Kultaz

Kənan Hacı. Yeni Şeirlər.
Unut…

Köhnə dostları,

yəni badə dostlarını

və onların boğazdanyuxarı

tostlarını,

yaşadığın və atdığın qadınları,

müştərisi olduğun

mecə barlarını

unut getsin!

telefonunun yaddaşından

sil bütün nömrələri,

bir müddət telefonsuz gəz,

yox ol bu yerlərdən,

özünü zamanın ixtiyarına ver,

sonra bax gör

zamanın yaddaşında

varmısan, yoxmusan…

doğulduğun kənd-

tanış küçə,

yaşadığın ev

yad sifətlərlə çəpərlənib,

bu da sənə

faniliyin əyaniliyi…

darılma,

tanış kafeyə dön,

əmin ol,

bufetçi səni tanımayacaq,

bir dilim limonla

çappa stəkan dolu arağı

birnəfəsə başına çək!

və çalış,

bir də bu yerlərə qayıtma…

Təzə ilin ilk şeiri

qar örtüyü altındakı boşluq

addımlarının cəzası,

içdiyin şərabın xumarı

başına yox,

ayağına vurub,

təkcə qaxaca dönmüş

bostan müqəvvası

öz hərəkətsizliyi

və vahiməsilə

sığortalanıb

hər bir cəzadan,

həm də belə deyək- qəzadan…

bu yeni il axşamı

sən o müqəvva qədər

öz yerində deyilsən,

zavallı…

yalqızlığın sınağından

yaxşı çıxdım deyəsən,

ölmədim, çürümədim,

dəli olmadım,

nə xoş…

ömrümün ən isti qışını

yaşadım

sənin qucağında,

yenidən uşaq oldum,

əzizləndim, bəsləndim

qolların arasında,

bəs sən axı bu vaxtacan

haradaydın,

niyə məni süddən kəsmişdin,

niyə?!..

Güzgü

ömrün cavan çağında

güzgüdə öz əksini görüb

diksinəcək,

“saçımda bu qar hardandı?” deyib

heyrət və təəssüf  hissi

keçirəcəksən,

qəfildən

anlayacaqsan ki,

güzgüdə boy atır adam,

güzgüdə qocalır,

bəzən güzgü

insanın həqiqətən öldüyünə

şəhadət verir

soyuq üzüylə,

ölmüş adamın burnuna

kimsə güzgü qırığı tutanda

anlayacaqsan bu həqiqəti,

anlayacaqsan və…

güzgüyə arxa çevirəcəksən…

O zaman qadınsız idin

qadınsız idin,

evsiz- eşiksiz idin,

rütubətli bir daxmada

bomj həyatı yaşayırdın,

naharı ucuz peraşki ilə,

axşamı bulka ilə

yola verirdin,

hər gələn günü

sonuncu gün kimi yaşayırdın

həyatında,

bir də

şeir yazırdın,

bəlkə də səni ölümdən

yazdığın o səfeh şeirlər

xilas etdi,

yoxsa…

o daxma

sənin  qəbrin olacaqdı,

zavallı…

indi arvadın

qoymur səni şeir yazmağa,

qısqanır qələm- kağıza,

şeir qadınsız həyatın ağrısını

ovutmaq üçündür,

daha şeir yazmağına hacət yox,

səni bundan sonra

dünyanın ən gözəl şeiri

yaşadacaq-

dəlicəsinə sevdiyin

və səni dəlicəsinə sevən

bir qadın!

bir vaxt qadınsız idin,

dörd tərəfin boşluq idi,

indi o boşluq

bulanıq gölməçətək

sərgərdan günlərini əks edər,

unutmağ çalışarsan

nəmli çarpayını,

hisli lampanı,

sınıq pəncərəni,

nisgilin turş dadını,

bəxtinə doğan günəşin

istisinə qızınar

nəm çəkmiş ümidin,

o günəşin işığından

gözləri tutular

bütün tənha daxmaların…

o zaman qadınsız idin,

şeir yazırdın…

yazma daha…

yazma…

tənha günlərimin şeirləri

nə dadır görən?

kədərin dozası bir az çox olub,

bilirəm,

qanımı sıxmışam varağın üstə,

varaq qızardıqca

üzüm ağarıb,

bilirəm,

yenə ürəyim soyumayıb,

pəncərəmə üz söykəyib

sızlayan ayın işığına da

zülm eləmişəm,

sübhün gözü açılıncayadək

didərgin duyğuların əlində

çırpınıb, bilirəm,

əski günahlarımı

hər dəfə salır yadıma

tənha günlərimin şeirləri…

köçəri quşlar kimi

baş alıb gedir doğma yerlərə,

tənha günlərimin şeirləri,

burda köçəri quşlar

gözündən vurulurlar…

bir saat hıçqırır zülmət gecədə,

yenə qımıldanıram

sükut dilində,

köhnə şərab kimi

yaman tünddü bu kədər,

ümidlərim sərxoş olub

azdı yenə sabahlarda,

onları soraqlamayacam  daha,

bir saat hıçqırır zülmət gecədə,

qonşuluqdakı qarımış qızın bətni,

içi kor quyu kimi qaralan

bu odun sobası,

buz kimi soyuq çarpayı

ümidlərin ölən yeridi…

bir saat hıçqırır zülmət gecədə…

qara günlərimi

seçdim, ayırdım,

səf- səf sapa düzüb

təsbeh qayırdım,

indi təsbeh çevirirəm…

peşəkar cani kimi

öldürdükdən sonra

iz qoymursan,

sevdiyim qız!

elə bil, ayaqlarımı

kimsə düyünləyib

dəmir relslərə-

uzaqdan qatarın

fit səsi gəlir…

Boz pişiyin menyusu

yas məclislərindən qovulan aclar

zibilliklərə

sonuncu ümid  yeri kimi baxırlar,

evdə kotlet yeyən pişiklər

insanlardan üstünlüyünün

həzzi içində xumarlanmada,

ey zibillikdə eşələnən bomj!

sən o pişiyin yerində olmaq üçün

nələr etməzdin?!

pişiklərin gündəlik qida rasionu

kotlet və paştet,

ürəyimi boş konserv qutusuna

bənzətmək istədim,

kotlet yeyən pişik

hisslərimi cırmaqlamaqla

məni bu fikirdən daşındırdı…

Möcüzə

onda heç səni tanımırdım,

bilmirdim varsan, yoxsan,

gerçəksən, yoxsa xəyal?

bilmirdim ki,

mənimlə bir gündə doğulan,

taleyi taleyimə bənzəyən,

anası anama,

atası atama bənzəyən

bir qız yaşayır

Yasamal yüksəkliyində…

amma bütün həyatım boyu

məni tənhalığın əlindən alacaq

uzaq gələcəkdə yaşayan o qız üçün

darıxmışam…

bu  oxşarlıqlardan və

sənin varlığından xəbərsiz…

səkkiz milyonun içində

necə tapdıq bir- birimizi?!

mən  səni görən kimi tanıdım,

sən dedin:

-mən səni on beş il bundan qabaq

yuxumda görmüşəm!

hə, əzizim,

bu da sənə möcüzə!

ŞAİR ƏLİ KƏRİMİN VƏFATINDAN 40 İL ÖTDÜ
“…Anladım ki, bir SÖZük…”

Əli Kərim Azərbaycan şeirində qəribə və izahı hələ də sürən hadisələr yaratdı. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi - Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyəcanlandırmaq, onu başqa aləmlərə aparmaq… üçün yox, həm də dərinliyi göstərmək, zahirən nə qədər gözəl, göz oxşayan, mütəəssir edən olsa da, daxildə dünyanı, necə deyərlər, “vurub-çıxmaq”, təhlil etmək, onunla oppozisiya yaratmaq üçün idi. Yəni, üfüqi xətt - üfüq nə qədər gözəl və cazibəli olsa da, onu kəsən çarpaz- “çağdaş Azərbaycan poeziyası” deyilən- mətnin tam təsəvvürə gətirilməsi üçün zəruri idi. Əli Kərim böyük bir nəhrin, mürəkkəb bir vəziyyətin içində aydınlıq yaratmaq, bu vəziyyəti yerbəyer etmək üçün idi, yəni nəhrin içinə süzülən bir damla bəzən hər şeyi yerli-dibli dəyişdirir, onun taleyində müəyyənləşdirici rol oynayır.

Ənənə və ənənəni çarpaz kəsən işarələr Əli Kərim yaradıcılığında xüsusi tənasübdədir, onların bir-birinə nisbəti sözü deməyin, sözün içindəki təlatüm və sükutu göstərməyin əlahiddə mövcudluq formasıdır, yəni, Əli Kərim şeirində obraz, metafora ənənəvi libasını dəyişir, həyatdan, gerçəklikdən, gerçəklik haqqında sözdən yüksək mövqeyə yüksəlir, məhz bu poeziyada, poetik sistemdə “Azərbaycan ədəbiyyatı” adlanan mətn öz-özü ilə mübahisə etməyə başlayır, poetik mətləbi göstərməyin, ifadə etməyin mürəkkəb, eyni zamanda indiyə kimi işlənməmiş üsulları sınanır - yeni ifadələr və obrazlar, sadəcə görüntü, göy qurşağı deyil, bunlar böyük və mürəkkəb bir metaforanın komponentləridir. Bu komponentlərin gücünə bütün ənənə - indiyə kimi deyilən mətləblər bir nöqtəyə, bir iynənin ucuna cəm olur - hər şey bu nöqtənin içində yenidən mənalanır. Dünya poeziyasında bu tipli hadisə adətən istənilən milli ədəbiyyatda poetik ənənənin yüz illər boyu bir arealda konsentrasiyası zamanı baş verir, yığılma, toplanma, poetik informasiyanın iç-içə, lay-lay toplanması bədii mətni mahiyyəti etibarı ilə gerçəklikdən ayırır, onların - bu iki səviyyənin arasında qəribə bir nüfuzetmə hadisəsi yaranır. Məhz bu zaman adıçəkilən sıx konsentrasiyanı “səpələmək”, hər şeyi qaydaya salmaq baxımından indiyə kimi olub-keçmiş bütün təcrübə bir daha yeni obraz və metafora bazasında təbəddülatdan keçir - bir şairin, bir yazıçının poetik sistemi daxilində. Diqqət edilərsə, Əli Kərimdə, onun ortaya qoyduğu obrazlarda sanki başqa bir dinamika var, bu hərəkət tərzi həm keçmişdən, həm də gələcəkdən qəti şəkildə fərqlənir və məncə, bu fərq hələ uzun müddət toxunulmaz qalacaq. Hansı mənada? Ona görə ki, bu poetik sistem milli ədəbiyyatda suqovuşandır, bütün meyl və tendensiyaların baş-başa gəldiyi, öz-özünü təhlil və təhdid etdiyi bir yerdir. Əli Kərimin əksər şeirlərində Azərbaycan poeziyasının müxtəlif mətnləri arasında həm açıq-aşkar, həm də virtual-daxili səsləşmələr, bir-birini tamamlama, çağırma və bir-birini dəf etmə nüansları eşidilir. Həm ən yaxın müasirləri, həm də uzaq sələfləri, ənənədaşları arasında. Bu mənada onun Füzuli və Nəsimi haqqında şeirləri sadəcə ithaf yazıları, onların obrazlarını şeirə gətirməkdən ibarət deyil. Diqqət edilərsə, bu şeirlərdə hər iki məqam - milli ənənənin mətnləri arasında qovuşma və dəfetmə məqamları daha qabarıqdır. “…Dünya səni qocaltdı, yaşıdın olsun deyə”, - bir az müasir formada üslub, deyiliş tərzi, elə bil ki, Füzuliyə aiddir, ancaq diqqətlə baxıldığında məhz bu məqamda Füzuli qəlibinin dağıldığını görərik, yəni, bu artıq “…fələklər yandı ahimdən” deyimi deyil - Füzuli bütün divanın məğzini bir deyimin içinə cəmləyir və praktiki olaraq bütün qəzəllərində məhz buna cəhd edir, bu işi reallaşdırmaq istəyir, kapsam, əhatə dairəsi geniş, sonsuz götürüldüyündən hər bir qəzəlin hər bir beyti müstəqil şeir kimi yazılır. Hər bir bəndə böyük bir tikili kimi yanaşma, onu bir neçə sözlə inşa etmə və həm də kənardan baxış bucağı saxlama - bütün bu niyyətlər və perspektivlər qəzəlin özü-özünə keçidini, mətnə başqa sözlüyün və münasibətin daxil olmasının qarşısını alır. Burada başlanğıcla son arasında məsafə o qədər kiçilir ki, onları bir-birindən fərqləndirməyə lüzum qalmır, - nəticədə bütün qəzəlin mətni hər bir beytdə həm başlayır, həm də qurtarır, bu mənada “fələklər yandı ahimdən” deyimi bütün bu hərəkətlərin cəmidir, onlardan hasil olan nəticədir - qəzəli bütövlükdə əvəz edən ifadədir. Hər bir qəzəlin içində onu əvəz edə bilən bir deyim-poetik struktur var və bunsuz qəzəl tam, bütöv mətn sayıla bilməz. Əli Kərim adıçəkilən şeirində həm bu mənzərəni verir (…Dərdə şərik dərd özü, Sükut suala cavab. Qranit dağlar belə Gətirməzdi buna tab, Füzuli o, nə dövran! Görsələr yanır insan, Yanana od verdilər. Füzuli, o, nə kədər!- Görsələr donur insan, Donana buz verdilər), həm də bu “mətnin” bətninə yad münasibəti yeridir, onun daxilində müxtəlif münasibətlərin baş-başa gəlməsini təşkil edir.

Füzuli, o nə qədər! -

Görsələr batır insan,

Batana dəryaları

Birdən bəxş elədilər.

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu, -

Çalxanan dərya kimi.

Burada bir məqama toxunmaq istərdik. Şeir mətnində bütün mümkün, potensial… dillərin qovuşması hadisəsi ümumi planda doğru nəzəri səciyyə daşısa da, bizim orta əsr və müasir şeirimizdə tam fərqli anlayışları ortaya qoyur. Klassik və çağdaş şeirdə bu effekti almaq üçün vasitələr və üsullar bir-birindən kəskin şəkildə fərqlənir. Klassik şeir mətninin hörüldüyü işarələr mətn boyunca, demək olar ki, eyni qəlib içinə düzülürlər, hər dəfə bu vahid, dəyişməyən düzümə baxa bilmək üçün bir fərqli perspektiv seçilir. Klassik şeirdə bu baxış perspektivinin sonsuz və ziddiyyətli axtarışları mövcud janr kanonunu diaxron və sinxron planda “daraldır”, çəmbər sıxıldıqca “işıq” görünməz olur, onun görünməsi və ümumən istənilən görüntü ifrat dərəcədə şərtləşir və müəyyən həddə görüntü fantaziyaya, xəyala, sonsuz sayda kontekstlərin bir-birinə qarışmasına və mətnin ilk baxışdan anlaşılmamasına şərait yaradır. Şeirin dili - adi anlamda qavranılan dil anlayışının sərhədlərini dağıdır. Yəni burada sən onu dərk edincə şeir mətni səni “yüz dəfələrlə oxuyub başa çıxır”, sənə əşya kimi yaxınlaşır, səni öz predmetinə çevirir.

Heç də təsadüfi deyil ki, Əli Kərimin şeirlərinin əksəriyyəti SÖZ haqqındadır. Bununla o, SÖZün yuxarıda göstərilən funksiyasının konsepsiya halında ifadəsinə çalışırdı. “Azərbaycan poeziyası” adlı MƏTN öz təkamülündə elə bir həddə gəlib çatdı ki, Əli Kərim qaçılmaz şəkildə sözdən, onun dünyaya və müəllifə münasibətindən, insan ömrünün içində kəsb etdiyi mənalardan və daha çox mənalar arasında gedən ölüm-dirim savaşından bəhs etməli oldu.�MƏTN daxilində mənalararası savaş gerçəkliyə yeni�münasibət tipinin formalaşmasını bəlirliyir. Diqqət yetirin: Füzuli “Söz” qəzəlində milli ədəbiyyat kontekstində bu şəkildə və qaydada YENİLƏŞMƏNİN əsasını qoydu… İstənilən ədəbiyyatda yeni tendensiyalar yarandıqda bu, qaçılmaz şəkildə onun əsas istiqamətlərini bəlirləyən mənalar arasında savaşla müşayiət edilir. Əli Kərimdə SÖZ həm də dünyaya tən tutulur, dünya ilə bərabərləşir, burada SÖZün yamacına baş qoyub uzanmaq, göylə yeri bir nöqtədə - söz paralelində birləşdirmək- çox asandır.

Günəş batırdı Kürdə,

Durmuşdum sahildə mən.

Sularda körpü vardı,

Elə bil ki, qızarmış

Kür, Günəşdən axırdı.

…Al-qırmızı bir yağış,

Al-qırmızı bir xəyal.

Samux meşələrinin kölgələrində

- qara,

Qara yağış,

Boz yağış -Yağır aramsız yağış…

Samux meşələrinin qara kölgəliyində

Yağış görünmür gözə.

Verilən sual və alınan cavab ayrı-ayrı şeylərdir, cavablar suallara, suallar da cavablara aid deyil, onların tən ortasından keçən, bu sual-cavabları yarı bölən MƏTLƏB var. Böyük bir NƏFƏS var. Nəfəsin böyüklüyü əslində estrada meydanında uca səslə hayqırmaq deyil. Nəfəsin böyüklüyü, bir sözlə onun varlığı mistik bir şeydi - milli ədəbiyyatda əsas ideyaların gömüldüyü mətnlər arasında virtual əlaqələrin varlığının görünməsidir - hansı dərəcədə, bax, bunu şairin əhatə etdiyi nəfəs genişliyi həll edir. Geniş nəfəs özü ilə sel gətirir, bir çox şeyləri vurub-yıxır, yeni sərhədlər diktə edir, fatehlik duyğusunu oyadır, düşüncənin koordinatları dəyişir - hiss edilmədən, rənglərdən başqa onların işlənmə tezliyi, üslub, düşünmə tərzi dəyişir.�

Səməd Vurğun şeirinin intonasiyasını tanımaq üçün onun “Düşüncələr” şeirinə nəzər salmaq kifayətdir. Bu poetika, üslub sisteminin bütün ahəngi bu şeirdə qənirsiz ifadə olunub. Şeirdə vüsət, genişlik, hər şeyin yerdən göyə kimi şahə qalxması, sonra son nöqtəyə qədər aramla, yenə də həmin intonasiya qəlibi içində enməsi var. Rəsul Rzada daxili güc, qüdrət, sözün poetik enerjisi başqa bir formada ifadə olunub: “Ərk qalası” şeirində olduğu kimi. Burada bir-birinə çatmayan səslərin, hecaların, az qala fonemlərin parlaq görüntüsünü almaq əsasdır, ən incə detallar, “su altında qalan” hissələr belə görünür və belə görüntüyə nail olunması əsas poetik qayədir. Bu iki sistem nə qədər fərqlənsə də, onlar daxilən birdir, birləşmənin perspektivi görünməsə belə, ən azı bu iki sistemin ədəbi prosesə göstərdiyi təsirlərin vahid ideya kimi qovuşması halında. Onların hər ikisindən fərqli olaraq, Əli Kərim ədəbi prosesə kənardan təsir göstərdi, ədəbi prosesin içində çoxdilliliyə, polifoniyaya geniş meydan açdı. Əli Kərim Azərbaycan şeirinə çoxdan həsrətində olduğu bir sakitlik, sakit axar gətirdi, kənardan təsir göstərməsinə baxmayaraq, ədəbi gedişatı milli parametrlərə tam uyğunlaşmağa məcbur etdi, poetik mətnin içindəki bədii təfəkkürün diferensiasiyasına meydan açdı, ənənəvi anlayışların mündəricəsi elə bil ki, dəyişdi, şeir təzədən doğuldu, insanlara başqa cür çatdı, tam fərqli şeyləri izah etdi. Məncə 70, 80, 90 və xüsusən də 2000-ci illərdə Azərbaycan şeirində Əli Kərimin reformator təsiri tam gücü ilə işlədi, yalançı estrada effektləri arxa plana keçdi.��

lll

Əli Kərim üslubunun ən mühüm xüsusiyyəti POLİFONİYAdır, çoxsəslilikdir, insanın tanıdığı dünyanın sınırlarını onun gözündə böyütmək, genişləndirməkdir. Adətən hər bir istedadlı şair obrazıyla tanınır, intonasiyası ilə seçilir - bax, bu ifadəni bu biçimdə məhz o işlədə bilərdi və sair və ilaxır. Seçilmədən, tanınmadan sonra qəlibləşmə gəlir, - bu, o deməkdir ki, məhz bu obrazı, bu intonasiya modelləri ilə tanınan şair gec-tez bu obrazlara uyğun dairənin içinə düşür. O anlamda ki, başqalarından seçilsin, başqalarının yaratdığı dairəni “kəssin”, dünya ilə münasibətlərin bu şəkildə qurulması dairəni alınmaz qalaya çevirir, qələm anidən hərəkət nöqtəsinə qayıdır, illər keçəndən sonra məlum olur ki, o, əslində yüz illərdir bir əşyanın konturlarını cızırmış. Ən istedadlı qələm sahibləri də bu dairənin içinə düşən kimi primitivləşir, yazan adamın özünün özündən fərqi qalmır. Bunun, bu vəziyyətin özü üslubi keyfiyyətdir, insan xarakterinin yazını, yazı tərzini idarə etməsidir.

Əli Kərim yaradıcılığında yazı tərzini diqtə edən xarakter yoxdur, ÇOXSƏSLİLİK var, bu üslub məkanı təkcə dairələrdən yox, düz, əyri və bir-birini kəsən xətlərdən ibarətdir, həm də bu formada: üfüqi xətt varsa, onu şaquli istiqamətdə kəsən mətləblər, nüanslar, adi gözlə sezilməyən cizgilər var, həm də: heç bir manifest, poetik qayə açıqlamadan yeni poetik sistemi açıqlayan komponentlər sırası var və bütün bunlar zaman keçdikcə açılır, şaxələnir, yeni mənalar qazanır.

// 525-ci qəzet

Əsəd Cahangir. İki daşın arasında. I Yazı.
“Xəzər” dərgisi və bədii tərcümə sahəsindəki problemlərə dair qeydlər

Bu yazını, olsun ki, tərcümə mütəxəssisləri yazsa, daha önəmli olardı. Nədən ki, tərcümə sənəti hazırda bəsdi deyincə inkişaf edib. O dərəcədə ki, bu konuda danışmaq uzunmüddətli nəzəri və praktik hazırlıqla ilgili mütəxəssis rəyi tələb edir. Bunun doğrudan belə olduğunu ən səthi şəkildə başa düşmək üçün Rusiyanın “Voprosı literaturı” jurnalının son saylarından birini (mart-aprel 2009) eləcə vərəqləmək kafidir. Təsəvvür edin ki, beş yüz səhifəlik dərginin az qala bütöv bir sayı bədii tərcümə məsələlərinə həsr olunub, həm nəzəri-fəlsəfi, həm də praktik yöndən.

Amma neyləməli ki, mütəxəssislər susur və elə bir toplumda yaşayırıq ki, göydən yerə mələk də ensə, ona reaksiyanın bircə forması var - sükut! Əlbəttə, özəl olaraq təşkil olunan və bir qayda olaraq təsadüfi adamlarla bağlı bayağı reklam kompaniyalarının bura dəxli yoxdur.

Biganəlik məsələsiylə ilgili ən qabarıq bir olay! Neçə vaxtdır ki, “Zəkioğlu” nəşriyyatı Qardaşxan Əzizxanlının baş redaktorluğuyla 100 cildlik “Fikir antologiyası” seriyasından dünya fəlsəfəsi korifeylərinin ondan çox kitabını Azərbaycan dilində nəşr edib. Bu kitablar arasında M.A.Engelqardtdan (tərcüməçi Ə.Nicat), U.Dürantdan (tərcüməçi A.Əsədov) uğurlu çevirmələrlə yanaşı, K.Yaspers (tərcüməçi Y.Rəhimoğlu) və F.Nitsşedən (tərcüməçilər Y.Rəhimoğlu və Ş.Qurbanov) o qədər də müvəffəqiyyətlə nəticələnməyən çevirmələr də var. A.Əsədovun Dürantdan çevirmələrini çıxmaq şərtilə bunlar orijinal yox, ruscadan edilib. Buna baxmayaraq, dünya fəlsəfəsi korifeylərini 100 cilddə Azərbaycan oxucusuna təqdim etməyə başlamağın özü artıq təqdirəlayiq addımdır. Amma neçə onillərdən bəri çözümünü gözləyən bu qədər önəmli və aktual layihə toplumun müzakirəsinə çevrildimi? Kimlərsə uğurlu əməyinə görə təqdir olunub, kimlərsə uğursuzluğuna görə iradlarla üzləşdimi? Tərcüməçilər, tənqidçilər bir yana, hətta fəlsəfə institutu əməkdaşlarının belə birbaşa öz ixtisaslarıyla ilgili layihəyə biganəliyi, ən yümşaq desək, təəccüb doğurur.

Özgürlük dönəmində diletant bədii çevirmələrlə yanaşı T.Vəliyevin C.Selincerdən (”Seçilmiş əsərləri”), Ç.Qurbanlının F.Kafkadan (”Qəsr”), A.Məsudun Q.Markesdən (”Patriarxın payızı”), H.Qocayevin Kamyüdən (”Taun”), C.Əlioğlunun M.Svetayevadan (”Yuxusuzluq”), M.Orucun S.Ağayev (”Yeddinci yetkin”) və G.Lətifxandan (”Azər və Aida adası”), V.Quliyevin C.Orueldən (”Heyvanıstan”), N.Əbdülrəhmanlının Q.Çoxelidən (”Küknarlara məktub” kitabında toplanmış əsərlər), N.Qocabəylinin K.Hamsundan (ikicildlik əsərləri) bu və ya digər dərəcədə uğurlu çevirmələri də var. Amma bədii tərcümə sahəsində əldə olunan bu az-çox uğurlara da yanaşma bir qayda olaraq ədəbiyyat dəhlizlərindəki dedi-qodular, kafe-çayxanalardakı tostlardan uzağa getmir.

Diqqəti çəkən çevirmələr sırasında M.Qocayevin M.Baxtindən (”Dostoyevski poetikasının problemləri”. Bakı, “Kitab aləmi”, 2005) və A.Talıbzadənin Y.Qolosevkerdən (”Mifin məntiqi”. Bakı, “Kitab aləmi” nəşriyyatı, 2006) filoloji tərcümələrini yada salmağa özəl ehtiyac var. Xalq yazıçısı Elçinin öz müsahibələrindən birində dediyi kimi, məhz filoloji çevirmələr bizdə həmişə boşluq duyulan, axsayan sahələrdən olub. Amma birinci tərcümədə ciddi dil problemlərinə (rus dilinin sintaktik qəlibləri və leksik kalkalarından çıxa bilməmək, sinonim sözlərin bəzən düzgün seçilməməsi, söz sırasının pozulması, məntiqi vurğunun qeyri-dəqiqliyi, üslubi nahamarlıq, lüzumsuz söz israfı və s.), ikincidə isə bəzən qabarıq görünən sərbəstliyə rəğmən hər ikisi önəmli olan bu çevirmələr də, məncə, layiq və lazım olduğu qədər dartışma konusuna çevrilmədi. Ən uzağı təqdimat mərasimləri və bir-iki ənənəvi xoş söz. Vəssalam, bununla da hər şey bitdi! Bizə nə Baxtin lazımmış, nə də Dostoyevski, nə Qolosevker önəmliymiş, nə də Homer.

