İyl
27
Rauf Afşar: “Kuklalar arasında intriqa yoxdur, onlar nə danışır, nə etiraz edir, nə də bir-birlərinə paxıllıq duyurlar”
Estoniyadakı «Rauf Avşar adına kukla teatrı» rəhbərinin “Kultaz”a eksklüziv müsahibəsi
Rauf Muxtar oğlu Avşar 1952-ci ildə Gəncə şəhərində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika bölümünü bitirib. Estoniyanın Tallin şəhərində Lasname və Extes gimnaziyalarında müəllim işləyib. 26 ildir ki, Estoniyada yaşayır. 1996-cı ildən etibarən yaratdığı kukla teatrına rəhbərlik edir. Davamı…
İyl
17
Musiqili Komediya Teatrında «O olmasın, bu olsun» komediyasının premyerası oldu
Aliyə
Elə bir komediyamız varmı ki, Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» komediyası kimi bu qədər məşhur olsun? Elə komediya qəhrəmanları arasında da Məşədi İbad qədər məşhur olanı yoxdur. Yüz ilin qoca kişisinin bu qədər sevimliliyidir ki, ona dəfələrlə baxmağa həvəsimiz var? Yoxsa evlənmək həvəsli bu qocanın aldadılmaq əhvalatı bizə bu qədər xoş gəlir? Ya əhvalatın bunca şərq koloritidir bizi hayıl-mayıl edən? Yazıq Məşədinin günahı nədir ki? Kişi evlənmək istəyir və heç kimə zor etmədən qızın atasından müsbət cavab alır. Sonra bu vələdüznalar bu hörmətli kişini aldadıb gülünc edirlər. Davamı…
İyn
11
Vəziyyət necədir?
ALİYƏ
Oylə bir tərcümə kim, ruhi Şekspir görcək,
Ağladı ruhi Otelloyla bərabər özünə.
«Ax mütərcim!» deyə odlu bir tüpürcək atdı,
Şübhəsiz düşdü o da tərcüməkarın gözünə.
Bu taziyanəni əsrin əvvəllərində Mirzə Ələkbər Sabir Şekspirin «Otello»sunun tərcüməsini bəyənməyərək yazmışdı. Bu illərdə klassik əsərlərin təbdili də yayğın hal almışdı. Təbdil klassik əsərlərin «milliləşdirilmiş» variantı idi. Bu zaman əsərdəki surətlərin adları Zübeydə, Məmmədhəsən kimi adlarla milliləşdirilirdi. Davamı…
May
23
XVIII yüzilliyin ilk rübündə yaranan Danimarka Milli Teatrı, dünya əhəmiyyətini Lüdviq Holberqin yaradıcı fəaliyyəti sayəsində qazanır.
XVI-XVII əsrlərdə meydana çıxmış ayrı-ayrı dramaturji əsərlər hələ ədəbi-səhnə ənənələrini tamlıqla ifadə etmirdi. Buna rəğmən bu əsərlər Danimarka milli teatrının növbəti təsdiqinə kömək etdi. Elə həmin dövrlərdə (16-17-ci əsrlər) Danimarkada qastrolçu qismində ilk professional aktyorlar - ingilislər peyda olur. Onlar hakimiyyətin təqibi nəticəsində müvəqqəti vətənlərini tərk etmək məcburiyyətində qalmışdılar. İngilis komediyantlarının uğurlu çıxışlarının əks-sədası Almaniya və Hollandiyadan gəlirdi. Danimarkada isə onlar, 1579-cu illərdə oynayıblar və truppaya məşhur komediya aktyoru, Şekspirin müasiri Vilyam Kemp rəhbərlik edirdi. Mühacir aktyorların repertuarına faciələrlə yanaşı intermediya və təlxək səhnələri daxil idi. Davamı…
May
14
Aliyə Dadaşova
