«Günaydın, mələyim» Oqtay Mirqasımovun yenicə təqdim olunan filmidir ki, ssenarisini də rejissor özü yazıb.
Adı uğurla seçilib: «Günaydın, mələyim». Əvvəla, müraciət-ifadə kimi xüsusi cazibəsi var, sonrasına qalanda isə bu ad psixoloji drama janrında olan filmin poetikasını, stixiyasını əvvəlcədən nişan verir.
İdeya mövzu sadə və hər kəsə yaxındır - «taleyin amansız zərbələrinə» yıxılmamaq, mühitin sərt laqeydliyinə qarşı dözümlü olmaq və bütün bunları sözügedən müraciət ifadənin enerjisinə, gücünə etmək. Davamı…

Okt
29
Okt
19
Oqtay Mirqasımın “Günaydın, mələyim” filmi haqqında
XX əsrin əvvəllərində dramaturq Jorje Polti gəlmiş-getmiş bütün pyesləri araşdıraraq mümkün süjetlərin hamısını «36 süjet» əsərində toplamışdı. Sonralar bu siyahıya əlavələr etmək cəhdləri heç bir nəticə verməmiş, Poltinin klassifikasiyasının qüsursuz olduğunu göstərmişdi. Hazırda ədəbiyyatda, kinoda istifadə olunan süjetlər də «36 süjetin» müxtəlif versiyalarıdı. Davamı…
Okt
18
Ayaz Salayev yeni filmindən danışdı
Bölmə: Kino | ≅ 2 şərh var
“Filmi necə fikirləşirdim, necə görürdümsə, elə də reallaşdırdım”
Tanınmış kinorejissor Ayaz Salayevin öz ssenarisi əsasında çəkdiyi yeni film hazırdır. Çəkiliş başa çatıb, montaj gedir. Ayaz Salayevlə müsahibə də yaxın vaxtda tamaşaçılara təqdim olunacaq bu filmlə bağlıdır. Davamı…
Okt
12
“Bizdə rejissorun azadlığı yoxdur”
Bölmə: Kino | ≅ Şərh yazın
Ramiz Əzizbəyli: “Mən yaxşı aktyorun arxasında gizlənən rejissor deyiləm”
Xalq artisti Ramiz Əzizbəylini təqdim etməyə ehtiyac yoxdur. Onun adı da siması kimi Azərbaycanda çox məşhurdur və istedadına hər birimiz bələdik: həm bir çox filmlərdə özünü müğənni kimi sınayıb, həm də xeyli yaddaqalan obraz yaradıb. Eyni zamanda, özünü rejissor kimi sınayan xalq artisti bir neçə filmə ekran həyatı da verib. Kifayət qədər uğurlu hesab olunan filmlər sırasında “Bəxt üzüyü”nü xüsusi qeyd etmək olar. Elə Ramiz Əzizbəyli özü də rejissorluğundan razı qaldığını etiraf edir: “Çəkdiyim filmlərin sayı az da olsa, uğurlu olub. Davamı…
Okt
9
“Biz heç nə eləyə bilmədik… Mən tək qalmışam…” Oqtay Mirqasımın yeni - “Günaydın, mələyim” filmi bombardmanda güclə eşidilən bu kəlmələrlə başlayır. Milli kinomuzun daha bir müharibə kadrı ekranda canlanır: qan içində olan səngərlər, əli silahlı şəhidlər və gözünü doğmalarına, ekranın bu üzündən ona baxanlara dikib Vətənə borcunu canı ilə ödəyən zabitin son sözləri: “Məni bağışlayın…” Qırıcıların səsi qulaqlardan itməmiş kino sehri ilə həyatın sonundan başlanğıca, ölümdən həyata qayıdırıq. Davamı…
Sen
29
“Çalış nəfəs alma!”
