Qaynar xəbər portalı

Zəlimxan Yaqub: “1984-cü ildən bəri ancaq Aşıqlar Birliyi adına intriqa «yuva»sı olub”

“Mən bu birliyə intibah, inqilab və şüurları silkələmək üçün gəlmişəm”

Xalq şairi, bu günlərdə Aşıqlar Birliyinin sədri seçilən Zəlimxan Yaqubla  görüşüb müsahibə götürmək istədiymizi bildirdik, tərəddüsüz razılaşdı. Bir şərti oldu ki, mənim danışığımın üslubuna toxunmayın, qoyun necə var elə də qalsın.
Zəlimxan Yaquba cəmiyyətin sualları çox idi. Bulvarda şairin düzənlədiyi çay süfrəsinin qırağında 2 saata yaxın çəkən söhbətmizdə çox mətləbələrə aydınlıq gətirmyə çalışdıq. Davamı…


Şair Vaqif Bayatlı Odərlə müsahibə

Vaqif Bayatlı Odər- Yeni kitabınızla sözü Yerin köləliyindən azad etdiyinizi bildirirsiniz. Bu hansı köləlik və azadlıqdır belə?
- Mən sözləri kitabdan çıxartdım, onları kitabdan və Yer üzündən xilas elədim. Sözlər bu dünyanın bəzi həqiqətlərinə əsir düşmüşdü, onları Yerin mənasız həqiqətlərindən ilk dəfə mən xilas etdim. Yenicə işıq üzü görən “Yupyumru bir eşq ilə” kitabımın ilk səhifəsində mən boş yer qoymuşam və yazmışam ki, əslində bu yer boş deyil. Gündüz görünməyən ulduzlarla dolu göy üzü kimidir Davamı…


İsa Hüseynov“Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm”

İyunun 12-də 80 yaşı tamam olan xalq yazıçısı İsa Hüseynovla (Muğanna) müsahibə

- Muğanna üçün 80 yaş nə deməkdir, yazıçını bu yaşda daha çox hansı məsələlər düşündürür?
- Bu yaşdan yekun iyi gəlir. Amma səksən, bir növ yekun yaşı olsa da, bütün insanlar kimi mən də yaşamaq, işləmək istəyirəm. Yaradıcılığımın son dövrünün məhsulu indiyə qədər gördüyüm işlərin içində ən xeyirlisidir. Əvvəlki dövrdə yazdıqlarım olduqca bəsit olduğuna görə, yaradıcılığımın birinci dövründən imtina etmişəm. Ən məhsuldar dövrüm təxminən 60-cı illərdən başlayır, o dövrdə 5-6 povest yazmışam. Bunlar Azərbaycanın kənd-şəhər həyatını əhatə edən bir növ populyar əsərlərdir. Davamı…


Nadir QocabəyliƏdəbiyyat üzrə Nobel mükafatı almış nəhəng siyasətçi

Nadir Qocabəyli

Yəqin ki, iyirminci yüzilin siyasət nəhənglərindən olan Uinston Çörçilin ədəbiyyat üzrə Nobel Sülh mükafatı alması çoxlarımız üçün sürpriz olacaq. Məsələ burasındadır ki, 1953-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məhz Çörçildir. Mükafat ona «tarixi və bioqrafik əsərlərini yüksək sənətkarlıqla qələmə aldığına, yüksək insani dəyərləri müdafiə edən parlaq natiqlik məharətinə görə» verilmişdi. İsveç Akademiyasının üzvü P.S.Sivers öz çıxışında «Çörçilin siyasi və ədəbi nailiyyətləri o qədər nəhəngdir ki, onu hətta Sezarla və Siseronla müqayisə etmək olar» demişdi. Davamı…


Ramiz AbutalıbovRamiz Abutalıbov: “Belə kitabları çap edib yaymadınsa, effekti itə bilər”

Uzun illər Azərbaycanı YUNESKO-da təmsil etmiş Ramiz Abutalıbov son illər Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ problemini dünyaya çatdıran kitabların nəşrində yaxından iştirak edir. Özü demişkən, hazırda o, diplomatlıqla məşğul deyil, təqaüddədir, araşdırmaçı-jurnalist və naşirliklə məşğuldur. Bakıya növbəti gəlişində onunla görüşüb söhbətləşdik.