Xalq yazıçısı Elçin ildə, iki ildə bir verdiyi müsahibə, yaxud yazdığı məqalələrdə tərcümə məsələlərinə də yer ayırır, diqqəti R.Tağının Tolstoydan elədiyi və heç kəsin eyninə gəlməyən çevirmələrə yönəldir, yaxud “Xəzər” dərgisinə məsləhətlərini verir. Amma, məncə, normal ziyalı mühiti və yaradıcılıq atmosferi olan toplumda az-çox önəmli hər hansı çevirmə ciddi dartışma konusuna çevrilməlidir. Çünki getdikcə kürəsəlləşən elə bir dönəmə gəlib çatmışıq ki, S.Əzim demiş, “bilməsək dil, əlacımız yoxdur”. Və təbii ki, bu barədə təkcə Elçin müəllim yox, həm də və daha çox bu sahəyə birbaşa məsul şəxslər də düşünməlidir.

Belə biganəliyin sonucudur ki, bəzən başqasının bütöv bir kitabı, yaxud məqalələrini çevirib öz adlarına çıxır, orijinal “yaradıcılıq nümunəsi” kimi təqdim etməkdən çəkinmirlər. Müəlliflik məsələsinə münasibətdə təkcə hüquqi deyil, ictimai nəzarət də olmayanda elə belə də olmalıdır. Məsələn, Nərgiz Cabbarlının “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən dərc olunmuş “Ədəbiyyatdan intihara” kitabı ən azı təəccüb hissi doğurdu. Axı kitabda toplanmış yazıların “Xalq cəbhəsi” qəzetində internet materialları adı ilə dərcindən vur-tut bir neçə il keçmişdi. Hər şey bir yana, doğrudanmı, N.Cabbarlı oxucuları skleroz sayır? Əgər belədirsə, mən onun “həkimliyini” qəbul eləmədim. Halbuki tərcümə kimi ciddi problemləri olmasına rəğmən mövzuca kifayət qədər maraqlı kitab öz adı ilə təqdim olunsa, oxucuları bəlkə də razı sala bilərdi. Yeri gəlmişkən, N.Cabbarlının tərcümə mətnindəki az qala başdan-başa sintaktik nahamarlıq və bunun sonucunda meydana çıxan məntiqi anlaşılmazlıqlar da, məncə, orijinal mətni nəyin bahasına olursa olsun “özününküləşdirmək” cəhdlərindən irəli gəlir.

Mən sözün əks anlamında eyni biganəliyi Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Xəzər” dərgisinə münasibətdə də görürəm və sentimental etiraf kimi çıxmasa, deyərdim ki, bundan məyusam. Bütün işlərimi bir kənara qoyub iki daşın arasında “Xəzər” haqqında yazmaq istəyim də burdan qaynaqlanır. “Xəzər”dən danışmaq isə çağdaş Azərbaycan və ümumən bədii tərcümə sənətindən söz açmaq deməkdir. Bu üzdən vaxtaşırı çıxacağım nəzəri remarkalarda genəlliklə tərcümə sənəti haqda fikirlərimi də sizinlə bölüşmək fikrindəyəm. Beləliklə, bir müəllif kimi altbaşlıqdakı işarələrimi ciddiyə almanızı arzu edirəm - “Xəzər” dərgisi və bədii tərcümə sahəsindəki problemlərə dair qeydlər.

lll

1989-cu ildən nəşrə başlayan “Xəzər” oxucular arasındakı reytinqi baxımından bir neçə dönəm yaşayıb. Sovet ideoloji basqısından yenicə çıxmış topluma təzə nəfəs gətirən dərgi 90-ci illərin birinci yarısında oxucular arasında çox populyar olduğu kimi, orda dərc olunmaq da müəlliflər üçün nüfuz işi sayılırdı. Az-çox sayılıb-seçilən söz adamları “Xəzər”in çevrəsində toplaşmış, dərgi yeni ədəbi-bədii düşüncənin mərkəzinə çevrilmişdi.

Amma illər keçdikcə fərqli amillərin təsiriylə dərginin reytinqi tədricən enməyə başladı. Metaforik desək, o sanki adaşı Xəzərin əksinə gedir, dənizin qabarıb sahillərini basdığı illərdə özünün çəkilmə dönəmini yaşayırdı.

Nəhayət, son illər “Xəzər”in yeni qabarması duyulur. Bu gün o, qəzet-jurnal köşklərindən bir nüsxəsi də geri qayıtmayan, yəqin ki, yeganə ədəbi-bədii nəşrdir və bunu fərdi görüntülərimə əsasən deyirəm. Dərginin son sayını əldə etmək üçün ən müxtəlif köşklərə üz tutsam da, axırda redaksiyanın özündən götürməli olmuşam.

“Xəzər”in spesifik tərcümə dərgiləri arasındakı reytinqi də yüksəkdir. Bədii tərcümə problemləriylə ilgili “Azərbaycan” jurnalında keçirilməsi planlaşdırılan dəyirmi masa üçün keçirdiyimiz rəy sorğusunda “Ən çox bəyəndiyiniz tərcümə dərgisi hansıdır?” sualına resipiyentlərin cavabı yekdil oldu - “Xəzər”.

Adətən sona saxlanılan bir məsələni bəri başdan vurğulamaqla əsas mətləbə keçmək istəyirəm. “Xəzər” özünün sadə, amma cəlbedici, zərif bədii dizaynı ilə də digər dərgilərdən yaxşı anlamda seçilir.

lll

Vaxtaşırı dərc olunan hər hansı dərgini dəyərləndirməyin ən optimal yolu onun son durumunu göstərən axırıncı sayına əsaslanmaqdır. Bu üzdən orijinallıqdan vaz keçib dərgi barədə fikirlərimizi onun son sayının (2008/4) materialları əsasında deməyə cəhd edəcəm.

Bizcə, dərgi son sayı ilə, sadəcə, digər tərcümə dərgiləri yox, özü-özünü də ötüb keçir. Bu sayda diqqəti, hər şeydən öncə, müəllif-tərcüməçilər cəlb edir - Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vaqif İbrahimoğlu. Bununla yanaşı dərginin demək olar ki, hər sayında öz çevirmələri ilə ardıcıl görünən Yaşar, Ülkər Nəsibbəyli, Rövşən Ramizoğlu… Eləcə də, Kamran Nəzirli, İlqar Əlifoğlu

Doğrudur, bu imzalardan bəzilərinin təqdim etdiyi çevirmələrin bədii keyfiyyəti özlərindən də, sözlərindən də aşağıdır. Amma, məncə, bu imzaları bir yerə toplamağın özü artıq dərginin baş redaktoru kimi Afaq Məsud və baş redaktorun müavini Zakir Fəxrinin uğurudur.

lll

Puşkin tərcüməçiləri “maarifçiliyin poçt atları” adlandırırdı. R.Rövşənin XIX əsr fransız şairi Şarl Bodlerin vaxtilə öz vətənində yasaqlanmış “Şər çiçəkləri” (1857) kitabından çevirmələri də, hər şeydən öncə, maarifçilik funksiyası ilə önəmlidir. Dünyanın ən talesiz şairlərindən biri olan Bodlerin Azərbaycan oxucusu ilə tanışlıqda da bəxti gətirməyib. Biz onun poeziyasıyla ana dilimizdə, demək olar ki, tanış deyilik. Şübhəsiz ki, bu, fransız simvolistinin kommunist simvolizmi çərçivələrini aşmasıyla ilgiliydi. Kommunist rejimi artıq iyirmi ilə yaxındır ki, tarixə qovuşub, Bodler isə hələ də Azərbaycana gəlməyib.

Amma maarifçilik R.Rövşənin fransız şairindən çevirmələrinə önəm verən amillər sırasında sadəcə ən üzdə olanıdır. Növbəti amilə keçməzdən öncə, ilk nəzəri remarka ilə tanış olaq. Bu, son illər bədii tərcümə materiallarının seçilməsi məsələsində özünü qabarıq göstərən mərkəzdənqaçma hadisəsi, yəni bədii tərcümələrin vahid mərkəzdən idarə olunmaması və bundan irəli gələn təsadüfilik məsələsi ilə bağlıdır. Nə qədər istəsən, özəl nəşriyyatlar var, tərcüməçi heasbını ödəyir və buyurun, daha bir “tərcümə” kitabı! Nəticə isə, necə deyərlər, göz qabağındadır. Hər hansı təzahür kimi azadlıq və plüralizmin də təkcə müsbət yox, mənfi tərəfləri də varmış. Bunu başa düşmək üçün bizə cəmi on il kifayət etdi.

Bəzi tərcüməçilər, xüsusən də, gənclər tərcümə materiallarını seçəndə daha çox ən son dövrə üz tutur və bir vacib məsələni unudurlar. Bədii tərcümə sadəcə fərdi zövq və münasibət məsələsi olmayıb, həm də və daha çox millətlərarası kulturoloji fakt, komparativistika hadisəsidir. Uşaq ayrı-ayrılıqda nə ata, nə də anaya məxsus olmayıb, eyni zamanda onların hər ikisinə aid olduğu kimi, bədii tərcümə də ayrı-ayrılıqda bu xalqlardan hər hansı birinə aid olmayıb onların ortaq mədəniyyət hadisəsi kimi doğulur. Amma calağın tutması üçün tərcümə olunan dil tərcümə edilən dili qəbul etməyə hazır olmalıdır. Bunun əsas şərtlərindən biri də bu mədəniyyətlərin qarşılıqlı əlaqəsinin tarixi kəsilməzliyidir.

Konkret desək, Bodlerin yaradıcılığı sadəcə bir nəfər fransız yox, bir xalqın, hətta dünya ədəbiyyatının faktıdır. R.Rövşənin fransız şairinə həsr etdiyi giriş sözündə xatırlatdığı kimi, Akutaqavaya görə, “heç bir insan ömrü Bodlerin bir misrasına dəyməz”. Bu, şübhəsiz ki, bəsdi deyincə subyektiv və maksimalist dəyərləndirmədir. Amma danılmazdır ki, dünya Bodleri oxuyur və o, özündən əvvəlki ədəbiyyatdan təsirləndiyi kimi, özündən sonrakına da ciddi təsir göstərə bilib. Bu üzdən onu başa düşmək fransız şairinin təsirləndiyi və təsir etdiyi ən vacib faktları bütün tarixi diapazonu ilə görməyi tələb edir.

Bu sələf-xələf münasibətləri antik Roma şairi Vergilidən tutmuş XX əsr fransız şairi Lui Araqona qədər ən azı iki min illik dövrü çevrələyir. Təkcə bunu deyək ki, Bodler “Şər çiçəkləri”ni Dantenin “İlahi komediya”sına özünəməxsus bir nəzirə kimi yazıb. Təsadüfi deyil ki, o, “Çiçəklər”ə “Giriş”ində Dantenin məşhur poemasının birinci hissəsinin - “Cəhənnəm”in girişində olduğu kimi vəhşiləri (şir, canavar, vaşaq) xatırladır. Bodlerin kitabının ilk adının “Cəhənnəmin astanası” adlanması da İntibah dahisinin fransız simvolistinə məlum təsiriylə bağlıydı. Bundan başqa Bodlerin yaradıcılığına Vaqner, Delakrua, xüsusən də E.A.Ponun, nəhayət, özünə ustad saydığı, “Şər çiçəkləri” kitabını ithaf etdiyi Teofil Qotyenin güclü təsiri olub. Onun özü isə fransızların “lənətlənmiş şairlər” adı verdiyi A.Rembo, J.Laforq, T.Korbyer, Lotreaman və müəyyən qədər də S.Mallarmeyə təsir göstərib.

Mövzumuzla birbaşa ilgisi olmadığından Bodlerin təsirləndiyi və təsir etdiyi faktlara münasibətdə yalnız ən ümdə işarələrlə kifayətlənmək zorundayıq. Amma bu işarələr də mədəniyyətlər arasındakı dialoqun istənilən səviyyədə baş tutması üçün tarixi ardıcıllıq prinsipinə əməl etməyin nə qədər zəruri olduğunu başa düşməyə yetərlidir. Əks halda arada “qısa qapanma”ya səbəb boşluqlar yaranacaq. R.Rövşənin fransız şairindən çevirməsinə önəm verən amillərdən ikincisi belə boşluqlardan ən azı birini doldurmaq cəhdidir.

Üçüncü və qənaətimizcə, ən ciddi amil isə çağdaş dünyada bədii tərcüməylə bağlı ciddi fikir dartışmalarına gətirib çıxaran bir məsələdir. Bodlerin həmyerlisi Volter tərcüməni fransız qadınlarıyla müqayisə edir və deyirdi: o gözəl olanda sədaqətli, sədaqətli olanda isə gözəl olmur. Bu volterian aforizmdə tərcümə işinə məxsus çoxəsrlik bir dilemma əks olunub: orijinala sadiq qalmaq naminə tərcümənin bədii gözəlliyinimi, yoxsa bədii gözəllik naminə orijinala sədaqətimi qurban verməli?

Ötən əsrin təxminən otuzuncu illərinə qədər bədii tərcümə sənətinə bu prizmadan yanaşılıb. Məlum dilemma önündə qalan tərcüməçi öz gəmilərini Ssilla və Xaribda qayaları arasından keçirən Odissey və yoldaşlarının durumuna düşür. Qayalar qısa zaman kəsiyində gah bir-birinə yaxınlaşaraq birləşir, gah da aralanır və azacıq ləngimək onların arasında qalıb xıncım-xıncım olmaqla sonuclana bilər. Antik yunanların ən çoxbilmişi Odissey neçə-neçə yoldaşını qurban verəndən sonra gəmisini ölüm-zülüm də olsa, qayaların arasından keçirir. Bəs tərcüməçilər? Məncə, hələ indiyə qədər dünyanın heç bir tərcüməçisinin odisseyası birmənalı olaraq uğurla sonuclanmayıb. Onlar bəri başdan bu qayalardan ən azı birinə toxunmağa məhkumdur. Və dünyada birmənalı uğurla sonuclanan tərcümə yoxdur desəm, yəqin ki, Amerika açmış olmaram. Elə isə bircə yol qalır - iki daşın arasından keçmək yox, onları aradan qaldırmaq.

Dünya tərcümə nəzəriyyəsi sahəsində bu ideya ilk dəfə Valter Benyaminin ağlına gəldi. O, 1923-cü ildə Bodlerin “Paris lövhələri” kitabının alman dilinə tərcüməsinə yazdığı “Tərcüməçinin zonası” adlı ön sözdə sədaqət/gözəllik dilemmasına yanaşmanı kökündən dəyişdi və bu, ümumən tərcümə işinə münasibətin təzələnməsinə son verdi. Talesiz adamların bəxti ölümündən sonra gətirir və beləcə, tərcümə sənətiylə ilgili inqilabi ideya Bodlerin şeirlərinin çevirməsiylə bağlı yazıda aşkarlandı.

V.Benyaminin fikrincə, bədii tərcümənin dəyəri nə onun orijinala sədaqəti, nə də bədii gözəllyi yox, yeni bədii dil faktına nə dərəcədə çevrilməsiylə ilgilidir. Yəni burda dəyərləndirmənin köklü ölçüsü mətnin orijinalı yox, çevrildiyi dildir. Bu əsas müddəadan çıxış edən V.Benyamin yazırdı ki, tərcüməçinin əsas vəzifəsi orijinala yox, öz doğma dilinə münasibətdə üzə çıxır.

lll

Azərbaycan bədii tərcümə sənətinə bu yanaşma xeyli gec - ən yaxşı halda 60-cı illərdən sonra gəlməyə başlayıb və R.Rövşən təkcə Bodler yox, bir çox başqa şairlərdən də (məsələn, fransız şairi A.Rembodan) çevirmələri ilə sözügedən meylin ilk təmsilçilərindən biri sayıla bilər. R.Rövşənin Bodlerdən çevirmələri bir neçə həqiqəti diktə edir:

- poetik tərcüməçi olmamaışdan öncə, şair olmalısan;

- uğurlu tərcümə çevrilən mətnin hərfi, cismi yox, ruhuna sədaqət tələb edir:

- tərcümə sadəcə bir dildən başqa dilə çevirmə yox, yaradıcı ilham tələb edən mürəkkəb psixoloji, hətta mistik aktdır.

Sərt dil, bəzən heyrət doğuracaq qədər sarsıdıcı, qarşısıalınmaz etiraflarla şərtlənən açıqlıq, həyatın xoşagəlməz tərəflərinin əksi, daşlaşmış sosial, etik, dini doqmalara qarşı üsyan, bir sözlə, tənha romantik qəhrəmanın cəmiyyətə (və hətta Allaha!) qarşı əlcək atması “Şər çiçəkləri”nin ən qabarıq nəzərə çarpan cəhətidir. R.Rövşən fransız şairinin şər çəmənliyindən cəmi dörd çiçək dərib - “İblis duası”, “Saat”, “Gecə tövbəsi”, “Ey sevinc mələyi dərd çəkmisənmi…”. Şeirlərdən birincisi və dördüncüsü sərbəst çevrilib. Amma, məncə, tərcüməçi özünün qeyri-sərbəst çevirmələrində də, əslində, öz sərbəstliyini müəyyən qədər saxlayır. Yəni yaradıcı sərbəstlik R.Rövşənin bir tərçüməçi kimi əsas yanaşma üsuludur. Fikirlərimi bu şeirlərdən biri - “Saat” üzərindəki konkret müşahidələrlə davam etdirmək istəyirəm.

R.Rövşən yerdə qalan şeirlər kimi, “Saat”ı da fransızca yox, ruscadan çevirib. Amma, necə deyərlər varını verən utanmaz və son illər bu sahədə xeyli irəliləyişlər olmasına rəğmən, orijinaldan çevirmə bütövlükdə tərcümə sənətimizin problemidir.

Bununla bağlı daha bir remarka çıxacağıq. Bizim dünya dilləri və mədəniyyətləri ilə təmasımız bir neçə mərhələdən keçib:

- monqol, Çin dilləri və mədəniyyətləri ilə bağlı qədim dövr;

- ərəb və fars dilləri, islam mədəniyyəti ilə bağlı orta dövr;

- rus dili və mədəniyyəti ilə bağlı yeni dövr;

- nəhayət, Avropa dilləri (əslində, həm də bütün dünya dilləri) və mədəniyyəti ilə bağlı ən yeni dövr.

Müstəqillik dönəminə keçəndən sonra məlum olur ki, kommunistlərin əbədi elan etdikləri (”Soöz neruşimıy…”) rus dili dövrü əslində Avropa və dünya dönəminə, Şərq mədəniyyəti müstəvisindən Qərb kültürü kontekstinə bir keçid mərhələsiymiş. Amma bir məsələ, məncə, qüvvədə qalmaqdadır - sözügedən keçid hələ başa çatmayıb. Ona görə bəzən hər hansı Avropa dilindən edilən çevirmənin uğursuzluğu məsələyə ən ümumi şəkildə yanaşanda məntiqi və qanunauyğundur. Buna konkret misallar da var, məsələn, C.Yusiflinin P.Züskinddən (”Parfümer”), yaxud A.Sabitovanın P.Koelyodan (”Kimyagər”) çevirmələri. Bu çevirmələrin uğursuzluğu sadəcə tərcüməçilərin fərdiyyəti ilə bağlı olmayıb, həm də Qərb dilləri kontekstinə sözügedən keçidin başlanğıc səviyyəsindən irəli gəlir. Və rus dili vasitəsilə yaxşı, yoxsa orijinaldan zəif tərcümə dilemmasını, təəssüf ki, hələlik birinci tərəfin xeyrinə çözmək zorundayıq. Amma ikinci tərəfin də öz üstünlüyü var - o artmaqda, güclənməkdə olan bir meyli təmsil edir. Yəqin ki, orijinaldan sözün ciddi mənasında çevirmələri yaxın 10-15 ildə oxuya biləcəyik. Və bunu indi hardasa məktəbli skamyası arxasında əyləşən gələcəyin tərcüməçiləri edəcəklər. Bizə isə bu tarixi-nəzəri remarkaya xitam verib, gələcəyin işini gələcəyə buraxıb öz saatımıza qayıtmaq qalır.

lll

“Saat” şeiri rus dilinə müxtəlif vaxtlarda A.Alvinq, P.Antokolski, A.Panov, Ellis, P.Yakuboviç tərəfindən çevrilsə də, E.Linetskayanın tərcüməsi daha uğurlu sayıldığından və Bodlerin 1966, 1970-ci illərdə rusca dərc olunan kitablarına (məncə, R.Rövşənin Bodler poeziyası ilə tanışlığı bu nəşrlərlə bağlıdır) bir qayda olaraq onun tərcüməsi daxil edildiyindən bu tərcümənin üzərində duraq.

Şeirin ruscaya çevirməsində ilk bənddə yer alan bir sıra bədii ifadə və təsvir vasitələri (saata xitab, Allaha məxsus “besstrastnıy, bespohadnıy” kimi epitetrlər, zəli ilə bağlı təşbeh) Azərbaycancaya tərcümədə ixtisara salınıb, son misra ümumən sərbəst çevrilib.

Çası! Jivet v vas Boq, besstrastnıy,

bespohadnıy,

On palğüem nam qrozit, bormoçet,

- Ne zabudğ!

Koqda pridet k konüu tvoy nedalekiy putğ,

V tebə tupaə bolğ vopğetsə pğəvkoy jajdoy.

Bu saatın içində Allah yaşayır, Allah,

O səni barmağıyla hədələyir, qorxudur.

Deyir, unutma, ömrün gec-tez sona çatacaq,

Gördüyün hər nə varsa, ötəri bir yuxudur.

İkinci bənddə yenə orijinala eyni yanaşma müşahidə olunur: insana xitab ixtisara salınır; həm pəri, həm də həşərat anlamı verən “silfid” sözü milli poetik leksikon üçün tərcüməçiyə yəqin ki, həddən artıq yabançı görünür və onu quş obrazı ilə əvəzləyir, ikinci misraya ümumən sərbəst yanaşır və s.

İ radostğ bıtiə - zapomni, çelovek!-

Silğfidoö vsporxnet i v tenğ

kulis umçitsə,

Pojrut mqnoveniə, krupiüu za krupiüey,

Oqrızok sçastiə, çto dan na vesğ tvoy vek.

Sevinc, kədər, - hamısı quş kimi uçub gedər,

Qanadları bir azca yelpikləyər üzünü.

Qarışqa tək ömrünə daraşar dəqiqələr,

Didər, çeynəyər, udar gecəni, gündüzünü.

Biz bu qayda ilə şeirin bütün bəndlərini nəzərdən keçirməyin uzunçuluğa səbəb olacağından ehtiyatlanıb müqayisələrimizə burda son qoyur və yerdə qalan bəndləri tutuşdurmağı oxucunun öhdəsinə buraxırıq:

Za kratkiy ças şepnutğ Sekunda uspevaet

Tri tısəçi şestğsot dolbləhix:

ne zabudğ!

Ə qnusnım xobotkom tvoö sosalo qrudğ,

Ə bılo, ə - Vçera, Seqodnə povtorəet.

Bircə saat ötüncə, bu saniyə əqrəbi

Üç min altı yüz dəfə “unutma!” deyər sənə.

Gündən-günə sökülür dünyanın sən tərəfi,

Sən göz açıb yumunca sabah dönür dünənə.

Remember! Ne zabudğ! Na əzıkax löbıx

Ə qlotkoö stalğnoy vsem narodam.

Minutı, jalkiy moq, podobnı tem porodam,

Qde skrıto zoloto. Vozmi eqo iz nix!

Ötən günlər, saatlar, dəqiqələr içində

Gör nə təhər gizlənib vaxtın qızıl damarı.

O qızılı tap, çıxart, günləri boş keçirmə,

Ömür də bir qumardı, uduzma bu qumarı.

Qlupeü! Lişğ potomu iqraet vremə smelo,

Çto proiqratğ ono ne mojet: Ne zabudğ!

Denğ vspıxnul i uqas, kruqom noçnaə mutğ,

İ bezdna alçno jdet: klepsidra opustela.

Vaxtdan güclü qumarbaz tapılmaz ki,

tapılmaz,

Neyləsən, əvvəl-axır vaxt udacaq səni də.

Neçə il yaşasan da, deyəcəksən, azdı, az,

Yaşamağa bir azca möhlət verin yenə də.

İ kriknut vse toqda: i Sluçay, önıy boq,

İ oskorblennaə nevesta - Dobrodetelğ,

İ Uqrızenie - posledniy tvoy svidetelğ:

- Tı opozdal, o trus! Umri.

Prişel tvoy srok.

Gözlərini örtəcək buz kimi bir soyuq əl,

Hər şeirinlə xətrinə dəydiyin incik Allah

Göydən tərs-tərs boylanıb çağıracaq, durma, gəl,

Ötdü ömür, bitdi vaxt, ta bəsdi, öl, ay axmaq!..

R.Rövşənin tərcüməsiylə bağlı fikrimizi ümumiləşdirməzdən öncə, növbəti nəzəri remarkaya ehtiyac duyuruq. “Ədəbiyyatların müqayisəli öyrənilməsi nədir?” məqaləsinin müəllifi, komparativist Con Stayner ədəbiyyatşünaslğa “konsept” terminini gətirib. Bu termin altında o, hər hansı xalis anlamı yox, hər hansı bir anlamın bu və ya digər dilin rənginə bürünməsini nəzərdə tutur. C.Staynerin konsept termini, eləcə də, V.Benyaminin yeni tərcümə nəzəriyyəsinə əsaslanıb tərcümənin hətta metafizik kökünə gedib çıxmaq olar. Bizcə, lap dərinə gedəndə orijinal mətnin özü belə əslində qeyri-orijinaldır. Çünki hər bir mətn, Y.Kristevanın yazdığı kimi, özündən əvvəlki mətnlərlə açıq və gizli, implisit və eksplisit intertekstual əlaqə şəbəkəsi içindədir. Bundan başqa bütün mətnlər, hətta dünyanın heç kimə məlum olmayan ilk bədii mətninin özü belə ilahi metamətnin insan dilinə tərcüməsidir. Bizim şairlərin və şairkimilərin çox sevdiyi, Platondan gələn təbirlə desək, yəni şair sözü ilahi sözün kölgəsidir və deməli, bütün şairlər tərcüməçidir. Dünyanın ilk şairindən tutmuş son şairinə qədər hamısı birlikdə ilkin metamətnin bu və ya digər hissələrini tərcümə-bərpa etməklə məşğuldur. Onların hamısı “orijinal” və ya “tərcüməçi” olmalarından asılı olmayaraq, ilkin ilahi mətnə doğru can atır.

Heç bir insan ağlı və ilhamı ilahi metamətni axıracan tərcümə etməyə qadir deyil. Ona görə nəinki hansısa “orijinal” mətndə, hətta onun çoxsaylı tərcümələrində belə metamətn özünün maksimum ifadəsini tapmır - həmişə nəsə qalır. Şairin istedadının dərəcəsi bu “nəsə” ilə tərs mütənasibdir, yəni ən istedadlı şair Allahın ən yaxşı tərcüməçisidir. Məntiqi olaraq belə çıxır ki, bir şairin digərini çevirməsi, mətni sadəcə bir dildən başqa dilə çevirmək yox, həm də onu tamamlamaq, bu və ya digər boşluqları doldurmaq deməkdır. Tərcüməçiyə sərbəstlik verən də məhz orijinal mətndə bilavasitə ifadəsini tapmayan, amma potensial şəkildə mövcud olan bu “nəsə”lərdir.

Beləliklə, metafizik rakursdan yanaşsaq, R.Rövşən, sadəcə, tərcümə etmir, Bodlerin yazdığını Azərbaycan dilində yenidən yazır. Və bu zaman müəyyən ixtisarlara yol verdiyi kimi, əlavələr də edir. Amma hər iki halda o, “bukvayedlik” etmir, staynersayağı desək, orijinala konseptual yanaşır, fransız şairinin bu və digər şeirinin məğzini - konseptini tutur və bunu öz doğma dilində canlandırmağı əsas məqsədə çevirir. Vaxtın amansızlığı, ömrün faniliyi, ölümün qaçılmazlığı - “Saat” şeirinin ən ümumi konsepti budur. Tərcüməçi əsas diqqətini ayrı-ayrı detallar və elementlərdən daha çox şeirin əsas ruhuna verir, necə deyərlər onun nəbzini tutur, əsas məsələnin həlli naminə xırda qurbanlar verir.

R.Rövşənin Bodlerə elədiyi əlavələr də şeirin özünün daxili potensiyasından doğur. Məsələn, ikinci bəndin rusca tərcüməsində “qarışqa” obrazı açıq-aşkar görünür: Zamanın anları xoşbəxtliyi zərrə-zərrə didir. Amma bu metaforada dayanmadan dən daşıyan və qış uzunu onu zərrə-zərrə yeyən qarışqanın əlaməti var. Tərcüməçi poetexnoloji yöndən metaforanı təşbehlə əvəz edir, nəticədə mətnin özünün daxilində gizli qalan bənzətməni işığa çıxarır, onu əyaniləşdirir, görümlü edir. Eyni metafora-təşbeh əvəzlənməsi və əyaniləşdirmə ilə beşinci bənddə də üzləşirik: rusca mətndə qumarbaz obrazı yoxdur, amma onun əlaməti (oynamaq) var - Zaman ona görə cəsarətlə oynayır ki, o uduza bilməz. Amma “subyektiv” tərcüməçi bu əlaməti subyektləşdirir, oynamağın ardında duran oynayanı - qumarbazı mətnə əlavə edir və bu zaman yenə də mətnin özünün potensial imkanlarından çıxış edir. Bodlerin mətninə yaradıcı yanaşma nəticəsində isə R.Rövşən nəticəyə nail olur - mətn “zapçast” edilmək təhlükəsindən xilas edilir, bütövlükdə alınır. Yəni misralar misralarla, bəndlər bəndlərlə təkcə məntiqi yox, ruhi yöndən də bağlanıb canlı bədii orqanizm əmələ gətirir, oxucunun nəfəs ala biləcəyi poetik atmosfer yaranır.

// 525-ci qəzet

ÖZBƏK ƏDƏBIYYATI VƏ ƏDƏBIYYATŞÜNASLIĞINDA NIZAMI, NƏSİMİ VƏ FÜZULİ ƏNƏNƏLƏRİ
Almaz ÜLVİ,

filologiya elmləri namizədi

Nizami Gəncəvi

Azərbaycan və özbək ədəbi əlaqələrinin kökü tarixin çox dərinliklərindədir. Nəvai Nizamini öz ustası və ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu “pir”, “Xızr” adlandırmışdır. Nizaminin “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirmişdir. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazmışdır. Azərbaycanın böyük oğlu Nizamini tərifləyir, ona layiq əsərlər yazır. Nəvai qəsidələrinin birində belə deyir: “Gəncəli Nizami şeirini öz gövhərləri ilə bəzədi. O, dünyanı cəvahiratla doldurdu. Onun cəvahirləri göyün ulduzları kimi saysız-hesabsızdır. Elə adam tapılmaz ki, böyük Gəncəlinin incilərini qiymətləndirməsin. Qulaqlarda cingildəyən ləl – cəvahirat ağızlarda dolaşacaq, o, heç vaxt torpağa düşməyəcəkdir. Onlar qulaqdan ürəyə keçəcək, ürəyi zənginləşdirəcəkdir. Eh! Nizami, mən səninlə müqayisə etmək üçün sənə bərabər adam tapmadım”. Başqa bir yerdə: “Nizami elə bir mədəndir ki, onun yatağı Gəncədir. Bu mədənin qəlbi inci yatağıdır. Fikri, amalı və xəzinədarı Nizamidir. Onun dili bu xəzinədən incilər çıxarır…”. Akademik Bahid Zahidovun “Nizami Gəncəvi və özbək ədəbiyyatı” məqaləsindən götürdüyümüz bu düyğular ədəbi faktor kimi də ədəbiyyatşünaslığımızda qiymətlidir.

Heç də təsadüfi deyil ki, Əlişir Nəvai “Heyrət ül-Əbrar” (”Nəciblərin heyrəti”) əsərində Nizamini yüksək, ali sözlərlə tərifləyir, mənəvi sirlər xəzinəsinin açarı onun əlindədir - deyir. “Leyli və Məcnun” poemasında isə öz ustadı haqqında danışarkən belə demişdir:

Sal daşdan o qurdu beş uca qala,

Beş gizli xəzinə çıxdı aşkara,

Qala dövrəsində bu tikdi qəsr, –

Zinəti deyilsin əsrbəəsr.

Həm çölünə vurdu incə naxışlar,

Həm də içində zər parladı par - par.

Ecazla sehrdə var bir təfavüt:

Birinci - Kəbədir, ikincisə - büt.

Bertels öz tədqiqatında Nəvainin Nizami ecazına dair fikirlərini belə şərh etmişdir. “Şəriətdə ecaz peyğəmbərin öz peyğəmbərliyini sübut üçün göstərdiyi möcüzəyə deyilir. Məsələn, Məhəmməd üçün belə bir sübut Quran hesab olunur. Nizami poemasını Quranla müqayisə etməklə Nəvai həmin əsərin misli-bərabəri olmadığını etiraf etmiş olur”. Özbək ədəbiyyatşünası Məhəmməd Əli “Ecazkar Gəncəvi” məqaləsində Nizaminin özbək ədəbiyyatına təsirindən, Nizami irsinin özbək ədəbiyyatşünaslarının tədqiqində xüsusi yeri olduğunu etiraf etmişdi. Nizami irsi Özbəkistanda Nəvai dövrünə qədər də geniş yayılmışdır, sevilmişdir. Nizami və Füzuli əsərləri özbək oxucuları arasında qədimdən bəri şöhrət tapmışdır. Müasir dövrümüzdə də bu iş ənənəvi olaraq daim davam etdirilibdir. Özbəkistan Dövlət Nəşriyyatı 1947 – ci ildə şairin poemalarından parçaları «Güldəstə» adı altında ayrıca kitab halında çap etmişdir. Özbəkistan dövrü mətbuatında da Nizami Gəncəvinin qəzəlləri, «Yeddi gözəl», «Leyli və Məcnun», «İsgəndər və çoban» və s. əsərləri, böyük şair haqqında bir çox yazılar dərc edilmişdir.

Yazıçı- dramaturq Kamil Yaşen qeyd edir ki, “Azərbaycan - özbək ədəbi münasibətləri Nizami Gəncəvinin yaşadığı dövrdən qol-budaq atmaqdadır. Minillik tarixi olan Nizami “Xəmsə”si Özbəkistanın da qiymətli ədəbi xəzinəsi sayılır. Böyük şairin vəfatından on illərlə sonra, Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif “Müftah ül - ədl” adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını Nizaminin şah və iki bayquş haqqında hekayəti təşkil edirdi. Özbək ədəbiyyatına Nizaminin təsiri belə başlamışdı. XIV əsrdə özbəklər Nizamini ana dilində oxuyurdular. Məşhur Xarəzm şairi Qütb “Xosrov və Şirin” poemasını tərcümə etmişdi. O, tərcümə zamanı poemaya təzə hadisələr daxil etmişdi və buna görə də Nizami əsərinin özbək variantı bir növ orijinal kimi səslənir”. Beşcildlik “Özbək ədəbiyyatı tarixi” kitabında da Nizaminin özbək ədəbiyyatının inkişafındakı müsbət təsiri xüsusi qeyd edilmişdir. Cığatay (özbək) “Xosrov və Şirin”inin müəllifi Qütb Xarəzmi Nizamidən öyrəndiyini etiraf edərək  yazmışdır –

Qazantək qaynayıb sevda yetirdim,

Nizami balından halva bişirdim.

XIV əsr ədəbi tarixini vərəqlərkən, akademik Həmid Araslının bir qeydini xatırlamaq yerinə düşər - “bütöv yaradıcılığı gəlib bizə çatmayan Azərbaycan şairi Həsənoğlunun öz ana dilində yazdığı yeganə qəzəlinə özbək şairi Seyfi Səranın tərcümələr məcmuəsində təsadüf olunmuşdur. Müəllif bu kitabda həm Həsənoğluya yazdığı nəzirəni, həm də şairin öz qəzəlini vermişdi. Bu fakt elm aləminə məlum olsa da, lakin şairin “Süheyl və Güldürsün” poeması ilk dəfə “Özbək ədəbiyyatının tarixi” (I cild) kitabında geniş şərh olunmuşdur”.

XV əsr ədəbiyyatı nümayəndələri Lütfi, Xarəzmi, Durbək, Gədai, Ətai, Səkkaki kimi görkəmli sənətkarların əksəriyyəti Azərbaycanla, onun ədəbiyyatı və mədəniyyəti ilə bağlı olmuşdular. Heydər Xarəzmi isə ilk dəfə Nizaminin “Sirlər xəzinəsi”nə müraciət etmiş və bu adda özü də “Məxzən ül - əsrar” əsərini yazmışdır. Xarəzmi Nizamini özünə ustad sayır və əsərin müqəddiməsində deyir:

Şeyx Nizami nəfəsindən can tapıb,

Mənasından hökmlə - fərman tapıb.

Dünyada mən Heydəri - sahib hünər,

Əldə etdim bu qədər dürrü - gövhər.

1987-ci ildə Özbəkistanda çap olunmuş “Nəvai antologiyası”nda Heydər Xarəzminin bu əsəri də daxil edilmişdir. Özbək ədəbiyyatşünası Məhəmməd Əli yazır ki, “XIX yüzilliyin ikinci yarısında böyük özbək şairi Məhəmməd Rza Agahi Xivə xanı Firuzun sifarişi ilə Nizaminin “Yeddi gözəl” poemasını nəsrlə tərcümə etmişdir». 1983-cü ildə Nizaminin özbəkcə yüz minlik tirajla yeni bir kitabı-«Seçilmiş əsərləri» nəfis tərtibatda çapdan çıxmışdır. Burada qəzəl, rübai, qəsidələr, eləcə də “Sirlər xəzinəsi”ndən, “Yeddi gözəl”dən parçalar təqdim olunur (tərcümələr Şahislam Şahməhəmmədovundur). Kitaba tərcüməçi, filologiya elmləri doktoru, Firdovsi adına respublika mükafatının laureatı, professor Ş. Şahməhəmmədov müqəddimə yazmış, kitabın sonunda izahlı lüğət vermiş, illüstrasiyaların götürülmə mənbəyini qeyd etmişdir.

Nizami növator düha olub. Tədqiqatçı Y. Bertels bildirir ki, “Nizami sənətinin müxtəlif ədəbiyyatlarda doğurduğu əks-səda intəhasız və misilsizdir. Bunu bir çox ədəbiyyatlarda Nizamiyə bolluca yazılan nəzirələr də təsdiqləyir: - məsələn, farsca - qırx iki, özbəkcə - iki, türkcə iki və s. Eyni zamanda Nizami qüdrətidir ki, sözü-sovu dünyaya yayılmışdır. Nizami elmi ilə dünyaya bələd idi. Xarəzm şahzadəsi Nazpəri surətinin bədii tərənnümü təsdiqləyir ki, şair o xalqın tarixini, etnoqrafiyasını, adət-ənənəsini, mədəniyyətini, coğrafiyasını gözəl bilirmiş “.

Daşkənd Pedaqoji İnstitutu Nizaminin adını daşıyır. Özbəkistan Əlyazmalar İnstitutunun zəngin muzeyinin ilk otağı böyük şairə həsr olunub. Hətta Nəvai əlyazmasını əldə edən bu muzeydəki həmin otaqda Nizaminin şəkli, əsərlərindən illüstrasiyalar, ilk “Xəmsə” müəllifinə həsr olunan tablolar, döymə işləri, xalça, bədii yazılar, kitab vitrinləri və başqa eksponatlar vardır. Akademik Vahid Zahidov qeyd edir ki, “Azərbaycan xalqını vəsf eləmək mənim üçün çox çətindir. Çünki, o, hər cəhətdən kamal zirvələrinə çatmış, tarixin sınaqlarından üzüağ və mətin çıxmış əzəmətli bir xalqdır. Bu xalqın bədii dühasından danışmaq istəsək, böyük Nizaminin dünyaşöhrətli “Xəmsə”sini xatırlamalıyıq. “Xəmsə” – Azərbaycan möcüzəsidir. Sənətin və bədiiliyin dünya tarixində yeni və parlaq mərhələsidir, bəşəriyyətin şah əsəridir”. Maqsud Şeyxzadənin yetişdirməsi olan filologiya elmləri doktoru, professor, Daşkənddə yaşayıb-yaradan özbək alimi Natan Mallayevin “Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti” adlı elmi monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Professor Əli Saləddin adı çəkilən həmin kitab haqqında qeyd edir ki, monoqrafiyanın “əsas məziyyəti ilk mənbələr, naməlum qaynaqlar əsasında yazılmasıdır. Kitab Nizaminin fəaliyyətinin və ədəbi irsinin tədqiqi tarixi, həyatı və yaradıcılığı bölmələrini özündə birləşdirən “Nizami Gəncəvi”, “Şairin lirikası”, “Xəmsə” ədəbi irsinin dünya miqyasında əhəmiyyəti” və «Nizami ədəbi irsinin dünya miqyasında əhəmiyyəti» hissələrdən ibarətdir. Bu hissələr arasında qırılmaz əlaqə vardır”. Kitabın maraqlı cəhətlərindən biri də odur ki, müəllif dünya xalqlarının ədəbiyyatşünaslığında Nizaminin tədqiq tarixinə toxunur və bu tədqiqatların əhəmiyyətini aydınlaşdırır. “Əsərdə ən maraqlı cəhətlərdən biri də budur ki, görkəmli alim Nizami irsinin tədqiqatçılarına yeni səpgidə yanaşır, onun ədəbi məktəbini davam etdirdiklərinin səciyyəvi əlamətlərini açıb göstərir. Xosrov Dəhləvinin, Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Məhəmməd Füzulinin, İohan Hötenin və başqalarının Nizami irsindən nə məqsədlə istifadə etmələrini təhlil edir və bu “təlim-tərbiyə məktəbi”nin çoxsahəli, bəşəri, dünyəvi elementlərini bir sistemə salır… Kitabda həmçinin Özbəkistan ədəbiyyatşünaslığında Nizami Gəncəvi ilə bağlı tədqiqatlar təhlil olunur, eləcə də Nizami əsərlərinin tərcümə, təbdil və nəşr prinsiplərindən bəhs edilir”.

İmadəddin Nəsimi

Azərbaycan ədəbiyyatının klassikləri – Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin. . . əsərləri, ümumiyyətlə həyat və yaradıcılıqları Şərq poeziyasında, Şərqin filosof və ədiblərinin yaradıcılığında dərin izlər buraxmışdır. Filologiya elmləri doktoru Cənnət Nağıyevanın «Azərbaycanda Nəvai» monoqrafiyasında da qeyd edildiyi kimi, özündən əvvəl yaşamış Azərbaycan, fars-tacik və özbək sənətkarlarının yaradıcılıqları Nəvai üçün böyük məktəb olmuşdur-Nəsimi, Lütfi, Səkkaki, Ətayi, Müqimi və bu kimi türkcə yazan sənətkarlardan bəhrələnmişdir. Azərbaycan şeiri-Nizami, Xaqani, Nəsimi, Füzuli… kimi mütəfəkkirlərin əsərlərinin əlyazmaları Şərq ölkələrinin saraylarında böyük ehtiram və izzətlə yayılmış və böyük sənətkarların yaradıcılıqlarına öz yüksək və əvəzsiz təsirini göstərmişdir. Mövzuya uyğun olaraq özbək ədəbiyyatına bu klassiklərin təsirini tədqiqatçıların araşdırmaları nöqteyi -nəzərindən diqqət yetirək. Təkcə öz xalqının deyil, həm də bütün Orta və Yaxın Şərq xalqlarının şairi olmuş Nəsimi şeirlərinin əlyazma nüsxələri hələ sağlığında ikən Türkiyədə, İraqda, Suriyada, Hələbdə geniş yayılmışdır. Nəvai kitabxanasında bu mütəfəkkirlərin ən nadir və mükəmməl əlyazma nüsxələrinin olduğu məlum faktlardır. Tədqiqatçı alim Qulamhüseyn Beqdeli 70 –ci illərin sonunda yazır ki, Səmərqənd Əlyazmalar fondunda Xaqani, Nizami, Nəsimi, ələxüsus 20 – dən artıq Füzuli divanının qədim əlyazmaları ilə tanış olub, onların şifrələrini gətirdik. Bəzilərinin isə foto-surətini sifariş verdik. … Aşqabad əlyazmaları fondunda böyük Azərbaycan şairi Nəsiminin divanının Aşqabad variantını əldə etdik. Bu qiymətli əsərin foto – surətini və Nəsimi barədə Daşkənddə rast gəldiyimiz iki poemanın foto – surətini də gətirmişik. Bu kimi qeyd və faktlar özü sübutdur ki, Nəsimi irsi bütün Türküstan boyunca yayılıbmış.

Nəsimi (Seyid Əli. 1369, Şamaxı - 1417, Hələb) böyük Azərbaycan şairi, mütərəkkiridir. O, yaşadığı dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. İlk şeirlərini Hüseyin təxəllüsü ilə yazan Nəsimi sonralar (XIV əsrin sonlarında) hürufi təşkilatları ilə əlaqə saxlamış və hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini, onun mənsub olduğu təriqətin fikirlərini qəbul edərək şeirlər yazmışdır. Onun poeziyasında insan gözəlliyinin bədii ifadəsi ali duyğulara söykənir. Hələ sağlığında şeirləri əldən-ələ gəzən şair böyük şöhrət qazanmışdır. Eyni zamanda bu şöhrət onu əsrlərin unuda bilmədiyi ölüm hökmünə-Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisinin soyularaq öldürülməsinə gətirib çıxarmışdır. Həmin vaxt şairin bədahətən dediyi şeirlər də onun ölümsüzlüyünə bir daha şəhadət vermişdir. Nəsiminin əsərləri bütün Şərqə yayılmışdı. Ümumiyyətlə, XV əsrdən türkdilli xalqların ədəbiyyatında onun poeziyasının təsiri duyulmaqda idi. Şah Xətai, Füzuli kimi Azərbaycan dühaları Nəsimi irsindən faydalanmış və ona bəşəri dəyər vermişdilər. Nəsiminin şeirləri qeyd etdiyimiz kimi, hələ sağlığındakən əlyazma şəklində özbək ədiblərinin əlinə keçmişdir. Nəvai yaradıcılığında Nəsiminin təsiri xeyli qüvvətlidir. Böyük özbək şairi Lütfinin də adını xüsusi qeyd etmək lazımdır. Söhbət açdığımız bu mövzu ətrafında qeydlər apararkən özbək tədqiqatçısı, 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, sonralar Nizami Gəncəvinin yaradıcılığı haqqında, Azərbaycanın görkəmli mütəfəkkir şairi İmadəddin Nəsiminin ədəbi- bədii yaradıcılığı barəsində bir sıra əsərlər yazıb nəşr etdirmiş professor Vahid Zahidovun xidmətlərini xüsusi ilə qeyd etmək yerinə düşər. Tanınmış özbək alimi, filologiya elmləri doktoru Erqaş Rüstəmovun “Sevilən poeziya” və filologiya elmləri namizədi Qulamhüseyn Əliyevin “Nəsimi və özbək ədəbiyyatı” araşdırmalarını diqqətə çəkmək istərdim. Hər iki müəllif Nəsiminin özbək ədəbiyyatına olan təsirindən, özbək ədəbiyyatında Nəsimi irsinin rolundan danışırlar. Erqaş Rüstəmov tədqiqatında bu mövzu üzərindəki qeydlərini konkret faktlara söykəmişdir. Qulamhüseyn Əliyev isə həmin faktları xeyli geniş səpgidə oxucuya yetirir. Özbək alimi H. Məhəmmədxocayevin «Qardaşlıq duyğuları» monoqrafiyasında Nəsimi və Nəvainin yaradıcılıq əlaqələrindən az da olsa, danışılır. Bu kitab haqqında tənqidçi, filologiya elmləri namizədi Yaşar Qasımov öz münasibətini bildirərək qeyd etmişdir ki, “Şərqdə siyasi və fəlsəfi lirikanın nadir nümunələrini yaradan Nəsimi yalnız özbək ədəbiyyatına deyil, XİV-XV əsr özbək ictimai-fəlsəfi fikrinə də təsirsiz qalmamışdır. XV əsr özbək şairləri Nəsimi poeziyasına yaxından bələd olmuş, onun yaradıcılığının qayəsinə, məfkurəvi mübarizəsinə rəğbət bəsləmişdir. Babarəhim Məşrəb (XVİİ əsr) Nəsimiyanə şeirləri ilə məşhur olmuşdur. Sonralar XVİİİ-XİX əsr Xarəzm şairləri də Nəsimi yaradıcılığına xüsusi maraq göstərmişlər”.

Nəvai Nəsimini türkdilli xalqların ədəbiyyatlarına mənsub sənətkarların ən qüdrətlisi adlandırmış, onun şeirində həqiqətin və maarifin xüsusilə qüvvətli (”həqayit və maarif beqayət gop (çox) mündəricdir”) olduğunu ayrıca qeyd etmişdir. O, bu fikrini yaxın dostu və müasiri Pəhləvan Məhəmməd Güştigir ilə söhbətlərində-bioqrafik səpgidə yazdığı “Haləti-Pəhləvan Məhəmməd” əsərində vermişdir. Bu məsələyə tədqiqatçı alim Qulamhüseyn Əliyev də «Nəsimi və özbək ədəbiyyatı» məqaləsində toxunmuşdur.

Dahi mütəfəkkir Nəvai 750 sufi şeyx haqqında yazdığı «Nəsaim ül-məhəbbət» əsərində Nəsimi haqqında, onun yaradıcılıq fəlsəfəsi haqqında yüksək fikirlər söyləmişdir. Nəsimini türkdilli xalqlar ədəbiyyatının ən qüdrətlisi hesab edirdi. Nəvai Nəsimi soyularkən bədahətən dediyi, amma hər kəsin bildiyi -

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

Gör bu miskin şairi sərpa soyarlar, ağlamaz.

– misralarını yox,

Ey Nəsimi, çün müyəssər boldi iqbali - vüsal,

Qoy dərini soysa soysun bu nəlid qəssablar.

– beytini təqdim etmişdir. Qulamhüseyn Əliyev bu nüansı öz məqaləsində belə izah edir: “Əlbəttə, Nəsiminin faciəli ölümü haqqında saysız-hesabsız rəvayətlərə nəzər yetirsək, Nəvainin də öz fikrində haqlı olub-olmaması məsələsi tədqiqatın diqqət mərkəzində durmalıdır. Nəsiminin ölüm ayağında məhz hansı şeiri yazdığı, hansı sözü dediyi orta əsrlərdən bəri dondan-dona girmiş, rəvayətlər formasında zəmanəmizə gəlib çıxmışdır. Nəvai şöhrətli bir şair kimi tanınarkən, Nəsiminin ölümündən 50 ilə yaxın bir vaxt keçmişdi. Bu isə zaman etibarilə çox uzaq müddət deyildi. Nəsiminin ölümü haqqında Nəvai daha çox şey deyə bilərdi. Nəsiminin günahsız ölümü uğrunda mübarizə apardığı ideyanın daha geniş təbliğinə səbəb olmuşdur. “Ənəl-həqq” ideyası Herat ədəbi mühitinə də təsir göstərmişdir. Şair və fazil insan Məhəmməd Küştigiri də Nəsimiyə bağlayan həmin bu ideya idi. Özbək ədəbiyyatında Nəsimi yaradıcılığı Sultan Hüseyn Bayqaraya da tanış idi. Hüseyn Bayqaranın Nəsimi irsinə olan rəğbətinin nəticəsi idi ki, onun tapşırığı ilə yazılan “Məcalis ül - üşşaq” adlı əsərdə “Haqq aşiqi” Nəsimi haqqında, xüsusən onun faciəli ölümündən ayrıca danışılır.

Əsəri Əmir Kəmaləddin Hüseyn yazmışdır. Nəsimiyə aid olan bölümündən professor Mirzəağa Quluzadə misal göstərərək qeyd edir… “Nəimi nəfəsindən gələn nəsimləri qoxulayan Əmir Seyid İmadəddin Nəsimi adı ilə məşhurdur. Qərib bir aşiq idi. Cavanlıqda aşiq olmuş, bilikli və incə sözləri dərk edən bir adam idi. . . şairin sözünü anlamadılar. Onu cəzalandırmaq istədilər. Hələbdə zahiri üləmadan bir münkir ondan soruşdu: bu cavanın üzündə nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən? Cavab verdi ki, onun üzünün aynasında haqqın (Allahın) surətini müşahidə edirəm. Münkir dedi: biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür. Şair dedi: bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi. . .. ” Bu fəsil Nəsiminin bir qəzəli misal gətirilərək yazılmışdır.

XV əsr Cığatay (özbək) şair və mütəfəkkirləri arasında çox böyük şöhrət qazanan Nəsimi və onun yaradıcılığı “öz zamanında “Məlik ül-kəlam” adı ilə tanınan şair Mövlana Lütfinin də nəzərindən qaçmır. Nəvainin “söz mülkünün sultanı” adlandırdığı, cığatay dilində ən yaxşı şeirlər yazan Mövlana Lütfi Nəsiminin bir sıra şeirlərinə nəzirə yazmış, fəlsəfi-hürufi məsləkinə sadiq qalmış və onun şeirdə işlətdiyi istilahlar əsasında qəzəllər yaratmışdır».

Ey hüsnü camal, əhli xadimlərə sultansan,

İnsan sifəti birlə sən surəti-rəhmansan!

– misralarında da göründüyü kimi Lütfi də Nəsimi təsirindən doğan eşqlə insanı Allah surətində ucaldır. Mövlana Lütfi dövrünün dərin zəkalı şairi olmuşdur. Hətta «Füzuli də onun “Ey əzəldən ta əbəd könlüm giriftarın sənin”-misrası ilə başlanan qəzəlinə təxmis yazmışdır. Onun şeirlərinin səsi-sorağı Azərbaycana gəlib çatmışdır. «Şahrux və Uluğbəy sarayını tərk edərək Krıma və Azərbaycana səyahətə çıxan Lütfi şeirlərinin yayılmasında bir yol da bu olmuşdur. “Yer üzünün allahı insandır” – deyən mövlana hürufi ideyaları ilə daha yaxından səyahət zamanı tanış olmuşdur. Nəsiminin “Susadı” rədifli qəzəlinə Lütfinin eyni rədifli “Susadi” nəzirəsi də diqqəti cəlb edir. Bu qəbildən onun başqa şeirlərini də göstərə bilərik.

XV əsrdə yaşamış məşhur Şeyxzadə Ətayinin qəzəllərində Nəsimi üsyankarlığı aydın görünür. Bu əsrdə yaşamış bütün şair və alimlər arasında Nəsimi heyranlıqla qəbul edilmiş və iqtibas mənbəyi olaraq ondan ruhlanmış, gözəl əsərlər yaratmışlar. Azərbaycan-özbək ədəbi əlaqələri tarixində Nəsimi xüsusi bir səhifədir. Ürgənc şairi Əsiri 1775-ci ildə Nəsimi haqqında ayrıca bir dastan yazmışdır. Tədqiqat mənbələrində göstərilir ki, əsər - “Nəsimi” dastanı özbək folklorşünası mərhum Hadi Zərifovun şəxsi kitabxanasındadır. Əsər maraqlı və orijinal məzmuna malikdir. Əsərdəki bütün hadisələr Nəsiminin həyatı ilə həmahəngdir. XVII əsrdə Nəsimi təsiri ilə yazan digər özbək şairi Babarəhim Məşrəb olmuşdur. Məşrəb gənc yaşlarında Özbəkistanın iri şəhərlərini dərvişanə gəzərək din xadimlərinin iç üzlərini, onların cəhalət oyunlarını tənqid etmiş, insanlığın ali hisslərini təbliğ etmişdir. Məşrəb də Nəsimi kimi din fitnəkarlarının fitvası ilə ittiham olunmuşdur. Onun “Qisseyi-Məşrəb” dastanındakı hürufilik əqidələrini ittihama əsas tuturaq Bəlx hakiminin hökmü ilə 1711-ci ildə kafir kimi dar ağacından asmışdılar. Göründüyü kimi, Nəsimi şeiriyyətinin gücü özbək poeziyasında dərin izlər açmaqla bərabər, Azərbaycan-özbək əbədi əlaqələrinin tarixində də böyük və mühüm rol oynamışdır.

Şair, yazıçı Mirmöhsün yazır ki, “Azərbaycan həmişə sonsuz məhəbbətlə yad etdiyim doğma ocaq deyil, həm də mənim tükənməz mövzumdur. Ömrüm boyu onu vəsf etməkdən, şəninə-şöhrətinə, qəhrəmanlığına əsərlər yazmaqdan yorulmaram. Hələlik bu müqəddəs borcu ancaq bu əsərdə-«Memar» romanımda qaytarmağa çalışmışam. Romanda görkəmli mütəfəkkir, ölməz şair, söz sərrafı Nəsiminin surətini yaratmaq istəmişəm. Bu təkcə yazıçı borcum deyil, həm də böyük tarixə, mədəniyyətə malik olan ulu xalqa, qardaş torpağına-Azərbaycana bəslədiyim sonsuz hörmət və məhəbbətin yeni ifadəsidir”.

Məhəmməd Füzuli

«Füzuli təkcə Nizamidən sonra yazıb-yaratmış şair və yazıçılarının ləyaqətli varisi olmayıb Nizami məktəbinə mənsub olan Nəvai, Cami, Hafiz, Əbu Nüvas, Yasəvi və başqalarının da varisləri idi. «Şərqdə parlayan günəş» (Gibb) olmaq üçün Füzuli Şərqin bu günəşlərindən ziya almışdır. Füzuli irsinin cığatay (özbək) ədəbiyyatına təsirindən və müasir özbək füzulişünaslığının inkişafından söz gedəndə daha çox Azərbaycan və özbək ədəbiyyatşünaslıq elmlərinin qarşılıqlı əlaqə və təsirinə aid bir məsələ də ayrıca diqqət cəlb edir. Bu isə özbək füzulişünaslarının yaradıcılığına Azərbaycan ədəbi-estetik fikrinin təsirindən ibarətdir. Biz bu məsələdə konkret olaraq görkəmli Azərbaycan ədəbiyyatşünasları Mir Cəlal Paşayev və Həmid Araslının işlərini nəzərdə tuturuq. Həmid Araslının özbək ədəbi-elmi ictimaiyyəti ilə 70-80-ci illərdə əlaqələri nisbətən sıx olduğundan onun əsərlərinin Özbəkistandakı rolu haqqında müəyyən təsəvvürlər var və bunu yeri gələndə qeyd edirlər.

Ancaq onu da vurğulamaq lazımdır ki, Azərbaycan füzulişünaslarından özbək ədəbiyyatşünaslığına daha erkən və daha güclü təsir göstərəni Mir Cəlal Paşayevdir. Burada ilk növbədə onun 1958-ci ildə nəşr olunmuş məşhur “Füzuli sənətkarlığı” adlı tədqiqatı böyük rol oynamışdır. Monoqrafiyada ilk dəfə klassik poesiyanın, xüsusən Füzuli lirikasının yalnız Qərb ədəbiyyatşünaslığının ölçüləri əsasında deyil, daha çox Şərq poetikasının qaydaları və üsullarına əsasən tədqiq olunması özbək ədəbi-elmi mühitində də böyük maraq yaratmış, bu yeniliklər Maqsud Şeyxzadənin tədqiqatlarında təbliğ olunmuş və sonralar özbək füzulişünasları və nəvaişünaslarının elmi yaradıcılığında geniş şəkildə istifadə edilmişdir.

Füzuli yaradıcılığında bədii təsir məsələsindən Azərbaycan alimləri H. Araslı, Azadə və özbək alimi Erqaş Rüstəmov («Özbək poeziyası XY əsrin birinci yarısında» monoqrafiyasında) ayrıca fəsildə bəhs etmişlər. Fəlsəfə elmləri doktoru Naim Qaibov Azərbaycan – özbək ədəbi əlaqələrinin növbəti səhifəsinə toxunaraq qeyd edir ki, Özbəkistan Elmlər Akademiyasının akademikləri - fəlsəfə elmləri doktoru, professor Vahid Zahidov və filologiya elmləri doktoru, professor Vahid Abdullayev Azərbaycan ədəbiyyatının, onun görkəmli nümayəndələrinin yaradıcılığını tədqiq etmək, özbək və Azərbaycan xalqlarının mədəni əlaqələrini öyrənmək və təbliğ etmək sahəsində uzun illərdən bəri səmərəli iş aparırlar. Professor Vahid Abdullayev isə «Füzuli və özbək ədəbiyyatı» məqaləsinin, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə həsr edilmiş bir çox əsərlərin müəllifidir. 1958 – ci ildə Bakı Dövlət Universitetinin elmi şurasında «XYII – XYIII əsrlərdə Xarəzmdə özbək ədəbiyyatı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

«Füzuli və özbək ədəbiyyatı» səhifəsinə dair araşdırmalar apararkən görkəmli Azərbaycan alimlərindən H. Araslının, Q. Əliyevin, C. Nağıyevanın və s., özbək ədəbiyyatşünaslarından isə V. Zahidovun, V. Abdullayevin, N. Qaibovun, H. Məhəmmədxocayevin, Ş. Turdıyevin, A. Hayıtmətovun adlarını xüsusi ilə qeyd etmək lazımdır. Görkəmli özbək yazıçı-dramaturqu Kamil Yaşen ədəbi əlaqələrimizdən yazarkən qeyd etmişdir: «Özbək xalqının vurğunu, XYI əsr Azərbaycan şairi Məhəmməd Füzuli Nəvainin, Lütfinin və digər özbək şairlərinin bədii-estetik prinsiplərini diqqətlə öyrənmiş, öz yaradıcılığında bunlardan bəhrələnmişdir. Füzuli özündən sonra gələn şairlərin yaradıcılığına güclü təsir göstərmişdir». Bu mənada XY-XIX əsrlər Azərbaycan-özbək ədəbi əlaqələrini dərindən elmi təhlil və tədqiqata cəlb edən filologiya elmləri doktoru Cənnət Nağıyevanın «Özbək ədəbiyyatında Füzuli ənənələri» əsəri xüsusilə diqqətəlayiqdir. Bu əsərdə özbək ədəbiyyatşünaslığında, özbək ədəbiyyatı səhifələrində Azərbaycan ədəbiyyatının dahi klassiki Füzuli ədəbi irsinin yerini, təsirini tədqiqatçı nöqteyi – nəzərincə dərindən işləmişdir. C. Nağıyeva daha çox Nəvai irsinin araşdırıcısı kimi misilsiz xidmət göstərmişdir. Lakin bu kitabın - «Özbək ədəbiyyatında Füzuli ənənələri» başlıqlı araşdırmasında isə Füzuli ədəbi irsinin özbək ədəbiyyatına təsirindən və bu sahədəki özbək füzulişünaslarının elmi xidmətlərindən söhbət açılmışdr. Kitabın maraq doğuran cəhətlərindən biri də buraya daxil edilmiş «Özbək şairlərinin Füzuli ənənələrinə təxmislərindən nümunələr» hissəsidir. Qısa müəllif qeydindən sonra Məhəmməd Rza Agahi, Qazi, Dövran, Zakir Namanqani, Züyyür, Əmiri Ömərxan, Əndəlib, Məyus Xocəndli, Müqimi, Müstəqfir, Üveysi, Raqim, Sultani Seyyid Nəsircan, Təbibi Xarəzmi, Sadır Erkin kimi klassik və müasir özbək şairlərinin Füzuli qəzəllərinə təxmisləri ilk dəfə toplu halda oxucuya təqdim olunur. «Qaynaqlar» bölümündə isə özbək ədəbiyyatı və ədəbiyyatşünaslığı səhifələrində xüsusi elmi sanbalı olan əsərlərin (kitab və məqalələrin) siyahısı verilmişdir. Nəvaişünas Cənnət Nağıyevanın Füzuli-özbək ədəbiyyatı mövzusuna toxunması elə Nəvai irsinin öyrənilməsi sahəsində növbəti və ya bu işin davamı olan yeni bir addımdır. Nəvaini sevə-sevə tədqiq edən tədqiqatçı alim Füzuliyə də böyük məhəbbətlə bağlanmışdır. Tədqiqatçı bunu həm də onunla əlaqələndirir ki, “XV əsrdən bu yana nə qədər müəllif varsa, hamısının Nəvainin yaradıcılığı ilə bağlılığı var. Nəvai Nizamidən, Nəsimidən böyük heyranlıqla istifadə edibsə, XVI əsrdə Füzulinin elə bir beyti yoxdur ki, Nəvainin təsiri duyulmasın. Nəvai XV əsrdə bütün türk aləminə təsir edən bir şair olub. Amma lirizmin ən yüksək nümunələrini yaradan Füzuli olub. Nəvaidən istifadə etsə də, lirizmi inkişaf etdirib. Nəvaini tədqiq etsəm də Füzuliyə biganəmi qalmaq olar?!». Füzuli “Görgəc” rədifli qəzəlində yazır –

Könlüm açılır zülfü-pərişanını görgəc,

Nitqim tutulur qönçəyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,

Bağrım dəlinir navəki-müjganını görgəc.

Rənalıq ilə qaməti-şümşadı qılan yad,

Olmazmı xəcil sərvi-xuramanını görgəc?

Çox eşqə həvəs edəni gördüm ki, həvasın

Tərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki degil, mötərifi-nari-cəhənnəm,

İmanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,

Etməzmi həya ləli-dürəfşanını görgəc?

Sən hali-dilin söyləməsən nola, Füzuli,

El fəhm qılır çaki-giribanını görgəc.

Nəvai də vaxtilə «Görgəc» rədifli qəzəlini yazmışdır. Sonrakı dövrlərdə də, məsələn, Heyran xanımda da, çox şairlərdə də “Görgəc” rədifli şeirlər var. Tədqiqatçılar deyirlər ki, hamısı Füzulidən istifadə edib, Füzuli isə Nəvaidən təsirlənib. Deməli, onlarda Nəvai ilə Füzuli təsiri üst-üstə düşür. Ancaq lirizmdə Füzuliyə heç kim çata bilməyib. Füzuli zirvəsi hələ ki, fəth edilməyib. C. Nağıyeva qeyd edir ki, «Azərbaycan Əlyazmalar Fondunda Füzuli divanının birinci redaksiyasını müəyyən eləmişəm. Burada maraqlı bir nüans var ki, bununla sonrakı çox məsələlərə də aydınlıq gəlir. Məsələn, Füzuli divanındakı qəzəllərdən götürüb “Leyli-Məcnun”u yazarkən ona əlavə edib. Əsəri tamamlayandan sonra “Divan”ı yenidən tərtib edərkən poema üçün götürdüyü qəzəllərin yerinə əlavə qəzəllər yazıb. Bununla da, “Divan”ın I və II redaksiyaları arasında fərqlər yaranıb. Məlumdur ki, Füzuliyə bütün müəlliflər tərəfindən çoxlu təxmislər yazılıb-müxəmməslər bağlanıb. XX əsrin əvvəllərində yaşayan Nobəri adlı şair Füzulinin bütün qəzəllərinə müxəmməslər bağlayıb. Həm də bu iş üzərində çalışarkən Füzuli “Divan”ının ilk redaksiya nüsxəsini götürübmüş. Təxmislər-üç misra müəllifin, iki misra (bir beyt) isə kimin qəzəllərinə müxəmməs bağlayırsa onun olur».

C. Nağıyeva “Nəvai və Füzuli”, eyni zamanda “Nəvai və Qövsi”, “Azərbaycan klassiklərinin əsərləri Nəvai kitabxanasında” və s. maraqlı elmi mövzular üzərində işləyib. Qeyd etdik ki, Azərbaycan Əlyazmalar Fondunda Nəvainin ən qədim nüsxələri var. XVII əsrə aid olan-Nəvai və Füzulinin bir yerdə “Divanlar”ı var. Bu o deməkdir ki, xalq onlara eyni qiyməti verib. Məsələn, bu gün də (qədimdən bəri davam edən) özbək toylarında Nəvai və Füzulinin qəzəlləri birgə oxunur. Elə toy məclisi yoxdur ki, orada Füzulinin qəzəli oxunmasın. Bütün bunlar elmilikdən başqa, həm də xalq qəlbinin yaşantısı, əsrlərdən bəri qorunan sevgidir. Füzuli bizim və bütün türk dünyasınındır. Nəvai də, Füzuli də, Cami də tək öz xalqı üçün yox, bütün xalqlar üçün, insanlıq dünyası üçün yazıb-yaradıblar. Əski əlifbayla oxuyanda Nəvaini Azərbaycan şairinin əsəri kimi oxuyursan. Füzuli necə oxunursa, Nəvai də elə oxunur. Tarixin amansızlıqlarından biri də əlifba məsələsidir.  … Nizami də, Nəsimi də, Füzuli də, Vaqif də, Heyran xanım da bizimdir, onları isə bir çox hallarda və ya çox zaman oxuya bilmirik. Orijinaldan oxumağın təbiiliyini, gözəlliyini duya bilmirik.

Nəvai və Füzuli irsinə olan sonsuz ehtiram, maraq daim ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur. Tanınmış özbək ədəbiyyatşünas alimi Həsənxoca Məhəmmədxocayevin “Qardaşlıq duyğuları” monoqrafiyası ədəbi əlaqələrimizin vacib mərhələ və dövrlərindən bəhs edir. “Qardaşlıq duyğuları” monoqrafiyasındakı tədqiq və təhlillər “Nəvai və Azərbaycan ədəbiyyatı” ilə “Füzuli və özbək ədəbiyyatı” kimi iki əsas mövzu ətrafında cərəyan edir.

Nəvainin özünün də bunu dəfələrlə etiraf etdiyi kimi, əsərlərində dönə-dönə ustadları, xüsusən Nizami irsinə hörmət və məhəbbətini bidirmişdir. Bu kitabda da tədqiqatçı alim maraqlı faktlar əsasında bir daha təsdiq edir ki, XV əsr özbək ədəbi-fəlsəfi və ictimai fikirlərinin zirvəsi sayılan Nəvai yaradıcılığına Azərbaycanın Xaqani, Nizami, Nəsimi kimi mütəfəkkir şairlərinin böyük təsiri olmuşdur. Nəsimi irsinə özbək ədəbiyyatşünaslarının diqqəti barədə yazımızın əvvəlki bölümündə müəyyən qeydlər yazmışdıq. Nəsimi lirikasının XIV-XV əsr ictimai-fəlsəfi fikrinə, o cümlədən XV əsr özbək şeirinə təsiri məlumdur. Bu təsir XVII, XVIII, XIX əsrlər ədəbi mühitində də görünürdü. Nəvai yaradıcılığında Azərbaycan klassiklərinin təsirindən danışarkən, unutmayaq ki, Nəvai yaradıcılığının hələ şairin öz sağlığındakən Azərbaycan ədəbiyyatına xüsusi təsiri olmuşdur. Akademik Həmid Araslı bu məsələdən yazarkən Nəvai-Kişvəri münasibətlərindən xüsusi söhbət açmışdır: «Kişvəri üzərində məşhur özbək şairi Əlişir Nəvainin qüvvətli təsiri olmuşdur. Şair həmişə Nəvaini nümunə götürmüş, onun qəzəlləri səviyyəsində əsərlər yaratmağa çalışmışdır».

Həsənxoca Məhəmmədxocayev Azərbaycan ədəbiyyatında Nəvai ənənələrindən danışarkən, XV-XVIII əsrlər poeziyamızdan tutarlı misallar gətirmiş, maraqlı ədəbi paralel və müqayisələr aparmışdır. XIX əsr şeirimizdəki Nəvai təsiri də monoqrafiyada ətraflı şərh edilmişdir. Bu məqamı akademik Firudin bəy Köçərli də öz qeydlərində xüsusi olaraq bildirmişdir. Müəllif monoqrafiyasında eyni ilə Füzulinin klassik irsinin özbək ədəbiyyatına təsirini əlaqəli şəkildə geniş təhlil etmişdir. Lütfi-Füzuli xəttinin müqayisəli təhlili də monoqrafiyada maraq doğuran cəhətlərdəndir. Monoqrafiyanın özbək ədəbiyyatında Füzuli ənənələrinə həsr olunmuş yerlərində yeni fakt və mülahizələr ədəbi elm üçün maraq doğurmaya bilməz. Müəllif qeydidir ki, «XVII-XIX əsrlər özbək poeziyasının Nişati, Məşrəb, Agahi, Təbibi kimi nümayəndələri Füzuli dühasının cazibəsindən çıxa bilməmişlər. XIX əsrin axırları və XX əsrin əvvəllərində yazıb yaradan Müqimi, Firqət, Kamil Xarəzmi, Zövqi və Həmzə kimi bir çox sənətkarlara da Füzulinin qüvvətli təsiri olmuşdur.

Monoqrafiyada özbək ədəbi mənbələrində Nəvai ilə bərabər Füzulidən də bəhs edilmişdir. Füzuli irsinin özbək ədəbiyyatının müxtəlif inkişaf dövrlərində, ayrı -ayrı sənətkarların yaradıcılığında rəngarəng təzahürü ədəbi əlaqə və təsirin çoxcəhətliliyi ilə bağlıdır. Onların Füzuli qəzəllərinə yazdığı saysız-hesabsız nəzirə və təxmislər bunu sübut etməkdədir. H. Məhəmmədxocayevin «Həft cam» əsəri özbək dilində» (1964), «Füzuli və Firqət» (1972) kimi sanballı, elmi dəyərli orijinal əsərləri ədəbi əlaqələrimiz baxımından böyük əhəmiyyətə malikdir. «… XVII-XIX əsrlər özbək ədəbi dilində Azərbaycan dilinə məxsus bir sıra leksik qrammatik xüsusiyyətlərin təzahürü… Füzuli ədəbi dilinin təsiri ilə bağlıdır… Füzuli ideyaları onun əsərlərindəki ictimai etiraz dövr və zəmanədən şikayət, insanın cismani və mənəvi əsarətinə, haqsızlığa və ədalətsizliyə, insanı qul və kölə vəziyyətinə salan orta əsr feodal qanun-qaydalarına qarşı üsyan motivləri özbək şairlərini ilhamlandırırdı. XVII-XIX əsrlər özbək ədəbiyyatında ictimai-demokratik məzmunun, realist tendensiyanın inkişafına Füzulinin təsiri böyükdür…». Həsənxoca Məhəmmədxocayev tədqiqat zamanı ədəbi xaraktercə əhəmiyyətli görünən yeni faktlar aşkara çıxarmışdır. Bu sıradan, naməlum əndicanlı müəllifin Füzulinin “Bəngü badə” alleqorik poemasına nəzirə şəklində yazdığı “Çay və Xaşxaş” («Çay ilə Köknar») əsəri haqqında Daşkənd Universitetinin professor-müəllim heyətinin elmi- tədqiqat işlərinə dair hesabat konfransında təqdim etdiyi tədqiqatı ilə müəllif ilk dəfə məlumat vermişdir. Bu barədə müəllifin «Füzuli və özbək ədəbiyyatı» monoqrafiyasında (Daşkənd, 1972) xüsusilə geniş yazılmışdır. Müəllif kitabın sonluğunda və eləcə də yeri gəldikcə ədəbiyyatşünasların qarşılıqlı xidmətlərini dəyərli hadisə adlandırmışdır. H. Məmmədxocayevin “Qardaşlıq duyğuları” monoqrafiyası (özbək dilində, Daşkənd, 1976) ədəbiyyatşünaslıq tariximiz üçün böyük xidmətdir. Özbəkistanda yaşayıb-yaradan azərbaycanlı ədəbiyyatşünas alim Yaşar Qasımovun “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş “Dostluq duyğuları” məqaləsində bu kitab haqqında müfəssəl yazılmışdır. Daşkənd Dövlət Universitetinin özbək klassik ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Həsənxoca Məhəmmədxocayevin Azərbaycan ədəbiyyatını belə bir dəyərli töhfə ilə təbliği ürəkaçan faktdır. Vaxtilə (1979-cu ildə) bu böyük alimin dediklərində məhəbbət hissləri çox səmimidir. “Mən Azərbaycanda olmamışam, lakin bu o demək deyil ki, mən bu xalqı, onun adət-ənənəsini böyük ədəbiyyat və mədəniyyətini tanımıram. Füzuli, Axundov, Vidadi, Vaqif, Vurğun, Mehdi Hüseyn yaradıcılığı mənim üçün də doğmadır. Bu doğmalıq hələ orta məktəb illərindən başlayıb. İnstitutda isə bir az da artıb. İlk diplom işimdə Füzulinin “Leyli və Məcnun”u ilə Nəvainin “Leyli və Məcnun” əsərini müqayisə etmişəm. Füzuli məhəbbəti məni dinc qoymayıb, qəlbimi yandırıb, illər keçə-keçə onu dərindən öyrənməyə, dönə-dönə mütaliə etməyə başlamışam. Bir də gördüm ki, “Füzulinin özbək ədəbiyyatına təsiri” mövzusunda namizədlik dissertasiyam hazırdır. Son yeddi-səkkiz ildə isə ədəbiyyatlarımızın dostluğundan, əməkdaşlığından onlarca yazılar yazıb, elmi məcmuələrdə vaxtaşırı çap etdirmişəm. Füzulinin yubiley tarixləri bir çox Şərq ölkələrində olduğu kimi Özbəkistanda da həmişə yüksək səviyyədə qeyd edilmiş, əsərləri tərcümə olunaraq nəşr olunmuşdur. Məsələn, Füzulinin anadan olmasının 400 illiyi ilə əlaqədar olaraq vaxtilə şairin «Divan»ı 5 min nüsxə tirajla özbək dilində çap olunmuşdur».

Beləliklə, tədqiqata cəlb olunan materiallar və ortaya qoyulan məsələlər ətrafında aşağıdakı xülasəyə gəlmək mümkündür:

– Azərbaycan klassik ədəbiyyatının, ilk növbədə, Nizami, Nəsimi, Füzuli kimi bədii söz bahadırlarının, cığatay (özbək) ədəbiyyatının tərəqqisinə və yeni-yeni ənənələrlə zənginləşməsində danılmaz rolu və böyük təsiri özbək ədəbiyyatşünasları, yazıçıları və mətnşünasları tərəfindən də tədqiq edilmişdir. Bu tədqiqatlar isə öz növbəsində Azərbaycan ədəbiyyatı mütəxəssislərinin təcrübəsindən və sözü gedən sahədəki uğurlarından istifadə etmişlər və özbək ədəbiyyatşünaslığının üfüqlərini xeyli genişləndirmişlər. Nəticədə Azərbaycanda Nəvaişünaslıq elmi ayrıca sahə olaraq formalaşdığı kimi, Özbəkistanda da Nizamişünaslıq, Nəsimişünaslıq, Füzulişünaslıq ənənələri böyük vüsət almağa başlamışdır.

almazulvi1960@mail.ru

almazulvi1960@box.az

Sevinc Çılğın. Şərq Dəftərindən (I Hekayə)
Günün biri bezdim hər şeydən. Nə dəniz, nə sahil, nə də istirahət gəzintiləri əvvəlki kimi cazibədar görünmədi. Qaynar günəş üz-gözümüzü, qollarımızı yandırsa da, Henrinin istəyilə şəhərin pis qoxulu küçələrini dolaşıb isti asfalt üstündə yeriməyə qərar verdik. Səkilər boyunca sıraya düzülmüş dükanlarda buz kimi sular olmasaydı, nəfəs almaq müşkül olardı. Yarısı içə, yarısı dışa süzülən suların sərinliyi ötəri, başaldadan kimiydi. Dadını, ləzzətini itirmiş hər şey kimi günün istisi də mənasız idi. Qaş qaralıncayadək gəzmək, pinti adamların yaşadığı məhəllələrdə boşboşuna dolaşmaq sonuna tələsən ömrümüzə meydan oxumaqdı sanki. Dar küçələrin kələ-kötür səkilərində köhnə adamlar qara daminoları şaqqıldadır, uzun nərdin ətürpədən daşlarının şappıltısı əsəblərə toxunurdu. Yarımçıq qadınlarsa sapları çürümüş zivələrə nimdaş pal-paltarlarını sərir, arabir qənşərində əllərini belinə dayayan qonşularla mızıldanırdılar. Bu nuh əyyamından qalma məhəllənin uşaqları da balaca kişilərə bənzəyirdi. Biz tanış olmayan bu xudmani şəhərin qədim qoxan məhəlləsində addım-addım yeriyir, doğma Roma küçələrini yad edirdik.

Otelin səhər yeməyi mədəmi bulandırmışdı. Otağa dönər-dönməz tualetə üz tutdum. Bir az öncə yediklərim unitazın ortasında iyrənc və kobud görünürdü. Üstünə bir də tüpürdüm və suyu buraxdım.

Otağa keçdim. Sən demə, yeməyə düşəndə televizoru söndürməyi unutmuşuq. Ekranda üzünə yağlı boyalar çəkmiş, klounları xatırladan bir qadın yöndəmsiz əl-qol hərəkətləriylə mahnı oxuyurdu. Henri vanna otağından atılıb televizorun səsini artırdı. Oğrun-oğrun gülümsədi. Onun gözlərindəki ehtirası duymamaq mümkün deyildi.

Romada sonuncu günü xatırladım. Qocalar evinə apardığım anamın sadəlövh baxışları yadıma düşdü. Qayıdınca geri alacağıma, hətta elə həmin səhər onu atamın sümükləri çoxdan çürümüş məzarına aparacağıma ümid saçırdı o gün. Həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan anam indi məndən mərhəmət umurdu. Sayını itirdiyi xəyanətlərini unudub atama “bax sənə sadiqəm” deyə daha bir oyun oynayacaqdı.

Dolabın üstündən Henrinin burdan aldığı muncuqlar baxırdı. Füruzəyi rəngli muncuqların doxsan doqquzu noxud, ikisi isə düyü boydaydı. Düzü, Henrinin qara, uzun saqqallı, başında şərqin müqəddəslərinə məxsus örtüsü olan o saxtakar molla deyilən adama aldanıb üç yüz dolları buna necə qıydığını anlamırdım. Onu dolabın üstündən götürüb otağın sağ küncündə duran bədənnüma güzgüyə yaxınlaşdım. Boynuma taxdım. Axı bu mənasız muncuqlar boyunçun da yaramırdı. Henri bununla nə edəcəkdi?!

Sevdiyim tuflilərimi Romada qoydum. Necə olsa burda işə yalnız istiyə dözəcək sadə çəkmələrim yarayacaqdı. Ancaq bu gün hava dəyişdi. Çox ağılsız bir külək bayaqdan pəncərələrə çırpılır və mən bu qəfil çırpıntılardan diksinirəm. Henri bu qədər vaxtı bu dəlisov küləklərə necə səbr edib deyə heyrət edirəm. O ki sakitliyi sevən adamdır. Bu axmaq iş onu rahatlığından vaz keçirəcək qədər güclüdürmü? Axı o, Romada havalar dəyişər-dəyişməz qismən mülayim ölkələrə səfər edirdi.

