Avq
2
Hazırda Moskvada yaşayan Rüstəm Məmmədov qrupdan ayrılmasına aydınlıq gətirdi
“Bərkdən qışqırmaq istəyirdim ki, insanlar oyansın. İnsanlar oyananda isə fikirləşdim ki, kaş heç oyanmayaydılar”Azərbaycanda son illərdə ən parlaq rok qruplardan biri sözsüz ki, “Unformal” qrupudur. Onun yaradıcılarından biri, qrupun solisti Rüstəm Məmmədov bir neçə ay əvvəl ölkəni tərk edib. İndi o, Moskvada yaşayır, orada öz ikinci peşəsi ilə məşğul olur. “Unformal” qrupundan ayrılması, ölkəni tərk etməsi, Azərbaycanda rokun durumu və indiki fəaliyyəti haqqında Rüstəmin “qaynar.info”-ya eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq. Davamı…
Fev
27
Bəstəkarın vəsiyyətilə ürəyi Polşaya aparılır və indiyədək Müqəddəs Xaç kilsəsində saxlanılır
Şopen bütün əsərlərini fortepiano üçün yazıb. Anton Rubinşteynin dediyi kimi Şopen «fortepianonun canı» idi. Şopen bu alətin ifadə imkanlarını genişləndirmiş, onda elə zəngin boyalar tapa bilmişdir ki, o bütöv orkestri əvəz etmişdir. Həmçinin Şopen fortepianoya insan səsinin xüsusiyyətini verib. Davamı…
Fev
4
Mən hələ donuz ilindəki səhərlərin birində Lider telekanalında qonaq olan Aşıq Əhlimanın
Azərbaycan – o bir ana,
Gündə girir min cür dona…
mahnısını eşidib sözün həqiqi mənasında hövüllənəndə barmağımı dişləmişdim ki, eyvah, bu sənətin də içərisinə girişib əməlli-başlı bir iməcilik etmək zamanı gəlib çatmışdır…
Söhbət təbii ki, aşıq sənətindən gedir… Davamı…
Fev
2
Kənardan özümüzə baxmaq, - bu kənar dediyimiz dost və qardaş ölkə Türkiyə olsa belə məncə çoxları üçün maraqlı olar. Bunu düşünərək bir Azərbaycan vurğunu, əslən azərbaycanlı olan A.Ugur Olgarın «Andız» jurnalının 12-ci sayında dərc olunmuş yazısını dilimizə uyğunlaşdıraraq sizlərə təqdim edirəm
Aslan Quliyev
Siz heç muğam dinlədinizmi?
Texnolojinin yararlarını inkar eləməmək gərəkdir. Digital duyğu alıcılarının verdiyi imkanla evimdə rahat kreslomda oturub Azərbaycan Dövlət Televizorunu (Az-Tv) açaraq, həftənin hər salı və perşenbe axşamında muğam yarışmasını izləyirəm. Bu günlərdə böyük finalı yaxınlaşan yarışmanın məndə tam bir alışqanlıq yaratdığını deyə bilərəm. İçimdən üzümü uca dağlara doğru çevirib, əlimi qulağımın dibinə ataraq avazla, ucadan muğam oxumaq istəyi keçir. Davamı…
Yan
23
Fevralın 2-də “Eurovision-2008” müsabiqəsində Azərbaycanın təmsilçisi müəyyənləşəcək. Yarışmada Azərbaycanı təmsil etmək uğrunda “Unformal” rok qrupu, müğənni Aynur İsgəndərli və Elnur Hüseynov mübarizə aparır. Namizədlərin dosyesi ilə tanış olun. Davamı…
Yan
19
II televiziya muğam müsabiqəsinin qalibi 10 yaşlı Elməddin İbrahimovla müsahibə
- Özün barədə məlumat verərdin…
- Azərbaycanın Gəncə şəhərində anadan olmuşam, əslən gədəbəyliyəm. Üç uşağıq, evin balacası mənəm. Ailədə ilk musiqiçi mənəm.
- Musiqiyə həvəsin haradandır?