- Üç ildən çoxdur ki, təqaüdə çıxmışam. Evdə oturmağı, fəaliyyətsizliyi sevmirəm. Hazırda həvəskar-naşir kimi fəaliyyət göstərirəm (gülür). Yəni bir var peşəkar naşir olasan, bir də var mənim kimi həvəskar şəkildə bu sahə ilə məşğul olasan. Burada məqsəd məsələsi əsasdır. Çalışıram azərbaycanlıların müəyyən kitablarının Rusiyada çap olunmasına kömək edim. Davamı…


Anar “Əgər təzədən yaşamaq mümkün olsaydı, bəzi səhvlərimi təkrar etməzdim”

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla 70 illik yubileyi ərəfəsində  müsahibə

- Bu yubiley həyatınızda nəyi dəyişəcək? 70 yaş yazıçı üçün qorxulu deyil ki?
- Yubiley sözünü işlətmək istəmirəm, amma bu bir faktdır ki, doğulduğumdan artıq 70 il keçir. Bu tarixlə mənim həyatımda heç nə dəyişməyəcək, indiyəcən necə yaşamışamsa, həyatımın bundan sonrakı illərini də elə yaşayacağam. Ona görə də mən bu rəqəmə xüsusi əhəmiyyət vermirəm. Elə yazıçı var ki, 30 yaşında artıq qocadır, elə yazıçı da var ki, 70 yaşında hələ cavandır. Mən özümü bu yaşda hələ cavan yazıçı hesab edirəm. Davamı…


Qəşəm NəcəfzadəAzərbaycanlı şair daha bir neçə nüfuzlu şeir festivalına dəvət alıb

Tanınmış şair Qəşəm Nəcəfzadənin ədəbi taleyində 2007-ci il çox uğurlu bir il kimi qaldı. Belə ki, ötən il şairin rus, ingilis və azərbaycan dillərində yayımlanan internet saytı fəaliyyətə başladı. Bakıda ingilis və rus, həmçinin Hollandiyada ingilis və holland dillərində kitabları çap olundu, Hollandiyada keçirilən beynəlxalq şeir festivalının finalına vəsiqə qazandı və 23 dünya şairinin təmsil olunduğu, ingilis dilində dərc olunan “Poetry international” antologiyasında həmyerlimizin də şeirləri yer aldı. Davamı…


Zviad RatianiGürcü şairi Zviad Ratianiylə söhbət

Tanıtım: 1971-ci ildə Tbilisidə anadan olub. Şair, tərcüməçidir. Bir çox yerli və əcnəbi ədəbi mükafatların sahibidir. Şeirləri əksər Avropa dillərinətərcüməedilərək, dərc olunub.

- Zviad, Gürcüstanda Yazıçılar Birliyi varmı?
- Gürcüstandakı Yazıçılar Birliyi demək olar ki, sadəcə kağız üzərində mövcuddur. Orada bir neçə gülməli, köhnə, əyalət təfəkkürlü adam toplaşıb. Ancaq müasir baxışlı yazarlardan ibarət olan ədəbi qurumlar da var. Davamı…


Aqil Abbas“Azərbaycan” jurnalının son sayında Qarabağ savaşından bəhs edən “Dolu” romanının müəllifi yazıçı Aqil Abbasla müsahibə

- Azərbaycan ədəbiyyatında yazılanlara reaksiya verilmədiyi, böyük mənada oxucunun yoxa çıxdığı zamanda “Dolu” romanını yazmaq bu qədərmi vacib idi?
- Oxucuların sayı azala, ya çoxala bilər, amma onun tam yoxa çıxması ilə bağlı deyilənlərlə razılaşmıram. Şəxsən mən roman və povestlərimdən tutmuş , publisistik yazılarımadək bütün əsərlərinə yetərincə reaksiya görmüşəm. Bir də ki, “filan əsəri yazmaq nə dərəcədə vacib idi” sualının özündə səhv var. Əgər bu əsəri yazmışamsa, deməli, vacib bilmişəm. Davamı…


Çingiz AbdullayevÇingiz Abdullayev: “Əgər həqiqəti yazsam, çox adamlara toxunacaq”

Detektiv romanlar yazarı Çingiz Abdullayevi tanıyanlar onun möhtəşəm qəhrəmanı Dronqonu da tanıyırlar. Yazıçı ilə qəhrəman arasında oxşarlığı görməmək mümkün deyil. Telefona cavab verməsi, işgüzarlığı və digər hərəkətləri Dronqonu xatırladır. Amma Dronqodan fərqli olaraq Ç.Abdullayev az danışmağı, daha doğrusu, sualları “hə” və “yox” deməklə cavablandırmağı üstün tutur. Davamı…