Yazı başlığı ‘ Elmin Həsənli ’


Elmin Həsənli. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Mayıs, 2008

I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin III yer mükafatçısı (Müsabiqə mətni)
m. üçün birinci şeir
aradakı  5 yaş fərqi narahat edir səni
hmmm…bilirəm
bilirəm dünyada fərqi olan o qədər şey var ki…
yaş nədir ki onların yanında?
bilirsən, milena
insanları ona görə sevmirəm ki,
mən də insanam, onlardan biriyəm…
mən insanları ona görə sevirəm ki,
onlar mahnı oxumağı bacarırlar,
gitarada ifa edə, adamı sevindirə bilirlər