- Məni Gəncədə musiqi məktəbinin muğam sinfinə qoydular və orada muğamı öyrənməyə başladım. Gəncədə Sərdar Bağırovun sinfində oxumuşam. Amma müsabiqədəki çıxışlarımı xalq artisti Mənsum İbrahimov hazırlaşdırıb. Bugünkü uğurlarıma görə hər iki müəllimimə borcluyam. Davamı…
Dek
31
Bəstəkar Elmir Mirzəyevin müəllif diski haqqında qeydlər
Albomda bəstəkarın kamera-instrumental, eləcə də orkestr musiqisi təqdim olunmuşdur. Bura 1994-cü ildən (13 alət üçün “Intra Cancellos” - “Məhdud məkanda”) 2006-cı ilə qədər (bas fleyta, akkordeon, arfa, violonçel və musiqi mərkəzi üçün “Die gestorbene Zeit des Idealismus” - “İdealizmin ölmüş zamanı”) yazılmış 9 əsər daxildir.
Diskdə təmsil edilən əsərlərin hər biri müxtəlif sifarişlər əsasında yazılmış və demək olar ki, hamısı müxtəlif kollektivlərin konsert (canlı) ifalarında lentə alınmışdır. Belə ki, “Orkestr üçün 7 dəqiqə” (1999) alman dirijoru Bernhard Wulff `un rəhbərliyi ilə Bazel Simfonik Orkestrinin; Davamı…
Okt
8
Doğum tarixi məlum deyil. Ancaq 1770-ci il 17 dekabrda Bonn şəhərində xaça çəkildiyi bəllidir. Flamand ailəsində anadan olub. Babası küçə üçün nəzərdə tutulmuş kapellaya rəhbərlik edirdi. Atası da küçə müğənnisi olub. Erkən yaşlarında skripkada, orqanda, altda və həmçinin fleytada ifa etməyi öyrənir. 1881-ci ildə məşğələləri ilə orqanist, estetik bəstəkar Nefe məşğul olur. Sonralar küçə teatrının konsertmeysteri olur.
Bəstəkar kimi yaradıcılığı 1782-ci ildən başlayır. İlk vokal-simfonik bəstəsi «II gənc kontata»sı olur. 1792-ci ildə Vyanaya səfər edir və Motsartdan dərs alır. Elə o ildən həmişəlik vətənini tərk edib Vyanaya köçür. Müəllimləri içərisində Albrextsberger və A.Salyerinin də adı var. Vyanada tez bir zamanda əvvəlcə pianoçu, sonralar isə bəstəkar kimi məşhurlaşdı. Davamı…
Okt
8
Firudin Allahverdinin əsərləri xarici ölkələrdə səslənir
Bu ay bəstəkar Firudin Allahverdinin əsərləri 3 xarici ölkədə səslənəcək. Əvvəlcə 7 oktyabrda Ukraynanın paytaxtı Kyiv şəhərində beynəlxalq “Kyiv Music Fest” festivalında “Tempori nostri” ansamblı bəstəkarın “Hara?” əsərini ifa edib. Əsər festivalın son günündə gənc bəstəkarların əsərlərindən ibarət konsertdə səslənib. Oktyabrın 14-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən digər festivalda eyni əsər “Contempo” ansamblının Davamı…
Sen
29
Oktyabrın 4-dən 7-nə qədər Bakıda “Qızıl payız” musiqi festivalı keçiriləcək. Bununla da Azərbaycan paytaxtında keçən əsrin 60-cı illərinin ortalarında əsası qoyulmuş gözəl musiqi ənənəsi yenidən canlanır.
Festival haqqında onun təşkilatçılarından biri – “Procent” prodüsser mərkəzinin baş direktoru Ələkbər Tağızadə ilə söhbət edirik.
- “Qızıl payız”ın keçirilməsi ideyası necə yarandı?
