Kultaz » Televiziya

İşsiz AzTV-çilər ev əşyalarını satırlar
2006-cı ildən bəri, 4 il müddətində AzTV QSC-dən çıxarılmış, sayı mindən artıq işçilərin maddi durumları çox ağırıdı. İşsizlikdən əziyyət çəkən istedadlı və peşəkar işçilərin əksəriyyəti yavan çörək ala bilmirlər.

Televiziya və Radio İşçilərinin Hüquqlarını Müdafiə Komitəsinin üzvü, jurnalist Vüqar Tapdıqlının Kultaz.Com-a verdiyi açıqlamaya görə, işsiz AzTV-çilər ev əşyalarını satırlar.

“Bir xanım rejissor məcburiyyət qarşısında qalıb qızıldan düzəldilmiş diş protezlərini satıb. Kommunal xərcləri ödəyə bilməyənlərin sayı yüzlərlədi. Əgər müvafiq orqanlar son 4 ildə AzTV QSC-də baş verənləri araşdırsalar, dövləti və cəmiyyəti şoka salan hekayətlərlə üzləşərlər”- o, bildirib.

Komitə üzvləri AzTV QSC-nə rəhbərlik edənlərə müraciət edirlər: “Nə qədər gec deyil, özünüzdə güc tapıb tutduğunuz vəzifədən istefa verin. Sizin səriştəsizliyiniz, şəxsi hisslərlə yaşamağınız istedadlı və peşəkar bir kollektivi dağıtdı”.

Kultaz.Com

Aparıcı, moderator, şoumen…
Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları (I yazı)

Elçin Əlibəyli

Beynəlxalq Televiziya və Radio Akademiyasının Həqiqi üzvü,

Sənətşünaslıq namizədi

Televiziya sənətinin yayım vahidi kimi çıxış edən veriliş və proqramlarda aparıcı, onun yeri və mahiyyəti əsas olmaqla,  həm də təmsilçi kimi ümumi yaradıcı prosesin tərkibində fəaliyyət göstərir. Telekanalların simalarına çevrilən aparıcıların yaradıcı fəaliyyətinin əsas mahiyyəti ekran obrazının yaradılması kimi mürəkkəb prosesi ehtiva edir.

Ekranda yaradılan obraz ideyanın çatdırılmasına, ünsiyyət yolu ilə təlqininə nail olmaq vəzifəsini icra edir. Televiziya aparıcısı yaradıcı sima olmaqla obrazı canlandırmalı, ünsiyyətin, rabitənin yaranmasına nail olmaqla özünün başlıca məqsədini icra etməlidir. Aparıcı fəaliyyətinin əsasları dedikdə onun davranışı, daxili vəziyyəti və psixoloji təsir gücü, habelə ekran obrazının yaratmaq bacarığı nəzərdə tutulur ki, bu mövzu çağdaş sənətşünaslığın əsas problemlərindən biri kimi tədqiqata cəlb olunmalıdır.

Televiziyada aparıcı obrazı bir çox cəhətləri ilə kinodakı obrazdan fərqlənir. Televizya aparıcısnda bədii məziyyətlərin zənginlik palitrası yoxdur, kasaddır, bundan əalvə onun ekranda başqalaşmasından daha çox özünün görünməsi önəmlidir. Bu barədə fərqli rəylər söylənilir. A.Novikova sovet dövrundə müəyyənləşmiş “aparıcı ekranda olduğu kimi görunməlidir” prinsipinin televiziya işini zəiflətdiyini deyir, onun müəyyən imicdə, sosial maskada çıxış etməsinin vacibliyini qeyd edir və aparıcı ampluasının yaranmasını zəruri hesab edir.

Fikrimizcə sosial maska və ya ampluaya malik aparıcı teatr və kino obrazından fərqli, özünün keyfiyyətləri ilə zəngin şəkildə çıxış etdikdə uğurlu təsir bağışlaya bilər. Ondan tamamilə başqalaşma tələb etmək, teatr qanunları ilə oyun gözləmək bəsitliyə gətirib çıxara bilər. Aparıcı ampluasını müəyyən etməklə onun özünü canlandırması daha effektiv ola bilər. O özünü, öz düşüncəsini, intellektini, davranıı və üslubunu meydana qoymalı, özünü ifa etməlidir.

Proqramın əsasını təşkil edən aparıcının obrazı rejissorun başlıca fəndi olaraq bütün digər fəndləri, bədii ifadə vasitələrini təyin edir. Məhz onun vasitəsi ilə müəllif öz ideyasını açıq və ya sətiraltı şəkildə seyrçiyə çatdırır. Çağdaş televiziyaçılıqda aparıcı obrazı seyrçiyə özünü bənzətməsi üçün təqdim olunan etalon kimi çıxış edir. Onun kamilliyi, yüksək səviyyəsi və davranış mükəmməlliyi seyrçinin mədəni mənəvi aləminə zənginlik gətirməli, onun dünyagörüşünü artırmalıdır.

Burada obraz verilişin ideya yükündən irəli gələn tələblərə cavab verən tərzi taparaq ünsiyyətdə, kommunikasiyada gərəkli cəhətləri sadiqliklə qorumağa hesablanmış böyük ustalıqla yaranmalıdır. Verilişin xarakteri, auditoriya seqmenti, mövzu dairəsini nəzərə almaq, tələb olunan “dildə” özünün şəxsi keyfiyyətləri ilə danışmaq, fərdi cəhətini ekrana daşımaq məqsədə nail olmaq deməkdir. Hər seyrçi ekran başında seyr müddətində aparıcının nə istədiyi, məqsədi, məqsədə nail olmaq üçün atacağı addımları və yanaşma tərzini bilməli, məhz bu cəhətlərinə görə onu digərindən fərqləndirməlidir. Əsas fərqi təşkil edən cəhətlərə, təbii ki, ünsiyyətin və manipuliativ mexanizmlərdən istifadə dərəcəsinin əlavə olunması tam mənzərənin açılışına xidmət edərdi. Ünsiyyət mürəkkəb psixoloji mərhələ olmaqla fərdin şəxsi sahəsinə daxil olmaq cəhdidir. Bu zaman bir neçə vacib tələblərin icra olunması gərəkdir ki, şəxs özünün dairəsinə müdaxiləyə imkan versin. Səmimilik, mərhəmlik, intellekt, dünyaduyumu kimi mənəvi keyfiyyətlərlə bərabər baxışları, jestikulyasiyası, mimikası kimi fiziki çalarlar da obrazın tələblərindən çıxmamaq və özünün daim istifadəsində olmaq şərti ilə üzvü şəkildə icra olunan cəhətlər kimi vacibdir. Əks halda ünsiyyətin baş verməsi mümkün deyil və cəmisi bir neçə saniyə ərzində rabitə pultun digər düyməsini sıxmaqla qırıla bilər.

Nəzərə alsaq ki, televizor pultu heç də həmişə bir nəfərdə olmur, onda  ünsiyyətdə bütün ailə üzvlərinin mənəvi, psixoloji durumundan asılı olmayaraq, baxmağa cəlb etmək üçün maraqlandırmaq, ünsiyyət dairəsinin onları da əhatə etməsinə nail olmaq kimi mürəkkəb vəzifə hər bir aparıcının gələcək televiziya karyerasını müəyyən edir.

Ekranda aparıcı qismində görünən şəxsin tirajlanması (A.Novikova) fərdi keyfiyyətlərinin itirilməsinə səbəb olur və “donur”, ətraf dünya ilə qarşılıqlı əlaqədə olan modelə və müəyyən təyin olunmuş ideyaların ötürücüsünə çevrilir və ictimailəşir, fərddən daha çox təmsilçiyə çevrilir. “Sosial maskaya” malik aparıcı öz ictimai rəyini ifadə etməyə, auditoriyanın müəyyən hissəsinin dünyagörüşünü, sosial-psixoloji durumunu çatdırmağa iddialı, müəyyən qrupun təmsilçisi, ümumiləşmiş sifəti kimi çıxış edir.

A.Novikova “sosial maska” anlayışını araşdıraraq ekranda şəxsiyyət kimi qalmağın mümkünsüzlüyünü bildirir. “Sosial maska”nın rejissorun, jurnalistin, ekranın təbii xüsusiyyətlərinin iradəsindən asılı olmayaraq, auditoriya qarşısında daim görünməklə, sosial mövqeyə sahib olmaqla yaranması rəyi ilə razılaşsaq da, birinci fikri sonadək araşdırılmamış və yanlışlıq kimi dəyərləndiririk. “Sosial maska” anlayışı bir qədər şişirdilmiş məhfumdur və bunu heç də bütün aparqıcılara aid etmək olmaz. Televiziya tarixinə nəzər yetirdikdə tam əks mənzərənin şahidi oluruq. Ekrana çıxan aparıcının getdikcə artan nüfuzu, sosial çəkisi onu şəxsiyyətə çevirərək, ictimai həyatda fəal çıxışına, siyasi xadimə çevrilməsinə səbəb olur.

Aparıcı, müəyyən bir obrazı tapdıqda ondan möhkəm yapışaraq verilişdən verilişə ötürməsi ilə populyarlığını, sözünün çəkisini artırdığını qeyd edən tədqiqatçı, seyrçilərin onu dinlədiklərini, verilişə qoşulduqlarını bildirir və çoxmilyonlu tamaşaçının qarşısında ardıcıl çıxan insanın onun üzərində müəyyən hakimiyyətə sahib olmasını təsdiq edir. Bununla da şəxsiyyətini itirmə rəyinin düzgün olmadığı üzə çıxır və müəllif öz-özünü inkar etmiş olur. Tirajlanmanın mənfi cəhətlər törətdiyini bildirən A.Novikova ekranda olan insanın fərdi cəhətlərini yox edərək müxtəlifliyini, daxili dinamikaya məxsusluğunu, təkrarsızlığını söndürərək, onu “sosial maskaya” çevirdiyini və getdikcə maraqsızlaşdırdığını ifadə edir. Burada yenidən müəllifin fikri ilə razılaşmayaraq deməliyik ki, aparıcı məhz bu şəxsi keyfiyyətlərini ekrana gətirərək obrazın yaranmasına nail olur, onu tamamlayır, onların vasitəsi ilə digərindən seçilərək seyrçi üçün maraqlı olur. O, adi insandan ictimai əhəmiyyət daşıyan, öz şəxsi keyfiyyətləri ilə rəftar edən şəxsiyyətə çevrilir.

ABŞ təcrübəsini misal kimi gətirən tədqiaqtçı N.Qolyadkin aparıcının efirdə başqası ilə dəyişdirilməsini ölkədəki prezident dəyişikliyi ilə müqayisə edərək, onun əhəmiyyətini göstərir. Televiziya aparıcısının uzun illər fəaliyyətinin yüksək dəyərləndirildiyini, seyrçinin öyrəşdiyi sifətin ekrandan yoxa çıxması ilə auditoriyanın itməsi, rəqib verilişə maraq yaranması hadisəsinin baş verdiyini qeyd edir.

Aparıcının kommunikasiya prosesində bəhrəli iştirakı onun şəxsi hazırlığından, keyfiyyətlərindən və bir də peşəkarlıq səviyyəsindən asılıdır. Hazırlıq deyildikdə aparıcının təhsili, dünyagörüşü, müxtəlif sahələrdən toplanan biliklər sistemi, jurnalistika prinsiplərindən xəbərdarlığı və bir də ünsiyyətə girmək təcrübəsi (onun ictmai həyatda fəallığı, tələbə, gənclər qurumlarında iştirakı, yazılı mətbuatda çıxış etməsi və s) nəzərdə tutulur.

Keyfiyyətlər onun şəxsi göstəriciləri- səmimiliyi, intellekti, özünəgüvəni, daxili inamı əks etdirən görünüşü, nitq sərrastlığı, ifadəli, düzgün, zəngin danışıq tərzi və bir də insanlarda yaratdığı rəyi əks etdirir. Burada rəy həm ekrana çıxanacan olan fikirlər, həm sonrakı dövrdə seyrçilərin onun barəsində düşündükləri, ona olan hisslərini ifadə edir.

Televiziya aparıcısının peşəkarlığı onun bilavasitə mənsub olduğu peşədən xəbərdarlığını ehtiva etməyərək daha geniş anlamı əhatə edir. Jurnalistika, artistizm, ünsiyyətçilik, kommunikasiyaya girmək qabilliyəti, müəyyən situasiyaları yaratmağa, yaranmış situasiyanı idarə edərək istədiyi məcraya yönəltmək, həmsöhbəti ilə söhbəti qurmaq və bir də seyrçi ilə rabitəni qurmaq imkanlarına malik, bu işi bacarıqla, fəndlərlə, qaydalara əməl etməklə yerinə yetirmək aparıcı peşəkarlığının təməl prinsiplərini təşkil edir.

Deyilənlər aparıcının daxili aləmini, hazırlığını ifadə edir. Lakin aparıcı ekranda görününcə ona verilən qiymət təkcə bu hazırlıq səviyyəsi ilə deyil, həm də xarici görkəmi, fiziki hərəkətləri əsasında verilir. Mimikası, jestikulyasiyası, davranışı diqqətdən kənarda qala bilməz. Aparıcının makiyajı, saçı və geyimi də kommunikasiya prosesində rol oynayır, rəyyaradıcı mahiyyət daşıyır. Əksər halda tamaşaçı ekranda nəyin səslənməsinin fərqinə varmayaraq, əsas diqqəti təbəssümə, mimikaya, jestlərə, ünsiyyət ədasına yönəldir. Tədqiqatçı B.Budanın tədqiqatı bu məsələdə olduqca maraqlı cəhətləri üzə çıxarmağa imkan vermiş oldu. Onun araşdırmaları göstərir ki, qadınlar kişi aparıcılarını izləyərkən saçın rənginə, üzün quruluşuna, göz və əlin formasına diqqət yetirirlər. Kişilər isə qadın aparıcılarının dinamikasına maraq göstərirlər. Onları daha çox mimika, plastika, jestikuliyasiya və bunların üzvü vəhdətdə çıxış etməsi maraqlandırır. Yəni ilk növbədə gördüyünə diqqət yetirməklə onun əsasında tamaşaçıda təəssürat yaranır. Yalnız bundan sonra ikinci mərhələ- intellektual imkanları, erudisiyası və savadı diqqətə gəlir, bu barədə rəy yaranır. Bundan sonra aparıcı görkünün fərdi cəhətləri, yeniliyi, özünəməxsusluğu diqqətə gəlir ki, bu da bütünlüklə rəyin yaranmasına xidmət edən sonuncu mərhələdir. Məhz bu yolla aparıcı haqqında tamlıqla rəy yaranır. Hər bir cəhət yekun rəyin xarakterini təyin etməyə qulluq edir. Ona görə də görünüş, fiziki cəhət diqqətdən kənarda qalmamalı və onun efir çıxışında mühüm yeri unudulmamalıdır.

Həmçinin yuxarıda göstərdiyimiz kimi görk və onun xarakterik cəhətləri də aparıcılıq fəaliyyətinin əsas mahiyyətini təşkil edir. Aparıcı nə üçün ekrana çıxdığını, nə istədiyi və hansı suala (verilişin ideyasından irəli gələn sual, bəzən buna «süjetin əsas sualı» da deyirlər) cavab axtardığını bilməklə bərabər, hansı yolla gedəcəyini, necə yanaşacağını da dəqiq bilinməlidir. Ekranda aparıcının «hansı rolu ifa» etdiyi dəqiqliklə, xarakterik cəhətlərinin bütün elementləri nəzərə alınmaqla bilinməlidir. Burada üslub xüsusiyyəti, fərdi cəhətlər qorunmalı, sabitlik saxlanılmalıdır. Qarışıqlıq, çaşbaşlıq yaratmaqla bütöv və üzvi görkün yaranmasına mane olaraq ekranda bir çox aparıcılar öz yerlərini tapa, tez bir vaxtda seyrçinin maraq dairəsinə daxil ola bilməyib, bu sənəti tərk edirlər. Doğrudur, zorla ilişib qalma halları da olur ki, bu, seyrçinin həmin veriliş vaxtı deyinərək kanalı dəyişməsi ilə nəticələnir. Amma aparıcıların bir çoxu ictimai rəylə ümumiyyətlə hesablaşmyaraq, öz bildiklərini etmələri halına tez-tez rast gəlinir. Onlar üçün seyrçinin rəyi heç bir rol oynamır. Ona görə də reytinqlərdə olan uğursuzluğun səbəbini araşdırmaq kimi mühüm bir fəaliyyət diqqətdən kənarda qalmamalıdır. Layihənin rəhbəri, rejissoru və aparıcısı seyrçilərin hansı personajı gözlədiyini, düşünülmüş obrazın verilişin xüsusiyyətlərinə nə dərəcədə uyğun olduğunu, gələcək aparıcının şəxsi cəhətləri ilə yaxınlığını dəqiq müəyyən etməlidirlər.

Ekranda olan informasiyanın qavranılmasında vizual cəhətlərlə bərabər səs amili də həlledicidir. Bu baxımdan aparıcının səs quruluşu, danışıq tərzi, nitq ifadəliyi əhəmiyyətini saxlayır. Aparıcının səs obrazı daha çox informasiyanın keyfiyyətindən və xarakterindən asılıdır. Xoş xəbəri söyləyərkən (informasiya proqramlarında) yüksək tonda səslənmə, dərindən nəfəs alma baş verir. Kədərli xəbəri çatdırarkən isə sürətin azalması, tonun aşağı düşməsi duyulur. Seyrçi birbaşa bu dəyişmələri hiss etməsə də informasiyanı qavramasına təsir edir. Səsin emosional gücü, təsir imkanları danılmazdır. Səs tonunun qulağa yatımlıq səviyyəsinin aşağı olması, düzgün köklənməməsi informasiyanın çatdırılmasına böyük manelər yarada bilər. Aparıcının səsi xoşagəlimli, melodik, qulağayatımlı olmalıdır. Nazik çığıltılı və ya kobud, boğazdanyuxarı səslər seyrçidə mənfi emosiyalar yaradır. Düzgün və ifadəli nitq də unudulmamalıdır. Bir çox halda cəfəngiyyat söyləmək, yalançı söz oyunu qurmaq, mənasız söz yığını ilə vaxtı doldurmaq cəhdi də psixoloji ünsiyyətə mane olur və kommunikasiyanın baş verməsinə imkan vermir. Aparıcı bütün hallarda nə üçün efirə çıxdığına əmin olmalı, məqsədə doğru yönəlmək, inkişafa nail olmaq üçün dəqiq, sərrast, ifadəli nitq qurmalıdır. Bir çox aparıcılarda yaranan arxayınlıq, öncədən hazırlaşmama nəticədə cəfəngiyyat axının ekrana çıxmasına rəvac vermiş olur. Psixoloqların tədqiqatlarından aydın olur ki, seyrçi informasiyanı qavramaqdan çox, özü ilə eyniləşdirdiyi aparıcının davranışı əsasında yaranan yaşantı ilə baş verən hadisəyə yol açır, ya da özünü müdafiəyə qalxır. Seyrçi aparıcını özü ilə bərabər tutaraq ondan səmimiyyət, hörmət, ehtiram tələb edir. Əks halda yaşantı və bunun nəticəsində kommunikasiyaya girmə alınmır, seyrçi başqa kanalı seçir.

Televiziya aparıcısından tələb olunan bir cəhət də onun məişət müdrikliyindən xəbərdarlığı və assosiativ düşüncə tərzinə malik olmasıdır.  Bu cəhətlər onun ünsiyyətçiliyini artırır, həmsöhbətləri ilə rabitəni effektiv qurmasına və bütün mümkün situasiyalarda qərar verərək onu öz xeyrinə (verilişin inkişaf xəttinə, intriqasına) yönəltməsinə imkan verir.

Daxili dinamika aparıcının axarı təyin etməsinə, yönəltməsinə imkan verən gücdür. Lakin bu gücü idarə etmək üçün düşüncə tərzinə, məntiqə, duyuma (efir duyumu, verilişin ideya duyumu, seyrçinin maraq duyumu) malik olmalı, jurnalistika peşəsinin prinsiplərindən xəbərdar olmalıdır. Dramaturji situasiyanı yetişdirərək, kolliziyanın yaranmasına təkan vermək və cilovu əldən buraxmayaraq lazım olan səmtə yönəltmək olduqca mühüm keyfiyyətdir.

Çağdaş tok-şoularda qarşı tərəflərin üz-üzə qoyulması yolu ilə həqiqətin üzə çıxması metodu olduqca geniş tətbiq olunur. Lakin bir çox hallarda aparıcı öz funksiyasını düzgün müəyyən etmədiyindən və ya dərhal reaksiya vermək imkanından özünü məhrum edərək verilişin gedişatını xaosa çevirir.

Aktual mövzunu çözüm hədəfi kimi seçməli olan tok-şou ümumiləşmiş tərzdə, olduqca geniş və şou formatına sığmayan, bir neçə saatlıq müzakirə tələb edən problemlərə toxunmaqla iflasa uğrayır. Tok-şouda mövzu konkret olmalı, bu barədə tərəflərin fərqli fikirlərinin üzə çıxmasına yardım etməlidir. Ümümiləşmiş, əhatəli mövzunun çözümə qoyulması yolverilməzdir.

