Yazı başlığı ‘ Aslan Quliyev ’


Aslan Quliyev. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Nisan, 2008

Gülümsəyən qız Başdaşlarının arasına çökən bürkü onu əldən salır, istidən öləzimiş yovşanların tünd, acı  qoxusu başını gicəlləndirirdi, yovşanların belə tünd qoxuyacaqlarını təsəvvür eləməzdi. Balıqqulağı,  göbələk bitirmiş, yağışdan, günəşdən bozarmış daş hasar günəşin yandırıcı şüalarından qorumasaydı, ayaq üstə qala bilməz, yıxılardı. Etinasız baxışlarla ətrafı nəzərdən keçirirdi, bir az aralıdakı qara mərmərdən yonulmuş başdaşının üzərində  cavan  qız [...]



Aslan Quliyev. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 22 Şubat, 2008

Manyak və qadın      Mavi rəngli qalın şüşələrdən pilləkənə solğun, göyümtül işıq düşür, siqaret kötüklərinin, saralmış kağız parçalarının üzərində solğun kölgələr oynaşırdı. Zövqsüz rənglənmiş dəmir yanlıqlardan yapışıb, tozlu pillələri qalxdıqca həyəcanlanırdı. Görəsən qəbul işinə kim baxırdı, söhbətləri alınacaqdımı?