları Türkiyənin müxtəlif nəşriyyatlarında müntəzəm nəşr olunur, pyesləri ölkənin teatrlarında tamaşaya qoyulur. Bu günlərdə isə Ankaranın məşhur “MEB” nəşriyyatı Elçinin uşaqlar üçün yazdığı hekayələri rəngli illüstrasiyalarla nəfis şəkildə çap edib.



Bir milyonluq büdcənin gizlinləri

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr, Xəbərlər | Tarix: 04 Aprel, 2009

Eyni vaxtda həm AYB-də, həm də ədəbiyyatda olmaq qeyri-mümkündür. Ədəbiyyat və AYB - bunlar ağla qara, aydınlıqla qaranlıq, Xeyirlə Şər qədər fərqli anlayışlardır. AYB olan yerdə ədəbiyyat yoxdur, anti-ədəbiyyat var. Ədəbiyyat olan yerdə AYB ölü candır, fil-filodur. Siz odla suyu bir yerdə təsəvvür edə bilirsinizmi? Siz qurdla quzunu bir çəmənlikdə təsəvvür edirsinizmi?



Musa Urudla Basayevin əhvalatı

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 15 Mart, 2009

Elnur Astanbəyli

Əvvəlcə gəlin Musa Urudu yaxından tanıyaq. Yazıçılar Birliyinin üzvüdür, həkim-narkoloqdur. YAP-ın Siyasi Şurasına qədər gedib çıxıb. Tibb elmləri namizədidir. Özünü ziyalı hesab edir. Hakimiyyəti tərifləməkdə Zəlimxan Yaquba çatmasa da, aşıq Əhlimandan geri qalmaz.



“Yuğ” “Albalı bağı”nın məşqlərinə başlayıb

Yazar: Admin | Bölmə: Köşələr, Xəbərlər | Tarix: 20 Fevral, 2009

“Yuğ” Teatrında Anton Çexovun “Albalı bağı” əsəri əsasında rejissor Vaqif İbrahimoğlunun quruluşunda “Birinci akt” tamaşasının məşqlərinə başlanılıb.
Tamaşadakı hadisələr bir malikanənin ətrafındakı albalı bağında cərəyan edir. Bu bağa görə iki tayfa arasında tez-tez mübahisələr düşür. Tayfalardan biri bağın qorunmasının, digəri isə dağıdılmasının tərəfdarıdır. Hər iki tərəfin mübahisəsinə bağın məhv edilməsindən sonra son qoyulur.



Elnur Astanbəyli. Ənvər Seyidovun romanları

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 13 Fevral, 2009

Ənvər Seyidov. Bu ad-soyad sizə nəsə deyirmi? Deməmiş olmaz hər halda. Nədən ki, bu ölkə məhkəmələrinin çıxardığı saya-hesaba gəlməyən sifarişli, ədalətsiz qərarların bir çoxunun altında onun imzası var. Xatırlayıram, hətta bir dəfə Leyla Yunus Ənvər müəllimi «zolaqlı mantiya mükafatı» ilə «təltif etmişdi».



Dr. Gülara Yenisey. Türk Kültüründə Elat və Şəhər Mədəniyyəti

Yazar: Admin | Bölmə: Köşələr | Tarix: 10 Fevral, 2009

Elmi baxımdan yanaşdığımızda cəmiyyət qanunlarını elmin universal quralları ilə araşdırmamız qaçınılmazdır. Ancaq tarix və sosiologiyanın bütün məsələlərinə qərb gözüylə baxıb dəyərləndirmək də bəzi hallarda doğru olmur. Bunlardan biri də türk kültürünü araşdırıb dəyərləndirmədə görülür. Türk kültürünü tamamilə qərb mərkəzli elmi baxışla araşdırıb dəyərləndirməniz mümkün deyildir.



Kamil Vəli haqqında

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 26 Dekabr, 2008

Qan Turalı
Qənimət Zahidlə həbs olunandan bir neçə gün əvvəl Azneft beydanındakı beton bayrağın altında rastlaşdıq. Qənimət bəyə mənə yenidən “Azadlıq”a yazmağı təklif etdi. Amma öz şərtini də dedi: “Nədən yazırsan yaz, amma Kamil Vəlidən yazma”. Qənimət Zahid az sonra həbsə atıldı. Kamil Vəlidən isə heç bir səs çıxmadı.



Seymur Baycan. Həyasızlığın qısa tərifi.

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 22 Dekabr, 2008

Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik, bu gündür. (B.S.)
Qərbin maşınında gəzib, Qərbin mobil telefonuyla danışıb, Qərbin televizoruna baxıb, Qərbin radiosunu dinləyib (Qərb dəyəndə qeyri-müsəlman dünyası nəzərdə tutulur), Qərbin kompüterində mətn yığıb, əyləncəli vaxt keçirib, Qərbin təyyarəsinə minib dünyanı gəzərək, Şərqin çox böyük bir mədəniyyətə sahib olduğunu demək, Quranda bütün elmi kəşflərə işarə vurulduğunu iddia [...]



Qan Turalı. Pisliyin kökü hardadır?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 05 Dekabr, 2008

Bir daha Şərq-Qərb haqqında
Şərq ədəbiyyatı haqqında çox danışırlar. Azərbaycan da Şərqin bir hissəsidir. Lakin Avropalaşmamış, amma Şərqli olmaqdan çıxmış hissəsi. Yəni yarımçıqlıq. Yarımçıqlıq isə hər şeydən pisdir. Yarımçıqlıq tamlığa can atmırsa, yarımçıqlıq öz situasiyasından razıdırsa, onda deməli bir söz var: bu yarımçıqlıq iyrəncdir. Bu yarımçıqlıq ikrah doğurur.



