Foto


Orxan Eyp: “BAKI: yalnızlığın üzü”

Yazar: Admin | Bölmə: Foto | Tarix: 12 Ocak, 2010

“BAKI: yalnızlığın üzü” fotofilmi Orxan Eypin 2009-cu ilin iyul – 2010-cu ilin yanvar ayları ərzində üzərində işlədiyi fotoessenin video versiyasıdır.



“Ənənələr və müasirlik – Bakı 2009″ fotomüsabiqəsinin qalibləri mükafatlandırılacaq

Yazar: Admin | Bölmə: Foto | Tarix: 24 Aralık, 2009

Yanvarın 13-19-da Muzey Mərkəzinin Rəsm Qalereyasında bu ilin aprelində elan olunmuş Müslüm Eldarov adına “Ənənələr və müasirlik – Bakı 2009″ 3-cü beynəlxalq foto müsabiqəsinin ən yaxşı fotolarının sərgisi keçiriləcək.



Yaponiyalı fotoqraf Midori Sakurai: “Bakı çox xoşuma gəldi”

Yazar: Admin | Bölmə: Foto | Tarix: 12 Aralık, 2009

Dekabrın 18-dək davam edəcək IV Beynəlxalq Müasir İncəsənət Biennailisində bir çox ölkədən gələn qonaqlar iştirak edir. Bakı təəssuratlarını bölüşən yaponiyalı fotoqraf Midori Sakurai burada özünü çox yaxşı hiss etdiyini dilə gətirib.



Reuters: 2009-cu ilin ən yaxşı fotoları

Yazar: Admin | Bölmə: Foto | Tarix: 02 Aralık, 2009

“Reuters” agentliyi ənənəvi olaraq bu il də ilin fotolarını seçib. Bunlara 2009-cu ili anlatan fotolar da deyə bilərik. Həmin fotoların içindən “Kultaz.com”-un seçdiyi ən maraqlı əsərləri sizlərin mühakiməsinə təqdim edirik.



Bakıda foto məktəb açılacaq

Yazar: Admin | Bölmə: Foto | Tarix: 21 Ekim, 2009

Bakıda uşaqlar üçün foto məktəb açılacaq. Bu barədə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) idarə şurasının üzvü Mirnayib Həsənoğlu məlumat verib.



Azərbaycanda foto arxiv yaradılacaq

Yazar: Admin | Bölmə: Foto | Tarix: 03 Ekim, 2009

Azərbaycan Fotoqraflar Birliyi milli fotoların arxivinin yaradılması layihəsini hazırlayır. Bu barədə Fotoqraflar Birliyinin sədri Asiyət Fətullayeva məlumat verib.



Beynəlxalq fotomüsabiqənin qalibləri bəlli oldu

Yazar: Admin | Bölmə: Foto | Tarix: 01 Haziran, 2009

Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi-Şərqi Avropa üzrə Media Təşkilatının (SEEMO) insan hüquqları mövzusunda elan etdiyi foto müsabiqə başa çatıb. SEEMO-dan verilən məlumata görə, müsabiqəyə 14 ölkədən 118  jurnalist qatılıb. İştirakçılar müsabiqəyə 501 foto təqdim ediblər.
Münsiflər heyətinin qərarı ilə müsabiqədə 1-ci yerə Macarıstandan olan Bela Szandelszkiy – “Gürcüstan 02” adlı fotosuna görə layiq görülüb. Serbiyalı fotoqraf [...]



Dünyanın ən məşhur beş qadın fotoqrafı

Yazar: Admin | Bölmə: Foto | Tarix: 16 Mayıs, 2009

Biz elə bilirik, ştativlər, dəqiq rəqəmlər, kimyəvi prosedurlar – estetika və rahatlıqdan uzaq bu şeylər kişi işidir, zərif cinsin nümayəndələri bu iş üçün yaramır. Ya da əksinə, belə ağır və bəzən də darıxdırıcı işlər qadınlara yaramır. Amma qocaman tarix qadın fotoqraflar sarıdan zənginmiş. Üstəlik, az qala bütün xanım fotoqrafların onları başqalarından fərqləndirən özəllikləri, bacarıqları, sirliliyi [...]



