Mədəni İnqilab


Ramiz Rövşən. QORUMAĞI ÖYRƏNƏK

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 08 Kasım, 2008

Rüstəmə qarşı bu qəfil hücumun məqsədi də onu əzməkdən daha çox (əslində bu mümkün olan iş deyil!) cəmiyyətin müqavimət gücünü yoxlamaqdır
Neçə gündür Azərbaycanda qəribə bir “hücum və müdafiə” kampaniyası yaşanır. Bu hücumun da, müdafiənin də hədəfi, ünvanı bir nəfərdir: mənim köhnə dostum, dünya şöhrətli sənətkar Rüstəm İbrahimbəyov.
Əslində Rüstəmin müdafiəyə ehtiyacı yoxdur. Əksinə, təkcə özünü yox, [...]



Əkrəm Əylisli: “TƏSADÜFİ KİTABLAR HƏDDƏN ARTIQ ÇOX ÇAP EDİLİR”

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 18 Ekim, 2008

Mehriban Vəzir: “Hazırda Azərbaycan oxucusunun oxu mədəniyyətinin daha da artırılmasının vacib olmasını düşünürəm”
“Hazırda ölkədə kitab nəşri xaotik şəkildə aparılır”. Bu barədə danışan millət vəkili Əkrəm Əylisli bildirib ki, Azərbaycanda bu sahədə müəyyən qarışıqlıq mövcuddur: “SSRİ dağılandan sonra bizdə kitab nəşri məsələsi hələ də yerini tapa bilmir. Ona görə də təsadüfi kitablar həddən artıq çox çap [...]



Ərsan Ərel. Dilimizi söz yoxsulluğundan qurtarmalı!

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 02 Ekim, 2008

Özgə sözlərinə qul edilən ulusun şairi də, yazıçısı da, alimi də, siyasətçisi də… susub bir iş görmürsə, ulusal xayindi!
“525-ci qəzet”də ADU ədəbiyat bölməsinin başqanı, xanım Fəridə Səfiyevanın yazısını acılar içində oxudum. O yazıda Azərbaycanda dilə olan ögey ilginin nə boyuta çatdığı aydın görünürdü. Bu yazı bir ulusun ölüm ağlatısını yorumlayacaq böyk roman nitəliyindədir. [...]



Kabir Edmund Helminski. SUFİ –KAMİLLİK PARADİQMASI

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 28 Ağustos, 2008

Nə üçün sufizm postmodern qiymtləndirmə üçün ənənəvi müdrikliyin ruhani tələblərini özündə saxlamaqla individual azadlıq və unikallığa inteqrasiyaya qadirdir?
Bu gün biz mədəniyyətlərin deyil, paradiqmaların toqquşması ilə qarşılaşırıq. Üstünlüyü ələ almış postmodern paradiqması individuallıq və fərdi azadlıq üzərində qurulmuşdur. O, bütün perspektivləri nisbi, müqayisəli, subyektiv və sosial qüvvələr tərəfindən şərtiləşdirilmiş şəkildə dəyərləndirir. Postmodern paradiqma dünyəvi və dolayı [...]



Yeni art-qrup yarandı

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 19 Ağustos, 2008

Orxan Eyp: “Biz bu dəfə beynimizdəki çadranı tulladıq. Sistemin bizə təklif etdiyi oyun qaydalarına, qəfəslərə və zəncirlərə etiraz edərək, Azadlığı bütün dəyərlərin üzərinə qoyuruq”
Yazar və konseptualist-rejissor Orxan Eyp və Sarija Kurban yeni art-qrupun əsasını qoyub. “Qırmızı iz” adlanan art-qrup özünün ilk performansını “Alatoran” jurnalının 13-cü sayının şəhərin mərkəzində yerləşən ünlü “Akadem” kitab mağazasında təqdimatı zamanı [...]



“Kultaz” 1 yaşını qeyd etdi (FOTOLAR)

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 09 Haziran, 2008

Dünən “Kultaz”ın 1 yaşı tamam olması münasibəti ilə pik-nik keçirilib.
Açıq havada- “Alma” qəzetinin həyətində baş tutan tədbirdə Rasim Qaraca, Səlim Babullaoğlu, Həmid Herisçi, Ağalar Məmmədov, Ülviyyə Heydərova, Rəbiqə Nazimqızı, Sevinc Çılğın, Əlişirin Şükürlü, Gülər Sadıqova, Günel Mövlud, Günay, Dalğa Xatınoğlu, Firudin Allahverdi, Zahir Əzəmət və başqa dostlar iştirak edirdi.
Maraqlı və səmimi şəraitdə keçən tədbirdə çoxlu [...]



