Qaynar xəbər portalı

Orhan Pamuk

 Əvvəli burada

6. BOĞAZIN KƏŞFİ

Salacak cinayətindən sonra bir daha anam və böyük qardaşımla Boğazda qayıq gəzintisinə çıxmadıq. Halbuki əvvəlki qış ikimiz də boğmaca olduğumuz üçün bir ara hər gün qardaşımla Boğazda qayıqla gəzintiyə çıxardıq. Xəstəlik əvvəlcə qardaşımda başlamış, on gün sonra da mənə keçmişdi. Xəstəliyin məni sevindirən bir cəhəti də vardı: anam mənimlə daha yaxşı davranır, çox xoşuma gələn o şirin sözləri deyir, istədiyim kiçik oyuncaqları alıb gətirirdi. Davamı…


Orxan PamukAĞ-QARA

Əvvəli burada

Uşaqlığımın İstanbulunu ağ-qara şəkillər kimi iki rəngli, yarıqaranlıq, qurğuşun rəngli yer kimi yaşadım və belə də xatırlayıram. Böyük bir muzey-evin yarıqaranlığında böyüməyimə baxmayaraq, evə çox bağlı olmağımın da bunda payı vardır. Küçələr, prospektlər, uzaq məhəllələr mənə eynilə ağ-qara qanqster filmlərində olduğu kimi təhlükəli yerlər kimi görünürdü. Hər zaman İstanbulun qışını yayından daha çox sevmişəm. Erkən gələn axşamüstülərini, gülcü külək əsəndə titrəyən yarpaqsız ağaclara, payızı qışa bağlayan günlərdə qara palto və pencəkləriylə yarıqaranlıq küçələrdən sürətlə addımlayaraq evlərinə tələsən adamlara baxmağı xoşlayardım. Köhnə binaların, dağılan taxta imarətlərin baxımsızlıq və boyasızlıqdan özünəməxsus İstanbul rənginə qovuşan divarları da məndə xoşladığım kədər və seyrtemə həvəsini oyandırır. Davamı…


Orxan4.  YIXILAN PAŞA BİNALARININ HÜZNÜ: KÜÇƏLƏRİN KƏŞFİ
   
   Pamukların mülkü Nişantaşında bir zamanlar böyük bir paşa evinin bağçası olan geniş ərazinin kənarında inşa edilmişdi. Nişantaşı məhəlləsi adını on səkkizinci əsrin sonu, on doqquzuncu əsrin əvvəlində islahatçı və qərbliləşmə tərəfdarı olan padşahların (III Səlim, II Mahmud) idman üçün yaxud kef üçün boş təpələrə nişanladıqları oxların düşdüyü, bəzən də tüfənglə vurduqları boş səhənglərin qırıldığı yeri işarələmək üçün tikilən (üzərində də hadisəni izah edən bir-iki misra yazılan) daşlardan almışdı. Davamı…


Orxan Pamuk3. “Mən”

Əvvəlki fəsillər burada

Sevincli anlarımda - uşaqlığım belə anlarla dopdoludur - öz varlığımı deyil, dünyanın yaxşı, gözəl, xoş, günəşli olduğunu hiss edərdim. Sevmədiyim yemək, pis dad, əlimə batan iynə, körpəykən qaçmağım üçün salındığım taxta qəfəsin (nədənsə park deyilərdi) taxtalarını qəzəblə dişləmək, ya da ən qorxulu uşaqlıq xatirələrimdən birində olduğu kimi barmağımı əmimin maşınının qapısının arasında qoyub saatlarca ağlamaq, (rentgen çəkən həkimin yanına qorxulu ziyarət) öz mənimi deyil, mənə qaçınılmalı olan pislik və ağrı fikrini öyrədirdi. Amma öz şüurumun gediş-gəlişləri, xəyalları, gərginlikləri arasında özüm olduğum, bir “mən”im olduğu duyğusu da təqsirlilik duyğusu kimi ağır-ağır içimə işləyərdi. Davamı…


Orhan PamukQARANLIQ MUZEY-EVİN ŞƏKİLLƏRİ

Anam, atam, qardaşım, nənəm, əmilərim, xalalarım, bibilərim beşmərtəbəli mülkün müxtəlif mərtəbələrində yaşayırdıq. Mən doğulmazdan bir il əvvələ qədər böyük Osmanlı ailəsi kimi hamının birlikdə, amma ayrı-ayrı otaq və hissələrində yaşadığı yandakı böyük daş ev boşaldılıb özəl bir ibtidai məktəbə kirayəyə verilmiş, 1951-ci ildə bitişikdəki tikinti sahəsində indi bizim dördüncü mərtəbəsində yaşadığımız “modern” bina tikilmiş, küçə qapısının üzərinə də o zamankı dəbə uyğun olaraq qürurla “Pamuk Mülkü” yazılmışdı. Davamı…


Orhan PamukKultaz: Bu gündən etibarən məşhur türk yazarı Orhan Pamukun ötən il ədəbiyyat üzrə Nobel ödülünə layiq görülən “İSTANBUL: Xatirələr və şəhər” romanını dəyərli oxucularımıza təqdim edirik. Roman həftədə (hər bazarertəsi) bir fəsil olaraq yayımlanacaq. Roman haqqında, yazıçının maraqlı və mürəkkəb üslubu haqqında danışmadan, sizi əsərlə baş-başa buraxırıq. Davamı…