Yazı başlığı ‘ Octavio Paz ’


Oktavio Paz. Şeirlər.

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 23 Nisan, 2008

1914-ü ildə Meksikada dünyaya gəldi. 17 yaşından yaradıcılığa başlayan Paz 1990-cı ildə Nobel ödülü aldı. 1998-ci ildə Xərçəng xəstəliyindən vəfat etdi.
Söz və azadlıq
Oranın uzaqlığında
sınırların, ayların bitdiyi oranın uzaqlığında
Sənsizliyin başladığı yerdən
İrəliyə doğru addımlayıram yavaşca
Ulduzlarla, şeirlə, uzaq dənizlərdə məni bəkləyən suların nəfəsi ilə.
Gecəyə anlam qazandırıram
Dan yerinin söküldüyü orada.
Və səhərlə qarşılaşıram.