“KULTAZ”ın 1 YAŞI TAMAM OLUR

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 06 Haziran, 2008

2007-ci ilin 9 iyun tarixindən etibarən fəaliyyətə başlayan “Kultaz” – Mədəniyyət Portalının bir neçə gündən sonra 1 yaşı tamam olur. Bu münasibətlə istər bizimlə əməkdaşlıq edən müəllifləri, istərsə də oxucularımızı təbrik edirik. Bütün bu müddət ərzində bizə verdiyiniz dəstək və önəmə görə hər birinizə təşəkkür və sevgilərimizi çatdırırıq.



İSLAM İNCƏSƏNƏTİNDƏ ƏBƏDİ DƏYƏRLƏR

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 17 Mayıs, 2008

Titus Burkhardt
İslam incəsəntinin əski Bizans, İran, Hind və monqol ünsürləri əsasında formlaşması barədə çox yazılmışdır. Lakin bu müxtəlif elementləri misilsiz bir üzviliklə sintezləşdirən qüvvənin mahiyyəti kifayət qədər açıqlanmamışdır.
Heç kəs islam incəsənətinin zaman və məkan vəhdətini inkar etmir, çunki bu vəhdət olduqca aydın və aşkar bir şeydir. Kordova məscidinin, Səmərqənd mədrəsəsinin, Mərakeşdəki Qüdeysi gümbəzinin, Çin Türküstanındakı [...]



Niyazi Mehdi. Azərbaycan Post-modernizminə giriş

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 24 Ocak, 2008

POST-MODERNİZM VƏ PLYURALİZM. “PLYURALİZM” ANLAYIŞINDA NƏYİ UNUTMUŞUQ
 Bu yazıda çağdaş Azərbaycan sənət düşüncəsi üçün gərəkli ola biləcək bəzi düşüncələri bölüşmək istərdim. Bu düşüncələrin çoxu “Post-modernizm” deyilən və yeni nəsl yazarlarının arasında populyar olan olayla bağlıdır. Post-modernizm Batı düşüncəsinin məhsuludur, bəziləri onu XIX yüzilin ikinci yarısına, bəzilərisə XX yüzilin ikinci yarısına aid edirlər. Ancaq hər iki halda [...]



Sonun başlanğıcı (pritça)

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 13 Ocak, 2008

Rasim İlyasov,
zaratusrta@box.az
 
Sən dinc filosofsan. Sənin şəhər kənarında xudmani bir evin, xoşbəxt ailən, uşaqların, çoxlu dostların, mükafatların, hətta bir neçə dilə tərcümə olunmuş kitabların (dostlar sağ olsun), bir sözlə, həyatda insana nə lazımsa hər şeyin var. Həyat baş tutdu. Indi sən dəhlizdə öz düzəltdiyin yellənən kreslonda oturub layiqli qocalığını qarşılaya bilərsən. Sən öz həyatının mənasına, məqsədinə [...]



Erkin Qədirli, “Əxlaq haqqında”

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 26 Ekim, 2007

Azərbaycanın indiki durumunda əxlaq – pisliklərin vərdiş halını almasından başqa bir şey deyil
Əxlaq, əslində, mənəvi kateqoriya deyil. Əxlaq əksəriyyətin vərdiş etdiyi davranış modellərinin toplusudur. Nəyə vərdiş etsəniz, o da sizin əxlaqınız olacaq. Ərəblər Yunan və Roma mədəniyyətindən çox şeyi götürdükləri kimi, əxlaq və mənəviyyat fəlsəfəsinin təməlini də Yunan və Roma anlayışlarını mənimsəməklə qavrayıblar. Burada təəccüblü [...]



Türkün çağdaş ədəbi tarixini yaradan Orxan Pamuk: sənə daş atan çox olacaq…

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 02 Ekim, 2007

Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri,
yazıçı-kulturoloq

2006-cü ilin ədəbiyyat sahəsində Beynəlxalq Nobel mükafatı laureatının adı açıqlanandan sonra bütün Türk dünyası bu əlamətdar kulturoloji faktı, ədəbi-mədəni hadisəni böyük razılıqla qarşıladı. Türkiyə, Azərbaycan və bir sıra başqa ölkələr ədəbi-mədəni ictimaiyyət fəallarının saysız-hesabsız İnternet forumlarında yerləşdirilən fikirlərində Orxan Pamukun layiq görüldüyü Nobel ödülü ilə bağlı mövqeləri haçalandı. [...]



Quttenberq layihəsi: e-kitabxanamızın sonu olacaqmı!?

