Vaqif Yusifli. Yolun Başlanğıcı
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 02 Haziran, 2009Fərhad Metenin, Feyziyyənin, Qismətin, Aysel Əlizadənin, Fəridin, Mirbəhram Əzizbəylinin, Günel Rüstəmovanın… şeirləri haqqında tənqidçi qeydləri
Fərhad Metenin, Feyziyyənin, Qismətin, Aysel Əlizadənin, Fəridin, Mirbəhram Əzizbəylinin, Günel Rüstəmovanın… şeirləri haqqında tənqidçi qeydləri
Eleni, sən məni anlamırsan… Bilmirsən ki, insanlar bu nifrəti özləri qazanıblar…
İnsanlara nifrət elədiyim vaxtlar var idi. Bəzən isə günlərlə onlardan uzaqda qalmaq istəyirdim. Məni hər şey bezdirirdi, Eleni… Bütün səslər adam səslərinə bənzəyirdi. Köməyimə səsli-küylü disko-barlar yetişirdi. Səhərə qədər mənasız hərəkətlərlə tullanıb düşən qızlara tamaşa edirdim. Bəzən isə durub mən də rəqs eləyir və anlayırdım [...]