Axşam yeməyini oteldə yeyib Henrinin kirayələdiyi evə baxmağa gedəcəkdik. Ev sahibi saat 9-dan sonra gəlməmizi istəmişdi. Henri yuyunub aşağı düşdü. Mən kətan donumu geyindim, yeni açdığım fransız ətrindən qulaqlarımın arxasına, biləklərimə və döşlərimin arasına səpdim. Henri səbirsizdir, pillələri sürətlə endim. Bayıra çıxdıq. Oteldən azca aralanmışdıq ki, qoca bir qarı üstümüzə şığıdı. Ah, yazıq Henri, necə də qorxdu. Geri çəkildi. Qarı əlini açıb öz dilində nəsə istədi. Əlbəttə, qarının üst-başından dilənçi olduğu bilinirdi və bunu Henri də duymamış deyildi. Lakin o, görkəmindən cin hürkən bu qarıya eyni dildə nəsə dedikdən sonra ovcuna qəpiklər qoydu. Qəribəydi, Henri qarının kirli əllərindən iyrənmədi elə bil. Hətta o an mənə elə gəldi ki, Henri nəzakətli kişi rolunu maharətlə oynaya bilər.  Qarı Henriyə gülümsədi.

Henrinin sevdiyi mahnı yəqin ki, bu xalqa məxsusdur. Onu sevdiyini həmin səhər çaşqın baxışlarımla rastlaşınca söyləmişdi. Dünən istirahət günüydü. Henri aramsız yenə onu dinləyir, qaşlarını çatıb düşüncələrə qapılırdı. Mənimsə görünür tənhalıq, özümlə tək qalıb darıxmaq alnıma yazılıb. Uzun illər tək yaşadığım Romanı xatırladım. Henrini tapanadək keçirdiyim səssiz və darıxdırıcı günlər gözlərimdə canlanıb sevmədiyim bu şəhərdə canımı sıxdı. Dinləməkdən bezdiyim mahnı hələ də səslənirdi. Bu an naqillərin kəsilməsini, cərəyanın olmamasını arzu etdim. Henri mənim bu arzumu duysaydı, yəqin mənə nifrət edərdi. Ancaq cəsarətlənib düyməni basdım. Mahnı susdu. İndi zarıyan o qadının səsi otağı tərk etmişdi. Henri qəzəblə yerindən sıçrayıb: “Dəli olmusan-nədi?! Sənə kim dedi düyməni bas?”. Tanrım, mən Henrinin səsini bu günədək belə yüksəkdən duymamışdım. Heyrətlə onun üzünə baxdım və kəkələdim “Mən…mən…”. Henri “Kəs səsini!” deyib əlini yumruqlayıb yuxarı qaldırdı. İxtiyarsız başımı əyib gözlərimi tez-tez qırpdım. O, evliliyimizdən, hətta tanışlığımızdan bəri ilk dəfə idi ki, mənə əl qaldırırdı. Bu rəzil hərəkətlə məni təhqir edən ərim sanki “Mən daha yoxam” deyib bağırırdı. Henri nəsə danışırdı. Amma mən onun yalnız içimdə səslənən yoxluğunu eşidirdim.

Təyyarəyə bilet almaq çətin olmadı. Henri bu anı çoxdan gözləyirmiş kimi hər şeyi gecikmədən yoluna qoydu. Və mən indi göyün bilmirəm neçənci qatındayam. Buludların arasında bir az rahatlamışam sanki. Olub-keçənləri, Henrini, Romaya çatar-çatmaz görəcəyim ilk işləri düşünürəm. Yəqin Henri də indi fikirlidir. O isti yay günündə mənə sevdirə bilmədiyi bu şəhərin barbar, köhnə adamları, iyrənc, çirkli dilənçi qarıları, gəlmələrə kələk gələn ev sahibləri, saxta, hiyləgər mollaları ona yadsa da, köntöy bir müğənninin bir, yalnız bir mahnısı əzizdir amma. Henri daha doğma Romaya özgələşib. Roma üçün Henri daha başqasıdır. Romanın indi həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan, sayını itirdiyi xəyanətləri unudan insanlara daha çox ehtiyacı var, nəinki Henriyə.

Cavidan. Ağrı…
Qadın ağrı çəkirdi.

Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.

Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı.

- Ay Allah..köməyini əsirgəmə..körpəmə, ərimə yazığın gəlsin, bizi tək qoyma, ay Allah..ay Allaahhh…aaaayyyyy…ayallaaaaaahhh…

- Suyu səhərdən gedib, -deyirdi mamaça., - on saatdı susuzdu uşaq, Allah özü kömək olsun. Bəlkə aparaq xəstəxanaya, hə?!- ümidsizliklə ona baxdı.

- Yox, həkim lazım deyil…-dedi o.

- Mənə deyirdi suyu gedib, inanmadım, dedim bəlkə ağırdı, sidiyə çıxıb, hiss eləməyib, vaxtına bir ay qalmışdı axı, -qaynanası ona qısılmış oğlan uşağının ayaqlısını yoxlayıb batıq olduğunu gördü və odun peçinin böyründən aftava-ləyəni götürüb uşağı yumağa başladı

Daha bir sancı dalğası gəldi.

Qadın bütün vücudunu sarmış bu dəhşətli ağrıdan başqa yer üzündə heç nəyi və heç kimi hiss eləmirdi… Yalnız bu ağrı vardı dünyada, bir də qadının özü. Daha heç kim və heç nə.

Saçlarından tutmuş ayaq dırnaqlarınadək ağrayırdı və bu ağrı onun canından zərrə-zərrə qoparaq kainatın hər bir nöqtəsinə yayılırdı. Aramsız qışqırırdı və bu qışqırığın əks-sədası kainatın hər bir nöqtəsində eşidilirdi.

Saçları balışın üzərinə səpələnmişdi, alnında, boynunda tər damcıları parıldayırdı.

O, qeyri – ixtiyari əlləriylə saçlarını arxaya daradı, bir neçə anlıq qulaqlarını sıxıb gözlərini yumdu, alnında, boynunda parıldayan tər damcılarını əllərinin içi ilə sildi, halsızlaşdığını, gücünün və səbrinin tükəndiyini, bu yeri-göyü sarmış ağrıya tab gətirməyərək bu alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasından, bu pilləkənləri sidik qoxuyan köhnə və rütubətli binadan uzağa, mümkün qədər uzağa qaçmaq istədiyini hiss elədi.

Amma hara?

Ağrı hər yerdəydi.

Başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan yaşadığımız, ağrıdığımız dünyaya daha bir insan gəlirdi.

Ağrısı özündən əvvəl doğulmuşdu yer üzünə…

O, bu uşağı illər idi ki, gözləyirdi. Bu ağrını nə qədər arzulamışdı. Bu ağrını çəkən qadınlara həsəd aparıb ağrısızlığa məhkum olduğundan utanıb yerə girmişdi hər dəfə. Sızıldamışdı, yanıb-yaxılmışdı ağrıdan məhrum olduğuna görə. Ağrımışdı ağrısızlığından…Gecələr boyu dualar oxumuşdu , gündüzlər boyu ziyarətgahlara ayaq döymüşdü, saysız-hesabsız cinsi əlaqələrdən əri də bezikmişdi, bitməz-tükənməz müalicələrdən öz canı da yorulmuşdu..Amma bütün bunlar hər 28-ci gün tamam olub Ay bədirləndimi, bir ovuc qana dönüb ümidlərini məhv edirdi.

Bəndələr aciz idi.

Allahsa susurdu.

Dəqiq əmin idi ki, Allahın bircə dəfə üzünü ona çevirib dilucu “OL!” deməsi kifayət edər ağrısızlıqdan qurtulmasına.

Dünya, Kainat bu bircə sözdən yaranmadımı?

Bəs onun bətnində niyə bu nəhayətsiz həyatdan bircə zərrə belə cücərib doğula bilmirdi, niyə?

Axı o da duymaq istəyirdi ağrını.

Bu dadı hiss etmədənmi köçəcəkdi yer üzündən?

Bəs Allah?

Bəs “OL!” kəlməsi?

Öncə SÖZ vardı axı?!

Sonra Dünya yaranmışdı.

İndi burda – bu alaqaranlıq, hisli otağın yoxsulluqla dolu havasında öncə ağrı var.

Sonra insan doğulacaq.

Doğulub öləcək bəlkə.

Doğulub öldürəcək bəlkə.

Doğularkən onu doğanı öldürənlər az olubmu?

-Gəlir..başını görürəm..Caann, qanla doğulur uşaq, susuz, zülümlə..caan, can bala..bir az da..aay sağ ol..ay sağ ol..dayan, hə, güc vermə..mən deyəndə ancaq, eşidirsən? Ancaq mən deyəndə..hə…dayan..indi ver..gəlir..bax, gəlir uşaq…- mamaçanın səsi son anlarını yaşayan ağrını ovutmağa çalışırdı…

Qaynanası yenə də otağın küncündəki kətilə pərçim olmuşdu, qucağındakı oğlan uşağına əmzikli şüşədən süd içirirdi.

Öncə balaca başının təpəsi, sonra alnı, daha sonra üzü göründü…

İlahi!

Bu balaca üzdə nə qədər əzab vardı!

Doğulan onu doğandan daha çox ağrıyırmış sən demə…

O, başının hərləndiyini, gözlərinin qaraldığını, qulaqlarının küyə düşdüyünü hiss elədi..

Bax bu halda, insanın “özündən getməsi” halında, onun ruhunun bədəniylə əlaqəsinin qəfildən kəsilib yenidən qayıtması məqamında ağrı hiss olunmur, unudulur, bəlkə də yoxa çıxır…

Bəs kliniki ölüm məqamı?

İnsanlar ruhlarının bədənlərindən qoparaq onu kənardan seyr etdiklərini danışırlar sonradan…

Qaranlıq və uzun tunel, qatar səslərini xatırladan “tak-tarak, tak-tarak” ritminin içinə düşmək, o tunelin sonuna doğru hərəkət, o tunelin sonundakı işıq..sonra isə yenə də ağrı…

Həyat – ağrı deməkdir.

Ölüm isə daha bir qaranlıq bətn, daha bir ana ürəyinin çırpıntıları ritminin içinə düşmək, daha bir doğuş prosesi və daha bir işıqlı dünyaya çıxmaq şansıdır…

Yenə ağrımaq şansı…

Yenə ağrıtmaq şansı…

- Şükür Allaha!- mamaça çağanın göbəyini burub kəsdi və onu indicə qoyub gəldiyi başqa, tanımadığımız, yerini bilmədiyimiz, bəlkə də hər birimizin vaxtilə olub indi heç birimizin xatırlamadığı bir dünyadan ayırdı, - göyçək bir qızın oldu, maşallah! Göbək ciyəsi də dümdüzdü, bundan sonra mütləq oğlan olacaq…

- Mən elə qız istəyirdim…- dedi o.

- Atası gəlsin, muştuluq alım, -mamaça sevinirdi.

- Atası gec gələcək, çay kənarından daş daşımağa gedib. Ancaq yatmağa gəlir, bəlkə də səhərə gələ, - qaynana otağın küncündəki kətildən nəhayət ki qalxıb qucağındakı oğlan uşağını yaxına gətirdi, -bacıya baax, əl çal bacıyçün, əl çaal…

Oğlan uşağı mamaçanın büküb-bələdiyi çağaya baxdı, gözləri lampanın zəif işığında parıldadı və o, balaca, totuq əllərini bir-birinə vurub güldü. Çağa sanki buna bəndmiş kimi əvvəl tənbəl-tənbəl bir gözünü açdı, sonra balaca ağzını instinktiv olaraq sağa-sola əyərək yeməyini axtardı, tapmayıb ağladı.

Oğlan uşağının balaca , totuq əlləri havada qaldı, gözlərindəki parıltılı sevinc heyrətə, sonra qorxuya çevrildi və o, çağaya qoşulub ağlamağa başladı…

Qadın üstündə uzandığı yemək stolunun qıraqlarını əlləriylə sıxmış, gözlərini möhkəmcə qapamışdı. Nə bu körpə ağlaşmalarını, nə də indicə deyiləcək sözləri eşitmək istəmirdi.

Mamaça son tapşırıqlarını verirdi:

- Bax, soyuqdan qorun. Bilirəm qonşulara-filan ev-eşik təmizləyirsən, pal-paltar yuyursan, amma hələ bir-iki ay eləmə bunu. Onsuz da çox zəifsən. Yadında saxla, doğan arvadın qəbri düz qırx gün, qırx gecə açıq olar deyiblər. ..bir şey olsa, mənə zəng eləyin, gəlib dəyərəm, - ona sarı dönüb əlavə elədi, - məni yola salın gedim.

O, mamaçanın paltosunun cibinə pul basdı, qapını bağlayıb hələ də stolun üstündə uzanmış qadına yaxınlaşdı:

- Əslində …mamaça mənlik deyildi, bilirsən. Amma biz danışdığımız vaxtdan sonra qiymətlər bahalaşıb, həm də sənin vəziyyətini də nəzərə aldım. Ona yüz dollar verdim, bu min dolları isə qoyuram sənin balışının altına..

- Çox sağ ol, - qadın zorla pıçıldadı.

Baxışları alaqaranlıq və hisli otağın tavanında donub qalmışdı.

- Sən də sağ ol, - o da demək olar ki pıçıldadı və qalın adyala bükülmüş çağanı divanın üstündən qucağına götürdü.

- Ona baxım..-qadının baxışları tavandan qopub qalın adyalın qırmızı güllərinə qondu.

- Yox, ona baxmağını istəmirəm, toxunmağını da. Səninlə şərtimiz vardı… Mən bu ayın axırınadək paytaxta köçürəm, bir də heç vaxt səni görmək istəmirəm, yadında saxla, nə vaxtsa bu uşağı axtarmağı, ona kim olduğunu deməyi də ağlına gətirməyəsən..bu, sənin deyil, eşidirsən? Sənnənəm… -az qala yalvararaq sızıldadı…

- Hə…- qadının baxışları qalın adyalın qırmızı güllərindən qopa bilmirdi.

- Allaha əmanət olun, - o, qapıya tərəf getdi, otağın küncündəki kətildən durmaq fikri olmayan qadına baxdı, - zəhmət olmasa qapını açın. Arvad tənbəl-tənbəl qalxıb qapını açdı, qalın adyalın qırmızı güllərini çölə ötürüb qadının yanına qayıtdı. Oğlan uşağını yenidən qucağına alıb küncdəki kətilə sarı getdi:

- Puldan özünə saxla, qalanını da verərsən, ərin sənəd-sünədini düzəldib gedər Moskvaya-zada. Kişi olub kişilərə qarışacaq barı…On beş manat da mənə verərsən, unun pulundan dükana borclu qalmışam, onu verməliyəm…yatmısan?

- Yox…, - qadın zorla eşidiləcək səslə deyə bildi.

Əlləri, üstündə uzandığı yemək stolunun qıraqlarını sıxmaqdan yorulmuşdu, gözləri yenə də tavana dikiliydi..baxışları isə qalın adyalın qırmızı güllərinə ilişib getmişdi…

Yazıçı Natiq Rəsulzadə: “Detektiv maraqlı janrdır”
“Ədəbiyyyat, hansı janrda yazılırsa yazılsın, o ədəbiyyat yaxşı və pis yerə bölünür”

- Bu gün yazıçı Natiq Rəsulzadənin dəsti-xətti ilə gedən, onun yolunu davam etdirənlər çoxdurmu?

- Hər kəs bir janrda yazıb yaradır. Mən də ədəbiyyatın bir janrı ilə məşğul oluram. Düzünü deyim ki, dəqiq ad verə bilməsəm də, onu söyləyə bilərəm ki, şübhəsiz, davamçılar var. Bilirsiz, mənə bir çox yazıçılar deyirlər ki, bu gün Natiq Rəsulzadə məktəbi var. Mənim üçün təvəzakarlıqdan uzaq olsa da, haqqımda çox vaxt belə deyirlər. Hesab edirəm ki, əgər oxucular və yazarlar yaradıcılığıma məktəb adı verirlərsə, yəqin ki, yolumu davam etdirənlər də var. Detektiv janr doğrudan da böyük və maraqlı janrdır. İstər dedektiv, istərsə də kriminal janrı az müraciət olunan, lakin maraq və diqqəti çəkən bir janrdır. Məncə əsər, ədəbiyyyat, hansı janrda yazılırsa yazılsın, o ədəbiyyat yaxşı və pis yerə bölünür. Mənim təsəvvürümdə orta yer yoxdur. Hər hansı janrda yazmaqdan asılı olmayaraq , əsəri dərin, məzmunlu, maraqlı yazmaq lazımdır.

- Əsərlərinizin böyük əlsəriyyətini rus dilində qələmə almısınız. Bunun əsas səbəbi nədədir?

- Mən uşaqlıqdan Sovet İttifaqında böyümüşəm. Ömrümün böyük hissəsi məhz bu ittifaqda keçib. Adətən böyük şəhərlərdə şəhər əhalisi övladlarını rus məktəblərində oxudurdular. Ona görə ki, orada rus dili dövlət dili idi. Biz illərdir ki, müstəqil ölkəyik. Bundan əvvəl rus dili həm də çox populyar bir dil idi. Onu da qeyd edim ki, mən unistitutu Moskva şəhərində rus dilində bitirmişəm. Bütün bunlar əsərlərimin böyük əksəriyyətini bu dildə yazmağa rəvac verib. Paytaxtımızda böyük Tərcümə Mərkəzi fəaliyyət görtərir. Əgər onlar məsləhət bilsələr, əsərləri tərcümə edə bilərlər. Çox hallarda mən əsərlərimi Azərbaycan dilinə tərcümə edirəm, amma bu əsərlərin çoxu konstuktiv əsərlərdir. İnanıram ki, öz etdiyim tərcümələr yaxşı alınır. Amma nəsr əsərlərini tərcümə etməyə bir az çətinlik çəkirəm. Bununsa səbəbi mətndə çox incə məqamların olmasıdır. Belə əsərləri tərcümə etmək bir az çətindir.

- Əsərlərinin böyük əksəriyyətinin rus dilində olduğunu nəzərə alsaq, Natiq Rəsulzadə özünü həm də rus ədəbiyyyatının nümayəndəsi hesab edirmi?

- Yox. Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev və mənim kimi rus dilində yazan yazıçıların deyərdim ki, tərbiyəsi, savadı, təhsili rus dilindədir. Amma onlar öz xalqına lazım olan, öz xalqını sevən yazarlardır. Bu yazarlar hansı dildə yazmaqdan asılı olmayaraq, öz doğma vətənlərindən yazıblar. Bir çox tədbirlərdə də bu fikri dilə gətirmişəm. Demişəm, baxmayaraq ki, görkəmli yazıçıların çoxu rus, gürcu və yaxud başqa dillərdə yazıblar, onların ürəyi dogma vətənləri üçün döyünüb. Eləcə də mənim… Ürəyim hər zaman Azərbaycan üçün döyünüb… Məhz bu ürək çırpıntıları insanı öz xalqlna xidmət etməyə çağırır.

- Rusiyanın Yazıçılar Birlikləri ilə əlaqələriniz varmı?

- Rusiyanın Yazıçılar Birliyi ilə əlaqələrim yoxdu. Düzünü desəm, buna heç ehtiyac da görmürəm. Çünki Rusiyanın nüfuzlu jurnallarında əsərlərim çıxırdı və oradakı nəşiryatlarında kitablarım nəşr olunurdu. Bir çox avropa ölkələrində kitablarım nəşr olunub və olunmaqdadır.Yazıçılar İttifaqı elə bir təşkilatdır ki, istər rusiyada , istərsə də başqa ölkələrdə onlar kitabların nəşr olunmasında yazıçıya kömək etmirlər. Əgər insanda bacarıq, istedad və enerji varsa, o, özünü məşhur edə bilir. Yazıçılar İttifaqları yazıçını məşhur eləmir.

- Özünüzün fərqləndirdiyiniz, başqa kitablarınızdan bir az çox sevdiyiniz kitabınız hansıdır?

- Çətin sualdlr. Mən deyə bilmərəm… Düzdür, sevimli əsərlərim var, amma güman edirəm ki, bir müddət keçəndən sonra o əsərlər də o qədər sevimli olmayacaq. Mən gələcəklə yaşayıram, keçmişlə yox. Düşünürəm ki, gələcəkdə bu gün sevdiyim əsərlərimdən də maraqlı əsərlərim yaranacaq.

SİA

Ayaz Salayevin filmi yenidən çəkilir!
“Ehram TV” filmi ətrafında qalmaqalın yeni detalları

“Ehram TV” filmi Mədəniyyət və Turizm Nazirliyini əməlli-başlı yerindən oynadıb. Tanınmış kinorejissor Ayaz Salayevin nazirliyin sifarişi və maliyyə dəstəyilə ekranlaşdırdığı bu film ətrafında qalmaqallar, dedi-qodular günü-gündən böyüyür.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin kino istehsalatı sektorunun rəsmisi Cəmil Fərəcov bir müddət öncə “Bakı-Xəbər”ə bildirmişdi ki, filmdə bəzi məqamlar onların xoşuna gəlməyib və film üzərində redaktə işləri aparılır.

Əldə etdiyimiz məlumata görə isə, filmdə redaktə işləri aparılmayıb, filmin ssenarisində dəyişikliklər edilib, bu səbəbdən də “Ehram TV”nin böyük bir hissəsi yenidən çəkilir.

Adının çəkilməsini istəməyən operatorlardan biri filmlə bağlı ilginc bir xəbər verdi. Onun bildirdiyinə görə, Mədəniyyət və Turizm Nazirliyinin istehsalata buraxılacaq filmlərin seçilməsi üzrə ekspert şurasının üzvləri artıq istefaya göndərilib. Buna səbəb kimi A.Salayevin “Ehram TV” filmi göstərilir.

Operatorun sözlərinə görə, hətta bu filmin istehsalata buraxılması üçün  Qəribəsi odur ki, Ayaz ekspert şurasının üzvü ola-ola öz filmini istehsalata buraxmışdı. Bu anormal haldır”.

Xatırladaq ki, ekspertlər şurasında Ayaz Salayev, Cəmil Fərəcov, Elman Bədəlov, Cahangir Məmmədov və başqa kino mütəxəssisələri təmsil olunurdu.

İkiüzlü xalça Bakıda yenidən doğuldu
İki gənc qız evlərinin həyətində xalça toxuyur. Döşənəkli həyətin düz ortasında xana qoyulub, samovar bir küncdə xımır-xımır tüstülənir. Həyətin rəng tərtibatı da bizi keçmişə dəvət eləyir. Qızlardan birisi soğanı kəlağayısını çiyninə atıb topa-topa saplardan bir qırıq kəsib çeşni ilə müqayisə edərək rəng seçir. O birisi xalça toxuyur.

Sonra armudu stəkana pürrəngi çay süzüb yerə sərilmiş süfrə arxasına keçirlər. Süfrədə şəkərbura, paxlava, ləbləbi… Biz onların nə danışdığını, nəyə güldüyünü də bilmirik. Demək artıqdı ki, bu səhnə azərbaycanlı qız-gəlinlərin yaşadığı həyat tərzini təsvir edir. «Biz» kəlməsini dilimizə gətirməyə ehtiyac duyanda adətən belə filmlərə baxırıq və deyərdim ki, biz belə filmləri çəkməyi, baxmağı və xaricilərə göstərməyi də sevirik. Amma adətən də filmin personajlarının sonrakı həyatıyla da maraqlanmırıq.

Qoşa buta

Həmin bu həyətin dar keçidindən və taxta darvazasından adlayanda köhnə həyətdə yaşayanların iç dünyasından xəbərim yox idi. Filmin operatoruna halal olsun, balaca, kəm-köhnə əşyalarla dolu həyət kadrlarda geniş, səliqəli görünürdü, çatışmazlıqlar gözə girmirdi. Filmdəki qızlar Zahidə və Arzu Haşımova bacıları həyətdəki evlərin birində yaşayır. Amma kadrlardakı əhval-ruhiyyə, xoşbəxtlik hissi artıq 3 ildi ki, bu evdən çəkilib. Çünki rəssam bacılardan birisi Arzu gənc yaşlarında dünyasını dəyişib. 3 ildi ki, evin sakinləri xatirələrlə, yaddaşla və arasıkəsilməz bir hüznlə yaşayırlar. Amma bu evdə o qədər baxmalı, görməli, bölüşməli və fəxr edəsi şeylər var ki…

Rəssamlığa 4-5 yaşlarından başlamış bu bacılar haqqında söhbəti bir az da gendən, uzaq, soyuq və qorxulu 37-ci ildən başlamaq lazımdı. O ildə Mircəfər Bağırov şəxsən Stalindən şəbəkə üslubunda qızıl məmulat düzəltdirmək sifarişi alır. İllərin qorxusunun üstünə bir qorxu da gəlir - rəhbər işdən razı qalmasaydı, ustanın canı gedəcəkdi. Çox götür-qoydan sonra işi şəhərin gənc, amma tanınmış şəbəkə ustasına tapşırırlar -bizim yazının qəhrəmanları olan qızların babası Balakişi Haşımova. İş hazır olur, təhvil verilir. Amma bir müddət sonra usta Balakişini yenə də o idarəyə çağırırlar. Hamı da bilirdi ki, bura bir girən, bir də çıxanda sevinər. Qaragünlüyünü qablaşdıran usta boxçasını qoltuğuna vurub dəniz kənarındakı binaya gəlir. Bağırovla görüşündə məlum olur ki, onun hazırladığı məmulat Fransada keçirilən beynəlxalq incəsənət və texniki sərgidə bürünc medala layiq görülüb. Ona beynəlxalq münsiflərin və Stalinin imzası olan diplom təqdim edilir. Üstəlik, o, Stalinin adından daha bir arzusunun yerinə yetiriləcəyi vədini də eşidir. 33 yaşında dünyada üçüncü sayılan zərgər yalnız sağ-salamat evə qayıtmağı arzuladığını bildirir…

Kaş ki, əvəzində bir ev istəyəydi. Onda bu gün biz rəssam qızlar barədə söhbətimizi darısqal, elə iri xalça xanası enində olan otaqda etməzdik. Zərgər Balakişi Haşımovun bir arzusu da vardı - oğlu Məmmədhəsəni öz yolunun davamçısı görmək. Amma 43-cü ildə yoldaşını iki ovladı ilə birgə qoyub cəbhəyə getmiş Balakişi həlak olur. Bu gün onun yolunu davam etdirmək nəvələrin öhdəsinə düşür.

İndi biz qızların anası Zərifə xanımla birlikdə oturub xatirələri vərəqləyirik, dünyasını 25 yaşında dəyişmiş Arzunun ölmündən sonrakı fərdi sərgisinə  baxırıq, məqalələri, rəyləri gözdən keçiririk. Akademiyanın rektoru Ömər Eldarovun «son illərin ən istedadlı məzunu və Azərbaycan təsviri sənətində izini qoymuş rəssam» adlandırdığı bu qızın bir yetkin rəssamın eləyə biləcəyi qədər işləri var. Xalça rəssamlığı eləyir, rəngkarlıqla məşğul olur, Pantomima Teatrının rəssamı işləyir, tamaşalara tərtibat verirdi.

Zərifə xanım: «Elə bil harasa tələsirdi, hər şeyi öyrənmək istəyirdi. Deyirdim axı bir əldə iki qarpız tutmazlar. Amma o, lap beşini də tuta bilirdi». Üstəlik, ünsiyyətə də, dostlara da vaxt çatdırırdı.

Arabir televizorda qoşa bacıların birlikdə çəkildiyi filmdən kadrlar verirlər, xatirələr təzələnir. Tərs kimi hər dəfə də Zahidənin işlərini Arzununkularla səhv salırlar. Zahidə Haşımova sırf xalça rəssamıdır. Hazırda Əzimzadə adına rəssamlıq texnikumunda dərs deyir. Uğurları, diplomları, sərgiləri də az deyil.

Ağ gül, qırmızı gül və sarı gül

Düzünü desəm, mən də ilk dəqiqələrdə bacıların nəinki işlərini, heç fotolarını da ayıra bilmirdim. İtkisindən, ağrısından, acığından xalça toxuyan qızın nəhayət ki, Zahidə olduğunu mən də gec anladım. Sözləri də ağzından maqqaşla çəkmək lazım imiş:

- Arzu rəhmətə gedəndən sonra 5 iş işləmişəm. İki ağac anamla atamın, üç gül üç bacının simvoludur. Atam mənə qırmızı gül, o biri bacıma ağ gül, Arzuya isə sarı gül deyərdi. 5  ağac bir-birinə dolaşır, bir ailə kimi. İşi bitirdim, amma elə bil nəsə çatmırdı. Bir də Ömər Xəyyamın şeirini oxuyanda axtardığımı tapdım:

Səhərin mehindən açılıb güllər,

Cül-çiçək eşqilə ötür bülbüllər.

Zövq al bu baxçada çox belə güllər

Yaradıb, sovurub bağçada illər.

Bu ağ-qara xalçada da beşlik var. Yuxudan dəli kimi durdum. Beynimdə ağ-qara fikir dolaşırdı. Oturub bir həftəyə bu xalçanı çəkdim. Əslinə qalsa, ayıq başla mən bunu heç vaxt edə bilməzdim. Baxanlar buna inqilabi xalça deyirlər. Çərçivəsi yoxdu, cəmi 3 rəng var. Adi xalçada ən azı 4 rəng olmalıdı. Necə ki, xilə əfşan, Bakı xalçalarında. Xalçada rəng nə qədər çox olsa, daha gözəl görünür. Burda ağ xeyir, qara şər, qırmızı isə insanlardı, yəni qanın rəngi. Axı insanları da qırmızı gildən yaradıblar. Üçbucaq yerdi, 5 gül bizik, sarı gül Arzudu və yuxarı gedən yol Allaha tərəf aparır. 7 yol da 7 qatın simvoludu. Hər dəfə mən xalça yaradanda içimdə səslənən müəyyən ritm altında işləyirəm. Onu mən seçmirəm, özü yaranır. Bu xalçanı yaradanda ürəyimdə daima mərsiyə səslənirdi. İndi də mən namazlıq xalça toxumağa üstünlük verirəm.

İkiüzlü xalça

Biz Balakişi Haşımovun diplomunu, Arzunun işlərini seyr edərkən evin bir küncündə dinməzcə dayanmış xananın üstündə yarımçıq xalçalar müəllifini gözləyirdi. Gözüm xana görüb deyə, əvvəl o qədər də maraqlanmadım, amma nahaq. Ən əvvəl bu yarımçıq işin arxasına baxmaq lazım idi. Toxunan xalçanın arxası da qabağı kimi xovlu idi. Buna ikiüzlü xalça deyirlər. Bu, səhərdən danışmayan, söhbəti daim Arzu tərəfə yönəldən Zahidənin kəşfidir:

- Düzünü desəm, bu fikir çoxdan başımda dolaşırdı, 94-dən bəri. Arzunun dəfnindən sonra özümdə güc tapıb oturdum ki, başlayım. Arzudan sonra hər şeydən küsmüşdüm, Allaha naxoş getməsin, lap Allahdan da. Onda elə bil içimdə qiyam baş qaldırdı: «Mən hamıya göstərərəm! Qoy bilsinlər ki, mənim babam kimdi, Arzu kimdi». Hirsimi Arzunun balaca xanasının üstünə tökdüm. Birincidən alınmadı, amma ikinci cəhdim baş tutdu. Əvvəl toxunuşu tapdım, sonra kitablarda bu barədə oxudum. Bizdə ikiüzlü xalça olub, amma 16-cı əsrdə. Bütün Azərbaycan xalçalarının təsnifatını vermiş Lətif Kərimovun kitabında da bu barədə bir abzas var. O yazır ki, Məşhəddə İmam Rza məscidində belə bir xalça gördüm. Xalça pərdə əvəzi asılmışdı və hər iki üzü müxtəlif ornamentli idi. Vəssalam. Deyirlər İranda var, amma texnologiyası bizə məlum deyil. Amma bu o bemək deyil ki, onlar da mənim kimi toxuyurlar. Bizim toxunuşlarımız adi xalçada da fərqlənir.

- Fikir verdim, ikiüzdü xalçada siz çoxlu xırda ornamentlər işlətmirsiz. Bəlkə texnika imkan vermir?

- İndi mən texnologiya üzərində işləyirəm. Ornament düzgün olsun. İlk işlərdə nisbət problemi vardı. Məni indi xalçanın hansı naxışda olacağı maraqlandırmır. Hazırda nisbət problemini həll etmək mənə sabah texnologiyanı təsvir edərkən lazım olacaq.

- Bu ki, ağıllı-başlı elmi işin mövzusudur…

- Akademiyada mənə mövzu kimi başqa rəssamın haqqında yazmağı məsləhət bildilər. Mənə dedilər ki, sən özün dissertasiya üçün obyektsən. Səndən yaza bilərik, amma sən nə yazacaqsan? Dedim istəyirsiz bu mövzunu təsdiqləyin, istəmirsiz yox. Mənə verilən mövzunun dalıyca getmədim. Axı mən ikiüzlü xalçanın texnologiyasını bilirəm və bu mövzuda yazardım. Bunu məndən yaxşı kim yaza bilər? Axı mən bunun səhvini də bilirəm, düzəltməyin yolunu da. Onsuz da nə tapıntımız olarsa, gorumuza aparmayacağıq ki. İndi mənə adi xalça maraqsız gəlir.

Mənim heç vaxt qaralamam olmur. İdeya əmələ gəlir, ya da başlığı, oturub birbaşa «millimetrovka»da işləyirəm. Arzu isə həmişə əllərimi öpürdü. Dedim bəsdi də, bəyəm ölmüşəm ki, gedib-gəlib əlimi öpürsən? Bilsəydim ayrılıq var, mən onun əllərindən öpərdim…

Kodlaşdırılmış yaddaş dinəndə

Yaxşı ki, Zərifə xanım zirəkdi, qızların işlərində qabağa düşüb qapıları döyür. Arzunun işlərini arxivə verir, Zahidənin kəşfinin dövlət patentini alır. Əlbəttə, sənətşünaslar bu versiya ilə razılaşmaz, amma mənə elə gəldi ki, Arzu xalçanın ikinci üzü şəklində yenidən doğuldu. Bu evdə hər yaranan işdə istər obraz kimi, istər xatirə, ya da simvol kimi o da yaşayır və hələ də yaratmaqda davam edir. Xalçadakı ornamentlər, rənglər, simvollar da bir dildi. Gözəl, təhtəlşüur səviyyəsində anlaşılan bir dil. Kodlaşmış informasiya dilini də öyrənmək lazımdı. Hər rəssamın da kiçik bir mətbəxi var ki, onu açmağı sevməz. Bu da təbiidir. Bəlkə ona görə də xalça rəssamları xalçalarda portret çəkməyin əleyhinədi. Onda sirr üçün, emosiya axtarışı üçün imkan qalmır. Onsuz da vaxtilə Leninin portretləri çəkilmiş xalçaları indi söküb əvəzinə ayrı naxış salırlar.

Zərifə xanımla oturub bu günümüzün qarasıycan da xeyli danışdıq: Azərbaycanın nefti də var, o boyda Neft Akademiyası, tədqiqat institutu da. Niyə axı bir dənə sırf xalça kafedrası yoxdu? Xalça tətbiqi dekorativ sənətin bir qolu kimi tədris edilir. Niyə bizdən sonrakılar xalçanın nə olduğunu bilməsin? Ola bilər gözümüz doyub, ayağımızın altı da xalça görüb. Gözü tox olmaq da bir şey deyilmiş.

Yeri gəlmişkən, rəssam Haşımovaların ulu babası Mirzə Sadıq Abdullayev məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin işlər müdiri vəzifəsində çalışırdı.

El arasında deyirlər, «Brilyant torpaqda qalmaz. Kimsə tapdayacaq, ortaya çıxacaq». Cüt bacıları bəyənmişdilər, Amerikaya gedəcəkdilər, bircə danışıq dilini öyrənmək qalırdı. Tale belə gətirdi, ölüm oldu, itki üz verdi. Bəlkə onların burda qalması daha çox lazım imiş?

P.S. Birdən Balakişi Haşımovun qızıl şəbəkəsini, ya da rəsam qızların kurs, diplom işlərinin orijinalını görmək istərsiz. Anlaşılan arzudu. Amma sizi hara yönəldəcəyimi bilmirəm. Bu işləri sonuncu dəfə fonda təhvil verəndə görürlər. Sonrasını heç kim bilmir…

Gülnarə Rəfiq //Bizim Yol

Vəfa Cəfərova. SSRİ-də azadlıq!?
Yaxud stilyaqalar haqqında bir neçə söz

“Saksafondan - soyuq silaha keçməyə insanı bir addım ayırır”

(Komsomolçu Katyanın monoloqundan)

Bakıda problemlərdən, görüşlərdən iki saatlıq da olsa, canını qurtarıb, normal insanlarla zövqlə seçilmiş filmə baxıb, daha sonra heç kimin sözünü kəsmədən kino ətrafında müzakirə apara biləcəyimiz yeganə yer kimi İçərişəhərdə “Art Qalereyada” hər şənbə günü təşkil olunan “Cineman klubu”nu tanıyıram.

Keçən həftə Cinemanda Tadarkovskinin “Stilyaqa” filmi göstərilirdi. Bilməyənlər üçün, stilyaqa - 20-ci əsrin 40-cı və 60-cı illərində yaranmış gənclərin subkulturasıdır. Stilyaqalar siyasətdən uzaq, xüsusi slenqləri və geyim tərzləri olan, Amerika və Avropa mədəniyyətinin heyranları idilər. Onlar sovet əxlaqına, ya da bizim insanlara daha əziz səsflənən milli mənəvi dəyərlərə qarşı çıxırdılar. Onları gənc komsomollar tutur, saçlarını qayçılayır, min əzabla, qeyri-qanuni yolla alınmış Amerika istehsalı olan paltarlarını cırırdılar. Bəzi hallarda onları işdən və universitetlərdən də stilyaqa olduğu üçün qovurdular. Stilyaqalar bütün SSRİ ərazisində var idi. Bakıda da o cümlədən. Rus saytlarından oxuduğuma və Rəhman Bədəlovun danışdıqlarına görə, deyə bilərəm ki, Bakıdakı stilyaqalar Moskvadakılar kimi, təzyiqlərlə üzləşmirdilər. İnsanlar onlara daha dözümlü, ya da laqeyd idilər. Bakıda həm də Jazz musiqi öz yerini tez tapır. Düzdür, bizdə stilyaqalar 40-cı ildə deyil, 60-cı illərdə yaranmağa başladı. Ən yaxşı paltarlarımızı geyinib “Torqovıy”a gəzməyə çıxmaq adəti bizə Bakı stilyaqalarından miras qalıb. Rəhman bəyin dediklərinə görə, Bakı stilyaqaları məhz “Tarqovıda görüşür və burda tur atırdılar, loru dillə desək, özlərini göstərirdilər.

Nə isə, qayıdaq filmə. Myuziklı janr kimi sevmirəm. Amma istisnalar var, məsələn, “Qaranlıqda rəqs edənlər” filmi. “Stilyaqa” da bu istisnalar sırasına daxil oldu.

“Sovet dövründə hər şey yaxşı idi” nostaljisi ilə yaşayanlara bu film əla cavabdır. Rejissor film boyu 80-ci illərin ən sevimli ifaçılarımın- “Nol” qrupu, Tsoy, “Nautilus” və “Bravo” qruplarının mahnılarından istifadə edərək, sovet reallığının bütün acısını bizə elə kəskin, eyni zamanda qlamur səhnələrlə ötürür ki, sovet dövrünün bütün eybəcərlikləri və insanı zombiyə çevirmə metodları daha aydın olur.

Eyni zamanda bu film bir insanın dəyişməsi, öz yolunu tapması haqqında hekayədir. Mels - filmin baş qəhrəmanının adı- tələbə, kommunistdir. Yermolnikin qəhrəmanının dediyi kimi, “bu mehriban oğlanın alnında böyük hərflərlə KQB sözü yazılıb”. Amma filmin əvvəlində stilyaqalardan Çuvixa Polliyə (çuvixa- stilyaqa slenqində “qız”) aşiq olan Mels dəyişib stilyaqa olmaq qərarını verir. Geyim, həyat təzi dəyişsə də, özü dediyi kimi, “Ket, mən axı həmin adamam, sadəcə geyimim dəyişib”. Amma Rubrikon keçilib və Mels (Marks, Engels, Lenin və Stalin adlarının abriveaturası) adından S hərfini atıb, Stilyaqa Mel-ə çevrilir. Komsomoldan atılır, universitetdən qovulur. Amma azadlıq musiqisi- jazz onu xilas edir. “Komsomolka”da “Jazz - bizim musiqi deyil” yazısından sonra soyuq silaha bərabər olan saksafon alıb restoranlarda, yas mərasimlərində çıxış etməyə başlayır. Amma böyümür, dəyişmir. Filmdə Yankovskinin qəhrəmanı diplomat oğlunu stilyaqalardan ayıranda ona çox sinik cümlə deyir: “Uşaq xəstəliklərini uşaqlıqda keçirmək lazımdır”. Mel “made in Amerika” etiketli geyimlərini dəyişib nifrət etdiyi boz kütləyə qarışanda da, o koksunu (irokezini) kəsmir. Stilyaqaların zəifliyi onda idi ki, - onlar stil idilər, etiraz stili. Onların arxasında ideologiya durmurdu. Məqsədsiz, plansız, etiraz naminə etiraz edənlər heç nə qazanmayıb yoldan kənarda qalırlar.

Əslində bu filmi yungül janr adlandıranları və ya filmdə mesaj qıtlığından şikayət edənləri anlamram. Burda bir neçə mesaj var, məsələn, komsomolçu Katıya iclasda “bir ideya zənciri ilə buxovlanmışıq- vətən anamız, komsomol atamız” deyən gənc qızın faciəsini, diplomat oğlunun stilyaqa dostlarına xəyanət edib adi sovet diplomatı yolunu seçməsi və onun sonrakı həyatının nə qədər uğurlu, amma boz olması…

Məncə “bizim mübarizəmiz necə olmamalıdır” baxımından stilyaqalar bizə yaxşı dərsdir!

Məişət bizim üzərimizdə qələbə çalmamalıdır! Biz bundan yüksəkdə olmalıyıq!

Aygün Aslanlı: “… QƏRARSIZ NƏSİLİK”
“Elə bil nə isə axtarırıq və axtardığımızı da heç cürə tapa bilmirik. Vurnuxuruq.”

Mövzumuz yaradıcı gəncliyin mədəniyyətin müxtəlif sahələrində özünü təsdiq edib-edə bilməməyidir. Suallarımızı bu nəslin nümayəndələri - gənc yazarlar, kinoşünaslar, rejissorlar, teatrşünaslar, rəssamlar, musiqiçilər cavablandıracaq. İlk olaraq gənc nəslin milli kinomuzdakı xidmətlərindən, özünü təsdiq edib-edə bilməməsindən, gənc kino adamlarının problemlərindən, gənclərin yaşlı nəslə münasibətindən danışacağıq.

Suallarımızı gənc kinoşünas Aygün Aslanlı cavablandırır.

- Aygün, səncə, 2000-cilər nəsli kinoda da öz təsdiqini tapdı?

- 2000-cilər? Bir az qəribə səsləndi. Özümü qocalmış hiss elədim. Deməli, bizi belə adlandıracaqlar hə? 2000-cilər nəsli… Bir halda ki, özümüz istədik-istəmədik, alnımıza bu adı yapışdırdınız, daha neyləmək olar, cavab verməyə borcluyam. Biz 2000-cilərin “kino uşaqları” bir qədər xaotik, psixologiyasına məğlubiyyət damğası vurulmuş, qərarsız nəsilik. Elə bil nə isə axtarırıq və axtardığımızı da heç cürə tapa bilmirik. Vurnuxuruq. Bizim nəslin çəkdiyi filmlərdə, yazdığı ssenarilərdə bunu görmək çox asandı. Bu yaxınlarda gənc və şübhəsiz ki, çox istedadlı rejissor İsmayıl Məmmədovla kino barədə söhbət edirdik. May ayında onun “Qocalar” adlı qısametrajlı bədii filminin premyerası olmuşdu, biz də elə filmi müzakirə eləyirdik. “Qocalar”da baş verən əhvalat “yaşca” İsmayıldan böyükdü. Həm filmdən, həm də İsmayılla söhbətimizdən başa düşdüm ki, rejissor filmi çəkib, amma danışdığı mövzu haqqında heç bir təsəvvürü yoxdu. Ümumiyyətlə, ssenari, ideya başqasına aiddi. Film də məhz buna görə alınmayıb, yoxsa ki, mən onun istedadına bələdəm. Halbuki süjet rejissora da, aktyorlara böyük yaradıcı imkanlar açır. Rejissorlarsa sadəcə ideyanı həyata keçiriblər, icraçıdılar. Bunu niyə danışıram? Bizim nəsil, mənim yaşıdlarım dünya kinosunu izləyirlər, məşhur rejissorların həyat və yaradıcılığını əzbər bilirlər, amma bu, sadəcə onların beyninin bir küncünə toplanmış, lazım gələndə istifadə olunan informasiyadı. O dahi, məşhur, qeyri-məşhur insanların demək olar ki, hamısı rejissor kreslosuna oturana qədər uzun bir yol, formalaşma mərhələsi keçib. Federiko Fellinidən tutmuş, Kim Ki Duka qədər… Amma bizim rejissorlar diplomu əllərinə alan kimi kino çəkmək istəyirlər, vəssalam! Yalnız kino çəkmək… Başlayırlar ideya, ssenari axtarmağa… Yəni onlar necə olur-olsun, kino çəkmək haqqında düşünürlər, özlərinin də hələ deməyə sözləri yoxdu. Nə çəkəcəklərini bilmirlər. Bu, tənqid deyil, yaşıdlarına görə ürəyi ağrıyan kinoşünasın etirafıdı.

- Bəs sualımın konkret cavabı?

- O ki qaldı sənin sualının konkret cavabına - 2000-cilər nəsli kinoda hələ özünü təsdiq eləməyib. Mən də çox xaotik danışdım, hətta dediklərim çox pessimist təsir bağışladı. Amma vəziyyət o qədər də ümidsiz deyil. Bizim gənc rejissorların baxdığım axırıncı doqquz filmindən ikisi-üçü fərqli idi. Mübariz Nağıyevin “Dünən qəfildən gəldi”, Nərgiz Bağırzadənin “Bir addım”, Elməddin Alıyevin “Koramal” filmləri, “İki” filmi - təəssüf ki, rejissorun adını unutmuşam - maraqlı işlər idi.

- Yaşıdların olan rejissorlar, aktyorlar Azərbaycan kinosuna nə gətirdilər?

- Təəssüf ki, elə bir ciddi yenilik gətirməyiblər. Bunun obyektiv səbəbi də var. 2000-ci illər hələ təzə başlayıb axı. Hələ ki yalnız yaradıcı axtarışlar gedir. Müxtəlif tərzlər, formalar sınanır. İyunun birinci ongünlüyündə Almaniyanın Detmold şəhərində qısametrajlı filmlər festivalı keçirilirdi. Festivalın son günü Azərbaycan kinosuna həsr olunmuşdu. Sevda deyir ki, (Sevda Sultanova - festivalın Azərbaycan üzrə koordinatoru) nümayiş olunan Azərbaycan filmləri böyük maraq doğurub, bəyənilib. Xüsusilə Əli İsa Cabbarovun sənədli filmi. Yeri gəlmişkən, Detmolda göndərilən filmlərin hamısı gənclərə aiddi. Yəni, həmin festivalda bizim filmlərimizi izləmiş türk rejissorunun sözlərilə desək, perspektiv var. İcazə ver, mövzudan bir az kənara çıxım: bilirsiz, yerli kinonun əsas problemi nədir və ya kimdir? Kinonun dövlət sifarişindən asılı olması! Azərbaycanda kinonun yeganə real maliyyə mənbəyi dövlətdi. Dövlət pul verir, yəni dövlət seçir, nəyin çəkiləcəyinə dövlət qərar verir. Filmin yaradıcıları da layihə təqdim edərkən mütləq dövlətin maraqlarını nəzərə almalıdılar. Bu maraqlara riayət etmək isə bəzən o qədər də uğurlu yaradıcı nəticələr vermir. Bu, mənim gənc rejissorlar barədəki fikrim. Keçək aktyorlara. Aktyorlar barədə fikrim daha ürəkaçandı. Çox maraqlı gənc aktyorlar var - Rasim Cəfərov, Pərviz Məmmədrzayev, İlqar Cahangir. Bunlar indi adları yadıma düşənlərdi. Əminəm ki, istedadlı, ekrana yaraşan aktyorlar çoxdu. Amma biz təbiətən ənənəçi xalqıq və bu cəhətimiz hər bir sahədə özünü göstərir. Nadir hallarda yaşlı və ya gənc rejissorlar özlərini “çətinliyə salıb” orijinal, yeni simalar axtarırlar. Filmin baxımlı olmasını təmin etmək üçün bir qayda olaraq, istifadə olunmuş, tanış sifətlərdən istifadə edirlər. Halbuki əksinə olmalıdı. Ayaz Salayev başıbəlalı “Ehram TV” filminin qəhrəmanını tapmaq üçün az qala bütün MDB-ni gəzmişdi. Axırda onu İranda tapdı. Rus rejissoru və prodüseri Valeri Todorovski adətən, filmlərində populyar üzləri, tanınmış aktyorları çəkməkdən qaçır.

- Yaşlı nəsil rejissorlarımızın ən böyük problemi səncə nədir? Savadsızlıq, istedadsızlıq, mühafizəkarlıq?

- Yox, məncə, bunların heç biri deyil. Savadsızlıq və istedadsızlıq bir tərəfə, mühafizəkar heç deyillər. Ümumiyyətlə, Azərbaycanda mühafizəkar adam var ki?

- Bəs, onların problemləri nədir?

- Bizim rejissorlar, sadəcə, tükəniblər. Vəssalam. Amma film çəkməməyi bacarmırlar. Bir dəfə Oqtay Mirqasımov müsahibə zamanı belə bir cümlə işlətdi: “Bəs başqa hansı işlə məşğul olum? Mənim bacardığım budu”. Bu, yaşlı rejissorların əksəriyyətinə aiddi. Az qala hamısı bu prinsiplə film çəkir. Sadəcə bu acı həqiqəti dərk edə bilmirlər ki, onlar heç film çəkməyi də yaxşı bacarmırlar. Bayaq “əksəriyyət” dedim, amma bu, bir az böyük səsləndi. Əslində cəmi bir, ya iki yaşlı favorit qalıb. Təbii ki, ən birinci sırada Eldar Quliyev gəlir. Deyəsən, başqa heç kim yoxdu. Ayaz Salayev Fellini haqqında danışanda onu “sənəti özündən əvvəl ölmüş rejissor” adlandırır. Yaşlı nəsil rejissorlarımızın problemi də budur - onların sənəti özlərindən əvvəl ölüb.

- Aygün, sən dünya kinosunu çox yaxşı bilən gənc kinoşünassan. Səncə, elə bir kinematoqraf varmı ki, yerli kinomuz ondan geridə qalmır?

- Yox. Sən mənim barəmdə çox yüksək fikirdəsən. Amma icazə ver, səni bir az məyus edim: mən dünya kinosunu bu suala cavab verəcək qədər yaxşı bilmirəm. Amma hansı ölkələrdən geri qaldığını deyə bilərəm. Məsələn, Taliban rejiminə qədər cəmi 40 filmi olan, təxminən on il ərzində bir dənə də film istehsal etməmiş Əfqanıstan kinematoqrafı bizdən daha çox tanınır. Taliban kimi dəhşətli bir rejimdən qurtulmuş Əfqanıstanın paytaxtında hazırda səkkiz kinoteatr fəaliyyət göstərir. Bizdən fərqli olaraq. Bilirsiniz, ayrı-ayrı istedadlar bir yana, xalqın özünün də istedadı olmalıdır, kino xalqın canında da olmalıdır. Kino leksikonunda “kino xalqı” deyə bir ifadə var. Bilmirəm, bəlkə biz kinematoqrafik xalq deyilik, kino xalqı deyilik, kino çəkməyə istedadımız çatmır… Amma pessimist olmaq lazım deyil. Ayaz Salayevin filminə İlham Əliyev şəxsən qadağa qoyub. Təsəvvür eləyirsiz? Bu, acınacaqlı olduğu qədər də ümidverici faktdı.

- Səncə, Azərbaycan kinosunda ən köhnəlmiş, yaprıxmış, istedadı soğulmuş adamlar kimlərdir? Xahiş edirəm, ad çək…

- Bayaq dedim axı, kinoda cəmi bir-iki yaşlı favorit qalıb. Amma sən deyən “kriteriyalar”ın hamısına cavab verən bir rejissor var - Eldar Quliyev. Eldar Quliyevin sonuncu filminə - “Girov”a baxandan sonra istədim kino tədqiqatçısı Aydın Kazımzadədən xahiş edim ki, titrlərində quruluşçu rejissor kimi Eldar Quliyevin adı yazılmış “Bir cənub şəhərində” filminin tarixçəsini araşdırsın və həqiqi rejissoru tapsın. Çünki həmin filmi çəkən adam “Girov” kimi biabırçılığı istəsə də çəkə bilməzdi.

- Elə davanız təkcə Eldar Quliyevlədir? Qalan bütün yaşlı rejissorlar hələ kino çəkməyə yarayır, hə?

- Yox. Bir az düşünəndən sonra Ramiz Əzizbəylini də bu siyahıya əlavə etmək olar. Səhv etmirəmsə, bunu nə vaxtsa müsahibələrimin birində demişəm. Təkrar etməkdən də yorulmuram. Bu adamlar özlərinə qarşı, sənətlərinə qarşı az da olsa, hörmət edirlərsə, kino meydançasından birdəfəlik çəkilməlidirlər…

Söhbətləşdi: Günel Mövlud

Rasət Pirisoyu. Terrorçu.
Bütün bu həngamə Ayselin Mimiyə tapança almasından sonra başladı.

Qapını açıb içəri girən kimi Mimi  tapançanı mənə tuşlayıb atəş açdı.

Amma mən yıxılmadım.

Bu, Mimini əməlli-başlı əsəbləşdirdi.

- Sən yıxılmalıydın…

Mən bəhanə gətirdim.

- Sənin tapançanda güllə yoxdur.

- Hə, onu düz deyirsən…

Mimi tapançasına güllə qoydu və yenidən mənə tuşladı.

Mən qorxdum.

- Ə, yekə oğlansan, güllə gözümü çıxarar.…

Mənim qorxmağım Mimiyə ləzzət elədi.

- Güllə elə gözü çıxarmaq üçündür də …

Axır zamanlar Miminin sözünə söz çatdırmaq olmurdu.

Mən Mimini dilə tutmaq qərarına gəldim.

- Yaxşı, tapançadan gülləni çıxart, mən yıxılım.

- Yox, mən Ayseli girov götürəcəyəm.

Mimi bu dəfə tapançanı Ayselə tuşladı.

Aysel Mimiyə acıqlandı.

-Tapançanı ver bura… Mən qələt eləyib sənə tapança aldım?

-Nəəə? - Mimi girov götürmək istədiyi adamın ona meydan oxumasına dözmədi.

Mimiylə Aysel tutaşdı.

Mən aradan çıxdım.

Bir azdan dəhlizdə hay-küy qopdu.

Mən özümü bayıra atdım.

Mimi balaca Dilişi yerə yıxıb, tapançanı başına dirəmişdi.

