Qaynar xəbər portalı

İstiqlal abidəsiAmma abidə ətrafında böyüyən qalmaqala aydınlıq gəlmədi

Avqustun 3-də mətbuat konfransı keçirən “Azərbaycan Xalq Cümhuriyyətinin Varisləri” İctimai Birliyinin rəhbəri Akif Cəfərov Əlyazmalar İnstitutunun yaxınlığında ucaldılmış “Azərbaycan Xalq Cümhuriyyəti” abidəsinin sökülməsini tələb edib. O, müvafiq dövlət qurumlarını tarixi faktları saxtalaşdırmaqda günahlandırıb. Mədəniyyət və Turizm Nazirliyi isə bu gün qeyd edilən məsələ ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə bildirilib ki, sözügedən abidə A. Cəfərovun dediklərindən fərqli olaraq “İstiqlal” deyil, “Azərbaycan Xalq Cümhuriyyəti” abidəsidir və ölkə başçısının 1 fevral 2003-cü il tarixli, 1138 nömrəli sərəncamı əsasında ucaldılıb: “Abidənin hazırlanması ilə Mədəniyyət və Turizm Nazirliyi yox, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları məşğul olub. “İstiqlal” abidəsinin yaradılması haqqında isə ölkə başçısı 2006-cı ilin 18 dekabrında xüsusi sərəncam imzalayıb. Davamı…


arxQədim Troya ilə müqayisə edilən Şəmkir şəhər xarabalığından su arxı keçir…

Qədim Şəmkir şəhəri dağılmaq təhlükəsi qarşısındadır. Nə qədər qəribə olsa da, orta əsrlərə aid abidənin içərisindən arx keçir. Bu barədə Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev söylədi. Onun sözlərinə görə, arx sözügedən abidənin dağılmasına səbəb olur. Öyrəndik ki, bununla əlaqədar olaraq birlik Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət edib. Davamı…