Bakı Kamera Teatrının sonuncu premyerasıdır «Aydın». Rejissoru Cənnət Səlimova. Bəstəkarı Firudin Allahverdi. Qabaqcadan deyim biləsiniz, Cəfər Cabbarlının yaratdığı Aydın deyil bu Aydın. Yəni pyes o pyesdir, amma Aydın o Aydın deyil.O Aydının əhvalının və əhvalatının Kameradakı Aydından fərqi çoxdur. Əgər Cəfər Cabbarlının Aydını fəlsəfə püskürən, uzun-uzadı qarışıq, mürəkkəb nitqlərin içində, pafosunda itib batan Aydın idisə, bu Aydın sadə, gözümüzlə gördüyümüz, içində olduğumuz həqiqətin yüzlərlə qurbanlarından biridir. Bu Aydın sonda həqiqətini bulan zavallılardandı. Bu Aydın öz yerini aşağı qatda boş şərab şüşələrinin arasında tapmış Aydındır. Davamı…
May
9
Bir tamaşaya söz ardı
Cəmiyyətdə dönüşü olmayan dəyişikliklərə ləyaqətin itirilməməsi bahasına sinə gərmək, məişət nizamsızlığı qarşısında sınmamaq… «kandarda dayanıb qapını döyən» taledən, qismətdən qorunmaq mümkünmü? Norveç dramaturqu Henri İbsenin də düşüncələrindən yan keçməyib bu suallar. Sanki sosial faciəni, etik-mənəvi çevrilişlərin insanlığa təsirsiz ötüşməyəcini öncədən hiss edirmiş dramaturq.
Əsərlərindən göründüyü kimi İbseni hər zaman məhəbbətə layiq insanların taleyi maraqlandırıb. Təkcə mənafelərini deyil, hətta özünü belə məhəbbətə qurban verməyi bacaran insanların “kəşfi” maraqlandırıb həm də. Təsadüfi deyil ki, ilk dəfə məhz İbsen, ailəiçi münasibət pərdələrini qaldırıb. Yalnız maraq xatirinə deyil. Davamı…
May
3
Gürcü əsərindəki ailə problematikası milli səhnəmizdə
«Kaş araba aşmayayadı!…». Rejissor Bəhram Osmanovun quruluşunda hazırlanmış iki hissəli tragikomediya gürcü müəllifi İoselianinin «Araba hələ ki, aşmayıb» və «Araba aşdı, yaxud on ildən sonra» pyeslərinin motivləri üzərində qurulub. Tərcümə və səhnə redaksiyasının müəllifi isə həmyerlimiz Ə.Qurbanovdur.
Premyerası hələ bir neçə ay öncə gerçəkləşmiş bu tamaşa xalq artisti Səyavuş Aslanın 70 ilik yubileyinə həsr edilmiş benefisi idi. Davamı…
Apr
30
Həsənağa Turabov, Həsən Məmmədov, Əilabbas Qədirov, Bürcəli Əsgərov, Mikayıl Mirzə…. Sonuncu itkimiz Kamal Xudaverdiyev oldu.
Dünənə qədər vardı, bu gün artıq tarixdir. Varlığında ifa etdiyi rolları, yaratdığı obrazlarla «faciə janrının moqikanı» sayılırdı Kamal Xudaverdiyev.
43 il teatrda can qoydu, sənətin bütün ağrı-acılarını, çətinliyini çiynində daşıdı. Teatr tarixində hələ uzun illər araşdırılacaq, təhlilə çəkiləcək «aktyor Kamal Xudaverdiyev» möhürünü vurdu.
Amma deyəsən bu zirvələr də yetərli olmadı. Əks halda… Davamı…
Apr
28
Rejissor Bəhram Osmanov: “Bəzən məcbur edirlər ki, mütləq klassika qoyulsun…”
- Bəhram bəy, «Azərbaycan teatrının islahatlara ehtiyacı var» fikri elə teatr biliciləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilirsə də, öz qüvvəsini təəssüf ki, yalnız sözdə saxlayır. Bunu laqeydlik və yaxud çıxılmazlıq kimi dəyərlindirmək olarmı?