“Azərbaycanımızı təmiz saxlayaq” adlı foto sərginin açılışı keçirildi

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 15 Mayıs, 2009

Ötən gün “Yaşıl Velosipedçilər” klubunun “AccesBank”ın maliyyə dəstəyi, həmçinin “Azəri Yurdu” Gənclər İctimai Birliyi və “AzərFoto” İnformasiya Agentliyinin birgə əməkdaşlığı ilə həyata keçirdiyi “Azərbaycanımızı təmiz saxlayaq” adlı ekoloji sərginin açılışı keçirildi.



Beynəlxalq fotomüsabiqə başlayır

Yazar: Admin | Bölmə: Foto | Tarix: 06 Nisan, 2009

Azərbaycan jurnalistləri də müsabiqədə iştirak edə biləcəklər
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi-Şərqi Asiya üzrə Media Təşkilatı (SEEMO) insan hüquqları mövzusunda fotomüsabiqə elan edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun Kultaz.com-a verdiyi açıqlamasına görə



BU QƏDƏR SUSMAQ OLAR…

Yazar: Admin | Bölmə: Foto | Tarix: 25 Mart, 2009

Daha sonra çəkdiyi fotoları göstərirdi. 40-50 il önəcki Bakının foto-lentə alınmış və məhz həmin foto-anlarda yaşanan, indisə gerçəkdə olmayan məqamlar vardı.



“Təssüf ki, bizdə fotoqrafiya fakültəsi yoxdur…”

Yazar: Admin | Bölmə: Foto | Tarix: 07 Mart, 2009

Sitarə İbrahimova: “Atama peşəkar fotokamera üçün yalvarırdım…”
Sitarə İbrahimova 1984-cü ildə Bakıda doğulub, Bakı Dövlət Universitetinin psixologiya fakultəsini bitirib. Hazırda Praqa Tətbiqi İncəsənət Universitetninin sonuncu kursunda təhsil alır.



Foto ustasının xatirəsinə. Mərhum fotoqraf Akif Ağayevin fərdi sərgisi.

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 09 Ocak, 2009

…Fotoqraf hər şeyi çəkə bilər. Əgər onun çəkdiyi nə olur olsun, hansı mövzuya müraciət edir etsin, əla alınırsa, zamanın sınağından çıxa biləcək bir əsərə çevrilirsə, bu fotokameranın deyil, fotoqrafın nailiyyətidir. Axı əsl foto ustasından yüksək peşəkarlıq, düşünülmüş incə iş, ilham və səbr tələb olunur…



Arzularımın şəhəri – Bakı

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 29 Ekim, 2008

Bəzi şəhərlər var ki, onlara ilk baxışda və ömürlük aşiq olursan. Gözəlliyini asta-asta içinə çəkir, bu şəhəri tanıma prosesinin özündən belə, böyük həzz alırsan. Bəzi şəhərlər var ki, beyninə həmişəlik həkk olunur. Və, bəzi şəhərlər var ki, sənin üçün əziz və yaxın olur – həyatını və özünü bir an olsun belə, onlarsız təsəvvür etmirsən. [...]



“Azərbaycanın kölgə və işıqları” sərgisi

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 15 Ekim, 2008

Ötən gün Fransız Mədəniyyət Mərkəzində “Azərbaycanın kölgə və işıqları” adlı sərginin açılışı keçirildi. Gənc fotoqraf Şamil Talıbovun müxtəlif illərdə çəkdiyi foto şəkillərdən ibarət bu sərgidə müəllifin 30-a yaxın əsəri nümayiş etdirilir. Ötən il keçirilmiş “Mobiloqrafiya” müsabiqəsində həvəsləndirici mükafat əldə edən Ş.Talıbov, eyni zamanda “Avropa mədəni irs günləri” çərcivəsində keçirilmiş “Mənim doğma vətənim” foto-müsabiqəsində 2-ci yerə [...]