Bölmə: Kino | ≅ 1 şərh var
Gənc rejissor Alina Abdullayeva ilə müsahibə
Bir müddət öncə istedadlı gənc rejissor Alina Abdulayevanın «Çalış nəfəs alma» («Try Not to Breathe») qısametrajlı bədii filmi İtaliyada keçirilən «Salento Finibus Terrae - 2008» beynəlxalq film festivalında «ən yaxşı qısametrajlı film» nominasiyası üzrə ən yaxşı rejissor mükafatına layiq görülüb. Filmin əsas ifaçıları Fəxrəddin Manafov və Dilarə Kazımovadır.
Alina ilə söhbətimiz üçün səbəb də məhz bu filmin uğuru oldu. Davamı…
Sen
9
Kiçik Aleksey Germanın “Kağız əsgər”i isə Venetsiya festivalında “Gümüş şir”i “ram etdi”
Daha bir mötəbər kino bayramı - Venetsiya Kinofestivalı başa çatdı. 65-ci “Qızıl şir”ə amerikalı Darren Aronofskinin “Restler”i (”Mübariz”i) sahibləndi. Rejissorluğa və operator işinə görə “Gümüş şir”i isə Kiçik Aleksey Germanın “Kağız əsgər”i “ram etdi”. Bəri başdan deyək ki, rusiyalı rejissorun bu qələbəsi, şübhəsiz ki, rus kinosunun beynəlxalq səviyyədə böyük uğuru kimi qəbul olunmalıdır. Davamı…
Avq
25
“QAZAN XANIN YIXDIĞI ÖKÜZ SƏRXOŞ İDİ”
Bölmə: Kino | ≅ Şərh yazın
Vaxtilə kino işıqçısı işləmiş Malik: “Olimpiadaya aparılan o bahalı atın puluna 3 dənə yaxşı film çəkmək olardı”
Onunla təsadüfən tanış olmuşdum. Demək, mənim sevimli itim Fu məhləyə gələn işıq, qazpulu yığanlara qənim kəsilmişdi. Yad ünsürlər olduğundan onları “qoruduğu əraziyə” - məhləyə buraxmadığından, onlar da yerli “JEK”-ə şikayət etmişdilər. “JEK”-in ağıllı rəhbərləri də belə qərara gəlmişdilər ki, ovçu çağırıb Funu öldürsünlər. Hələ üstəlik şərt də qoymuşdular; sabaha qədər bu iti başqa yerə aparmasan, güllələyəcəyik. Funu yaxın bir yerə apara bilərdim, amma ağıllı it idi, yenidən qayıdıb gələcəkdi. Qərara aldım ki, gözümün qabağında olsun deyə, redaksiyamızın həndəvərinə gətirim. Davamı…
Avq
8
Bu gün xalq artisti Rasim Balayevin 60 yaşı tamam olur
- Özümü elə 60 yaşındakı kimi hiss edirəm. Geri baxanda görürsən ki, 60 il əməlli-başlı yaş imiş. Burada kədərli, sevincli illər, uğurlar, uğursuzluqlar olub. Təsəlliverici şey odur ki, 60 il hədər getməyib. Hiss edirəm ki, çox işlər görülüb. Ona görə də peşmançılığa səbəb yoxdur.
- Sizə bu yaşı heç vermək olmur, özünüzü cavan saxlamısınız?
