Yazı başlığı ‘ Mahir Mehdi ’


Mahir MEHDİ. NOT DƏFTƏRİNƏ YAZILMIŞ ŞEİRLƏR

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Haziran, 2008

Bir, iki, üç…
pəncərələri sayıram.
Sənin pəncərəndə
qurtarır işıq.
…Üç, iki, bir.
İndi tərsinə sayıram.
Sənin pəncərəndən
başlayır qaranlıq.