Yazı başlığı ‘ Theatre ’


BEYNƏLXALQ TEATR GÜNÜNÜN QISA TARİXİ

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 26 Mart, 2008

Əkbər Qocayev
Teatrın vətəni qədim Yunanıstandır. Yunan dilində “tamaşa yeri” mənasını verir.
Yunanıstanda qədim zamanlarda şərabçılıq tanrısı Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular.