Televiziya


Aliyə. İTV və Təhminə

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 17 Aralık, 2008

«Tələsmə Zaur, tələsmə…», arvad-uşaq baxır…
İTV-nin səyyar kameraları yorulub əldən düşəndə bu ailə kanalı (İroniya yersizdir. Son zamanlar idarəetmə pultumuz ANS-dənsə, ATV-dənsə, «Lider»dənsə, İTV-nin üzərində dayanır) milli kinofilmlərimizi nümayiş etdirir. Çox əcəb. Pis-yaxşı, azəri tamaşaçısı milli filmlərə laqeyd deyil və həmişə baxmaq istəyir. İTV-nin də hədəfi azəri tamaşaçısıdır. Bütün mənəvi-ictimai-mental dəyərləri ilə birgə. Amması isə odur [...]



AZƏRBAYCANLI «ÇARLİ ÇAPLİNLƏR»

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 23 Mayıs, 2008

Aliyə
Əziz oxucular, yəni həm də teletamaşaçılar, köşədaşlar, diribaşlar, heç özəl telekanallarımızda yayımlanan əyləncəli zarafat verilişlərini seyr etdinizmi? Bu tip verilişlərin səviyyəsi barədə düşündünüzmü? Onların insanı aşağılamaq kimi kobud bir tedensiyasını duydunuzmu?
Küçədə-bacada veriliş hazırlayan əyləncə proqramlarının müəllifləri, ciddi söz yiyələrinin «bayağı, ucuz» adlandırdığı zarafat verilişlərinizlə tarix üçün nələr etdiyinizin fərqindəmisiniz? Düzdür, sizin şəhər sakinlərinə və qonaqlara [...]



“GECƏ KANALI”nı İRAN TELEVİZİYASINDA BƏRPA ETMƏK İSTƏYİRİK”

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 08 Şubat, 2008

Həmid Herisçi: “Orada işləmək əyalət xarakterli Bakıda çalışmaqdan daha münasibdir”
Uzun müddət televizyonçu kimi fəaliyyət göstərən Həmid Herisçi-İlhamiyyə Rzayeva cütlüyü İrana köçməyə hazırlaşır. Ölkəmizdə peşəkar fəaliyyətə şərait olmadığından şikayətlənən H.Herisçi bizimlə söhbətində bu addımları ətrafında yaranan suallara da aydınlıq gətirdi. Müsahibimiz öncə İran televiziyasında işləmək qərarını necə verdiklərindən söz açdı.
- Siz bilirsiniz ki, biz mübariz insanlarıq. [...]



Azərbaycan dili dublyajdan başlamır

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 03 Şubat, 2008

Televiziya və Radio Yayım Şurasının 2008-ci il yanvarın 1-dən Azərbaycanın teleməkanında bütün veriliş və filmlərin ana dilində yayımlanması barədə qərarını çoxumuz dəstəklədik. Bu dünya təcrübəsində özünü doğrultmuş qərardı. Dövlət dili bütün televiziyalar üçün məcburidir, çünki televiziya ən kütləvi informasiya vasitəsidir və əhalinin bütün təbəqələrini əhatə edir. Onun yayım və texniki imkanları daha geniş, daha təsiredicidir. [...]



Aliyə. Seriallar, dizilər…

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 23 Ocak, 2008

Əyləncəli telekanalların bel sütunu teleseriallardır. Janrından asılı olmayaraq teleseriallar reytinq üzrə ən baxımlı televiziya layihəsidir. Onlar tamaşaçıların təbəqələşmə meyarı da ola bilir: məsələn, lirik-dramatik-ailə-məişət serialları evdar qadın, komik-əyləncəli seriallar gənc, detektiv-döyüş serialları kişi tamaşaçıların inhisarındadır. Seriallar üçün adətən, ailə-sevgi mövzusu daha işləkdir. Amma bacaran heyət mövzunu ikinci dərəcəli məsələ edə bilər. Azərbaycan teleefiri üçün serial [...]