Qan Turalı. Kimdir elita?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 22 Noyabr, 2008

Bakı haqqında yazı
Azərbaycanda elita olmayıb. Daha doğrusu o fiziki cəhətdən məhv edilib. Söhbət 30-cu illərdən gedir. O zamanlara qədər çox güclü aydınlar vardı. Milli dildə məktəb demək olar ki, yox idi, amma milli ziyalılar vardı. Onları bir daha xatırlayaq: Mirzə Fətəli, Mirzə Cəlil, Cavid, Məmməd Əmin, Əli bəy Hüseynzadə və başqaları.



Seymur Baycan. Lenin ziyalılar haqqında

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 12 Noyabr, 2008

Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına. Nədən desən danışacaqlar. Yaralı Arazdan, Dəli Kürdən, statusa həsrət qalmış Xəzərdən, Cavad xandan, dastandan, xəngəldən, hindu qəbilələrindən, alternativ enerjilərdən, elmi tərəqqidən, yolxucu xəstəliklərdən. Siz onlara indiki zamandan sual versəniz, həmən susacaqlar.



Mövzusuzluq

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 10 Oktyabr, 2008

Seymur Baycan

Heç nə yaza bilmirəm, heç nə
Ağ vərəqlər üzərində gəzişir qarışqalar
S.B.
Bu iki misranı Qaxda yazmışdım. İkinci kitabı yazanda birdən dayandım. Heç nə yaza bilmədim. Siqaret çəkdim, su içdim. Heç nə alınmadı. Mənim rayon səfərim bazara ziyarətlə başlayır. Alma, heyva, nar, fındıq, qoz ləpəsi (mövsümə uyğun meyvələr) alıb düzürəm masanın üstünə. Yaza-yaza [...]



Kitabsız mübarizənin axırı və mahiyyəti

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 09 Oktyabr, 2008

Qan Turalı
Amerikada bir adam ildə 34 kitab oxuyur. Türkiyədə isə statistika bundan çox-çox aşağıdır. Sadəcə olaraq 1-ə yaxınlaşır. Yəni heç 1 də deyil.
Türkiyənin məşhur köşə yazarı Fatih Altaylı deyir: “Amerikada soruşurlar ki, indi hansı kitabı oxuyursan? Bizdə isə soruşurlar ki, kitab oxuyursanmı?”. Azərbaycanda isə sualı belə qoyardım: “Ömründə əlinə kitab almısanmı?”.



Cümə günü polis bölməsində

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 16 Sentyabr, 2008

Seymur Baycan
90-cı illərin əvvəllərində belə bir söhbət vardı: “Biz meydana bakılı, şəkili, qazaxlı, zərdablı kimi girib, meydandan azərbaycanlı kimi çıxdıq”. Adını çəkmədiyim rayonların sakinləri inciməsinlər. Yadıma indi bu rayonlar düşdü. Hərçənd, sözün doğrusu, Azərbaycanda Zərdab adında bir rayonun mövcud olmasını mən, hərbi məktəbin ikinci kursunda oxuyanda öyrənmişəm. O vaxta qədər Zərdabın adını bir dəfə də [...]



Üçbaşlı yalan

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 28 Avqust, 2008

Ədəbiyyatın «işgəncələr kralı»
Elnur Astanbəyli
Bir neçə ay əvvəl «Reytinq»də Ramiz Rövşənin Azərbaycan polisinin şücaəti haqqında filmə məsləhətçi təyin edildiyini yazmışdım. Filmin başqa bir məsləhətçisi isə daxili işlər nazirinin müavini, etirazçı xalq kütləsinə qarşı amansızlığı ilə ad çıxarmış, «Viloş» ləqəbli Vilayət Eyvazovdur. Qısası, allah ömür versə, tezliklə Ramiz Rövşənlə Vilayət Eyvazovun adını titrdə yanaşı görəcəyik. Nə isə. [...]



Sxinvali haqqında xatirələr

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 14 Avqust, 2008

Qurbağaların səsi qatarın səsinə qarışanada, adama elə gəlir ki, göy üzündə aramsız durna dəstələri uçur
S.
Seymur Baycan
Qədim Romalılar dünyanı insan orqanizminə oxşadaraq hər bölgəyə bir orqanın adını vermişdilər. Qafqazın payına kişi cinsi orqanı düşmüşdü. Kimin yaşı 18-dən yuxarıdırsa, bu cümlələri oxumaq zərərli deyil. Qafqaz elə bir yerdədir ki, nə vaxt oyanacağı, nə vaxt yatacağı, nə vaxt [...]



Kütlə, kütlə deyil

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 25 İyul, 2008

Seymur Baycan
“Azərbaycanda nökər olmayan adama ya agent, ya dəli, ya da “mavi” deyirlər”
     Elmir Mirzoyev
Yaxşısın Mətanət Əliyeva edir. May ayının sonunda “İmpuls” qəzetin bağlayıb, bir də sentyabrın əvvəlində açır. Nə özün yorur, nə də azsaylı oxucuları. Kimdir bu isti, havadan palçıq yağan günlərdə qəzet oxuyan? Hər kəs öz işində, öz istirahətində. Özümüz yazıb, [...]