Kultaz
	<language>en</language>
Kənan Hacı. Yeni Şeirlər.
		<description> Unut…
Köhnə dostları,
yəni badə dostlarını
və onların boğazdanyuxarı
tostlarını,
yaşadığın və atdığın qadınları,
müştərisi olduğun
mecə barlarını
unut getsin!
telefonunun yaddaşından
sil bütün nömrələri,
bir müddət telefonsuz gəz,
yox ol bu yerlərdən,
özünü zamanın ixtiyarına ver,
sonra bax gör
zamanın yaddaşında
varmısan, yoxmusan…
doğulduğun kənd-
tanış küçə,
yaşadığın ev
yad sifətlərlə çəpərlənib,
bu da sənə
faniliyin əyaniliyi…
darılma,
tanış kafeyə dön,
əmin ol,
bufetçi səni tanımayacaq,
bir dilim limonla
çappa stəkan dolu arağı
birnəfəsə başına çək!
və çalış,
bir ...</description>
ŞAİR ƏLİ KƏRİMİN VƏFATINDAN 40 İL ÖTDÜ
		<description>"...Anladım ki, bir SÖZük..."
Əli Kərim Azərbaycan şeirində qəribə və izahı hələ də sürən hadisələr yaratdı. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi - Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyəcanlandırmaq, onu başqa ...</description>
Əsəd Cahangir. İki daşın arasında. I Yazı.
		<description>"Xəzər" dərgisi və bədii tərcümə sahəsindəki problemlərə dair qeydlər
Bu yazını, olsun ki, tərcümə mütəxəssisləri yazsa, daha önəmli olardı. Nədən ki, tərcümə sənəti hazırda bəsdi deyincə inkişaf edib. O dərəcədə ki, bu konuda danışmaq uzunmüddətli nəzəri və praktik hazırlıqla ilgili mütəxəssis rəyi tələb edir. Bunun doğrudan belə olduğunu ən səthi şəkildə ...</description>
ÖZBƏK ƏDƏBIYYATI VƏ ƏDƏBIYYATŞÜNASLIĞINDA NIZAMI, NƏSİMİ VƏ FÜZULİ ƏNƏNƏLƏRİ
		<description>Almaz ÜLVİ,
filologiya elmləri namizədi
Nizami Gəncəvi
Azərbaycan və özbək ədəbi əlaqələrinin kökü tarixin çox dərinliklərindədir. Nəvai Nizamini öz ustası və ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu “pir”, “Xızr” adlandırmışdır. Nizaminin “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirmişdir. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazmışdır. Azərbaycanın böyük oğlu ...</description>
Sevinc Çılğın. Şərq Dəftərindən (I Hekayə)
		<description>Günün biri bezdim hər şeydən. Nə dəniz, nə sahil, nə də istirahət gəzintiləri əvvəlki kimi cazibədar görünmədi. Qaynar günəş üz-gözümüzü, qollarımızı yandırsa da, Henrinin istəyilə şəhərin pis qoxulu küçələrini dolaşıb isti asfalt üstündə yeriməyə qərar verdik. Səkilər boyunca sıraya düzülmüş dükanlarda buz kimi sular olmasaydı, nəfəs almaq müşkül olardı. Yarısı ...</description>
Cavidan. Ağrı…
		<description>Qadın ağrı çəkirdi.
Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.
Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış ...</description>
Yazıçı Natiq Rəsulzadə: “Detektiv maraqlı janrdır”
		<description>"Ədəbiyyyat, hansı janrda yazılırsa yazılsın, o ədəbiyyat yaxşı və pis yerə bölünür"
- Bu gün yazıçı Natiq Rəsulzadənin dəsti-xətti ilə gedən, onun yolunu davam etdirənlər çoxdurmu?
- Hər kəs bir janrda yazıb yaradır. Mən də ədəbiyyatın bir janrı ilə məşğul oluram. Düzünü deyim ki, dəqiq ad verə bilməsəm də, onu söyləyə bilərəm ...</description>
Ayaz Salayevin filmi yenidən çəkilir!
