Publisistika


Bərabərlik işarəsi (esse)

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 14 Nisan, 2008

Elnur Astanbəyli
“Şikayətnamə” Füzulinin sənətkar kimi faciəsidir. Çünki Şərqin böyük klassiki “Salam verdim, rüşvət deyil deyə almadılar” şikayətini o vaxt edir ki, özündən rüşvət istəyirlər. Füzuli “Şikayətnamə”yədək bir dəfə də rüşvətdən yazmayıb. Ondan rüşvət istəməsəydilər, heç sonra da yazmayacaqdı. Sənətkarın yaşadığı dövrün acı həqiqətini məhz daş öz ayağına dəyəndə dilə gətirməsi onun naqisliyidir. Ömumiyyətlə, Süleyman Qanuniylə [...]



Blog dünyasında ədəbi qalmaqal

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 10 Nisan, 2008

Aydın Xan: “Bizə total hücuma keçiblər”
Cavanşir Yusifli: “”Mən əməyimin məhsulundan məhz Aydın Xanın istifadə etməsini istəmirəm…”
KultAz: Azərbaycanın ilk milli blog sistemi Azeriblog-un yaranmasıyla  xeyli sayda fərdi bloglar yarandı. Sayt qurmaq imkanında olmayan hər bir şəxsin fikir və ideyalarını başqalarıyla çox asan şəkildə paylaşmaq imkanı yarandı. “Kultaz”da müntəzəm dərc olunan bir çox yazarlar da bu imkandan [...]



“Bərk” Pamuk

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 09 Nisan, 2008

Bu yazıçını vətənində bir o qədər sevmirlər
Bu ilin əvvəlində Türkiyədə “Ergenokon” adlı gizli təşkilatın ifşa olunmasından sonra onun hədəf seçdiyi şəxslərin siyahısı açıqlandı. Gələcək qurbanlar arasında bir “Nobel” mükafatı laureatının da adı var idi: məşhur yazıçı Orxan Pamuk. 2006-cı ildə ədəbiyyat üzrə “Nobel” mükafatına layiq görülən Pamuk bu yüksək mükafatı almış ilk Türkiyə vətəndaşı olmaqla [...]



Seymur Verdizadə. Kalorili yemək istəyənlər

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 07 Nisan, 2008

Ermənilər əsir götürdükləri azərbaycanlıları çörəklə sınağa çəkirmişlər. Əsirləri üç-dörd gün ac saxladıqdan sonra ağzına kimi yeməklə dolu olan xeyir-şər qazanlarının yanına gətirib, erməni bayrağını öpməyi tələb edirmişlər. Azərbaycan bayrağına tüpürüb, erməni bayrağını öpən əsirlərə bir boşqab yemək və əl boyda çörək verirmişlər.
İki il erməni əsirliyində olan həmkəndlim danışır ki, uzun müddət davam edən aclığa və [...]



Bahar Rustəmli. Təpik

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 03 Nisan, 2008

Ermənilərə “Sarı gəlin” lazımdır, “Sarı”nı isə hətta ac itin qabağına da atsan, götürməz
Telepedaqogika. Təəccüblənməyin, bu yeni təzahürdür. TV qarşısında keçirdiyimiz saatlarda bizə dərs deməyə çalışan aparıcılara başqa ad tapmaq da müşküldür. Lakin kütləvi tamaşaçıya bir çox zadları öyrətməyə, xüsusən də əxlaq dərsi keçməyə çalışanların danışığı, açıq desək, demoqogiyadan başqa bir şey deyil.
Hər şeyi gərək adı [...]



Azad yaltaqlar

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 24 Mart, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
«Ölkə başçısından təqaüd almağa bizim də haqqımız var». Kimdir bu sitatın müəllifi? Elçin Hüseynbəyli? Yox. Səlim Babullaoğlu? Qətiyyən. Əsəd Cahangir? Əsla. Qəşəm Nəcəfzadə? Tapmadınız. Bəs kim? Rasim Qaraca! Allah qoymasa, Azad Yazarlar Ocağının başqanıdır. Artıq onun da könlündən təqaüd keçir. Həm də təkcə onun yox, ətrafındakıların da. Dünənədək Anarı, Elçini, Zəlimxanı, Bəxtiyarı, Qabili, Fikrət [...]



Seymur Verdizadə. On­la­rı təh­qir edin.