Əsası otuz il əvvəl Fil Donahyu tərəfindən qoyulan danışıq şousu televiziyanın ayrılmaz hissəsinə çevrilib. Araşdırmaçı O.Gerasimova tok-şouya tərif verərək onu təcrübəli, suala cavab verməyə həmişə qadir olan, auditoriyanı hər hansı problemin həlli yollarını tapmağa yönəltməyə çalışan şoumenlər tərəfindən idarə olunan həqiqət axtarışına bənzədir. Mövzu seçiminə toxunan müəllifin qənaəti ilə razılaşmamaq olmaz. Konkretliyi heç zaman unutmamağı əsas şərt kimi qoyan müəllif, “hər nəsnə haqqında danışmaq lazımi nəticəni vermir” deyərək, mübahisə sərhədlərinin nə qədər dəqiq və konkret cızılarsa, mövzuya daxil olma, dərindən çözüm aparma və müəyyən qənaətə gəlməyin mümkünlüyünü söyləyir. “Bəzən olduqca geniş, sərhədsiz mövzu seçilir və nəticədə tok şou “hər şeydən və heç nədən” bəhs edən səthi söhbətə bənzəyir” (O.Gerasimova) və tok-şounun yaradıcı heyətinin qeyri-peşəkar yanaşması ilə onun başlıca məqsədinin icrası mümkünsüz olur.

Mövzunun düzgün müəyyən olunması ilə bərabər əsas mübahisə mövzusunun konkret müəyyənləşməsinə ehtiyac var. Adın enerjili, dəqiq, daxili ritmli, eyni zamanda ifadəli olması əsas şərtdir. Qanadlı ifadələrlə, qarışıq və ümumiləşmə ilə ifadə olunan mövzunun adı istənilən çözümün baş tutmasına mane olacaqdır. Problemin müzakirə oluna biləcək tərəfini dəqiq müəyyən etməklə ad seçimində istifadə olunması insanları mübahisəyə, müzakirəyə yönəldə bilər.

Tok-şou aparıcısı mövzu ilə bağlı veriləcək sualları da doğru məqsədə yönəlik tərzdə tərtib etməlidir. Aparıcı diskussiya mövzusunun açılışına xidmət edəcək səmtləri düzgün tapmaqla və sualları məhz bu istiqamətdə verməklə çözümün baş tutmasına nail olmalıdır. Bir çox moderatorlar  söhbəti qura bilmədiklərindən çoxlu sayda sual verməklə işini bitmiş sayır ki, bu yolverilməzdir. Suallar konkret və az sayda olmalıdır ki, hər birinin ətrafında yetərincə müzakirə aparılsın. Misal kimi “Qoy desinlər” (Birinci) tok-şou moderatorunun gedişat boyu cəmisi 5-6 maddədən ibarət sual verərək çözümün uğurlu alınmasına nail olmasını göstərmək olar. Həmçinin sual tərtibatında xüsusiyyətlər, açıq ziddiyyətlər, konkret hadisələr (faktlar, dəlillər) nəzərə alınmalıdır. Hər bir sual mübahisəyə yönəltmək təbiətinə malik, təhrikedici olmalıdır. Sual tərtibatında diskussiyalılıq qorunmaqla heç bir şəkildə cavabı hazır və insanlara mövqe sırımalı şəkildə qurulmamalıdır. Aparıcının “dəqiq mövqeyi, dərindən əminliyi, prinsipiallığı, müzakirə olunan problemi təfərrüatı ilə bilməsi, geniş erudisiya, çıxış etmək və auditoriyanı idarə etmək qabiliyyətinə malik olması” (O.Gerasimova) əsas şərt kimi göstərilir.

Tok-şouda əsas şərtlərdən biri də onun necə başlamaqdır. Heç bir halda aparıcı başlanğıcda hansısa mövqeyə və ya tərəfə meylli olduğunu büruzə verməməli, problemin əhəmiyyətini, praktik dəyərini, müzakirənin qaçılmaz və vacib olduğunu qeyd etməklə kifayətlənməlidir. Moderator auditoriyanı gedişata kökləməklə, həqiqət axtarışına dəvət etməyə çalışmalıdır. Bu mərhələdə əsas düzgün qoyulduqda çözümün sonrakı taleyi uğurlu ola bilər. Gedişat zamanı aparıcı barışdırıcı mövqedən uzaq olmaqla mübahisənin yaranmasına çalışmalı, tərəflərin mövzudan sapmasına, ümumi ifadələrlə kifayətlənməsinə imkan verməməli, tez-tez qıcıqlandırıcı situasiyalar yaratmalıdır. Onun üzvi, enerjili, templi yanaşım tərzi ilə gedişat daha canlı və məqsədə ünvanlı ola bilər. Bir çox hallarda verilişin gedişatında aparıcı tərəflərin bu mərəhələdəki mövqeyini müəyyən etməsi üçün özünəməxsus taym-aut götürməsi, çıxarışlar, nəticələr deməklə auditoriyanı, həmsöhbətləri analiz etməsi yolveriləndir. Bu ona söhbətin istiqamətini müəyyən etmək, tərəflərin rəyini öyrənmək üçün lazım olan fənddir. Xaosun, anlaşılmazlığın yaranmasına imkan verməməklə aparıcı  yumşaq, nəzakətlə və eyni zamanda qətiyyətlə bu situasiyadan çıxmağa çalışmalıdır. Mövzuya hazırlıqlı olmaqla aparıcının müzakirə olunacaq məsələlərlə bağlı ətraflı məlumatlarla silahlanması, yardımçı vasitələrdən, videosüjetlərdən yerində istifadə etməsi vacibdir. Həmçinin gedişatı nəzarətdə saxlayan moderator söhbətlərdə təkrarçılıq, auditoriyada yorğunluq hiss etdiyi anda artıq yekunlaşmağa başlamalıdır. Heç bir halda tok-şou qəfil kəsilməməli, mövzunun tam çözülməsi ilə nəticələnərək yekunun verilməsi ilə bitməlidir. Tok-şounu yerində və nəticə ilə bitirmək aparıcıdan əlavə duyum qabiliyyəti tələb edir.

Verilişin yaranmasını şərtləndirən amillərdən ən əsası düzgün aparıcı obrazının tapılması ilə bərabər bu obrazın inkişafına səbəb olacaq mühitin biçimləndirilməsidir. Onun mühiti- səhnə tərtibatı, işıq-rəng həlli, mizan-səhnə, mizan-kadr verilişin mövzusundan doğaraq aparıcı obrazını tamamlamalıdır. Səhnə tərtibatının uyğunsuzluğu seyrçidə mənfi rəyin yaranmasına xidmət edərək, bəzən maraqlı bir layihənin, uğurlu aparıcının ekran həyatını qısaltmış olur. Səhnə tərtibatının mühüm əhəmiyyəti, aparıcı obrazının tamamlanması, verilişin mövzu ilə vəhdətdə çıxış etməsi N.Qolyadkinin ABŞ televiziyaları misalında gətirdiyi nümunələrlə bir daha təsdiq etmək olar. Orada televiziya ənənəsində səhnə tərtibatının uzun müddət dəyişməz qalması ilə verilişin, auditoriyanın sabitliyini qorumaq məqsədi güddüyünü göstərir.

Si-Bi-Es telekanalında 1981-ci ildə Kronkaytı De Rezin əvəz etməsi hadisəsi zamanı ənənənin qorunduğunu təsdiq etmək üçün səhnə tərtibatında yalnız rəng həllində kiçik dəyişikliyin aparılması nümunəsi ilə müəllif bu amilin mühüm yerini əks etdirir. Lakin aparıcı şəxsiyyəti, səhnə tərtibatı heç bir halda televiziya proqramının ümumi məzmununu üstələməməli, onun, ideyanın çatdırılmasına xidmət edən alət olmalıdr.

Aparıcının barışdırıcı və ya üçüncü tərəf rolunu oynaması düzgün yanaşma deyil və bu yekunda iflasa gətirib çıxarır. Aparıcı (haqlı olaraq ona moderator deyirlər) idarə etməli, yönəltməli və gerçəyin üzə çıxması üçün birbaşa və ya çarpaz yanaşma tərzindən istifadə etməlidir. O, dinamikanı qorumalı, emosinal qalxınmanı təmin etməli və dramaturji xəttə sadiq olmalıdır. Ziqzaqvari inkişaf xəttinin tok-şoular üçün xarakterik olmasını nəzərə alsaq, burada aparıcının davranışı, dinamikasının əhəmiyyətinin necə böyük olduğunu anlayarıq. Ziqzaqı- qalxınma, enmə və yenidən qalxınma, toqquşma, yenidən enmə, qalxınma, final-nəticə modelini (bir neçə başqa modelləri də misal gətirmək olar) məhz aparıcının ustalığı, məharəti və idarəçilik qabiliyyəti təmin edə bilər.

Rusiyada “İtoqo” (NTV), “Odnako” (Birinci) kimi əyləncəli publisistik teleşərhlərdə ictimai rəyə birbaşa təsir, onu müəyyən səmtə yönəltmək cəhdləri açıq duyulur. Azərbaycanda Orxan Fikrətoğlunun aparcılığı ilə “Zorxana” (ANS) siyasi prosesləri sadələşdirilmiş şəkildə təqdimatına yönəlib. Orxan Fikrətoğlunun sadə nitqi, gediş kimi istifadə etdiyi Xeybər obrazı tamaşaçıya doğma olduğundan hər hansı baş vermiş ciddi siyasi hadisəyə məhz onun şərhini dinləmək marağını oyadır. Leksik-sintaksis quruluşda eyni köklü sözlərin təkrarı, mozaik nitq, kalambur oyun təəssüratı yaradaraq tamaşaçını özünə cəlb edir, onu azarkeşə, müəllifin iti zəkasının izləyicisinə çevirir.

O.Fikrətoğlunun çıxışı məhz bu maraq hesabına geniş şəkildə izlənilir.

Aparıcı amilinin verilişin ruhunun təyinində əsaslı rol oynayan başlıca cəhət olduğunu qeyd etmək lazımdır. Məhz aparıcının obraz həllinin uğuru, təqdimatda və bütün mətnlərdə obraz xüsusiyyətlərini qoruyub saxlayaraq verilişin ab-havasına milli koloritin əlavə olunması, “Çal-çağır”ı zənginləşdirir və anoloji proqramlardan fərqləndirir.

Proqramın aparıcısı Dilarə Əliyevanın el-oba dilindən bəhrələnərək duzlu, məzəli və ironik danışıq tərzi, süjetləri, məhz bu üslubda – pıçhapıç edən qadın obrazının diliylə təqdim etməsi, ardınca qonaqla, məhz bu tərzdə söhbətləşməsi üslub-dil kompozisiyasının üzvi vəhdətini yaradaraq, proqramın janr xüsusiyyətlərinin qorunmasına imkan verir. Bu vəhdəti ustalıqla quran aparıcı, əslində şou-biznes aləminin real mənzərəsini və qalmaqalları ironik tərzdə, qismən də sarkazmla ifadə etməklə canlılıq, dinamika və gülüş yaradır. Proqram hadisələrin ciddi və olduğu kimi təqdimatı ilə bərabər, əyləncəlilik prinsipini qoruyub saxlayaraq faktların təqdimatında bu cəhəti məharətlə istifadə edir. Ekran qarşısında tamaşaçı həm istirahət edir, həm də maraqlandığı informasiyanı alır.

Bitkin kompozisiyalı verilişdə postmodernist təqdimetmədən irəli gələrək mozaik dramaturji elementə meyl və aparıcının yanında deyingən, xəbər gətirən qadın obrazı, onun dramaturji həllinə yardım edir, canlılıq yaratmaqla bərabər, verilişin tempo-ritmini çevikləşdirir.

Ardınca gələn süjetlərdə müxbirlərin el dilində baş verənlərə aydınlıq gətirmələri, araşdırmalar, həmçinin vizual həldə dinamika, köməkçi vasitələrlə gücləndirmə elementləri, kliplər, titrlər, aksentlər, təkrar kadrlar xəbərin zənginliyinə və təqdim etmə kaloritinə təsir edir. Süjeti çevik və cəzbedici edən bu amillər, digər kanallarda olan verilişlərdən fərqlənməsinə gətirib çıxaran başlıca amildir.

Studiyaya qonaq gəlmiş şou-biznes ulduzu ilə yorucu və tempsiz söhbətlər aparan digər verilişlərdən fərqli olaraq “Çal-çağır” ziddiyyətli məqamları, toqquşmaları qabardır və gəzən şayiələrə aydınlıq gətirir. Bu söhbətin də asan və qulağa yatımlı bir tərzdə təqdimatı maraq kəsb edir. Verilişin başlanğıcında qonaqla bağlı süjetin özündə olan dinamika, qalmaqal tamaşaçını maraqla oturub verilişə baxmağa sövq edir.

Televiziya aparıcılarının yaradıcı fəaliyyətlərinin nəzəri əsaslarını təhlil edərək onu konkret nümunələr üzərində əsaslandırmağa çalışdıq. Dəyişkən təbiəti, obraz çeşidliyi biçim müxtəlifliyi yaratsa da ümumi prinsiplər, yaradıcı meyarlar və biçimlənmiş ünsiyyət prosesində iştirak edən mənəvi əhval qaydaları və fiziki davranışlar sistemi sabitdir. Yaradıcı fəaliyyətin mahiyyətində duran ünsiyyət qurmaq, qorumaq və verilişin ideyasının çatdırılmasını təmin etmək, hadisəni inkişaf etdirərək, məntiqi nəticənin əldə olunmasına yönəltmək onun başlıca sənətkarlıq tərəflərini müəyyən etdiyindən təhlil prosesi bu meyarlarla aparıldı. Yaradıcı fəaliyyətin təhlili və onun metodologiyasında praktik nümunələrlə müqayisəli kontent analizi vermək yolu ilə çözümün aparılması elmidir və yanaşma ətraflı mənzərənin yaranmasına xidmət edir. Aparıcının janr tələblərindən irəli gələn obrazı, davranış müxtəlifliyi nəzərə alınmaqla təhlil yuxarıda qeyd olunan prinsiplər əsasında fərdi cəhətlərin, üslub xüsusiyyətlərinin üzə çıxarılması yolu ilə aparılmalıdır. Elmi işdə televiziya aparıcılarının yaradıcı fəaliyyətlərinin nəzəri əsaslarını müəyyən edərək onun əsas prinsiplərini, təhlil metodologyiasını təklif etdik. Mövzunu genişləndirməklə konkret janra uyğun aparıcı obrazlarının yaradıcı fəaliyyətinin nəzəri əsaslarının da yaradılması televiziyaşünaslığın qarşısında duran vəzifədir və bu mövzu sənətşünaslıq elminin maraq dairəsinə daxildir.

Ədəbiyyat siyahısı:

1.    Andreeva M. Matveeva L. Şkoporov N. Psixoloqiçeskiy analiz  professionalğno-

vajnıx kaçestv tvorçeskix rabotnikov televideniə. Moskva 1991.

2.    Boreükiy R. Ostorojno: televidenie. Moskva 2002

3.    Boqomolov Ö. Xronika pikiruöheqo televideniə. Moskva2004

4.    Qaymakova B., Makarova S. Novikova V., Ossovskaə M. Masterstvo Gfirnoqo

vıstupleniə. Moskva, 2004

5.    Qerasimova O. Masterstvo  şoumena. Moskva, 2006

6.    Qerasimova O. İmprovizaüiə  şoumena. Moskva, 2006

7.    Qolədkin N. Analiz auditorii. Moskva 2000.

8.    Doüenko E.L. Psixoloqiə manipuliaüii. Fenomenı, mexanizmı, zahita. Moskva,1996 q.

9.    Zazıkin V., Qosteev A. Psixoloqiçeskie problemı gffektivnosti vozdeystviə

televideniə i radiovehaniə. Moskva 1989.

10.    Zazurskiy Ə. Teleradiogfir: İstoriə i sovremennostğ. Moskva 2005.

11.    Kara-Murza S. Manipuləüiə soznaniem. Moskva, 2000q

12.    Matveeva L., Anikeeva T., Moçalova Ö. Psixoloqiə televizionnoy  kommunikaüii.

Moskva 2006.

13.    Muratov S. TV-gvolöüiə neterpimosti. Moskva 2001

14.    Muratov S. Televidenie v poiskax televideniə. Moskva 2001,

15.    Novikova A. Televidenie i teatr: pereseçenie zakonomernostey. Moskva, 2004

16.    Saruxanov V. Azbuka televideniə. Moskva 2002.

17.    Tertiçnıy A. Analitiçeskaə jurnalistika: poznavatelğno- psixoloqiçeskiy

podxod. Moskva 1998.

Həmidə Ömərova yeni tele-layihədə
Kinoaktyorlar Gildiyasının ofislə bağlı problemi hələ də aradan qalxmayıb. Gildiyanın sədri Həmidə Ömərovanın Lent.az-a verdiyi məlumata görə, təşkilat məsələ ilə əlaqədar bəzi qurumlara müraciət etsə də, heç bir müsbət cavab ala bilməyib: “Ofisimiz olmadığı üçün iclaslarımızı ayrı-ayrı yerlərdə keçiririk. Hazırda bu, bizim əsas problemimizdir”.

Həmidə Ömərova hazırda gildiyanın 400 üzvü olduğunu və getdikcə bu sayın artdığını bildirib.

ANS-də yayımlanan “Zərif çərşənbə” verilişində aparıcılıq fəaliyyətinin dayandırılmasına gəlincə, aktrisa bunun sırf ailə problemləri ilə əlaqədar olduğunu vurğulayıb. Hələ dəqiq məlumat vermək istəməsə də, yaxın müddətdə aktrisa kanalların birində növbəti layihə ilə çıxış edəcək.

İctimai Televiziya ilə AzTV arasındakı “Ovqat” proqramı məsələsi çözüldü
İctimai televiziyada yayımlanan “Ovqat” proqramı ilə bağlı yaranmış vəziyyətə dair yekun qərar verilib. Qeyd edək ki, İctimai Teleradionun mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov, “Ovqat” proqramı ilə bağlı yaranmış vəziyyətə dair yekun qərarın şirkətin Baş direktoru İsmayıl Ömərovun Bakıya qayıtmasından sonra veriləcəyini bildirmişdi.

Məsələ ilə bağlı açıqlama verən Tahir Məmmədov İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərovun artıq işə çıxdığını və onun rəhbərliyi ilə Direktorlar Şurasının iclasının keçirildiyini bildirib. İclasda İctimai Teleradionun bayram həftəsini necə yola salması və qarşıdan gələn 20 Yanvarla bağlı proqramlar müzakirə olunub.

T.Məmmədov deyib ki, toplantıda “Ovqat”la bağlı məsələyə çox qısa toxunulub və konkret qərar qəbul edilib. İsmayıl Ömərov deyib ki, bu cür çox bəsit məsələlərə belə emosional münasibət doğru deyil: “”Ovqat” proqramının İctimai televiziyaya məxsus olduğunu tamaşaçılar gündüzün gecəni əvəz etdiyi reallıq qədər aydın bilirlər. 4 ildir proqram efirimizdə, şəhadətnamə də əlimizdə. Biz nəyi sübut etməliyik ki? Bəzi başqa kanalların götürmək istədiyi, maraq göstərdiyi təkcə “Ovqat” proqramı deyil ki. Bizim çoxsaylı layihələrimizə bu cür maraq göstərirlərsə, buna qəzəblənmək, qısqanmaq yox, sevinmək lazımdır. Son dövrlərin ən aktual mövzularından olan teleməkanın acınacaqlı vəziyyətini telekanallar bir-birinə baxıb düzəldirlərsə, bu özü çox yaxşı haldır. Bu ümumi işimizin bir tərkib hissəsidir və heç kəsə sirr deyil ki, bu gün İctimai televiziyanın kollektivi öz peşəkarlığı və hazırlığı ilə fərqlənir. Bu gün teleməktəb missiyası onun üzərinə düşür və bu peşəkar kadrların və layihələrin başqa kanallara getməyi təbiidir. Konkret halda son bir ildə AZTV-yə 10 nəfərə yaxın əməkdaşımızın getməyi onlar üçün qazancdırsa, bizim üçün itki deyil. O cümlədən də “Ovqat” verilişinin həm aparıcısının, həm də rejissorunun getməyi. Bizim hələ efirə çıxası ehtiyatda neçə-neçə layihələrimiz var. Bu qədər yerli və beynəlxalq layihələrin, canlı telekörpülərin olduğu halda niyə artıq öz-özünü təkrarlayan, 4 ildir yayımladığımız bir layihənin adının davasını çəkirsiniz. Biz yanvarın 10-dan etibarən hər bazar günü səhər tezdən “Səhər Sovqatı” adlı yeni proqram yayımlayacağıq. Bütün dünyaya səpələnmiş azərbaycanlılar, türk dünyası bu sovqatda mənəvi bir rahatlıq, saflıq tapacaq”.

T.Məmmədov onu da qeyd edib ki, İsmayıl Ömərovun təkidlə etdiyi bu təklifi Direktorlar Şurası qəbul edib.