		<description>"Ehram TV" filmi ətrafında qalmaqalın yeni detalları
"Ehram TV" filmi Mədəniyyət və Turizm Nazirliyini əməlli-başlı yerindən oynadıb. Tanınmış kinorejissor Ayaz Salayevin nazirliyin sifarişi və maliyyə dəstəyilə ekranlaşdırdığı bu film ətrafında qalmaqallar, dedi-qodular günü-gündən böyüyür.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin kino istehsalatı sektorunun rəsmisi Cəmil Fərəcov bir müddət öncə "Bakı-Xəbər"ə bildirmişdi ...</description>
İkiüzlü xalça Bakıda yenidən doğuldu
		<description>İki gənc qız evlərinin həyətində xalça toxuyur. Döşənəkli həyətin düz ortasında xana qoyulub, samovar bir küncdə xımır-xımır tüstülənir. Həyətin rəng tərtibatı da bizi keçmişə dəvət eləyir. Qızlardan birisi soğanı kəlağayısını çiyninə atıb topa-topa saplardan bir qırıq kəsib çeşni ilə müqayisə edərək rəng seçir. O birisi xalça toxuyur.
Sonra armudu stəkana pürrəngi ...</description>
Vəfa Cəfərova. SSRİ-də azadlıq!?
		<description>Yaxud stilyaqalar haqqında bir neçə söz
“Saksafondan - soyuq silaha keçməyə insanı bir addım ayırır”
 (Komsomolçu Katyanın monoloqundan)
Bakıda problemlərdən, görüşlərdən iki saatlıq da olsa, canını qurtarıb, normal insanlarla zövqlə seçilmiş filmə baxıb, daha sonra heç kimin sözünü kəsmədən kino ətrafında müzakirə apara biləcəyimiz yeganə yer kimi İçərişəhərdə “Art Qalereyada” hər şənbə ...</description>
Aygün Aslanlı: “… QƏRARSIZ NƏSİLİK”
		<description>"Elə bil nə isə axtarırıq və axtardığımızı da heç cürə tapa bilmirik. Vurnuxuruq."
Mövzumuz yaradıcı gəncliyin mədəniyyətin müxtəlif sahələrində özünü təsdiq edib-edə bilməməyidir. Suallarımızı bu nəslin nümayəndələri - gənc yazarlar, kinoşünaslar, rejissorlar, teatrşünaslar, rəssamlar, musiqiçilər cavablandıracaq. İlk olaraq gənc nəslin milli kinomuzdakı xidmətlərindən, özünü təsdiq edib-edə bilməməsindən, gənc kino adamlarının problemlərindən, ...</description>
Rasət Pirisoyu. Terrorçu.
		<description>Bütün bu həngamə Ayselin Mimiyə tapança almasından sonra başladı.
Qapını açıb içəri girən kimi Mimi  tapançanı mənə tuşlayıb atəş açdı.
Amma mən yıxılmadım. 
Bu, Mimini əməlli-başlı əsəbləşdirdi.
- Sən yıxılmalıydın…
Mən bəhanə gətirdim.
- Sənin tapançanda güllə yoxdur.
- Hə, onu düz deyirsən…
Mimi tapançasına güllə qoydu və yenidən mənə tuşladı.
Mən qorxdum.
- Ə, yekə oğlansan, güllə gözümü ...</description>
İSA QƏMBƏR “CANLANMA”NI TƏRİFLƏDİ
		<description>Tənqidçi Əsəd Cahangir və telejurnalist Qulu Məhərrəmli də Taleh Şahsuvarlının əsərini bəyəniblər 
“Reytinq” qəzetinin bazar günü çıxan son sayında Müsavat Partiyasının başqanı İsa Qəmbər oxuduğu son bədii əsərdən söz açıb. Adətən gənc yazarlar haqqında verilən suallardan yayınan Müsavat Partiyasının yüksək ədəbi zövqü ilə fərqlənən başqanı bu dəfə Taleh Şahsuvarlının “Canlanma” ...</description>
Qəşəm Nəcəfzadə. Şeirlər.
		<description>Qırğız şairəsi Liranın vaxtsız  ölümünə
Mən elə bilirəm uzaqlarda ölümlər olmur
Sən niyə öldün, Lira, niyə?
Uzaqlar həmişə tər-təmiz olur
Təyyarələr kimi
kədərsiz olur.
Məncə, uzaqlarda adamlar ölmür,
Niyə aldanmışam?
Deyirdim mən də çıxıb gedəcəm
Uzaqlara
Yerdən buluda
Buluddan göyə
Daha bundan sonra mən hara gedim?
Sən ki qabağıma çıxmayacaqsan.
Deyirdim mən də çıxıb gedəcəm
Təyyarələr gələn yerə
Küləklər hardan başlayır –ora
Durnalar hardan gəlir-ora
Orda, orda
Adamlar ölmür.