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 23 Mart, 2008

Öl­kə­də yal­taq­lıq küt­lə­vi hal al­ma­ğa baş­la­yıb. Yax­şı ya­şa­maq, və­zi­fə, şan-­şöh­rət qa­zan­maq is­tə­yən hər kəs gül ağ­zı­nı açıb, məd­hiy­yə de­yir. Ar­tıq bu cür çı­xış­lar in­san­lar­da ik­rah his­si do­ğur­mur. Yal­taq­lıq, in­di çox­la­rı­nın hə­yat tər­zi­nə çev­ri­lib.
Bu günlərdə mətbuatda ma­raq­lı bir in­for­ma­si­ya dərc edi­lib. Mə­lu­ma­ta gö­rə, 2007-­ci ilin ye­kun­la­rı ilə bağ­lı Sə­ba­el ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin ke­çir­di­yi he­sa­bat xa­rak­ter­li top­lan­tı­da [...]



Rəbiqə. Elif Şafakla bağlı xəbərdən sonra

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 20 Mart, 2008

P.P.S. Bəlkə, ən sonuncu dediyini elə əvvəldən desən yaxşıdı, P.S-i ona görə əvvələ saldım.
P.S. Əslində, bu barədə başqa cür yazacaqdım. Sonra fikirləşdim ki, harda çap etdirəcəm, elə ondansa, fikirlərimi yazım. Yoxsa, tənbəllikdən, bu yazı da belə yazılmamış öləcək…
Beləliklə, mövzuya keçək.
Saytların birindən Elif Şafakın Britaniyada qadın yazarlar arasında keçirilən ədəbi müsabiqəyə namizəd olması barədə xəbəri oxudum. [...]



Gürcüstanın ədəbiyyat kafeləri

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 20 Mart, 2008

Tiflisə yolunuz düşsə, mütləq onları ziyarət edin
Vəfa Cəfərova
Qamarcoba, well come to our literature cafe! (Salam, bizim ədəbiyyat kafemizə xoş gəlmisiz!)
“Literature cafe”lər şəbəkəsində sizi bu sözlərlə və ürək qızdıran təbəssümlə qarşılayırlar. Gürcüstanda artıq 15 ildən çoxdur ki, ikinci danışıq dili ingilis dili sayılır. Amma bu dəfə post-sovet ölkələri arasında rus dilini ən çox sevməyən xalq haqqında [...]



Qəşəm Nəcəfzadə. Bir yandan da bu yağış…

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 14 Mart, 2008

Rəsul Rzanın Moskvadan Anara yazdığı məktubdan: “Ani bala, bu məktubu alan günü, alan günü ha…”
22 dekabr 1957-ci il
Suqovuşanda…
Bu günlərdə İntiqam Qasımzadə qəflətən dedi: “Ay dad, Anarın 70 yaşı var.” Əslində bu zamana, vaxta işarə idi. Zaman Anarda daha cox görünür. Bütün anarseverlər bu yaşa heyrətlənir. Zarafat deyil, Anara sevgimizin 70 yaşı tamam olur.
Bir dəfə [...]



Çingiz Aytmatovun “Ana Maralı” güllələməsi

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 09 Mart, 2008

Qan Turalı
qantural@gmail.com
Xarici juan-juan, yoxsa milli manqurt?
Səndən azad azadlıq yox Enesay
Səndən dərin bir dərd də yox Enesay
Kuttubayovun topladığı məğmələrdən
 
Çingiz Aytmatov 80 illik yubiley tədbirləriylə bağlı Bakıya gəldi. Həftənin ən maraqlı ədəbiyyat xəbəri yəqin ki, bu xəbər idi.
Kimdir Çingiz Aytmatov?
Çingiz Aytmatovun necə böyük ədəbi fiqur olmasını xatırlatmaq üçün Anar Rzayevin bir cümləsini təkrar edək: Azərbaycanda 60-cılar nəsli [...]



Anar – Seymur sağdışlığı

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 08 Mart, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Bəli, bu həftə də yazımızın iki qəhrəmanı var: Anar və Seymur Baycan. Öncə Anardan başlayaq. Ona görə yox ki, ağsaqqaldır, gözlətmək yaxşı düşmür. Yox.  Ona görə ki, nə qədər olmasa, Anar ortabab yazıçıdır, «Dantenin yubileyi», «Mən, sən, o və telefon» kimi bir-iki alababat əsəri var, özü də Anar bunları yazanda elə Seymur yaşda olub. [...]



Şərif A. Kompüter və 8 Mart

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 08 Mart, 2008

Bu köşəni harda yazsam yaxşıdı? Öz doğma kompüterimdə… Köşəni yaza-yaza kompüterim olmağının sevincini yaşamaqdayam. Başınıza gəlsin!
Amma hansı çətinliklər bahasına almışam, daha doğrusu kreditə götürmüşəm bu kompüteri, yazsam, yəqin ki, qanınız qaralar. Ona görə mətləb deyin bəzi artıq-əskik detalların üstündən «skip»lə keçirəm.