- Bizim həmvətənlərimizin çoxu xatırlayır ki, 60-cı illərin ortalarında “Qızıl payız” adlı festival son dərəcə məşhur idi. Bütün İttifaqdan və sosialist düşərgəsindən musiqiçilər Davamı…
Avq
31
Barış Manço: «Mən dünyaya müğənni kimi gəlməmişəm…»
Barış Manço 2 yanvar 1942-ci ildə İstanbulda doğulub. İsmayıl Haqqı bəyin və Rikkat Uyanıq xanımın ikinci övladı olan Barış İkinci Cahan Savaşının ən qızğın vaxtında, camaatın çörəkdən qıtlıq çəkdiyi zamanda dünyaya gəlmişdi. Özündən iki ilə əvvəl doğulmuş qardaşının adını Savaş qoymuşdular, təzə körpəyə isə «artıq dünyaya Barış gəlsin» deyibən Barış ismini verdilər. İllər sonra TRT üçün hazırladığı «7-dən 77-yə» adlı proqramında Türkiyədə Barış adını alan ilk adam olduğunu söyləyəcəkdi. Davamı…
Avq
28
Mütəxəssislər mahnının tarixi haqqında müxtəlif versiyalar söyləyirlər
Əsrlərdir müxtəlif musiqiçilərin avazında dolaşan “Sarı gəlin” mahnısının kimə məxsus olduğu barədə müxtəlif versiyalar söylənilir. Tarixən söylənilən fərziyyələr musiqinin ladının klassik Azərbaycan musiqisinə yaxın olduğunu göstərir. Amma ermənilərin bu istiqamətdə son illər apardıqları “təbliğat kampaniyası” dünya musiqiçilərinin diqqətini bir az başqa səmtə yönəldib. Davamı…
Avq
25
Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla görüş ərəfəsində öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun yeni əsərini Santafe şəhərində keçirilən ənənəvi kamera festivalında səsləndirib. Bundan başqa, bəstəkar bir neçə balet üzərində də işləyir. Hər iki respublikanın musiqisini müqayisə edən bəstəkar «TrendLife»a bunları dedi:
- Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz arasında fərqli cəhətlər çoxdur. Əsrlər boyu hər ölkənin musiqisi öz kökü üstündə inkişaf edib. Türkiyə bir imperiya olub. Bu imperiyadan doğan tələblər əsasında musiqi formalaşmağa başlayıb. Azərbaycan uzun əsərlər dövlət ola bilmədiyi üçün musiqisi saray səviyyəsində inkişaf edib. Ölkələrin musiqisi arasında oxşar cəhətləri yalnız Şərq ənənələri birləşdirir. Mənim fikrimcə, Azərbaycan musiqisi qonşu İrana daha yaxındır, nəinki Türkiyəyə. Yalnız aşıq sənətindən danışarkən türk musiqisi ilə oxşar cəhətlərin olduğunu söyləmək olar. Bunun da kökləri ozan sənətinə gedib çıxır. Amma xalq musiqiləri, muğam anlayışı Türkiyədə yoxdur. Ara-bir ona bənzər musiqilər ifa etməyə çalışırlar. Davamı…
Avq
17
“Taleyə az inanıram…özümə isə daha az!”
O, 25 yanvar 1938-ci ildə Moskvada hərbçi ailəsində anadan olub. Dünya müharibəsi illərində anası Nina Maksimovna ilə birgə Orenburqa deportasiya olunur. 1943-cü ilin yayında yenidən Moskvaya dönürlər.
13 yaşından başlayaraq Vısotskiy dərslərə getməməyə və dostları ilə məclislər düzəltməyə, kart oynamağa başlayır.
1955-ci ildə Vısotskiy orta məktəbi bitirir və Moskva Mühəndis İnşaat İnstitutuna daxil olur, lakin oxumayaraq oranı tərk edir. Bir il sonra 1956-cı ildə Nemiroviç-Dançenko adına Moskva Bədaye Teatr studiyasının aktyorluq fakultəsinə daxil olur. İkinci kursda studiyada İza Meşkova ilə tanış olur və 1957-ci ilin payızında yataqxanadan onun evinə köçür. Davamı…
Avq
13
Alim Qasımov: “İndi yüksəyə yox, dərinə getmək istəyirəm”
Azərbaycanın xalq artisti Alim Qasımovla 50 illik yubileyi ərəfəsində müsahibə
- Alim Qasımov özünü neçə yaşında hiss edir?
- Bu mənim əhvalıma, yaşadığım günə bağlıdır. Baxır, hansı gün necə yuxudan qalxıram, necə yatıram. İndi daha yaşın yox, günlərin fərqi var. Bu gün neçə yaşında olduğumu belə bilmirəm. Davamı…
Avq
1
“Hər halda, inanıram ki, dövlətimiz məni çətinliklərdən qurtaracaq”
Hələ bir neçə il əvvəl Moskvada verdiyi ilk konsertinə gələnlər onun haqqında belə demişdilər: “Azərbaycanda yeni Vaqif Mustafazadə doğulub”. Ötən üç il ərzində Şahin Növrəsli bu sözlərin təsadüfi deyilmədiyini sübut etdi. Və sonucda İsveçrədə keçirilən 41-ci Beynəlxalq Caz Festivalı “Montreux jazz festival”da Şahin yarışmanı 2-ci yerdə başa vurmaqla daha bir möhtəşəm uğura imza atdı.