TELEVİZİYALARIN “OVQAT” ÇƏKİŞMƏSİ
İctimai Televiziya ilə Azərbaycan Televiziyası arasında gərginlik davam edir. İTV AzTV-ni ona məxsus olan “Ovqat” musiqili bədii-ədəbi verilişini oğurlamaqda günahlandırır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəyinə görə, AzTV yanvarın 3-də eyni adlı, eyni formatlı verilişi efirə verməklə bir çox qanunları pozub. Verilişin vaxtilə bu proqramı İTV-də aparmış, indi isə AzTV-nin əməkdaşı olan Səyyarə Məmmədovanın aparıcılığı ilə yayımlandığı da xüsusi qeyd olunur.

İTV-nin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəisi Tahir Məmmədov APA-ya açıqlamasında deyib: “AzTV “Ovqat” proqramının anonsunu və tam eynisini yayımlamaqla “Reklam haqqında” qanunun müddəalarını, həmçinin “Haqsız rəqabət haqqında” qanunun 3-cü maddəsinin rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, nüfuzdan salınması, fəaliyyətə müdaxilə, haqsız işgüzarlıq davranışı, istehlakçıların çaşdırılması müddəalarını pozub”. Onun sözlərinə görə, bu hadisə “Teleradio haqqında” və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” qanunların da pozulması deməkdir.

İTV nümayəndəsi deyib ki, S.Məmmədova 2007-ci il aprelin 15-də Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi ərizədə hazırladığı “Ovqat” verilişinin müstəsna hüquqlarının İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus olduğunu göstərib: “Həmin ərizəyə əsasən, Müəllif Hüquqları Agentliyi 2007-ci il aprelin 17-də proqramın müstəsna müəlliflik hüququnun İctimai Teleradioya məxsus olmasını təsdiqləyən şəhadətnaməni şirkətimizə təqdim edib”.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Mövlud Süleymanlı, Gülsüm Əhmədqızı, Möhbəddin Səməd və Səyyarə Məmmədova isə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova “Ovqat” verilişi ilə bağlı müəllif hüquqlarının qorunmasını xahişi ilə müraciət ediblər. Ərizədə bildirilir ki, hələ 1994-cü ildən bu şirkət “Ovqat” adlı radio verilişi yayımlayır: “1994-cü ildə ölkəmizdə müəllif hüquqları ilə bağlı qanun hələ qəbul edilmədiyi üçün biz verilişlə bağlı hüquqlarımızı təsbit edə bilmədik. Sonradan isə gərgin yaradıcı iş bunu etməyə imkan vermədi. “Ovqat” verilişi indi də hazırlanaraq radio dalğalarında yayımlanır. Verilişin televiziya versiyası da hazırlansa da, bunu həyata keçirə bilmədik. Belə ki, 2006-cı ilin yanvar ayında İctimai Televiziyada eyni adlı “Ovqat” verilişi efirə getməyə başladı. İTV-də yayımlanan “Ovqat” verilişinin adı, ideyası, ssenarisi, forma və məzmunu bütövlükdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində hazırlanan “Ovqat” radio verilişindən götürülüb”.

“Ovqat”ı əvvəl İTV-də, indi isə AzTV-də aparan Səyyarə Məmmədova K.İmanova ayrıca ərizə ilə də müraciət edib. O, ərizədə bildirir ki, 2007-ci ildə verilişin müstəsna istifadə hüquqlarını İctimai Televiziyaya versə də, müəllif kimi şəxsi hüquqları da var. S.Məmmədova “Ovqat”ın İTV-də ondan sonra hazırlanmış buraxılışlarından adının çıxarılmasını hüquq pozuntusu sayır.

MÜƏLLİF HÜQUQLARI AGENTLİYİ ARAŞDIRMA APARIR

“Bizə daxil olan müraciətlərdə hər iki tərəf “Ovqat” verilişinə müstəsna hüquq sahibliyinə iddia edir”. İctimai Televiziya ilə Azərbaycan Televiziyası arasında “Ovqat” musiqili bədii-ədəbi verilişi üstündə yaranmış gərginliyə münsibət bildirən Müəllif Hüquqları Agentliyi hüquq şöbəsinin müdiri Xudayat Həsənli “Media forum”a belə deyib.

X.Həsənlinin sözlərinə görə, hazırda təqdim olunan müraciətlərə baxılır, hər iki tərəfdən müəyyən sübutlar toplanır: “Dəlilləri müəllif hüquqları baxımından tədqiq edib öyrəndikdən sonra qanuni baxımından öz mövqeyimizi bildirəcəyik”.

Kinorejissorlar Gildiyası ilə İTV barışdı
Azərbaycan Kinorejissorlar Gildiyası ilə İctimai Televiziya (İTV) arasında uzun müddətdir, davam edən məhkəmə çəkişməsi nəhayət başa çatıb.

Kinorejissorlar Gildiyasının vəkili Əkbər Bağırovun Lent.az-a verdiyi məlumata görə, Apellyasiya Məhkəməsində hakim Səadət Bəktaşinin sədrlik etdiyi məhkəmə prosesi tərəflər arasında barışıq müqaviləsinin imzalanması ilə nəticələnib.

“Məlum olduğu kimi, İTV Azərbaycan filmlərini heç bir müqavilə bazası olmadan nümayiş etdirirdi və bunun müqabilində lazım olan məbləği ödəmirdi. Ancaq bundan sonra hər kəs öz üzərinə düşən vəzifəni həyata keçirəcək”, deyən vəkilin sözlərinə görə, məhkəmə prosesi zamanı konstruktiv əməkdaşlıq mövqeyi nümayiş etdirildiyi üçün təşkilat kanal qarşısında irəli sürdüyü bəzi tələbləri geri götürüb və əvvəlki borclardan imtina edib.

Müqavilə şərtlərinə əsasən, yalnız 2009-cu ildə nümayiş etdirilən filmlərə görə yığılan borclar ödənəcək. O ki qaldı 2010-cu ilə, Kinorejissorlar Gildiyası ilə İTV arasındakı yeni razılaşma digər telekanallarla imzalanan müqavilələrə uyğun olaraq, həyata keçiriləcək və təzminat ödənəcək.

AzTV-nin çəkiliş qrupu Laplandiyadan qayıdıb
AzTV-nin yeni ildə tamaşaçılara təqdim edəcəyi “Laplandiyadan gələn qonaq” film-tamaşasının çəkiliş qrupu Laplandiyadan qayıdıb.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, film-tamaşanın rejissoru Faiq Kərimoğlu deyib ki, Azərbaycan Televiziyasının tarixində ilk dəfə Santa-Klausla görüş onun sehrli məkanı sayılan Laplandiyada çəkilib.

Ssenariyə əsasən, Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir…

F.Kərimoğlu qeyd edir ki, Santa Klausun Laplandiyadan gətirilmə səhnəsinin Murmansk oblastının Lavozero bölgəsində lentə alınması çəkiliş qrupu üçün əsl sınağa çevrilib. “Çəkiliş qütb gecəsi dövrünə təsadüf etmişdi. Sərt iqlim şəraitində epizodların çəkilməsi üçün hər gün cəmi 1,5 – 2 saat vaxtımız olurdu. Çünki saat 11-də hava işıqlanmağa başlayır, saat 13-də isə artıq gün batırdı. Hava o qədər soyuq olurdu ki, quruluşçu operator Tanrıverdi Tanrıverdiyev əlini ştativdən çəkəndə dərisi soyulurdu, milli geyimli xanəndələrin və musiqiçilərin açıq havada öz nömrələrini ifa edərkən hansı çətinliklərdən keçdiklərini təsəvvür edin. Lakin bütün bunlara baxmayaraq, yaradıcı qrup böyük həvəslə işləyərək, 5 gün ərzində öz vəzifəsinin öhdəsindən məharətlə gəldi”.

Lavozerodakı çəkilişlərdə Brilliant Dadaşova, Rüfət Mehdiyev, Ədalət Şükürov, Abgül Mirzəliyev, Ənvər Sadıxov, aşıq Samirə və başqaları iştirak ediblər. Film-tamaşada həmçinin Səyavuş Aslan, Sabir Məmmədov, Rövşən Kərimdux, Naibə Allahverdiyeva, Tofiq Hüseynov, Aslan Şirinov və digərləri çəkiliblər.

Laplandiyadan başqa, çəkilişlər AzTV-nin pavilyonlarında, Mərdəkandakı mədəniyyət sarayında və təyyarədə aparılıb. Hazırda filmin son montaj işləri gedir.

Qeyd edək ki, Faiq Hüsiyev və Hafiz İmamnəzərlinin ssenari müəllifi olduqları film-tamaşanın quruluşçu rejissoru Faiq Kərimoğlu, quruluşçu operatoru Tanrıverdi Tanrıverdiyev, operatoru Rüfət Kərimov, işıqçısı Elçin Nağıyev, montajçıları Rəşid İslamov və Feyzulla Abdullayev, inzibatçısı Tural Məmmədovdur.

ANS kanalına Türkiyədən təklif gəlib
ANS kanalınını yüksək reytinqli verilişlərindən biri – “Elgizlə cümə axşamları” proqramının aparıcısı Türkiyə səfərindən qayıdıb. Belə ki, aparıcı Elgiz Əkbər “Türk dünyasının uğurlu televiziya layihəsinin aparıcısı” nominasiyasında mükafata layiq görülüb.

Onu da qeyd edək ki, gümüşdən hazırlanan ödül qızıl suyuna çəkilib.

“Tədbirin belə yüksək səviyyədə keçiriləcəyini həqiqətən gözləmirdim. Ödülü mənə şəhər meri və turizm naziri təqdim etdi”, – deyən Elgiz Əkbər tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Daha sonra aparıcı Türkiyə tərəfindən ANS kanalına televiziya filminin çəkilişi barədə təklif gəldiyini də bildirib.

Elçin Əlibəyli. Teleyayımda manipuliasiya və onun təsir mexanizmləri
Beynəlxalq Televiziya və Radio Akademiyasının Həqiqi üzvü,

Sənətşünaslıq namizədi

Televiziyanın getdikcə artan yeri və əhəmiyyəti onu həyatın bir hissəsinə çevirməklə, insan şürunu, onun hərəkətlərini, ictimai münasibətlər sistemini biçimləndirərək, mövcud olan prinsiplərdən uzaqlaşdırmaq, təyin etdiyi istiqamətə yönləndirmək gücünü qazanmış manipuliasiya vasitəsinə çevirdi.

XX əsrdə artan informasiya axını və onun törətdiyi “gerçəklik şoku” insanın mövcud görüşlərində, tələbatlarında dəyişikliyin yaranmasına rəvac verdi. Artıq “gerçək şokundan” qaçan tamaşaçı onu törədən mənbədən qaçmaq əvəzinə, ondan daha çox əyləncə və gözəl yalan gözləməyə başladı. Bu isə manipuliasiyanın imkanlarını daha da artıraraq onu tamlıqla insan həyatına təsir etməyə imkan verən kütləvi silaha çevirə bildi. Televiziya və kütləvi kommunikasiya tədqiqatçılığında bu amil diqqətdən kənarda qala bilməzdi və ictimai-sosial əhəmiyyətini nəzərə alaraq ətraflı öyrənilməsi qarşıda vəzifə kimi durmağa başladı.

Manipuliasiya psixoloji və sosial proses olmaqla hərəkətinin xarakterini açmadan digərlərinə təsir edərək istənilən istiqamətə yönəltməyə hesablanmış hakimiyyət vasitəsidir. Manipuliasiya imkanları və texnologiyaları elektron informasiya vasitələrinin yaranışı ilə daha da  artığından, güclü təsir imkanları ilə kütləvi psixoz, qorxu, müəyyən rəyə gəlmək hisslərini yaydığından bu prosesdə televiziyanın rolu, onun ictimai şüurda təsir yeri ciddi araşdırma tələb edən sahədir.

Manipuliasiya və texnologiyalarının araşdırmaçısı S.Kara-Murza “Şüurla manipuliasiya” kitabında üç əsas əlaməti göstərərək onun mənəvi, psixoloji, həmçinin ustalıqla gizlədilməsi hesabına məramı bəlli olmayan, xüsusi bilik və savad tələb edən təsir növü olduğunu yazır. Psixoloji təsir növü kimi manipuliasiyanın aşkar fəndlərlə deyil, sətiraltı, dolayısı ilə, hər bir detalı ətraflı düşünülmüş şəkildə təqdim olunduqda istənilən nəticə alına bilər. Televiziya manipuliasiyası özünün miqyası, əhatə dairəsi və hədəfinin çoxcəhətli olması ilə seçildiyindən vasitə kimi yanaşmada daha mükəmməl işləməsi vacibdir. Olduqca müxtəlif janr və növdə olan yayım vahidləri vasitəsilə yeridilən fikir, rəy yalnız cəzbedici biçimdə, düşünülmüş tərzdə təqdim olunduqda istənilən nəticəni vermək qüdrətini qazanmış olur.

Manipuliasiya insan hərəkətlərinin proqramlaşdırılması yolu ilə mənəvi aləmə təsir edən hökmranlıq vasitəsi kimi psixoloji sturktura yönəlib, fikir, inanc və məqsədləri müəyyən istiqamətə gizli şəkildə apararaq, qarşıya qoyulmuş ali məqsədin həyata keçirilməsində güclü silah olaraq kommunikasiya vasitələrinin köməyi ilə daha geniş tərzdə istifadə olunur. H.Şiller “Şüur manipuliatorları” manipuliasiya amilini tədqiq edərək gizli qalmasını əsas uğuru təmin edən cəhət olduğunu göstərir və bu prosedə hədəfin ətrafda baş verənlərin təbii, qaçılmaz olduğuna inanmasının mühüm şərt olduğunu deyir. H.Frokerin qənaətində manipuliasiyanın yönəldiyi hədəfin ziyanına işlədiyi əsas cəhət kimi qabardılır. Manipuliasiya zamanı açıq mətnin altında gizli informasiya da göndərilir ki, bu hədəfin şüurunda lazımi obrazların yaranmasına xidmət edir. Mənbəyi bilinməyən bu bilgi hədəfə götürülmüş şəxsin hisslərini, düşüncəsini və davranışını təsir altına alaraq əsas məqsədə yönəldir. Gizli şəkildə insan şüurunda yerləşdirilən informasiya kütləni müəyyən rəyə gətirmək, təyin olunmuş istiqamətə yönəltmək baxımından kifayət qədər güclü vasitə olduğundan siyasi dairələrin əhalinin siyasi təfəkkürünü biçimləndirmək, daimi nəzarətdə saxlamaq, rəy yaratmaq baxımından geniş şəkildə istifadə olunmağa başlayaraq yeni bir şəkil almış oldu. Manipuliasiyanın bu imkanları təbliğata və reklama əlverişli imkan yaradan vasitə olduğundan ünvanlı auditoriya və ictimai rəy (PR) işində əsas vasitə kimi XX əsrin 60-cı illərindən başlayaraq televiziya yayımında öz tədbiqini tapdı.

Manipuliasiya inandırmadan fərqli olaraq təlqin xarakteri daşıyır və S.Kara-Murza qeyd etdiyi kimi, subyektin şüurundan yan ötüb psixiki sahəyə keçərək şəxsi şüurla bərabər, ümumi şüurun sahəsinə düşür və passiv qavrama predmeti kimi özünə yer alır. Burada ideya, hiss, emosiya və ya digər psixo-fiziki halın psixiki dairəyə daxil olması proesesi baş verdiyindən onun hədəf tərəfindən qarşısının alınması və qeyri-ixtiyari təsirə düşmə, açıq duyulmayan simvollarla danışmadığından anlaşılmayan axının müqaviməti mümkünsüzdür.

Təlqin zamanı insanın inamının birbaşa dəyişməsi deyil, daha mürəkkəb yolla-qiymətləndirmə obyektinin dəyişməsi ilə onun rəyində dəyişikliklər baş verir. Televiziya təcrübəsində söylənilən informasiya və onun yaratdığı ilkin rəyin şərhçi tərəfindən dəyişdirilməsi, baxış bucağının, yanaşım tərzinin başqalaşdırılması və seyrçinin qiymət verməyə vadar halları manipuliasiyanın əsas elementi kimi çıxış etdiyindən analitik-şərh proqramlarının televiziyanın sosial-pedaqoji funksiyasında yeri ən əsas və önəmli hesab olunur. Bəzən müəyyən dəlil ətrafında verilən şərh insanların təkcə bu məsələyə deyil, ümumilikdə baxışlar sistemində dəyişmələr yaratmaq gücünə malik olması gerçəklikdir. Bu manipuliasiya dini, irqi ayrıseçkilyin, dözümsüzlüyün aradan qaldırılması kimi müsbət nəticələrlə bərabər, mənfi elementlərin yayılması ilə də seçilir. Manipuliasiya qrup və korporativ maraqlara qulluq etdikdə, onun ziyanlı tərəfləri cəmiyyətin həyatında özünü asanlıqla göstərir. Televiziya yayımının əhatəliliyi və ifadə vasitələrinin gücə malik olması təsir imkanlarını daha çoxaldan amil olduğundan, onun müstəqil olması, qrup maraqlarına qulluq etməməsi çağdaş cəmiyyətin informasiya təhlükəsizliyinin başlıca hədəfi kimi müəyyən edilməlidir.

Platon təxəyyülün qavrama prosesində yerini mum plastinkada həkk olunma ilə müqayisə edərək qalan izin təxəyyül olduğunu söyləmişdir. Təxəyyül yaradıcı məntiqə və ənənəyə daha az söykənən, kənar təsirlər nəticəsində asanlıqla dəyişən, müəyyən durumlarda yaranan təəssüratlara uyğun biçimlənən qabiliyyət kimi həm təfəkkür, həm də hiss, obrazlar gücünə malik olduğundan onun vasitəsi ilə təfəkkürə, hisslərə təsir etmək olduqca yaxın yoldur. Televiziyanın yaratdığı görk təxəyyül və hisslərə yeriyərək bu yolla bütünlüklə ictimai şüura təsir etmək imkanı qazanır. Ekranda göstərilən faciə, yaxud dramatik situasiyaya tamaşa edən insan təxəyyülündə özünü və yaxınını oxşar vəziyyətdə canlandırır və bu zaman emosional təsir prosesi baş verir, situasiyaya uyğun hisslər meydana çıxır. Faciəni törədən səbəbkarın ekranda göstərilməsi toplanan bu hissləri ona qarşı yönəlməsi prosesini həyata keçirmiş olur. Bu zaman mümkün qədər məntiqi düşüncə tərzinin bir kənara qoyularaq, lazımi hissi yaradılmış ab-havaya uyğun şəkildə yönəltmək əsas mərhələdir ki, televiziya özünün təbiətinə və imkanlarına görə bunun öhdəsindən asanlıqla gəlir.

Kütləvi şüurda təxəyyül bilavasitə imitasiya-özünü başqasının yerində görməklə bağlı olduğundan televiziya malik olduğu vizual imkanlarından, mərhəmi ünsiyyətə girmək qabiliyyətindən bəhrələnib, imitasiyanı asanlaşdırır. Televizorun qarşısında əyləşən insanın təxəyyülündə imitasiya yolu ilə yaranan rəy və ya nəticə onun sonrakı hərəkət tərzini müəyyən etdiyindən bu vasitə ilə təsir özünün gerçək nəticəsini verməsi fikrini cəsarətlə söyləmək olar. Yaddaş və diqqət manipuliasiya prosesində ən vacib element olduğundan-yaddaşda həkk olunan informasiyanın təsir gücü və ekranda baş verənlərə diqqəti cəlb etmək əsas məqsədə nail olmağın yoludur, televiziya bu imkanlardan bütün mümkün yollarla istifadə edərək həm özünün birbaşa kommersiya-yayım maraqlarını ödəmiş, həmçinin manipuliasiya işində vasitə kimi çıxış etmiş olur. Audiovizual informasiyanın yaddaşda qalma ehtimalı böyük olduğu qədər, onu təkrar-təkrar göstərmək yolu ilə hər zaman xatırlatmaq imkanı və görüntü, səs fəndləri ilə diqqəti cəlb etmək qabiliyyəti onun birbaşa xidmət etmə məramını dəyişdirərək rəyyaradıcı, təsiredici və manipuliasiya vasitəsi kimi istifadə olunması işinin daha da təkmilləşməsinə gətirib çıxardı. Nəticədə manipuliasiyanın miqyasa gəlməz imkanları yarandı və sərhədləri asanlıqla aşmaq gücünü əldə etdi.  “Şüur manipuliasiyasının texnoloqları diqqəti cəlb etmək, dəyişdirmək, dağıtmaq, onun davamlı və dözümlü olmasına təsir etmək qüdrətində qıcıqlandırıcılara sahibdirlər” (4, səh 53) və imkanlar audiovizual tərzdə təqdim olunduqda daha qüvvətli, təsirli olur. Diqqətin dözümlü və davamlı olması hər bir insanın sosial-ictimai mənşəyi ilə bilavasitə bağlı olduğundan yanaşım tərzinin də bu seqmentlərə hesablanmış şəkildə həyata keçirilməsi mühüm şərtdir. Televiziya bilavasitə informasiya bolluğu, çeşidli yayım vahidləri vasitəsi ilə hər cür qrupu, seqmenti asanlıqla öz əhatəsinə almaq imkanına malik olur. Televiziya proqramlaşdırılmasında yaş, cins və məşğulluq maraqlarının dəqiq təyini yolu ilə ünvanlı auditoriyanın diqqətini cəlb edərək yayımı sistemləşdirməklə özünün başlıca kommersiya marağına qulluq etdiyindən bu manipuliasiya işinə münbit zəmin və seqmentə uyğun hesablanmış fəaliyyətə imkan yaratmış olur. İnsan yaddaşının imkanları və qavrama, saxlama qabiliyyətindən irəli gələrək ortaya çıxan nəticə-neqativ və ya pozitiv rəy yaratmasına baxmayaraq, tez-tez təkrarlanan ifadə və ya informasiya bilavasitə şüura təsir edərək orada özünə məskən tapır. Məhz bu imkandan şou-biznes və televiziya, reklam işində bəhrələnərək istifadə edirlər. Müəyyən bir informasiya və ya mahnının həddindən artıq dövrələnməsi, reklam və anonsların qısa zaman müddətində tez-tez göstərilməsi bilavasitə yuxarıda göstərilən xüsusiyyətlə bağlıdır. Lakin burada emossional təsir amili diqqətdən kənarda qalmamalı, təəssüratın yaddaşa buraxdığı iz unudulmamalıdır. Hisslərə toxunan informasiyanın yaddaşda özünə yer almaq imkanı böyükdür və televiziyanın audio,görüntü silahları emosional təsiri daha da qüvvətləndirə bilirlər. Təkrar-təkrar göstərilən görüntü televizor qarşısında oturan şəxsin “ailə üzvünə” çevrilərək doğmalaşır, yaxud da inandığı obyekt olur. Tanıdığı insanın ona ötürdüyü informasiyanın yaddaşda qalma imkanı böyük olduğu kimi, televizor vasitəsi ilə artıq tanış olan mövzu və ya görüntünün təkrarlanmanın yaddaşda iz buraxmaq gücü danılmazdır.