Mən uşağı onun əlindən almaq üçün irəli atılmaq istəyəndə Mimi tapançanı mənə tuşladı və bağırdı.

- Tapançada güllə var.

Mən dayandım.

- Ə, yekə kişisən… Dilişnən nə işin var? Uşağı burax.

- O mənim girovumdur.

- Nə girov, ə?

Mən  də oyun oynamaq qərarına gəldim.

- Deməli, sən terroristsən?

- Bəli,

-Bəs sənin açkin hanı?

- Açki nədir?

- Bəs sən bilmirsən, terrorçunun qara gözlüyü olur?

Mimi  bir anlıq fikrə getdi.

Deyəsən mənim iradım onun ağlına batdı.

Dilişi buraxdı.

Diliş gözlərini ova-ova ayağa qalxdı.

Mimi tapançanı Dilişə uzadıb əmr etdi

- Vur onu, - Məni göstərdi.

Diliş tapançanı Mimidən alıb mənə yönəltdi və gülümsündü.

Mimi var səsi ilə qışqırdı.

- Atəşşşş…

Güllə qulağımın dibindən keçdi.

İki gündən sonra Miminin gözündə «terrorist  açkisi»  görəndə mən əməlli-başlı dilxor oldum.

-Bu açkini sənə kim alıb?

- Aysel…

Mimi «Aysel» sözünü elə dedi ki, mən söhbəti uzatmağın xatası çıxacağını başa düşüb susdum.

Mimi bütün günü mənə atəş açmaq üçün girəvə axtardı.

Amma mən özümü o yerə qoymadım. Üz-gözümə ciddi ifadə verib işlərimlə məşğul oldum. Mimi də mənim əhvalımı pozmağa ürək eləmədi.

Axşama qədər belə davam etdi.

Axşam Aysel evə qədəm qoyan kimi Mimi qapının arxasından çıxıb Ayseli əməlli-başlı atəşə tutdu. Aysel qışqıra-qışıqıra qaçıb mənim  arxamda gizləndi və mən yenidən oyuna qoşulmalı oldum.

Mimi sağdan, soldan Ayselə hücüm çəkir və qışıqırırdı.

- Sən ölməlisən…

Mən Mimini hədələdim:

- Nə qədər ki, mənim canım sağdır, sən Ayseli öldürə bilməzsən.

Mimi bircə anın içində qərar qəbul etdi.

- Onda sən də ölməlisən…

Tapançanı mənə tuşladı və əlavə etdi:

- Özü də yerə yıxılanda «yaşasın Azərbaycan» qışqırmalısan…

Arxamda gizlənib özünü qorumağa çalışan Aysel Miminin bu sözünə  uğunub getdi.

Mən Miminin  məntiqi qarşısna məntiq çıxarmaq qərarına gəldim.

- Məgər sən ermənisən?…

Miminin sifəti bircə anın içində dəyşdi.

- Yoxxx…

Mimi elə bil bir misralıq şeir dedi:

- Mən a-zər-bay-can-lllııı-yam!…

Mən fikir oyununu  davam etdirdim:

- Azərbaycanlının yerə yıxılıb «yaşasın Azərbaycan» deyə qışıqırması üçün onu erməni öldürməlidir.

Miminin növbəti cavabı məni doğrudan da heyrətə saldı.

- Onda sən yerə yıxılanda «yaşaşın Elçibəy» qışıqırmalısan.

Mən Mimini başa düşmədim.

-  «Elçibəy» niyə?

Mimi sifətini turşutdu, tapançanı alnı bərabərinə qaldırıb məni nişan aldı və  təntənəli şəkildə dedi:

- Çünki mən səni yapçı kimi öldürəcəyəm.

Mimi atəş açdı.

Növbəti atəşdən yaxa qurtarmaq üçün mən yıxılmaq qərarına gəldim.

Mimi qışıqırdı:

- Sən «yaşasın!…» demədin…

Mən istəsəm də,  istəməsəm də artıq oyunun içində idim.

Bəlkə də buna görə Miminin qışqırığından sonra sol əlimi yerə dayadım, sağ əlimi ürəyimin üstünə qoyub başımı  azacıq döşəmədən yuxarı qaldırdım.

Mimi heyrətlə və ləzzətlə mənə baxırdı.

Mən kədər dolu gözlərimi Mimiyə dikdim.

Sakit və dolu səslə  heç özüm də bilmədən, nə səbəbəsə,  «yaşasın Banqladeş!»  dedim, sonra başımı üsulluca döşəmyə qoydum,  ah çəkdim və öldum.

26  may 2009-cu il

İSA QƏMBƏR “CANLANMA”NI TƏRİFLƏDİ
Tənqidçi Əsəd Cahangir və telejurnalist Qulu Məhərrəmli də Taleh Şahsuvarlının əsərini bəyəniblər

“Reytinq” qəzetinin bazar günü çıxan son sayında Müsavat Partiyasının başqanı İsa Qəmbər oxuduğu son bədii əsərdən söz açıb. Adətən gənc yazarlar haqqında verilən suallardan yayınan Müsavat Partiyasının yüksək ədəbi zövqü ilə fərqlənən başqanı bu dəfə Taleh Şahsuvarlının “Canlanma” tarixi metaromanından ağızdolusu danışıb. Onun əsər haqqında yüksək fikirlərini məşhur ədəbi tənqidçi Əsəd Cahangir və tanınmış telejurnalist Qulu Məhərrəmli də bölüşüb. Yazını olduğu kimi təqdim edirik:

“”Mədəniyyət” qəzetinin son sayında üç gənc yazarın - Taleh Şahsuvarlı, Qaraqan və Elçin Səfərlinin əsərləri kəskin tənqid olunub. Maraqlıdır ki, həmin yazıda müəllif Sabutay Nağıyev son zamanlar gənc yazarlar tərəfindən çap etdirilən üç əsərin bədii məziyyətlərini peşəkar səviyyədə təhlil etməkdən daha çox adıçəkilən müəlliflərin yaradıcılığına kölgə salmağa çalışıb. Onun bu yanaşması isə özünü postmodernist adlandıran bəzi yazarların Taleh Şahsuvarlı və Qaraqan imzalarının ədəbiyyatda populyarlaşmasına qarşı davranışları ilə üst-üstə düşür. Odur ki, gənc yazarların əsərlərinə nüfuzlu şəxslərin münasibətini öyrənmək qərarına gəldik.

Ədəbi tənqidin avtoritetlərindən hesab olunan Əsəd Cahangir bizimlə söhbətində qeyd etdi ki, uzun müddət Azərbaycan ədəbiyyatında postmodernizmlə bağlı manipulyasiyalar mövcud olub. Lakin Taleh Şahsuvarlının “Canlanma” əsərinin çapdan çıxması bu sahədə ciddi irəliləyiş yaradıb: “Onun postmodernizmin nəzəriyyəsini dərindən bilməsi və əsərində ondan peşəkarlıqla istifadə etməsi uğurlu bir nəsr nümunəsi ortaya qoymasına şərait yaradıb. Düzdür, əsərdə müəyyən qüsurlardan və kəm-kəsrlərdən danışmaq mümkündür. Amma bütün bunlara baxmayaraq, Taleh cavanlar arasında yeganə müəllifdir ki, ilk qələm təcrübəsi ilə bu cür uğurlu əsər yazıb. Onun kitabını oxumuşam və çox bəyənmişəm”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər gənc yazarların yaradıcılığın izləməyə çalışsa da, onların hamısının kitabını mütaliə etməyə vaxt tapmayıb. Bununla belə “Canlanma” əsərini təzəcə oxuyub və onu yüksək qiymətləndirib: “Mən bu sahənin mütəxəssisi olmasam da, oxucu kimi deyə bilərəm ki, Taleh Şahsuvarlının kitabı bir təşəbbüs kimi çox xoşuma gəldi. Hiss olunur ki, müəllif dərin araşdırmalar aparıb və ədəbiyyatda yeni söz deməyə çalışıb. Mən onun fərqli əsər yazıb-yaratmaq təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, həm tariximizə, həm bu günümüzə yanaşmalar, həm də ədəbi priyomlar baxımından “Canlanma”nı Azərbaycan ədəbiyyatında mühüm yenilikdir”.

Məşhur telejurnalist Qulu Məhərrəmlinin də oxuduğu sonuncu bədii əsər Taleh Şahsuvarlının tarixi metaromanıdır. Həmin əsərdə Qulu Məhərrəmlinin diqqətini fəlsəfi konsepsiyalar və müəllifin hadisələrə orijinal yanaşma tərzi cəlb edib. Həmin əsərin “Dalğa” Gənclər Hərəkatı tərəfindən “Gəncliyin kitabı” elan edilməsinin təqdir edən Qulu Məhərrəmli “Canlanma”nın gənc nəslin maariflənməsində böyük rol oynayacağına ümid edir.

Tanınmış telejurnalistin fikrincə, əsərin ən uğurlu cəhətlərindən biri dilinin gözəlliyidir: “Mən çox sevinirəm ki, bu cür mükəmməl, təmiz dil ortaya qoya bilən gənc yazarlarımız var. Taleh Şahsuvarlı xeyli cilalı bədii dil və üslub ortaya qoymaqla ədəbiyyatımızın ən yaxşı ənənələrini inkişaf etdirir”.

ORXAN HACIYEV”

Qəşəm Nəcəfzadə. Şeirlər.
Qırğız şairəsi Liranın vaxtsız  ölümünə

Mən elə bilirəm uzaqlarda ölümlər olmur

Sən niyə öldün, Lira, niyə?

Uzaqlar həmişə tər-təmiz olur

Təyyarələr kimi

kədərsiz olur.

Məncə, uzaqlarda adamlar ölmür,

Niyə aldanmışam?

Deyirdim mən də çıxıb gedəcəm

Uzaqlara

Yerdən buluda

Buluddan göyə

Daha bundan sonra mən hara gedim?

Sən ki qabağıma çıxmayacaqsan.

Deyirdim mən də çıxıb gedəcəm

Təyyarələr gələn yerə

Küləklər hardan başlayır –ora

Durnalar hardan gəlir-ora

Orda, orda

Adamlar ölmür.

Qaldı  uzaqlar divar ağlığında

Qaldı uzaqlar sənin sağlığında.

Lira, mən yaman inandım

Sən öləndən sonra

Uzaqlar öldü

Öldü uzaqlar!

Toz

Bir az ağac oxuyun, bir az suya baxın

Tozun da yanından keçməyin elə-belə.

Ondan da bi az götürün

Kiminsə cismidi həsrətdi sizə.

Bu mahnını elə-belə oxumuram,

Bunu deyiblər mənə.

Bir dəfə oxumuşdum

Yadınızdan çıxıb yenə.

Bir az ayaq saxlayın

Bu çiçəyin önündə.

Görün kimi görürsüz

Bu çiçəyin donunda.

Suyun qapısını döyün

Bağlanıbdı haçandan.

Qocayla söhbət edin

Bir az olub keçəndən.

Nə uzun yaşadınız

Komediyanı bitirin.

Əllərinizi yuyun

Sonra tozu götürün.

Yıxılmış evlər kimi

Yarpaqları qaldırın.

Yanan şamlar kimi

Tozları söndürməyin.

Sizdən soruşacaqlar

Necə keçdiniz tozun qapısından.

Sizləri biz asmışıq

Bu tozun yaxasından.

Mənə dedilər ki,

Gəlib sizə oxuyum bu nəğməni.

Bir dəfə oxumuşdum

Yenə unutdunuz məni.

Çiçəklərin ətri yandırır düzü

Deputatlar, kəndə gəlmədiniz

Gəlmədiniz sizə səs verənlərin yasına.

Təkçə itlər baxıb gülümsəyirdi

Mən sizə deyirdim axı.

Ölsün bu ağacda bir quş gözləri,

Bu kəndin ördəyi, qazı qırılsın.

Kəndə gəlmədiniz

Kənd indən belə

Daha ölünü yox

Sizi ağlasın.

Dükan qapısında şəkilləriniz

Boğazdan asılan adamdı çoxdan.

Atası rəhmətə gedən bir uşaq

Dırnağıyla şəkli qopardır ordan.

Maşınınızın tozu hələ ağaçda

Hələ adamların kipriyindədi.

Dünyanın ay adlı diktafonuna

Hər axşam itlərin səsi yazılır.

Kəndə gəlmədiniz

İtlər haqlıdı

Çiçəklərin ətri yandırır düzü.

Kəndə gəlmədiniz

Sizdən nə qaldı

Qaldı kəndimizdə təkçə toz izi.

Nəsiminin heykəlinə

Göydən vurdular quş kimi

Yerdən çəkdilər diş kimi

Nəsiminin hejkəlini götürdülər.

Dar ağacının ipi qırıldı, nədi

Göyə düşdü Nəsimi.

Cəllad kəndirlə

Gözünün yaşını sildi,

Mən Nəsimini belə öldürməmişdim- dedi.

Onu az öldürdüm

Ona dar ağacını özüm qurdum

Dərisini diri-diri özüm soydum

Amma urvatsız eləmədim

Ayağının altından kətili özüm çəkdim

Amma torpağı çəkmədim- dedi.

Kəsib- kirimədi cəllad

Mən onu seve-sevə öldürdüm- dedi

Mən onu sevməsəydim

Heykəl qoymazdınız-dedi.

Mən onu sevdiyim qədər

Siz onu sevmədiniz –dedi.

Canım cəllad

Gözüm cəllad,

O nə sözlərdi deyirsən bizə…

Çöl haqqı…

Daha bundan sonra ayaqlar ölsün

Atlar öldü, çöl.

Üzəngi çürüsün, yəhər çürüsün

Biz öldürdük atları

Bilirsənmi, çöl.

Öldü qoşma atlar, gəraylı atlar

Dolan bulud kimi endirdi gözün.

Atın başınacan qalxdı göy otlar

Yandırdı, çölləri, yandırdı düzü.

Sən ağlama belə,

Qoy atları

otlar ağlasın.

Atdan öyrənmişdim sevməyi,

Itdən öyrənmişdim,

Qoy atları

itlər ağlasın.

Sən pis ağlayırsan

Belə ağlama.

Odur eey, aşıq Ələsgər gəlir at belində

Amandı, aşıq Ələsgər bilməsin!

Ofeliya Sənani: “Savadsız aparıcıları görəndə…”
“Bu gün bizim televiziya və radio çox pis gündədir”. Bu sözləri respublikamızın xalq artisti Ofeliya Sənani bildirib. Televiziya və radio aparıcılarının bu günki durumuna münasibət bildirən xalq artisti bildirib ki, dilimizin təmizliyi üçün mübarizə aparmalıyıq.

“Biri çalışır ingilis ləhcəsində, biri çalışır rus ləhcəsində danışsın, kimisi də deyir ki, mən “ruskayazıçnıyam”, onu öldürə bilmərəm” - deyən O.Sənani qeyd edib ki, nitq mədəniyyəti, danışıq mədəniyyəti və dilimizin qorunması üzrə aşağı səviyyədəyik.

“Rimski Korskva-Rimski Korsakov, İvanova-İvaanov deyəndə az qalıram televiziyanın şüşəsini sındıram, ya da özümə gəlmək üçün eyvana çıxıram”-deyən 48 illik efir təcrübəsi olan aparıcı son zamanlar efirdə və radio dalğalarında savadsız aparıcıların çoxalmasının günahını naşı rəhbərlərdə gördüyünü vurğulayıb.

“Televiziya və radioda kimi gəldi işə götürürlər”- deyən xalq artisti bildirib ki, aparıcılar müsabiqə yolu ilə mütəxxəsislər tərəfindən seçilməli, onların savadı, dünyagörüşü və diksiyası yoxlanılmalıdır.

“Türkiyədə aparıcılıq, jurnalistlik məktəbi, böyük bir universitet var. Ona görə də onları rahat və sərbəst buraxırlar. Mənim də təklifim budur ki, bizdə də belə institutlar açılsın və orada uşaqlarımız təhsil alsın”-deyə o qeyd edib. // SİA

Rəsmi qəzetdə gənc yazarlar tənqid olundu
Mədəniyyət Nazirliyi və Turizm Nazirliyinin orqanı “Mədəniyyət qəzeti”ndə “Hamam, hamam içində və yaxud gənc yazarların roman cəhdləri” adlı yazı dərc olunub. Yazıya heç bir şərh vermədən onu oxuculara təqdim edirik:

“Hamam, hamam içində və yaxud gənc yazarların roman cəhdləri”

Cavan nasirlərimiz (bəzən sadəcə nəsrə iddialılar) bir-birinin ardınca yeni-yeni romanlar ortaya qoymaqdadırlar. Əlbəttə, onların bəzilərindən danışanda “roman” sözünü dırnaq işarəsi içərisində yazmağa mənəvi haqqımız çatır. Bu yazıda üç nasir (yaxud nasir adına iddialı) yazardan söz açmaq istəyirik. Adlarını bəri başdan deyirəm ki, çox da intizarda qalmayasınız - Elçin Səfərli, Elxan Qaraqan və Taleh Şahsuvarlı.

E.Səfərli rusdilli yazıçıdır, kitabları Moskvada rus dilində çap olunur. Əsasən Türkiyəyə qazanc dalınca getmiş rus qızlarının, türklərin sözü olmasın, nataşaların həyatından yazır. İndiyə qədər “Bosforun şirin duzu”, “Ordan geriyə yol yoxdur” və “Mən qayıdacağam” kitabları işıq üzü görüb və insafən də deyək ki, oxucular arasında müsbət rezonans doğurub. İlk romanı “Bosforun şirin duzu” ilə diqqəti cəlb etmiş Elçin haqqında istər Rusiya, istərsə də Türkiyə mətbuatında tənqidçi və jurnalistlər müsbət rəylər verməkdədir. Onu hətta Şərqin ən populyar yazıçılarından biri hesab edir, “Gənc Orxan Pamuk adlandırır”lar.

Bir qayda olaraq həyatın dibində olan insanları romanlarının baş qəhrəmanına çevirən Elçin yazır: “İş elə gətirib ki, mən uşaqlıqdan sadə adamlarla əhatə olunmuşam. Nə bir siyasətçi, artist, yazıçı, teleaparıcı görməmişəm. Amma elə sadə adamlar arasında böyümüşəm ki, əslində onların qeyri-adi həyatı var. Məhz onların həyat tərzini mənimsəmişəm. Onlar haqqında hər cür pafosdan, bəlağətdən, bər-bəzəkdən uzaq bir dillə yazmağa çalışmışam. Hər yeni romanımı yazmağa başlayanda qarşıma məhz onlardan yazmaq məqsədi qoyuram. Halbuki onlar çox vaxt ədəbiyyatın kölgəsində qalıb, ikinci planın personajları olublar. Ona görə sadə adamları simasız kütlədən ayırıb, onların taleyi ilə oxucunu tanış etməyi özümün bir yazıçı kimi əsas vəzifəm hesab edirəm”.

İstər hərarətli melodramatik üslubda yazılmış “Bosforun şirin duzu”, istərsə də sərt realist-psixoloji tonlarla təqdim olunan sonrakı romanlarında Elçin həyatın acı həqiqətlərindən danışır. Bundan başqa, o, bədii ədəbiyyatın süniləşdiyi, bədii obrazların robotlaşdığı indiki durumda yenidən insanı, onun daxili əzablarını, etiraflarını, sevgisini, xoşbəxt olmaq həsrətini diqqət mərkəzinə çəkir. Onun romanlarının istər Rusiya, istərsə də Türkiyədə hərarətlə qarşılanmasının əsas səbəbi də yəqin ki, elə budur.

Bu romanların hər üçündə insanın taleyi iki qütbün, iki mentalitetin, iki fərqli psixologiyanın - Şərq və Qərbin qarşılaşdırılması fonunda əks olunur. Məhz bu cəhət onun romanlarını adi melodram səviyyəsindən çıxarıb onlara qlobal sosial-fəlsəfi anlam verir. Qətiyyətlə demək olar ki, Elçin Səfərlinin son romanları öz üslub axıcılığına, mövzunun işlənmə dərinliyinə görə Paolo Koelyonun romanlarından heç də geri qalmır. Ünlü türk kinoaktrisası Yasimin Atasoyun fikrincə isə hətta Elçinin “Ordan geriyə yol yoxdur” romanı ilə müqayisədə P.Koelyonun “On bir dəqiqə”si sadəlövh təsir bağışlayır. “Görərsiniz, bu roman təkcə Qərbdə yox, Şərqin özündə də sensasiyaya çevriləcək”, - deyə Y.Atasoy roman barədə fikirlərinə yekun vurur və biz buna inanmaq istəyirik.

E.Qaraqanın “A” romanının adı istər oxucular arasında, istərsə də mətbuatda kifayət qədər populyardır. Romanın müəllifinin cəmi iyirmi yaşı var. O, HOST rep qrupunun üzvlərindən biridir. Amma, məncə, “A” romanının rezonansı romanını özü ilə müqayisədə xeyli böyükdür.

E.Qaraqanın romanında da P.Koelyonun aşıq-aşkar təsiri hiss olunur. Amma Elçindən fərqli olaraq, Elxan Koelyonu sadəcə təqlid edir, özü də, məncə, bunu o qədər uğurla eləyə bilmir. Bu təsirin hansı səviyyədə olduğunu Koelyonun “Portobelli cadugər” əsərini oxuyanda daha aydın hiss edirsən.

E.Qaraqanın romanı da təxəllüsü kimi ekzotikdir. Hansısa gənclər bir gizli təşkilat yaradır və romanın qəhrəmanı fantastik dərəcədə ağlasığmaz hadisələr nəticəsində o qrupa daxil olur. Qrupun başçısı A adlı bir nəfərdir. Amma o, mason təşkilatının başçısı kimi özünü gizlədir. Qrupun üzvləri müxtəlif sosial-anarxist səciyyəli planlar qururlar: əvvəlcə fahişələri tutub damğalayır, guya bununla fahişəliyin qabağını alır, sonra liftdə rüşvətxor müəllimləri cəzalandırırlar və s. bu qəbildən olan cəfəngiyyat. Axırda isə belə məlim olur ki, bütün bunlar əsərin əsas qəhrəmanının hallüsinasiyaları imiş.

Məncə, nə postmodernist üslubun şərtləri, nə müəllifin yaşının azlığı, nə də “A”-nın onun ilk roman cəhdi olması kimi amillər belə bu dərəcədə zəif bir əsəri nə roman adı ilə dərc etdirməyə, nə də Rəşad Məcidin, Vaqif Yusiflinin, Cavid Zeynallının onu “qruppovoy” şəkildə tərifləməsinə hələ əsas vermir. Çünki ət yeyən quş dimdiyindən, istedadlı yazar isə elə ilk əsərindən özünü büruzə verir.

Hansısa bir qəzetin baş redaktoru, yaxud həvəskar gənc yazarın belə məsuliyyətsiz, şişirdilmiş təriflərə yol verməsi başadüşüləndir. Amma söz Vaqif Yusifli kimi özünü professional tənqidçi sayan bir adamdan gedəndə bunu başa düşmək bir qədər çətin olmur. Təkcə E.Qaraqan haqqında yazısı yox, ümumən cavanlardan bir çoxu haqqındakı yazılarında Vaqif Yusiflinin məntiqi və tənqidçi mövqeyi başa düşülmür. Axı gəncliyə sevgi bütün əlinə qələm alan, həvəskar səviyyədə yazılar yazan cavanları ağına-bozuna baxmadan tərifləmək demək deyil. Bu, heç bir parametrdən düzgün deyil. Bizim ədəbi mühitdə indi az qala elə bir meyl formalaşıb ki, guya cavansansa, hökmən istedadlısan və hökmən haqlısan. Əslində isə istedad və həqiqət gənc-qoca təbəqəsinə uyğunlaşdırılmır. Gənclərin də, qocaların da arasında istedadlılar və istedadsızlar var. Məncə, “A” romanının müəllifini hələ ki bu iki qütbün heç birinə aid etmək mümkün deyil. “A” isə uzaqbaşı həvəskar səviyyədə adi bir qələm (qoy olsun lap kompyuter) məşqidir. Görək, “B” necə olacaq?!

O ki qaldı Taleh Şahsuvarlıya, burda məsələ bir az qəlizdir. Çünki biçarə Talehin Qaraqandan fərqli olaraq, tərifçilər ordusu yoxdur. Qara qanlar onun təxəllüsündən yox, ürəyindən axır. Taleh özü özünün reklamçısıdır. Özü də pis reklamçı deyil. Hələ kitabı çıxmamış başlanan hay-küy, verilən intervülər, misli-bərabəri olmayan, fantastik Nobel iddiaları, özünü postmodernist elan eləmək, artıq kifayət qədər məşhur “postmodernistlər” üzərinə nəzəri hücumlar və s. hamısı birbaşa təbliğata hesablanmışdı.

Bütün bunlar Talehin özünü piar eləmək baxımından postmodernist nəzəriyyəni yaxşı mənimsədiyini sübut edir. Amma məncə, Talehin postmodernizmi özünü piar eləməkdən uzağa getmir. Çünki “Canlanma” adlanan kitabı nəşr olunandan sonra məlum oldu ki, bu kitab neçə vaxtdan bəri susqunluq duyulan ədəbi mühitdə şoudan başqa elə bir şey canlandıra bilmədi. Taleh yaxşı şoumendur, amma romanı roman deyil.

Taleh də eynilə Qaraqan kimi, hansısa gizli təşkilatdan - yəhudilərin kabbala inancına (Taleh səhvən və ya qəsdən “kabala” yazır), masson qurumuna, italyanların karbonari təşkilatına və sairəyə uyğun gələn mistik, konspirativ və tarixə yön verən Azərbaycan lojasından bəhs edir. Guya bu Lojanı idarə edən Babək Xürrəminin yeni tarixi şəraitdəki canlanması - təcəssümü olan Azər Kürəçi adlı bir nəfərdir. Onu dünyanın müxtəlif gizli təşkilatları izləyirlər, guya Azər Kürəçi axırda Bəzz qalasına dönür və s. Bir sözlə, Fatma nənənin nağılları. Amma Qaraqandan Talehin iki fərqi var. Birincisi, o, portuqal yazıçısı yox, öz halalca türkümüz Necati Şaşmazı təqlid edir. İkincisi isə romandan yox, teleserialdan ilhamlanır.

İndi gəlin görək özünü Nobelə iddialı bilən Talehin dünya postmodernizminə gətirdiyi yeniliklər nədən ibarət imiş. Müəllifin adı və soyadının baş hərflərindən romanının bəzi fəsillərində istifadə olunmaması! Kəsəsi, Taleh də Qaraqan kimi ədəbiyyatın hələ hərfləri ilə oynayır, əlifbasını məşq edir. Onların hər ikisi əlifbamızın otuz iki hərfini tez-tələsik öyrənsələr, yaxşı olar.

Amma Talehin romanı bir cəhətdən məni çox razı saldı. Elə hey məni yazdığım yazıların dilinə görə tənqid edirlər. Talehin qatmaqarışıq, bərbad dillə yazılmış romanını oxuyandan sonra özümə şükür elədim. Ümumiyyətlə, Talehin dili, yazı üslubu bədii əsərdən daha çox, qəzet publisistikasını xatırladır. Elə bil ki, bu romanı yazıçı yox, müxalifət qəzetinin müxbiri, dramaturq Ə.Əmirli demişkən, “mıxbiri” yazıb.

Romanın ən maraqlı cəhətlərindən biri Talehin qəribə optimizmidir. Oxucu romanı oxuyub başa vurandan sonra bu optimizmin müqabilində deməyə bircə söz tapır: yuxun çin olsun, Taleh!