“Məqamlar”dan məqamlar

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 17 Ocak, 2008

Kimdir ziyalı?
Aliyə
“Məqamlar” jurnalist Nərgiz Cəlilovanın “Lider” televiziyasındakı verilişidir. Bu layihə uzunmüddətli reklamdan sonra efirə çıxdı. İctimai-mədəni proseslərdə operativ və əhatəli işləmək istəyini hələ bundan əvvəlki bir neçə layihəsində sübut etmiş Nərgiz xanım “Məqamlar”da qonağı ilə bəzi məqamlara aydınlıq gətirmək iddiasındadır. Son verilişlərinin birində o, yazıçı Çingiz Abdullayevlə söhbətinə “ziyalı missiyası” kimi ağır bir mövzudan başlayır.



Televiziyada rejissor sənəti

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 16 Ocak, 2008

Elçin Əlibəyli
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı
Televiziya özünün təşəkkül dönəmində konkret konsepsyia və estetik mahiyyətini müəyyən etmədiyindən kinematoqrafın doğuluşunda ona qarşı olan münasibətlə üzləşməli, yalnızca informasiya vasitəsi kimi xəbərvermə işinə yaradığı barədə mülahizələr irəli sürülməyə başlandı. Getdikcə televiziyanın ictimai vəzifələri müəyyən olundunqca, onun yayımında çeşidli proqramlar özünə yer aldıqca, həmçinin incəsənət nümunələrinin yayımına yer verdikcə [...]



AZƏRBAYCAN TELEVİZİYASININ “AFTOQRAF”ı

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 19 Ekim, 2007

Siyavuş Aslanı faciəvi rakursda təqdim edəcək
Azərbaycan televiziyasında gedən dəyişikliklər nəinki tamaşaçıların, heç mütəxəssislərin də diqqətindən yayınmır. Təsadüfi deyil ki, televiziya sahəsi üzrə ən tanınmış şərhçilər “Az.TV adı altında yeni televiziya yaradılır” ifadəsini işlətməkdən çəkinmirlər. Azərbaycan televiziyasına yeni nəfəs gəlir, efir gəncləşir, maraqlı televerilişlər, layihələr televiziyanın auditoriyasını böyüdür. Belə verilişlərdən birinin – “Avtoqraf”ın müəllifi Vidadi Hüseynov [...]



Azərbaycan gəncləri özlərinə TV yaradıb

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 31 Temmuz, 2007

Tezliyi, studiyası və əməkdaşları olmayan bu AN TV sürətlə populyarlaşır
Videokameralı mobil telefonu olan və özünü telejurnalizmdə sınamaq istəyən istənilən azərbaycanlı potensialı, istedadı və arzusunu gerçəkləşdirə bilər.
Dünyada ilk dəfə olaraq sırf mobil televiziya kimi fəaliyyət göstərən AN TV-nin efirində istənilən məkanda yaşayan azərbaycanlının çəkdiyi reportaж asanlıqla peyda ola bilər.



NİYƏ APARICILARIMIZ QÜSURLU DANIŞIR?

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 14 Temmuz, 2007

Azərbaycan teleaparıcısı, telejurnalisti, müəllif proqramının aparıcısı hansı dildə danışır? Onun danışıq tərzi və tempi tamaşaçını qane edirmi? Yabançı dillərin bizim aparıcılara təsiri nə dərəcədə güclüdür?
Azərbaycanda teleaparıcıların orta yaş həddi, fikrimizcə, 25-35 yaş arasındadır. Xanım aparıcıların sayı nisbətən çoxdur. Haradasa aparıcıların 60 faizi xanımlardır. Bu nisbətin xanımların xeyrinə dəyişməsi sovet quruluşunun dağılmasından sonraya təsadüf edir.



Həmkarlarımız İTV-nin qonağı oldu

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 19 Haziran, 2007

Kultura.az saytının rəhbərliyi Azərbaycan dilində ciddi mədəniyyətin yaranmasını mümkünsüz hesab edir
Bu gün həmkərlarımız, kultura.az- rus dilli Azərbaycan Mədəniyyət Portalının yaradıcı heyəti İctimai televiziyanın qonağı olub.