Manipuliativ təsir mexanizmlərinə nəzər yetirdikdə auditoriyanın daxili dünyasına qoşulma, onunla mərhəmi, bərabər hüquqlu ünsiyyətə girmə, inteqrativ xüsusiyyətin olması əsas şərt kimi özünü büruzə verir. Həmçinin psixiki avtomalizmlər-yəni müəyyən situasiyaya və ya informasiyaya qarşı yaranan davranış, vərdişlər, stereotiplər manipuliasiyanın baş tutma mexanizminin əsasını təşkil edir. E.Dosenko manipuliatorun təsir enerjisinin ünvanlanan hərəkət enerjisinə çevirən başlıca imkan kimi psixiki avtomolizmi qeyd edir.

Manipuliasiya işində sosial stereotiplər sosial-psixoloji prosesi insanın emosional münasibəti kimi qavrama və düşüncə aləti olduğundan manipuliasiya bundan məharətlə bəhrələnib öz təsirini həyata keçirir. Qavrama, şüurda informasiya, ideoloji fikirlərin qısaldılmış tərzdə biçimini ehtiva edən stereotipləri televiziya özü tərəfindən dəyişdirə, yenisini yarada bilir ki, bu da manipulasiya işində münbit qavrama şəraiti yaratmış olur. Çağdaş insanın stereotiplərini televiziyanın doğurduğu fikirlər və rəylər təşkil edir.Televiziya qənaəti çoxsaylı araşdırmalara söykənən gerçəklikdir. Həmçinin bədii stereotiplər estetik cəhətdən cəzbedici təfəkkür basmaqəlibləri kimi manipuliasiya prosesində insanları birləşdirən güclü vasitə olaraq çıxış edir. Bədii stereotiplər metafora “assosativ təfəkkürü işə salaraq intellektual cəhdlərə qənaət etdirir” (4, səh 254).

Televiziya manipuliasiyasının yeni biçim və çeşidləri birbaşa infoteymentin gəlişi, kapital və gerçək şouların geniş yayılması, həmçinin müxtəlif təbliğata yönəli verilişlərin yeniləşən məzmunu ilə bağlı olaraq daha təsirli olduğunu qeyd etməliyik. İnsanın öz maraqlarına xidmət etməsi üçün gərəkli olan üç başlıca cəhət-indiki durum, arzulanan gələcək və bu gündən gələcəyə keçid yoludur ki, bunlar realistcəsinə dəyərləndirildikdə özünün başlıca məqsədinə çatmasına xidmət edə bilər. Lakin düşünmək, bu ətrafda əlavə əziyyət çəkmək əvəzinə insanın assosiasiya və analogiyalara müraciət etməsinə zərurət yarandıqda ona diqtə olunan və ya əyani göstərilən hallara müraciət edir.

Televiziyanın asan pul qazanmaq, gələcək qurmaq xəyalları, həmçinin tamaşaçını əyləndirmək, həyəcanlandırmaq üsulu ilə birbaşa məğzi müxtəlif yollarla pərdələyərək təlqin edən yayım olduqca güclü təsir vasitəsidir və bu manipulasiya mexanizmindən kənarda qala bilməz. Xəbər və ya analitik proqramlarda, siyasi, ictimai tok-şoularda və digər yayımlarda manipuliasiya mexanizmi düşündürmək, rəy yaratmaq, təxəyyüldə mövcud görkləri canlandırmaq vasitəsi seçildiyi halda, əyləncəli və ya oyun marağı üzərində qurulan veriliş, şoularda “balaca adamın” qələbəsi üzərində ictimai dözümlülük təbliğ olunmaqla bərabər, birbaşa ideoloji təsir metodu ustalıqla işlədilir. Praqmatizm, real həyatın şəxsi mənfəəti üzərində qurulması kimi məişətçiliyə yaxınlaşdırmaq yolu ilə siyasi aktivlikdən, dözümsüzlükdən uzaqlaşdırmaq məqsədi daşıyan konkret rəyi yaratmağa yönəlmiş oyunlar və gerçək şoular birbaşa siyasi itaətə, gerçək sosial durumla kifayətlənərək ictimai fəallıqdan imtinaya gətirib çıxardaraq ideoloji təbliğat məğzini daşıyır.

Oyun və yarışmalarda təlqin olunmalı informasiya ustalıqla pərdələndiyindən, eyni zamanda kommersiya maraqlarına xidmət etdiyindən sürətlə yayılmış, xüsusən də siyasi, sosial cəhətdən aktiv əhalisi olan dövlətlərin teleməkanını böyük axınla zəbt etmişdir.

Y.Dosenko “Manipuliasiya psixologiyası. Fenomen, mexanizmlər, müdafiə” kitabında insanın üstünlük verdiyi motivləri idarə etmək üçün mövcud vasitə kimi aktuallaşma, sadə şərtilik, rəmzi vasitəli ifadəni göstərir. Aktuallaşdırma mövcud situasiya ətrafında əlavə informasiya və ikinci dərəcəli məsələlərin şişirdilməsini, auditoriyanı münbit psixoloji qavrama halına gətirməni ehtiva edir ki, bu da televiziyanın audiovizual imkanları ilə birbaşa mümkündür. Sadə şərtilik-“motivin oyandırma gücünü onun əvvəlcə səbəb olmadığı hərəkətə yönəltmə” (4 səh 57) və şərt vasitəsi ilə alınan informasyianın bərpa, təxəyyül, təsəvvür vasitəsi ilə emosional keçməsi televiziyanın insanın motivasiyalı üstünlüklərini idarə etməsindən istifadəsini asanlaşdırır.

A.Mol “Mədəniyyətin sosidinamikası” kitabında kütləvi informasiya vasitələrinin bütün mədəniyyəti nəzarətdə saxladığını, bir ideyanı dəyərləndirib önə çıxardığını, digərini aşağılamaqla qütbləşmə yaratdığını, onun vasitəsi ilə ötürülməyən hər hansısa olay və faktın cəmiyyətin həyatına, inkişafına təsir etmədiyini qeyd edərək çağdaş insanın birbaşa kütləvi kommunikasiya vasitələri  tərəfindən idarə olunmasını təsdiqləyir. N.Leonov “Xaricdəki qurumlarda informativ-analitik iş” kitabında informasiya və analitik işi təhlil edərək insan psixikasının təlqinə meylli olduğunu bilinəndən sonra informasiyanın təbliğat və təşviqat biçimində insanları idarə etmək üçün əsas vasitəyə çevrilməsini, öncə insanları idarə etmə silahı hesab olunan gücü, zoru əvəz etdiyini, hakimiyyətin mühüm aləti olduğunu deyir. Hər bir informasiyanın müəyyən məqsədə, auditoriyaya yönəlməsi inkarı çətin olan gerçəklikdir və bu informasiyanın çatdırılma üsullarının təkmilləşdirilməsi heç də onun başlıca təyinatının dəyişməsi deyil, əksinə daha da qüvvətlənməsidir.

İnformasiya insan psixikasına yönəldiyindən və orada uzunmüddətli iz buraxdığından onun təsiri də uzun ömürlü, nəticəsi də əsaslı olur. İnsan informasiyanı alaraq onu qavrayır, analiz edərək yaddaşına daxil edir. Bu yaddaş onun gələcək addımlarını, həyat tərzini, davranışını təyin edərək, onu informasiya ötürənin ən ali məqsədinə doğru aparır. İnformasiyanı qavramaq, qəbul eləmək mərhələli şəkildə baş verdiyindən onun təsir mərhələlərinə bölünməsi də elmi yanaşmanı daha dəqiq edər.

İnformasiya kommunikasiyasının başlaması üçün gərəkli şərait, baza faktı ilə ünsiyyət birinci; istehsal- informasiya istehsalçısı məzmun kimi çıxış edən məlumatlara bu və ya digər işarə biçimi verərək xəbər yaratması ikinci; ötürülmə, yəni informasiyanın verilməsi üçüncü; istehlak- psixoloji mexanizmlərin işə düşməsi ilə informasiyanı qəbul etmə və dəyərlərdə dəyişikliyin başlaması dördüncü; özünü açıq büruzə verməyən, təsir müddəti  ölçüsüz olan informasiyadan fərdin istifadə etməsi beşinci mərhələdir. Sonuncu mərhələ qeyri-ixtiyari qavranılan informasiyanın toplanaraq mövcud biliklər sisteminə söykənən təssüratın yaranması, gələcək informasiya qavranılmasında zəmin olması prosesi baş verdiyindən, sonrakı mərhələnin effektiv, biçimli, fəndlərlə qurulması vacib hesab olunur.

A.Moul informasiyanı semantik və estetik növlərinə bölərək onların təsir dairələrini, gücünü təyin edir. Semantik informasiya insanları inaclarına və maraqlarına uyğun hərəkət etməklə müəyyən addımlara sövq edir. Estetik informasiya ruhi vəziyyət, reaksiya və emosiya yaradaraq, predmetsiz silah kimi televiziya yayımında çıxış edir. Estetik informasiya insanların ruhi əhvallarına təsir etməklə məntiqi düşüncə tərzi əvəzinə emosional təəssüratın diktəsi ilə hərəkət etməyə, fəaliyyətini yönləndirməyə məcbur edir. İnsan estetik informasiyanın təsirindən elə bir vəziyyətə düşür ki, özünün maraqlarının, inanclarının əleyhinə çıxmaqla yalnız ötürülən məlumatların yönəltdiyi tərzdə düşünərək qərar verməyə başlayır. Estetik informasiya ünvanlananın ruhi durumu, ümumi əhvalı, yaşantıları ilə uzlaşdıqda, onu tamamladıqda təsir gücünün daha qüvvətli olması televiziyanın manipuliativ fəaliyyətində əsas fənd kimi işlədilir.

Televiziyanın tamaşaçıya əhval diktə etmək gücünə malik olması, lazımi ab-havanı yaratmaq yolu ilə ekran qarşısında əyləşəni informasiya qəbul etməyə hazırlayır və manipuliasiya üçün münbit şərait yaradır. Çağdaş həyatda estetik informasiya kütlələrin hərəkətlərini, davranışlarını tənzimləyərək cəmiyyətə ziyan vura biləcək ideoloji təbliğatlara, siyasi inanclara qarşı çıxmağa xidmət etmək yolunu tutaraq dövlətin informasiya təhlükəsizliyi siyasətinin tərkib hissəsinə çevrilib. Həmçinin, hakim dairələrin atacaqları addımlara vətəndaşları hazırlamaq, onların müqavimətini azaltmaqla ilk baxışda daxili inanclarına zidd olan fikirlərin daşıyıcılarına çevirmək istiqamətində estetik informasiyanın gücündən geniş istifadə olunur. ABŞ-ın Şərq siyasəti və televiziyanın başqa sahədə ardıcıl fəaliyyətini misal çəkməklə estetik informasiyanın təsir imkanlarından çağdaş siyasi proseslərdə istifadə olunmasını təsdiqləmək olar. Estetik informasiya texniki effektlər vasitəsi ilə simvolların dərki deyil,  təlqini hesabına təsirli olduğundan siyasi həyatda, seçkiqabağı mübarizədə əlverişli vasitə kimi  istifadə olunmaqla bərabər, uzunmüddətli siyasi proqramların vətəndaşlar arasında yayılaraq, tərəfdaş toplaması işində də geniş istifadəsini tapır.

Kütləvi kommunikasiya sosial hadisə kimi əsas funksiyası  auditoriyaya informasiya vasitəsi ilə təsir etmək olduğundan, bu məqsədlə müəyyən informasiyanın aktuallaşması, gündəmə gəlməsi üçün geniş təbliği aparılır.

V.Koneskaya “Kommunikasiyanın sosiologiyası” əsərində kütləvi kommunikasiya vasitələrinin fəaliyyəti üçün başlıca şərtləri müəyyən etmişdir. Onun yanaşmasında ən başlıca şərt kimi auditoriya göstərilir ki, bunun ən əsas şərt olması danılmazdır. Təkcinsli olmayan, anonim, dağınıq fikirli fərdlərin toplusu kimi auditoriya kommunikasiya vasitələri ilə həm daxildə, həm də geniş sosial mühitlə əlaqəni saxlayır. Ötürülən informasiyanın sosial mahiyyəti şərtlərdən biri kimi çıxış edərək auditoriyanın sosial tələblərinə cavab verir.

Sosial tələbatın ödənilməsi ilə bərabər, yuxarıda deyilən kimi kütləvi kommunikasiya vasitələri özləri də təlabatı yaradaraq onun ödənilməsinə xidmət edirlər. Əsərdə həmçinin önəmli şərtlərdən biri kimi qiymətləndirmə informasiyası qeyd olunur ki, bu da auditoriyanın etimad mənbəyi kimi qiyməti qəbul edərək nəticə çıxarmağı nəzərdə tutur. Şərh və icmal, həmçinin müəyyən bir informasiya ətrafında qiymət vermə ictimai rəyi biçimləndirən başlıca şərt olaraq göstərilir. Bir çox hallarda kütləvi kommunikasiya vasitələrinə olan etimaddan istifadə edərək qiymətləndirməni müəyyən siyasi qrupun maraqları çərçivəsində qurmaqla ondan təsirli təbliğat vasitəsi kimi istifadə edirlər.

Kütləvi kommunikasiyanın vacib şərti kimi texniki vasitələrinin mövcudluğunu qeyd etməklə informasiya ötürülməsi prosesinin davamlı, ardıcıl, geniş (mətbuatda tirajlanma) qurulmasını göstərməliyik. Bu baxımdan televiziyanın texniki təchizatı və müasir olması icrası vacib olan şərt kimi yayımçı şirkətlər qarşısında çıxış edir. Müəyyən yenilikçiliyin, yaradıcı fəndlərin daha təsirli və ifadəli ekran həlli, həmçinin informasiyanın ünvanlı seyrçiyə keyfiyyətli çatdırılması üçün texniki tələblər ödənilməlidir. Yayımın keyfiyyətli, ardıcıl olması etimadın və inamın yaranması ilə bərabər, həm də birbaşa reytinq göstəricilərinə təsir edən amil olduğundan bu məqam bir kənara qoyula bilməz.

Televiziya auditoriya üçün ən asan əldə olunan, vizual münasibətlərə girməyə qadir etibarlı informasiya mənbəyi olaraq daha geniş yayılmış, əhatə dairəsi ilə çağdaş dünyanı bürümüşdür. Geniş yayılması və vizuallıq manipuliasiya üçün münbit imkanlar yaratmaqla bərabər, müxtəlif biçimli yayım vahidləri hesabına auditoriyanın maksimal ehtiyaclarını ödəməklə həm də “xilaskara” çevrildiyindən etibar amili və inamın yaranması öz-özlüyündə təbliğat işində yeni imkanlar açdı. Görüntünün mozaikliyi, dünyanı rabitəsiz, məntiqi əlaqəsi olmayan informasiya şəklində təqdimatı televiziyanı həyatın müxtəlif məsələlərindən, fərqli mövzulardan informasiya yetirmək imkanı onun estetik prinsipini təşkil edir. Bu estetik mahiyyətə malik olması, həmçinin hər bir sahəyə sirayət etmə, çeşidli həyat prosesini, ictimai münasibətləri işıqlandırmaq kimi cəhətlər bu yayım növünün təsir imkanlarını elə yarandığı andan genişləndirdi.

Həmçinin rezonans- seyrçinin şüurunda mozaik informasiyanın məzmun birliyinə səbəb olan birləşdirməni həyata keçirməsi televiziya estetikasının ikinci mühüm prinsipi kimi manipuliasiya işində konseptual yekunun insan şüurunda yaranmasına xidmət etməklə gərəkli vəhdəti qurur. S.Kara-Murzanın televiziya tamaşaçısının həm aparıcının şərhi, həm görüntü, kadrarxası mətn vasitəsi ilə müəyyən informasiyanı çatdırmaqla insan şüurunda informasiya qavranılması prosesində mövcud “filtirləri”-informasiyanı götür-qoy edib qəbul etmək imkanlarını dağıdır fikrinin izahı bilavasitə ikinci estetik prinsipin məntiqi yekunudur.

Televiziyanın informasiya axını heç də həmişə məntiqin prinsiplərinə söykənməyərək estetik xarakter daşıyır və gerçək həyat göstərdiyini iddia etdiyindən burada məntiq axtarışının gərəksiyizliyini müəllif qeyd edir. Buradan belə bəlli olur ki, informasiya bütün gücü və vasitələri ilə insan şüuruna hücuma keçərək öz əsirinə çevirir, estetik təsir ilə ram edir, məntiqsiz düşüncənin meydana çıxmasına gətirib çıxarır. Auditoriya ekrandan danışanın məntiqinə, dəlillərə söykənməsinə əhəmiyyət verməyərək onu qəbul edir və bu şəkildə  daşıyaraq onu ötürür.

Televiziyanın texniki imkanları bütün digər kütləvi kommunikasiya vasitələrindən daha çox gerçəyi göstərdiyi inamını yaradır. Həmçinin gerçək görüntü müəyyən işarə kodlarının ötürülməsinə də şərait yaradır ki, bu kodlar insan şüurunda assosiayalar yaradır. Yalan və gerçəyi eyni şəkildə təqdim etmək qüdrəti televiziyanın manipuliasiya işində əvəzsiz vasitə olduğunu bir daha təsdiqləyən cəhətdir. Televiziya insanın əyləncəyə, konfliktə olan marağından məharətlə istifadə edərək informasiya çatdırılmasında onun vasitə və imkanlarından geniş istifadə etməklə gizli təlqini müxtəlif biçimdə aparır, gərəkli informasiyanın yeridilməsi üçün onun maraqyaradıcı tərəfləri qabardılır. Sensasiya yaratmaq, tərəfləri çözümə cəlb etməklə ziddiyyəti qurmaq, bir insan taleyini mühüm hadisəyə çevirmək meylləri çağdaş dünya teleyaradıcılığında ən vacib tələb kimi ortaya çıxması məhz yuxarıda deyilən səbəbdən irəli gəlir. Televiziyanın əyləncəyə meylliliyi, həmçinin sturktur sadəliyi, konflikt yaradacaq məqamların tapılması auditoriyanı öz tərəfinə çəkə, bu imkanları ilə müəyyən fikri və ya şəxsi önə çıxarmaqla ona tabe etdirə bilər.

Televiziya vasitəsi ilə manipuliasiyadan danışarkən informasiyanın təhrifi ən çox işlədilən fənddir. Təhrif, faktların basmaqəlibləşdirilməsi, xüsusi semiotikanın, bəsitləşmənin stereotipləşməsi ilə yanaşı təsdiqləmə, təkrar, təcililik, sensasiyalılıq, alternativ mənbənin yoxluğu manipulasiyanın əsas fəndləri kimi çıxış edir. S.Kara-Murza faktların basmaqəlibləşməsini (fabrikləşməsini) önə çıxararaq onu açıq yalan adlandırır. A.Mol “Mədəniyyətin sosdinamikası” kitabında təhrifi xırda yayınma halı kimi göstərir və onu “orta alıcının semantik qavraması həddində” təsirli olduğunu qeyd edir.