Bəhram Osmanov: Mən laqeydlik və ya çıxılmazlıq adlandırmazdım bunu. Sadəcə olaraq bu islahatlar sənətdə olan, sənətkar sayılan şəxslərin həmişə mənafeyinə toxunduğundan müəyyən maneələr yaranır. Özünüz də bilirsiniz ki, sənət adamları bir qədər kövrək olurlar. Azacıq tərpəniş edən kimi «mən əlli, yetmiş illik ömrümü Azərbaycan sənətinə vermişəm, indi heç kimə lazım deyiləm…» kimi şikayətlər başlanır. Bu baxımdan düşünürəm ki, Mədəniyyət və Turizm naziri köhnə nəsl xadimlərini də təmin edəcək bir islahat proqramı hazırlamaq istəyir. Davamı…
Apr
15
Laura Cəbrayıllı
“Mən uşaqlarımı çox istəyirəm, onlar da məni, bəs onda həyat niyə qüssəli olur?” Xalq yazıçısı Elçinin personajının dilindən səslənən insanın, sənətin bu əzəli, əbədi sualına indiyədək yüzlərlə cavab verilib. Amma bu cavablar və insanların gündən-günə dəyişən həyat tərzi adamların arasında özünü tək-tənha hiss edənlərin sayını azaltmır ki, azaltmır.
Aprelin 11-12-də Akademik Milli Dram Teatrında premyerası keçirilən “Arılar arasında” tamaşasının qəhrəmanlarının hərəsi bir cür tənhadır. Davamı…
Mar
26
Əkbər Qocayev
Teatrın vətəni qədim Yunanıstandır. Yunan dilində “tamaşa yeri” mənasını verir.
Yunanıstanda qədim zamanlarda şərabçılıq tanrısı Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular. Davamı…
Fev
23
Firudin Allahverdi
5 fevral 2008-ci il
Qara Qarayevin Filarimoniyada keçirilən 90 illik yubileyində səhnədə böyük bəstəkarın qızıldan qiymətli sözlərini nəyə görəsə rus dilində (əslində orijinalında) deməyə çalışan, amma rusca məndən betər aksentlə danışdığına görə yeyib-içmək məclislərində tost deyən qafqazlı obrazlara bənzəyən baş nazirin müavini Elçinin telefonunu söndürməyi unutduğu o məşum gün. Davamı…
Dek
16
Cənnət Səlimovanın tamaşasından sonra sizə bir sualımız var: “Cəfər Cabbarlı nə yazıb e?”
Günel Mövlud
Bulqakovun “Teatr romanı” əsərini oxumaq yetər ki, biləsən: teatr həmişə öz daxili intriqaları, müəllif-rejissor, rejissor-aktyor, aktyor-müəllif, müəllif-rəssam və s. həlledici personalar arasındakı münasibətlər, dialoqlarla daha maraqlı olur, nəinki araya-ərsəyə gətirdiyi tamaşaları ilə. Həmkarlarım bunu daha yaxşı anlamalıdır, axı hansı qəzet məqaləsinin tutumu redaksiyadaxili zarafatlardan, iş prosesindən daha ritmli, maraqlıdır? Eləcə də teatr.
Davamı…
Okt
3
Onlar Musiqili Komediya Teatrında çıxış edəcəklər
Sabah Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Modern” Moskva Dram Teatrının tamaşası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, moskvalı aktyorlar “Mənim əziz kişilərim” adlı səhnə əsərini təqdim edəcəklər.
Məlumatda bildirilir ki, sözügedən teatr artıq 19 ilə yaxındır fəaliyyət göstərir. Teatrın kollektivi gələn il ad günlərini böyük təmtəraqla qeyd etməyə hazırlaşır. Davamı…
Sen
14
Bu gün saat 18.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının önündə Füzuli meydanında 2007-2008-ci illər teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan teatrlarının nümayəndələri, dövlət və teatr xadimləri, tanınmış müğənnilər iştirak ediblər. Tədbir zamanı həmçinin Azərbaycan teatrlarının aktyorlarının ifazında maraqlı səhnəciklər oynanılıb. Davamı…
Avq
23
Tərlan Qorçuyev: «Bizdə bu teatr ola-ola niyə sayılan ölkələr sırasına düşməyək, Azərbaycanı bu sənətlə təbliğ etməyək?»