“Böyük 8″lər və balaca uşaq (Fotoreportaj)

Yazar: Admin | Bölmə: Foto | Tarix: 27 Temmuz, 2008

Abbas Atilay təqdim edirYüksək inkişaf etmiş 8 div ölkənin liderləri “Böyük 8-lər”-in illik zirvə görüşü üçün 3 günlük Yaponiyaya, Hokkaido adasına toplaşdı. Yenə Qlobal İstiləşmə, Afrikanın yoxsulluğu, bəzi aftoritar ölkələrdəki seçki saxtakarlığı, neft qiymətlərinin durmadan artımı, yeni doğulmuş qida böhranı – yəni hamımızın anladığımız kimi dəyişməyən, nəticəsiz problemlər uzun-uzadı müazkirə edildi. Keçən il də belə [...]



Gustav Vigeland və “Vigelandpark”

Yazar: Admin | Bölmə: Foto | Tarix: 05 Aralık, 2007

Abbas Atilay
Oslodan yaxşı xatirələrlə dönməyin yollarından biri heykəltəraş Gustav Vigelandın yaradıcılığının bir hissəsinin toplandığı Vigelandparka üz tutmaqdır. Bu parka çəkdiyimiz fotolarla birlikdə gedəcəyik. Amma öncə fotolar haqqında bir neçə söz deyim: İraqın sabitliyə, Somalinin toxluğa, Azərbaycanın azadqlığa ehtiyacı olan qədər Norveç Krallığının da günəşə ehtiyacı var. Vigelandparka getmək həvəsinə düşəndən bəri günəş itmişdi, hava da [...]



“Analar və uşaqlar” adlı foto-sərgi keçirildi

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 17 Ekim, 2007

“Azərfoto” agentliyi və Böyük Britaniyanın Oxfam təşkilatının “Analar və uşaqlar – problemlər və sağlam gələcək” mövzusunda birgə keçirdikləri foto-müsabiqə ötən günlərdə başa çatdı. İyun – sentyabr aylarında keçirilən və 15-ə yaxın peşəkar və həvəskar fotoqrafın iştirak etdiyi müsabiqədə münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı fotomateriallar bu gün boyunca Tofiq İsmayılov adına “Uşaq dünyası” sərgi [...]



“Qaçqın olmaq cəsarət istər”

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 29 Eylül, 2007

15-25 sentyabr tarixlərində Tokioda, Ropponing Hills sərgi mərkəzində Birləşmiş Millətlər təşkilatının Yaponiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirdiyi “Hər kəs üçün təhlükəsiz həyat” (“Human security for All”) sərgisində diqqətimi çəkən bir foto-şəkil oldu: üzərində “Qaçqın olmaq cəsarət istər” yazılı köynək geyinmiş, Tanzaniya və ya Kamboçyadan olduğunu təxmin etdiyim bir qaçqının şəkli. Şəklə baxdım və bir [...]



Son nəfəsinə qədər şəkil çəkən foto-müxbir

Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 28 Eylül, 2007

Ötən gün Birmada buddist rahiblərinin hökumət əleyhinə keçirdikləri etiraz nümayişində Kenji Nagai adlı yapon foto-müxbir öldürüldü. AFP agentliyinin Yaponiya üzrə müxbiri işləyən Kenji, baş verən hadisələri təqib etmək üçün 2 gün öncə bölgəyə gəlmişdir. Nümayiş zamanı 50 yaşlı foto-müxbir yaralanaraq yerə yıxılmış, daha sonra isə sinəsinə vurulan güllədən ölmüşdür. Son ana qədər öz işinə davam [...]