Manipuliasiya hədəfini öz təsirinə salmaq üçün vacib şərtlərdən biri kimi münbit şərait göstərilməlidir. Münbit şərait hədəfin kənar informasiya axınından təcrid dərəcəsindən asılıdır. Bir tipli informasiya axını hədəfi inandıra, eşitdiklərinin əsirinə çevirə bilər. Lakin bir mənbə  heç də həmişə inandırıcı olmadığından insan alternativ informasiya ötürücülərinin axtarışına çıxır ki, bu da manipuliasiya işini zəiflədə bilər. Problemin totalitar həlli yalançı plüralizm mənzərəsi yaratmaq, bir neçə üzdə müstəqil kimi təqdim olunan mənbədən eyni informasiyanı ötürməkdədir. Çağdaş demokratik cəmiyyətlərdə müstəqil kütləvi informasiya vasitələri və xüsusən televiziyalarda iqtisadi maraqlar naminə özəl qurumlar hakim qüvvənin manipuliasiya siyasətinin əleyhinə getməyərək onu könüllü icra edirlər ki, bu da totalitar həllə nisbətən daha demokratik vasitə hesab edilə bilər.

Müstəqil televiziyalar “lazımsız” informasiyanın üzərindən sükutla keçməklə bərabər, “virtual gerçəkliyin” yaradılması işində mane törətməməklə öz xidmətlərini göstərirlər. Bir çox hallarda bu hərəkəti dövlətçiliyə xidmət kimi təqdim edərək ümummilli maraqlar kontekstinə çatdıraraq dağıdıcılıqdan qaçmaq meyli ilə pərdələyirlər. “Gərəksiz” informasiya sızdıqda belə onun ətrafında əlavə, lazımsız hay-küy yaratmaqla diqqəti ustalıqla əsas məsələdən uzaqlaşdırırlar ki, bunu da H.Şillerin “fərdin məna axtarışının daha da çətinələşməsinə gətirib çıxardığınını” fikri ilə izah etmək olar.

Diktor dilinin müasir cəmiyyətdə sağlam təfəkkürə söykənməyərək yalnız manipuliasiya müəlliflərinin fikirlərini daşıdığını qeyd edən H.Şiller (16, səh 45) bu dildə danışan insanların özləri bilmədən sağlam fikirdən uzaqlaşdıqlarını söyləyir. Manipuliativ semantika söz və anlayışların mənasının dəyişdirilməsi kimi göstərilərək çox adi söz və video cərgənin başqa kontekstdə verilməsi hesabına tamam fərqli məna kəsb etməsini ehtiva edir. Ayrılıqda informasiyanı təhlil etdikdə orada yanlışlığın olmadığı üzə çıxır, lakin bütünlükdə birbaşa ictimai rəyi tamam fərqli istiqamətə yönəldəcək məzmun kəsb etməyə başlaması semantikanın başlıca üstünlüyüdür. Semantikaya xas manipuliativ texnologiyalarda məzmunu kütləyə elə də bəlli olmayan terminlərin dövrələnməsi, ictimai şüurda bərqərar olması hesabına yanlış yönəltməni daha effektiv edir.

Çağdaş televiziyanın yeni stereotiplər yaratması və insanları bəsit şəkildə təqdimata alışdırması dönə-dönə tədqiq olunmuş mövzudur. Bu prinsip manipuliasiya üçün güclü silah olduğu üçün həmişə aktualdır. İnsanın heç bir çətinlik olmadan, mübarizəsiz, daxili müqavimət, tənqidi analiz olmadan standartlaşdırılmış tərzdə informasiyanı qavranılmasının mütləqliyi prinsipi çağdaş jurnalistikada, televiziya işində başlıca şərt kimi qoyulması məhz manipuliasiya yönəli fəaliyyətə hesablanmış addımdır. Bütün növ informasiya mütləq mövcud standartlara uyğunlaşmış şəkildə yayımlanaraq stereotiplərə əməl olunmasına xidmət edir.

Sadə tərzdə ifadə əsas fikiri qısa, təsiredici şəkildə olmasına imkan verir və təsdiqə şərait yaradır. Təsdiq müzakirəni inkar edir, çünki istənilən müzakirə fikrin hökmünü azalda bilər – manipuliativ prosesdə bu sarsıntı yolverilməz olduğundan təsdiqin inkarı mümkün olmayan şəkildə efirdən səslənməsi vacibdir. Kütləvi informasiya vasitələri və bu xüsusda televiziya stereotiplərlə düşüncə mexanizmini yaratmaqla insanların özü düşünməsini meydandan çıxarmış, informasiyanın intellektual səviyyəsini son həddə qədər endirərək kütləşməyə rəvac vermişdir. Lazımi stereotiplərin təlqini üçün ən vacib şərt kimi təkrar amili çıxış edir. Təsdiqin dönə-dönə təkrarı onu təlqinə döndərir və informasiyanı ideyaya çevirir. Təsdiqi təkrar-təkrar eşitdikcə onu daha çox təlqin etmək, kütləni məhz bu cür düşünməyə məcbur etmək televiziyanın artıq çoxdan bəri ustalıqla işlətdiyi vasitə kimi qeyd olunmalıdır. Əks fikri inkar edən təlqin səslənən yeni  informasiyaya qarşı şərti refleks yaradaraq onun fərqinə varmadan gerçək kimi qavramağa məcbur edir.

Yuxarıda dediyimiz kimi informasiyanın bölünməsi və təcililik manipuliativ texnologiya kimi çıxış edir. Bölünmə, problemi fraqmentlərə ayırmaqla ümumi bağlılığı qırmaq, onu dinləyən tamaşaçının küll halında yanaşaraq mahiyyətini dərk etməsinə imkan vermir. Problem var, o işıqlandırılır, amma bütöv və rabitəli şəkildə təqdim olunmamaq hesabına qavranılması mümkünsüzdür. Mozaik mədəniyyətin başlıca prinsipi televiziya və çap mətbuatında effektiv vasitə kimi işlədilir – qəzetlərdə manşet, başlıq, yarımbaşlıq, ayrı-ayrı fikirlərin ayrılması, televiziyalarda anons, bölümlər, reklam fasilələri, informasiyanı bir neçə hissəyə və tərəfə ayıraraq onların inkişaf etdirilməsi ilə özünün mahiyyətinin açılmamış qalması ümumi rabitəni və vəhdəti qıraraq onu hissələrə bölür. H.Şiller “Şüur manipuliatorları” kitabında bu prosesi geniş araşdıraraq işıqlandırılan sosial hadisələrin ümumi əlaqəsinin inkar olunmasının çağdaş televiziya işinin başlıca fəaliyyət istiqaməti kimi göstərir.

Bölünmə həmçinin televiziyanın təcili xəbər çatdırma fəaliyyəti ilə daha da əsaslandırılır. Təcililiyin yaratdığı gərginlik təəssüratı manipuliasiya imkanlarını genişləndirir. Hər saat xəbərin yenilənməsi ümumi sturkturu, bağlılığı qırır və onu qəbul edənin anlamaq, qavramaq imkanını azaldır. Müəyyən bir xəbər analiz olununca onu yenisi əvəz edir və beləliklə yekunda bütün xəbərlər analiz olunmadan qəbul edilir. H.Şiller bu prosesi izah edərək beynin hər saat külli miqdarda informasiyanı qəbul edərək, bəzən vacib, ancaq ümumilikdə lazımsız informasiya məlumatlarının anbarına çevrildiyini söyləyir və tamaşaçının bu prosesdə seçmələyərək analiz edib, müəyyən rəyə gəlməsi mümkünsüz olduğunu fikrini irəli sürür.

Manipuliativ texnologiyada sensasiyalılıq prinsipi başlıca yer tutur. Sensasiya informasiyanı bölməyə, müstəqil, tam biliyin alınmamasına imkan verən güclü vasitədir. Sensasiyanın pərdəsi altında kütlənin bilməli olmadığı başlıca informasiya ustalıqla gizlədilir. Sensasiya, hadisə yerindən birbaşa reportaj, birbaşa efirdə müsahibə informasiyanı yanlış çatdırmağa imkan verən amil kimi çıxış edir. Müxtəlif telejurnalistika ədəbiyyatlarında mənfi hal kimi qeyd olunsa da, manipuliasiyaya yönəli bu əlverişli imkandan istifadə getdikcə genişlənir və yeni biçim alır. Nəzərə alınsa ki, sensasiya reytinq cədvəllərində uğuru təmin edən mühüm cəhətdir, onda bu prosesin iqtisadi maraqlara söykənməsini də təsdiq etmək olar.

Tamaşaçı evindəki televizor vasitəsi ilə gözlənilməz, gerçəkliyə yaxınlaşıb xüsusi şövqlə izləyir. Televiziyanın bu gerçəklik illiüziyası olduqca güclü təsir vasitəsi kimi çıxış edir. Manipuliativ texnologiyada gerçəyi göstərmək pərdəsi cəlbedici olmaqla bərabər, həm də inandırıcı olmalıdır. Manipuliasiya və onun televiziya vasitəsi ilə işlədilən texnologiyalarını araşdıraraq bu qənaətə gəldik ki, bu proses insanları düşünmədən, analiz etmədən çəkindirərək təlqin olunan fikrə yönəldir və bunun icarsı üçün düşünülmüş, xüsusi ardıcıllıqla həyata keçirilən mexanizmlər mövcuddur. Çağdaş cəmiyyətdə qarşısı alınmaz bu proses təhlükəli olsa da, sabitlik, qarşılıqlı dözümlülük hisslərinin aşılanması baxımından faydalıdır. İnsan yaranan gündən mövcud olan manipuliasiya, yeni texniki vasitələr hesabına fərqli çalarlar alaraq kütləviləşib və bu proses ictimai nəzarətdə saxlandıqda təhlükəsiz ola bilər.

Ədəbiyyat siyahısı

1.    Гуревич.П. Психология рекламы. Москва 2005 г

2.    Голядкин Н. Анализ аудитории. Москва 2000

3.    Доценко Е.Л. Психология манипулиации. Феномены, механизмы, защита. Москва,1996 г.

4.    Кара-Мурза С. Манипуляция сознанием. Москва, 2000г

5.    Кэррол В. Новости на ТВ. Москва, 2000

6.    Конецкая В.П. Социология коммуникации. Москва, 1997г.

7.    Матвеева Л. Аникеева Т. Мочалова Ю. Психология телевизионной коммуникации. Москва: 2000

8.    Моль. А Социодинамика культуры. Москва 2006 г

9.    Муратов С. Телевизионное общение в кадре и за кадром. Москва 2003 г.

10.    Муратов С. ТВ-эволюция нетерпимости. Москва: 2001

11.    Муратов С. Телевидение в поисках телевидения. Москва: 2001

12.    Реклама: внушение и манипуляция. Москва 2001 г

13.    Телевизионная журналистика. Москва: 2002 .

14.    Тофлер Э. Шок будущего Москва 2005 г.

15.    Цвик В., Назарова. Я Телевизионные новости России. Москва: 2002

16.    Шиллер Г. Манипуляторы сознанием. Минск, 2005 г

17.    Хейзинга Й. Человек играющий. Москва: 2001

18.    Этика СМИ. Москва: 2003

ANS ölkədə ilk dəfə olaraq rəqəmsal yayıma keçdi
ANS telekanalı 18 yaşı münasibəti ilə tamaşaçıları üçün daha bir hədiyyə hazırlayıb və telekanal bu gündən tamamilə rəqəmsal yayıma keçib.

ANS TV-nin baş direktoru Yaşar Babayevin sözlərinə görə, 2009-cu il texniki yenidənqurma ili elan edilib: “Ölkədə ilk dəfə olaraq ANS rəqəmsal sistemə keçib. Bu sistemə keçid üçün 1 milyon manata yaxın vəsait yatırılıb. Alınan avadanlıqlar İngiltərə, Rusiya, Amerika, İsrail istehsalıdır. Artıq bütün qurğular tam şəkildə rəqəmsal sistemə keçib”. Y.Babayev yeni sistemin ilk göstəricisinin keyfiyyət olduğunu qeyd edib. Rəqəmsal sistem tamaşaçılara video və audio siqnalların daha keyfiyyətlə ötürülməsini təmin edəcək.

ANS-in efirində bu il baş verən daha bir yenilik isə 24 saatlıq qaçan sətirlərdir. Bu sətirlər tamaşaçılara hər an dünyada və ölkədə baş verən proseslər barədə məlumat almaq imkanını verir, daim son məlumatları əldə etməyə şərait yaradır.

Qeyd edək ki, hazırda ANS Azərbaycan ərazisinin 85 faizini əhatə edir.

Ramiz Mehdiyev. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr
XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi strateji seçim və dövlət siyasətinin prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.

Azərbaycanda azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev söz və məlumat azadlığını, KİV-lərin müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə Heydər Əliyev jurnalistikanın inkişafına, KİV-lərin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərmiş, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verirdi. 2001-ci ildə Heydər Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimində o, çıxışı zamanı demişdir: “Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır”. Beləliklə, 1998-ci ildə Azərbaycanda senzuranın ləğvi, sonrakı illərdə KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, onların müstəqilliyinin inkişaf etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər azad, demokratik medianın formalaşması üçün mühüm addımlar oldu.

Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq KİV-lərdən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda həyata keçirilmiş mühüm tədbirlərdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ölkəmizdə söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və onların mövcud problemlərinin aradan qaldırılması üçün silsilə tədbirlər müəyyənləşdirmişdir. Konsepsiyanın tələblərinə uyğun olaraq 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış və KİV layihələrinin maliyyələşdirilməsinə başlanmışdır.

Hal-hazırda Azərbaycan Respublikası KİV-lərin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Bu gün Azərbaycanda 4 minə yaxın KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçmiş və ya uçota götürülmüşdür. Ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir.

Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə televiziya və radio kanallarının inkişaf tarixi göstərir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışlar. Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya və radio üçün daim prioritet istiqamətlər olmuşlar.

Müstəqillik dövründə Azərbaycanda teleradio yayımı böyük inkişaf yolu keçmiş, nəzərəçarpacaq uğurlar əldə etmişdir. Cəmiyyətdə liberal dəyərlərin, demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin fikir plüralizmi, söz və məlumat azadlığının güclənməsi media qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini şərtləndirən mühüm amillər olmuşlar. Ölkəmizdə teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir. 2002-ci ildə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2003-cü ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurası yaradılmışdır. 2004-cü ildə “İctimai Televiziya və radio yayımı haqqında” Qanun qəbul edilmiş və bir il sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə başlamışdır. Özəl televiziya kanalları ölkənin teleradio məkanını daha da zənginləşdirmiş, müasir informasiya-kommunikasiya texnologiyalarının, son texniki nailiyyətlərin tətbiqi proqram siyasətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə, keyfiyyətli verilişlər hazırlanmasına kömək göstərmişdir. Televiziya kanallarının texniki imkanları hədsiz dərəcədə genişlənmiş, qarşılıqlı əlaqə və kommunikasiyanın yeni formaları yaranmış, onların operativliyi yüksəlmiş, təsir dairəsi genişlənmişdir. Artıq ümumrespublika kanalları peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlanmağa başlamışlar.

Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Teleradio ana dilinin inkişafına, milli adət-ənənələrin qorunub saxlanmasına, cəmiyyətin maddi və mənəvi dəyərlər sisteminin, ictimai şüurun və beynəlxalq aləmdə ölkə haqqında təsəvvürün formalaşmasına böyük təsir göstərir.

Bununla yanaşı, etiraf etməliyik ki, KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir. Məhz bu səbəbdən istər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmişdir. Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.

Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində teleradio yayımının əsas prinsipləri sırasında digər vacib məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsipləri öz əksini tapmışdır. Qanunun 5-ci fəsli (Teleradio yayımının təşkili) ölkə ərazisində teleradio yayımının həyata keçirilməsi şərtlərini, proqrama verilən tələbləri, uşaqların və yetkinlik yaşına çatmayanların qorunması, reklam və digər məsələləri tənzimləyir. 32-ci maddədə proqram üçün qoyulmuş tələblər sırasında maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısının alınması, habelə milli-mənəvi dəyərlərin qorunması, sosial yayımların təşkil edilməsi vacib şərtlər kimi göstərilmişdir. Qanunun 6-cı fəslində (Yayımçıların hüquq və vəzifələri) yayımçının hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

Həmçinin Milli Televiziya və Radio Şurası (MTRŞ) qanunlara və Əsasnaməsinə müvafiq olaraq televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirmək və bu fəaliyyətin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir. Xüsusi qeyd edilməlidir ki, bu günə kimi MTRŞ televiziya və radio kanallarının monitorinqi, qanunun tələblərinin pozulması hallarının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müvafiq tədbirlər həyata keçirmiş, habelə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericilik təşəbbüsləri ilə çıxış etmişdir. Lakin MTRŞ teleradio qurumlarının yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə malik deyil və deməli, bu sahələrdə müşahidə olunan çatışmazlıqlara görə məsuliyyət teleradio qurumlarının rəhbərlərinin üzərinə düşür.

Bu gün Azərbaycanın efir məkanında televiziya kanalları milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramları nümayiş etdirmək iqtidarındadırlar. Məsələn, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən muğam müsabiqələri zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə mühüm töhfə olmuşdur. Azərbaycan muğam sənəti ölkə hüdudlarından kənara çıxaraq bir çox Şərq ölkələrinin auditoriyasının rəğbətini qazandı. AzTV kanalında “Günün nəbzi”, “Azərbaycan – yurdum mənim”, “Ailə həkimi”, “Məclisi-üns”, İctimai televiziyada “Çarpaz baxış”, “Gerçəyin özü”, “Ortaq məxrəc”, “İşgüzar zaman”, “Körpü”, “Din və cəmiyyət”, “Ovqat” və digər verilişlər geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanır. Digər televiziya kanallarında da yüksək keyfiyyətinə, ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər hazırlanır. Göründüyü kimi, televiziya kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə veriliş hazırlamaq potensialına malikdirlər. Lakin bu nümunələr heç də teleradio qurumlarının təqdim etdikləri bütün verilişlərə şamil edilə bilməz. Beləliklə, televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlar hansılardır və onların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Hal-hazırda bu məsələ cəmiyyətimizdə müzakirə mövzusudur, həm mətbuat, həm də ayrı-ayrı ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı müəyyən fikir səsləndirmişlər. Lakin, görünür, məsələnin daha geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasına, nəinki nöqsanların müəyyənləşdirilməsi, həmçinin onların aradan qaldırılması, yeniliklərin tətbiqi barədə konkret təkliflərin irəli sürülməsinə ehtiyac yaranmışdır.

İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?

Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.

Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni (“Xeyir ola”, “Çal-çağır şou”, “Yağ kimi”, “10-lar”, “Perfomans”, “106 house”, “Tam sərbəst-solo”, “ATV maqazin”, “Kim kimdir”, “Yeni ulduz” verilişləri), “Lider” telekanalı 16,4%-ni (“Maşın şou”, “Qızıl pillə”, “Kim, harada, necə”, “Cavaba sual var”, “Solo”, “Dostum”, “Ən” verilişləri), “Xəzər” telekanalı 12%-ni (“Nar star”, “Ulduzlu xəzər”, “Mix şou”, “Ay Zaur” verilişləri), “ANS” telekanalı 11,3%-ni (“Günəbaxan”, “Çərşənbə axşamları Tural ilə”, “El bilir ki”, “Toylar kraliçası” verilişləri), “Space” telekanalı isə 8%-ni (“Bazar”, “Bazar+”, “Komedi-şou”, “Azəri star” verilişləri) şou-biznes verilişlərinə həsr edir. Göründüyü kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha çoxdur.

Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.

Göründüyü kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişləri, məsələn, “Azəristar” müsabiqəsini “Yeni ulduz”, “Xalq ulduzu”, “Nar star”, “De gəlsin”, “Sözüm var” və digər variantlarda təkrarlamaqla televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər. Düzgün olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin gənclərin musiqi potensialının müəyyənləşdirilməsi məqsədindən daha çox, təşkilatçıların və televiziya kanallarının biznes maraqlarına xidmət etdiyi qənaəti formalaşmışdır.

Qeyd edilməlidir ki, yaradıcılıq potensialının aşağı olması, yeni ideyaların və onların həyata keçirilməsi imkanlarının məhdudluğu kifayət qədər maraqlı olmayan verilişlərin, filmlərin növbəti gün təkrarlanması yolu ilə efir vaxtının doldurulmasına gətirib çıxarır. Heç də gizli deyil ki, belə hallar özəl yayımçının keyfiyyətli efir siyasəti həyata keçirməsinə, reytinqini və populyarlığını artırmasına mənfi təsir göstərir.

Maraqlı məsələlərdən biri də televiziyaların, daha doğrusu, konkret verilişlərin reytinqinin müəyyənləşdirilməsi metodologiyası ilə bağlıdır. Məlum olduğu kimi, əksər ölkələrdə sosioloji təhqiqat şirkətləri xüsusi avadanlıqlar vasitəsilə televiziya verilişlərinin reytinqini ölçürlər. Əldə olunmuş nəticələr verilişin nüfuzunu, əhatə dairəsini və deməli, rentabelliyini, teleradio qurumunun reytinqinin yüksəlməsinə təsirini müəyyənləşdirmək üçün əsas vasitədir. Azərbaycanda bu məqsədlə teleyayımçılara xidmət göstərən bir neçə özəl qurum (“AGB”, “Siar” və s.) mövcuddur. Həmin qurumların metodologiyasına, nəticələrinin obyektiv və əsaslı olmasına inam yoxdur. Hər halda, efir məkanında keyfiyyətsiz və zərərli şou-biznes verilişlərinin çəkisinin artmasını bu etimadsızlığa səbəb kimi göstərmək olar.

Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında “meyxana” və “ulduz” yarışmalarına meyllənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır.

Belə problemlərin mənfi təsirinin azaldılması məqsədilə beynəlxalq praktikada ictimai və dövlət yayımçılarının xidmətlərindən istifadə olunur. Bu mənada Azərbaycanın dövlət büdcəsindən maliyyələşən kanallar öz fəaliyyətini reklam cəlbetmə istiqamətində yox, əhalini düşündürən, cəmiyyət üçün aktual olan mövzuların işıqlandırılmasına, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalqımızın adət-ənənələri, mənəvi dəyərlərimizin təbliğinə yönəltməlidirlər. Təəssüf ki, nəinki özəl kanallar, hətta dövlət büdcəsindən maliyyələşən televiziya kanalları bu sahədə potensiallarına uyğun fəaliyyət göstərmirlər. Təqdim olunan verilişlərin əksəriyyətində maarifləndirmə, jurnalist araşdırmaları, hazırlanan verilişlərin hamısı müasir tələblərə cavab vermir.

Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətlə yanaşma tələb edir. Məsələn, AzTV “Əsgər anı”, İTV “Salam əsgər”, ANS “Marş”, “Lider” “Lider əsgər” kimi verilişlərlə milli vətənpərvərlik mövzusunu yalnız ordu haqqında verilişlərlə məhdudlaşdırırlar. Halbuki, vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, Vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər.

Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruridir. Bu sahədə digər ölkələrin aparıcı kanallarının təcrübəsindən bəhrələnmək olar. Məsələn, Rusiyanın birinci kanalının “Umniki i umnitsı”, STS kanalının “Samıy umnıy” verilişləri kifayət qədər populyar və geniş tamaşaçı auditoriyası qazanmış proqramlardır. Həmçinin, uşaqların milli ruhda tərbiyəsində maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə malikdir. Təəssüf ki, son illər yerli cizgi filmləri istehsal olunmadığı üçün, televiziya kanalları uşaqların milli ruhda böyüməsinə heç də müsbət təsir göstərməyən xarici filmlər nümayiş etdirirlər.

İctimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsi müasir tamaşaçının tələblərinə cavab vermir. Bəzi televiziya kanallarında analitik verilişlər, cəmiyyət üçün maraq kəsb edən məsələlərin ekspertlər səviyyəsində müzakirəsi müşahidə olunmur.

Televiziya kanallarında aparıcı problemi kəskindir. Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən də əyləncə xarakterli verilişlərin aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti, peşəkarlığı aşağı olan şəxslərdir. Bir sıra “aparıcıların” telejurnalistika sahəsində təcrübəsizliyi, qeyri-peşəkarlığı haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir.

Xarici ölkələrin istehsal etdiyi filmlərin dublyajında problemlər qalmaqdadır. Məlum olduğu kimi, dublyajın keyfiyyəti peşəkar aktyorların, yaxşı nitq qabiliyyəti olan şəxslərin cəlb edilməsindən birbaşa asılıdır. Azərbaycanda hər televiziya kanalının öz dublyaj studiyası fəaliyyət göstərir. İstisna deyil ki, bu və ya digər səbəblərdən dublyaja peşəkarların cəlb edilməsi problemə çevrilir. Buna görə də, bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac yaranmışdır.

Cəmiyyətin məlumatlandırılması, xəbər proqramlarının keyfiyyəti artırılmalıdır. Televiziya kanalları dünyanın ayrı-ayrı nöqtələrində baş vermiş hadisələr barədə əsasən xarici televiziya kanallarının və informasiya agentliklərinin xəbərlərini yayırlar. Bəzi televiziya kanallarının nəinki müxtəlif ölkələrdə, hətta Azərbaycanın bölgələrində belə müxbir məntəqələri yoxdur. Üstəlik, müasir texnikanın potensialından təyinatı üzrə istifadə məsələlərində də nöqsanlar müşahidə olunur. Məsələn, Səyyar Televiziya Stansiyaları təkcə konsertlərin canlı nümayiş etdirilməsi üçün istifadə edilməli deyil. Bu texnikadan xəbərlərin hazırlanması, hadisə yerlərindən birbaşa xəbər verilməsi üçün daha çox istifadə oluna bilər.

Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması ciddi problem kimi qalmaqdadır.

Digər bir problem telekanallarda qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir.

Müasir dövrdə internetin sürətli inkişafı müəyyən sahələr üzrə ixtisaslaşmış bir çox televiziya kanallarını balanslaşma istiqamətində səy göstərməyə məcbur edir. Məsələn, Fransanın BFMTV, ABŞ-ın Bloomberg, CNBC kimi biznes və maliyyə kanalları ənənəvi statuslarından imtina etməyə, siyasət və digər sahələr üzrə proqramlar hazırlamağa məcbur olurlar. Təəssüf ki, Azərbaycan telekanalları müasir tendensiyaları nəzərə almaqda, fəaliyyətlərini günümüzün tələbləri səviyyəsində qurmaqda passivlik nümayiş etdirirlər.

Televiziya kanallarında müşahidə olunan neqativ hallar özünəməxsus formada radio kanallarında da təkrarlanır. Radio aparıcıları münasib hesab etdikləri, lakin cəmiyyət üçün əhəmiyyət kəsb etməyən, bir sıra hallarda isə etik normalardan kənar mövzularla bağlı saatlarla müzakirələr təşkil edirlər.

Beləliklə, bu gün televiziya və radio kanallarının hazırladıqları verilişlər Azərbaycan tamaşaçısını qane etmir, onun istək və arzuları ilə uyğunlaşmır. Nəticə etibarilə tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə daha keyfiyyətli proqram siyasəti həyata keçirən, maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarına baxmağa üstünlük verir.

Televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər. İlk növbədə televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, onların siması müəyyənləşməli, bir-birini təkrarlamaq meyillərindən imtina olunmalıdır. Məsələn, xəbərlərin, süjetlərin təqdimatında dünyada mövcud standartlar (BBC və CNN standartları əsas kimi götürülə bilər) öyrənilməli, proqressiv yeniliklər tətbiq olunmalıdır.

İdarəetmə, menecment, marketinq fəaliyyətinin təkmilləşdirilməsi, dünyada mövcud təcrübənin öyrənilməsi və yeniliklərin tətbiqi məsələləri diqqət mərkəzində olmalıdır.

İxtisaslı kadr seçimi, yaradıcılığın səviyyəsinin yüksəldilməsi, xarici dilləri bilən professional jurnalistlərin hazırlanması, kadrların peşəkarlığının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycanda televiziya məktəbinin inkişaf etdirilməsinə, müasir tendensiyaların öyrənilməsi və yeniliklərin tətbiqinə ehtiyac yaranmışdır. Ali məktəblərin jurnalistika fakültələri jurnalistika sahəsində təhsil verir, nəzəri cəhətdən jurnalistikanın əsaslarını öyrədir. Lakin praktikada, jurnalist konkret iş yerinə gələndə onu təzədən öyrətmək zərurəti yaranır. Bir sıra ölkələrdə Televiziya Akademiyası fəaliyyət göstərir və televiziya sahəsində olan problemlərin araşdırılması, telejurnalistlərin hazırlanması ilə məşğul olur. Hesab etmək olar ki, indiki mərhələdə telekanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin vaxtı çatıbdır.

Dünyanın aparıcı televiziya kanallarının təcrübəsi göstərir ki, təqdim olunan proqramların böyük əksəriyyəti müxtəlif şirkətlər (prodakşnlar) tərəfindən hazırlanır. Həmin şirkətlər həm televiziya kanallarının sifarişlərini yerinə yetirir, həm də hazır məhsulları onlara satır. Azərbaycan televiziya kanallarının nümayiş etdirdiyi əksər verilişlər teleradio qurumlarının özləri tərəfindən hazırlanır. Hər halda, Azərbaycanın teleradio məkanında prodakşnların fəaliyyəti hiss olunmayacaq dərəcədə aşağıdır. Azərbaycanda bu sahənin güclənməsi, telekanalların sifarişlərini yerinə yetirə biləcək şirkətlərin inkişaf etdirilməsi və ya yaradılması, onların səmərəli fəaliyyət mexanizminin formalaşdırılması vacibdir.

Teleradio yayımının inkişaf etdirilməsi, onların dünyada mövcud yeniliklərə meyilləndirilməsi üçün televiziya kanalları arasında sağlam rəqabət mühitinin gücləndirilməsi vacib amillərdəndir.

Verilişlərin təqdimatında müasir standartlardan istifadə edilməsi aşağı səviyyədədir. Məsələn, dünyanın aparıcı televiziya kanalları “No comment” (“Şərhsiz” – video süjetlərin şərhsiz təqdim olunması) kimi yenilikdən geniş istifadə etdiyi halda, Azərbaycanda heç bir televiziya kanalı bu praktikadan yararlanmır.

Maarifləndirmə xarakterli proqramlarda biznes maraqları üstünlük təşkil etməməli, daha çox maraqlı verilişlərlə tamaşaçı auditoriyasının rəğbətinin qazanılması qarşıya məqsəd qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi bacarmalıdır.

İnternetin sürətlə inkişaf etdiyi bir dövrdə onun imkanlarından maksimum istifadə edilməsi zəruridir. Məlumatların operativ ötürülməsində internetin imkanları genişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən region dövlətlərində müasir 3G texnologiyasından (üçüncü nəsil mobil rabitə – mobil telefon vasitəsilə video əlaqənin yaradılması və sürətli internet) istifadə olunur. Bu texnologiyanın yaxın zamanlarda Azərbaycanda tətbiq olunması istiqamətində səylər artırılmalıdır.

Milli Televiziya və Radio Şurası, televiziya kanallarının rəhbərləri, mütəxəssislər, ekspertlər cəmiyyətin tələblərini, ictimai marağı, tamaşaçıların istək və arzularını öyrənməli, efir məkanının tarazlaşdırılması, mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirməlidirlər.

Televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir.

Xüsusi qeyd edilməlidir ki, bir çox ölkələrin, məsələn, Estoniyanın müvafiq qanunvericiliyində qanunların pozulmasına görə cərimə, fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Həmin cərimələrin məbləği çox yüksəkdir və artan xətt üzrə tətbiq olunur. Düzdür, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də qanunun pozulmasına görə cərimələr müəyyən edilmişdir. Lakin həmin cərimələrin məbləği çox aşağıdır və qanunla müəyyən edilmiş bəzi hallara (milli-mənəvi dəyərlərin qorunması) görə konkret məbləğ nəzərdə tutulmur. Görünür, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı proqramlara verilən tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh tədbirlərinin daxil edilməsi məsələsinin baxılmasına ehtiyac var.

Milli Televiziya və Radio Şurası qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirməli, televiziya verilişləri arasında balansın qorunması, etik normalara riayət olunması və digər məsələlərlə bağlı zəruri tədbirləri daha ciddi səylə davam etdirməlidir.

Bu gün Azərbaycan tamaşaçısı radio və televiziyalarından ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlər gözləyir. Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır. Ümid etmək olar ki, teleradio qurumları fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun quraraq cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq, tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəyəcək, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacaqlar.

“Azərbaycan”, 02 oktyabr, 2009

“Məhz reytinq üçün bəzi mövzuları müzakirəyə qoymuruq”
Azad Azərbaycan Teleradio yayım şirkətinin bədii rəhbəri və Baş prodüseri Elçin Əlibəyli ilə müsahibə

- Elçin müəllim, nə aparırsız?

- Mən aparıcı deyiləm. Mən özümü moderator hesab edirəm. Moderatorun isə funksiyası tamam başqadır. Aparıcı kimi efirə çıxdığım və müəllifi olduğum layihələrdə moderatorluq etmək qarşıya qoyulan mövzunun həllində problemi dərindən bilmək məsuliyyəti daşıyıram.

Problemi mövzu kimi gündəmə gətirib, onu sosial sifarişin təlabatına çevirmək proqrama ictimai diqqəti artırır. Tok-şou formatında təqdim edilən verilişlərdə qarşıya qoyulan mövzunun sosial əhəmiyyətini nəzərə alıb, onun istər estetik həllini, istərsə də dramaturgiyasını, moderator kimi xarakter keyfiyyətinə fikir verməklə yanaşı, əyləncə məqamlarını da unutmuram.

Bəzi hallarda moderator (aparıcı) seyrçini qaba intellektallığı ilə bezdirir.

Cəmiyyətin mənəvi tərbiyəsi yönündən götürəndə televiziyanın birbaşa təsiri ilə yanaşı dolayısı ilə, yəni altşüura təsir etmək imkanları genişdir. Xüsusən də bədii-sənət verilişləri hesabına. Lakin mədəni-mariflənmə işində Azərbaycan televiziyalarında mövcud olan problemlər bu sahənin kifayət qədər kamil olmamasını göstərir ki, bu da yolverilməzdir. Bundan xilas olmaq lazımdır.

Savadlı, hazırlıqlı cəmiyyət görmək arzusundayıqsa, maarifçilik işiylə  şüurlarda dəyişikliklər etmək üçün zəmin yaratmalıyıq. Cəmiyyətin dinamik və sıçrayışlı inkişaf dönəmində mədəni-maarif müəssisələrinə maraq öldüyü və əhalinin daha çox templi və interaktiv vasitələrə (TV, radio, internet) meylindən məharətlə istiafadə edərək dövlətçilik, vətənçilik prinsiplərini təbliğ edib, ona tükənməz sevgi, qürur duyğularını aşılanmalıdır.

- Sizin aparıcılıq etdiyiniz veriliş cəmiyyətin təlabatını ödəyə bilir?

- Məqsəd o deyil. Heç bir veriliş cəmiyyətin təlabatını ödəyə bilməz. Heç bir veriliş problem həll etmir, nə də o problemi tam işıqlandıra biləcək resurslara malik deyil. Hər bir verilişin öz vəzifəsi var. Mən özüm hər gün hiss edirəm ki, 50 dəqiqəlik efir azdır. Bəzən bizim elə efirlərimiz olub ki, 70-80 dəqiqə çəkib. Çünki mövzü çözümü bitməlidir. Mən bir sıra mövzuları “El içində” müzakirə etmək arzusundayam. Lakin bir məsələ məni çox narahat edir.

Azərbaycan tamaşaçısı hələ tok-şou formatlı verlişlərə hazır deyil. Bir neçə vaxt əvvəl bizim bir mövzumuz var idi, “28 aprel işğalı”. Bununla bağlı çox maraqlı müzakirəmiz oldu. Kommunistlər tərəfindən və onların əleyhinə. Çox qaynar müzakirə getdi. Lakin, bu verilişə baxılmadı. Azərbaycan televiziya tamaşaçısının bu tipli verilişlərə qarşı diqqətsiz olduğu müşahidə edildi. Axı veriliş reytinq verməyəndə gərək bağlana. Məhz elə reytinq üçün biz bəzi mövzuları müzakirəyə qoymuruq.

- Azərbaycan teleməkanında Sizi qane etməyən məsələlər? Nəyi dəyişmək istərdiniz?

- Televiziyanı ittiham edənlərlə bağlı bizim bir debatımız olub. Hətta Milli Məclisdə “Televiziya Haqqında Qanun”da dəyişikliklərlə bağlı müzakirə oldu, ekspert kimi, mən də dəvət edildim. Mən orada da, həmişə də öz sözümü demişəm. Televiziyanı ittiham edənlər və ondan yüksək meyarlara cavab verən layihə tələb edirlərsə, bundan əvvəl televiziya mütəxəssisləri yetişdirən akademiyanı tələb etməyi unudulur.

Televiziya XXI əsrin ən böyük mənəvi-psixoloji silahıdır. Bu Kütləvi İnformasiya Vasitəsidir. Televiziya mədəniyyət hadisəsidir, insanların mənəvi-tərbiyəçisidir. Bu həm də televiziyanın pedaqoji funksiyası kimi tədris, mədəni fəaliyyət sahəsidir. Bunları heç kim dana bilməz. Bütün bunlar çox ciddi və hər bir ölkə üçün, sosial təhlükəsizlik üçün zəruri olan məsələlərdir. Mən çox sevindim ki, Azərbaycanda son illər Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası açıldı. Lakin, Televiziya Akademiyasının açılmamamasını mən anlaya bilmirəm. Sözsüz ki, bu təşəbbüslə kimsə çıxış etməlidir. Lakin, təəsssüf ki, bu fikirlə heç kim çıxış etmir.

Mən hesab edirəm ki, burada televiziya ictimaiyyəti bərabər çıxış etməlidir. Mən özüm Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvüyəm. Bizim oranın üzvləri ilə ildə bir dəfə müzakirəmiz olur. Bu toplantılara müxtəlif ölkələrdən nümayəndələr gəlir. Hətta elə ölkə var ki, ərazisinə görə Azərbaycandan balacadır. Lakin onların bu sahədə bir neçə peşə müəssisləri və texniki peşə məktəbi var. Azərbaycanda isə bunların heç biri yoxdur. Biz də televiziyadan keyfiyyət gözləyirik.

Ümumiyyətlə, bu düzgün yanaşma deyil. Birinci növbədə televiziya kadrı hazırlanan tədris müəsisəsi yaradılmalıdır. Mən çox böyük ümid edirəm ki, bu yaxınlarda bu məsələ dövlət səviyyəsində həll olunacaq. Bu isə zaman tələb edir. Açığı, mən Azərbaycan televiziya sənayesində yaxın 10 ildə heç bir dirçəliş və yüksək nəaliyyət gözləmirəm. Çünki mütəxəssislər yetişməlir, yeni dünyagörüş gəlməlidir. Hətta biz jurnalistləri xaricə göndərməliyik. Televiziya tamam başaqa bir sahədir. Bizim bu gün elədiyimiz təbii ki, səviyyəcə aşağı olacaq. Çünki axı hər bir sahədə keyfiyyətli mütəxəssis lazımdır.

Bu mütəxəssislər Azərbaycanda barmaqla sayıla biləcək qədər azdır.

- Azərbaycan teleməkanında kadr çatışmazlığı hiss olunur. Sizcə, bu problemin kökü ondan qaynaqlanır ki, Azərbaycanda Jurnalist Akademiyası yoxdur?

- Qeyd etdiyim kimi, bizdə bu sahədə kadr yetişdirən müəssisə yoxdur. Heç bir universitet yetişdirmir. Bu ayrıca ixtisasdır. Xəbər spikeri, şoumen, moderator, DJ- hər biri ayrı ixtisaslardır. Gəlin görək Azərbaycanda harada DJ yetişdirmək olar? Harada moderator yetişdirmək olar? Yaxşı jurnalist moderatora çevrilə bilər, amma bunlar ayrıca ixtisaslardır.

İxtisaslaşmış kadrdan söhbət gedirsə, bunun üzərində düşünməyə dəyər.

- Bəs televiziyanın bundan sonrakı problemləri nədir?

- Birinci problemi budur. Düşünürəm ki, bu problem həll olunarsa, qalan hər şey düzələcək. Azərbayacan iqtisadiyyatı çox güclüdür. Bu gün Azərbaycanda reklam biznesi, televiziyanın ikişafı üçün tam əsas verir. Ölkədə mövcud olan sosial-iqtisadi resurslar televiziyanın davamlı və qabaqcıl standartlar səviyyəsində inkişafına zəmin yaratmasından mexanizm kimi istifadə edilməlidir. Belə olan halda televiziya kadrının yox səviyyəsində olması, televiziyaların cəmiyyət arasında üzərinə düşən məsuliyyətini zəiflədir. Bu baxımdan ortaya sadə bir məntiq çıxır ki, problem televiziyanın kadr ehtiyyatındadır.

- Zaman-zaman müəllifi olduğunuz verilişlər müzakirə obyektinə çevrilir. Bu Sizi məyus etmir?

- Kütlə hər zaman öz qəhrəmanını meydanda görməlidir. Fərqi yoxdur, dar ağacında, yoxsa tribunada. Hamı mütləq onun haqqında danışmalıdır. Əgər danışılmırsa, demək maraqlı deyil. Mütləq müzakirə olunmalıdır. Mən buna çox normal baxıram. Demirəm tənqiddən xoşum gəlir. Mənim tənqidə münasibətim birmənalıdır. Amma çalışıram çox normal yanaşım. Elə olub ki, mən çox ciddi rəylər eşitmişəm. Azərbaycanın istər sadə, istərsə də ziyalı insanları çox fərqli fikirlər söyləyirlər. Təbii ki, olan qüsurlar və çatışmazlıqlar dərhal aradan qaldırılmalıdır. Biz bu sahədə də iş görürük.

Bir gerçəklik də var ki, Azərbaycanda həqiqəti görmək istəməyən insanlar da var. Mirzə Ələkbər Sabirin təbirincə desək – “Niyə bəs böyle bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?!” Özünü əyri görənlər dərhal qıcıqlanırlar. Guya biz bu verilişdə insanları dalaşdırırıq. Xeyir, insanlar azad fikrini söyləyirlər.

Demokratik cəmiyyətdə yaşayırıqsa, polemika, fikir mübadiləsi təbii hesab edilməlidir. Çünki azad cəmiyyət bunu tələb edir. Biz azad cəmiyyət istəyirik. Bu gözəl nümunədir, öz haqqını tələb edən qışqıra bilər. Burada nə var ki?