Qeyd edək ki, caz musiqisində reytinqli müsabiqələrdən olan “Montreux jazz festival”da finala çıxan Şahin Növrəsli həmçinin postsovet ölkələri arasında bu müsabiqənin finalına vəsiqə qazanan ilk musiqiçi kimi yadda qaldı. SSRİ dönəmində belə bir uğura imza atan musiqiçi vətənə dönəndə onu nələr gözləmirdi? Fəxri ad, ev, xüsusi imtiyazlar…
Amma Şahinin nə evi var, nə də royalı. Bəlkə də belə böyük müvəfəqiyyətlərin qarşısında bu cür xırda məsələlər haqqında düşünmək düzgün deyil. Ancaq bu gün Şahinə ev və royal mütləq lazımdır. Ona görə ki, artıq Bakı Musiqi Akademiyasında gecələməyə xanımı “icazə vermir”… Davamı…
Avq
1
Cazmen Salman Qəmbərov bu yaxınlarda Montredə keçirilən 41-ci festivaldan qayıdıb. O, orda ustad dərsləri verib. Ondan aldığımız müsahibəni sizlərə təqdim edirik.
- Salman müəllim, mümkünsə Montredəki festival barədə danışardınız.
- Bu, Montredə keçirilən 41-ci festival idi. Əgər bütün dünyada üç ən iri festival varsa, onlardan biri də budur. Montredəki festival əsl musiqi bayramı idi. Bu il bir az dəyişiklik edilmişdi, belə ki, xaricdən pop, rok, hip-hop musiqiçilərini də dəvət etmişdilər. Davamı…
İyl
24
Kvartet muğamla kantrini sintez edəcək
Amerikanın nüfuzlu “Dina Preston” kantri musiqi qrupunun Azərbaycana səfəri başa çatdı. Dörd musiqiçi - qrupun adını daşıdığı yeganə qadın üzvü olan Dina Preston və onun feniksli (Arizona) “kovboyları” Don Ortis, Robert Kit, Henri Laradan ibarət kvartet bir həftə ərzində ölkəni demək olar ki, qarış-qarış dolaşaraq, müxtəlif rayonlarda, eləcə də Bakı ətrafında konsertlər verib, mədəni tədbirlərə qatılıblar. Davamı…
İyl
14
NİZAMİ CƏFƏROV: “ŞOU-BİZNES SAHƏSİNDƏ BAYAĞILIQ ADİ HALA ÇEVRİLİB”
Milli Məclisin payız sessiyasında şou-biznes sahəsində fəaliyyətlə bağlı qanun layihəsi müzakirə ediləcək. Bu barədə ANS-ə müsahibəsində parlamentin Mədəniyyət məsələləri üzrə daimi komissiyasının rəhbəri Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, komissiyanın apardığı 2 illik araşdırmadan sonra şou-biznes sahəsində intizamın yaradılması və fəaliyyətinin nizama salınması üçün bu cür qanunun qəbul edilməsi zəruridir: “Azərbaycanda mədəniyyət, incəsənət siyasəti var. Bu, xalqın tarixindən gələn bir məsələdir. Söhbət müasir sənət, müasir yaradıcılıq dəyərləri səviyyəsində bir hüquqi anlam verməkdən gedir”. Davamı…
İyn
21
Atası azəri türkü olan bu böyük ifaçı da Nazim Hikmət kimi Türkiyə vətəndaşlığından çıxarıl
ıb
Məktəbə gedərkən hər səhər küçədə mahnı oxuyardı. Artıq o vaxtdan özünə kiçik auditoriya qazanmışdı. Yetkinlik dövründə ikən xoşuna gələn qızın diqqətini çəkmək üçün mahnı oxumağa başlayır, ancaq qızdan çox anasının diqqətini çəkir. Cemin səsini anası Toto kəşf etmişdi…
Anası xristian, atası azəri türkü olan Cem Karaca 5 aprel 1945-ci ildə İstanbulda dünyaya gəlib. Davamı…
sonrakı səhifə »