- Cavanlıqda çəkildiyim filmləri televizorda göstərəndən sonra məni görən dostlar deyirlər ki, “nə yaman qocalmısan?” Davamı…
Avq
8
Əlisəftər Hüseynov, kinoşünas
“Kino Həftəsi”
Tədqiqatlar göstərir ki, müasir ekran əsərinin ümumi metrajının təxminən üçdə bir hissəsi musiqi ilə «doydurulmuş» epizodlardan ibarətdir. Əlbəttə, səssiz kino ilə müqayisədə bu, elə böyük göstərici deyil. Çünki səssiz filmlərin nümayişi bütün seasns boyu musiqi müşayiəti tələb edirdi. Lakin kinonun bu iki növünün hər biri musiqini eyni məqsəd naminə «istehlak» etmədiyindən müqayisə də yersiz görünür. Davamı…
Avq
5
Rasim Balayev kinomuzu yaş yuyub quru sərdi
“Kino həftəsi”
Bayramda-seyranda həvəslə baxdığımız yerli filmlərimizin ölkədən kənara çıxanda üstümüzə utana-utana qayıtmasına artıq öyrəşmişik. Bizim qocaman rejissorlarımızın efirə çıxanda ayaqlarını ayaqlarının üstünə aşırıb, kino korifeylərindən, «möhtəşəm Azərbaycan kinosu»ndan danışmağı ilə deyil ki? Hətta «Sovet senzurası» deyilən şey çox-çox geridə qalandan, kinomuz, əvvəllər şikayətləndikləri kimi, «rusların, gürcülərin və yəhudilərin əlindən», təpədən dırnağa azərbaycanlı sənətkarların əlinə keçdikdən sonra da heç bir inkişaf gözə dəymir. Davamı…
Avq
5
Ya da sadəcə belə: kinoya müsəlman münasibəti haqqında qeydlər
“Kino həftəsi”
Bilmirəm, kimin sözüdür, amma yaxşı deyilib - hər şey müqayisədə üzə çıxır. Adam yerli kinomuzun yarıtmazlığından ah-vay eləyəndə, ağlımıza da gəlmir ki, bizdən qat-qat qüdrətli olan başqa bir neft ölkəsində kino deyilən sənət növü demək olar ki, yoxdur. Söhbət hərəmxana və neft bolluğundan həzz almaqla yanaşı, həm də əziyyət çəkən Səudiyyə Ərəbistanından gedir. Davamı…
Avq
4
Biabırçı təşkilatçılığı Şamil Nəcəfzadənin gözəl filmi xilas etdi
Azərbaycan Milli Kinosu 110 yaşına da qədəm qoydu. 2 avqust tarixində. Beləcə bu günü də yola verdik. Bəli, məhz «yola verdik». Neçə illərdir şahidi olduğumuz şablon tədbirlər belə deməyə əsas verir. Bu dəfə də «Milli Kino – 110» sərlövhəsi altında rəsmi nümayəndələr və bir qrup sənət xadimlərinin iştirakı ilə “Azərbaycan” kinotetarında mədəni tariximizə nəzər saldıq. Amma hansı səviyyədə? Davamı…
Avq
3
Əlisəftər Hüseynov, kinoşünas
“Kino Həftəsi”
1895-ci ildə şəkilləri hərəkətə gətirməklə yeni sənət növünün – kinonun əsasını qoyanda Lümyer qardaşlarının heç yatsalar yuxularına də gəlməzdi ki, nə vaxtsa onların xələfləri tamaşaçılara, məsələn, tapançanın lüləsindən çıxan, adi gözlə heç izini belə görmək mümkün olmayan güllənin hərəkətini həmin güllənin hərəkət sürəti ilə eyni sürətdə müşahidə edən seyrçinin görmə nöqtəsindən izləmək kimi qeyri-adi bir şans verəcəklər. Davamı…
Avq
3
Serial- yalnız sabun köpüyü deyil
Bölmə: Kino | ≅ 8 şərh var
“Xəzər” TV-nin “Yaşananlar” serialı haqqında qeydlər
“Kino həftəsi”
Aygün Aslanlı, kinoşünas
Elə şeylər var ki, onlara qarşı mübarizə apara bilmirik. İstəklərimizə məhəl qoymadan həyatımıza daxil olurlar. Yeganə çıxış yolumuz uyğunlaşmaq, ya da bəxtimiz gətirsə, özümüzə uyğunlaşdırmaqdı. Seriallar kimi… Bir neçə il əvvəl yerli telekanallarda tək-tük seriallar peyda olmağa başlayanda əksəriyyət tərəfindən birmənalı qarşılanmadı. Elə bu gün də onlara qarşı münasibət birmənalı deyil. Davamı…
Avq
2
“Kino Həftəsi”
Bu gün Azərbaycanda Milli Kino Günü qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bayram münasibətilə müxtəlif tədbirlər təşkil edilib. “Azərbaycan” kinoteatrının qarşısında milli kinonun 110 illiyinə həsr olunmuş “110 ilin salnaməsi” adlı səyyar sərgi nümayiş olunur. Davamı…
Avq
2
“Gənclərə etimad göstərilmir”
Bölmə: Kino | ≅ Şərh yazın
“Azərbaycantelefilm”in gənc rejissoru Elşən Zeynallı ilə müsahibə
“Kino Həftəsi”
- “Azərbaycantelefilm” İstehsalat Birliyinin fəaliyyətə başlamasının bu il 50 ili tamam olur. “Azərbaycantelefilm”də bu gün hansı işlər görülür?