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 30 Eylül, 2007

Aydın Xan (Əbilov),
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq
Məşhur naşirin adıyla bağlı kulturoloji Qüttenberq layihəsi – Azərbaycan ədəbiyyatının – yazılı xəzinəsinin elektron daşıyıcılara köçürmək və İnternet – Ümumdünya Elektron İnformasiya Şəbəkəsində yerləşdirmək məqsədi ilə həyata keçirilən proqram yarımçıq qaldı. http://gutenberg.aznet.org saytına daxil olmaqla biz gəlişigözəl vədlərlə rastlaşsaq da, yenə pullar yeyildi, görüləsi işlər isə [...]



POSTMODERNİZM VƏ ARXADAN ATILAN DAŞ

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 30 Eylül, 2007

Eyvaz TAHA
1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra “postmodernizm” sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim və düşüncə sahələrinə sırımış bu terminlə maraqlanmağımız, irəliləyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri [...]



Qloballaşma dövründə dövlət və cəmiyyət

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 27 Eylül, 2007

Ramiz MEHDİYEV,
Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatının
rəhbəri, həqiqi dövlət müşaviri, akademik
Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin inkişaf strategiyasını xeyli dərəcədə məhz qloballaşma müəyyənləşdirəcəkdir. Bu da qanunauyğundur, çünki biz tarixdə ilk dəfə olaraq Şeksprin ritorik “olum, ya ölüm” sualının bəşəriyyət qarşısında duran problem kimi yeni səpkidə səsləndiyi və yeni məna kəsb etdiyi bir dövrə [...]



Dünya ədəbiyyatı kitabxanası: kimləri tərcümə etməli?!

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 25 Eylül, 2007

Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq
Ölkəmiz növbəti dəfə kulturoloji-intellektual yaradıcılığa xüsusi önəm verdiyini nümayiş etdirdi: cənab İlham Əliyevin imzaladığı xüsusi sənəd – “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin sərəncamı (24 avqust 2007-ci il) – ilə bir daha göstərir ki, dövlət müstəqilliyimizin indiki yeni mərhələsində bütün sahələrdə olduğu kimi, yaradiciliq sahələrində də [...]



Dünyada mədəniyyətlərin böhran dövrü başlayıb

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 23 Eylül, 2007

Toğrul Cuvarlı: “Bir xalq kimi formalaşmamışıq və bu, bəlkə də daha yaxşıdır”
Azərbaycanın mədəni, dini, siyasi keçmişinə və gələcəyinə dair maraqlı fikirləri ilə fərqlənən kulturoloq Toğrul Cuvarlı ilə müsahibə

– Toğrul bəy, klassik və çağdaş Azərbaycan mədəniyyətinə ümumi baxışınızı bilmək maraqlı olardı.
– Türk dünyası ilə müqayisədə bizim daha zəngin mədəniyyətimizin olduğunu [...]



İslamın İpi

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 23 Eylül, 2007

Abbas Atilay
Leonardo Da Vinçi, Qalileo Qaliley, Joanlorenzo Berni, İsaak Nyuton, Motsart və Nitsşhenin orta əsrlərdə etdiklərini İmam Ayətullah Xomeyni, Eymən Əl-Zəvahiri, Sheyx Fazil Lənkərani ötən illərdə etdi. Dini qətl edib torpaqda quyladılar. Artıq individdə həbs olunmalı olan din yoxdur. Hər şeyə barmaq uzadan, hər yerdə olub-heç bir yerdə olmayan böyük GÖZ – siyasi din var. [...]



Daha ciddi arqumentlərlə, irəli!

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 17 Eylül, 2007

Sevinc Telmanqızının iki yazısına bir cavab
“Yeni Müsavat” qəzetinin köşə yazarı Sevinc Telmanqızı növbəti dəfə gənc yazarları hədəfə aldı. Bir az bundan əvvəl Sevinc yenə də gənclərin üstünə düşmüş və onları dövlətdən təqaüd istəməkdə ittiham eləmişdi. Amma bu açıqca şər idi. Çünki gənc yazarların heç biri təqaüd istədiyini deməmiş, yazmamışdı. Məhz bu cəhətə görə yazı [...]



Kulturoloji turizm

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 15 Eylül, 2007

Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri
Bu günlərdə Avropadan mənə Almaniya Federativ Respublikasının dövlət qurumu tərəfindən dünyanın aparıcı dillərində nəşr olunan «Almaniya» dərgisinin yeni sayını göndərmişdilər. Mədəniyyət və turizm məsələlərinə həsr olunmuş dərginin bu maraqlı yeni sayının əsas intonasiyası belə idi: qiymətlərin bahalığına, mənzərəli təbiətinin yoxluğuna baxmayaraq, Almaniya özünün minlərlə muzeyiylə, hər il [...]