Bəli, ədəbiyyatımız “inkişaf edir”. Elçin də roman yazır, Elxan da, Demokratizmin bolluğundan istifadə edib Taleh də roman yazır. Elçin yaxşı yazır, Elxan yaxşı yazmır, Taleh yaman yazır. Necə deyərlər, hamam hamam içində, xəlbir saman içində… Gerisini yazmayacam, çünki özünüz yaxşı bilirsiniz. Axı Elxanın və Talehin nağıllarını eşitməmişdən neçə-neçə illər əvvəl Fatma nənənin nağılına qulaq asmısınız. Nağıllarda isə işin gerisini demirlər. Özünüz bilirsiniz də gerisi nədir?

Sabutay Nağıyev

Ayaz Salayevin filmində hakimiyyətə qarşı satira
«Ayaz Salayevin «Ehram TV» filminə qadağa var və bu siyasi səbəblə bağlıdır». Bunu «Azadlıq» radiosuna məsələdən xəbəri olan bir neçə mədəniyyət xadimi deyir. Onlar adlarının gizli qalmasını istəyirlər:

««Ehram TV»də indiki hakimiyyətə qarşı satirik məqamlar var və hökumət orqanlarından göstəriş gəlib ki, rejissor filmdə dəyişiklik etsin».

«Ehram TV» dövlət sifarişidir və büdcə hesabına çəkilir.

Amma rejissor özü deyir ki, ona heç bir təzyiq olmayıb və filmin çəkilişi davam edir. Halbuki, Ayaz Salayev bu ilin fevralında «Azadlıq» radiosuna demişdi ki, «Ehram TV»ni bitirib, montaja hazırlaşır. Filmdə əsas rolları oynayan aktyorlar Rasim Balayev və Fuad Poladov da radiomuza deyirlər ki, çəkilişlər bitib, bircə səs effektləri qalıb. Ayaz Salayev deyir ki, çəkilişlərin nə vaxt bitəcəyini əvvəlcədən deyə bilməz.

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsində sektor müdiri Yusif Şeyxov «Ehram TV»nin çəkilişlərinin iki aydan sonra başa çatacağını bildirir, amma deyir ki, rejissora təzyiq olunmayıb, qadağa yoxdur.

Ayaz Salayevin «Azadlıq» radiosuna dediklərindən:

- Filmə qadağa yoxdur. «Ehram TV»də siyasi məqamlar da yoxdur, bu, sosial-kulturoloji filmdir. Mən siyasət haqda düşünsəydim, siyasi publisistika ilə məşğul olardım. İndi sadəcə, bəzi məqamlar üzrə müzakirələr gedir.

- Filmə Prezident Aparatında baxıblarmı?

- Bilmirəm, xəbərim yoxdur.

- Bəzi mənbələrə görə, «Ehram TV»də siyasi dialoqlar hakimiyyətin xoşuna gəlməyib. Filmlə bağlı Sizə hakimiyyətdən hansısa təzyiq olubmu?

- Xeyr, olmayıb.

- «Ehram TV»nin ssenarisini dəyişdinizmi?

- İlkin ssenarinin dəyişməsi o qədər də əhəmiyyət daşımır, iş prosesində bu baş verir. Narahat olmayın, istənilən yaxşı rejissor kimi bu situasiyada filmin daha yaxşı olmasını təmin edəcəm.

Ayaz Salayev: «Filmin ideyası ABA telekanalı bağlananda ağlıma gəldi»

Ayaz Salayev deyir ki, təqdimatdan qabaq filmin məzmununu danışmaq istəmir. Keçən ilin yanvarın 16-da rejissor mediaforum.az saytına müsahibəsində filmin ideyası haqda bunları deyib:

«2001-ci ilin iyul ayı – ABA telekanalının bağlanması xəbərinin yayıldığı gecə idi. Bildiyiniz kimi, onda mən ABA-da işləyirdim. O vaxtdan bəri «Üçbucaq TV»nin ideyası (Bu, «Ehram TV»nin ilkin adıdır – Ü.Ə.) beynimdə dolaşır, onu gerçəkləşdirməyin yollarını axtarırdım».

Adını gizli saxlamaq istəyən mənbə «Azadlıq» radiosuna deyir ki, filmdə Azərbaycan bir teleməkan kimi göstərilir. Söhbət Sovet İttifaqı dağılandan sonra Azərbaycanda milli koloritin dəyişməsindən gedir.

Yerli media isə yazır ki, «Ehram TV»yə hökumət qadağa qoyub, çünki burada pornoqrafik səhnələr var imiş.

«Filmdə homoseksual məhəbbət və erotik məqamlar var, amma…»

Ayaz Salayev deyir ki, filmdə homoseksual məhəbbət və erotik məqamlar var. Amma homoseksual məqamlar o qədər əhəmiyyətli deyil ki, onları «səhnə» adlandırmaq olsun. Rejissor deyir ki, bu səhnələrlə bağlı heç vaxt məsələ qalxmayıb.

Adını gizli saxlayan mədəniyyət xadimləri də «Azadlıq» radiosuna deyirlər ki, rejissorun birinci filmi - «Yarasa»da erotik səhnələr «Ehram TV»dəki açıq–saçıq səhnələrdən daha çox idi və qadağa bununla yox, siyasi satira ilə bağlıdır.

Filmin çəkildiyi «Azərbaycanfilm» kinostudiyasının direktoru Xamis Muradov deyir ki, deyilənlərin əsası yoxdur, filmə qadağa qoyulmayıb, sadəcə, üzərində iş gedir.

«Ehram TV» Ayaz Salayevin ikinci bədii filmidir. 1995-ci ildə rejissor «Yarasa» filmini çəkib. İndiyə kimi «Yarasa» onlarla mükafat alıb, Avropa kinoteatrlarında göstərilib.

Alov. Yeni şeirlər.
Sirrlərini soyundun

Ürəyin lüt də gözəldir

Ağac vaxtı altında oturanlar

kötük vaxtı üstündə otururlar

Əgər arı olsaydım

bu gözəl çiçək rəsminə

qonardım

Sənə bir az heyran olsam

məndən çoxmu xoşun gələr?

Yaxşı ki, günəş

alllaha oxşamır,

hər kəsə bir gözlə baxır

“Yox”u necə deməyi bildim

sənə “hə” deyəndən sonra

Uşaqlar necə şirin olur

bunu hətta

ağcaqanadlar da bilir

“Bəzən” “həmişə”yə qarşıdı həmişə.

Bəzən “bəzən” yaxşıdı,

bəzən “həmişə”

Yalnız sənsən!

Bütün nöqsanlarımı

sevgi işığında görən

Gərək allaha inanam:

Sevinc hələ də

marketlərdə satılmır

Ömründə bir dəfə də

göydən düşən almalardan yeməyib,

bir gün də olsun,

ruhunu pəhrizdə saxlamayıb.

İndi necə

incə ruhlu olsun bu yazıq?

Divlər qurbağalara aşiq olanda

qurbağalar nazənin gözəllərə dönərdilər.

İndi gözəllər basıb aləmi

və divlər yoxdu…

Təpələri dağlar zənn etdi

çoxlu “zirvələr” fəth etdi

Hadisələr küllüyündə

eşələnən gözlər

Böyründə böyüyəni

böyük görə bilərsənmi?

Səni sevdiyim qədər

sənə aidəm

Mənim dənizim,

necə gözəldi,

çay kimi

elə heeey axıb sənə tökülmək.

Nə sən dolasan,

nə mən tükənəm

Yuxusuz gecələrin kölgəsi

gözlərin altına düşər,

yuxusuz gecələrin işığı

gözlərin içində oynar

Beynimin qırışları

qarmon kimi yığılıb açılır:

Xatirələr səslənir

Küçə lampaları –

gecənin sirrini bağırır,

ay –

gecənin sirrini pıçıldayır

Dalğalar bilirlərmi görəsən,

can atdıqları sahildə

köpük-köpük öləcəklər

Hər şey mənə qarşıdı bu saat

mətbəxdəki çirkli qablar da

bozumtul hava da

yubatdığım zaman da

Çörəyi yasdan çıxan mollanın

“Allah, ruzimi bol elə” deməyi –

nə demək?!

Gözəl olmayan qızların

güzgüyə nifrəti kimi

günahsız bir nifrətə tuş oldum

Payızı yaz bildi çiçək.

Tumurcuğunda öldü çiçək…

Qara gözlər qara görmür

mavi gözlər mavi.

Niyə hər kəs dünyanı

bir cür görür görəsən?

Mənə edəcəyin

ən böyük yaxşılıq

etməyəcəyin pislikdi

a.eyvazova@yahoo.com

Səlim Babullaoğlu. Ordu günündə doğulan şairə
Hamı danışır deyə bir az şairdi, şair,

bu bizim peşəni yazmayanda maraqlı edir,

yəni, ən azı kənardan baxmaq olar,

bütün danışıqların hərəkətə, felə çevrildiyini sözsüz anlamaq olar.

Odur,bax, adamdı. Düşünür. Ürəyindən qara qanlar axır,

beynindən fikirlər keçir cürbəcür. Bunu onun ordu günündə fərəqət dayanmış,

gicgahını nışan almış şəhadət barmağı dübbədüz ifadə edir.

Odur,bax, adamdı, dişini qurdalayır. Bəlkə də sayır.

Əlbəttə olmayanları. Yoxluq dediyimiz şey həmişə varlıq boyda bir itkidi

Bir də nə qədər qəribə gəlsə də, bizdə hərflər də, dişlər də otuz ikidi.

Yəni olmalıdı. Çünki bir ağızdı bütün sözlər. Və biz sözləri təkcə demirik,

öz qabımızdan və qabağımizdan alaçiy olsa belə yeyirik. Adam d(y) eyir.

“Say gəti…” səslənir “Çay gətir!” yerinə. Boşluq boşluqla əvəzlənir.

Sən bütün bunları qarsonun bərəlmış gözlərindən ehtimal eləyirsən.

Çünki kənardasan, baxırsan. Odur, adamlar çətirlərin altında yeyib-içirlər.

amma səmanın altında olduqlarının fərqində deyillər.

Odur, bax, baxırsan adamdı. Yaxınlaşır. Təbəssümünü

və kədərini taxır. Çoxdankı tanış kimi hörmətlə əl uzadır.

“Uzaqdan gəlmışəm. Xəstəm var. Allah rizasına kömək edin,

imkan daxilində (oxu: daxılından).Bağişlayın, əgər…” Və sair və ilaxır.

Sən bütün bunları yenə də ehtimal eləyirsən. Baxırsan.

İki nəfər əlini cibinə salır. Kənara zıllənir biri.

Birisi biz ola bilərdik deyə özünü itirir, gözü dolur və susur.

Bəlkə sonra yazsın deyə.

Hamı susur deyə bir az şair deyil, şair.

Bu bizim peşəni yazanda maraqlı edir.

Hə, maraqlıdı yaşamaq. Hələ uzun illər sözün hərəkətə

və tərsinə çevrilişinə baxmaq. Qırx səkkiz nədi ki?

Bu ümidlə, adamdı, bax, eynəyinin şüşəsini silir.

amma ümidlər eynəyin şüşəsindən böyümür, irilənmir.

Yalnız təsvirlər. O təsvir sənə oxşayir, şair. Belini dik tut, Zal Elxan!

Sən sözün və sükütun sərhəddində duran əsl əsgər, qəhrəman,

ordu günündə doğulan həqiqi şairsən.

Bilirsən, bu bizim sənəti maraqlı edir.

25-26 iyun, 2009-cu il,

Höküməli

Eldar Quliyev: “Bakı ermənilərinə inanıram”- II Hissə
“Demokratiya haqqında çox danışanlara təəccüblənirəm”

“Ola bilməz ki, 70 il sovet adamı olasan, amma səhər açılanda amerikana çevrilirsən”

Tanınmış kinorejissor Eldar Quliyevlə «Azərbaycanfilm» kinostudiyasında görüşdük. Bir neçə saat çəkən söhbətimizdə Eldar Quliyevlə kinonun, cəmiyyətin, ölkənin aktual problemləri barədə danışdıq. Onun hadisələrə, problemlərə özünəməxsus yanaşması var. Elə kinomuzun problemlərinə də.

(əvvəli burada)

- Eldar müəllim, yenidən «Girov»a qayıtmaq istərdim (sözümü kəsir)…

- Bu filmə olan tənqidlər kino haqqında tam bilgiyə malik olmamaqdan irəli gəlir. Axı filmdə Azərbaycan qadını erməni əsirini evində girov saxlamır. Qadın ermənini həyətindəki tövlədə saxlayır.

- Məgər, tövlə kənd yerində evin sahəsinə aid deyil?

- Xeyr, bunlar tamamilə fərqli şeylərdir. İkinci, belə bir fakt olub ki, mən də bu haqda kino çəkmişəm.

- Hansı rayonda bu hadisəyə rast gəlmisiniz?

- Qazax rayonunda. Bilirsiniz, bu filmə baxanda bir qədər diqqətli olmaq gərəkdir. Qadın əsiri ona görə sağlam saxlayır ki, bu, ona dəyişdirmək üçün lazımdır. Həm də bir az dərindən baxmaq lazımdır, mənə Azərbaycan qadınının obrazını göstərmək lazım idi. O qadın ki, güclüdür. Yalnız güclü insan bu cür bağışlaya bilər. Zəif insanlar həmişə isterikada olurlar.

- Zəifliyimiz deyilmi ki, 20 faiz ərazimiz işğal altındadır?

- Bu barədə detallarına qədər danışmaq istəməzdim. Çünki hamı o zaman nələr baş verdiyini yaxşı bilir. Həmin illərdə cənub regionunda bir respublika yaratmışdılar və ləzgilər də bir tərəfdən qalxmışdılar. Elə bir zaman idi ki, hər bir adam özünün silahlı dəstəsinin olmasını istəyirdi. Çox ağır bir dövr idi və bunun nəticəsi parçalanmaydı, birləşmə yox. Bizə birləşməyə imkan vermirdilər.

- Kimlər imkan vermirdi?

- Əlbəttə ki, Azərbaycanın düşmənləri. Yalnız Heydər Əliyevin hakimiyyətə gəlişi vəziyyəti dəyişdi. Bax, buna görə bir azərbaycanlı kimi ona minnətdaram!

- Onun gəlişi ilə problemlər həll olundumu?

- Bütün problemlər həll edilmədi. Amma onun gəlişi  səviyyəni qaldırdı. Heydər Əliyev bizi birləşdirdi və parçalanmağa da imkan vermədi. Obrazlı desək, ağacda deşiklər var idi, Heydər Əliyev çox qısa müddətdə bunları bağladı. Bilirsiniz, dağıtmaq asandır, yaratmaq çətin. Heydər Əliyev doğru istiqaməti muəyyən etdi və yolu göstərdi. Mən yüz faiz əminəm ki, Azərbaycanın üzdə olan problemləri də həll olunacaq.

- Əminliyiniz nəyə əsaslanır?

- Ona əsaslanır ki, Azərbaycan 15 il əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan güclüdür, özünə inamlıdır. Bax, buna görə 5 gün, yaxud 5 il sonra işğal altındakı torpaqlarımız da qaytarılacaq. Bəli, hamımız üçün faciədir ki, Qarabağımız və ətraf rayonlarımız işğal altındadır.

- Sizin atanız, böyük bəstəkar Tofiq Quliyev Şuşasız dünyasını dəyişdi…

- Tofiq Quliyev 75 illiyində dedi ki, ən böyük arzusu Qarabağın qaytarılmasıdır. İndi nə etmək olar, bu gün zaman bir qədər başqadır və siyasət də dəyişib. Düşmənlərimiz yenə də fəaldır. Bununla belə hesab edirəm ki, ermənilər çox böyük səhvə yol verdilər.

- Uzun müddət ermənilərlə təmasda olmusunuz. Yəqin xaricdə olanda da görüşürsünüz, söhbət əsnasında nə deyirlər?

- Bilirsiniz, Bakı erməniləri fərqlənir, onlar Ermənistandakılara bənzəmirlər. Bakı erməniləri ağlayırlar və bura üçün darıxırlar.

- Siz erməni səmimiyyətinə inanırsınızmı?

- Bakı ermənilərinə inanıram. Çünki onlar burda böyüyüblər.

- Amma buranın tərbiyəsini almaqla bərabər separatçılığı təbliğ edən «Krunk» təşkilatına da maliyyə verirdilər…

- Sözsüz, belələri də var idi. Ancaq çox deyildilər.

- İnanırsınızmı ki, ermənilərlə əvvəllər olduğu kimi birgə yaşayacağıq?

- Bəli. Tarixi təcrübə də mənim əminliyimi təsdiqləyir. Almanlar Polşanı viran etdilər, amma bu gün polyaklarla mehribandırlar. Yaxud yenə də almanlar yəhudiləri məhv edirdilər, amma SSRİ dağılanda yəhudilər Almaniyaya qaçdılar, İsrailə yox.

- Amma İkinci Dünya Müharibəsi 6 il çəkib, Qarabağ müharibəsi isə 20 ildir davam edir…

- Bu gün müharibə yoxdur. Şükür Allaha ki, qan axmır.

- Siz Qarabağı unudan nəsilin yarandığını görürsünüzmü?

- Yox. Qarabağ heç vaxt unudulmayacaq. Bilirsiniz, Qarabağ Azərbaycanın qanlı ürəyi olduğu üçün heç vaxt unudula bilməz. Mən inanıram ki, biz torpaqlarımızı qaytaracağıq. Buna əmin olun!

- Sizcə, müsahibənizi oxuyanlar: «Eldar Quliyev elə danışır ki, sanki Azərbaycanda yaşamır» deyə düşünməzlərmi?

- Bilirsiniz, qarışıq dövrdə də mənə xaricdən sifarişlər gəlirdi. Elə Rusiyadan bir neçə dəvət oldu ki, gəl, şərait yaradaq işlə, amma getmədim. Hesab etmirəm ki, bu, qəhrəmanlıqdır. Mən istəyirdim ki, Azərbaycanda qalıb hər şeyi görüm. Mən gücümlə və imkanımla ölkəmin problemlərinin həllində iştirak etmək istəyirəm.

- Bəs gördükləriniz əsnasında bir film çəkdinizmi?

- «Girov» buna misal ola bilər.

- Bəs Söhbət daxili vəziyyətdən gedir?

- 1999-cu ildə çəkdiyim «Nə gözəldir bu dünya» filmi elə daxili vəziyyətlə bağlıydı. Hadisələr ruhi xətəxanada baş verir, baş həkim gəlir xəstələrin hamısını evə buraxır. Bu addımını onunla əsaslandırır ki, ona nə dərman, nə də ərzaq verirlər. Filmin sonunda isə xəstələrin hamısı ruhi xəstəxanaya qayıdırlar. Çünki həyat özü dəlixanaya çevrildiyindən orda qalmaq mümkün deyil. Sonda mən sual edirəm: bizə nə olub, biz niyə beləyik?

- Filmin senarisi Çexovun «6 saylı palata»sını xatırladır…

- Tam yox.

- Siz bu filmlə səhiyyədəki, təhsildəki, neft sektorundakı korrupsiya özbaşınalığını göstərmək istəmisiniz?

- Mənə filmdə «nə üçün adamlar arasında insani münasibət dağılır?» sualına cavab vermək lazım idi. Rus ədibi Gertsenin diliylə desək, biz həkim deyilik, ağrıyıq. Ona görə də biz müalicə edə bilmirik.

- Bəs müalicəni kim etməlidir?

- Dövlət və xalqın özü.

- Xalq idarəetmə səlahiyyətlərini dövlətə veribsə, məsuliyyət ikincinin üzərində deyilmi?

- Bilirsiniz, dövlətdən bütün problemləri bir günə aradan qaldırmağı tələb edə bilmərik. Hərdən demokratiya haqqında çox danışanlara təəccüblənirəm. Çünki bu barədə fikir yürüdənlərin çoxunun demokratiya haqqında təsəvvürü belə yoxdur. Ola bilməz ki, 70 il sovet adamı olasan, amma səhər açılanda amerikana çevrilirsən.

- Ancaq problemlərin həlli üçün də 15 il də az zaman deyil…

- Gəlin, vəziyyəti 10-15 il əvvəlki durumla müqayisə edək. 1980-ci illərin sonu-90-cı illərin əvvəli ilə indiki vəziyyətə baxaq, o vaxt nələr baş verirdi? Çox dəhşətli qarışıq bir dövr idi.

- İndi də ölkənin çox kəskin problemləri var. Kriminal hadisələr, qətllər, dövlət məmurlarıın cinayətkarlara çevrilməsi…

- Hər bir ölkədə bu cür hadisələr olur. Bizim 8 milyon əhalimiz var, onların içində kriminallar çıxmamalıdır? Biz Amerikanı nümunə kimi göstəririk. Amma orda da uşaq bağçasında bir də görürsən terrorlar olur. Siz nə istəyirsiniz, hamı mələk olmalıdır? Bu, heç zaman olmur! İnsanların tərbiyə olunması uzun bir zaman tələb edir və 15 il tarix üçün çox kiçik rəqəmdir. Hansı ölkədə və şəhərdə insanlar Bakıda olduğu kimi gecə gəzintilərinə çıxır? Moskvada insanlar saat 9-dan sonra küçələrə çıxmağa qorxurlar. Mən isə öz uşaqlarımla sakitcə gəzirəm.

- Bu, azad həyatın tərənnümüdür?

- O da var. Bu, o deməkdir ki, inkişafa doğru hərəkət var.

- Bununla bərabər korrupsiya və inhisarçılıq da total səciyyə daşımırmı?

- Bir günün içində bunları aradan qaldırmaq olmaz axı. Həm də korrupsiyaya qarşı mübarizə də var.

- Hələ ki hansısa bələdiyyə sədrini, yaxud təhsil şöbəsinin müdirini cəzalandırırlar.

- Gərək, aşağıdan başlayasan. Təkrar edirəm, 15 il azdır və biz hələ dövləti qururuq.

- Gürcüstan da həmin mərhələni yaşayır, amma deyilənlərə, yazılanlara görə, korrupsiya ilə real mübarizə aparılır və nəticələr də var…

- Mən tamam başqa xəbərlər eşidirəm. Rusiya mətbuatı yazır ki, Saakaşvili öz qohumlarını əsas postlara təyin edib.

- Rusiya Gürcüstanın ərazisini işğal edibsə, bu ölkənin mətbuatı daha nələr yazmalıdır?

- Hər halda onlar yazırlar.

- Eldar müəllim, ziyalı meyarlarından biri də vətəndaşlıq mövqeyini ifadə etməkdir. Nə üçün tanınmış ziyalılar ölkədə çoxlu sayda problemlərlə vətəndaşlıq mövqeyi bildirmirlər?

- Mən başqalarının əvəzinə cavab verə bilmərəm.

- Jurnalistlər həbs edilir, partiyaların qərargahları qapadılır, QHT-lər təzyiq qarşısındadır, amma ziyalılar susur….

- Bu barədə konkret bir şey deyə bilmərəm. Amma amnistiya oldu və siyasi məhbuslar azad edildi.

- Xeyr, jurnalistlər və siyasi məhbuslar buraxılmayıb…

- Bu məsələlər haqqında informasiyam tam olmadığından konkret heç nə deyə bilmirəm. Amma maraqlanıram. Bilirsiniz, bilgilərim az olduğundan nə o tərəf, nə də bu tərəf haqqında danışa bilirəm. Ancaq Elmar Hüseynovu tanıyırdım və təəssüf ki, onu öldürdülər. Bir şey var ki, onun «Monitor»u elə şeylər yazırdı ki, jurnal hər yanda satılırdı. Düzdür, jurnalı bir neçə dəfə qapatdılar, onu həbs etdilər, sonra azad etdilər və yenə yazdı. Bəs bu barədə nə üçün danışmırsınız?!

- Məgər, tənqid lazım deyilmi?

- Sözsüz tənqid lazımdır. Amma tənqid pozitiv olmalıdır ki, kömək etsin, nəinki aqressiv. Gərək, deməlidir ki, bax, filan şeyi düz etmədiniz, gərək belə olmalıydı. Ona görə deyirlər ki, kim səhv edirsə, o, işləyir. Əlbəttə ki, iş zamanı səhv olacaq, ancaq sonra bu səhvlər aradan da qaldırılacaq.

- Eldar müəllim, heç metroya, bazara gedirsinizmi, insanların simasındakı ifadələri, stressi görürsünüzmü?

- Əlbəttə, görürəm. Son 20 ili Bakıdan kənara çıxmamışam. 15-20 il əvvəl insanların sifəti necəydisə, unuda bilmərəm. İndi necədir, bunu da görürəm. Çox şey dəyişib!

- Bəlkə neft gəlirləri şəraiti dəyişib?

- Allah etsin, bu torpaq bizimdirsə, neftin gəlirləri də xalqındır. Bir baxın, Bakı necə dəyişib?

- Bununla bərabər şəhərdə nəfəs də almaq olmur…

- Mən hər şeylə razı deyiləm. Amma Bakını da tanımaq olmur, adamın Allahı var. Bir baxın, Bakıdan hava limanına, Quba, Şamaxı yolları necə dəyişib. Nə qədər məktəb, xəstəxana tikilib. Nəinki Bakıda, rayonlarda da bu işlər görülür. Nə üçün bu barədə susuruq, bilmirəm.

-  Təsəvvür edirsinizmi ki, hava limanına çəkilən yolun 1 kilometrinə 14 milyon xərcləmişdilər, sonra bir daha ayırdılar. Dövlət büdcəsi həm də Sizin verginiz əsasında formalaşırsa, bu pulların hara xərclənməsi barədə sorğu verə bilməzsinizmi?

- Bilirsiniz, mən dediyinizdən xəbərsizəm. Yalnız yolun yaxşı çəkildiyini görürəm və minnətdarlığımı bildirirəm. Axı yaxşı işləri niyə unutmalıyıq?! Gərək, bu işləri görənlərə çox sağ ol deyək!

- Məmur vətəndaşın qayğısına qalmağa borclu deyilmi?

- Necə borcludur? Bir tərəfdən borcdan danışırsınız, başqa tərəfdən neqativ işləri axtarırsınız. Bəli, inanıram, kimsə nəsə qazanır. Amma insanı bir gündə dəyişdirmək də olmaz.

- Söhbətimizin yekununda «Bir cənub şəhərində» filmi haqqında soruşmaq istərdim. Siz bu filmlə tanındınız, yenidən filmi çəksəydiniz, qəhramanınızı Rusiyaya, yoxsa Avropaya göndərərdiniz?

- Həmin filmdə süjet elə qurulmuşdu ki, qəhrəman mütləq Rusiyaya getməliydi. Bəlkə böyük görünə bilər, mənim prinsipimdir ki, ağır və çətin zamanda öz torpağını tərk etməyəsən. Çünki bizim hamımızın bu torpağa borcumuz var, gərək borclarımızı qaytaraq. Ata-babalarımız bu torpaqda böyüyüblər və qanlarında nə varsa, bizə veriblər.

- Ona görə dostunuz Müslüm Maqomayevin cənazəsi Bakıya gətirildi?

- Əlbəttə.

- Ancaq yazdılar ki, Müslüm Maqomayev narazı getmişdi Bakıdan.

- Yox, düz deyil.

- Bəs nədən sonuncu mahnısı «Əlvida, Bakı» oldu?

- O Bakını çox sevirdi və həmişə fəxr edirdi ki, azərbaycanlıdır. Bilirsiniz, bu mahnı ilə o, nəsə hiss edirdi, həm də son zamanlar xəstə idi. Son 25 ildə nə çəkmişəmsə, bəstəkarı Müslim olub. «İstanbul reysi»nin musiqisini də Müslim yazıb. O, böyük insan idi və ürəyi də böyük idi. Azərbaycanı da sevirdi. Ona görə Müslim Azərbaycandan inciyə bilməzdi.

P.S. Təəssüf ki, Eldar müəllim mərhum dostu haqqında danışdığı bəzi məqamları yazmamağı xahiş etdi. Və «Əlvida Bakı» mahnısını dinləyə-dinləyə söhbətimizi bitirdik.

Natiq CAVADLI // Bizim Yol