…Bu səhnə adi səhnələrdən tamamilə fərqlənir. Təkcə 1 metr eni olması ilə yox. Bu səhnənin oyunçuları da başqadır. Cəmi 25-30 santimetr boyları var. Canlı da deyillər. Amma elə hərəkət edirlər ki, baxan onların həqiqətən də kiçik aktyorlar olduğuna inanar. Onlar sadəcə olaraq kukladırlar. Həm də adi kuklalardan fərqlənən marionet kuklaları. Davamı…
Avq
2
Aktyoy Pirşağı qəbiristanlığında torpağa tapşırılıb
Uzun sürən xəstəlikdən sonra bu gün saat 12:30 radələrində 46 yaşında dünyasını dəyişən Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist Ələkbər Hüseynovla vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, vida mərasimi aktyorun evində olub. Əməkdar artist Pirşağı qəbiristanlığında torpağa tapşırılıb. Aktyorun Cavidan adlı 17 yaşlı oğlu və Nərgiz adlı 9 yaşlı qızı var. Davamı…
İyl
26
Bu problem Yaşar Nurini bərk narahat edir
Müasir Azərbaycan teatrı çoxsaylı problemlərin həllini tədricən tapmağa başlayıb. Bina, aktyor və səhnə atributları sarıdan hələ də çətinlik çəkən bəzi teatrlar səhnələşdirmək üçün reallığa cavab verən əsər axtarışlarını davam etdirirlər. Maddi marağı təmin olunmayan yaradıcı insanlar isə başqa sahədə özlərini sınamağa üstünlük verirlər. Aktyorların əksəriyyəti teatrda səhnələşdirmək üçün bugünkü reallığa uyğun əsərlərin olmadığını dövrün vacib problemi olaraq önə çəkirlər. Davamı…
İyl
5
Amerikalı teatr rəssamı Bred Helm: “AZƏRBAYCAN SƏHNƏSİNDƏKİ TAMAŞALARIN ÇOXUNDA DEKORASİYALAR BİR-BİRİNƏ OXŞAYIR”
Akademik Milli Dram Teatrı cari mövsümdə, ilk tanışlıqdan, uğurlu sayıla biləcək layihəyə imza atdı. ABŞ-ın ölkəmizdəki səfirliyilə birgə əməkdaşlığının nəticəsidir ki, Qərbin tanınmış teatr rəssamı Bred Helmi Bakıya dəvət edildi. Səbəbsiz deyildi. Teatr rəhbərliyi yəhudi əsilli Amerika dramaturqu və nasiri Artur Millerin “Körpüdən görünüş” (”A View From the Bridge”) pyesinə Azərbaycan səhnəsində quruluş verməyi qərarlaşdırdı. Davamı…
İyn
30
Aktyor Şövqü Hüseynov bu qənaətdədir ki, pis tamaşaçı yoxdur, sadəcə, zəif aktyor və tamaşa var
Bakı Kamera Teatrının aktyoru Şövqü Hüseynov bu qənaətdədir ki, çalışdığı mədəniyyət ocağının ən uğurlu tamaşası “Şeyx Sənan”dır. Rejissor Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Şeyx Sənan obrazını yaradan aktyorun sözlərinə görə, əsərin müəllifi Hüseyn Cavid onun üçün müqəddəs şəxsdir: “Ümumiyyətlə, bu tamaşada hər hansı bir rolun mənə tapşırılacağı mənim üçün böyük xoşbəxtlik olardı. O ilahi şeiriyyət, ilahi dialoqlarla yaşamaq, onları özününküləşdirmək üçün hər hansı bir personaj mənim üçün böyük xoşbəxtlik olardı. Onu da deyim ki, Şeyx Sənanı oynamaq mənim üçün gözlənilən bir obraz idi”. Davamı…
sonrakı səhifə »