Anar: “Müasirlərimdən çox razıyam”

Yazar: Admin | Bölmə: Persona | Tarix: 05 Mart, 2008

 “Əgər təzədən yaşamaq mümkün olsaydı, bəzi səhvlərimi təkrar etməzdim”
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla 70 illik yubileyi ərəfəsində  müsahibə
- Bu yubiley həyatınızda nəyi dəyişəcək? 70 yaş yazıçı üçün qorxulu deyil ki?
- Yubiley sözünü işlətmək istəmirəm, amma bu bir faktdır ki, doğulduğumdan artıq 70 il keçir. Bu tarixlə mənim həyatımda heç nə dəyişməyəcək, indiyəcən necə [...]



Murad Köhnəqala. Eşqin alovu

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 01 Mart, 2008

- Alo, salam Diliş, necəsən? Ağız, bayaqdan “zanit” gedir, kimnən danışırdın?
- Heç, elə-belə mama zəng eləmişdi, yoldaşımın halını soruşurdu.
- Boy az, nolub ki, yoldaşına?
- Ağız, başımıza əməlli-başlı iş gəlib. Dünən “Eşqin alovu” serialına baxırdım, nə bilim, həyəcanlanmışam, televizorun səsini qaldırmışam. Telefonda da Samış öz sinif yoldaşıyla danışırdı. Bunlara məktəbdən təzə forma sırıdılar axı, hə. İndi [...]



Onlar haqqında hər şey

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 26 Şubat, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
İstirahət günü kiminsə qanını qaraltmaq insafdan deyil. Amma nə etməli, əlimizin altında iki-üç qəzet var, onlar da ya zəlzələdən, ya vəlvələdən bazar günləri çıxır. Həm də təcrübə göstərir ki, istirahət günlərində mədəni mühitdə sanitariya işləri aparmaq daha məqsədəuyğundur. Çünki həftə ərzində başarılı olmaq istirahət gününün ovqatından çox asılıdır.



PAPA DÜZMÜ SÖYLƏDİ?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 25 Şubat, 2008

QAN TURALI
QEYD: Bu yazı Rafiq Tağının “Avropa və biz” məqaləsinin dərcindən bir ay əvvəl “525-ci qəzet”də dərc olunmuşdu.
Son dövrlərdə dünyada din ətrafında gedən müzakarələr daha intensiv şəkil almaqdadır. Məhəmmədin karikaturaları böyük rezonans doğurdu, bu günlərdə isə Papanın açıqlamaları da eyni hiddətlə qarşılanır. Bizim cəmiyyətdə də dinə fərqli yanaşmalar böyük təzyiqlərlə üzləşir, Alatoran jurnalının 6-cı [...]



Qəşəm Nəcəfzadə: “Şeirlərim özlərini yaxşı hiss edir”

Yazar: Admin | Bölmə: Persona | Tarix: 22 Şubat, 2008

Azərbaycanlı şair daha bir neçə nüfuzlu şeir festivalına dəvət alıb
Tanınmış şair Qəşəm Nəcəfzadənin ədəbi taleyində 2007-ci il çox uğurlu bir il kimi qaldı. Belə ki, ötən il şairin rus, ingilis və azərbaycan dillərində yayımlanan internet saytı fəaliyyətə başladı. Bakıda ingilis və rus, həmçinin Hollandiyada ingilis və holland dillərində kitabları çap olundu, Hollandiyada keçirilən beynəlxalq şeir [...]



Bir böl iki

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 22 Şubat, 2008

ELNUR ASTANBƏYLİ
molodoy25@box.az
«525»in intellektualları: Xeyrəddin Qoca, Elçin Hüseynbəyli
Keçən yazıların birində Azərbaycanın sabun mücəssiməsi Cahangir Məmmədlinin «525-ci qəzet»i intellektual qəzet adlandırmasından yazmışdıq. Bu qəzetin müəlliflərinə baxanda hər şey aydın olur. Musa Urud, Əli İldırımoğlu, Elçin Əfəndiyev, Elçin Hüseynbəyli, Kamil Vəli Nərimanoğlu, Nizaməddin Şəmsizadə, Ramiz Rövşənin kiçik qardaşı Yaşar intellektualdırsa, onda Hikmət Hacızadə kimdir?



Qan Turalı. İSTİSNA

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 19 Şubat, 2008

Asif Ata haqqında yazı
Sovet dönəmi haqqında çox danışmaq olar. Bu dövr hər şeydən əvvəl intelligensiyanın ölümü ilə xarakterizə oluna bilər. Ziyalılar hər şeydən əvvəl burjuaziya dövrünün məhsuludur. Azərbaycanda da XIX əsrin 70-ci illərindən sonra intelligensiya formalaşmağa başladı. İlk modern təfəkkürlü ziyalımiz Mirzə Fətəli isə Tiflis mühitində yetişmişdi. Və Azərbaycanda Mirzə Cəlil, Üzeyir bəy, Sabir, Haqverdiyev [...]