Qaldı  ...</description>
Ofeliya Sənani: “Savadsız aparıcıları görəndə…”
		<description>"Bu gün bizim televiziya və radio çox pis gündədir". Bu sözləri respublikamızın xalq artisti Ofeliya Sənani bildirib. Televiziya və radio aparıcılarının bu günki durumuna münasibət bildirən xalq artisti bildirib ki, dilimizin təmizliyi üçün mübarizə aparmalıyıq.
“Biri çalışır ingilis ləhcəsində, biri çalışır rus ləhcəsində danışsın, kimisi də deyir ki, mən “ruskayazıçnıyam”, onu ...</description>
Rəsmi qəzetdə gənc yazarlar tənqid olundu
		<description>Mədəniyyət Nazirliyi və Turizm Nazirliyinin orqanı "Mədəniyyət qəzeti"ndə "Hamam, hamam içində və yaxud gənc yazarların roman cəhdləri" adlı yazı dərc olunub. Yazıya heç bir şərh vermədən onu oxuculara təqdim edirik:
"Hamam, hamam içində və yaxud gənc yazarların roman cəhdləri"
Cavan nasirlərimiz (bəzən sadəcə nəsrə iddialılar) bir-birinin ardınca yeni-yeni romanlar ortaya qoymaqdadırlar. Əlbəttə, ...</description>
Ayaz Salayevin filmində hakimiyyətə qarşı satira
		<description>«Ayaz Salayevin «Ehram TV» filminə qadağa var və bu siyasi səbəblə bağlıdır». Bunu «Azadlıq» radiosuna məsələdən xəbəri olan bir neçə mədəniyyət xadimi deyir. Onlar adlarının gizli qalmasını istəyirlər:
««Ehram TV»də indiki hakimiyyətə qarşı satirik məqamlar var və hökumət orqanlarından göstəriş gəlib ki, rejissor filmdə dəyişiklik etsin».
«Ehram TV» dövlət sifarişidir və büdcə ...</description>
Alov. Yeni şeirlər.
		<description>Sirrlərini soyundun
Ürəyin lüt də gözəldir
Ağac vaxtı altında oturanlar
kötük vaxtı üstündə otururlar
Əgər arı olsaydım
bu gözəl çiçək rəsminə
qonardım
Sənə bir az heyran olsam
məndən çoxmu xoşun gələr?
Yaxşı ki, günəş
alllaha oxşamır,
hər kəsə bir gözlə baxır
“Yox”u necə deməyi bildim
sənə “hə” deyəndən sonra
Uşaqlar necə şirin olur
bunu hətta
ağcaqanadlar da bilir
“Bəzən” “həmişə”yə qarşıdı həmişə.
Bəzən “bəzən” yaxşıdı,
bəzən “həmişə”
Yalnız sənsən!
Bütün nöqsanlarımı
sevgi ...</description>
Səlim Babullaoğlu. Ordu günündə doğulan şairə
		<description>Hamı danışır deyə bir az şairdi, şair,
bu bizim peşəni yazmayanda maraqlı edir,
yəni, ən azı kənardan baxmaq olar,
bütün danışıqların hərəkətə, felə çevrildiyini sözsüz anlamaq olar.
Odur,bax, adamdı. Düşünür. Ürəyindən qara qanlar axır,
beynindən fikirlər keçir cürbəcür. Bunu onun ordu günündə fərəqət dayanmış,
gicgahını nışan almış şəhadət barmağı dübbədüz ifadə edir.
Odur,bax, adamdı, dişini qurdalayır. Bəlkə ...</description>
Eldar Quliyev: “Bakı ermənilərinə inanıram”- II Hissə
		<description>"Demokratiya haqqında çox danışanlara təəccüblənirəm"
"Ola bilməz ki, 70 il sovet adamı olasan, amma səhər açılanda amerikana çevrilirsən"
Tanınmış kinorejissor Eldar Quliyevlə «Azərbaycanfilm» kinostudiyasında görüşdük. Bir neçə saat çəkən söhbətimizdə Eldar Quliyevlə kinonun, cəmiyyətin, ölkənin aktual problemləri barədə danışdıq. Onun hadisələrə, problemlərə özünəməxsus yanaşması var. Elə kinomuzun problemlərinə də.
(əvvəli burada)
- Eldar müəllim, ...</description>