Avropa məktəblərində heç bir müəllim tələb etmir ki, şagird düz otursun və danışmasın. Biz isə məktəbdən uşağa deyirik ki, səsin çıxmasın. Uşağın səsi çıxmayanda nəticədə o heç bir şüurun yiyəsi olmur. Mən anlaya bilmirəm, axı niyə hamı televiziyadan gözləyir ki, onlar hamısı şagird kimi növbə ilə danışsın. Apardığım verilişi tənqid edən daha çox onun tamaşaçı auditoriyasıdır. Ya onlara verilişdə toxunan hər hansısa məsələ olub, ya onlar özlərini orada görmək istəyiblər, görməyiblər, ya da onları nəsə qıcıqlandırıb.

- Elçin Əlibəyli tənqid etməyi sevir, yoxsa tənqid edilməyi?

-Tənqid etməyi. Mənim ixtisasım tənqidçidir. Mən televiziya tənqidçisiyəm. Azərbaycanda ilk peşəkar televiziya tənqidçisi, televiziyaşunasam. 2005-ci ildə elmlər namizədi dərəcəsini almışam, hazırda doktorluq disertasiyamın müdafiəsi ərəfəsindəyəm. Namizədlik dissertasiya mövzum – Televiziya Funksiyalarının Təcəssüm Mənzərəsidir. Doktorluq dissertasiyam isə daha ciddi elmi problemə həsr olunub. Bu Televiziya Təhlilinin Metodologiyasıdır.

Tənqidçi olduğum üçün də, istər mətbuatda, istərsə də universitetlər üçün hazırladığım dərsliklərdə müəyyən təhlillər, analizlər tənqidlər edirəm. Bu mənim ixtisasımdır və tənqidin olması təbiidir.

- Aparıcılıq etmək istədiyiniz veriliş var?

- İstərdim. Mənim bir sıra layihələrim var. Arzum var ki, o layihələri həyata keçirib və aparıcısı olum. Bunun üçün zaman lazımdır. Onu da qeyd edim ki, hər bir aparıcının yaş həddi var. Azərbaycanda cavan aparıcılara üstünlük təşkil edir. Lakin dünyada yaşlı aparıcılar. Çünki bu gün elə mövzular var ki, mənim yaşım onlar haqqda danışmağa imkan vermir. Amma mən hesab edirəm ki, 10-15 ildən sonra mən bu mövzularda danışa bilərəm. Bir neçə aparıcı moderatorlar var ki, onları həmişə izləyirəm və onlardan çox xoşum gəlir.

Misal üçün ORT telekanalında Qorden və Poznerin layihələri çox xoşuma gəldi. Daha sonra Poznerin yeni bir layihəsi çıxdı – “YA Pozner” adlı, onu da çox bəyəndim. Onun 72 yaşından sonra o cür veriliş aparması gözəldir və bu onun haqqıdır. Onun yaşı buna artıq imkan verir. Bax bu tipdə verilişlərə aparıcılıq etmək istəyərdim.

- Cəmiyyətdə olan bu günki aparıcı mövqeyinizdən razısız?

- Mən özümü daha çox elmi adam hesab edirəm. Birinci mənim üçün elmdə olan mövqedir. İkinci mən, Azərbaycanda çox məşhur və baxılan bir kanalda mühüm vəzifəni yerinə yetirirəm. Hesab edirəm ki, bu mənə göstərilən çox böyük etimatdır və mən bütün varlığımla bu etimadı doğrultmağa çalışıram. Nə qədər yaxşı alınmasını isə zaman göstərər. Lakin, mən hesab edirəm ki, bu mövqelər kifayət qədər möhkəmdir və mən aparıcı kimi zəif olsamda heçnə itirmərəm, çünki mənim çalışdığım başqa sahələr var.

Bir maraqlı fakt da deyim, mən bunu öz işçilərimizə də deyirəm. Başqa aparıcıların fanatları qızlar olanda, mənim isə tamaşaçılarım 45-50 yaşından yuxarı nəslin nümayəndələridir. Mən görürəm ki, onlar mənə daha çox maraq göstərir, ən çox da ağsaqqalar fikir söyləyir. Bu normal bir hadisədir. Bu verilişin auditariyası seqmenti olmalıdır. Bu ünvanlı auditoriya olmalıdır. Ünvansız olanda tamaşaçı tərəfindən baxılmayacaq.

Müasir dövrdə televiziyanın təkcə kommunikasiya vasitəsi deyil, həmçinin həyatın istiqamətverici qüvvəsi kimi dəyərləndirilməsi yetişən nəslin mənəvi, psixoloci tərbiyəsində özünün başlıca və danılmaz yer tutur.

- Azərbaycanda bəyəndiyiniz aparıcı?

- Murad Dadaşov. Mən onu çox yaxşı şoumen hesab edirəm. Azərbaycanda kifayət qədər yaxşı aparıcılar var. O cümlədən Zauru deyərdim. Bu insan bütün ömrünü televiziyaya həsr edib. O çox istedadlı insandır. O heç zaman öz yolundan dönmür. Hər zaman öz üzərində çalışır. Mən onun zəhmətsevərliyini tükənməz fantaziyasını çox yüksək dəyərləndirirəm.

Bu gün bizim kanalda Azərbaycanın ən yaxşı aparıcıları toplaşıb. Bu “Çal-çağırın” aparıcısı Dilarə xanımdı. Bir neçə verilişin aparıcısı olan Azər Axşamdı. Bunlar bu gün Azərbaycanın ən yaxşı aparıcılarıdır. Bu fakt danılmazdır.

- Aparıcıda əsas görünüşə, yoxsa savada üstünlük verirsiz?

- Baxır hansı verilişdən söhbət gedir. Əgər bu vidjeydisə, təbii, görünüş lazımdır. Tok-şou aparıcısıdırsa, moderator, şoumendisə, burda artıq savad böyük rol oynayır.

-Yaxşı, aparıcıda hansı xususiyyətlər olmalıdır?

- Peşəkarlıq. Peşəkar insanlarda hər şey var. Savad da, dünyagörüşü də, mütaliə gücü də var, təbii ki görünüş də vacibdir. Görünüşdə gözəllik vacib deyil, əsas onun xarizması olmalıdır. O tamaşaçı ilə ünsiyyətə girməyi bacarmalıdır. Ən vacibi isə aparıcıya etimad olmalıdır. O komunikasiya vasitəsi ilə, vizual şəkildə manipulasiya etməyi bacarmalıdır.

- Elçin Əlibəyli Azərbaycan teleməkanında kimdir?

- Elçin Əlibəyli Azərbaycan televiziya məkanında yaxşı prodüseridir. Çünki ATV telekanalının Bədii rəhbəri olaraq birbaşa yeni layihələrin prodüserlik fəaliyyəti ilə məşğulam. Bu mənim əsas vəzifələrimdən biridir.

- Bəzi kanallar yeni kadr işə götürən zaman yalnız onun iş təcrübəsinə nəzər salırlar. Bəs ATV-də yeni kadr işə götürülən zaman hansı prinsiplər nəzərə alınır?

- Adını çəkmək istəmirəm. Hal-hazırda bizim kanalda elə aparıcı var ki, mən onu gedib dərs zamanı auditoriyadan çıxarmışam və gətirib aparıcı etmişəm. O bu gün işinin öhdəsindən gəlir. Bir aparıcı da var ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil ala-ala gəlib aparıcılıq edib. Bu gün də o bizdə aparıcıdır. Bəyəm bunun bir mənası var? Əgər insanın dünyagörüşü varsa, görünüşü maraqlıdırsa, niyə də yox? Mən niyə axı o tələbəni işə gətirməyim?

Qeyd edim ki, həmin o tələbənin adi bir şeiri mənə təsir etdi. Gördüm ki, o şeiri çox gözəl dedi. Əgər o mənə təsir edə bildisə, demək o tamaşaçıya da təsir edə biləcək.

Bu yaxınlarda mətbuatda yazmışdılar ki, Elçin Əlibəyli müsabiqə keçirəndə birinə əsəbi şəkil də deyib ki, “çıx get!”. Bəli, olub, insan gəlib, amma bilmir ki, Azərbaycan ərazisi nə qədərdi. Bu insan bilmir ki, ümumiyyətlə, Azərbaycan harada yerləşir. O bilmir ki, Nizami, Füzuli neçənci əsrdə yaşayıb. Bilirsiz bu insanların cavabı nə olmalıdır?

Bir dəfə deyirsən ki, çıx get, bura sənlik deyil. Getmir. Mən də əsəbiləşirəm ki, sən necə Azərbaycanda yaşayırsan, bilmirsən ki, Azərbaycan harada yerləşir. Bax bu insan necə televiziyaya gəlir? Hansı məsuliyyətlə? Axı bura mədəniyyət ocağıdır.

- Mövzudan bir az uzaqlaşaq. Saatdan tez-tez istifadə edirsiz?

- Xeyir. Mən ümümiiyyətlə, saatdan istifadə etmirəm. Bilirəm ki, saatdan istifadə edən insanlar çox narahat və məsuliyyətli olur. Həddən artıq narahat və məsuliyyətli insanam. Amma buna baxmayaraq, saatla işləmirəm. Heç yuxudan qalxanda oyadıcıdan da istifadə etmirəm. Çünki istədiyim vaxt yatıb, oyana bilirəm. Yəni bu daxili bir tərbiyədir. Saatdan yalnız bir aksesuar kimi istifadə edirəm. Ehtiyacım olmur, çünki mən günün ritmi ilə saatı müəyyən edə bilirəm.

- Müsahibinizin insani keyfiyyətləri Sizin üçün önəmlidir, yoxsa onu jurnalist kimi qarşılayırsız?

- Sadəcə jurnalist kimi qarşılayıram. Çünki bu bizim peşəmizdir. Hərdən mən deyirəm, amma insanlar məni düzgün anlamır. Televiziya işçisinın əslində cinsiyyəti olmur. O nə qadın kimi qadın nə kişi kimi kişi olur. Çünki iş onun bütün “o” keyfiyyətlərini üzə çıxarır. Mənə elə gəlir ki, televiziyada çalışan bütün xanımlar kişiləşir. Onlar döyüş bölgələrində müsahibə alır. Yəni bu insanların artıq həyat tərzləri dəyişir.

Bu çox fədakar və təşəkkürsüz bir sənətdir. Kütləvi İnformasiya Vasitəsində çalışan insanlar heç vaxt təşəkkür görmür. Qəzetdə nisbətən yaxşıdır. Çünki orada yazılanlar arxivdə qalır. Neçə ildən sonra bir tədqiqatçı çıxarır və deyir ki, flankəs flan problemə toxundu. Lakin, televiziyaların arxivi bir neçə ildən sonra kasetlərdən pozulur.

Mən televiziya haqqında elmi iş yazanda, “Dalğa” verilişinin münunələrini tapa bilmədim. Baxmayaraq ki, “Dalğa” verilişi Azərbaycan telejurnalistikasında böyük bir çevriliş idi. Amma mən onu tapa bilmədim. Bu çox təşəkkürsüz bir peşədir. Rusiyada bu problemi həll ediblər. Yaxşı aparıcı və müəlliflərin verilişlərini disk şəklində buraxırlar. Yəqin ki, Azərbaycanda da bunun nə zamansa ənənəsi qoyula bilər.

- Aparıcılara sözünüz…

- Bizim bir məqsədimiz bir olub həmişə, özündən sonrakını yetişdir. Hər kəs özündən sonra bircə nəfəri yetişdirə bilsə, bu çox gözəl olar.

- Vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik.

- Mən də Sizə yaradıcılıq fəaliyyətinizdə uğurlar arzu edirəm. Sağ olun!

SİA

Məqsəd Nur AzTV-nin “Xəbərlər” studiyasının rəhbəri oldu
AzTV-nin “Xəbərlər” informasiya studiyasının direktoru vəzifəsinə yazar-jurnalist Məqsəd Nur təyin edilib.

Bu barədə “Media forum” saytı xəbər verir.

Məlumata görə, “Xəbərlər” proqramı baş redaktor müavini Vəli Əkbər isə studiya direktorunun müavini vəzifəsinə irəli çəkilib. M.Nur və V.Əkbər uzun müddət “Lider TV”də çalışıblar.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Məqsəd Nurla bağlı xəbəri təsdiqləyib: “Vəli Əkbərin studiya direktorunun müavini vəzifəsinə irəli çəkilməsi haqda isə məlumatsızam”.

İyulun 17-də “Xəbərlər” informasiya studiyasının direktoru Faiq Hüsiyev vəzifəsindən azad edilib və cəmiyyətin sədr müavini təyin olunub.

Ofeliya Sənani: “Savadsız aparıcıları görəndə…”
“Bu gün bizim televiziya və radio çox pis gündədir”. Bu sözləri respublikamızın xalq artisti Ofeliya Sənani bildirib. Televiziya və radio aparıcılarının bu günki durumuna münasibət bildirən xalq artisti bildirib ki, dilimizin təmizliyi üçün mübarizə aparmalıyıq.

“Biri çalışır ingilis ləhcəsində, biri çalışır rus ləhcəsində danışsın, kimisi də deyir ki, mən “ruskayazıçnıyam”, onu öldürə bilmərəm” – deyən O.Sənani qeyd edib ki, nitq mədəniyyəti, danışıq mədəniyyəti və dilimizin qorunması üzrə aşağı səviyyədəyik.

“Rimski Korskva-Rimski Korsakov, İvanova-İvaanov deyəndə az qalıram televiziyanın şüşəsini sındıram, ya da özümə gəlmək üçün eyvana çıxıram”-deyən 48 illik efir təcrübəsi olan aparıcı son zamanlar efirdə və radio dalğalarında savadsız aparıcıların çoxalmasının günahını naşı rəhbərlərdə gördüyünü vurğulayıb.

“Televiziya və radioda kimi gəldi işə götürürlər”- deyən xalq artisti bildirib ki, aparıcılar müsabiqə yolu ilə mütəxxəsislər tərəfindən seçilməli, onların savadı, dünyagörüşü və diksiyası yoxlanılmalıdır.

“Türkiyədə aparıcılıq, jurnalistlik məktəbi, böyük bir universitet var. Ona görə də onları rahat və sərbəst buraxırlar. Mənim də təklifim budur ki, bizdə də belə institutlar açılsın və orada uşaqlarımız təhsil alsın”-deyə o qeyd edib. // SİA

Bir daha dublyaj barədə
Şəhla Bürcəliyeva, kinoşünas

Müasir Azərbaycan dilinin inkişafı televiziyalarla, xüsusən də bədii filmlərdəki qiraətin üstünlük təşkil etdiyi dublyajlarla daha çox bağlıdır. AzTV-də kino və dublyaj redaksiyasının fəaliyyəti dilimizin inkişafına, təkmilləşdirilməsinə xidmət edir. Dublyaj sənəti artıq yarım əsrdən çoxdur ki, kinonun bir qolu kimi tamaşaçıların mənəvi tələbatlarını ödəyir. 1966-cı ildən Azərbaycan Televiziyasında dublyaj olunan filmlər ilk vaxtlar səviyyə baxımından tamaşaçıları qane etməsə də, doğma dilimizdə səsləndiyinə görə sonralar geniş tamaşaçı auditoriyasının xüsusi rəğbətini qazandı. Ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi tədbirləri haqqında” sərəncamı ölkə teleməkanında filmlərin dublyajını sürətləndirdi.

Bu sərəncam digər televiziyalarda olduğu kimi, Azərbaycan Teleradio Verilişləri QSC-nin kino və dublyaj redaksiyasının fəaliyyətində də böyük dəyişikliklər yaratdı. İstər bədii, istər sənədli, elmi-kütləvi xarici filmlərin dublyajına geniş yer verildi. Xarici filmlərin tamaşaçılara doğma dilimizdə qüsursuz olaraq çatdırılması dublyaj redaksiyalarının əsas vəzifəsinə çevrildi.

Bundan sonra Azərbaycan Milli Teleradio Şurasının ciddi nəzarəti altında bütün televiziyalarda yayımlanan filmlərin milli dilimizdəki versiyaları ekranlarda silsilə xarakteri daşımağa başladı. Bu tendensiya tamaşaçılar tərəfindən hədsiz sevinclə qarşılansa da, bəzi telekanallarda dublyaj olunmuş filmlərin səsləndirmə texnikasının primitivliyi nəinki filmlərə qarşı ikrah hissi oyatdı, hətta bu cür səsləndirilən dublyaj filmləri əsəbləri tarıma çəkirdi.

Kanalların dublyaj siyasəti mənəvi dəyərlərə həddən artıq diqqət verən Azərbaycan tamaşaçısının gözündən yayınmadı. Belə ki, çox vaxt bəsit süjetdə, detektiv janrda çəkilmiş küçə döyüşlərindən bəhs edən filmlərin dublyajı həddən ziyadə səviyyəsiz texniki üsulla dublyaj edilmiş formada tamaşaçıya başdansovdu ötürülürdü. Məsələn, orijinal variantdakı replikaların azlığını qısa kadrda “yola verən” aktyorların səsi növbəti kadrda səslənirdi. Və yaxud da personajın gülüşü, ağlaması və. s. dublyaj edilmədən orijinal təqdimatda göstərilirdi.

Dublyajın mahiyyətini cılızlaşdıran bu kimi amillər də tamaşaçıda ekrana qarşı inamsızlıq yaradır. Bu da tamaşaçını qıcıqlandıran amillərdəndir. Çünki hər bir film səviyyəsindən asılı olmayaraq, öz dövrünü, mikroaləmini əks etdirir. Bizim digər ölkələr və insanlar haqqındakı təsəvvürlərimiz isə məhz bu filmlərdəki obrazların təfsiri, rejissor və dramaturq ideyalarının aktyor ifaçılığındakı təbliği ilə bağlıdır. Vay o günə ki, filmin bütün məziyyətləri, kompozisiyası səviyyəsiz dublyaja qurban gedə.

Xarici filmləri doğma dilimizə tərcümə edərək yenidən ərsəyə gətirən dublyaj sənəti kinonun ayrılmaz bir qoludur. Dublyajda çalışan aktyorların yaradıcılıq emosiyaları isə bu prosesdə ikiqat yüklənir. Səsləndirilən hər bir yad, əcnəbi obrazın xarakterini qavramaq, duyğularını, hisslərini emosional şəkildə tamaşaçıya çatdırmaq xüsusi məharət tələb edir. Keyfiyyətli dublyaj isə həmin telekanalın güclü maddi-texniki bazasından, rejissor peşəkarlığından xəbər verir. Qüsursuz dublyaj aktyor ansamblının düzgün seçimindən də çox asılıdır.

AzTV-nin dublyaj departamentində son iki ildə səsləndirilən xarici filmlərin böyük qismi nəinki tamaşaçıda filmlərə qarşı maraq doğurur, eyni zamanda kinonun əyləncə olmadığını diqqətə çatdırır. AzTV-nın kino və dublyaj redaksiyasında səsləndirilən filmlərin əksəriyyətinin uğuru Ədalət Məmmədov, Şövqü Hüseynov, Eldəniz Rəsulov kimi aktyorların improvizator ifaları ilə daha çox bağlıdır.

Milli teatr və kinomuzda böyük təcrübə keçən bu aktyorlar səsləndirdikləri personajların şəxsi məninin açılmasında öz məharətlərini lazımınca nümayiş etdirirlər. Bu ecazkar səslər bizə tamamilə yad olan insanların mənəvi aləmlərini, xarakterlərini, onların səciyyəvi cəhətlərini çatdırmağa qadirdilər.

Çox vaxt dublyajın əsas mahiyyətini redaktə qanunauyğunsuzluqları ilə ittiham edir, orijinal ifaların dəqiq tərcümələrini tələb edirlər. Əgər texniki qüsurlar nəzərə alınmasa, (kadrlardakı tərcüməsiz məsafələr, orijinal səslər) qohum sözlərin səs artikulyasiyasındakı peşəkar, emosional təqdimatı tamaşaçını narahat etmir. Məsələn, ahəngdar səslə, əsaslı pafosla söylənilən dinamik kadrlardakı getdik sözləri (ardımca, qo-qo ingiliscədə) tərcümədə filmin mahiyyətinə təsir etmir. Yetər ki, dublyaj olunan filmin ikili təsir bağışlayan orijinal səsləri batırılsın. Bu zaman dublyaj ustaları olan aktyorların novator xüsusiyyətləri, rejissor təfsirinin reallığı, peşəkarlığı aydın nəzərə çarpacaq, həmcinin dublyajın güclü bir sənət növü olduğunu sübut edəcəklər.

AzTV-nin dublyaj redaksiyasında səsləndirilən cizgi filmlərində mövcud olan absurd qəhrəmanların peşəkar ifası kiçiklərlə yanaşı, böyükləri də ekran qarşısına toplaya bilir. “Konan”, “Ağbəniz” və s. cizgi filmləri buna bariz misaldır. Ən əsası isə odur ki, doğma dilimizdə eşitdiyimiz bu səslərin sehri bizə nağıllardakı əlçatmaz qəhrəmanlıq taktikalarını, insanları bir-birinə doğmalaşdıran sevgi-məhəbbət, xeyirxahlıq hisslərini absurd formada da olsa yaşamağımıza imkan yaradır.