- “Azərbaycantelefilm” Az.TV-nin nəzdində 50 il ərzində minlərlə sənədli, bədii-sənədli, bədii-televiziya filmləri istehsal edib. Yəni, yarıməsrlik ənənəyə malik bir kino fabrikidir. Bu idarədə Arif Babayev, Kamil Rüstəmbəyov, Rüfət Şabanov, Vaqif Behbudov, Arif Qazıyev, Nazim Rzayev kimi böyük rejissorlar çalışıb. Davamı…
Avq
1
Qaraçı Fellini
Bölmə: Kino | ≅ 3 şərh var
Serblər onu müsəlman olduğuna, bosniyalılar isə yetərincə müsəlman olmadığına görə sevmirlər
“Kino Həftəsi”
Uşaq, dəli, Fransada yaşayan serb, müsəlman, siyasətçiləri duelə çağıran və ya onların arvadlarıyla saçyoldusuna çıxan- bütün bunlar rejissor Əmir Kusturitsa deməkdir.
Əmir Kusturitsa çox tez-tez və məmnuniyyətlə deyir ki, o heç kimdir və heçlikdən gəlir. Ümumiyyətlə, onun həyatında həmişə “yox” sözü “hə” sözündən vacib yer tutur. Bəlkə elə buna görə, onun filmləri həddindən artıq şəndir. Davamı…
İyl
29
Azərbaycan əyləncə xəstəliyinə tutulub
Bölmə: Kino | ≅ 1 şərh var
Əli İsa Cəbbarov: “Cəmiyyəti uçuruma aparacaq bu xəstəlikdən qorumaq üçün “Fokus” jurnalını yaratdıq”
Yeni nəşrə başlayan “Fokus” analitik kino jurnalının baş redaktoruyla eksklüziv müsahibə
- “Fokus” kino jurnalını yaratmaq ideyası necə və hansı ehtiyacdan yarandı?
- Jurnal Gənc Film İstehsalçıları tərəfindən təsis olunub. Layihənin müəllifləri mən- Əli İsa Cabbarov, Asif Rüstəmov və Vəfa Cəfərovadır. Ehtiyac nədən yaranıb belə jurnala? Art sahəsində görülən hər işin analizə ehtiyacı var. Analiz dedikdə bizimkilər ya tərif başa düşürlər, ya da əsassız tənqid. Davamı…
İyl
10
“Absurdistan” filminin rejissoru Fayt Helmerin “Kultaz”a müsahibəsi
- Fayt, sizin Azərbaycanda film çəkmək ideyanız Almaniyada necə qarşılandı?
- Maraqlıdır, mən bu fikrimi orada deyən kimi, məni qorxutdular. Bilmirəm, orada belə bir rəy hardandır, amma Almaniyada mənə dedilər ki, bura az qala vəhşi bir yerdir. Dedilər ki, məni burada öldürə bilərlər, soya bilərlər. Amma bura gələndən sonra gördüm ki, Azərbaycan başqa ölkələrdən o qədər də fərqlənmir. Yəni kriminal durumuna görə… Davamı…