“Mədəniyyət”

“Televiziya və radio yayımı haqqında” qanun dəyişdi
Aprelin 3-də Milli Məclis “Televiziya və radio yayımı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edib.

Layihəni deputatlara parlamentin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov təqdim edib. 20-yə taxın deputat layihənin müzakirəsi zamanı nitq söyləyib.

Sonda deputatlardan 91 nəfəri layihənin lehinə, 2-si əleyhinə səs verib. 1 deputat bitərəf qalıb.

«Televiziya və radio yayımı haqqında» qanunun dəyişmiş maddələri

(Milli Məclisin aprelin 3-də qəbul etdiyi variant)

Maddə 10.

Özəl yayımçı

10.1. Özəl yayımçı Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və (və ya) nizamnamə kapitalı Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər tərəfindən təsis edilə bilər.

10.2. Özəl yayımçıların dövlət qeydiyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

10.3. Aşağıdakılar özəl teleradio yayımının təsisçisi ola bilməzlər:

10.3.1. ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər;

10.3.2. fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;

10.3.3. siyasi partiyalar;

10.3.4. dini qurumlar;

10.4. Özəl teleradio yayımçısı qanunla qadağan edilməyən bütün mənbələr hesabına maliyyələşdirilə bilər.

10.5. Özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir. Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur.

Maddə 11.

Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri

11.4. Müvafiq dövlət orqanı bu Qanunla müəyyənləşdirilmiş funksiyaları həyata keçirmək məqsədilə:

11.4.1. öz aparatını və struktur bölmələrini yaradır;

11.4.2. teleradio yayımçılarının reyestrini aparır;

11.4.3. teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirir;

11.4.4. bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edir və (və ya) məhkəmə qarşısında iddia qaldırır;

11.4.5. teleradio yayımına xüsusi razılıq (lisenziya) vermək məqsədilə müsabiqə elan edir, müsabiqənin qayda və şərtlərini hazırlayır və müsabiqəni keçirir.

11.4.6. zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün icazə verilir.

Maddə 23.

Xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi

23.1. Teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə bir ayadək müddətə müvvəqəti dayandırıla bilər.

23.2. Xüsusi razılığın (lisenziyanın) qüvvəsinə məhkəmənin qərarı ilə yalnız aşağıdakı hallarda xitam verilə bilər;

23.2.1. xüsusi razılıq (lisenziya) yayımçının bilərəkdən təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında alındıqda;

23.2.2 yayım xüsusi razılıq (lisenziya) alındıqdan sonra altı ay ərzində həyata keçirilmədikdə;

23.2.3. xüsusi razılığın (lisenziyanın) sahibinin mifsizləşməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduqda;

23.2.4. teleradio yayımı texniki cəhətdən mümkün olmadıqda;

23.2.5. dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi, və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda;

23.2.6. yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində azı üç dəfə sanksiyaya məruz qaldıqda;

23.2.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərə tutulmuş digər hallarda.

23.3. Teleradio yayımı zamanı bu qanunun və xüsusi razlığın (lisenziyanın) tələblərini pozulması ilə bağlı məhkəməyə daxil olmuş ərizəyə ən geci 15 gün müddətində baxılıb müvafiq qəbul edilməlidir.

Maddə 35.

Reklamın yayılması

35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz

Maddə 37.

Müxbir məntəqələrinin, filial və nümayəndəliklərin yaradılması

37.1. Yayımçılar Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müxbir məntəqələri, filial və nümayəndəliklər yarada bilərlər.

37.2. Müxbir məntəqələri, filial və nümayəndəliklər teleradio yayımçılarının struktur bölmələridir və onların mənafeyini təmsil edir.

37.3. Yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər.

Maddə 39.

Yayımçıların müəliflik hüququ

39.6. Bu Qanunun Tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində özünün televiziya və radio kanalında yayımlamağa borcludur.

Xəzər TV ilk canlı konsertini gerçəkləşdirdi
Nərimanov parkında 4 saatlıq canlı bayram konserti maraqla qarşılandı

Xəzər TV dünən açıq havada ilk canlı konsertini  gerçəkləşdirdi. Kultaz.com-un verdiyi xəbərə görə, Nərimanov parkında saat 20-00-da başlayan və 4 saat davam edən bayram konsertindən canlı yayım uğurlu alınıb. Konsertin təşkilatçıları Xəzər TV və Nərimanov rayon İcra Hakimiyyəti olub.

Konsertdə ölkənin tanınmış müsuqiçiləri, sənət adamları iştirak ediblər. Ənənəvi konsertlərdən fərqli olaraq, bu dəfə konserti canlı olaraq izləyən şəhər sakinləri bir çox sürprizlərlə qarşılaşıb. Belə ki, təşkilatçılar musiqi ifa olunan səhnə ilə yanaşı ikinci bir səhnə də qurmuşdular. Burada milli geyimli qadınlar və xüsusi aşpazlar  Novruz şirniyyatları bişirir və tamaşaçılara paylayırdılar. Bundan əlavə, bir neçə yarışmalar da keçirilib ki, nəticədə bir neçə tamaşaçı bahalı hədiyyələr qazana bilib.

Elbrus ƏRUD. Telejurnalistlər qəhətə çıxıb
Hamının əlində mikrofon var, ancaq heç kəs “oxumağı” bacarmır… Söhbət nə Rəqsanənin, nə Pişik Günelin, nə də Ədalət Şükürovun əlində tutduğundan getmir. Bu dəfə əli mikrofonlu başqa peşənin sahiblərindən, Azərbaycanın televiziya jurnalistlərindən yazmaq zorundayam. Obyektin yekəliyini nəzərə alıb, elə başlamamışdan yağlı boya ilə bir-iki misal çəkib, mövzu-portret yaratmalıyam.

Bu yaxınlarda yad edilən əziz günlərin birində Fəxri Xiyabanın çıxış qapısında bir dəstə jurnalist baş-başa verib gözləyirdi. Burada əlində televiziya mikrofonlarını tutan müxbirlərdən başqa, agentlik və aparıcı qəzetlərin əməkdaşları da dayanmışdı. Onların da bəzilərinin əlində nisbətən kiçik ölçülü mikrofonlar gözə dəyirdi. Mənim də təmsil olunduğum həmin heyət qapıdan iri ranqlı məmurların çıxmasını gözləyir, bayramdan-bayrama əllərinə düşən məmurdan müsahibə almaq fürsətini fövtə vermək istəmirdilər…

Elə bu zaman çıxış qapısında xarici işlər naziri Elmar Məmmədyarov göründü. “Haydı irəli!” – Kimsə komanda verdi. O dəqiqə Elmar Məmmədyarovu Koroğlu dəliləri tək üzük qaşı kimi dövrəyə aldıq. Ağız deyəni qulaq eşitmədi, jurnalistlərin nə demək istədiyini isə nazir başa düşmədi. Bir iki kəlmə ATƏT-in Minsk qrupunun regiona heç kimə lazım olmayan növbəti səfəri haqqında məlumat verib mühasirəni yardı. Nazir gedəndən sonra onun müavini Araz Əzimov, biraz keçməmiş baş nazirin müavini Abid Şərifov, lap axırda vergilər naziri Fazil Məmmədovun qarşısı jurnalistlər tərəfindən alındı. Yenə də pafoslu mikrofonlar ağızlara dirəndi, bir iki çeynə-tüpür sualdan sonra isə hamı gözünü döyməyə başladı. Yaxşı ki, sonda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov elə keçdi. Uşaqlar pensiya artımının nə vaxt baş verəcəyini, ölkədə quraşdırılan post-terminlların sayı neçə olmasını öyrənib sevinə-sevinə dağılışdılar. Bu mənasız jurnalist-məmur duelləri başa çatandan sonra hər dəfə az qala bir televiziyanın müxbiri yaxınlaşıb indicə müsahibə aldığımız məmurun kim olduğunu soruşur, onun filan məsələ haqqında nə dediyini bir daha dəqiqləşdirmək istəyirdi… Bu portret təkcə Fəxri Xiyabanın qarşısında çəkilmir. İndi bu portreti əlinizə götürüb istənilən tədbirə apara bilərsiniz. Daha doğrusu, bu gün istənilən bir tədbirə gedəndə eyni mənzərənin şahidi olarsınız. Azərbaycan televiziyalarının tədbirlərə göndərdiyi jurnalistlər ölkənin məmurlarına sual vermək cəhənnəmə, onların hansı vəzifəni tutduqlarını, hətta kim olduqlarını belə bilmirlər. Bəs bizə nə olub belə? Televiziyaların peşəkar jurnalistləri haradadır? Ümumiyyətlə, onlar varmı? Varsa, bəs bütün günü efirdən pafos püskürən televiziyalar niyə onları müsahibəyə, reportaj hazırlamağa göndərmir, əvəzində ağzından nan, hipp (indiki uşaqlar ana südü ilə qidalanmır – E. Ə) iyi gələn colma-cocuğun xidmətindən istifadə edirlər?..

Burada yazmaq vacibdir ki, Azərbaycan televiziyalarında peşəkar jurnalistlər həmişə olub. Son on ilin televiziya arxivinə nəzər salsaq, orada Qənirə Paşayeva, Səadət Məmmədova, Esmira Çərkəzqızı, Sevil Nuriyeva, Sevda Rafiqqızı, Xəyal Tağıyev, Eldəniz Vəliyev, İbrahim Məmmədov, Mir Şahin Ağayev və digər adını çəkmədiyim istedadlı jurnalistə rast gələ bilərik. Jurnalist reportaj hazırladığı ərazini yaxşı tanımalı, müsahibə aldığı məmurun ən azı yarısı qədər olmalıdır. Təxminən beş-altı il əvvələ kimi bu, jurnalistlər müxtəlif televiziyalarda hazırladıqları tok-şoular və ictimai-siyasi verilişlərlə ekran qarşısına indi ATV-də efirə gedən “Çal-çağır” şousundan heç də az tamaşaçı toplamırdılar…

Azərbaycanda peşəkar jurnalistlərin nəsli kəsilib deyə bilmərik. Bu gün də televiziyalarda Ləman Əliəşrəfqızı, Azadə Balayeva, Əli Əhmədov, Vaqif Aydınoğlu və digər az sayda istedadlı jurnalistlər qalmaqdadır. Onların çox az hallarda reportaj və müsahibələrinə rast gəlirik. Ancaq bu gün on il əvvəllə müqayisədə televiziyalarda efirə gedən reportajlar, müsahibələr, analitik materiallar başdan-başa istedadsız, qeyri-peşəkar və səviyyəsiz şəkildə tamaşaçıya təqdim olunur. Bizim telejurnalistlərin canlı bağlantı ilə hadisə yerindən reportajını isə demək olar ki, görmürük. Bu gün hələ də ANS televiziyasının düşünən beyni hesab olunan Mir Şahin Ağayev son dərəcə kritik məqamlarda özü efirə çıxmağa məcbur olur və bununla da vəziyyəti xilas etməyə çalışır. Elə təkcə bu faktın özü vəziyyətin nə dərəcədə ürəkaçan olmadığını göstərir.

Axı bu gün Azərbaycanda telejurnalistlərin qırmızı kitaba düşməsinin səbəbi nədir? Onların nəsli kəsilibmi? Məncə, xeyr. Söhbət ondan gedir ki, bu gün televiziyalara peşəkar lazım deyil. Nəticə həmişə gərgin proses nəticəsində ortaya çıxır. Bu gün isə televiziyalarda gedən şeyin adına adamın proses deməyə dili gəlmir. Məsələ ondadır ki, indi peşəkar jurnalistlər televiziyalara sərf eləmir. Onlar həm fakta peşəkar yanaşır, həm də peşəkar parası tələb eləyirlər. Azərbaycan televiziyalarına isə bu gün məmuru divara dirəyən yox, müsahibə alandan sonra onun kimliyini dəqiqləşdirən jurnalistlər lazımdır. Belələrinə ayda 200-300 manat verib mikrofonu tədbirə daşıtdırmaq mümkündür. Televiziyalara fağır, bisavad və itaətkar bəndələr lazımdır. Personlarla işləmək çətindir…

Biz tələbə olanda maraqlı bir hadisə baş vermişdi. Müəllim jurnalistika fakültəsinin üçüncü kurs tələbələri ilə söhbətində auditoriyaya belə bir sualla müraciət etmişdi.

- Uşaqlar, bu il sizin ixtisas bölgünüz olacaq, kim jurnalistikanın hansı sahəsində çalışmaq istəyir?

Auditoriyada olan yetmiş tələbənin az qala hamısı bir ağızdan:

- Televiziya sahəsində! – dedilər.

Jurnalistikanın yerdə qalan sahələrinə ürəyim elə ağrıdı ki, əlimi qaldırıb:

- Müəllim, bağışlayın, mən qəzet jurnalistikasını seçirəm – dedim…

Bu misalı çəkməklə televiziyaların məsuliyyətinin(sizliyinin) yarısını bölüşdüyümü elan edirəm. Günahın bir hissəsinin də bizdə olduğunun fərqindəyəm…

Amma lütfən, cənab teleprezidentlər, hadisə yerinə JURNALİST göndərin!

Mənbə: Lent.az

Aliyə. TV-nin xəbərçiləri
Nə demək və necə demək məsələsi

Azərbaycan elə də böyük ölkə deyil, hətta bəzi nəhəng dövlətlərə nisbətdə çox balaca ölkədir və burada xəbərlər seçib təqdim etmək məsələsi bir o qədər çətindir. Telekanalların xəbərlər verilişləri verdiyi xəbərdən asılı olmayaraq monotonluğu və qaramat ab-havası ilə vacib, amma yaxaqurtarmaq mümkün olmayan aktlardır. ANS TV-nin həyəcanlı diskiyası telekanallara yayılandan sonra diktorlar daha artıq dözülməz oldu. Sovetdənqalma AZ TV diktorlarının arxayın səsi ilə ANS TV diktorlarının həyəcanlı ğdanaşıq tərzi orta həddi müəyənləşdirməyə imkan verir. Amma…

Yeri gəlmişkən, əvvəl ANS-çiləri çəkdiklərinin altından qol qoyarcasına loqotipi aşağı küncə yerləşdirirdilərsə, indii hər şey bu loqonun altında təqdim olunur. Simvolikdir. Yozumludur. Amma yozmağa nə həvəs, nə də hacət var. Hər şey göz önündədir.

KİV-lər arasında xəbərlər xidməti sahəsində televiziyanın reytinqi məhz seçim baxımından aşağıdır. Ötən il mədəniyyət adamları arasında keçirdiyimiz sorğuda da TV xəbərləri Ən az etibar ediləni və istifadə olunanı idi. Xəbərçinin ANS demişkən «dəqiq, qərəzsiz və vicdanlı» olmağından başqa onun maraqlı olmağı, heç olmasa zəhlətökən olmamağı lazımdır.  Yerli telekanallarımızın xəbərlər verilişində problem olaraq təklif etdiyi mövzular belə eynidir. Reportaj və hadisə yerindən çatdıorılan kadrlarda yaradıcı, detallı kadr tapmaq müşküldür. Çünki televiziya operatoru nədənsə texniki heyəti təmsil edir. Kanallarımızda cari, siyasi, iqtisadi, mədəni, mövsümi və heyrətləndirici xəbərlərdən başqa, insan faktorunu önə çəkərək hazırlanan fərd barədə xəbər yoxdur.

Forma etibarilə yeganə fərqlənən xəbər verilişi Xəzər TV-nin efirindədir. Tamaşaçıya Türkiyə kanallarından tanış olan bu forma yerli telekanallarımız içində yeganəsidir. Xəbərlərin ağırlığını hiss edəndə gözünə bir qədər də yüngül və maraqlı reportaj-xəbər qatan xəzərçilər xəbərlər proqramının izləyicilərini günbəgün artan və insan faciələri itkilərilə bol xəbərlərin diskomfortundan xilas edir. Əgər yerli və dünya xəbərlərinin tamaşaçya yarım saat, qırx beş dəqiqə ərzində çatıdırıldığını nəzərə alsaq, birdən yüklənmənin fəsadlarını da bilmək olar. Bu fəsadlara toplum, kütlə laqeydliyini aid etmək olar. Artıq faciə barədə xəbərlər bizdən uzaqlığı ilə tox bir laqeydlik yaradır.

Kameranın və aparıcının statikliyini də xatırlatsaq, vəziyyətin nə qədər qəliz olduğunu anlamaq olur. ANS TV-nin Xəbərçidən sonra təqdhim etdiyi «Zorxana» çətin və vacib xəbərləri sadələşdirsə də vəziyyəti yüngülləşdirmir. Orxan Fikrətoğlunun monoton nitqi, qeyri konkret obyektə yönəlik xitabları buna kəskin şəkildə mane olur.

Tamaşaçıya xəbər lazımdır. Beynəlxalq mükafat almış bir filmdə («Tısbağalar da uçar») müharibə vəziyyətində yaşayan, mina çıxarıb satmaqla pul qazanan ucqar bir kəndin sakinləri silahı canaq antenalara dəyişirlər. «Dünya xəbər dünyasıdır, dünyada xəbər savaşı gedir» deyə. «Bilməmək ən böyük xoşbəxtlikdir» deyə xəbərlərdən imtina etmişlər də yox deyil. Xəbər savaşının qurbanı olmaq bunu bilməməkdən pisdir.

İnformasiya müharibəsi haqda bizim çoxdan məlumatımız var. «Ho var, dağa çıxardar, ho var, dağdan endirər», deyiblər. Heç vaxt müstəqil ola bilməyən yerli telekanalların xəbər siyasətini öyrəndikcə bu deyimə əlavələr etmək lazım gəlir məsələn belə: «Ho da var, düzdə saxlayar».

Aliyə. Yaprak dökümü və dil ağacı
Osmanlıcadan tərcümə türkə, bunu bilməm,

Gerçək yazıyor gəncəli yainki hənəkdir,

Mümkün iki dil bir-birinə tərcümə amma,

Osmanlıcadan tərcümə türkə, nə deməkdir?

Bunu ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabir yazıb. Üstündən yüz ilə qədər vaxt keçib və bu taziyanə teleradio şurasının son qərarına hələ də təəccüb edir. Söhbət Şuranın telekanallarımızda yayımlanan türk seriallarının yayımını tərcümə gərəkliliyi üzündən yarımçıq dayandırmasından gedir. Məsələnin iki və bəlkə daha artıq tərəfi var. Ölkədə böyük populyarlıq qazanmış bu serialların keyfiyyət göstəricisi hamıya məlumdur. Seriallar peşəkarlıqla çəkilib və maraqla baxılır. Və kanalların rəqabət reytinqini də bəzən bu seriallar müəyyən edir. Seriallar indiyədək izlənilib anlaşılırdı, bəs indi nədən tərcümə gərəkdi?

Azəri və osmanlıca arasında bu qədərmi dil fərqləri var ki, tərcümə gərəksin?

Üstəlik, türkdilli dövlətlər arasında inteqrasiya məsələləri ilk növbədə dildən başlasa  pismi olar? Bu qərar Ortaq türkcə məsələsində aparılan müzakirələrə bir zərbə deyilmi? Ortaq dlilin süni yox, məhz bu cür əlaqələr ortamında yaranmasına nə söz? Dədə Qorqud türkcəsi bizim danışdığımıza, ya osmanlıların danışdığına yaxındır? Meydan dilçi alimlərindir.

Yox, əgər yenə də dilimizin təmizliyi prinsipi gözlənilirsə, dublyajın orijinaladakı qədər keyfiyyətli olacağına kim təminat verir? Həm də türk laflarını əzbərləyən aktyorlar dublyajda kimi təqlid edəcəklər?

Deyilənə görə teleradio Şurası filmlərin subtitrlərlə verilməsinin də əleyhinədir. Bir faktı xatırladım: ötən ilin sonlarında paytaxtda «Türkiyədən film var» festivalı keçirildi. Festivalda türk kinosunun ən yaxşı nümunələri təqdim olundu. Yalnız filmlərin birini subtitrlərlə veordilər. Bu subtitrlər tamaşaçılara həm də ona görə mane oldu ki, orada yazılanlar nəinki deyilənlərlə üst-üstə düşmürdü, hətta gülüş doğururdu. Tamaşaçıların etirazı ilə subtitrlər ləğv olundu.

Milli tealeradio şurasının israrlı qərarı  serialsevərləri öködən düşmüş piano kimi pəjmürdə etdi. Efirdəsə məzmunsuz və baxımsız yerli seriallardır. Serialsevərlərin günləri yaprak dökümü kimi xəzələ çevrilir. Şura israr edir. Kanallarsa bir növ türk seriallarından nəfəs alır. Nəfəs dərib düşünmək vaxtıdır. Düşünüb daşınmaq da olar.

Bir neçə il əvvəl orta məktəb dərslikləri Türk dili adlanırdı və o kitabın içində dil ağacı var idi. Türk dilləri ailəsinin qruplarını göstərirdi. Bu ağacın altında yaprak dökümü fəslində, bir köşənin sonundayız…

P.S. «Lanet olsun içimdəki əzilmiş insan səvgisinə…» belə deyirdi Muro («Qurdlar vadisi – Pusu» serialı), indi deməsin…